Memarın sərbəst yaradıcılığı, memarlıq elminin və təhsilinin inkişafı, memarların hüquqlarının təmin olunması üçün müvafiq icra hakimiyyəti orqanı və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum şərait yaradır.
Hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş qaydada sərbəst memarlıq fəaliyyəti ilə məşğul ola bilərlər.
Azərbaycan Respublikasının dövlətlərarası müqavilələrində başqa hal nəzərdə tutulmayıbsa, əcnəbilər, vətəndaşlığı olamyan şəxslər və xarici hüquqi şəxslər Azərbaycan Respublikasında memarlıq fəaliyyətini Azərbaycan Respublikasının vətəndaşı və ya hüquqi şəxsi ilə müştərək həyata keçirə bilərlər.
Memarlıq fəaliyyəti sahəsində müəlliflik hüququ, Azərbaycan Respublikasının qanunvericiliyində müəyyənləşdirilmiş qaydada həyata keçirilir.
Memarlıq və şəhərsalma orqanlarına memarlıq fəaliyyətinə memarlar rəhbərlik edirlər.