Qanunvericilik › Metropoliten sahəsi üzrə qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu kitabçasının (hissə 56 - 2) təsdiq edilməsi haqqında (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 28.06.1999) › Tam mətn

Metropoliten sahəsi üzrə qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu kitabçasının (hissə 56 - 2) təsdiq edilməsi haqqında (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 28.06.1999)

Metropoliten sahəsi üzrə qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu kitabçasının (hissə 56 - 2) təsdiq edilməsi haqqında (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 28.06.1999) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikasının

tarixdə qeydə alınmışdır

Nazir __________S.Həsənova

Azərbaycan Respublikası

Sosial Müdafiəsi Nazirliyi

"28" iyun 1999-cu il tarixli

Nazir __________ Ə.Nağıyev

Bakı metropoliteni sahəsi üzrə qulluqçu vəzifələrinin Vahid Tarif İxtisas Sorğusu Kitabçası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 aprel 1990-cı il tarixli 93 saylı "Fəhlə peşələri və qulluqçu vəzifələri üzrə "ümumrespublika təsnifatının və Fəhlə peşələri və qulluqçu vəzifələrinin vahid tarif-ixtisas sorğu kitabçalarının işlənib hazırlanması haqqında" qərarının icrası olaraq hazırlanmışdır.

Vahid Tarif İxtisas Sorğu Kitabçasının bu bölməsi özündə ancaq metropoliten sahəsinə aid olan qulluqçu vəzifələrinin tarif ixtisas xüsusiyyətlərini əks etdirən vahid normativ sənəddir və təşkilati - hüquqi və mülkiyyət formasından və tabeçiliyindən asılı olmayaraq sahəyə daxil olan müəssisə, idarə və təşkilatlar üçün məcburidir, işçilərlə fərdi əmək müqaviləsinin bağlandığı, əməyin Vahid Tarif Cədvəli əsasında ödənilməsinin tətbiqi zamanı istifadə edilmək məqsədi ilə işlənilmişdir.

Hazırkı kitabçada nəzərdə tutulmayan digər qulluqçu vəzifələri üzrə tarif ixtisas xüsusiyyətlərini müəyyən etmək üçün qüvvədə olan "Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid Tarif İxtisas Sorğu Kitabçası"na müraciət edilməlidir.

Hər bir vəzifənin tarif ixtisas xüsusiyyətləri 3 bölmədən ibarətdir:

- "Vəzifə borcu" bölməsində bu vəzifəni tutan işçinin görməli olduğu işlərin məzmunu;

- "Bilməlidir" bölməsində işçinin qanunvericilik aktları, əsasnamə, təlimat və qüvvədə olan digər normativ - hüquqi aktlar haqqında məlumat və yerinə yetirilən işin metod və vasitələrindən istifadə kimi tələblər;

- "Ödəniş dərəcələrinin ixtisas tələbləri" bölməsində işçinin xüsusi hazırlıq səviyyəsinə, ixtisasına və iş stajına olan tələblər öz əksini tapmışdır.

Kitabçaya rəhbər, mütəxəssis və texniki icraçıların (digər qulluqçuların) tarif-ixtisas xüsusiyyətləri daxildir.

"Rəhbərlər" və "mütəxəssislər" bölmələri metropolitenin idarəsi və metropolitenin xidmətləri üçün ayrıca tərtib edilmişdir.

Sahə tarif-ixtisas sorğu kitabçasında nəzərdə tutulan metropoliten idarəsinin baş mütəxəssislərinin dərəcələri "Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələri"nin VTİSK-də verilmiş baş mütəxəssislə səviyyəsində müəyyən olunur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.04.93-cü il tarixli 205 saylı qərarının 1-ci əlavəsinin qeydlərinin 3-cü bəndinə əsasən metropoliten rəisinin müavinləri, xidmət rəislərinin müavinləri və şöbə rəislərinin müavinlərinin vəzifə maaşları əməyin ödəniş dərəcələri müəyyən olunmadan rəhbərin vəzifə maaşından 10-20 % aşağı məbləğdə müəyyən olunur.

Metropoliten idarəsinin şöbə rəislərinin dərəcələri sorğu kitabçasında göstərilən dərəcələr diapazonunda, texniki şöbənin rəisi timsalında müəyyən edilir.

Qulluqçu vəzifələrinin tarif ixtisas xüsusiyyətləri elmi-texniki inkişaf, işçilərin təhsili və fərdi hazırlıqları nəzərə alınmaqla işlənib hazırlanmışdır.

Kitabça rəhbər və mütəxəssislərin vəzifə borclarını, hüquq, məsuliyyət və ixtisas hazırlıqlarını müəyyən edən vəzifə təlimatlarının işlənməsi, müəssisənin idarəetmə sistemi üçün kadrların seçilməsi, yerləşdirilməsi və istifadə edilməsi, struktur bölmələrinin rolunu müəyyən edən əsasnamələrin tərtib edilməsi, həmçinin rəhbər və mütəxəssislərin attestasiyasının keçirilməsi və işçilərlə fərdi əmək müqaviləsinin bağlanması üçün normativ sənəd kimi tətbiq edilə bilər.

Attestasiya zamanı işçinin vəzifə borclarını yerinə yetirərkən sərbəst iş fəaliyyəti, qəbul edilmiş qərarlara məsuliyyəti, işə təşəbbüskar və yaradıcı münasibəti, əməyinin səmərələliyi və keyfiyyəti, həmçinin əməli fəaliyyət təcrübəsi və ixtisası üzrə biliyi hökmən nəzərə alınmalıdır.

İşçinin tarif ixtisas xüsusiyyətlərində onun yerinə yetirdiyi əsas işlər sadalanır.

Müstəsna hallarda ixtisas tələblərində qoyulmuş xüsusi hazırlığa və ya iş stajına malik olmayan, lakin kifayət qədər əməli təcrübəsi olan və üzərinə qoyulmuş vəzifə borclarını tam həcmdə və keyfiyyətlə yerinə yetirən şəxslər attestasiya komissiyasının tövsiyəsi ilə lazımi ixtisas hazırlığı və iş stajı olan şəxslər kimi müvafiq vəzifəyə təyin oluna bilərlər.

Bu kitabçanın "Giriş" hissəsindən sonra qulluqçu vəzifələrinin əlifba sırası ilə adı, dərəcələr diapazonu və hər bir vəzifənin tarif-ixtisas xüsusiyyətlərinə dair məlumatın yerləşdiyi səhifələrin göstərildiyi cədvəl verilmişdir.

Vəzifə borcu. Azərbaycan Respublikasının "Müəssisələr haqqında" Qanuna və "Bakı Metropolitenin Nizamnaməsi" müvafiq surətdə metropolitenin bütün fəaliyyət növlərinə rəhbərlik edir, etibarnaməsiz müəssisə adından fəaliyyət göstərir, onun mənafelərini bütün müəssisələrdə, idarələrdə və təşkilatlarda təmsil edir, müəssisənin əmlakı barəsində sərəncam verir, müqavilələr, o cümlədən əmək müqavilələri bağlayır, etibarnamələr verir, bank hesabları açır, vəsaitləri yönəltmək hüququndan istifadə edir, idarənin icra aparatının ştatlarını təsdiq edir, müəssisənin bütün işçilərinə şamil edilən əmr və göstərişlər verir, elmi cəhətdən əsaslandırılmış planlaşdırma metodlarının, material, maliyyə və əmək məsrəfləri normativlərinin tətbiqi, istehsal ehtiyatlarından maksimum istifadə olunması əsasında yüksək iqtisadi texniki göstəricilərə, texniki səviyyənin yüksəldilməsinə, ehtiyatların bütün növlərindən səmərəli və qənaətcil surətdə istifadə edilməsinə nail olaraq, metropolitenin istehsalat-təsərrüfat fəaliyyətini təşkil edir.

Metropolitenin müstəqil hüquqi şəxs olan struktur vahidlərinin- bütün xidmətlərin işini və səmərəli qarşılıqlı əlaqəsini təşkil edir, onların şəhər əhalisinin sərnişin daşınmasına olan təlabatının bütünlüklə və keyfiyyətlə ödənilməsinə, sərnişinlərə mədəni xidmətin səviyyəsinin yüksəldilməsinə və qatarların hərəkət təhlükəsizliyinin yüksəldilməsinə yönəldilən fəaliyyətini istiqamətləndirir; xidmətlərin fəaliyyətini yüksək inkişaf sürətinin əldə olunmasına və istehsalın təkmilləşdirilməsinə, hərəkətin idarə olunmasında mütərəqqi vasitələrinin, müasir sistem və üsullarının tətbiq edilməsinə, tikililərin, qurğuların, texniki vasitə vəqatarların saz vəziyyətdə saxlanılmasına; yeni texnika və texnologiyanın tətbiqi, əməyin, istehsalın və idarəetmənin elmi təşkili, təsərrüfat mexanizminin təkmilləşdirilməsi əsasında əmək məhsuldarlığının və istehsalın səmərəliyinin hərtərəfli yüksəldilməsinə istiqamətləndirir; metropolitenin istismarı sahəsində vahid elmi-texniki siyasəti, respublikamızda metropolitenin əsas inkişaf istiqamətlərinin, məqsədli, elmi-texniki və sosial-iqtisadi praqramlarının hazırlanmasını həyata keçirir; sərnişin danışması və metropolitenin buraxıcılıq qabiliyyətinin artırması üzrə perspektiv planların işlənib hazırlanması üzrə işi təşkil edir; istismar işinə, danışma prosesinin təşkilinə, qatarların hərəkət cədvəlinin hazırlanıb yerinə yetirilməsinə, qatarların hərəkət təhlükəsizliyi üzrə, qatarların və obyektlərin yanğın təhlükəsizliyi üzrə iş normalarının, sərnişinlərin daşınması və onlara xidmət göstərilməsi üzrə müəyyən olunmuş standartların və normaların yerinə yetirilməsinə operativ rəhbərliyi həyata keçirir; əməyin təşkili, normalaşdırılması və ödənilməsi, istehsalat mədəniyyətinin, əmək mühafizəsi və təhlükəsizlik texnikasının yüksəldilməsi üzrə işə rəhbərlik edir; materialların, yanacağın, elektrik enerjisinin məsrəf normalarının müəyyən olunmuş qaydada işlənib hazırlanması, həmin normalara riayət olunmasına nəzarət edilməsi üzrə işi təşkil edir.

Metropolitenin ixtisaslı kadrlarla təmin edilməsi, işçilərin bilik və təcrübəsindən daha yaxşı istifadə olunması üzrə tədbirlər görür, fəhlə və qulluqçuların yaradıcı təşəbbüskarlığının və əmək fəallığının inkişaf etdirilməsinə, onları təhlükəsiz və əlverişli əmək şəraiti yaradılmasına, əmək qanunvericiliyinin və ətraf mühitin mühafizəsinin tələblərinə riayət olunmasına kömək göstərir. Kollektivin sosial inkişafı üzrə tədbirləri həyata keçirir. Kollektiv müqavilənin işlənib hazırlanmasınını, bağlanılmasını və yerinə yetirilməsini təmin edir. Əmək kollektivində sağlam mühitin yaranmasına, işçilərin peşə səviyyəsinin yüksəldilməsinə kömək göstərir, onların mənafelərinin müdafiə olunmasını təmin edir, intizamın möhkəmləndirilməsi üçün tədbirlər görür.

Metropolitendə maliyyə-iqtisadi işin təkmilləşdirilməsini, xidmətlərin maliyyələşdirilməsini, danışmalar və mədaxil gətirən digər işlərdən, əhaliyə, yaxud digər təşkilatlara göstərilən xidmətlərdən əldə edilən mədaxillərin bütünlüklə və vaxtlı- vaxtında daxil olmasına nəzarəti, müəssisələrin istehsalat - təsərrüfat və maliyyə fəaliyyətinin bütün növləri üzrə metropoliten müəssisələrinə nəzarəti və metodik yardım göstərilməsini, metropolitenin müəssisələrinin ümumi mənafelərinin dövlət orqanlarında və digər orqanlarda, habelə beynəlxalq təşkilatlarda təmsil olunmasını, metropolitenin iqtisadi və sosial mənafelərinin müdafiə olunmasını təmin edir. Bütün məsələləri ona verilmiş səlahiyyətlər çərçivəsində həll edir və ayrı-ayrı istehsalat - təsərrüfat funksiyalarının icrasını digər vəzifəli şəxslərə- baş mühəndisə və metropoliten rəisinin müavinlərinə, xidmətlərin və digər struktur bölmələrinin rəhbərlərinə tapşırır.

Bütün metropolitenin fəaliyyətində qanunçuluğa riayət olunmasını təmin edir.

Bilməlidir: Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının metropolitenin fəaliyyətinə aid olan qanunlarını, Azərbaycan Respublikası Milli Məclisinin qərarlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, müvafiq icra hakimiyyəti orqanlarının qərarlarını və sərəncamlarını, habelə metropolitendə mövcud olan normativ sənədləri; metropolitenin işinin xüsusiyyətlərini və strukturunu; metropolitenin texniki, iqtisadi və sosial inkişafının prespektivlərini; metropolitenin istehsal güclərini və hərəkət qatarlarının, tikililərin, qurğuların və texniki vasitələrin istismar və təmir texnologiyasını, daşınma prosesinin təşkilini; metropolitenin təsərrüfatçılıq və idarəetmə metodlarını; təsərrüfat müqavilələrinin bağlanılması və yerinə yetirilməsi qaydalarını; metropolitenin saxlanılmasına, yaxud istismarına aid Respublikamızdakı və xarici ölkələrdəki elm və texnikanın nailiyyətlərinin; iqtisadiyyatı və istehsalın, əməyin və idarəetmənin təşkilini; Azərbaycan Respublikası qanunvericiliyinin əsaslarını; əmək mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarını və normalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

- 19 dərəcə - ali texniki, yaxud mühəndis-iqtisadi təhsil və metropolitenin istismarı sahəsində rəhbər vəzifələrdə ən azı 5 il iş stajı.

Vəzifə borcu. Azərbaycan Respublikasının "Müəssisələr haqqınla" Qanununa və "Bakı Metropolitenin Nizamnaməsinə" müvafiq surətdə müdiriyyətin şöbələrinin işinə rəhbərlik edir, etibarnaməsiz müəssisə adından fəaliyyət göstərir, onun mənafelərini bütün müəssisələrdə, idarələrdə və təşkilatlarda təmsil edir, müəssisənin əmlakı barəsində sərəncam verir, müqavilələr, o cümlədən əmək müqavilələri bağlayır, etibarnamələr verir, bank hesabları açır, vəsaitləri yönəltmək hüququndan istifadə edir, idarənin icra aparatının ştatlarını təsdiq edir, müəssisənin bütün işçilərinə şamil edilən əmr və göstərişlər verir. Tikinti üçün lazım olan layihə-smeta sənədlərinin komplektliyinin və keyfiyyətinin yoxlanılmasını, onun podratçı uçotunu və müəyyən olunmuş müddətlərdə podratçı tikinti təşkilatına verilməsini təşkil edir. Podratçılarla əsaslı tikintiyə dair baş və illik podrat müqavilələri, habelə layihə axtarış və konstruktor işlərinə, əsaslı tikinti obyektlərindən ötrü avadanlıq və materialların tədarükünə dair müqavilələr bağlayır. Əsaslı tikintinin illik planlarının, tikintilərin titul siyahılarının işlənib hazırlanmasını və müəyyən olunmuş qaydada təsdiqə təqdim olunmasını təşkil edir və podratçılarla razılaşdıraraq tikintidaxili titul siyahılarını təsdiq edir. Əsaslı tikinti obyektləri üzrə layihə-axtarış işlərinin illik planının formalaşdırılmasını təmin edir, layihə sənədlərinin işlənib hazırlanması və verilməsi cədvəlini layihə təşkilatı ilə razılaşdırır və onun yerinə yetirilməsinə nəzarəti həyata keçirir. Tikintiyə, yerinə yetirilən işlərin həcminin, dəyərinin və keyfiyyətinin layihələrə və texniki tələblərə uyğunluğuna nəzarəti həyata keçirir. Tikintinin vaxtlı-vaxtında maliyyələşdirilməsini və əsaslı vəsait qoyuluşları həcminə müvafiq surətdə layihələşdirilməsini təmin edir. Metropolitenin inşaası başa çatmış xətlərinin istismara qəbul olunmasında, onların işə salınmaq üçün kompleks sınaqdan çıxarılmasında və yoxlanılmasında iştirak edir. Müdiriyyətin ixtisaslı kadrlarla təmin edilməsi, işçilərin bilik və təcrübəsindən daha yaxşı istifadə olunması, onlar üçün təhlükəsiz və əlverişli şəraitin yaradılması, qanunvericiliyin tələblərinə riayət edilməsi üzrə tədbirlər görür. İctimai təşkilatlarla və əmək kollektivi ilə birlikdə kollektiv müqavilənin bağlanmasını və yerinə yetirilməsini təmin edir, kadrlarla əməyə şüurlu və vicdanlı münasibət ruhunda tərbiyə olunması üzrə iş aparır, müdiriyyət işçilərinin yaradıcı təşəbbüskarlığı və əmək fəallığının inkişafına kömək göstərir.

Bilməlidir: Azərbaycan Respublikasının Konstitusiyası, metropolitenin elmi-texniki, iqtisadi və sosial inkişafının əsas istiqamətlərini müəyyən edən Azərbaycan Respublikası Milli Məclisinin qərarlarımı, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq icra hakimiyyəti orqanlarının qərarlarını və metropoliten rəisinin sərəncamlarını, əmrlərini və qüvvədə olan digər normativ-hüquqi aktlarını; təsərrüfatçılıq idarəetmə metodlarını, təsərrüfat müqavilələri bağlanılması və yerinə yetirilməsi qaydalarını; metropolitenlərin tikintisi və yenidən qurulması sahəsində respublikamızda və xaricdə elm və texnikamın nailiyyətlərini; iqtisadiyyatın, istehsalın, əməyin və idarəetmənin təşkilini; əmək qanunvericiliyinin əsaslarını, metropoliten işçilərinin intizamı haqqında nizamnamələri; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

- 17 dərəcə-ali tikinti təşkilatlarında rəhbər və mühəndis-texniki vəzifələrdə ən azı 5 il iş stajı.

Vəzifə borcu. Qatarların hərəkət təhlükəsizliyinin təmin edilməsi, əmək, istehsalat və texnoloji intizamın möhkəmləndirilməsi, onların həyata keçirilməsi üzrə konkret tədbirlərin işlənib hazırlanması ilə əlaqədar işin əsas istiqamətlərini müəyyənləşdirir və təşkil edir, onların icrasına nəzarət edir, hərəkət qatarlarının təmirinin və yoxlanılmasının və metropolitendə texniki vasitələrin saxlanılmasının keyfiyyətinin yaxşılaşdırılması üçün tədbirlər işləyib hazırlayır.

Müfəttişlik aparatının işinə rəhbərlik edir. Hərəkət təhlükəsizliyi üzrə təlimatları, əmrləri və göstərişləri işləyib hazırlayır və qatarların hərəkəti ilə bağlı xidmətlər və ayrı-ayrı işçilər tərəfindən hərəkət təhlükəsizliyi üzrə qərarların, sərəncamların, normaların, qaydaların, təlimatların xüsusən, İMB və rabitə qurğularının normal işinin pozuntuları baş verdiyi dövrlərdə qatarların hərəkətinin işarəvermə və manevretmə işi üzrə təlimatlara uyğun yerinə yetirilməsinə nəzarətə həyata keçirir. Müfəttişlik aparatının qüvvəsi ilə, lazım gəldikdə isə, şəxsən iştirak etməklə hərəkət təhlükəsizliyi, şəxsi texniki təhlükəsizlik məsələləri üzrə müəssisələrin (xidmətlərin) işinin, stansiya təsərrüfatının vəziyyətinin təftişini və yoxlanılmasını keçirir, aşkar çıxarılmış qüsurların aradan qaldırılması üzrə tədbirləri həyata keçirir, qəza və zədələnmələrin nəticələrinin aradan qaldırılmasına, bərpa vasitələrinin hazırlığına nəzarət edir. Təmir və tikinti işlərinin aparılması, tikililərin, qurğuların, avadanlıqların saz vəziyyətdə saxlanılması qaydasına və bunların texniki istismar qaydalarının və təlimatların tələblərinə müvafiq olmasına nəzarəti təmin edir. Qatar və manevretmə işi və eskalatorların işi sahəsində hərəkət təhlükəsizliyinin pozuntusu hallarının təhqiqatını təşkil edir və həmin təhqiqatda bilavasitə iştirak edir, adı çəkilən pozuntu halların təhqiqatının uçotunu və müddətlərini, hərəkət təhlükəsizliyinin pozulması səbəblərinin təhlilinin aparılmasını və onların qarşısının alınması üzrə tədbirlərin həyata keçirilməsini təşkil edir; zədələnmə, qəza, yaxud fəlakət halları baş verdikdən sonra qatarların hərəkətinin tezliklə bərpası üçün tədbirlər görür.

Qatarların hərəkəti ilə bağlı işçilərə texniki xidmət göstərilməsinin və təlimatlandırılmasının təşkilinə, hərəkət qatarlarını qəbul edənlərin işinə nəzarəti təşkil edir. İşçilərin texniki istismarı qaydaları və təlimatları ilə bağlı biliklərinin müntəzəm yoxlanılması üzrə sınaqların aparılmasında, onlara dərəcə verilməsi üzrə attestasiya komissiyasının işində iştirak edir; qatarların hərəkətinin bərpası zamanı metropolitenin qəza- bərpa bölmələrinin hazırlığına və dəqiq işinə, onların bütün lazımi bərpa vasitələri mexanizmlər ilə təchizatına nəzarət edir.

Hərəkət təhlükəsizliyi və təylükəsizlik texnikası üzrə qabaqcıl təcrübəni ümumiləşlirilir və onun tətbiqini təşkil edir.

Bilməlidir: Qatarların hərəkət təylükəsizliyi üzrə qərarları, sərəncamları və qüvvədə olan digər normativ- hüquqi aktları; texniki istismar qaydalarını; işarəvermə, qatarların hərəkəti və manevretmə işi üzrə təlimatları; hərəkət təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müəssisələrdə (xidmətlədə) qatarların hərəkətinin və texniki işin təşkilini; metropolitenin hərəkət qatarlarının, tikililərinin, qurğularını n və texniki vasitələrinin istehsal güclərini, onların istismarı və təmirinin texnologiyasını, daşınma prosesinin təşkilini; təftişlərin, fəlakət və qəzaların təhqiqatının aparılması qaydalarını və müddətlərini, onların-uçot və hesabatı qaydalarını; müfəttişlik kitablarının tərtibi və doldurulması qaydalarını; iqtisadiyyatın əsaslarını; istehsalatın təşkilini; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarını; Bakı metropolitenin nizamnaməsini.

Ödəniş dərəcələrinə ixtisas tələbləri;

- 17 dərəcə- ali texniki təhsil və qatarların hərəkəti ilə bağlı mühəndis-texniki, yaxud rəhbər vəzifələrdə, ən azı 5 il iş stajı.

Vəzifə borcu. Bütövlükdə metropolitenin və onun xidmət və bölmələrinin texniki hazırlığını təşkil edir, əmək məhsuldarlığının yüksəldilməsini, istehsala əmək məsrəfinin azaldılmasını təmin edir; metropolitenin xətlərinin inkişafı və yenidən qurulması, yeni xətlərin inşası, yeraltı şəhər kommunikasiyalarının saxlanması ilə bağlı baş sxemləri layihələrinin baxılmasında, müqavilələrin, smetaların, texnoloji proseslərin, yeni obyektlər üzrə iqqisadi-texniki hesablamaların və iş çertyojlarının razılaşdırılmasında, bunlar barədə müvafiq qərarların hazırlanmasında, inşası başa çatmış obyektlərin istismara qəbulunda, avadanlıq və mexanizmmlərin alınmasından ötrü vəsaitlərin bölüşdürülməsində iştirak edir; sazlama- buraxılışı işlərinin yerinə yetirilməsinə və hələ qurulmamış avadanlığın istismara verilməsi cədvəllərinin xidmətlər və tikilən metropoliten müdiriyyəti tərəfindən birlikdə tərtib edilməsinə nəzarəti həyata keçirir. Yeni texniki vasitələrin sınanması, istehsalın kompleks mexnikləşdirilməsi və avtomatlaşdırılmasının, elmi-texniki nailiyyətlərin, yeni texnikanın və mütərəqqi texnologiyanın tətbiqi üzrə bölmələrin texniki xidmətlərinin və bütövlükdə metropolitenin işini tənzimləyir. Avadanlığın mdernləşdirilməsi və iş yerlərinin səmərələşdirilməsi üzrə layihə-konstruktor sənədlərini nəzərdən keçirir və razılaşdırır. Ehtiyatlara qənaət edən texnologiyanın, xammalın və materialların əsas növlərinin mütərəqqi məsrəf normalarının işlənib hazırlanmasında və istehsalata tətbiq olunmasında, istehsal güclərindən səmərəli surətdə istifadə edilməsində iştirak edir. İstehsalatda əmək mühafizəsi və təhlükəsizlik texnikası, səs-küyün, vibrasiyanın azaldılması, metropoliten tunellərinin qazlılıq və rütubətliliyin aşağı salınması, travmatizmin qarşısının alınması, peşə xəstəliklərinin azaldılması üzrə tədbirləri işləyib hazırlayır. İdarənin texniki şöbəsinin, metropolitenin bütün təsərrüfat bölmələrinin texniki xidmətlərinin işçilərinə rəhbərlik edir, onların istehsalın texniki hazırlığı sahəsində fəaliyyətini əlaqələndirir və istiqamətləndirir.

Bilməlidir: Metropolitenin inkişaf istiqamətlərini və perspektivlərini, istehsalın texniki hazırlığı üzrə normativ materialları, metropolitenin, hərəkət qatarlarının və digər texniki vəsaitlərin təmiri və istismar texnologiyasını; avadanlığın istehsal gücünü və iş rejimini, onun istismar qaydalarını; istifadə olunan xammal, material və ehtiyat hissələrinə qoyulan texniki tələbləri; texnoloji proseslərin layhiələşdirilməsi, avadanlığın hərəkət qatarlarının və s. texniki vasitələrin istismarı zamanı əməyin elmi təşkilinin tələblərini; avadanlığın istismara qəbulu qaydalarını; yeni texnika və texnologiyanın, əməyin elmi təşkilini, səmərələşdirici təkliflərin və ixtiralarını tətbiqinin iqtisadi səmərəliliyinin müəyyən olunması metodlarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarını və normalarını; əmək qanunvericiliyinin əsaslarını; metropoliten işçilərinin nizamnaməsini.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

15 dərəcə - əsas şöbənin rəisi vəzifəsini icra etdikdə ali ixtisas təhsili üzrə mühəndis-texniki və rəhbər vəzifələrdə ən azı 5 il iş stajı.

14 dərəcə - köməkçii şöbənin rəisi vəzifəsini icra etdikdə ali təhsil ixtisası üzrə ən azı 5 il iş stajı.

13 dərəcə - müstəqil əsas bölmənin rəisi vəzifəsini icra etdikdə ali təhsil və ixtisası üzrə ən azı 3 il iş stajı.

QEYD: metropolitenin texniki və iqtisadi siyasətini müəyyənləşdirən bölmələr əsas şöbələrə və bölmələrə aiddir.

Vəzifə borcu. Qazan nəzarəti obyektlərinin hazırlanması, təmiri, quraşdırılması, istismarı zamanı yerinə yetirilən işlərdə təhlükəsizlik texnikası qaydalarının, təlimatlarının, texniki şərtlərin və digər normativ sənədlərin tələblərinə riayət olunmasına texniki nəzarəti həyata keçirir və texniki normalarla müəyyən olunmuş plan-xəbərdarlıq və əsaslı təmirlərin yerinə yetirilməsinə nəzarət edir. Müəssisələrdə, təşkilatlarda və idarələrdə nəzarət olunmalı avadanlığın müfəttiş və texniki müayinələrini keçirir. Qazan nəzarəti obyektlərinin qeydiyyatını və uçotunun aparılmasını nəzarət altında olan obyektlərdə qəzaların təhqiqi və bədbəxt hadisələrin araşdırılmasını həyata keçirir. Qazan nəzarəti obyektlərinə xidmət göstərilməsindən ötrü təyin edilən məsul şəxsləri və heyətin "attestasiyası zamanı attestasiya komissiyasının işində iştirak edir.

İşçilər tərəfindən texnoloji istehsalat və əmək intizamına, əmək mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat-sanitariyası və yanğından mühafizə qaydaları və normalarına riayət olunmasına nəzarət edir. Qazan nəzarəti məsələləri üzrə ekspert komissiyalarında iştirak edir.

Bilməlidir: müvafiq icra hakimiyyəti orqanlarının avadanlığın təhlükəsizlik istismarının təmin edilməsi üzrə qərarlarını, metropoliten rəisinin sərəncamlarını, əmrlərini, metodik qaydaları, təlimatları və qüvvədə olan digər normativ-hüquqa aktları, avadanlığın hazırlanması sınaqları üzrə dövlət standartlarını (DÜİST), texniki şərtlərin və normativlərin nəzarət olunmalı, avadanlıqların texniki xarekteristikalarını, konstruktiv xüsusiyyətlərinin təyinatını və iş rejimini, texniki istismarı qaydalarını, avadanlığın müayinəsinin, texniki yoxlanmasının və sınağının aparılması qaydasının, iqtisadiyyatın əsaslarını istehsalatın və idarəetmənin təşkilini, əmək qanunvericiliyinin əsaslarını, əmək mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarını və normalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri. Ali texniki təhsil və rəhbər və mühəndis-texniki vəzifələrdə ən azı 5 il iş stajı.

- 12-ci dərəcə - qazan nəzarəti üzrə müfəttiş vəzifəsini yerinə yetirdikdə.

- 13-cü dərəcə - qazan nəzarəti üzrə böyük müfəttiş vəzifəsini yerinə yetirdikdə.

Vəzifə borcu. Qatarların hərəkət təhlükəsizliyinin, metropolitenin təhkim olunmuş sahələrində şəxsi təhlükəsizlik texnikasının təmin olunması üzrə işi təşkil edir. Hərəkət təhlükəsizliyinin təmin edilməsi üzrə işin əsas istiqamətlərini müəyyən edir. Onların həyata keçirilməsi üzrə konkret tədbirlərin işlənib hazırlanmasını təşkil edir və yerinə yetirilməsinə nəzarət edir. Xüsusən, işarəvermə və rabitə qurğularının normal işinin pozulduğu zaman qatarlarının hərəkət təhlükəsizliyi üzrə müvafiq icra hakimiyyəti orqanlarının qərarı, sərəncamları və qüvvədə olan digər normativ-hüquqi aktlarının texniki istismar qaydalarının, işarəvermə, qatarların hərəkəti və manevretmə işi üzrə təlimatların qatarların hərəkəti ilə bağlı işçilər və yanaşı xidmətlər tərəfindən yerinə yetirilməsinə nəzarəti həyata keçirir. Hərəkətin təhlükəsizliyi, şəxsi təhlükəsizlik texnikası, stansiya təsərrüfatının vəziyyəti, əmək, istehsalat və texnoloji intizamın möhkəmləndirilməsi üzrə işin təşkili məsələləri üzrə müəssisə və təşkilatların işinin təftişini və yoxlanılmasını keçirir və aşkara çıxarılan qüsurların aradan qaldırılması üzrə tədbirləri yerinə yetirir, qəza və zədələnmələrin nəticələrinin aradan qalıdırlmasına, bərpa vasitələrinin hazırlığına nəzarət edir. Təmir və tikinti işlərinin icra qaydasına, tikililərin, qurğuların, avadanlıqların saz vəziyyətdə və texniki istismar qaydalarının və təlimatların tələblərinə müvafiq surətdə saxlanılmasına nəzarəti təmin edir. Qatar və manevretmə işində, eskalatorların işində hərəkət təhlükəsizliyinin pozulması hallarının təhqiqində iştirak edir və həcmin hadisələrin təsnifatı, uçotu və təhqiqat müddətinin düzgünlüyünə nəzarət edir. Hərəkət təhlükəsizliyi pozuntuları səbəblərinin təhlilini aparır, onların qarşısının alınması üzrə tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir. Qatarların hərəkəti ilə bağlı işçilərin texniki təliminin və təlimatlandırılmasının təşkil edilməsinə nəzarəti həyata keçirir. İşçilərin texniki istismar qaydaları və təlimatlar üzrə bilklərinin dövrü yoxlanılması, onlara dərəcələr verilməsindən ötrü imtahanların keçirilməsi üzrə komissiyaların işində iştirak edir. Müfəttişlik göstərişləri kitabında qeydlər aparır, hərəkət təhlükəsizliyi üzrə hazırlanan təlimatları, verilən əmr və göstərişləri nəzərdən keçrir və razılaşdırır. Metropoliten stansiyalarının texniki-bölgü aktlarının və onların əlavələrinin işlənib hazırlanmasının düzgünlüyünü yoxlayır. Müvafiq dəyişikliklərin və əlavələrin həmin sənədlərdə vaxtlı-vaxtında əks edilməsinə nəzarəti həyata keçirir. Qatar sənədlərinin doldurulmasının, yol mənzilinə qatarın daxil olması üçün icazələrin tərtib edilməsinin və verilməsinin, xəbərdarlıqların düzgünlüyünü yoxlayır. Qatarların hərəkət təhlükəsizliyi və təhlükəsizlik texnikası üzrə qabaqcıl təcrübəni ümumiləşdirir və onun tətbiqini təşkil edir.

Bilməlidir: qatarların hərəkət təhlükəsizliyi üzrə qərarlarını, sərəncamlarını və qüvvədə olan digər normativ-hüquqi aktları, texniki istismar qaydalarını, işarəvermə, qatarların hərəkəti və manevretmə işi üzrə təlimatları, hərəkət təhlükəsizliyi üzrə əmrləri, göstərişləri və qüvvədə olan digər normativ-hüquqi aktları; hərəkət təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müəssisələrdə qatarların hərəkətini və texniki işinin təşkilini; nəqliyyatın və hərəkət qatarlarının qurğularının, əsas texniki vasitələrinin quruluşunu, ölçülərini, saxlanma normalarını və istismar qaydalarını; hərəkət qatarlarına yüklərin yüklənməsi və bərkidilməsi qaydalarını; xidmət göstərilən sahədəki stansiyaların texniki bölgü aktlarını; fəlakətlərin, qəzaların təftişinin, təhqiqinin keçirilməsi qaydasını və müddətlərini, onların uçotunun və hesabatının tərtib edilməsi qaydasını; müfəttişlik göstərişləri kitabının tərtib edilməsi və doldurulması qaydasını; iqtisadiyyatın əsaslarını; istehsalın, əməyin və idarəetmənin təşkilini; əmək qanunvericiliyinin əsaslarını; metropoliten işçilərinin iş və istirahət vaxtı haqqında əsasnaməni; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarını və normalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

-13-cü dərəcə - ali texniki təhsil qatarların hərəkəti ilə bağlı rəhbər və mühəndis-texniki vəzifələrdə ən azı 5 il iş stajı.

Vəzifə borcu. Daxil olan məktublar və sənədlər, istehsalat-təsərrüfat fəaliyyəti məsələləri üzrə konkret tapşırıqlar, müddətlər və icraçılar göstərilməklə əmrlərin, məktubların, arayışların və digər sənədlərin layihələri üzrə məruzə hazırlayır. Müşavirələrin, komissiya iclaslarının keçirilməsi planlarını tərtib edir. Müşavirələrdən və komissiya iclaslarından ötrü materialların vaxtlı-vaxtında göndərilməsini təmin edir, onların keçirilməsi vaxtı barədə məlumat verir. Müşavirə və iclasların protokol yazısını aparır. Müşavirələrin, komissiya iclaslarının protokollarını, onlardan çıxarışları tərtib edir və göndərir, Müşavirələrin və komissiyaların tapşırıqları, əmrləri, göstərişləri və qərarlarının yerinə yetirilməsinə nəzarət edir, Təşkilat-sərəncam sənədlərinin yerinə yetirilməsi üzrə əmrlərin hazırlanması sahəsində mütəxəssislərin işini əlaqələndirir. Metropoliten rəisi tərəfindən baxılan sənədlərin vaxtlı-vaxtında və keyfiyyətlə hazırlanmasına nəzarəti həyata keçirir. Xidmətlərin rəhbərlərini qəbul edilməsi qərar, sərəncam, əmr və göstərişlərlə vaxtlı-vaxtında tanış edir. Qəbula gələnlərin qəbulunu təşkil edir. İdarəetmə fəaliyyətində əməyin elmi təşkilini.

İstehsalat sanitariyası və təhlükəsizlik texnikası normalarına və qaydalarına riayət olunmasını təmin edir.

Bilməlidir: Metropolitenin işi üzrə metropoliten rəisinin qərar, sərəncam, əmr və göstərişini, qüvvədə olan digər normativ-hüquqi aktları, işarəvermə, qatarların hərəkəti və manevretmə işləri üzrə təlimatları, metropolitenin nizamnaməsini, metropoliten işçilərinin intizamı haqqında nizamnaməni, metropolitenin texniki istismarı qaydalarını, kargüzarlığın təşkilini əsaslarını, sistemin ümumiləşdirilmiş standartlarını, istehsalın, əməyin və idarəetmənin iqtisadiyyatını, təşkilini, əmək qanunvericiliyinin əsaslarını, əmək intizamı qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanığından mühafizəsi, qaydalarını və normalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri;

-13-cü dərəcə - ali texniki, yaxud iqtisadi təhsil və mühəndis-texniki və rəhbər vəzifələrdə ən azı 5 il iş stajı.

Vəzifə borcu. Dartı və azaldıcı yarımstansiyaların texniki vəziyyətinə, elektrik qurğularının qurulması qaydalarına, enerji avadanlıqlarının və enerji sistemlərinin texniki istismarı və vaxtlı-vaxtında təmir olunması qaydalarına riayət edilməsinə nəzarəti həyata keçirir. Elektrik enerjisindən səmərəli və sərfəli surətdə istifadə edilməsinin müəyyən olunmuş limit və rejimlərinə riayət edilməsinə və elektrik enerjisiz qənaət üzrə tapşırıqların yerinə yetirilməsinə; elektirik qurğularından və şəbəkələrindən təhlükəsiz istifadənin təmin edən tədbirlərin yerinə yetirilməsinə nəzarəti həyata keçirir; elektrik təhcizatı mənbələrinə birləşdirilmək üzrə texniki şərtlərin işlənib hazırlanmasında iştirak edir. Əsaslı tikinti, yaxud təmir işləri başa çatdıqdan sonra elektrik qurğularının istismara qəbul işində, elektrik qurğularının və şəbəkələrinin istismarı ilə bağlı qəza və travmatizm hallarının araşdırılmasında iştirak edir, elektrik enerjisinin səmərəli istifadə olunması təcrübəsi haqqında texniki informasiyanın bilavasitə icraçılara çatdırılmasına nəzarət edir. Əməyin mühafizəsi üzrə qayda və normalara riayət olunmasına nəzarəti həyata keçirir.

Bilməlidir: elektrik qurğularının istismarı, onlara xidmət göstərilməsi ilə elektrik təchizatı üzrə metropoliten rəisinin qərarlarını, sərəncamlarını, əmrlərini və qüvvədə olan digər normativ-hüquqi aktları, elektrik avadanlığının enerjidən istifadə olunan qurğuların texniki xarakteristikasının konstruksiyasını və iş rejimini; elektrik qurğularının texniki istismarı qaydalarını; elektrik stansiyalarının və şəbəkələrinin texniki istismarı qaydalarını; dəmiryol nəqliyyatında və metropolitendə sahə nəzarəti haqqında əsasnaməni; elektrikləºdirilmiº xətlərdə metropoliten işçilərinin təhlükəsizlik qaydalarını; istehsalın energetik təminatı sahəsində qabaqcıl təcrübəsini və xarici təcrübəni; elektrik enerjisi üzrə müəyyən olunmuş tarifləri; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə üzrə qaydaları və normaları;

Ödəniş dərəcələrinə ixtisas tələbləri: Ali texniki təhsil və enerji nəzarəti üzrə mühəndis vəzifəsində ən azı 5 il iş stajı.

- 12 - ci dərəcə - texniki müfəttiş (enerji nəzarəti üzrə) vəzifəsini yerinə yetirdikdə;

- 13-cü dərəcə - böyük texniki müfəttiş (enerji nəzarəti üzrə) vəzifəsini yerinə yetirdikdə.

Vəzifə borcu. Tikinti-quraşdırma işlərinin keyfiyyətlə yerinə yetirilməsinə, tikinti üzrə plan tapşırıqlarının yerinə yetirilməsinə və obyektlərin (tikintilərin) müəyyən olunmuş müddətlərdə istismara verilməsinə kömək göstərir; material-texniki vasitələrin göndərilməsinin təmin edilməsi və maliyyələşdirmə məslələrinin həlli işində iştirak edir, mövcud əsasnaməyə görə sifarişçiyə həvalə olunan işlərin aparılmasına hüquq verən layihə-smeta və s. texniki sənədlərin vaxtlı-vaxtında əldə olunmasına nəzarət edir; podratçı tərəfindən yerinə yetirilən tikinti-quraşdırma və dağ-mədən qazma işlərinin keyfiyyətini, vaxtlı-vaxtında aparılmasını və texniki ardıcıllığını, onların layihəyə, texniki normalara və xüsusi işlərin texniki şərtlərinə müvafiqliyini yoxlayır; pasportların, sertifikatların mövcudluğunu tikintidə tətbiq olunan inşaat materiallarını, məmulat və konstruksiyaların laboratoriya təhlilləri və sınaqlarının nəticələrini, onların Dövlət Standartlarının və texniki şərtlərin tələblərinə müvafiqliyini yoxlayır; yerinə yetirilmiş tikinti və quraşdırma işlərini və kostruksiya elementlərini müəyyən olunmuş qaydada qəbul edir, aktların tərtib olunmasına qədər işlərin görülməsinə yol vermədən qapalı işlərin yoxlanılması və keyfiyyətinin qiymətləndirilməsi üzrə aktlar tərtib edir; layihədən kənarlaşmaya, texniki norma və qaydalarının, texniki şərtlərin pozuntularına yol verməklə, habelə smeta dəyərindən, yaxud tikinti-quraşdırma işlərinə və tətbiq olunan tikinti materiallarına, məmulat və konstruksiyalara qoyulan tələblərdən kənarlaşmaqla yerinə yetirilən tikinti-quraşdırma işlərini qəbul etmir, aşkara çıxan qüsur və kənarlaşmaların təxirəsalınmadan aradan qaldırılmasını tələb edir; istismara verilməyə təqdim olunan bina və tikililərin sifarişçilərin podrat təşkilatından qəbulu üzrə komissiyada iştirak edir; aşkara çıxarılan çatışmazlıq və qüsurların siyahısını tərtib edir, obyektin təkrar yoxlanılmasının keçirilməsi şərti ilə komissiya tərəfindən həmin qüsurların aradan qaldırılmasına qoyulan müddəti müəyyən edir; tikintisi qurtarmış obyektlərin texniki sənədlərinin hazırlanmasında iştirak edir; işlərin icra jurnalının və digər icra-nəzarət sənədlərinin (müəllif nəzarəti jurnalı, santexnika, energetika və s; xüsusi mühəndis kommunikasiya qurğularının və s; sınağının icrası barədə aktları və s.) düzgün doldurulmasına nəzarət edir.

Bilməlidir: metropolitendə layihələşdirmə və tikinti üzrə normativ sənədləri, nəzarəti həyata keçirdiyi obyektlər (tikintilər) üzrə tikintinin layihə-smeta sənədlərini, şərtlərini və xüsusiyyətlərini, tikinti-quraşdırma üzrə müvafiq icra hakimiyyəti orqanının qərarlarını, metropoliten rəisinin əmrlərini və sərəncamlarını, normativ-hüquqi aktları, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə üzrə qaydaları və normaları.

Ödəniş dərəcələrinə ixtisas tələbləri.

- 12 dərəcə - ali (inşaat) təhsil və layihələşdirmə, yaxud tikinti ilə bağlı mühəndis-texniki işlərdə ən azı 5 il stajı.

Vəzifə borcu. Vaqonun təyinatına müvafiq surətdə istismarını təşkil edir. İşlərin plan-cədvəlini tərtib edir. Vaqonun təmirarası qaçışlarının yerinə yetirilməsinə, aparatların, avadanlığın və vaqonun bütün təmir növlərinin vaxtlı-vaxtında keyfiyyətlə icra olunmasına nəzarət edir. Ölçmələrin nəticələrini təhlil edir, yoxlanılan qurğuların işinin etibarlığının yüksəldilməsinə yönəldilən tövsiyyələrin işlənib hazırlanmasında iştirak edir və onların yerinə yetirilməsinə nəzarət edir. Vaqonun sınaqlarının, ölçmələrinin, istismarının və ona xidmət göstərilməsinin əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, yaşından mühafizə qaydalarına riayət olunması şərtilə yerinə yetirilməsini təşkil edir. Müəyyən olunmuş normalara müvafiq surətdə vaqona xidməti və məişət otaqlarında sanitariya-texniki vəziyyəti təmin edir. Yanacağın, ehtiyat hissələrin, dizeli və hidravlik yanğın məsrəflərinin uçotunu aparır və texniki sənədləri tərtib edir. Qurğuların, avadanlıqların saxlanılması və istismarında qabaqcıl təcrübənin tədbiqini, yayılmasını təşkil edir və işlərin yerinə yetirilməsinə, avadanlıqlan istifadə olunmasının yaxşılaşdırılmasına və əmək məhsuldarlığının yüksəldilməsinə çəkilən məsrəflərin aşağı salınmasını təmin edir. İşçilərin texniki təhsilini həyata keçirir. Vaqonun işçilərinə rəhbərlik edir.

Bilməlidir: müvafiq icra hakimiyyəti orqanlarının nəzarət-ölçü və digər sınaq-müayinə işləri üzrə qərarlarını, metropoliten rəisinin sərəncamlarını, əmrlərini, metodiki-qaydaları, təlimatları və qüvvədə olan digər normativ - hüquqi aktları; metropoliten nəqliyyatının texniki inkişaf perspektivlərini; nəzarət-ölçmə prosesinin icra texnologiyasını; vaqonun avadanlığını və onun istismarı, texniki xidmət göstərilməsi və təmiri qaydalarını; texniki istismar qaydalarını, qatarların hərəkəti, manevretmə işi və işarəvermə üzrə təlimatları. Bakı metropoliteni işçilərinin intizamı haqqında nizamnamənin, texniki sənədlərin, hesabatın tərtib edilməsi qaydasını; xarici ölkələrin qabaqcıl yoxlama-ölçmə və sınaq-müayinə vaqonlarının iş təcrübəsini və texniki təchizatını; iqtisadiyyatın, əməyin, istehsalın və idarəetmənin əsaslarını; əmək qanunvericiliyinin əsaslarını, əmək mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qaydalarını və normalarını; metropoliten işçilərinin iş və istirahət rejimini. Ödəniş dərəcələrinə ixtisas tələbləri:

- 11-ci dərəcə - ali texniki təhsil və mühəndis-texniki vəzifələrdə ixtisası üzrə ən azı 3 il iş stajı.

Vəzifə borcu. Material və əmək ehtiyatlarından istifadə olunmasının, istehsalın iqtisadi səmərəliyinin və rentabelliyinin artırılmasının ən yaxşı göstəricilərinin təmin edilməsi məqsədilə laboratoriyanın fəaliyyətinə rəhbərliyi həyata keçirir. Sınaqların, eksperimentlərin daha mükəmməl metodlarını axtarışı üzrə işə rəhbərlik edir, istehsalın yeni texnoloji proseslərinin tətbiqinə, alınan məhsulu xarakterizə edən kefiyyət göstəricilərinin təhlilini keçirilməsində iştirak edir, lazımi material, avadanlıq və cihaz növlərinin sınaqlarını təşkil edir. Labortoriyanın iş planlarını işləyib hazırlayıb, başa çatmış, tədqiqatlar üzrə texniki hesabatların tərtib olunmasını təmin edir, onların tətbiqinə metodik yardım göstərir. Texniki sənədlərin düzgün doldurulmasına, əmək mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına və normalarına riayət olunmasına nəzarət edir. Laboratoriya işçiləri ilə texniki məşğələlər keçirir və onlara rəhbərlik edir.

Bilməlidir: Müvafiq icra hakimiyyəti orqanlarının və metropoliten rəisinin laboratoriyanın fəaliyyətinə dair qərarlarını, sərəcamlarını, əmrlərini, metodiki qaydaları, təlimatları və qüvvədə olan digər normativ-hüquqi aktları, laboratoriyanın avadanlıqlarını, onların istismarı qaydalarını, xammala, materiallara və hazır məhsullara qarşı irəli sürülən texniki tələbləri; standartları və texniki şərtləri; metropolitenin texniki istismar qaydalarını, təhlükəsizlik texnikası və əmək mühafizəsi, yaşından mühafizə üzrə qaydaları. Metropoliten işçilərinin intizam nizamnaməsi.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

- 11- dərəcə - ali (texnniki) təhsil və ixtisası üzrə mühəndis-texniki vəzifələrdə ən azı 5 il iş stajı

Vəzifə borcu. Lokamativ (qatar) briqadaları işçilərinin istirahəti üçün normal şərait yaradılması üzrə işi təşkil edir. Lokomotiv (qatar) briqadası işçilərinə işə gəlmək qrafiki barədə vaxtında xəbər verilməsini, istirahət otaqlarında sanitariya-gigyena şərtlərinə və birgə yaşayış qaydalarına riayət olunmasını, fərdi paltar dəstələrinin və yataq ləvazimatının dəyişdirilməsini, yuyulmasını və təmirini, habelə inventarın və otaqların dezinfeksiyasını və dezinfeksiyanın, avadanlığın və inventarın salamat saxlanılmasını təşkil edir və buna nəzarət edir. Yataq ləvazimatına və inventara olan tələbatı müəyyənləşdirir və bu barədə tələbnamələri tərtib edir, onların qənaət olunmasını təmin edir. Duşxanaların, istilik sistemlərinin, sanitariya qovşaqlarının, telefon rabitəsinin saz və işinin təmin edilməsində və onların təmirinin vaxtında yerinə yetirilməsindən ötrü tədbirlər görür. Lokomotiv (qatar) birqadalarının istirahət evinin işçilərinin vaxtlı-vaxtında tibbi müayinədən keçməsinə nəzarəti həyata keçirir. Şikayətlərə baxır və onlara əməl olunmasından ötrü tədbirlər görür. İnventarlaşdırmanın keçirilməsində iştirak edir, korlanmış, yaxud məhv edilmiş maddi dəyərlərə barədə akt tərtib edir və təqsirkar şəxslərin maddi-məsuliyyəti barədə rəhbərliyə təqdimat verir. Müəyyən olunmuş formada istirahət evinin fəaliyyəti barədə rəhbərliyə hesabat verir. Lokomotiv (qatar) briaqdalarının istirahət evinin işçilərinə rəhbərlik edir.

Bilməlidir: lokomotiv (qatar) briqadalarının istirahət evinin fəaliyyəti üzrə aidiyyəti təlimatları, sərəncamları və normativ sənədlərin, onların saxlanılması qaydalarını, binaların (otaqların) istismar qaydalarını, lokomotiv briqadalarının çalışdığı sahələrdə həmin briqadaların işinin təşkilini, məişət və yaşayış otaqlarının saxlanılması üzrə sanitariya normalarını, əməyin elmi təşkilinin əsaslarını, əmək intizamı qaydalarını, əmək qanunvericiliyinin əsaslarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarını və normalarını. Ödəniş dərəcələrinə ixtisas tələbləri:

- 5 - ci dərəcə - orta ixtisas təhsil və lokomotiv (qatar) briqadalarının istirahət evinin növbətçisi vəzifəsində azı 1 il iş stajı.

Vəzifə borcu. Sərnişin daşımaları planının yerinə yetirilməsinin təmin edilməsi üzrə stansiyanın işini təşkil edir, stansiyada sərnişinlərə mədəni xidmət göstərilməsini və onlara məlumat verilməsini təmin edir. Sərnişin axınlarının təşkilini və müntəzəm sürətdə öyrənilməsini təmin edir. Metropolitenin texniki istismar qaydaları, qatarların hərəkət cədvəli, texniki-bölgü aktı, mövcud təlimat, sərəncam və əmrlər əsasında stansiyanın texniki işinin, texniki vasitələrindən və avtomatikadan daha yaxşı istifadə olunmasını, habelə stansiya üzrə qatarların təhlükəsiz və maneəsiz qəbulunu, yola salınmasını və keçib getməsini, təhlükəsiz stansiyadaxili manevretmə işini təşkil edir. Stansiyanın pasportunun, texniki-bölgü aktının tərtib olunmasında və stansiyanın işinin texnoloji prosesində iştirak edir. Hər gün stansiyanı, onun ətrafındakı ərazini və xidməti binaları gəzib onların vəziyyətinə baxış keçirir, sərnişinlərə xidmət göstərilməsi ilə bağlı bütün xidmətlərin işini əlaqələndirir. Müntəzəm olaraq stansiyanın bütün işçilərinə iş yerində təlimat keçir, kadrların yerləşdirilməsi, texniki biliklərinin artırılması üzrə işləri həyata keçirir, stansiya işçilərinin istehsalat və əmək intizamını daim möhkəmləndirir, stansiya tikililərinin, yolların, yoldəyişdirici qurğuların və digər avadanlıqların komissiya tərəfindən yoxlanılmasını həyata keçirir. Stansiyanın normal işinin, texniki istismar qaydalarının, təlimatların və əmrlərin pozulması hallarını təhqiq edir. Pul vəsaitlərinə və sənədlərinə nəzarəti, onların uçotunu və saxlanılmasını təmin edir. Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğın təhlükəsizliyi və stansiya işçilərinin mədəni-məişət şəraitinin yaxşılaşdırılması üzrə tədbirlərin yerinə yetirilməsini təmin edir. İşçilərin iş vaxtının uçotunu aparır. Stansiyada texniki və maliyyə-təsərrüfat sənədlərinin və hesabatlarının tərtib edilməsi üzrə işləri yoxlayır. Stansiyada təmizlik işlərinin mexanikləşdirilməsi üsullarını tətbiq edir və stansiya işçiləri arasında səmərələşdiricilik və ixtiraçılığın inkişafına kömək göstərir. Xidməti binaları lazımi avadanlıqlarla, cihazlarla, alətlərlə, təsərrüfat inventarı ilə, materiallarla təmin edir və onlardan qənaətlə istifadə olunmasına nəzarət edir. Əmək mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın təhlükəsizliyi qaydalarının stansiya işçiləri tərəfindən yerinə yetirilməsinə nəzarət edir. Stansiya işçilərinə rəhbərlik edir və əmək məhsuldarlığının yüksəldilməsi üçün tədbirlər görür.

Bilməlidir: metropoliten və xidmət rəislərinin stansiyanın işinə aid olan qərarlarını, əmrlərini, sərəncamlarını, göstərişlərini və qüvvədə olan digər normativ-hüquqa aktları, metropolitenin texniki istismar qaydalarını, stansiyaların texniki avadanlıqlarını, işarəvermə üzrə, sərnişin və təsərrüfat qatarlarının hərəkəti üzrə təlimatları, metropoliten işçilərinin intizam nizamnaməsini, iqtisadiyyatı, əməyin, istehsalın və idarəetmənin elmi təşkilini, əmək qanunvericilyinin əsaslarını, əməyin mühafizəsi təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qaydaları və normalarını, metropoliten işçilərinin iş və istirahət rejimini,

Ödəniş dərəcələrinə ixtisas tələbləri: Ali texniki təhsil və metropoliten stansiyasının istismarı üzrə ən azı 3 il iş stajı, yaxud orta ixtisas (texniki) təhsili və metropoliten stansiyasının istismarı üzrə ön azı 5 il iş stajı.

- 9 -cu dərəcə - III və IB dərəcə stansiya rəisi vəzifəsini yerinə yetirdikdə

-10 -cu dərəcə -I və II dərəcə stansiya rəisi vəzifəsini yerinə yetirdikdə

Vəzifə borcu. Azərbaycan Respublikasının “Müəssisələr Haqqında” Qanununa müvafiq surətdə xidmətin bütün fəaliyyət növlərinə rəhbərlik edir. Xidmətin bütün struktur bölmələrinin səmərəli işini və qarşılıqlı əlaqəsini təşkil edir, onların fəaliyyətini şəhər əhalisinin sərnişin daşımalarına tələbatının bütövlüklə və keyfiyyətlə ödənilməsinə, sərnişinlərə xidmət mədəniyyətinin yüksəldilməsinə və qatarların hərəkət təhlükəsizliyinin təmin edilməsinə, metropolitenin bütün avadanlıqlarının həyat fəaliyyətinin təmin olunmasına yönəldir; xidmətin bölmələrinin fəaliyyətini istehsalın inkişafının və təkmilləşdirilməsinin yüksək sürətinin əldə olunmasına, hərəkətin idarə olunmasının mütərəqqi vasitələrinin, müasir sistem və üsullarının tətbiq edilməsinə, tikililərin, qurğuların, texniki vasitələrin və qatarların saz vəziyyətdə saxlanılmasına, yeni texnikanın və mütərəqqi texnologiyanın, əməyin, istehsalın və idarəetmənin elmi təşkilinin geniş tətbiqi əsasında əmək məhsuldarlığın və istehsalın səmərəliliyinin yüksəldilməsinə; təsərrüfat mexanizminin təkmilləşdirilməsinə yönəldir; istehsalın və material-texniki bazanın texniki cəhətdən yeniləşdirilməsi və yenidən qurulmasının perespektiv və illik planlarının, ətraf mühitin mühafizəsi üzrə tədbirlərin işlənib hazırlanmasında iştirak edir. Material ehtiyatlarının, yanacağın, elektrik enerjisinin, sürtgü materiallarının müəyyən olunmuş məsrəf normalarına riayət edilməsinə nəzarəti həyata keçirir. Avadanlığın istismarı, təmiri və ona xidmət göstərilməsi üzrə standartların, texniki şərtlərin və digər normativ materialların tətbiqi üzrə işi təşkil edir. Qatarların hərəkət təhlükəsizliyi üzrə tədbirlərə, əmək mühafizəsi, təhlükəsizlik texnikası və istehsalat sanitariyası üzrə qaydalara və normalara riayət olunmasına nəzarəti təmin edir. Əməyin ödənilməsi və mükafatlandırma üzrə mövcud əsasnamələrin əmək haqqı fondu üzrə vəsait sərfinin, xammal və materialların, texniki vasitə və avadanlıqların qiymətlərinin düzgün tətbiqinə nəzarət edir. əsas vasitələrin və əmtəə-material dəyərlilərinin inventarlaşdırılmasını təşkil edir. Nəqliyyatın texniki vasitələrinin istismarı sahəsində qabaqcıl təcrübənin və xarici ölkə təcrübəsinin, yeni nailiyyətlərin öyrənilməsi və yayılması üzrə işə rəhbərlik edir. İstehsal və əmək intizamı qaydalarına, əmək intizamı qaydalarına işçilər tərəfindən riayət olunmasına nəzarəti təşkil edir. İşçilərin peşə təhsilinin təşkilinə metodik rəhbərliyi həyata keçirir. Müəyyən olunmuş hesabatların tərtib edilməsini və vaxtlı-vaxtında təqdim olunmasını təşkil edir.

Bilməlidir: İstehsalın idarə olunması üzrə müvafiq icra hakimiyyəti orqanlarının və metropoliten rəisinin qərarlarını, sərəncamlarını, əmrlərini, göstərişlərini və qüvvədə olan digər normativ-hüquqi aktları, metodiki qaydaları, təlimatları; xidmətin və bütövlüklə metropolitenin texniki, iqtisadi və sosial inkişafının perspektivlərini; istehsalın, əməyin və idarəetmənin iqtisadiyyatını və təşkilini; müəssisələrin istehsal-təsərrüfat fəaliyyətinin planlarının işlənib hazırlanması və təsdiq edilməsi qaydalarını; texniki sənədlərin işlənib hazırlanması və tərtib edilməsi, uçotun və hesabat işlərinin aparılması üzrə əsasnamələri, qaydaları və təlimatları; müəssisələrdə mühasibat uçotunun təşkili üzrə əsasnamələri və təlimatları; əməliyyatların tərtibi qaydalarını və uçot sahələri üzrə sənədlər dövriyyəsinin təşkilini; maliyyə-hesabatlarının forma və qaydalarını; müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin təhlili metodlarını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarını və normalarını; istehsalat sanitariyası və yanğından mühafizə qaydalarını və normalarını; metropolitenin texniki istismar qaydalarını; qatarların hərəkət və manevretmə işi üzrə təlimatı; işarəvermə üzrə təlimatı; metropolitenin nizamnaməsini.

Ödəniş dərəclərinə ixtisas tələbləri: Ali texniki, yaxud mühəndis-iqtisadi təhsil və mühəndis-texniki, yaxud rəhbər vəzifələrdə ən azı 5 il iş stajı.

- 14-13 dərəcə - birləşmiş emalatxanaların, material-texniki təminatı xidmətlərinin rəisi vəzifəsini yerinə yetirdikdə.

- 16-17 dərəcə - hərəkət, yol, tunel qurğuları, əsaslı təmir, avtomotonəqliyyat, elektromexanika, elektrik təchizatı, İMB və rabitə xidmətlərinin, elektrik deposunun rəisi vəzifəsini yerinə yetirdikdə.

Vəzifə borcu. Dispetçer xidməti göstərildiyi sahədə qatarların hərəkətinə rəhbərlik edir. Qatarların hərəkət cədvəlinin, verilmiş hərəkət ölçülərinin, qatarların hərəkətinin texniki və sahə sürətlərinin normativlərinin yerinə yetirilməsini, elektrik enerjisinin və digər ehtiyatların, texniki vasitələrin, elektrik hərəkət qatarlarının səmərəli və elektrik enerjisinə qənaətlə istismar olunmasını təmin edir. Hərəkət təhlükəsizliyinin yerinə yetirilməsinə, stansiyaların işinə nəzarət edir. Sahənin normal işi pozulduqda, gecikən qatarların cədvəlində dəyişiklər etmək üçün tədbirlər görür. Qatarların hərəkətinin təşkili, qatarların hərəkəti zamanı işarəvermə və rabitə vasitələrinin bir növündən digərinə keçirilməsi, hərəkət cədvəlində nəzərdə tutulmayan qatarların təyinatı, onların sahə üzrə hərəkət qaydası, enerji təchizatı qurğularına gərginliyin verilib açılması və sahədə qatarların hərəkətinin təşkili ilə bağlı digər göstərişləri stansiya növbətçisinə verir. Əmrləri dispetçer sərəncamları jurnalına qeyd edir. Yerinə yetirilmiş hərəkət cədvəlini doldurur. Dispetçer sahəsinin bütün kompleks briqadasının işinə rəhbərliyi həyata keçirir.

Bilməlidir: qatarların hərəkətinin təşkili üzrə müvafiq icra hakimiyyəti orqanalarının qərarları, metropoliten rəisinik sərəncamlarını, əmrlərini, metodiki qaydaları və təlimatları, normativ texniki istismar qaydalarını; qatarların hərəkəti və manevretmə işi üzrə təlimatı, işarəvermə üzrə təlimatı; dispetçer sahəsində qatarların hərəkətinin, manevretmə və yükləmə işlərinin təşkili; qatarların hərəkət cədvəlini, yolun profilini, stansiyaların sxemlərini; mərkəzləşdirilmiş dispetçer xidməti və rabitəsi qurğularının işini; qatarların avtomatik hərəkət sistemlərini və onlardan istifadə qaydalarını; istismar göstəricilərini və texniki normalarını; yol işlərinin icrası zamanı qatarların hərəkət təhlükəsizliyinin təmin edilməsi, İMB qurğularının saxlanılması və təmiri üzrə təlimatları; təhlükəsizlik texnikası qaydalarını; iqtisadiyyatın, əməyin elmi təşkilinin əsaslarını; istehsalatın və idarəetmənin təşkilini; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: Ali texniki təhsil və qatarların hərəkəti ilə bağlı mühəndis-texniki vəzifələrdə on azı 1 il iş stajı, yaxud orta ixtisas (texniki) təhsil və qatarların hərəkəti ilə bağlı mühəndis-texniki vəzifələrdə ən azı 5 il iş stajı.

- 9-cu dərəcə - qatar dispetçeri vəzifəsini yerinə yetirdikdə

- 10-cu dərəcə - böyük qatar dispetçeri vəzifəsini yerinə yetirdikdə

Vəzifə borcu. Elektrik deposuna lokomotivin verilməsi və elektrik vaqonlarının xəttə buraxılması üzrə bölmələrinə operativ rəhbərliyi həyata keçirir. Təsdiq olunmuş cədvələ müvafiq olaraq, lokomotivlərin və elektrik vaqonlarının vaxtlı-vaxtında xəttə buraxılmasını, cari təmirə dayandırılmasını və onlara texniki xidmət göstərilməsini təmin edir. Deponun işinin növbə planlarının yerinə yetirilməsinə nəzarət edir.

Lokomotivlərin öz elektrik vaqonlarının salamat saxlanılmasına, depo yollarında təhlükəsiz hərəkət etməsinə, lokomotivlərdə və elektrik vaqonlarında adətlərin, işarəvermə ləvazimatlarının, yanacağın, qumun, yanğın əleyhinə inventarın olmasına, depo yollarında yoldəyişdirici qurğuların dönmə dairələrinin, təchizat qurğularının, yoxlama qanovlarının saz saxlanılmasına, işlərin icrası zamanı növbənin bütün işçiləri tərəfindən təhlükəsizlik texnikası qaydalarının yerinə yetirilməsinə nəzarət edir. Zəruri sənədlərin lokomotiv briqadalarında mövcudluğunu, lokomotiv maşinistlərinin qeydlər kitabının doldurulmasını yoxlayır və həmin kitabdakı qeydlərin məzmununu müvafiq vəzifəli şəxslərin nəzərinə çatdırır. Əmək və istirahət rejiminə lokomotiv briqadaları tərəfindən riayət olunmasına nəzarət edir. Lokomotiv briqadalarının işə vaxtlı-vaxtında işə kəlməsini təmin edir, səfərqabağı onların tibbi müayinədən keçməsinə nəzarət edir və onları təlimatlandırır. Masaüstü jurnalda qeydlər edir.

Bilməlidir: lokomotivlərin və elektrik vaqonlarının istismarı, saxlanılması və onlara xidmət göstərilməsi üzrə qərarları, sərəncamları, əmrləri və göstərişləri, metodiki qaydaları və təlimatları və digər normativ-hüquqa aktları, lokomotiv və elektrik vaqonlarının quruluşunu, cari təmirinin, texniki xidmət göstərilməsinin və istismarının növlərini, iş növlərinə görə lokomotiv parkının bölüşdürülməsini, lokomotivlərin və elektrik vaqonlarının cari təmirlərdə, texniki xidmət göstərilməsi işlərində və təchizatda boşdayanmalarının normalarını, depo yollarında və stansiyada lokomotivlərin və elektrik vaqonlarının hərəkət etməsinin, lokomotiv briqadası tərəfindən lokomotivlərin və elektrik stansiyanın texniki-bölgü aktını, lokomotivlərin və elektrik vaqonlarının dövriyyə cədvəlini, qatarların hərəkət cədvəlini və sürətini, lokomotivlərin və elektrik vaqonlarının cari təmirə və texniki xidmətə dayandırılması və cari təmirdən və texniki xidmətdən buraxılması üzrə tapşırıq planımı, lokomotivlərin və elektrik vaqonlarının təmiri və istismarı üzrə mövcud təlimatları, əmrləri və sərəncamları, iqtisadiyyatın, istehsalın, əməyin və idarəetmənin təşkilinin əsaslarını, əmək qanunvericiliyinin əsaslarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarını və normalarını, metropoliten nəqliyyatı işçilərinin iş və istirahət rejimini.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: Lokomotiv idarə etmək hüququnun olması

- 8-ci dərəcə - orta ixtisas (texniki) təhsili və mühəndis-texniki vəzifələrdə ən azı 5 il iş stajı

- 9-cu dərəcə - ali texniki təhsil və hərəkət qatarlarının istismarı ilə bağlı ən azı 1 il iş stajı.

- 10-cu dərəcə - ali texniki təhsil və hərəkət qatarlarının istismarı ilə bağlı vəzifələrdə ən azı 5 il iş stajı.

Vəzifə borcu. Xidmət göstərilən qurğu və avadanlıqların saz saxlanılmasını, qəzasız və etibarlı işini, düzgün istismarını, onların texniki cəhətdən saxlanılması üzrə təlimatlara, təsdiq edilmiş çertyoj və sxemlərə, mövcud texniki şərtlərə və normalara müvafiq surətdə vaxtlı-vaxtında keyfiyyətlə təmir olunmasını və modernləşdirilməsini təmin edir. Qurğuların iş şəraitini öyrənir, vaxtından əvvəl köhnəlməsinin səblərini aşkara çıxarır, onların qarşısının alınması və aradan qaldırılması üzrə tədbirlər görür. Qurğuların istismarı və onlara xidmət göstərilməsi üzrə texnoloji prosesə, təlimatlara, əmək mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın təhlükəsizliyi üzrə qaydalara briqada tərəfindən riayət olunmasına nəzarət edir. Qurğuların işindəki nasazlıqların aradan qaldırılmasında iştirak edir. İş yerlərinin materiallarla, xammalla, ehtiyat hissələri ilə, ölçü cihazları ilə, mühafizə vasitələri ilə, alət və mexanizmlərlə, texniki sənədlərlə təmin edilməsinə nail olur. Əməyin və istehsalın elmi təşkilinin, əməyin qabaqcıl üsullarının tətbiqində iştirak edir, qovşaq və detalların təmirinin və bərpasının mütərəqqi metodlarını; habelə qurğu və avadanlıqların xidmət müddətinin artırılması, təmir işinə əmək sərfinin və onun maya dəyərinin azaldılması, təmirin keyfiyyətinin yaxşılaşdırılması üzrə tədbirləri işləyib hazırlayır və tətbiq edir. Təhkim olunmuş texniki vasitələrin etibarlığının, iş keyfiyyətinin yüksəldilməsi üzərində tədbirlərin işlənib hazırlanmasında, mövcud qurğuların mənimsənilməsində və modernləşdirilməsində iştirak edir. Materiallar, ehtiyat hissələri və alətlər üçün tələbnamələrin tərtib olunmasında iştirak edir və onların qənaətlə və səmərəli surətdə sərf olunmasını təmin edir. Avadanlıqlarda qəzaların səbəblərinin təhqiq olunmasında qəza və istehsalat travmatizmi hallarının qarşısının alınması üzrə tədbirlərin işlənib hazırlanmasında iştirak edir. Qurğu və avadanlıqlara xidmətin, onların cari və əsaslı təmirinin keyfiyyətlə aparılması işinə operativ rəhbərliyi həyata keçirir.

Bilməlidir: qurğu və avadanlıqların təmiri, onlara xidmət göstərilməsi, etibarlı işinin təmin edilməsi üzrə müvafiq icra hakimiyyəti orqanlarının qərarları, sərəncamları, əmrləri və göstərişlərini, metodiki qaydaları və təlimatları və qüvvədə olan digər normativ-hüquqi aktları; cihaz və avadanlıqların quruluşunu, iş prisipini, texniki xarakteristikalarını və kostruktiv xüsusiyyətlərini; qurğuların sınaqdan çıxarılma qayda və üsullarını; zədələnmələrin xarakterik növlərini və onların aradan qaldırılması üsullarını; elektrik quraşdırma işlərinin yerinə yetirilməsinin təşkilini və texnologiyasını; qurğu və avadanlıqların yeni nümunələri üzrə porinsipial sxemlərin tərtib olunması qaydalarını; elektrotexnikanın, radiotexnikanın və telemexanikanın əsaslarını; ölçmələrin yerinə yetirilməsi metodlarını; qurğu və avadanlıqlarını istismarı, təmiri və onlara xidmət göstərilməsi üzrə yerli və xarici qabaqcıl təcrübəni; texniki istismar qaydalarını; metropoliten işçilərinin intizam nizamnaməsini; materialların, ehtiyat hissələrinin və elektrik enerjisinin məsrəf normalarını; iqtisadiyyatı, əməyin və istehsalan elmi-texniki, əsaslarını; əmək intizamı qaydalarını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsini, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarını və normalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

- 6-cı dərəcə - orta ixtisas (texniki) təhsili və elektrik montyoru (yüksək dərəcəli) kimi ən azı 1 il iş stajı;

- 7-ci dərəcə - iş stajına tələb qoyulmadan ali texniki təhsil;

- 8-9-cu dərəcələr - ali texniki təhsil və 7-ci dərəcəli elektrik mexaniki vəzifəsində 3 ildən az olmayaraq iş stajı.

- 10-11-ci dərəcələr - (böyük elektrik mexaniki): ali texniki vəzifəsində 3 ildən az olmayaraq iş stajı.

Vəzifə borcu. Təmir olunmuş vaqonların, mühərrik vaqonlu və elektrik qatarlarının, habelə təmir prosesində və təmirdən sonra onların qovşaq və detallarının yoxlanılmasını və qəbulunu yerinə yetirir. Sınaq stendlərinə, nəzarət-ölçü cihazlarına, ölçmə alətlərini, xüsusi şablonlara, defektoskoplara pasport xarakteristikalarına və texniki şərtlərə müvafiq surətdə texniki xidmət göstərilməsi və cari təmirinin, saxalanılmasının texnologiyaya uyğun və keyfiyyətlə yerinə yetirilməsinə, hərəkət qatarlarının, onların qovşaq və detallarının təmiri üzrə qaydalara, təlimatlara və əmrlərə əməl olunmasına nəzarət edir. Aşkara çıxarılan pozuntuların aradan qaldırılması üçün tədbirlər görür. İşdəki korlanma və çıxdaşların və hərəkət qatarlarının plandankənar təmirinin və texniki vasitələrin təmirinin təhqiqində iştirak edir. Hərəkət qatarının istismarı zamanı üzə çıxan nasazlıqları təhlil edir, onların qarşısının alınması və aradan qaldırılması üçün tədbirlər görür. Müvafiq təmir aktlarını və kitablarını müəyyən olunmuş qaydada tərtib edir. Materialların və ehtiyat hissələrinin düzgün məsrəf olunmasına nəzarət edir, hərəkət qatarının təmiri və nasaz halda boşdayanmanın uçotu üzrə texniki və maliyyə sənədlərini yoxlayır. Standartlar əsasında keyfiyyətli idarəetmənin kompleks sisteminin fəaliyyət göstərdiyi bir zamanda işin qüsurlarını bütünlüklə aşkara çıxarmaqla depoya kömək edir.

Bilməlidir: vaqonlara və elektrik qatarına xidmət göstərilməsi və onların təmiri üzrə müvafiq icra hakimiyyəti orqanının qərarlarını, metropoliten rəisinin sərəncamlarını, əmrlərini, metodiki qaydaları və təlimatları və qüvvədə olan digər normativ-hüquqi aktları depoya istismar və təmir olunan hərəkət qatarlarının bütün qovşaqlarının quruluşunu, iş prinsipini və bir-birilə qarşılıqlı əlaqəsini; texniki istismar qaydalarını; depo təmirindən buraxılan hərəkət qatarlarına qoyulan texniki şərtləri və tələbləri; təmirin texnologiyasını, normaları və dövlət standartlarını (DÜİST), texniki nəzarətin sistemlərini və metodlarını; təmirin keyfiyyəti üzrə reklamasiyaların (iddiaların) irəli sürülməsi qaydasını; dartı hərəkət qatarlarının təmiri qaydalarını, uçot qaydasını; iqtisadiyyatın və əmək qanunvericiliyinin, əməyin və istehsalatın təşkilinin əsaslarını; əmək intizamı qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarını və normalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

- 6-cı dərəcə - orta ixtisas (texniki) təhsil, texnik vəzifəsində 3 ildən az olmayaraq və ya orta ixtisas təhsilli başqa mütəxəssis vəzifələrində 1 ildən az olmayaraq iş stajı;

- 7-ci dərəcə - iş stajına tələb qoyulmadan ali texniki təhsil;

- 8-ci dərəcə - ali texniki təhsil və mühəndis vəzifəsində 3 ildən az olmayaraq iş stajı;

- 9-cu dərəcə - ali texniki təhsilli və 8-ci dərəcəli mühəndis vəzifəsində 3 ildən az olmayaraq iş stajı;

- 10-11 dərəcə - (aparıcı mühəndis) ali texniki təhsil və 9-cu dərəcəli mühəndis vəzifəsində 2-3 ildən az olmayaraq iş stajı.

Vəzifə borcu. Sanitariya texnikası avadanlığının fasiləsiz işini və beləliklə, sərnişin daşınmasının və sərnişinlərə mədəni xidmət göstərilməsinin fasiləsizliyin təmin edir. Elektrik avadanlığının işindəki qüsurların operativ surətdə aradan qaldırılmasını təşkil edir. Qatar və enerji dispetçerləri ilə operativ əlaqə saxlayır. Operativ rabitənin sazlığına nəzarət edir. Həmin rabitə zədələnməsində onun bərpası üçün tədbir görür. Tabeliyində olanlardan yalnız selektor rabitəsi üzrə danışıqlar aparmağı tələb edir. Dispetçer məntəqəsinin operativ-texniki sənədlərini doldurur, şaxtalardakı, əsas və yeril drenaj suvarmalarındakı bütün avadanlıqların normal işinin pozuntusu və zədələnməsi ilə bağlı halların, yaxud bu kimi pozuntulara səbəb ola biləcək halların xidməti təhqiqiatının aparılmasından ötrü materialları toplayır. Şaxtalarda, yerli və əsas drenaj suvarmalarda təmir-təftiş işlərinin bütün növlərinin icrasından ötrü sifarişləri razılaşdırmaq üçün qəbul edir. Xətti xidmət və operativ təmir heyətinin yerləşməsinin uçotuna nəzarət edir. Qəza vəziyyətinin aradan qaldırılması zamanı təcili texniki yardımın qəza briqadasının və heyətin işinə rəhbərlik edir. Avtomatika və telemexanikanın yardımı ilə mühəndis-texniki qurğular bilavasitə idarə edir. Metropolitendə daşınmanın təhlükəsizliyini təmin edən xidmətedici qurğuların işini təhlil edir. Təsdiq edilmiş xəbərdarlıq sisteminə müvafiq surətdə metropolitenin, xidmətin, distansiyanın yerli və şəhər təşkilatlarının rəhbərliyinə məlumat verir, təhlükəsizlik texnikası qaydalarına və sanitariya texnikasının texniki cəhətdən saxlanılması qaydalarına riayət olunmasına nəzarət edir.

Bilməlidir: Sanitariya texnikasının istismarı və təmiri sahəsində metropoliten üzrə qərar, sərəncam və əmrləri; sanitariya texnikasının istismarı üzrə metodiki qaydaları və təlimatları və qüvvədə olan digər normativ-hüquqi aktları; sanitariya texnikası avadanlığının qurulması və təhlükəsiz istismarı qaydalarını; sanitariya texnikası, avadanlığın quruluşunu; sanitariya texnikası avadanlığına cari xidmət göstərilməsinin, onun təftişinin və təmirinin texnoloji prosesini; işlədicilərin elektrik qurğularının texniki istismarı qaydalarını və işlədicilərin elektrik qurğularının istismarı zamanı təhlükəsizlik texnikası qaydalarını; operativ işin təşkili üzrə təlimatı; telemexanika ilə təchiz olunmuş santexnika dispetçerinin təlimatını; qazan nəzarəti obyektlərində qəza və bədbəxt hadisələrin araşdırılması və uçotu üzrə təlimatı; teleidarəetmə və teleişarəvermə qurğularına operativ xidmət göstərilməsi üzrə təlimatı; metropolitenlərdə yanğın təhlükəsizliyi qaydalarını; metropoliten işçilərinin intizam nizamnaməsini.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

- 8-ci dərəcə - orta ixtisas (texniki) təhsil və elektrik avadanlığının istismarı ilə bağlı orta ixtisas (texniki) təhsilli digər mütəxəssis vəzifələrində ən azı 3 il iş stajı;

- 9-cu dərəcə - ali texniki təhsil və elektrik avadanlığının istismarı ilə bağlı ali təhsilli digər mütəxəssis vəzifələrində ən azı 1 il iş stajı.

Vəzifə borcu. Xidmət göstərdiyi sahədə eskalatorun aramsız işini təmin edir. Eskalatorların istismarı üzrə texniki göstərişləri mərkəzi eskalator stansiyasının operativ heyətinə çatdırır. Qatar və enerji dispetçerləri ilə əlaqə saxlayır. Operativ rabitənin sazlığına nəzarət edir, nasazlıq baş verdikdə normal işin bərpası üçün təcili tədbirlər görür. tabeliyində olanlardan operativ danışıqları yalnız selektor vasitəsilə aparmağı tələb edir. Eskalatorların təmir-təftiş işlərinin aparılması üzrə sifarişləri razılaşdırmaq üçün qəbul edir. Telemexanika sisteminin sazlığına nəzarət edir. Həmin sistem sıradan çıxdıqda onun nasazlığının aradam qaldırılması üçün tədbirlər görür. Eskalatorlarda işlərin icrası, yaxud dayandırılması üçün, elektrik təchizatı sxeminin dəyişdirilməsi, eskalatorların teleidarəetməyə qoşulub açılması, ehtiyat eskalatorların cədvəlkənar qoşulması üçün əmrlər verir. Telemexanika vasitələrinin köməyi ilə eskalatorların qoşulmasını yerinə yetirir. Xidmət etdiyi sahədə eskalatorlarda avadanlığın normal işinin pozuntusu və xəsarət almaqla baş verə biləcək bütün halların uçotunu aparır. Sahədə qəza, yaxud avadanlığın normal işinin pozuntusu ilə bağlı hadisə baş verdikdə, maşın zallarının və təmir qrupunun növbətçi heyətindən ibarət briqada təşkil edir, xidmət və distansiyanın rəhbərliyinə bu barədə xəbər verir. Operativ-texniki avadanlığa, sənədlərini, qəza-bərpa vasitələrinə, distansiya üzrə təhlükəsizlik texnikası qaydalarına və eskalatorların texniki cəhətdən saz saxlanılmasına riayət olunmasını yoxlayır.

Bilməlidir: Metropoliten və xidmət rəislərinin sərəncamlarını, əmrlərini, eskalatorların istismarı üzrə qaydaların, təlimatları və qüvvədə olan digər normativ-hüquqi aktları; eskalatorların qurulması və istismarının qaydalarını, eskalatorların mexaniki və elektrik avadanlığının quruluşunu, eskalatorların bütün qovşaqlarına cari xidmət göstərilməsinin, onların təftişi və təmirinin texnoloji prosesini, işlədicilərin elektrik qurğularının texniki istismar qaydalarını və işçilərin elektrik qurğularının istismarı zamanı təhlükəsizlik. texnikası qaydalarını, eskalator maşinistinin və maşinist köməkçisinin təlimatını, eskalatorların istismarı üzrə texniki və istehsalat sanitariyası təlimatları, operativ işin təşkili üzrə təlimatı, telemexanika vasitələri ilə təchiz olunmuş eskalatorların dispetçeri üçün təlimatı, eskalatorlarda yüklərin daşınması qaydalarını, qazan nəzarəti obyektlərinlə baş vermiş qəzaların və istehsalatda bədbəxt hadisələrin araşdırılması və uçota alınması haqqında əsasnamənin, teleidarəetmə və teleişarəvermə qurğularına operativ xidmət göstərilməsi üzrə təlimatı, metropoliten stansiyalarında yanğın təhlükəsizliyi qaydalarını, eskalatorların əsaslı təmiri üzrə vasitələri, metropoliten işçilərinin intizam nizamnaməsini.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

- 8-ci dərəcə - orta ixtisas (texniki) təhsili və eskalatorların istismarı ilə bağlı orta ixtisas (texniki) təhsili tələb olunan digər mütəxəssis vəzifələrində ən azı 3 il stajı.

- 9-cu dərəcə - ali texniki təhsil və eskalatorların istismarı ilə bağlı mühəndis-texniki vəzifələrdə ən azı 1 il iş stajı.

Vəzifə borcu. Qatarların idarə olunması, lokomotivlərə texniki xidmətin təmin edilməsi və onların saz vəziyyətdə saxlanılması məsələləri üzrə lokomotiv briqadalarını təlimatlandırır. Lokomotiv briqadaları ilə xəttə nəzarət-təlimat səfərlərini yerinə yetirir və onları hərəkətin təhlükəsizliyinin təmin edilməsi və qatarların cədvəlinə riayət olunması, lokomotivlərin və mühərrik-vaqonlu hərəkət qatarlarının tormoz avadanlığının saxlanılması və onlara xidmət göstərilməsi məsələləri üzrə təlimatlandırır. Lokomotiv briqadaları tərəfindən müəyyən olunmuş iş rejiminə, əmək və istehsalat intizamına, yanğın təhlükəsizliyinə və istehsalat sanitariyasına riayət olunmasına nəzarət edir. Lokomotiv briqadaları ilə bilavasitə lokomotivlərdə, trenajyorlarda, işçi sxem və modellərdə texniki, nəzəri, əməli təlim keçirir, lokomotiv briqadalarına qatarları idarə etməyin və manevretmə işlərinin qabaqcıl üsullarını, yanacağa, elektrik enerjisinə və ehtiyat hissələrinə qənaət etməyi öyrədir. Lokomotiv briqadaları tərəfindən bilavasitə xəttə texniki istismar qaydalarının, işarəvermə, qatarların hərəkəti və manevretmə işləri üzrə qayda və təlimatların, qatarların hərəkət təhlüksəizliyi üzrə mövcud əmr və əsasnamələrin yerinə yetirilməinə nəzarəti həyata keçirir. Geriyə dönmə məntəqələrində lokomotiv briqadalarının istirahət vaxtından düzgün istifadə etməsini yoxlayır, maşinist köməkçilərinin lokomotivi sərbəst idarə etmək hüququna praktiki sınaqlar keçirir, lokomotiv briqadaları işçilərinin bilklərinin yoxlanılması üzrə Komissiyada iştirak edir. Lokomotiv briqadaları tərəfindən işdə yol verilən keyfiyyətsiz işlərin təhqiqatının aparılmasında və belə halların qarşısının alınması üzrə tədbirlərin işlənib hazırlanmasında iştirak edir.

Hərəkət qatarında baş verə biləcək nasazlıq hallarında vəziyyətdən çıxmaq üçün lokomotiv briqadalarının praktiki biliklərinin nəzarət-məqbul yoxlamalarını keçirir. Təmirdən sonra qatarın xəttə yoxlama sınaq hərəkətini həyata keçirir. Maşinist (maşinist köməkçisi) qəflətən xəstələndikdə və digər zəruri hallarda qatarın idarə olunmasını öz üzərinə götürür.

Lokomotivin texniki vəziyyəti jurnalında qeydlərin maşinistlər tərəfindən düzgün doldurulmasını və əsas depolarda, əvəzetmə məntəqələrində və stansiya yollarında qəbul zamanı lokomotivin yoxlanılması üzrə müəyyən olunmuş qaydaların lokomotiv briqadaları tərəfindən yerinə yetirilməsini yoxlayır. İctimai əsaslarla lokomotiv briqadalarının təlimatçı-maşinistlərinin hərəkət təhlükəsizliyi və müfəttişlərin işini təşkil edir və istiqamətləndirir.

Növbətçi qatar dispetçerləri ilə rabitə əlaqəsi saxlayır, xəttdəki vəziyyəti bilməklə və qatarların hərəkət qrafiki pozularsa rəhbərliyin göstərişini gözləmədən dərhal onların aradan qaldırılması üçün müvafiq tədbirlər görür.

Lokomotiv briqadalarının növbəyə gəlməsinə, onların reysqabağı tibbi baxışdan keçməsinə nəzarət edir.

Lokomotiv briqadaları tərəfindən müəyyən edilmiş qaydada elektrodepo, stansiya yollarında qatarların qəbul edilməsi və təhvil verilməsini yoxlayır.

Bilməlidir: metropoliten rəisinin lokomotivlərin, lokomotiv briqadalarının işi və qatarların təhlükəsiz idarə olunması üzrə sərəncamlarını, əmrlərini, göstərişlərini və qüvvədə olan digər aidiyyəti normativ-hüquqi aktları, lokomotivlərin quruluşunun işini və təmir qaydalarını, texniki istismar qaydalarını, işarəvermə üzrə təlimatı, qatarların hərəkəti və manevretmə işləri üzrə təlimatı, yolun plan və profilini, qatarların tam hərəkət təhlükəsizliyi təmin olunduğu hallarda qatarları idarə etməyin qabaqcıl üsullarını, əməyin elmi təşkilinin əsaslarını, lokomotiv briqadalarının işi və istirahət rejimini, iqtisadiyyatın və əmək qanunvericiliyinin əsaslarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qayda və normalarını,

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

- 11-ci dərəcə - ali texniki təhsil və ixtisası üzrə 5 ildən az olmayaraq iş stajı, yaxud orta ixtisas (texniki) təhsili və lokomotivlərdə 2-ci dərəcəli maşinist vəzifəsində 5 ildən az olmayaraq iş stajı.

Vəzifə borcu. Yarımstansiyanın və kontakt (təmas) şəbəkəsinin işinə nəzarət edir, düzləndirici aqreqatların düzgün-yüklənməsini, qatarların hərəkət cədvəlinə müvafiq surətdə kontakt şəbəkəsi fiderlərinin fasiləsiz qidalanmasını təmin edir. Kontakt şəbəkəsinin və elektrik qidalanma bölgü sxeminin düzgünlüyünü yoxlayır. Elektrik hərəkət qatarlarının, işarəvermə qurğularının, eskalatorların, sanitariya texnikası qurğularının, işıqlandırmanın və digər işlədicilərin vaxtlı-vaxtında və fasiləsiz surətdə elektrik enerjisi ilə təchizatı üçün bütüm tədbirləri görür. Kontakt şəbəkəsi fiderlərinin, yüksək gərginlikli şəbəkə açarlarının açılmasını, mühafizə vasitələrinin işə düşməsinin normal işinin digər pozuntularının səblərini müəyyən edir. Qatarların hərəkətinin dayandırılması üçün təhlükə yarandıqda, yaxud elektrik təchizatı tamamilə kəsildikdə, təxirə salınmadan elektrik qidalanma sistemləri yaradır və qəzanın aradan qaldırılmasından ötrü bütün tədbirləri görür. Operativ işə rəhbərlik edir. Avadanlığın təftişə və təmirə dayandırılması üzrə tələbnamələri (sifarişləri) qəbul edir, razılaşdırır və aidiyyatı işlərin icrasına icazə verir. Yerinə yetirmək üçün sifariş (tələbnamə) verilmiş işlərin icrası və icraçının təmin edilməsi üçün bütün tədbirləri görür. Elektrik qurğularında işlərin icrası zamanı operativ təlimatların ciddi surətdə yerinə yetirilməsini təmin edir. Öz operativ işində qatar dispetçeri ilə razılaşdırılmış tərzdə hərəkət edir. Kontakt şəbəkəsində gərginliyin açılması və kontakt şəbəkəsinə gərginliyin verilməsi sahəsində qatar dispetçerinin göstərişlərinin təxirəsalınmadan yerinə yetirilməsini təmin edir.

Operativ və texniki sənədlərin dəqiq doldurulması və saxlanılmasına, selektor və telefon rabitəsinin saz vəziyyətinə, ilkin yanğınsöndürmə vasitələrindən düzgün istifadə olunmasına nəzarət edir.

Bilməlidir: yüksək gərginlikli qurğuları, dartı, dartı-azaldıcı və azaldıcı yarımstansiyaların rayon yarımstansiyalarından qidalanması sxemini, işlədicilərin qidalanma sxemini, elektrik avadanlığının quruluşunu, təyinatını, istismar xarakteristikalarını, onlara xidmət göstərilməsi qaydalarını, dartı şəbəkəsinin qidalanma sxemini, elektrik qurğularının texniki istismar və təhlükəsizlik texnikası qaydalarını, metropolitendə işarəvermə üzrə təlimatı, qatarların hərəkəti və manevretmə işi üzrə təlimatı, tunellərə və yerüstü sahələrinə daxilolma qaydalarını, metropolitendə tüstülənmə, alışma, yaxud yanğına qarşı təlimatı və təhlükəsizlik qaydalarını, metropolitenin texniki istismarı üzrə qaydaları, metropoliten işçilərinin intizam nizamnaməsini, elektrik dispetçeri aparatının fəaliyyətinə dair təlimatları, əsasnamələri, əmrləri, göstərişləri.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

- 9-cu dərəcə - ali texniki təhsil və elektrik təchizatı ilə bağlı mühəndis-texniki vəzifələrdə azı 1 il iş stajı, yaxud orta ixtisas (texniki) təhsilli və elektrik təchizatı ilə bağlı mühəndis-texniki vəzifələrdə ən azı 3 il iş stajı.

- 10-cu dərəcə - (böyük elektrik dispetçeri) - ali texniki təhsil və elektrik təchizatı ilə bağlı mühəndis-texniki vəzifələrdə ən azı 2 il iş stajı və vəzifəyə təyin olunana qədər növbətçi elektrik dispetçeri vəzifəsində ən azı 1 il iş stajı.

Vəzifə borcu. Metropoliten xəttinin məsul işçisi olmaqla, operativ işdə hərəkətin baş dispetçerinə tabedir. Növbə ərzində operativ rəhbərliyi həyata keçirir, stansiyadan qatarın keçməsinin təhlükəsizliyini təmin edir, cədvəllərlə və texnoloji proseslərlə müəyyən olunmuş rejimlərdə qurğu və avadanlıqların işinə nəzarət edir, qurğuların işində nasazlıqları aşkara çıxardıqda qatar dispetçerinə, yaxud stansiya rəisinə məlumat verir, onların aradan qaldırılmasını təşkil edir; yanğın təhlükəsizliyinin və əmək mühafizəsinin vəziyyətinə nəzarət edir; qatarların təhlükəsiz hərəkətinə, sərnişinlərin təhlükəsizliyinə və onların əmlakının mühafizəsinə görə məsuliyyət daşıyır. Qatarların hərəkətinin təşkili, lazım gəldikdə isə qatarların hərəkəti zamanı işarəvermə və rabitə vasitələrinin bir növündən digərinə keçilməsi, qatarların digər sahə üzrə hərəkəti barədə stansiya növbətçilərinə göstəriş verir. Öz işini qatar dispetçeri ilə və stansiyanın mərkəzləşdirmə məntəqəsinin növbətçisi ilə sıx əlaqə şəraitində həyata keçirir: qatarların hərəkəti və sərnişin daşınması məsələləri üzrə metropoliten rəisinin sərəncamlarını, əmrlərini, qaydaları, təlimatları və qüvvədə olan digər normativ-hüquqi aktları; qatarların texniki istismar qaydalarını; qatarların hərəkəti, manevretmə işləri və işarəvermə üzrə təlimatları; stansiya və keçidlərin sxemlərini, stansiyaların giriş, çıxış və keçidləri üzrə sərnişin axınının ölçülərini, xətlərin buraxıcılıq qabiliyyətini, şəhər sərnişin nəqliyyatı ilə metropoliten stansiyalarına sərnişinlərin daşınması sxemlərini və həcmlərini; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarını və normalarını.

Ödəniş dərəcələrinin ixtisas tələbləri:

- 6-cı dərəcə - orta ixtisas (texniki) təhsili və qatarların hərəkəti ilə bağlı vəzifələrdə ən azı 5 il stajı.

- 7-ci dərəcə - ali texniki təhsil və qatarların hərəkəti ilə bağlı vəzifələrdə ən azı 3 il iş stajı.

Vəzifə borcu. Qatarların qəbulu, yola salınması və keçib getməsinin, sərnişinlərin eskalatorda hərəkət etməsinin təmin olunması üzrə işi təşkil edir. Qatarların hərəkət cədvəlinin, manevretmə işinin və stansiya işinin növbə planının yerinə yetirilməsini təmin edir, qatarların qəbulu, yola salınması, keçib getməsi və manevr etməsi marşrutlarını hazırlayır. İşarəvermə, mərkəzləşdirmə, avtomatlaşdırma, rabitə və televiziya qurğuları nasaz olduqda qatarların hərəkət qaydasını müəyyən edir və qatarların hərəkəti və manevretmə işi üzrə təlimatla nəzərdə tutulan sənədləri tərtib edir. İdarəetmə cihazlarının göstəriciləri, yaxud icraçıların məlumatları üzrə əməliyyatların icrasının düzgünlüyünə nəzarət edir. Qatarların hərəkət məsələləri üzrə qonşu stansiyalarla, qatar dispetçerləri ilə, stansiya və ona birləşən stansiyalararası yol hüdudlarında lokomotiv və elektrik qatarlarının maşinistləri ilə rabitəni həyata keçirir.

Lokomotiv və elektrik qatarlarının maşinistlərinə xəbərdarlıq edir və yolun, yol sahəsinin tutulmasına icazə verir. Lazım gəldikdə marşrutların əl ilə hazırlanması üzrə əməliyyatları yerinə yetirir. Telemüşahidə və səsucaldan xəbərdarlıq sistemindən istifadə etməklə eskalator xidmətinin dispetçeri vasitəsi ilə eskalatorun qoşulub açılmasını yerinə yetirir, lazımi hallarda eskalatorun dayandırılmasını həyata keçirir. Qatarların hərəkət cədvəlini doldurur. Daşınma sənədlərini lokomotiv briqadasına təqdim edir.

Qatarları texniki baxışa təqdim edir və onların yola salınmaq üçün hazırlığına nəzarət edir. Stansiyada gecə vaxtı stansiya yollarının və svetaforların yoxlanılması üzrə işi təşkil edir. Stansiyalara sərnişinlərin çıxışını nizamlayır. Stansiyada sərnişinlərin hərəkətinə, stansiyanın sanitariya vəziyyətinə, habelə növbənin işçiləri tərəfindən qatarların hərəkətinin və manevretmə işlərinin təşkili, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə üzrə qaydaların, təlimatların, əmrlərin və sərəncamların yerinə yetirilməsinə nəzarəti həyata keçirir. Növbədə tabeliyində olan işçilərə rəhbərlik edir.

Bilməlidir: öz vəzifələri dairəsində müvafiq icra hakimiyyəti orqanlarının qərarını, sərəncamlarını və əmrlərini qatarların hərəkətinin stansiyada tənzimləyən müvafiq qaydaları, təlimatları və qüvvədə olan digər aidiyyəti normativ-hüquqi aktları, metropolitenin texniki istismar qaydalarını, stansiyanın texniki bölgü aktını və işin texnoloji prosesini, işarəvermə, mərkəzləşdirmə, avtobloklaşdırma, rabitə, televiziyası qurğularının və eskalatorların iş prinsiplərini, qatarların hərəkət cədvəlini, işarəvermə, qatarların hərəkəti və manevretmə işi üzrə təlimatları, hərəkət qatarlarında yüklərin daşınması, yüklərin boşaldılması üzrə qaydaları, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə və istehsalat sanitariyası üzrə qaydaları və normaları, iqtisadiyyatın və istehsalın idarə olunmasının əsaslarını, metropoliten işçilərinin intizam nizamnaməsini, metropoliten işçilərinin iş və istirahət rejimini.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: iş stajına tələb qoyulmadan orta ixtisas (texniki) təhsil, yaxud peşə təhsili və 6 aylıq fərdi təlim.

- 5-ci dərəcə - stansiya növbətçisi (stansiya teleidarəetmə postunun növbətçisi) vəzifəsini yerinə yetirdikdə.

- 6-cı dərəcə - stansiya növbətçisi (stansiya mərkəzləşdirmə postunun) vəzifəsini yerinə yetirdikdə.

Vəzifə borcu. Operatorlar tərəfindən marşrut vərəqələrinin düzgün doldurulmasının yoxlanılması, maşinist və maşinist köməkçilərinin faktiki iş vaxtının hesabının aparılması, maşinist və maşinist köməkçilərinin faktiki iş vaxtının hər gün onların şəxsi hesablarına qeyd edilməsi, maşinisitlərin aylıq işi cədvəlinin tərtib edilməsi, hər gün lokomotiv briqadalarına iş naryadının təqdim edilməsi.

Bilməlidir: metropoliten işçilərinin intizam nizamnaməsini, əməyin təşkili və lokomotiv briqadalarının iş və istirahət rejimini və qüvvədə olan digər aidiyyəti normativ-hüquqi aktları, texniki sənədlərin işlənib hazırlanması və tərtib edilməsi qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

- 5-ci dərəcə - orta ixtisas təhsilli, yaxud ümumi orta təhsil və elektrik deposunun operatoru vəzifəsində ən azı 1 il iş stajı.

Vəzifə borcu. Stansiyalarda qatarların qəbulu və ya yola salınmasının manevretmə hərəkətlərinin təşkilində, qatarların hərəkət cədvəlinin yerinə yetirilməsindən, sərnişinlərə xidmət göstərilməsindən, lazımi hallarda mərkəzləşdirilmiş yol dəyişdiricilərin göstəricilərinin əli ilə dəyişdirilməsindən ötrü mərkəzləşdirmə və bloklaşdırma məntəqəsi növbətçisinə (MBMN) kömək edir; qatarların hərəkətinə, sərnişinlərin minib-düşməsinə, qatarların vəziyyətinin sazlığına, qatar siqnallarının mövcudluğuna və onların göstəricilərinin düzgünlüyünə, sərnişinlərin platformada bərabər sıxlıqda yerləşərək, qatarın gözlənilməsinə nəzarət edir, hərəkət - qatarında tüstülənmə, qığılcımlanma, yaxud kənar taqqıltı olmasına xüsusi fikir verir; qatarın vaqonlarının qapıları bağlandıqdan sonra onların möhkəm bağlanmasına, sərnişinlərin, yaxud onların əşyalarının qapıları arasında qalıb-qalmamasına nəzarət edir; dönməyə, yaxud depoya getməli olan manevretmə qatarı keçib getdikdə stansiyanın texniki göstərişi aktı ilə müəyyən olunmuş qaydalara riayət edir; MBMN göstərişi ilə qatar maşinistlərinə qatar cədvəllərini, yaxud qatar talonlarını verir. Qatarların normal hərəkətində, yaxud sərnişinlərə normal xidmət göstərilməsində pozuntular baş verdikdə bu barədə MBMN-ə xəbər verir, gecə vaxtı lazım olduqda MBMN-in göstərişi ilə stansiyaların tənzimlənməsinə köməklik göstərir; elektrik mərkəzləşdirici nasaz olduqda və mərkəzləşdirilmiş yoldəyişdiricilərin əl ilə idarə edilməsi rejiminə kömək lazım gəldikdə MBMN-in göstərişi ilə yol dəyişdiricilərin kurbellə idarə olunması yolu ilə marşurutların hazırlanmasını yerinə yetirir; lazım gəldikdə MBMN-in göstərişi ilə stansiya və tunellərin işıqlarını yandırıb söndürür; səyyar saxlanma işarələrini qurur və götürür; iş yerində növbətçilik zamanı yayınmaq və qeyri-xidmətə söhbətlər aparmaq qadağan edilir.

Bilməlidir: metropoliten işçilərinin intizam nizamnaməsini, təhlükəsizlik texnikası və əmək mühafizəsi qaydalarını, qurğuların işini, qatarların hərəkət təhlükəsizliyinin təmin edilməsinin sərnişinlərə xidmət göstərilməsini tənzimləyən təlimatları.

Ödəniş dərəcələrinə ixtisas tələbləri;

- 4-cü dərəcə - ümumi orta təhsil və qatarların qəbulu və yola salınması üzrə növbətçi kurslarında təlim, müstəqil növbətçiyə başlamazdan əvvəl 6 aylıq növbətçilik üzrə istehsalat təcrübəsini (stajirovka).

14 sentyabr 2018-ci il tarixli 6-3 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201809140063, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 24 sentyabr 2018-ci il)

17 sentyabr 2019-cu il tarixli 1905000048 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201909170048, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 2 oktyabr 2019-cu il)

9 avqust 2023-cü il tarixli 3-17/3-5-22/2023 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202308093522, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 18 avqust 2023-cü il)

28 yanvar 2026-ci il tarixli 3-17/3-5-5/2026 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202601287355, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 9 fevral 2026-cı il)

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver