Qanunvericilik › Məlumat toplularının hüquqi qorunması haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 3

Maddə 3. Qorunma predmeti

Məlumat toplularının hüquqi qorunması haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

3.1. Bu Qanuna əsasən, məlumatların seçilməsinə və düzülməsinə görə yaradıcılıq fəaliyyətinin nəticəsi olan məlumat topluları müəlliflik hüququ ilə qorunur və bu hüquq "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tətbiq edilir.

3.2. Məlumat toplusunun müəlliflik hüququ ilə qorunması onun əsaslandığı və ya ona daxil olan materialların müəlliflik hüququnun obyekti olub-olmamasından asılı deyildir.

3.3. Müəlliflik hüququ ilə qorunma təyinatından və dəyərindən asılı olmayaraq, obyektiv formada olan açıqlanmış və açıqlanmamış məlumat toplularına şamil edilir.

3.4. Məlumat toplusunun müəlliflik hüququ ilə qorunması bu toplunun, onun hər hansı elementinin əsasının, o cümlədən interfeys və alqoritmin təşkilinin ideya və prinsiplərinə, həmçinin proqramlaşdırma dillərinə şamil edilmir.

3.5. Məlumat toplusunun müəlliflik hüququ ilə qorunması onun məzmununa aid edilmir, materialların seçilməsinə və düzülməsinə görə toplunun quruluşu qorunur və məzmuna aid elementlər qorunduğu halda onlarla birgə tətbiq olunur.

3.6. Məlumat toplusuna müəlliflik hüququ onun maddi daşıyıcısına olan mülkiyyət hüququ ilə bağlı deyil və maddi daşıyıcıya olan hüquqların başqasına verilməsi bu topluya olan hər hansı hüquqların verilməsinə səbəb olmur.

3.7. Məlumat toplusuna müəlliflik hüququ digər şəxslərin həmin materialları müstəqil surətdə seçmə və düzmə yolu ilə yeni toplu yaratmasına mane olmur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver