Qanunvericilik › “Meşə təsərrüfatı sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın təsdiq edilməsi barədə (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 15.12.2023) › Tam mətn

“Meşə təsərrüfatı sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın təsdiq edilməsi barədə (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 15.12.2023)

“Meşə təsərrüfatı sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın təsdiq edilməsi barədə (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 15.12.2023) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanının 2-ci hissəsinin dördüncü abzasını və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 5.10-cu bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyası

1. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təklif olunan “Meşə təsərrüfatı sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” təsdiq edilsin (əlavə olunur).

2. Nazirliyin Aparatının Hüquq şöbəsinə (G.İsgəndərova) tapşırılsın ki, bu Qərarın qəbul edildiyi gündən üç gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə çatdırılmasını təmin etsin.

3. Qərarın icrasına nəzarət Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2022-ci il 17 yanvar tarixli 22040001074 nömrəli Əmri ilə müəyyən edilmiş vəzifə bölgüsünə əsasən həyata keçirilsin.

“Meşə təsərrüfatı sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” (bundan sonra - “Kitabça”) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 57-ci və 156-cı maddələrinin 2-ci hissələrinin tələblərinə uyğun olaraq hazırlanmışdır.

Kitabçada mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Respublikanın meşə təsərrüfatı sahəsinə aid olan regional mərkəz, idarə və təşkilatların (bundan sonra - “mərkəz”) bu sahəyə aid edilən səciyyəvi qulluqçu vəzifələrinin (rəhbərlər, mütəxəssislər, texniki icraçılar) tarif-ixtisas xüsusiyyətləri öz əksini tapmışdır. Tarif-ixtisas xüsusiyyətlərində göstərilən əməyin ödəniş dərəcələri Respublikada tətbiq edilən Vahid Tarif Cədvəlinə uyğun olaraq müəyyənləşdirilmişdir.

Kitabçada hər bir vəzifənin tarif-ixtisas xüsusiyyətləri üç bölmədən ibarətdir:

- “Əmək funksiyası” bölməsində bu vəzifəni tutan işçinin görməli olduğu işlərin həcmi və məzmunu;

- “Bilməlidir” bölməsində işçinin qanunvericilik aktlarını, eləcə də yerinə yetirilən işin üsul və vasitələrini bilməsi kimi tələblər;

- “Ödəniş dərəcəsinə ixtisas tələbləri” bölməsində işçinin ixtisas və əmək stajına, eləcə də işinin xüsusiyyətləri ilə bağlı tələblər.

Kitabça meşə təsərrüfatı sahəsinə aid olan qulluqçu vəzifələrini tutan işçilərin əsas əmək funksiyalarını, onların hüquq və məsuliyyətini əks etdirən vəzifə təlimatlarının hazırlanmasında, əməyinin ödəniş dərəcələrinin müəyyənləşdirilməsində, kadrların seçilməsi və yerdəyişməsində, ixtisaslarından asılı olaraq onların məşğulluğunun səmərəli təmin edilməsinə nəzarətin həyata keçirilməsində, işçilərin attestasiyasının keçirilməsində və əmək müqavilələrinin (kontraktlarının) bağlanılmasında əsas normativ hüquqi akt olaraq tətbiq edilir.

Təsərrüfatın idarə edilməsində Kitabçada göstərilən əsas əmək funksiyaları nəzərə alınmaqla hər bir işçinin əmək müqaviləsində (kontraktında) əmək funksiyasının — yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsi dəqiq və birmənalı müəyyən edilməlidir.

Kitabçada müəyyən edilmiş təhsil səviyyəsinə, əmək stajına (tələb qoyulduqda), əlavə təhsilə və digər ixtisas tələblərinə malik olmayan, lakin üzərinə qoyulan vəzifələri keyfiyyətlə yerinə yetirən və lazımi praktiki təcrübəsi olan işçilər attestasiya olunanadək və ya attestasiyadan sonra attestasiya komissiyasının rəyi əsasında tutduqları vəzifədə çalışa bilərlər. Kitabçanın qüvvəyə mindiyi vaxtdan sonrakı dövrdə işə qəbul edilən işçilərə kitabça ilə müəyyən edilmiş ixtisas tələbləri tətbiq edilir.

Kitabçada göstərilməyən qulluqçu vəzifələrinin və fəhlə peşələrinin əməyinin ödəniş dərəcələrini və tarif-ixtisas xüsusiyyətlərini təyin etmək üçün qüvvədə olan iqtisadiyyatın aidiyyəti sahələrinin qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçalarından istifadə edilir.

Regional meşə təsərrüfatı mərkəzinin direktoru

Regional meşə təsərrüfatı mərkəzinin direktor müavini - baş meşəbəyi

Regional meşə təsərrüfatı mərkəzinin mühafizə işləri üzrə direktor müavini

Rayon meşə təsərrüfatı müdiri

Meşələrin mühafizəsi üzrə baş mühəndis

Meşə əkini üzrə baş mühəndis

Meşə uçotu və kadastrı üzrə baş mühəndis

Meşə təsərrüfatında toxumçuluq və tingçilik üzrə baş mühəndis

Meşə təsərrüfatında ziyanverici və xəstəliklərlə mübarizə üzrə baş mütəxəssis

Meşə təsərrüfatı mərkəzində baş aqronom

Meşə təsərrüfatı mərkəzində təsərrüfat işləri üzrə baş mütəxəssis

Meşə təsərrüfatında əməyin mühafizəsi üzrə baş mütəxəssis

Meşə təsərrüfatı mərkəzində meşə mühafizə mühəndisi

Meşə təsərrüfatı mərkəzində meşə əkini mühəndisi

Meşədən əlavə istifadə işləri üzrə mütəxəssis

Meşə təsərrüfatında yanğına qarşı nəzarətçi

Meşə təsərrüfatında su nasoslarına xidmət üzrə usta

Əmək funksiyası. Əsasnaməsinə, uyğun olaraq mərkəzin əsas fəaliyyət istiqamətlərini müəyyən edir. Sahə üzrə illik və perspektiv inkişaf tapşırıqlarını, proqnozlarını müəyyənləşdirir, onların yerinə yetirilməsi üçün lazımi şərait yaradır, mərkəzin fəaliyyəti, görülmüş və görülməsi tələb olunan işlər barədə hesabatların hazırlanmasını təmin edir və hazırlanmış hesabatları aidiyyəti üzrə yuxarı orqana (quruma) təqdim edir.

Mərkəzin bütün maliyyə və təsərrüfat fəaliyyətinə rəhbərlik edir, istehsal sahələrinin və digər struktur bölmələrinin işini təşkil edir, təsərrüfat mexanizmlərini təkmilləşdirir, əmək məhsuldarlığının artırılmasına yönələn tədbirləri həyata keçirir.

Xidməti sahə üzrə mərkəzin maliyyə-təsərrüfat fəaliyyətini və uçot işini təşkil edir, maliyyə vəsaitindən təyinatına görə səmərəli istifadə edilməsinə nəzarət edir və bu işlərə görə cavabdehlik daşıyır. Mərkəzin illik və perspektiv tapşırıqlarının icrasını təmin etmək məqsədilə təyinatı üzrə lazım olan müasir texnoloji prosesi, avadanlıq, cihaz və digər ləvazimatlarla təminatı təşkil edir.

Mərkəzin ştat cədvəlini və maliyyə xərcləri smetasını hazırlayıb aidiyyəti üzrə təqdim edir, işə qəbul edir və işçiləri işdən azad edir, ixtisaslı kadrların seçilib yerləşdirilməsi işini təşkil edir.

Müasir texnologiyadan və avadanlıqlardan istifadə etmək üçün lazım olan ixtisaslı kadrların hazırlanmasını təşkil edir, gənc kadrların hazırlanması üçün müvafiq sifarişlər verir, kadr potensialından səmərəli istifadəni və əmək qanunvericiliyinə əməl olunmasını daim nəzarətdə saxlayır.

Mərkəzin iş fəaliyyətini səmərəli təşkil etmək məqsədilə təşkilatlarla müqavilələr bağlayır, bankda hesab açır, maliyyə vəsaitindən düzgün istifadə edilməsinə nəzarət edir. Ayrı-ayrı müəssisə və təşkilatlarla bağlanmış müqavilə şərtlərinin yerinə yetirilməsinə bilavasitə cavabdehlik daşıyır, müqavilə yerinə yetirilmədikdə və şərtləri pozulduqda onun səbəblərini aydınlaşdırır və qanunvericiliyə uyğun olaraq tədbirlər görür. Fəaliyyət istiqamətlərinə uyğun olaraq yığıncaqlarda, toplantılarda, konfranslarda mərkəzi təmsil edir.

İstehsalat zərurətindən asılı olaraq elmin son nailiyyətlərinin, dünya praktikasında mövcud olan mütərəqqi texnologiyanın istifadə edilməsinə şərait yaratmaqla ən mütərəqqi avadanlıq, cihaz və qurğuların əldə edilməsi üçün tədbirlər görür.

Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ekologiyanın qorunması və çirkləndirilməməsi sahəsində tələblərin düzgün yerinə yetirilməsi üçün tədbirlər görür.

Xidməti ərazisində meşələrin qorunub mühafizə edilməsi, onların bərpası, yeni meşə sahələrinin salınması işlərini, aralıq istifadə üçün aparılan qırmaları və sanitar qırmalarını, bundan əldə edilən oduncağın (işlik, odun, şax və çırpı), həmçinin ikinci dərəcəli meşə ehtiyatlarının və meşədən əlavə istifadə zamanı əldə olunan məhsulların tədarükünə və istifadəsinə aid olan fəaliyyəti, o cümlədən meşə fondu torpaqlarından istifadəyə nəzarəti həyata keçirir.

Meşələrin yanğınlardan, ziyanvericilərdən, xəstəliklərdən, habelə meşə qanunvericiliyinin pozulması hallarından qorunması üzrə ümumi rəhbərlik və nəzarət edir.

Meşə fondundan səmərəli istifadə olunmasına, meşə istifadəçiləri tərəfindən icarə müqaviləsinin, meşəqırma biletinin, orderin, meşə biletinin şərtlərinə əməl edilməsinə, həmçinin meşə fondundan istifadə üçün haqqın müəyyən olunmuş müddətdə ödənilməsinə nəzarət edir.

Meşə kadastrı və dövlət uçotu işlərinin aparılmasına, meşə fondunda baş verən dəyişikliklərə, meşə fondu torpaqlarının istifadə vəziyyətinə (dövlət ehtiyacları üçün torpaqların alınması, dəyişdirilməsi və ya meşə fonduna torpaq sahəsinin verilməsinə) nəzarəti həyata keçirir.

Meşə qanunvericiliyinin pozulması halları ilə bağlı təqsirkarların inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi üçün sənədləri aidiyyəti üzrə hüquq mühafizə orqanlarına göndərir, bununla bağlı təbiətə dəymiş ziyanın ödənilməsini təmin edir.

İnzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər və əsaslar olduqda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tədbirləri həyata keçirir, məhkəmədə mülki iddia qaldırır, təbiətə dəymiş ziyanın, həmçinin meşə məhsullarının və meşə ehtiyatlarının satışından yaranan daxilolmaların ödənilməsi ilə bağlı təsirli tədbirlərin görülməsini təmin edir.

Mərkəz ərazisində qırma sahələrinin düzgün seçilib ayrılmasına, təyin olunmuş ağacların həcm və nırx qiymətlərinin düzgün hesablanmasına, oduncağın tədarükü və daşınması texnologiyasına, ikinci dərəcəli meşə ehtiyatları tədarükünün və meşədən əlavə istifadənin müəyyən edilmiş qaydalarına və şərtlərinə düzgün əməl olunmasına nəzarət edir.

İstehsalat, əmək və icra intizamının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər görür, cari və prioritet məsələlərin müzakirəsində və həll edilməsində sosial ədalət prinsiplərinə düzgün riayət edilməsini təmin edir.

Meşəbəyilik, dolay və kvartal üzrə yoxlamaların aparılmasını təşkil edir.

Meşə fondu torpaqlarının istifadəyə (icarəyə) verilməsi zamanı tərəflərin müqavilə üzrə öhdəliklərinə əməl edilməsinə nəzarəti təmin edir.

Meşə qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı yaranan hüquqi məsələlərin operativ, keyfiyyətli və qanunamüvafiq həllinin təmin edilməsini, hüquq mühafizə orqanlarına göndərilən işlərin icra vəziyyətini mütəmadi nəzarətdə saxlayır.

Mərkəz üzrə büdcə vəsaitlərinin səmərəli bölgüsü və xərclənməsinə, eyni zamanda “Meşələrin Qorunub Saxlanılması və Təkrar İstehsalı Fondu”na daxil olmaya və həmin Fonddan istifadə qaydalarının düzgün aparılmasına nəzarət edir.

Mərkəzlərə verilmiş meşəqırma biletinin, orderin və meşə biletinin təhvil alıb-verən şəxslərə qaimə-faktura əsasında verilməsini təmin edir.

Qırma, nəzarət və seçmə damğaların verilməsi və istifadə vəziyyətinə nəzarət edir.

Mərkəz tərəfindən dövlət sifarişlərinin yerinə yetirilməsini təmin edir, əsaslandırılmış plan-proqnoz, əmək, maliyyə və material, habelə digər növ resursların səmərəli və qənaətlə istifadə olunmasına nəzarət edir.

Bilməlidir: işlədiyi sahəyə aid olan qanunvericilik aktlarını, əmək və cinayət qanunvericiliyini, əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını, yuxarı orqanın (qurumun) qərar, göstəriş, əmr və digər normativ sənədlərini.

Ödəniş dərəcəsinə ixtisas tələbləri: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, təbiət ixtisasları qrupu, texniki və texnoloji ixtisaslar qrupu və ya kənd təsərrüfatı ixtisasları qrupu üzrə ali təhsil.

17-ci dərəcə: xidmət etdiyi sahədə 8 ildən az olmayaraq əmək stajı olduqda və ya rəhbər vəzifədə 5 ildən az olmayaraq əmək stajı olduqda;

18-ci dərəcə: xidmət etdiyi sahədə 11 ildən az olmayaraq əmək stajı olduqda və ya rəhbər vəzifədə 8 il əmək stajı olduqda.

Əmək funksiyası. Müəyyən səbəbdən iş yerində olmayan (məzuniyyət, ezamiyyət və sair hallarda) mərkəzin direktorunun əmək funksiyalarını yerinə yetirir və onun olmadığı dövrdə mərkəzin fəaliyyətinə rəhbərlik edir.

Mərkəzin xidmət göstərdiyi ərazidə meşələrin qorunub mühafizə edilməsinə, xidməti qırmaların və meşəbərpa tədbirlərinin aparılmasına, qırma istehsalat-təsərrüfat tədbirlərinin təşkil edilməsinə, elmi-texniki nailiyyətlərin və innovativ yeniliklərin həyata keçirilməsinə ümumi rəhbərlik edir. Meşə qanunvericiliyinin pozulması halları üzrə araşdırma aparır.

Xidməti qırma sahələrinin düzgün seçilib ayrılmasına, eyni zamanda oduncağın düzgün çeşidlənməsi və qiymətləndirilməsinə, taksasiya hesabatlarının tərtibatına, meşəbəyiliklər üzrə təqdim edilmiş hesabatların düzgünlüyünə nəzarət edir və ümumi rəhbərliyi həyata keçirir.

Mərkəzin xidməti ərazisində bütün təsərrüfat tədbirləri üzrə plan-proqnozların, texnoloji xəritələrin hazırlanmasına və onların yerinə yetirilməsinə, sxematik cədvəllərin tərtibatına rəhbərliyi və nəzarəti həyata keçirir.

Mərkəzdə meşə quruluşu işlərinin aparılmasında iştirak edir və işlərin yerinə yetirilməsinə nəzarət edir.

Meşə fondunun qorunub mühafizə olunması üzrə təlimat, qayda və digər normativ sənədlərə riayət edilməsinə və onların yerinə yetirilməsinə nəzarəti həyata keçirir.

Mərkəzin meşə mühafizə xidməti işçilərinin peşə bilik səviyyələrinin artırılması işlərini həyata keçirir.

Meşə xidməti, meşə kadastrı və dövlət uçotu işlərinin aparılmasına, meşə fondunda baş verən dəyişikliklərə, meşə fondu torpaqlarının istifadə vəziyyətinə (dövlət ehtiyacları üçün torpaqların alınması, dəyişdirilməsi və ya meşə fonduna torpaq sahəsinin verilməsinə) nəzarəti həyata keçirir.

Meşəbərpa və digər meşə təsərrüfatı tədbirləri ilə bağlı icra olunmuş işlərə və görülmüş işlərin həcminə uyğun tərtib olunmuş akt - naryadların düzgünlüyünə nəzarət edir.

Meşə fondu torpaqlarından istifadə edilməsinə dair normativ hüquqi aktlara riayət edilməsinə nəzarət edir.

Qanunvericilik üzrə məlumatlandırma və maarifləndirmə işlərini təşkil edir.

Mərkəz üzrə hesablanmış cərimə və ziyanların ödənilməsinə, habelə meşə məhsullarının satışına rəhbərliyi və nəzarəti həyata keçirir.

Mərkəz üzrə damğaların ciddi hesabat uçotu sənədlərinə daxil edilməsini, saxlanılmasını, uçotunun aparılmasını, verilməsini və buna nəzarət edilməsini həyata keçirir.

Mərkəzlərə verilmiş meşəqırma biletinin, orderin və meşə biletinin təhvil alıb-verən şəxslərə qaimə-faktura əsasında verilməsinə nəzarət edir və onlarla tam maddi məsuliyyət barədə nümunəvi fərdi müqavilə bağlanılmasını təşkil edir.

Mərkəzdə aparılan bütün meşə təsərrüfatı tədbirlərinə nəzarət edir və görülmüş işləri naturada yoxlayır.

Bilməlidir: işlədiyi sahəyə aid olan qanunvericilik aktlarını, əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını, yuxarı orqanın (qurumun) qərar, göstəriş, əmr və digər normativ sənədlərini.

Ödəniş dərəcəsinə ixtisas tələbləri: meşəçilik ixtisası və ya təbiət ixtisasları qrupu üzrə ali təhsil və xidmət etdiyi sahədə 5 ildən az olmayaraq əmək stajı olduqda və ya rəhbər vəzifədə 3 ildən az olmayaraq əmək stajı olduqda.

Aylıq vəzifə maaşı mərkəz direktorunun aylıq vəzifə maaşından 20% aşağı məbləğdə müəyyən edilir.

Əmək funksiyası. Müəyyən səbəbdən iş yerində olmayan (məzuniyyət, ezamiyyət və sair hallarda) mərkəzin direktorunun əmək funksiyalarını yerinə yetirir və onun olmadığı dövrdə mərkəzin fəaliyyətinə rəhbərlik edir.

Mərkəzin xidməti ərazisində meşələrin qorunub mühafizə edilməsinə, xidməti qırmaların və meşəbərpa tədbirlərinin aparılmasına, qırma istehsalat-təsərrüfat tədbirlərinin təşkil edilməsinə, elmi-texniki nailiyyətlərin və innovativ yeniliklərin həyata keçirilməsinə ümumi rəhbərlik edir.

Meşə qanunvericiliyinin pozulması hallarını yoxlayır.

Meşə fondunun qorunub mühafizə olunması üzrə təlimat, qayda və digər normativ sənədlərə riayət edilməsinə və onların yerinə yetirilməsinə nəzarəti həyata keçirir.

Mərkəzin meşə mühafizə xidməti işçilərinin peşə bilik səviyyələrinin artırılması üçün tədbirlər həyata keçirir.

Meşə xidməti, meşə kadastrı və dövlət uçotu işlərinin aparılmasına, meşə fondunda baş verən dəyişikliklərə, meşə fondu torpaqlarının istifadə vəziyyətinə (dövlət ehtiyacları üçün torpaqların alınması, dəyişdirilməsi və ya meşə fonduna torpaq sahəsinin verilməsinə) nəzarəti həyata keçirir.

Meşə fondu torpaqlarından istifadə növlərinə dair normativ hüquqi aktlara riayət edilməsinə nəzarət edir.

Qanunvericilik üzrə məlumatlandırma və maarifləndirmə işlərini təşkil edir.

Mərkəz üzrə hesablanmış cərimə və ziyanların ödənilməsinə nəzarəti həyata keçirir.

Mərkəz üzrə damğaların ciddi hesabat uçotu sənədlərinə daxil edilməsini, saxlanılmasını, uçotunun aparılmasını, verilməsini və buna nəzarət edilməsini həyata keçirir.

Mərkəzdə aparılan bütün meşə təsərrüfatı tədbirlərinə nəzarət edir və görülmüş işləri naturada yoxlayır.

Bilməlidir: işlədiyi sahəyə aid olan qanunvericilik aktlarını, əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını, yuxarı orqanın (qurumun) qərar, göstəriş, əmr və digər normativ sənədlərini.

Ödəniş dərəcəsinə ixtisas tələbləri: meşəçilik ixtisası və ya təbiət ixtisasları qrupu üzrə ali təhsil və xidmət etdiyi sahədə 5 ildən az olmayaraq əmək stajı olduqda və ya rəhbər vəzifədə 3 ildən az olmayaraq əmək stajı olduqda.

Aylıq vəzifə maaşı mərkəz direktorunun aylıq vəzifə maaşından 20% aşağı məbləğdə müəyyən edilir.

Əmək funksiyası. Rayon ərazisində olan meşəbəyiliklərdə (bundan sonra -meşəbəyiliklər) meşə təsərrüfatı tədbirlərinin həyata keçirilməsi üzrə proqnozların, texnoloji xəritələrin hazırlanmasına və onların yerinə yetirilməsinə rəhbərliyi və nəzarəti həyata keçirir.

Meşəbəyiliklər üzrə meşə qanunvericiliyinin pozulması hallarını araşdırmaq məqsədilə yoxlamalar aparır, hesablanmış cərimə və ziyanların, həmçinin meşə məhsullarının və meşə ehtiyatlarının satışından yaranan daxilolmaların ödənilməsi ilə bağlı səlahiyyətləri daxilində qanunamüvafiq tədbirlər görür.

Meşəbəyiliklərdə meşə quruluşu işlərinin aparılmasında iştirak edir, görülmüş işləri naturada qəbul edir və yerinə yetirilməsini təmin edir.

Meşə fondunun mühafizəsi və qorunması üzrə təlimat, qayda və digər normativ sənədlərə riayət edilməsinə və onların yerinə yetirilməsinə nəzarəti həyata keçirir.

Meşəbərpa tədbirlərinin aparılmasına, aqrotexniki qaydalara, toxumların tədarükünə, meşələrdə aralıq istifadə, sanitar və başqa qırmaların aparılması və digər meşə təsərrüfatı işlərinin görülməsinə nəzarət edir.

Meşəbəyiliklərdə kardonların (meşəçi evlərinin), tikili və qurğuların, tarixi və təbiət abidələrinin, mərz nişanlarının, kvartal dirəklərinin və sair saz vəziyyətdə olmasına, həmçinin, silah və sursatların düzgün qorunub saxlanılmasına və qanunamüvafiq istifadəsinə nəzarət edir.

Meşəbəyiliklərin illik operativ nəzarət, yanğın təhlükəsizliyi, meşə ziyanvericilərinə və xəstəliklərə qarşı mübarizə tədbirləri planlarının hazırlanmasında iştirak edir və bu işlərin yerinə yetirilməsinə nəzarət edir.

Meşə mühafizə və əkin mühəndislərinin, meşəbəyilərin, meşə mühafizəçilərinin və yanğın keşikçilərinin işlərinə nəzarət edir və onların bilik səviyyələrinin artırılması üzrə təlimlər təşkil edir.

Meşə qanunvericiliyinin pozulması hallarını aşkar edib qanunamüvafiq tədbir görür.

Bilməlidir: işlədiyi sahəyə aid olan qanunvericilik aktlarını, əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını, yuxarı orqanın (qurumun) qərar, göstəriş, əmr və digər normativ sənədlərini.

Ödəniş dərəcəsinə ixtisas tələbləri: meşəçilik ixtisası və ya təbiət ixtisasları qrupu üzrə ali təhsil.

16-cı dərəcə: 3 ildən az olmayaraq ixtisası üzrə əmək stajı olduqda;

17-ci dərəcə: 5 ildən az olmayaraq ixtisası üzrə əmək stajı olduqda.

Əmək funksiyası. Mərkəzin xidməti ərazisində meşələrin qorunub mühafizə edilməsinə (həmçinin meşə mühafizə mühəndislərinin işinə) müntəzəm olaraq nəzarət edir, planlı və növbədənkənar yoxlamalar aparır.

Meşələrin qorunub mühafizə olunması tədbirlərini işləyib hazırlayır və həyata keçirilməsinə rəhbərlik edir.

Yanğın təhlükəsizliyi qaydaları və meşə qanunvericiliyinin pozulması halları barədə protokolların (aktların) vaxtında və düzgün tərtib edilməsinə nəzarət edir, meşə qanunvericiliyinin pozulması uçotu kitabında qeydiyyatını aparır və yekun hesabatı tərtib edir.

Məhkəmələrdə və hüquq mühafizə orqanlarında meşə yanğınları və meşə qanunvericiliyinin pozulması barədə olan işlərin icra vəziyyətini və ziyanın ödənilməsinə dair qərarların yerinə yetirilməsini izləyir və icrasının təmin olunması üçün müvafiq tədbirlər görür.

Fərdi və digər yanğınsöndürmə avadanlıqlarının və qurğuların saz vəziyyətdə olmasına, həmçinin silah və sursatların düzgün qorunub saxlanmasına və qanunamüvafiq istifadəsinə nəzarət edir.

Yanğın təhlükəli dövrlərdə mərkəzdə və meşəbəyiliklərdə növbəçiliklərin təşkilini təmin edir və bu işlərə nəzarəti həyata keçirir.

Meşə mühafizə işçilərinin bilik səviyyələrinin artırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirir.

Meşə mühafizə işçilərinin xidməti istifadəsində olan qırma, nəzarət və seçmə damğaların istifadəsinə nəzarət edir.

Yanğın təhlükəsizliyi tədbirlərini gücləndirmək məqsədilə müəyyən edilmiş ərazilərdə xəbərdaredici məlumat lövhələrinin vurulmasına, yanğın əleyhinə mineral zolaqların çəkilməsinə və təmirinin aparılmasına nəzarət edir.

Qanunvericiliklə müəyyən olunmuş qaydada meşə mühafizə işçilərinin silah, xüsusi geyim forması, rabitə və digər avadanlıqlardan istifadəsinə nəzarət edir.

Meşə qanunvericiliyinin pozulmasına və təftişlərin keçirilməsinə dair hesabatların hazırlanmasını və aidiyyəti üzrə təqdim edilməsini təşkil edir.

Meşə mühafizə xidmətini təşkil edir.

Meşə yanğınları ilə mübarizə sahəsində elmi-texniki nailiyyətlərin mütərəqqi formalarının həyata keçirilməsinə bilavasitə rəhbərlik edir.

Bilməlidir: işlədiyi sahəyə aid olan qanunvericilik aktlarını, əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını, yuxarı orqanın (qurumun) qərar, göstəriş, əmr və digər normativ sənədlərini.

Ödəniş dərəcəsinə ixtisas tələbləri: texniki və texnoloji ixtisaslar qrupu, meşəçilik ixtisası və ya təbiət ixtisasları qrupu üzrə ali təhsil.

16-cı dərəcə: xidmət etdiyi sahədə 3 ildən az olmayaraq əmək stajı olduqda;

17-ci dərəcə: xidmət etdiyi sahədə 5 ildən az olmayaraq əmək stajı olduqda.

Əmək funksiyası. Meşəbərpa tədbirlərinin vaxtında, keyfiyyətlə və aqrotexniki qaydada aparılması, əkin yerlərinin düzgün seçilməsi işlərini təşkil edir. Region üzrə meşə əkini layihələrini təsdiq üçün yuxarı orqanda (qurumda) bu sahəyə məsul şəxslərlə razılaşdırır və əkinlərin qeydiyyat kitabının aparılmasını təmin edir.

Dövriyyədə olan meşə əkinlərinin (səpinlərinin) vəziyyətinə nəzarət edir.

Meşə əkinlərinin texniki qəbul edilməsi, inventarlaşdırılması, meşə ilə örtülü sahəyə keçirilməsi işlərinin planlaşdırılması və meşə əkinlərinin, təbii bərpaya kömək tədbirlərinin aparılmasını və nəzarəti təmin edir.

Əkin aparılan yerlərdə torpaq hazırlığı işləri, yolların, drenaj və suvarma şəbəkələrinin çəkilməsi və bərpasını, həmçinin yanğına qarşı mühafizə tədbirlərinin vəziyyətinə nəzarət edir.

Təbii fəlakətə və yanğına məruz qalmış sahələrin bərpasını təşkil və nəzarəti təmin edir.

Meşə əkinlərində gübrələrdən, pestisid və digər kimyəvi maddələrdən düzgün istifadəyə nəzarət edir.

Meşə əkinlərinin istehsalat plan-proqnozların layihələrinin tərtibində iştirak etməklə yanaşı, mövsümə uyğun təqvim planının hazırlanmasını, əkinlərin təhvil-qəbulunu, inventarlaşmasını və müayinəsini təşkil edir.

Toxum tədarükü məqsədilə seleksiya baxımından və genetik cəhətdən fərqlənən müsbət ağacların seçilməsində iştirak edir.

Meşə əkinlərinin aparılması zamanı fəhlələrin əməyinin təşkilinin təkmilləşdirilməsi tədbirlərinin hazırlanmasına və bu işlərin həyata keçirilməsinə nəzarət edir.

Meşəbərpa və əkin işlərində meşəbitmə şəraitinə uyğun olaraq cins tərkibinin və əkin sxemlərinin düzgün müəyyənləşdirilməsini təmin edir.

Tələb olunan ərazilərdə (müxtəlif eroziyalar, daşqın, yanğın, şoranlaşma və səhralaşmaya məruz qalan ərazilər) dağ və düzən meşəmeliorasiya tədbirlərini müəyyənləşdirir, tarlaqoruyucu tədbirlərin həyata keçirilməsini təşkil edir və ümumi rəhbərliyi həyata keçirir.

Bitiş faizi normadan aşağı olan dövriyyədəki mövcud meşə əkinləri və səpinlərində doldurma və təmir-bərpa işlərinin həyata keçirilməsini təmin edir.

Əkinlərin vəziyyətini yerində yoxlayır və nöqsanların aradan qaldırılması istiqamətində təsirli tədbirlər görür.

Meşə əkinlərinə müvafiq suvarma və xidmət işlərinin (əl və mexaniki) müntəzəmliyini təmin edir.

Meşə əkinlərinin texniki-qəbul aktlarının, inventarlaşma və digər sənədlərin qanuniliyini yoxlayır.

Meşəbərpa tədbirlərində çalışanların işlərinə nəzarət edir.

Bilməlidir: işlədiyi sahəyə aid olan qanunvericilik aktlarını, əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını, yuxarı orqanın (qurumun) qərar, göstəriş, əmr və digər normativ sənədlərini.

Ödəniş dərəcəsinə ixtisas tələbləri: meşəçilik ixtisası və ya təbiət ixtisasları qrupu üzrə ali təhsil.

16-cı dərəcə: xidmət etdiyi sahədə 3 ildən az olmayaraq əmək stajı olduqda;

17-ci dərəcə: xidmət etdiyi sahədə 5 ildən az olmayaraq əmək stajı olduqda.

Əmək funksiyası. Meşə quruluşu, meşələrin inventarlaşdırılması və digər müayinə-müfəttiş sənədlərinin əsasında meşə fondunun qeydiyyatı, onun ekoloji, iqtisadi, kəmiyyət və keyfiyyət cəhətdən qiymətləndirilməsini aparır.

Vahid sistem üzrə meşə təsərrüfatının idarə edilməsində, onun təşkilində və meşə fondundan istifadə ilə əlaqədar olmayan məqsədlər üçün meşə torpaqlarının qeyri-meşə torpaqlarına keçirilməsində və ya meşə fondu torpaqlarının geri alınmasında iştirak edir.

Meşə fondundan istifadə üçün ödənişlərin miqdarının müəyyən edilməsini təmin edir.

Meşə fondunun kadastr göstəricilərində gedən dəyişiklikləri (artım və azalma) hər il dövlət meşə kadastrı kitabının bölmələrində qeyd edir və sonrakı ilin 1 yanvar tarixinə olan vəziyyətinə yekunlaşdırır və yekun nəticələri hesabat formasında yuxarı orqana (quruma) təqdim edir.

Meşə fondu sahələrinin istifadəyə və icarəyə verilməsinin dövlət qeydiyyatını, torpaqların qiymətləndirilməsini, geobotanik və digər tədqiqat və axtarışlarının aparılmasını, torpaqların vəziyyəti üzərində mütəmadi müşahidələrin, torpaq ehtiyatlarının miqdarı, vəziyyəti və qiyməti barədə uzunmüddətli və operativ məlumatlara olan tələbin sistematik öyrənilməsini həyata keçirir.

Meşə fondu sahələri haqqında məlumatların sistemləşdirilməsini, öyrənilməsini və saxlanılmasını, habelə dərc edilməsi zəruri olan dövlət meşə kadastrı materiallarının nəşrini təmin edir.

Qırma sahələrindən tədarük olunan oduncağın hesabatını aparır.

Meşə fondu torpaqlarının istifadəyə (icarəyə) verilməsi zamanı istifadəçiyə verilmiş ərazinin hüdudlarını müəyyən edir.

Xidməti qırma sahələrinin GPS (qlobal mövqe təyinetmə cihazı) ölçü aləti vasitəsi ilə koordinatlarını müəyyən edərək sənədlərə əlavə edir.

Mərkəz üzrə müəyyən olunmuş qaydada dövlət meşə fondunun uçotunu, kadastrını və monitorinqinin aparılmasını təmin edir.

İşin səmərəli təşkili üçün mərkəzin rəhbərliyinə təkliflər verir.

Bilməlidir: işlədiyi sahəyə aid olan qanunvericilik aktlarını, əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını, yuxarı orqanın (qurumun) qərar, göstəriş, əmr və digər normativ sənədlərini.

Ödəniş dərəcəsinə ixtisas tələbləri: təbiət ixtisasları qrupu və ya texniki və texnoloji ixtisaslar qrupu üzrə ali təhsil.

16-cı dərəcə: xidmət etdiyi sahədə 3 ildən az olmayaraq əmək stajı olduqda;

17-ci dərəcə: xidmət etdiyi sahədə 5 ildən az olmayaraq əmək stajı olduqda.

Əmək funksiyası. Mərkəz üzrə meşə toxumçuluğu və əkin materiallarının yetişdirilməsi, qulluq edilməsi, təbii bərpaya köməklik işlərini təşkil edir, daimi toxumluq sahələrinin seçilməsinə, meşə toxumlarının tədarük tapşırığına, toxum ehtiyat fondunun miqdarı, toxumların hazırlanması və saxlanması qaydalarına əməl edilməsinə nəzarət edir və tingliklərin və toxumların qeydiyyat kitabını aparır.

Tingliyin və toxumların istehsalat plan-proqnozların tərtib edilməsində, tingliyin inventarlaşmasının aparılmasında, ümumi hesabatın hazırlanmasında iştirak edir və təsdiqi üçün rəhbərliyə təqdim edir.

Tədarük olunan toxumların saxlanmasını, stratifikasiyasını, daşınmasını və keyfiyyətinin yoxlanılması üçün toxumçuluq laboratoriyasına göndərilməsini təmin edir.

Toxumların ehtiyat fondunun yaradılmasını təşkil edir və onun keyfiyyətli saxlanılmasına nəzarət edir.

Əkin materiallarının (xüsusən tədarük olunan toxumların) keyfiyyət və kəmiyyətinə nəzarət edir.

Tinglik sahələrində müvafiq suvarma və xidmət işlərinin müntəzəmliyini təmin edir.

Tinglik sahəsində xəstəlik və ziyanvericilərə qarşı profilaktik tədbirləri təşkil edir və ona nəzarəti həyata keçirir.

Toxum və tinglərin maya dəyərinin hesablanıb qiymətləndirilməsi işini təşkil edir.

Meşə toxumçuluğu və əkin materiallarının yetişdirilməsi işlərini təşkil edir, toxumların, toxmacarların və tinglərin qeydiyyatını (qeydiyyat kitabında) aparır.

Tinglik sahəsinin salınmasında qabaqcıl və xarici mütəxəssislərin təcrübələrini öyrənməklə onların istehsalatda tətbiqini təşkil edir.

Mərkəzin fəaliyyətinin, habelə mərkəz üzrə meşə tinglikləri və toxumçuluq sahəsinin təkmilləşdirilməsi məqsədilə rəhbərliyə müvafiq təkliflər verir.

Yerli bitmə şəraitinə uyğun əkin materiallarının yetişdirilməsi məqsədilə ərazilərin seçilməsində iştirak edir.

Bilməlidir: işlədiyi sahəyə aid olan qanunvericilik aktlarını, əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını, yuxarı orqanın (qurumun) qərar, göstəriş, əmr və digər normativ sənədlərini.

Ödəniş dərəcəsinə ixtisas tələbləri: meşəçilik ixtisası və ya təbiət ixtisasları qrupu üzrə ali təhsil.

16-cı dərəcə: xidmət etdiyi sahədə 3 ildən az olmayaraq əmək stajı olduqda;

17-ci dərəcə: xidmət etdiyi sahədə 5 ildən az olmayaraq əmək stajı olduqda.

Əmək funksiyası. Mərkəzin xidməti ərazisində meşəpatoloji müayinə və müşahidə işlərini mütəmadi olaraq həyata keçirir.

Ziyanverici və xəstəliklərin müşahidə olunduğu ərazilərdə ilkin qabaqlayıcı, sirayətlənmiş ərazilərdə zəruri mübarizə tədbirləri hazırlayıb həyata keçirir, gələcəkdə yayılması ehtimal olunan zərərvericilər və xəstəliklər, həmçinin ərazilər haqqında proqnozlar hazırlayıb rəhbərliyə təqdim edir.

Səpindən əvvəl toxumların ziyanverici və xəstəliklərlə sirayətlənməsini araşdırır, ehtiyac olduğu təqdirdə mübarizə və dezinfeksiya işlərinin aparılmasını təşkil edir.

Mübarizə tədbirləri aparılan ərazidə insanları təhlükəsizlik qaydaları ilə tanış edir və təhlükəsizliyi təmin edir (xüsusi geyim, əlcək, eynək, respirator və sair).

Pestisidlərin saxlanması, daşınması və istifadəsinə nəzarət edir.

Kimyəvi və bioloji mübarizə tədbirləri aparılan ərazilərdə xəbərdaredici məlumat lövhələrinin vurulmasını təmin edir.

Mərkəzin xidməti ərazisində yayılmış və ya yayılacaq ziyanverici və xəstəliklər barədə məlumat və hesabatları təqdim edir.

Bütün kimyəvi dərmanların saxlanma, daşınma və istifadəsinə nəzarət edir.

Meşə əkinlərində və həmçinin tinglik sahələrində yayılmış ziyanverici və xəstəliklərə qarşı aparılacaq mübarizə tədbirlərini müəyyən edir.

Mübarizə tədbirlərinin mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilməsini təşkil etməklə aparılmasına nəzarət edir.

Bilməlidir: işlədiyi sahəyə aid olan qanunvericilik aktlarını, əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını, yuxarı orqanın (qurumun) qərar, göstəriş, əmr və digər normativ sənədlərini.

Ödəniş dərəcəsinə ixtisas tələbləri: meşəçilik ixtisası və ya təbiət ixtisasları qrupu üzrə ali təhsil.

16-cı dərəcə: xidmət etdiyi sahədə 3 ildən az olmayaraq əmək stajı olduqda;

17-ci dərəcə: xidmət etdiyi sahədə 5 ildən az olmayaraq əmək stajı olduqda.

Əmək funksiyası. Torpağın məhsuldarlığının artırılması üçün aqrotexniki və eroziyaya qarşı mübarizə tədbirləri hazırlayıb həyata keçirir, əkin sahələrinin səmərəli istifadəsini təşkil edir, meyvə və əkmələrin sahəsini genişləndirir və yüksək aqrotexnikanın tətbiqini təmin edir.

Becərmə, suvarma işlərinin vaxtında aqrotexniki qaydalara uyğun aparılmasını, ziyanverici və xəstəliklərə qarşı mübarizə tədbirlərini, mineral və üzvi gübrələrin saxlanılmasını və istifadəsini təşkil edir.

İstehsalatda qabaqcıl təcrübəni və elmi nailiyyətləri tətbiq etməklə əmək məhsuldarlığını yüksəldir və istehsal xərclərini azaltmaq tədbirlərini həyata keçirir.

Təsərrüfatın ərazisindən düzgün istifadə etmək, torpaqları su və külək eroziyasından qorumaq, meliorasiya, habelə torpaqların məhsuldarlığını yüksəltmək yolu ilə mütərəqqi və intensiv əkinçilik sisteminə, düzgün əkin dövriyyəsinin təşkilinə və yüksək məhsuldarlığa malik meşə və kənd təsərrüfatı bitki sortlarının və meyvə bağlarının yetişdirilməsinə nail olur.

Görülən işlərin keyfiyyətlə icra olunmasını təmin edir, işçiləri həvəsləndirir, işdəki nöqsanları aradan qaldırır, təsərrüfat rəhbərliyinə köməklik göstərir.

Meşə və kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını artırmaq istiqamətində bütün aqrotexniki, iqtisadi və təşkilati tədbirləri hazırlayır və istehsalatda tətbiq edir.

Meşə və kənd təsərrüfatı bitkilərinin yetişdirilməsi zamanı əmək norması və texniki təhlükəsizlik qaydalarına əməl olunmasını təmin edir.

Meşə fondu torpaqlarında narkotik tərkibli bitkilər əkilib-becərilərsə və ya yabanı halda rast gəlinərsə, qanunamüvafiq tədbirlər görür.

Bilməlidir: işlədiyi sahəyə aid olan qanunvericilik aktlarını, əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını, yuxarı orqanın (qurumun) qərar, göstəriş, əmr və digər normativ sənədlərini.

Ödəniş dərəcəsinə ixtisas tələbləri: meşəçilik ixtisası və ya təbiət ixtisasları qrupu üzrə ali təhsil.

16-cı dərəcə: xidmət etdiyi sahədə 3 ildən az olmayaraq əmək stajı olduqda;

17-ci dərəcə: xidmət etdiyi sahədə 5 ildən az olmayaraq əmək stajı olduqda.

Əmək funksiyası. Təsərrüfatda və onun struktur bölmələrinin təsərrüfat xidməti üzrə işində rəhbərliyi həyata keçirir.

Təsərrüfatda əsas vəsaitlərin, mal-materialların, avadanlıqların saxlanılmasını, eləcə də xidməti otaqlarda və ərazilərdə təmizliyə riayət olunmasını təmin edir.

Tikililərin, qurğuların, binaların saz vəziyyətdə saxlanılması və onların vaxtında təmiri üzrə tədbirləri yerinə yetirir.

Azqiymətlilərin və əsas vəsaitlərin inventarlaşmasının vaxtında aparılmasını təmin edir, işçilərin mövsümə uyğun geyim formalarının, mərkəzə daxil olan digər inventarların aidiyyəti üzrə yuxarı orqana (quruma) çatdırılmasını təmin edir, eyni zamanda istifadəçilərin öhdəliyinə təhvil verilməsini rəsmiləşdirir.

İşçiləri dəftərxana, təsərrüfat və digər ləvazimatlarla təmin edir.

Təsərrüfatın balansında olan yanğınsöndürmə vasitələrinin təyinatına uyğun istifadə edilməsinə nəzarət edir.

Təsərrüfat fəaliyyəti üzrə müvafiq hesabatları tərtib edir.

Meşə təsərrüfatı sahəsində qanunvericiliyin pozulmasına və görülmüş işlərə dair qeydiyyat kitablarının aidiyyəti şəxslərə verilməsini təmin edir və istifadə vəziyyətinə nəzarət edir.

Mərkəzlərə verilmiş meşəqırma biletini, orderi və meşə biletini qanunvericilikdə nəzərdə tutulmuş qaydada anbarda saxlayır və uçota alır, eyni zamanda təhtəlhesab şəxslərə qaimə faktura əsasında verir.

Öz fəaliyyəti üzrə mərkəzin işçilərinin həvəsləndirilməsi və tənbeh edilməsinə dair rəhbərliyə təkliflər verir.

Təsərrüfat işlərində təchizat və təminatla bağlı təkliflər verir.

Öz vəzifə öhdəliklərinin icrası üçün zəruri olan informasiya materiallarını və normativ hüquqi sənədləri əldə edir və istifadə edir.

Vəzifə fəaliyyətinə dair keçirilən tədbirlərdə iştirak edir.

Bilməlidir: işlədiyi sahəyə aid olan qanunvericilik aktlarını, əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını, yuxarı orqanın (qurumun) qərar, göstəriş, əmr və digər normativ sənədlərini.

Ödəniş dərəcəsinə ixtisas tələbləri: meşəçilik ixtisası və ya təbiət ixtisasları qrupu üzrə ali təhsil.

16-cı dərəcə: xidmət etdiyi sahədə 3 ildən az olmayaraq əmək stajı olduqda;

17-ci dərəcə: xidmət etdiyi sahədə 5 ildən az olmayaraq əmək stajı olduqda.

Əmək funksiyası. Əməyin mühafizəsi üzrə qabaqcıl və elmi təcrübələri həyata keçirir, iş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyə nəzarət edir.

İstehsalatda bədbəxt hadisələrin səbəblərinin araşdırılması və qarşısının alınması üçün tədbirlər hazırlayır və onların həyata keçirilməsini təşkil edir, iş yerlərində sanitar-texniki vəziyyətin yoxlanılmasında iştirak edir, iş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasını təşkil edir, ətraf mühitin çirklənməsinin qarşısını almağa yönəlmiş tədbirlərin görülməsində iştirak edir.

Mərkəz əməkdaşlarına işə qəbul zamanı iş yerinə görə (peşə üzrə) ilkin təlimat aparır və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına köməklik göstərir.

İşçilərinin əməyin mühafizəsi üzrə ərizə, məktub və şikayətlərinə baxır, müvafiq tədbirlər görür.

Qoruyucu qurğuların, geyimlərin və mühafizə vasitələrinin vəziyyətinə nəzarət edir. Forma və qaydalara uyğun olaraq hesabat aparır.

Mərkəz üzrə görüləcək işlərin əməyin mühafizəsi və texniki təhlükəsizlik səviyyəsini əvvəlcədən qiymətləndirir.

Qulluqçuların və mühəndis texniki işçilərin əməyin mühafizəsi üzrə biliklərinin yoxlanılması işində iştirak edir.

Əməyin mühafizəsi, texniki təhlükəsizlik və istehsalat sanitariyası üzrə yoxlamalar aparır, lazım gəldikdə təqdimatlar yazır.

Mərkəzin sahələri üzrə işçilərin sağlamlığına və həyatına təhlükə yaradan işləri saxlayır və rəhbərliyə təcili məlumat verir.

Mərkəzin rəhbərliyinə istehsalatda əməyin mühafizəsi və istehsalat sanitariyası qaydalarını pozan işçilər barədə informasiya verir, həmin işçilərin intizam məsuliyyətinə cəlb olunması, yaxud işdən azad edilməsi barədə məsələ qaldırır, həmçinin sistematik əməyin mühafizəsi tələblərini pozan işçilərin işdən azad edilməsi barədə təqdimat verir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə, əməyin mühafizəsi və istehsalat sanitariyası qaydalarına uyğun gəlməyən, ayrı-ayrı vəzifəli şəxslərin əmr və sərəncamlarının dayandırılmasına qarşı təklif və rəylərini irəli sürür.

Əməyin mühafizəsi üzrə qabaqcıl və elmi təcrübələri istehsalatda həyata keçirir.

Mərkəzin sahələrində, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaq üçün tədbirlərin görülməsində iştirak edir.

Bilməlidir: işlədiyi sahəyə aid olan qanunvericilik aktlarını, əmək qanunvericiliyini, əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını, yuxarı orqanın (qurumun) qərar, göstəriş, əmr və digər normativ sənədlərini.

Ödəniş dərəcəsinə ixtisas tələbləri: təhsil ixtisas qrupları, humanitar və sosial ixtisaslar qrupu, meşəçilik ixtisası və ya təbiət ixtisasları qrupu üzrə ali təhsil.

16-cı dərəcə: xidmət etdiyi sahədə 3 ildən az olmayaraq əmək stajı olduqda;

17-ci dərəcə: xidmət etdiyi sahədə 5 ildən az olmayaraq əmək stajı olduqda.

Əmək funksiyası. Meşəbəyiliyin ərazisində meşələrin qorunub mühafizə olunmasına, bərpasına və digər meşə təsərrüfatı tədbirlərinin aparılmasına rəhbərlik edir.

Meşə istifadəçilərinin yanğın və digər təhlükəsizlik qaydalarına riayət etmələrinə nəzarət edir.

Meşə qanunvericiliyinin pozulması haqqında akt və ya protokolların vaxtında və düzgün tərtib edilməsini, habelə onların mərkəzə təqdim edilməsini, həmçinin ərazisində təftişlər aparılmasını təmin edir.

Meşəbəyilikdə bütün növ meşə təsərrüfatı tədbirlərinə dair plan-proqnozların hazırlanmasında iştirak edir.

Meşə yanğınlarının qarşısının alınması üçün, profilaktiki və digər yanğın təhlükəsizliyi tədbirlərinin həyata keçirilməsinə və baş verəcəyi halda yanğınların söndürülməsinə rəhbərlik edir.

Mərkəzin direktorunun tapşırığı və verdiyi etibarnamə əsasında məhkəmə və hüquq mühafizə orqanlarında meşə yanğınları və digər meşə qanunvericiliyinin pozulması haqda işlərə baxılmasında səlahiyyətli şəxs kimi iştirak edir.

Meşəbəyilikdə qırma sahələrinin və qırıntıya təyin olunacaq ağacların qanunvericiliyə uyğun olaraq düzgün ayrılmasını və qiymətləndirilməsini təmin edir.

Meşəyə qulluq (xidməti) qırmalarına ayrılmış ağacların kök boğazına, özbaşına (qanunsuz) kəsilmiş ağacların dib kötüklərinə, meşə qanunvericiliyini pozanlardan tutulub sekvestr (müsadirə) olunmuş meşə materiallarının üzərinə istifadəsində olan xidməti damğasını vurur.

Meşə quruluşu işləri aparılarkən çöl işlərini aparan mütəxəssislərə meşə fondunun sərhədlərini, kvartal ayırmalarını, sərhəd, kvartal və digər dirəkləri, habelə meşəbəyilik ərazisində olan digər obyektləri yerində göstərir.

Meşəbərpa və digər meşə təsərrüfatı tədbirlərinin icrasına dair akt-naryadları tərtib edir.

Tabeliyində olan işçiləri əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları ilə tanış edir, onların işlərinə rəhbərlik və vəzifə borclarının həyata keçirmələrinə nəzarət edir.

Meşədən cır meyvə, toxum tədarükü, ot çalınması və sair əlavə istifadə üçün sahələrin ayrılmasını təmin edir və işin icrasına nəzarət edir.

Tabeliyində olan işçilərin texniki bilik səviyyələrinin artırılması üçün tədbirlər görür.

Əhali arasında meşələrin qorunub mühafizə olunması ilə bağlı təbliğat və maarifləndirmə işləri aparır, onları bu işlərə cəlb edir.

Qırma sahələrindən tədarük edilən işlik oduncağın daşınması zamanı daşınma damğaları ilə damğalanmasını təmin edir.

Qanunla müəyyən olunmuş qaydada qırma sahələrinin pul-qiymət cədvəlini əvvəlcədən tərtib edir və mərkəzə təqdim edir.

Sekvestr (müsadirə) olunmuş və meşəbəyiliyin ərazisində qalmış meşə məhsulunun qanunamüvafiq tədbirlər görülənədək qorunub saxlanılmasına nəzarət edir.

Meşəbəyilik ərazisində monitorinq apararaq zərərvericilər və xəstəliklər müşahidə olunduğu təqdirdə ilkin qabaqlayıcı və zəruri mübarizə tədbirlərinin görülməsi məqsədilə rəhbərliyə məlumat hazırlayaraq təqdim edir.

Meşəbəyilikdə meşə qanunvericiliyinin pozulmasına dair akt (protokol) tərtib edir.

Tabeliyində olan aidiyyəti işçilər tərəfindən meşə qanunvericiliyinin pozulmasına dair tərtib edilmiş sənədlərin düzgünlüyünü yoxlayır və rəhbərliyin göstərişinə əsasən məhkəmə orqanlarında meşə pozuntularına aid işlərdə nümayəndə kimi iştirak edir.

Sekvestr olunan meşə məhsulunu qanunamüvafiq tədbirlər görülənə qədər saxlamaq üçün xidməti ərazidə (meşə sahəsində) meşə mühafizəçisinə, xidməti ərazidən kənarda isə yerli icra hakimiyyət orqanının nümayəndəsinə və ya meşə qanunvericiliyini pozan şəxsə (müstəsna hallarda) təhvil verir.

Meşə yanğınları baş verdiyi halda digər rəhbər vəzifəli şəxslər hadisə yerinə gələnə kimi onun qarşısının alınması üçün tədbirlər görür, yanğının söndürülməsinə meşədəki və yaxınlıqdakı obyektlərin, yaşayış məntəqələrinin nəqliyyat vasitələrini və canlı qüvvələri cəlb edir.

Tabeçiliyində olan işçilərə təhkim olunmuş nəzarət damğalarından və digər avadanlıqlarından xidməti ərazisində istifadəsinə nəzarət edir.

Meşəbəyiliyin ərazisində meşə ehtiyatlarından (oduncaq tədarükü, cır meyvə və dərman bitkiləri yığmaq, ot çalmaq, torpaqdan istifadə və s.) istifadə olunması ilə əlaqədar fiziki, hüquqi və vəzifəli şəxslərdən müvafiq sənədləri tələb edir, qanunvericiliyin pozulması hallarına dair qiymətləndirməni həyata keçirir və nəzarət edir.

Meşəbəyiliyə daxil olmuş meşə qanunvericiliyin pozulmasına dair məlumatları öz səlahiyyətləri çərçivəsində yoxlayır, maddi cəhətdən qiymətləndirilməsini həyata keçirir və nəzarət edir.

Xidməti ərazisi daxilində təqsirli hərəkət və ya hərəkətsizliyi səbəbindən meşə qanunvericiliyinin pozulması nəticəsində dövlət meşə fonduna zərər vurularsa, dəymiş zərərin ödənilməsi üçün müvafiq qanunvericiliklə məsuliyyət daşıyır.

Qanunvericiliklə müəyyən olunmuş qaydada, meşə mühafizə işçilərinin istifadəsi üçün nəzərdə tutulmuş inventar, xüsusi geyim forması, rabitə və nəqliyyat vasitələrindən istifadə edir.

Meşə quruluşu işləri aparılarkən çöl işlərini aparan mütəxəssislərdən meşə fondunun sərhədlərini, kvartal ayırmalarını, sərhəd, kvartal və digər dirəklərin yerinin müəyyən edilməsini tələb edir.

Bilməlidir: işlədiyi sahəyə aid olan qanunvericilik aktlarını, əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını, yuxarı orqanın (qurumun) qərar, göstəriş, əmr və digər normativ sənədlərini.

Ödəniş dərəcəsinə ixtisas tələbləri: meşəçilik ixtisası və ya təbiət ixtisasları qrupu üzrə ali təhsil.

11-ci dərəcə: ixtisası üzrə 2 ilədək əmək stajı olduqda;

12-ci dərəcə: xidmət etdiyi sahədə 1 ildən az olmayaraq əmək stajı olduqda;

13-cü dərəcə: xidmət etdiyi sahədə 3 ildən az olmayaraq əmək stajı olduqda;

14-cü dərəcə: xidmət etdiyi sahədə 5 ildən az olmayaraq əmək stajı olduqda.

Əmək funksiyası. Meşəbəyiliklərdə və meşə dolaylarında meşələrin qorunub mühafizə edilməsinə (qanunsuz qırılmadan, meşə yanğınlarından, ziyanverici və xəstəliklərdən, meşəyə zərər vuran digər hərəkətlərdən qorunmasına) müntəzəm olaraq nəzarət edir, planlı və növbədənkənar yoxlamalar aparır, bununla bağlı tədbirləri işləyib hazırlayır və həyata keçirilməsinə bilavasitə rəhbərlik edir.

Meşələrin qorunub mühafizə olunması ilə bağlı meşəbəyilərin, meşəbəyi köməkçilərinin, meşə mühafizəçilərinin və yanğın keşikçilərinin bilik səviyyələrinin artırılması məqsədilə onları təlimatlandırır.

Meşələrin qorunub mühafizə olunmasında elmi-texniki nailiyyətlərin həyata keçirilməsinə bilavasitə rəhbərlik edir.

Meşə istifadəçiləri tərəfindən yanğın təhlükəsizlik qaydalarının tələblərinə riayət edilməsini yoxlayır.

Yanğın təhlükəsizlik qaydaları və meşə qanunvericiliyinin pozulmaları halları baş verdiyi təqdirdə bu barədə protokollar (aktlar) tərtib edib rəhbərliyə təqdim edir.

Meşə qanunvericiliyinin pozulmasına görə təbiətə dəymiş ziyanların ödənilməsini təmin edir.

Meşələrdə yüksək yanğın təhlükəsi dövründə əhalinin, nəqliyyat vasitələrinin meşəyə girməsini və bu sahələrdə görülən müəyyən növ işlərin fəaliyyətinin müvəqqəti dayandırılmasını təmin edir.

Meşə ərazilərində tullantıların basdırılmasının qarşısını almaq istiqamətində tədbirlər görür.

Meşə fondundan səmərəli istifadəyə, meşələri məhv olmadan, zədələnmədən, zəifləmədən, çirklənmədən və digər mənfi təsirlərdən mühafizə edir.

Meşəbəyilərin, meşə mühafizəçilərinin və yanğın keşikçilərinin bilik səviyyələrinin artırılması üzrə təlimlər təşkil edir.

Meşə qanunvericiliyinin pozulması hallarını aşkar edib qanunamüvafiq tədbir görür.

Bilməlidir: işlədiyi sahəyə aid olan qanunvericilik aktlarını, əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını, yuxarı orqanın (qurumun) qərar, göstəriş, əmr və digər normativ sənədlərini.

Ödəniş dərəcəsinə ixtisas tələbləri: texniki və texnoloji ixtisaslar qrupu, meşəçilik ixtisası və ya təbiət ixtisasları qrupu üzrə ali təhsil.

10-cu dərəcə: ixtisası üzrə 2 ilədək əmək stajı olduqda;

11-ci dərəcə: xidmət etdiyi sahədə 1 ildən az olmayaraq əmək stajı olduqda;

12-ci dərəcə: xidmət etdiyi sahədə 3 ildən az olmayaraq əmək stajı olduqda;

13-cü dərəcə: xidmət etdiyi sahədə 5 ildən az olmayaraq əmək stajı olduqda.

Əmək funksiyası. Meşəbəyiliklərdə meşəbərpa (meşə əkini və səpini, meşə-bağların salınması, rekonstruksiya işləri və təbii bərpaya kömək) tədbirlərinin aparılması və tinglik sahəsinin salınması üçün sahələrin seçilməsində, habelə layihələrin hazırlanıb həyata keçirilməsində iştirak edir.

Meşə əkini və plantasiyalarda aparılan işlərin yerinə yetirilməsinə, habelə onların aqrotexniki qaydalar tələb edən müddətdə aparılmasında iştirak edir.

Dövriyyədə olan meşə əkinlərinin (səpinlərinin) vəziyyətini mütəmadi araşdırır və bu barədə mərkəzə məlumat verir.

Meşə əkinlərinin, təbii bərpaya kömək tədbirlərinin aparılmasında və meşə əkinlərinin meşə ilə örtülü sahəyə keçirilməsində iştirak edir.

İstehsalat plan-proqnozların tərtib edilməsində, meşə əkini işlərinin operativ-təqvim planının hazırlanmasında, əkinlərin texniki qəbulunda, əkin və tingliklərin inventarlaşmasının aparılmasında və müayinə işlərində iştirak edir.

Meşəbərpa tədbirlərinin aparılması zamanı işçilərin əməyinin təşkilinin təkmilləşdirilməsi tədbirlərini hazırlayır və bu işlərin həyata keçirilməsini təmin edir, qabaqcıl yerli və xarici təcrübələri öyrənməklə onların yayılmasını təşkil edir.

Meşəbərpa işləri üzrə rəhbərlik üçün materiallardan, bu işlərin aparılmasında elmin və qabaqcıl təcrübələrin nailiyyətlərindən istifadə edir.

Mədəni meşə əkinlərində xidmət işlərinin aparılması barədə təkliflər verir.

Meşəbəyiliklərdə meşə əkinlərinin aparılması zamanı fəhlələrin əməyinin təşkilinin təkmilləşdirilməsi tədbirlərini hazırlayır və bu işlərin həyata keçirilməsini təmin edir, qabaqcıl yerli və xarici təcrübələri öyrənir, onların yayılmasını təşkil edir.

Bilməlidir: işlədiyi sahəyə aid olan qanunvericilik aktlarını, yuxarı orqanın (qurumun) qərar, göstəriş, əmr və digər normativ sənədlərini.

Ödəniş dərəcəsinə ixtisas tələbləri: meşəçilik ixtisası və ya təbiət ixtisasları qrupu üzrə ali təhsil.

10-cu dərəcə: ixtisası üzrə 2 ilədək əmək stajı olduqda;

11-ci dərəcə: xidmət etdiyi sahədə 1 ildən az olmayaraq əmək stajı olduqda;

12-ci dərəcə: xidmət etdiyi sahədə 3 ildən az olmayaraq əmək stajı olduqda;

13-cü dərəcə: xidmət etdiyi sahədə 5 ildən az olmayaraq əmək stajı olduqda.

Əmək funksiyası. Meşədən əlavə istifadə üzrə (ot, dərman və kənd təsərrüfatı bitkiləri, ikinci dərəcəli meşə ehtiyyatları və sair) plan-proqnozların tərtib edilməsini və bu işlərin yerinə yetirilməsini təmin edir.

Arı ailələrinin normal vəziyyətdə saxlanmasını, onlara vaxtında qulluq (mövsümə uyğun yerdəyişmə, dərmanlama və sair) göstərilməsini təmin edir.

Əmtəəlik bal məhsulunu maksimum əldə etmək məqsədilə müvafiq tədbirləri həyata keçirir.

Gündəlik planlaşdırılmış təsərrüfat tapşırıqlarını yerinə yetirir, dövri xidmətləri icra edir və çatışmazlıqları aradan qaldırır.

Meşədən əlavə istifadə ilə əlaqədar digər vəzifə və tapşırıqları yerinə yetirir.

Əmtəəlik bal məhsulunu maksimum əldə etmək məqsədilə müvafiq tədbirlərin keçirilməsini təmin edir.

Meşədən əlavə istifadə və təsərrüfat işlərinin səmərəliliyinin artırılması məqsədilə rəhbərliyə müvafiq təkliflər verir.

Bilməlidir: işlədiyi sahəyə aid olan qanunvericilik aktlarını, yuxarı orqanın (qurumun) qərar, göstəriş, əmr və digər normativ sənədlərini.

Ödəniş dərəcəsinə ixtisas tələbləri: meşəçilik ixtisası və ya təbiət ixtisasları qrupu üzrə ali təhsil.

11-ci dərəcə: xidmət etdiyi sahədə 1 ildən az olmayaraq əmək stajı olduqda;

12-ci dərəcə: xidmət etdiyi sahədə 3 ildən az olmayaraq əmək stajı olduqda.

Əmək funksiyası. Meşəbəyi köməkçisi meşəbəyiliyin ərazisində mütəmadi olaraq meşələrin qorunub mühafizə olunmasına operativ nəzarəti həyata keçirir və meşəbərpa tədbirlərinin aparılmasında iştirak edir.

Meşə mühafizəçilərinin və yanğın keşikçilərinin vəzifə borclarının yerinə yetirmələrinə nəzarət edir və onları mütəmadi olaraq təlimatlandırır.

Meşə istifadəçiləri tərəfindən yanğın təhlükəsizlik qaydalarının tələblərinə riayət olunmasına, meşəbəyiliyin ərazisində yanğın əleyhinə qabaqlayıcı tədbirlərin görülməsinə, təbliğat, təşviqat və xəbərdarlıq lövhələrinin quraşdırılmasına bilavasitə rəhbərliyi həyata keçirir, meşə yanğınları baş verdikdə isə meşəbəyi və mərkəzin digər vəzifəli şəxsləri gələnə kimi həmin yanğınların söndürülməsinə rəhbərlik edir.

Meşədən istifadəyə dair zəruri sənədləri (dolayda meşə məhsullarının buraxılış orderini, ot çalınması, ov edilməsini, meşə fondu torpaqlarının istifadəyə və icarəyə verilməsini) yoxlayır və nəzarət edir, bu sahədə baş verə biləcək qanun pozuntularının qarşısını alır və meşə qanunvericiliyinin pozulmasına dair akt (protokol) və digər zəruri sənədləri tərtib edir.

Meşə qanunvericiliyini pozanların qanunsuz yolla əldə etdikləri meşə məhsullarına görə qanunamüvafiq tədbir görülməsi üçün onları meşədə və ya meşədən çıxan yolda saxlayır, əgər meşə qanunvericiliyini pozan şəxsi, meşə məhsulunu istifadə olunacaq yerə qədər təqib edirsə, məhsulu həmin yerdə qanuna müvafiq şəkildə sənədləşdirir və sekvestr (müsadirə) edir.

Meşəbərpa tədbirlərinin aparılması, ağac və kol cinslərinin toxumlarının yığılması, meşələrdə bütün növ qırma sahələrinin ayrılmasında və qırmaların aparılmasında, həmçinin meşədən digər istifadə işlərinin görülməsində iştirak edir.

Meşəbəyilikdə meşə quruluşu işləri aparılan zaman mütəxəssislərlə birgə iştirak edir.

Meşəbəyiliyin ərazisində meşələrin qorunub mühafizə olunmasında məsuliyyət daşıyır.

Xidməti ərazisi daxilində təqsirli hərəkət və ya hərəkətsizliyi səbəbindən meşə qanunvericiliyinin pozulması nəticəsində dövlət meşə fonduna zərər vurularsa, dəymiş zərərin ödənilməsi üçün müvafiq qanunvericiliklə məsuliyyət daşıyır.

Meşəbəyi bu vəzifəni icra edə bilmədikdə qırma sahələrindən tədarük edilən işlik oduncağın daşınması zamanı daşınma damğaları ilə damğalanmasını təmin edir.

Qanunla müəyyən olunmuş qaydada qırma sahələrinin pul-qiymət cədvəlini əvvəlcədən tərtib edir və mərkəzə təqdim edilməsində iştirak edir.

Sekvestr (müsadirə) olunmuş və meşəbəyiliyin ərazisində qalmış meşə məhsulunun qanunamüvafiq tədbirlər görülənədək qorunub saxlanılmasına nəzarət edir.

Meşəbəyilik ərazisində monitorinq apararaq zərərvericilər və xəstəliklər müşahidə olunduğu təqdirdə ilkin qabaqlayıcı və zəruri mübarizə tədbirlərinin görülməsi məqsədilə rəhbərliyə məlumat hazırlayaraq təqdim edir.

Sekvestr olunan meşə məhsulunu qanunamüvafiq tədbirlər görülənə qədər saxlamaq üçün xidməti ərazidə (meşə sahəsində) meşə mühafizəçisinə, xidməti ərazidən kənarda isə yerli icra hakimiyyət orqanının nümayəndəsinə və ya meşə qanunvericiliyini pozan şəxsə (istisna hallarda) təhvil verir.

Meşə qanunvericiliyinin pozulması hallarını aşkar edir və bu barədə mərkəzə məlumat verir.

Meşə yanğınları baş verdiyi halda meşəbəyi və digər rəhbər vəzifəli şəxslər hadisə yerinə gələnə kimi onun qarşısının alınması üçün tədbirlər görür, yanğının söndürülməsinə meşədəki və yaxınlıqdakı obyektlərin, yaşayış məntəqələrinin nəqliyyat vasitələrini və canlı qüvvələri cəlb edir.

Meşəbəyiliyin ərazisində meşə ehtiyatlarından (oduncaq tədarükü, cır meyvə və dərman bitkiləri yığmaq, ot çalmaq, torpaqdan istifadə və s.) istifadə olunması ilə əlaqədar fiziki, hüquqi və vəzifəli şəxslərdən müvafiq sənədləri tələb edir, qanunvericiliyin pozulması hallarına dair qiymətləndirməni həyata keçirir.

Meşəbəyiliyə daxil olmuş meşə qanunvericiliyin pozulmasına dair məlumatların doğruluğunu və dolğunluğunu öz səlahiyyətləri çərçivəsində yoxlayır, maddi cəhətdən qiymətləndirilməsini həyata keçirir.

Bilməlidir: işlədiyi sahəyə aid olan qanunvericilik aktlarını, yuxarı orqanın (qurumun) qərar, göstəriş, əmr və digər normativ sənədlərini.

Ödəniş dərəcəsinə ixtisas tələbləri: meşəçilik ixtisası və ya təbiət ixtisasları qrupu üzrə ali təhsil.

9-cu dərəcə: ixtisası üzrə 2 ilədək əmək stajı olduqda;

10-cu dərəcə: xidmət etdiyi sahədə 1 ildən az olmayaraq əmək stajı olduqda;

11-ci dərəcə: xidmət etdiyi sahədə 3 ildən az olmayaraq əmək stajı olduqda;

12-ci dərəcə: xidmət etdiyi sahədə 5 ildən az olmayaraq əmək stajı olduqda.

Əmək funksiyası. Ona tapşırılmış (həvalə olunmuş) dolayda meşələrin, tarixi və təbiət abidələrinin, kardonların (meşəçi evlərinin), tikili və qurğuların, mərz nişanlarının, kvartal dirəklərinin və s. qorunub mühafizə olunmasını yerinə yetirir.

Meşədən istifadəyə dair zəruri sənədləri (dolayda meşə məhsullarının buraxılış orderini, ot çalınması, ov edilməsini, meşə fondu torpaqlarının istifadəyə və icarəyə verilməsini) yoxlayır və nəzarət edir, bu sahədə baş verə biləcək qanun pozuntularının qarşısını alır.

Dolayın ərazisində özbaşına qırıntılara və meşə qanunvericiliyinin digər pozulmalarına dair yazılı məlumatı meşəbəyiliyə və ya mərkəzə təqdim edir.

Meşə istifadəçiləri və meşə ərazisinə daxil olan digər şəxslər tərəfindən yanğın təhlükəsizlik qaydalarının tələblərinə riayət edilməsini yoxlayır, meşədə yanğın təhlükəsizliyi qaydalarına nəzarət edir, yanğın baş verdikdə onun söndürülməsi üçün tədbirlər görür, yanğın haqqında meşəbəyinə, mərkəzə və digər aidiyyati qurumlara xəbər verir.

Meşə dolayında ziyanvericilər və xəstəliklər, təbii fəlakət nəticəsində yıxılmış yaxud kök üstə qurumuş ağaclar (kollar) və meşə fonduna ziyan verə biləcək digər hadisələr nəzərə çarpdıqda, bilavasitə rəhbərliyə xəbər verir.

Meşə qanunvericiliyini pozanların qanunsuz yolla əldə etdikləri meşə məhsullarına görə qanunamüvafiq tədbir görülməsi üçün onları meşədə və ya meşədən çıxan yolda saxlayır, əgər meşə qanunvericiliyini pozan şəxsi, meşə məhsulunu istifadə olunacaq yerə qədər təqib edirsə, məhsulu sekvestr (müsadirə) edir.

Meşəbərpa tədbirlərinin aparılması, ağac və kol cinslərinin toxumlarının yığılması, meşələrdə bütün növ xidməti qırma sahələrinin ayrılmasında və qırmaların aparılmasında, həmçinin meşədən digər istifadə işlərinin görülməsində iştirak edir.

Meşə quruluşu işləri aparılan zaman meşənin sərhədlərini, kvartal mərzlərini, sərhəd, kvartal və digər dirəkləri yerində bu işləri aparan mütəxəssislərə göstərir.

Dolayın ərazisində meşələrin qorunub mühafizə olunmasına bilavasitə məsuliyyət daşıyır.

Ayrılmış qırma sahələrinə kənar şəxslərin daxil olmasına və ya müdaxiləsinə icazə vermir.

Oduncağın buraxılışı zamanı qanunvericiliyin tələblərinə əməl edilməsini gözləyir.

Meşə məhsullarının buraxılışı orderi olmadan məhsul buraxılışına icazə vermir.

Meşə məhsulu ərazidən çıxarılarkən buraxılış orderində müvafiq təhvil-qəbul qeydini aparır.

Qırma sahəsində qeydə alınmış ağaclardan kənar ağacların kəsilməsinə və götürülməsinə icazə vermir.

Oduncağın realizə olunması prosesinin təyinatı üzrə aparılmasını təşkil edir.

Meşələrin qorunub mühafizə olunması üçün quraşdırılmış kameraların mühafizəsini təmin edir.

Sekvestr olunmuş meşə məhsulunu yerli icra hakimiyyət orqanının və ya bələdiyyənin nümayəndəsinin iştirakı ilə sənədləşdirir, saxlamaq üçün yerli icra hakimiyyət orqanının nümayəndəsinə və ya meşə qanunvericiliyini pozan şəxsə (istisna hallarda) təhvil verir.

Meşə qanunvericiliyinin pozulması hallarını aşkar edir və bu barədə mərkəzə məlumat verir.

Meşə yanğınları baş verdiyi halda onun qarşısının alınması üçün tədbirlər görür, yanğının söndürülməsinə meşədəki və yaxınlıqdakı obyektlərin, yaşayış məntəqələrinin nəqliyyat vasitələrini və canlı qüvvələri cəlb edir.

Bilməlidir: işlədiyi sahəyə aid olan qanunvericilik aktlarını,yuxarı orqanın (qurumun) qərar, göstəriş, əmr və digər normativ sənədlərini.

Ödəniş dərəcəsinə ixtisas tələbləri: tam orta təhsil və ya kənd təsərrüfatı ixtisasları qrupu üzrə orta ixtisas təhsili.

7-ci dərəcə: əmək stajına tələb qoyulmadan;

8-ci dərəcə: xidmət etdiyi sahədə 1 ildən az olmayaraq əmək stajı olduqda;

9-cu dərəcə: xidmət etdiyi sahədə 3 ildən az olmayaraq əmək stajı olduqda.

Əmək funksiyası. Meşələrin yanğınlardan qorunması məqsədilə sərəncam və göstərişləri yerinə yetirir.

Yanğından müdafiə sistemlərini və vasitələrini, o cümlədən ilkin yanğın söndürmə vasitələrini saz vəziyyətdə saxlayır, onların başqa məqsədlər üçün istifadə olunmasına yol vermir.

Yanğın təhlükəsi çox olan vaxtlarda, yanğın müşahidə edilən halda yaxında olan meşə mühafizəçisinə, meşəbəyi köməkçisinə, meşəbəyinə və ya əvvəlcədən müəyyən edilmiş məntəqəyə baş verən yanğının yeri və istiqamətləri barədə xəbər verir.

Yanğın xəbədarlıq nişanlarına nəzarət edir.

Meşə dolaylarının yanğından mühafizə vəziyyətini yoxlayır.

Mərkəzin ərazilərində və yaxınlıqda asan alışan və yanar mayelər olan çənlərin, sıxlaşdırılmış və maye qaz balonlarının saxlanması, həmçinin tonqalların yandırılması və sönməmiş kömürün atılmasına yol vermir və belə hallarda lazımi yerlərdə müvafiq nişanlar (göstəricilər) qoyur.

Meşədə odla ehtiyatla rəftar edilməsi tədbirlərinə riayət olunmasına nəzarət edir.

Meşələrin yanğından mühafizəsi üzrə müvafiq təşkilatlarla birgə tədbirlər planı hazırlanmasında iştirak edir.

Yanğınlar, mövcud yanğından müdafiə sistemlərinin və vasitələrinin nasazlığı, yolların və girişlərin vəziyyətindəki dəyişikliklər barədə müvafiq qurumlara ləngimədən məlumat verir.

Bilməlidir: işlədiyi sahəyə aid olan qanunvericilik aktlarını, əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını, yuxarı orqanın (qurumun) qərar, göstəriş, əmr və digər normativ sənədlərini.

Ödəniş dərəcəsinə ixtisas tələbləri: tam orta təhsil və ya yanğın təhlükəsizliyi ixtisası üzrə orta ixtisas təhsili.

7-ci dərəcə: əmək stajına tələb qoyulmadan;

8-ci dərəcə: xidmət etdiyi sahədə 1 ildən az olmayaraq əmək stajı olduqda;

9-cu dərəcə: xidmət etdiyi sahədə 3 ildən az olmayaraq əmək stajı olduqda.

Əmək funksiyası. Su nasoslarının işə salınması və dayandırılması, ötürülən suda verilən təzyiqin saxlanılmasını təmin edir, baş vermiş xırda nasazlıqları aradan qaldırır və dövri iş fasilələrində cari təmirini həyata keçirir.

Texniki təhlükəsizlik qaydalarına əməl edir, nasosun səmərəsiz qaydada işləməsinə yol vermir.

Mərkəzin sahəsində su nasosu və nasos qurğularının düzgün istismar edilməsini təmin edir.

Xidmət etdiyi su nasosunun saz saxlanması və məhsuldar işləməsini təmin edir.

Bilməlidir: su nasosunun əsas iş prinsiplərini (işə salma və dayandırma), motorun fasiləsiz işləmə müddətini, motora və nasosa texniki xidmət dövrlərini və qaydalarını, motorun və nasosun xırda nasazlığının və cari təmirinin aparılmasını, çilingərlik peşəsini, texniki təhlükəsizlik qaydalarını.

Öz vəzifə funksiyalarını və hüquqlarını.

Ödəniş dərəcəsinə ixtisas tələbləri: tam orta təhsil və ya kənd təsərrüfatı ixtisasları qrupu üzrə orta ixtisas təhsili.

7-ci dərəcə: əmək stajına tələb qoyulmadan;

8-ci dərəcə: xidmət etdiyi sahədə 1 ildən az olmayaraq əmək stajı olduqda;

9-cu dərəcə: xidmət etdiyi sahədə 3 ildən az olmayaraq əmək stajı olduqda.

1. 29 iyul 2024-cü il tarixli 3-17/3-5-20/2024 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202407293520, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 7 avqust 2024-cü il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver