Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi qeydə
Tarix 04 aprel 1997-ci il
Nazir əvəzi S. Həsənova
Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin
29 mart 1997-ci tarixli 16 -4/2
nömrəli kollegiya qərarı ilə
Fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu kitabçasının “Metropolitenlərin, tunellərin və xüsusi təyinatlı yeraltı qurğuların inşaası” bölməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 aprel 1995-ci il 93 saylı “Fəhlə peşələri və qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu kitabçalarının işlənib hazırlanması haqqında” qərarının icrası ilə əlaqədar yenidən hazırlanmışdır.
Fəhlə peşələrinin və işlərin Vahid Tarif-İxtisas Sorğu kitabçasının “Metropolitenlərin, tunellərin və xüsusi təyinatlı yeraltı qurğuların inşaası” bölməsi avadanlığın, texnoloji proseslərin təkmilləşdirilməsini, əməyin təşkili, normalaşdırılması və stimullaşdırılması nəzərə alınmaqla işlənmişdir.
Bir qayda olaraq, Vahid Tarif-İxtisas Sorğu kitabçasında. (VTİSK) hər peşəyə yalnız bir bölmədə rast gəlmək olur.
Bu bölməyə isə yalnız dağ-mədən sənayesi müəssisələri üçün spesifik olan peşələr və işlər daxil edilmişdir.
Hər hansı konkret istehsal, yaxud iş növü üçün spesifik olmayan fəhlə peşələri Vahid Tarif-İxtisas Sorğu kitabçasının (VTİSK) birinci hissəsində “Bütün sahələr üçün ümumi olan fəhlə peşələri” (VTİSK-1) bölməsinə daxil edilmişdir.
Fəhlə peşələrinin tarif-ixtisas xüsusiyyətləri altı dərəcəli tarif cədvəli üzrə verilmişdir. İşlərin dərəcələri, bir qayda olaraq, əmək şəraiti nəzərə alınmadan, onların mürəkkəbliyi üzrə müəyyən edilmişdir. Lazımi hallarda əmək şəraiti (ağır, zərərli və s) müvafiq orqanlar tərəfindən təsdiq edilən artırılmış tarif stavkalarının müəyyən olunması yolu ilə nəzərə alınır.
Kitabçadan istifadə, əməyin ödənilmə dərəcələrinin təyin edilməsi və artırılması qaydası VTİSK-nin “Bütün sahələr üçün ümumi olan fəhlə peşələri və işləri” bölməsinin “Ümumi müddəalarında” göstərilmişdir.
Kitabçadan istifadəni asanlaşdırmaq məqsədi ilə bir-bir sorğu materialı kimi bölmənin sonunda.
“Bölməyə daxil olan fəhlə peşələri ilə indiyə qədər qüvvədə olan fəhlə peşələrinin müqayisəli adları və dərəcələr diapazonu” və “Bölməyə daxil olan fəhlə peşələrinin əlifba sırası ilə adları və dərəcələr diapazonu” verilmişdir.
1. Qazmada elektrik çilingəri
İŞİN XÜSUSİYYƏTİ: Nasos qurğularının, havaçəkənlərin, şaxta vaqonetkalarının, lentinin eni 900 mm-dən çox olan lentli konveyerlərin, kürəkcikli konveyerlərin, qazma qurğularının, elektrovozların, dizelevozların, çeviricilərin, qidalandırıcıların, itələyicilərin barabanının diametri 1000 mm-dən olan bucurğadlı qaldırıcı maşınların, havadəyişdirici ventilyatorların, dartı və dəyişdirici yarımstansiyaların, doldurucu qurğuların, işarəvermə vasitələrin, işıqlandırıcı, bölüşdürücü, abonent kabel və telefon şəbəkələrinin, bölüşdürücü şkaf və qutuların, keçid muftalarının, telefon aparatlarının, trolley və kiçik gərginlikli kabel şəbəkələrinin, elektrik aparatlarının, qurğularının torpaqlanmalarının və digər sadə dağ-mədən qazma avadanlıqlarının mexaniki və elektrik hissələrinə texniki xidmət göstərilməsi. Akkumulyator batareyalarının doldurulması və vəziyyətinin yoxlanılması, elektrolitin əlavə və dəyişdirilməsi.
Xidmət göstərilən avadanlıqdan yağ nümunələrinin götürülməsi və yağın dəyişdirilməsi. Daha yüksək ixtisaslı elektrik çilingərinin rəhbərliyi altında daha mürəkkəb işlərin yerinə yetirilməsi. Tətbiq olunan pnevmatik alətlərin sökülməsi, yığılması, yuyulması, sınaqdan çıxarılması, yağlanması, qəbulu, verilməsi və profilaktik təmiri.
BİLMƏLİDİR: Avadanlığın təyinatını, iş prinsipini, texniki xidmət normalarını və həcmlərini; ölçü-nəzarət cihazlarının, alətlərin təyinatını və onlardan istifadə qaydalarını; aşağı gərginlikli elektrik qurğularının quruluşunu və onların texniki istismar qaydalarını; elektrotexnikanın əsaslarını.
2. Qazmada elektrik çilingəri
İŞİN XÜSUSİYYƏTİ: Mexanikləşdirilmiş komplekslərin» süxur yükləyən maşınların, məhlul qızdıranların, qazma qurğularının çərçivələrinin və quyu dibindəki bu kimi digər dağ-mədən qazma avadanlıqlarının, barabanın diametri 1000 mm-dən çox olan bucurğadlı qaldırıcı maşınların, stasionar suboşaltma qurğularının, lentinin eni 900 mm-dən çox olan lentin konveyerlərin, skip qaldırıcılarının, ağır yüklü vaqonetkaların, gərginliyi 100 v-dək olan bölüşdürücü qurğuların və elektrik şəbəkələrinin və orta mürəkkəbliyə malik digər dağ-mədən qazma avadanlığının mexaniki və elektrik hissələrinə texniki xidmət göstərilməsi. Dəyişdirici qurğulara, elektrovozlara xidmət göstərilməsi daha yüksək ixtisaslı elektrik çilingərinin rəhbərliyi altında yarımstansiyaların, transformatorların və bölüşdürücü qurğuların təftişi (yoxlanılması) və daşınması üzrə işlərin yerinə yetirilməsi.
BİLMƏLİDİR: Avadanlığın quruluşunu, göstərilən texniki xidmətin normalarını və həcmlərini, avadanlığın sınaqdan çıxarılması qaydaları: qurğuların, aparatların, cihazların və xidmət göstərilən digər avadanlıqların işindəki nasazlıqların səbəblərini və əlamətlərini: kabellərini və elektrotexniki materialların təsnifatını; kabellərin izolyasiyasını, tutumunun və elektrik müqavimətinin ölçülməsi və sınaqdan çıxarılması qaydalarını; detalların ölçülməsi və sınaqdan çıxarılması qaydalarını; detalların; bərpa edilməsi üsullarını; işləyən detallara, qovşaq və mexanizmlərə düşə biləcək yük həddini, onların sınmasını və qəzaya uğramasının alınması üzrə profilaktik tədbirləri; yüksək gərginlikli elektrik qurğularının quruluşunu və texniki istismar qaydalarını; buraxılış-tənzimləmə aparatlarının, ventilyasiya sistemlərinin sxemlərini; torpaqlamanın qurulması; naqillərin və kabellərin hesablanması və seçilməsi qaydalarını.
3. Qazmada elektrik çilingəri
İŞİN XÜSUSİYYƏTİ: Mexanikləşdirilmiş komplekslərin, aqreqatların, dağ-mədən kombaynlarının, özüyeriyən qazma qurğularının, qazma çərçivələrinin, enerji təchizatçılarının, qurğuların, telemexanika vasitələrinin, avtomatik nizamlanan ölçü nəzarət cihazlarının və digər mürəkkəb dağ-mədən qazma avadanlıqlarının mexaniki və elektrik hissələrinə texniki xidmət göstərilməsi. Fider avtomatlarının və buraxıcıların maksimum cərəyan mühafizəsi həddinin ölçülərinin yoxlanılması. İşləyən elektrik qurğularında işin təhlükəsiz aparılmasının və onlara nəzarətin həyata keçirilməsinin təşkil edilməsi.
BİLMƏLİDİR: Yeraltı şəraitdə tətbiq olunan avadanlığın quruluşunu, göstərilən texniki xidmətin normalarını və həcmlərini; maşınların, mexanizmlərin, avadanlıqların, avtomatlaşdırma və telemexanika vasitələrinin sınaqdan çıxarılması və işə salınması qaydalarını; xidmət göstərilən qurğuların, aparatların, avtomatik və telemexanik cihazlarının işindəki nasazlıqların səbəblərini və əlamətlərini; kabellərin və elektrotexnika materiallarının təsnifatını; kabellərin izolyasiyasının, tutumunun və Om müqavimətinin ölçülməsi və sınaqdan çıxarılması qaydalarını; radio-texnikanın, telemexanikanın, avtomatikanın, elektron texnikasının, avtomatik tənzimlənməsinin əsaslarını.
4. Qazmada elektrik çilingəri
İŞİN XÜSUSİYYƏTİ: Elektron, radiorele aparatlarının: tənzimlənən asinxron-sinxron elektrik intiqalının avtomatik sistemlərinin mexaniki və elektrik hissələrinə texniki xidmət göstərilməsi, onların işindəki qüsurların aşkar olunması və aradan qaldırılması. İdarəetmə vasitələrinin quraşdırılması və təmiri. Səyyar və stasionar qurğuların idarəetmə və tənzimləmə sxemlərindəki qüsurların aşkar olunması və aradan qaldırılması. Cərəyanı torpağa (yerə) axsından işləyən aparatının işə düşmə vaxtının yoxlanılması. Təzyiq altında işləyən qabların, qaldırıcı nəqliyyat maşınlarının və aqreqatların təmiri və sınaqdan çıxarılması.
BİLMƏLİDİR: Avtomatik vasitələrinin quruluşunu və elektrik sxemlərini; elektrotexnika qaydalarını və normalarını; xidmət göstərilən avadanlığı və onların enerji ilə qidalanması sxemlərini; xidmət göstərilən qurğuların, aparatların, avtomat cihazlarının işindəki nasazlıqların səbəblərini və əlamətlərini; təmir olunmuş avadanlıq üçün sənədlərin tərtib edilməsi qaydalarını; elektrik ötürücü xətlərdə işlərin yerinə yetirilməsi üsullarını; işləyən detallara, qovşaqlara, mexanizmlərə düşə biləcək yük həddini; sınmaların və qəzaların qarşısının alınması üzrə profilaktik tədbirləri, avadanlığın təmiri, sınaqdan çıxarılması və təhvil verilməsi üzrə texniki şərtləri; elektrik qurğularında tətbiq olunan mühafizə vasitələrinin sınaqdan çıxarılması qaydalarını; elektrik qurğularında işlərik təhlükəsiz aparılmasının və işləyən elektrik qurğularına nəzarətin təşkil edilməsi qaydalarını; təzyiq altında işləyən qabların istismarı və yoxlaması qaydalarını.
5. Qaldırıcı səyyar körpülərin maşinisti.
İŞİN XÜSUSİYYƏTİ: Tunellərin, xüsusi təyinatlı yeraltı tikililərin, lağımların, kameraların inşaası zamanı hidravlik quraşdırma əsasında quraşdırılmış səyyar qaldırıcı taxtabəndləri (körpülərin) idarə edilməsi, dayaq, tarpara, taq elementlərinin, armaturun və taxta-şalban materiallarının qurulduğu yerə yüklənilməsi, aparılması və qaldırılması. Səyyar qaldırıcı taxtabəndlərin (körpülərin) profilaktik təmiri.
BİLMƏLİDİR: Səyyar qaldırıcı taxtabəndlərin (körpülərin) qurulmasını (quruluşunu), şpurların yerinin qeyd olunması, qazmanın profilaktiki bərkidilməsi, müxtəlif növ dayaqların, armaturun və tağların qurulması zamanı taxtabəndlərin yerinin dəyişdirilməsi qaydalarını və nizamını; səyyar qaldırıcı taxta-bəndlərin təmiri qaydalarını və üsullarını.
6. Dağ-mədən avadanlığının quraşdırıcısı
İŞİN XÜSUSİYYƏTİ: Şaxtanın səthində və açıq üsulla inşa olunan tunellərdə, şaxtanın metal konstruksiyalarının, dağ-mədən avadanlığının və elektromexanika qurğularının quraşdırılması və sökülməsi üzrə sadə işlərin; yerinə yetirilməsi. Pilləkanların, çəpərləmə qəfəslərinin və torlu çəpərlərin qurulması. Qaldırıcı qurğuların, bucurqadların və metal konstruksiyalarının minik yumruqcuqlarının sökülməsi. Sadə çilingər işlərinin icrası; dəliklərin açılması, yivli və flanslı birləşmələrin yığılması, yivin əl ilə açılması, detalın kobud yeyələnməsi, metal konstruksiyaların düzləndirilməsi və rənglənməsi. Detalların təmizlənməsi və yağlanması. Torpaqlama şəbəkələrinin quraşdırılması. Çılçıraqların doldurulması və qurulması. İşıqlandırma cihazlarının sökülməsi. Kabelin kəsilməsi. Trafaret üzrə işarələrin yazılması. Nömrə lövhələrinin hazırlanması və qurulması. Daha yüksək ixtisaslı quraşdırıcının rəhbərliyi altında quraşdırma işlərinin yerinə yetirilməsi.
BİLMƏLİDİR: Quraşdırılan avadanlığın və mexanizmlərin quruluşu haqqında ümumi məlumatları; sadə quraşdırma və çilingərlik işlərinin yerinə yetirilməsi üsullarını; mexanikləşdirilmiş və əl alətlərindən istifadə edilməsi qaydalarını; quraşdırmış konstruksiya və avadanlıqların düzəldilməsinin ən sadə üsullarını; tətbiq edilən materialların məcmuynu; qurğu və cihazların təyinatını.
7. Dağ-mədən avadanlığının quraşdırıcısı
İŞİN XÜSUSİYYƏTİ: Şaxta səthində və açıq üsulla inşa olunan tunellərdə şaxta metal konstruksiyalarının, dağ-mədən avadanlıqlarının və elektromexanika qurğularının quraşdırılması və sökülməsi üzrə orta mürəkkəbliyə malik işlərin yerinə yetirilməsi. Bunker cəftələrinin, çərçivələrin, dairəvi çeviricilərin, məhlulqarışdırıcıların, qazma komplekslərinin arakəsmələrinin və yan dayaqların, kranların quraşdırılma meydançalarının, lentli qidalandırıcıların ötürücü və dartı stansiyalarının, bölüşdürücü sipərlərin karkasları. idarəetmə pultları və lövhələrinin quraşdırılması və sökülməsi. Yükgötürmə qabiliyyəti 5 tona qədər olan bucurğadların, qaldırıcıların çökdürücü yumruqcuqların və metal konstruksiyalarının quraşdırılması. Orta mürəkkəbliyə malik olan çilingərlik işlərinin yerinə yetirilməsi; detalların qeyd edilməsi və cilalanması, kipləşdirici səthlərinin sürtülməsi. Konstruksiyaların quraşdırılması zamanı elektrik qaynağı ilə bəndləmə və qaz qaynağı ilə kəsmə. Reperlərin, boruların və kalonkaların qurulması. Om millərinin dartılıb çəkilməsi. Naqillərin birləşdirilməsi. Kabel ucluqlarının bərkidilməsi. Kabel tellərinə və naqillərə ucluqların qaynaq edilməsi. Dartı yarımstansiyalarının orta mürəkkəbliyə malik qovşaqlarının quraşdırılması. Boru kəmərlərinin bir-birindən açılması. Sipərin hidravlik sistemindən yağın boşaldılması.
BİLMƏLİDİR: Orta mürəkkəbliyə malik quraşdırılan avadanlıq və mexanizmlərin quruluşunu; orta mürəkkəbliyə malik avadanlıq üçün qurulan özülün qabaritlərinin (ölçülərinin) yoxlanılması üsullarını; quraşdırılmış avadanlığın düzləndirilməsi üsullarını; elektrik qaynağı ilə bəndləmənin və qaz ilə kəsmənin üsullarını.
8. Dağ-mədən avadanlığının quraşdırıcısı
İŞİN XÜSUSİYYƏTİ: Şaxta səthində və açıq üsulla inşa edilən tunellərdə metal şaxta konstruksiyalarının, dağ-mədən avadanlıqlarının və elektromexaniki qurğuların quraşdırılması və sökülməsi üzrə mürəkkəb işlərin yerinə yetirilməsi. Mürəkkəb çilingərlik işlərinin yerinə yetirilməsi. Estakadaların, qazma komplekslərinin, şaxta kranlarının əyləc qurğularının, sürət azaldanların, mexaniki itələyicilərin, köndələn arabacıqların, bunkerlərin, yükgötürmə qabiliyyəti 5 tondan çox olan bucurqadların, qaldırıcı şaxta maşınlarının qaldırıcı qurğularının, hündürlüyü 15 m-dək olan konyorların mürəkkəb konstruksiya və qovşaqlarının quraşdırılması və sökülməsi. Quraşdırılmış avadanlığın yoxlanılması və sazlanması. Xəndəklərin metal rasstrellərlə, iki başlı dayaq qurşaqları ilə bərkidilməsi. Dartı yarımstansiyalarının mürəkkəb qovşaqlarının quraşdırılması. Yüksək gərginliklə elektrik avadanlığının, ölçü idarəetmə və mühafizə cihazlarının və alətlərinin qurulması.
BİLMƏLİDİR: Quraşdırma oxlarının qeyd olunması, qurulması və yerinin dəyişdirilməsi qaydalarını; avadanlıqların özüllərinin və qurulacağı yerlərin quraşdırma işləri üçün qəbul edilməsi qaydalarını; quraşdırılan avadanlığın və mexanizmlərin tarazlanması, mərkəzlənməsi, düzləndirilməsi və tənzimlənməsi üsullarını; yağlama sistemlərinin quruluşunu və iş prinsipini; aşağı və yuxarı gərginlikli cihaz və aparatların iş prinsipini; maşın və mexanizmlərin quraşdırılmasına qarşı qoyulan tələblərə yol verilən hədəri; avadanlığın istismara verilməsi qaydalarını.
9. Dağ-mədən avadanlığının quraşdırıcısı
İŞİN XÜSUSİYYƏTİ: Şaxta səthində və açıq üsulla inşa edilən tunellərdə metal konstruksiyaların, dağ-mədən avadanlığının və elektromexaniki qurğuların quraşdırılması və sökülməsi üzrə çox mürəkkəb işlərin yerinə yetirilməsi. Paraşüt qurğularının, hidro və elektrik avadanlıqlarının, şaxta kranlarının, hündürlüyü 15 m-dən çox olan kopyorların quraşdırılması və sökülməsi. Qaldırıcı qurğuların və qaldırıcı şaxta maşınlarının düzləndirilməsi və sınanması, səthi şaberlə yonma, detalları dəqiq çilingərlik uyğunlaşdırılması. Hündürlük kompensatorlarını elektrik mühərriklərinin qurulması və düzləndirilməsi. Elektrik avadanlığının mexaniki tənzimlənməsi. Maşın, mexanizm və avadanlıqların sınaqdan çıxarılmasının nəticələri haqqında qüsur (defekt) siyahısının tərtib edilməsi; Quraşdırılmış avadanlığın hidravlik və pnevmatik sınağı. Boru kəmərlərinin və yüksək təzyiqli hidravlik şəbəkə armaturunun yığılması.
BİLMƏLİDİR: Çox mürəkkəb avadanlığın quraşdırılması üsullarını; quraşdırılan avadanlığın quruluşu və təyinatını; avadanlığın tənzimlənməsi və sazlanması üsullarını; istismara verilmə zamanı aqreqat və maşınların sınanması qaydalarını.
İŞİN XÜSUSİYYƏTİ: Şaxta lülələrinin, tunellərin, metropoliten stansiyalarının, xüsusi təyinatlı yeraltı tikililərin, lağımların, kameraların və qovuşuqların hidroizolasiyası üzrə işlərin yerinə yetirilməsi. Hörmələrin tikiş və dəliklərinin izolyasiya edilən səthlərinin təmizlənməsi və qurudulması. Bənd yerlərinin torkretləmə səthlərinin sıxılmış hava ilə üfürülməsi. Bənd yerlərin zərblənmədən qabaq və sonra su ilə suvarılması. Sudan mühafizə çətirinin detallarına antikorroziya lakı və tubinq hörməsinin səthinin sement südü ilə rənglənməsi. Qum vuran aparata qum doldurulması, aparatın yerinin dəyişdirilməsi və onun işinin müşahidə edilməsi.
Hidroizolyasiya işləri üçün materialların hazırlanması. Doldurulmaq üçün müxtəlif qarışıqların dozalandırılması və tərtib edilməsi. Bitum mastikalarının qızdırılması və daşınma cihazlarına tökülməsi. İzolyasiya altına və izolyasiya üstünə mühafizə hidroizolyasiya divarının və mühafizə qurşağının qurulması. Bitum mastikasının sahə konfiqurasiyalı səthlərə çəkilməsi. Beton səthlərinin zərblənməsi və axıntıların budanması. Hörmənin arxasına məhlulların yoxlama-vurulması, beton və armaturlu səthin torkpetlənməsində iştirak etmək. Məhlulvuran qurğuların işinin idarə edilməsi, yoxlanması, bərkidilməsi və yağlanması. Tunel hörmələrinin və metal izolyasiyanın su buraxmaq qabiliyyətinin sınaqdan çıxarılmasında iştirak etmək.
BİLMƏLİDİR: hidroizolyasiya materiallarının nomenklaturasını, növlərini və xüsusiyyətlərini; hörmələrin bənd yerlərinin və dəliklərinin zərblənmədən ötrü hazırlanması qaydalarını; hidroizolyasiya materiallarının daşınması, yığılması və saxlanması qaydalarını; məhlulların və mastikaların hazırlanması qaydalarını və üsullarını; qumvuran aparatın iş prinsipi və ona qulluq göstərilməsi qaydalarını; mühafizə qarmaqlarının, hidroizolyasiya divarının düzəldilməsi qaydalarını; qaynatma və qızdırılma zamanı mastikanın işə hazırlığının müəyyən edilməsi üsullarını; xidmət göstərilən bitum qaynatma qazanlarını, nasosların, məhlulvurma qurğularının və sement toplarının qurulmasını və istifadə qaydalarını; elektrik mühərriklərini və tətbiq edilən nəzarət-ölçü cihazlarının quruluşu üzrə əsas məlumatları; məhlul kəmərlərinin quraşdırılması üsullarını; səthin torkretlənməsinə qarşı irəli sürülən tələbləri; çəkilmiş torkret qatının kələ-kötürlüklərinin kəsilməsi üsullarını.
İŞİN XÜSUSİYYƏTİ: Şaxta lülələrinin, tunellərin, metropoliten stansiyalarının və xüsusi təyinatlı yeraltı tikililərin hidroizolyasiyası üzrə orta mürəkkəbliyə malik işlərin yerinə yetirilməsi. Genişlənən sementlə və qurğuşunlu qaytanla bənd yerlərinin zərblənməsi. Qaynacların yoxlama çəkilişi şərtilə xaç və boltlarının dəyişdirilməsi. Qum vuran aparatla hörmələrin bənd yerlərinin və xətlərinin təmizlənməsi. Novul tunellərin və xüsusi tikililərin divarlarının taquarının rulon materialları ilə izolyasiya edilməsi. Sudan mühafizə çətiri detallarının tunel hörməsinə bərkidilməsi. Suaxıtma novunun qurulması. Armaturlanmış şüşətorlu kətanla qaynar bitum mastikasının mexanikləşdirilmiş şəkildə çəkilməsi ilə hidroizolyasiyanın qurulması. Beton və armaturlanmış səthlərin torkretlənməsi. Orta su hopma həddini müəyyən etmək üçün su vurulması, xüsusi tərkibli məhlulların və qaynar bitumun quru üsulla vurulması. Vurulma qurtaran kimi son hədd təzyiqinin müəyyən olunması. Quyuların qızdırılması. Boru kəmərlərinin xüsusi məhlullarla yuyulması. Tıxacların ləğv edilməsi.
BİLMƏLİDİR: Tunel hörmələrinin və tikililərin tiplərini; zərbləmə işlərinin yerinə yetirilməsi üsullarını; çuqun və dəmir-beton hörmələrinin bənd yerlərinin xüsusiyyətlərini; məhlul dəliklərinin bərkidilməsi üsullarını; yeraltı tikililərdə hörmələrin bərkitmələrinin dəyişdirilməsi qaydalarını; hidroizolyasiya qatlarının əsas konstruksiyalarını; zərbləmə işlərindən, pnevmatik boltlayıcılardan, qazodluğundan, qum vurma aparatından ötrü mexanikləndirilmiş alətin qurulması (quruluşu) izolyasiya edilən səthə bitum mastikasının çəkilməsi və rulon materialının yapışdırılması üsullarını; izolyasiya materialların və örtüklərə qarşı irəli sürülən tələbləri; tıxacların ləğv edilməsi üsullarını; quyuların yerləşmə məkanının və məhlulun vurulma növbəliliyinin planını; sement məhlulunun ilkin konsentrasiyasını aşkara çıxarmaqdan ötrü suhopma həddinin müəyyən edilməsi üsullarını; təzyiqin son həddinin, quyuların qızdırılma dərəcəsinin müəyyən edilməsi və boru kəmərlərinin yuyulması qaydalarını və üsullarını; armaturlanmış və armaturlanmamış səthə torkretin çəkilməsi üsulları və yollarını.
İŞİN XÜSUSİYYƏTİ: Şaxta lülələrinin, tunellərin, metropoliten stansiyalarının xüsusi təyinatlı yeraltı qurğuların hidroizolyasiya üzrə mürəkkəb işlərin yerinə yetirilməsi. Tunellərin yerpikləşdirilmiş və oyuq hissələrinin tubinqlərdə bənd yerlərinin və qeyri standart bənd yerlərinin zərb etməsi, yeraltı qurğuların hörmələrdəki axıntıların aradan qaldırılması. Metal və beton hörmələrin, tunellərin vestibül kameralarla qovuşduğu yerlərdə, oyuqlarda dəyişkən en kəsikli qazmalarda, yaxud dörddən artıq kəsişmə olan yerlərdə izolyasiya işlərinin yerinə yetirilməsi. Rulon materialları yapışdırmaqla və kompensatorlar qurulmaqla çöküntü və temperatur bənd yerlərinin izolyasiyası. Zərbləmənin təmiri. Tikililərin hörmələrində köhnə izolyasiya bənd yerlərinin açılması və təmizlənməsi. Sudan qoruyucu cərin quraşdırılması. Betonlanmış səthə epoksid-furan qatının mexaniki üsulla çəkilməsi.
BİLMƏLİDİR: Dəyişkən en kəsiklərinin qovuşduğu şəraitdə mürəkkəb izolyasiyanın yerinə yetirilməsi üsullarını; qeyri standart bənd yerlərinin və yeraltı tikililərin mürəkkəb konstruksiyalarındakı bənd yerlərinin zərb edilməsi qaydaları və üsullarını; boşluq və qatların dağıdılması üsullarını; bənd yerlərinin zərb edilən və qatların taxamlarının təmiri qaydalarını.
13. Yerüstü işlərdə qazmaçı.
İŞİN XÜSUSİYYƏTİ: Çanovların, xəndəklərin, quyuların çalaların və qazıntı yerlərinin nişanlanması, qazılması. Qazma üçün yerin təmizlənməsi. Dağ-mədən kütləsinin yığılması. Qazmanın istiqamətinin və en kəsiyinin düzgünlüyünün yoxlanılması. Drenaj çanovlarının qəbuledici quyularının təmizlənməsi. Çanovların, quyuların, xəndəklərin, çalaların vəziyyətinin yoxlanılmaması və təmiri. Tağların və şlüzlərın qurulması.
BİLMƏLİDİR: Dağ-mədən süxurlarının xüsusiyyətlərini; çanovların, xəndəklərin, quyuların, çalaların və qazma yerlərinin qazılması və bərkidilməsi üsullarını; tətbiq olunan alət və mexanizmlərin quruluşunu və iş prinsipini, onlarla işləmək üsullarını; şlüzlərin, tağların, quyuların quruluşunu (qurulmasını), çanovlardakı qurğulara qarşı irəli sürülən tələbləri.
14. Yerüstü işlərdə qazmaçı.
İŞİN XÜSUSİYYƏTİ: Tunellərin, metropoliten stansiyalarının xüsusi təyinatlı tikililərin açıq üsulla inşaası zamanı sadə qazma işlərinin yerinə yetirilməsi. Qruntun əl ilə qazılması və yüklənməsi. Möhkəm qruntlarda sadə dayaqların sökülməsi. Bunkerdən qruntun yüklənməsi. Plitələrin düzülməsi. Tunel divarının arxasına və tunel tağına qrunt tökülməsi. Dayaqların yağlama konstruksiyaları qovuşuqlarının təmizlənməsi. Yığma konstruksiyalarının bəndəmlərinin tıxanması və doldurulması. Müvəqqəti yolların, kranaltı yolların qurulması. Quyu dibindəki nasoslara xidmət göstərilməsi. Tunelin sərt özülünə və novun beton qarışığının salınması. Beton və dəmir-beton konstruksiyalarda dəliklərin və şırımların açılması. Metropolitenin daimi yollarının qurulması zamanı: kranların köməyi ilə ağac və dəmir-beton şpalların, tirlərin və yoldəyişdirici qurğuların metal hissələrinin düzülməsi; rels və şpallarda burğu ilə dəliklərin açılması; rels-şpal qəfəsinin elementlərini tək-tək dəyişdirilməsi - təmas relsinin bərkidici qovşağının sökülməsi; rels yolunun ölçülməsi və tənzimlənməsi; boltların bərkidilməsi; başıəyri mıxların vurulması. Cala və xəndəklərin qurudularaq doldurulması. Quraşdırma ilkəklərin doğranması və kəsilməsi. Xəndəklərin, çanovların, çalaların, quyuların, qazma yerlərinin qazılması və bərkidilməsi.
BİLMƏLİDİR: Qazma və yol alətlərinin və dağ-mədən dayaqlarının növlərini, əl və mexanikləşdirilmiş alətlərlə işlənmə üsullarını; daşıma yollarının düzülməsi qaydalarını, xəndəklərin, çalaların və quyuların qazılması və bərkidilməsi üsullarını; relslərin, paketlərin, şpalların və tirlərin stropla tutma üsullarını: Sürətli sahələr və dəmir-beton özüllü sahələr istisna olmaqla, yolun üst qatının konstruksiyalarının tənzimlənməsi qaydalarını; tətbiq olunan qurğu və mexanizmlərin quruluşunu.
15. Yerüstü işlərdə qazmaçı.
İŞİN XÜSUSİYYƏTİ: Tunellərin, metropoliten stansiyalarının və xüsusi təyinatlı tikililərin açıq üsulla inşaası zamanı orta mürəkkəbliyə malik qazma işlərinin yerinə yetirilməsi. Qruntu qazma çəkicləri ilə qazılması. Qazmanın profilinin bərkidilməsi. Partladılmış qruntun qazılması. Dağ-mədən qazmalarının çox bucaqlı taxta dayaqlarının elementlərinin sökülməsi. Şurfların, çala və xəndəklərin dayaqlarının təmir edilməsi, Armaturun qurulması. Monolit beton və dəmir-beton hörmələrin (dayaqların) qurulması. Səyyar metal tağları bölmələrinin yerinin dəyişdirilməsi. Çəkisi 8 tona qədər olan yığma dəmir-beton konstruksiyalardan yol və stansiya tunellərinin və yerüstü tikililərin hörmələrin quraşdırılması. Dayaq divarlarının və drenajın qurulması. Qovuşuqların doldurulması. Bəndəmlərin bərkidilməsi. Dayaqlar arası mıxların vurulması və bərkidilməsi. Tunel hörmələrinin quraşdırılması zamanı bucurğadlara xidmət göstərilməsi. Metropolitenin daimi yolunun qurulması zamanı; relslərin şpallara və tirlərə bərkidilməsi; izolyasiya edilmiş qovuşuqların quraşdırılması və sökülməsi; rels xəttinin ölçülməsi və nizamlanması; kontrrelslərin quraşdırılması. Müvəqqəti yolların: yoldəyişdirici; qurğularının qurulması və təmiri Düzxəttli konstruksiyalardan ötrü tağların qurulması. Şurf və çalaları məhlul və betonlu daşla doldurulması. Çala “Qrunt içinlə divar” üsulu ilə bərkidilərkən xəndəyə bentonit məhlulunun vurulması. Diametri 300 mm-dək olan boruların düzülməsi. Stropla tutma işlərinin yerinə yetirilməsi.
BİLMƏLİDİR: Süxurun mexaniki alətlə qazılması, sadə müvəqqəti dayaqların qurulması qaydaların və üsullarını; elektrik burğularının, qazma çəkiclərinin quruluşunu; beton qarışığının markalarını və xüsusiyyətlərini; qazmaların bərkidilməsi üzrə təmir işlərinin yerinə yetirilməsi qaydalarını; " hörmələrin quraşdırılması və qurulması üsullarını; diametri 300 mm-dək olan boruların düzülməsi üsullarını; yeraltı qurğuların konstruksiyalarının armaturlanması və betonlaması; elektrik, pnevmatik alətlərin və mexanizmlərin tətbiqi ilə yolun üst qatının işlərin yerinə yetirilməsi qaydalarını; avtobloklaşdırmanın rels zənciri üzrə işlərinyerinə yetirilməsi qaydalarını; avtobloklaşdırmanın rels zənciri üzrə işlərin yerinə yetirilməsi qaydalarını: çəkisi 8 tona qədər olan dəmir-beton konstruksiyaların iplə, burazla bağlanması və açılması.
16. Yerüstü işlərdə qazmaçı.
İŞİN XÜSUSİYYƏTİ: Tunellərin, metropoliten stansiyalarının və xüsusi təyinatlı tikililərin açıq üsulla inşaası zamanı mürəkkəb qazma işlərinin Yerinə yetirilməsi. Təsdiq olunmuş pasport üzrə şpurların nişanlanması. Kütləsi 35 kq-dək perforatorlarla şpurun qazılması. Quyudibinin partlayış işlərinin aparılmasına hazırlığının yoxlanılması. Xəndəklərin, çalaların və şpurlrın zivana çəpərlə, ankerlə və “Qrunt içində divar” üsulu ilə bərkidilməsi. Çəkisi 8 tondan 15 tonadək olan yağma beton və dəmir-beton konstruksiyalardan yol və stansiya tunellərinin və yerüstü tikililərin hörmələrinin quraşdırılması, Müxtəlif en kəsikli qazmalarının tağ qovuşuqlarının divarları və birləşmələrinin" betonlanması. Əyrixətli və çoxxətli görkəmi olan beton və dəmir-beton dayaqların və konstruksiyaların qurulmasından ötrü taxtabəndlərin yerinin dəyişdirilməsi və qurulması.
Metropolitenin daimi yollarının qurulması zamanı; nazikdivarlı konstruksiyalara beton qarışığının vurulması; yoldəyişdirici qurğuların quraşdırılması və onların şpallara və tirlərə bərkidilməsi, relsin kronşteynlərinin yoxlanılıb düzəldilməsi. Böyük diametrli təzyiq borularının qovuşuqlarının bərkidilməsi. Diametri 600 mm-dən çox olan boruların düzülməsi.
BİLMƏLİDİR:. Dağ-mədən maşınlarının və hörmələrin betonlanması və quraşdırılmasından ötrü, maşınların quruluşunu; şpurların nişanlanması və qazılması qaydalarını; partlayış işlərinin aparılması qaydalarını dayaq materiallarının, bunların, qapaqların itilənməsi və düzəldilməsinin keyfiyyətinə qarşı irəli sürülən tələbləri, onların forma ölçülərini; mürəkkəb armaturanın yığılması və mürəkkəb konstruksiyalı taxtabəndlərin qurulması qaydalarını və üsullarını; böyük diametrli boruların düzülməsi üsullarını; qovuşuqsuz yolların və yoldəyişdirici qurğuların quraşdırılmasının yerinə yetirilməsi qaydalarını; kütləsi 8 tondan artıq konstruksiyaların burazla bağlanması, və açılması qaydalarını; çalaların ankerlərə bərkidilməsi qaydalarını.
17. Yerüstü işlərdə qazmaçı.
İŞİN XÜSUSİYYƏTİ: Verilmiş istiqamətə və en kəsiyinə ciddi müvafiq surətdə tunellərin; metropoliten stansiyalarının və xüsusi təyinatlı tikililərin açıq üsulla inşaası zamanı çox mürəkkəb qazma işlərinin yerinə yetirilməsi. Şpurların qazma qurğuları ilə və çəkisi 35 kq və daha artıq olan perforatorlarla qazılması. Quyudibinin qəza vəziyyətinin aradan qaldırılması. Kütləsi 15 tondan artıq olan yığma beton və dəmir-beton konstruksiyadan yol və stansiya tunellərinin və yerüstü tikililərin hörmələrinin quraşdırılması. Taxtadan çətirə bənzər və çoxbucaqlı polad dayaqların qurulması. Metropolitenin daimi yollarının qurulması zamanı; yoldəyişdirici qurğunun tənzimlənməsi və yoxlanıb düzəldilməsi, daimi yolun əyri sahələrində qısaldılmış relslərin hesablanması və seçilməsi.
BİLMƏLİDİR: Verilən istiqamətə və ölçüləri ciddi müvafiq surətdə dağ-mədən qazma işlərinin bütün növlərini, onların yerinə yetirilməsi üsullarını, yollarını və qaydalarını; konstruksiyaların texniki xarakteristikasını, xüsusiyyətlərini, dağ-mədən qazma maşınlarının və hörmələrinin betonlanmasından öz quraşdırılmasından ötrü maşınların istismar qaydalarını; tunel hörmələrinin həndəsə formalarının təshih olunması qaydalarını və üsullarını; yolun əyri sahələrindən ötrü qısaldılmış relslərin seçilməsi üsullarını; əyinti oxları üzrə əyriliklərin ölçülməsi üsullarını.
18. Yeraltı—dağ-mədən qazma avadanlığının quraşdırıcı elektrik çilingəri
İŞİN XÜSUSİYYƏTİ: Nasosların, məhlulvuranların, çeviricilərin, qidalandırıcıların, şaxta vaqonetkalarının, transportyorların, qazma çeviricilərinin, diametri 1000 mm-dən olan bucurqadlı qaldırıcı maşınların, havadəyişdirici ventilyatorların və adiə mürəkkəbliyə malik dikər dağ-mədən qazma avadanlıqlarının mexaniki və elektrik hissələrinin quraşdırılması, sökülməsi, təmiri, sazlanması və sınaqdan çıxarılması. Qazma komplekslərinin pilləkən və çəpərlərin qurulması. Nömrə lövhələrinin hazırlanması və bərkidilməsi. Detalların təmizlənməsi və yağlanması. Çıraqların enerji açarlarının, dəyişdirici açarlarının və ştepsel rozetkalarının qurulması. Ucluqların müvəqqəti bağlanılmaqla 10 kv-dək gərginlikdən ötrü kabelin kəsilməsi. Dağ-mədən qazma avadanlığının işıqlandırma aparatlarının, akkumulyator batareyalarının doldurulması. Dayaq izolyatorlarının, rubilniklərin, qoruyucuların, dəyişdiricilərin, reostatların, transformatorların quraşdırılması və sökülməsi. Kabel xəttlərinin, güc və işıqlandırma şəbəkələrinin, torpaqlama şəbəkələrinni işarəvermə vasitələrinin mufta və novlarının sökülməsi. Qazma konstruksiyalarının elektrik avadanlığın detallarının bərkidilməsi. Naqillərin, kabellərin, muftaların novların və torpaqlama yastıqlarının detallarının qurulması və bərkidilməsi. Yuvacıqların, dəliklərin və şırımların açılması. Kabellərin rənglənməsi. Daha yüksək ixtisaslı quraşdırıcı elektrik çilingərinin rəhbərliyi altında daha mürəkkəb avadanlığın quraşdırılması, sökülməsi və təmiri.
BİLMƏLİDİR: Sadə dağ-mədən qazma-mədən qazma avadanlığının və digər avadanlığın, aparatların və alətlərin quruluşunu, təyinatını, quraşdırılması və sökülməsi qaydalarını, sazlanması üsullarını. elektrik sxemlərini; tətbiq olunan materialların sortimentini; bərkidici detalların və armaturun təyinatını və əsas növlərini, naqillərin markalarını; takelaj vasitələrindən istifadə qaydalarını; sadə quraşdırma və elektrik quraşdırma işlərinin yerinə yetirilməsi üsullarını.
19. Yeraltı - dağ-mədən qazma avadanlığının quraşdırıcı elektrik çilingəri.
İŞİN XÜSUSİYYƏTİ: Süxuryükləyən maşınların, diametri 1000 mm-dən çox olan bucurqadlı qaldırıcı maşınların, qazma dəzgahların, skip qaldırıcıların, ağır yüklü vaqonetkaların, ventilyasiya və nasos qurğularının və orta mürəkkəbliyə malik digər dağ-mədən qazma avadanlığının mexaniki və elektrik hissələrinin quraşdırılması, sökülməsi, təmiri, sazlanması və sınaqdan çıxarılması. Yüksək gərginlikli güc şəbəkələrinin, diametri 200 mm-dək olan boru kəmərlərinin quraşdırılması və sökülməsi. En kəsiyi 700 kv. mm-dək olan naqil və kabellərinin nişanlanması və ucluqlarının bağlanması. Boruların, kabellərin və ayırmaların markalanması, kabel tirlərinə və naqillərə ucluqların qaynar olunması. Kütləsi 50 kq-dək olan güc elektrik avadanlığın quraşdırılması, təftişi yoxlanması və qurulması. 10 kv-dən artıq gərginlik üçün kabellərin kəsilməsi. Kompensatorların, projektorların, trolley saxlayanların, klislərin, işarə cihazları və aparatlarının qurulması. Qazma sipərlərinin xanaları üzrə düzülmək şərtilə kabellərin markalarına görə boruların seçilməsi. Boruların bir-birinə və “metro” keçid qutuları ilə birləşdirilməsi.
BİLMƏLİDİR: Orta mürəkkəbliyə malik dağ-mədən qazma avadanlığının quruluşunu, təyinatını, quraşdırılması və sökülməsi qaydalarını. sazlanması üsullarını. elektrik sxemlərini; naqil və kabellərin birləşdirilməsi üsullarını; izolyasiyanını müqavimətinin ölçülməsi üsulların; polad boruların, kabellərin və yarımaların markalanması qaydalarını; yüklərini burazla bağlanması, açılması və yerinin dəyişdirilməsi qaydalarını; quraşdırılan avadanlığın yoxlanılması qaydalarını və üsullarını.
20. Yeraltı — dağ-mədən qazma avadanlığının quraşdırıcı elektrik çilingəri
İŞİN XÜSUSİYYƏTİ: Mexanikləşdirilmiş qazma kompleksinin, şaxta qaldırıcı qurğularının, dağ-mədən kombaynlarının, aqreqatlarının, özüyeriyən qazma qurğularının və digər mürəkkəb dağ-mədən qazma avadanlığının mexaniki və elektrik hissələrinin quraşdırılması, sökülməsi, təmiri, sazlanması və sınaqdan çıxarılması. Enerji təchizatı, hidravlika sistemlərinin, telemexanika vasitələrinin, avtomatik tənzimləmə cihazlarının, qazma lüləsinə armatur çəkilərkən metal konstruksiyaların, bölüşdürücü qurğuların, diametri 200 mm-dən 400 mm-dək olan boru kəmərlərinin quraşdırılması, sökülməsi. Metal izolyasiyanın qurulması. Quraşdırma sxeminin tərtib edilməsi. Ölçü-nəzarət cihazlarının qurulacağı yerlərin nişanlanması. En kəsiyi 70 kv. mm-dən çox olan naqil və kabellərin nişanlanması və ucluqlarının bağlanması. 10 kv-dək gərgilik kabellərdə ucluq bəndəmlərinin və birləşdirici muftalarının quraşdırılması. Yeraltı tikililərdə güc və nəzarət kabellərin düzülməsi. Kütləsi 50 kq-dan 100 kq-dək olan güc elektrik avadanlığının, ayrıcılarının, 100 kv-dək gərginlikli torpaqlayıcıların quraşdırılması, təftişi (yoxlanması), qurudulması. Kütləsi 500 kq-dək olan elektrik maşınlarının və aqreqatların elektrik qoşqu sxemlərinin quraşdırılması, təftiş (yoxlanılması), mərkəzlənməsi və yoxlanılması. Şotkaların sürtülməsi. Süxuryükləyən maşınların mexanizmlərinin sınağa buraxılışı və sınaqdan çıxarılması. Uzaq məsafədən idarəetmənin quraşdırılması. Yüksək gərginlikli kabelin çəkilməsi.
BİLMƏLİDİR: Mürəkkəb dağ-mədən qazma avadanlıqlarının quruluşunu, təyinatını, quraşdırılması və sökülməsi qaydalarına, sağlanması üsullarını, elektrik sxemlərini; elektrik avadanlığın təftişi (yoxlanılması) və qurudulması üsullarını; güc və işıqlandırma şəbəkələrinin istismar qaydalarını; naqillərin və kabellərin salınması qaydalarını; elektrik avadanlığının və qurğuların sınaqdan çıxarılması və yoxlanılması qaydalarını: dayaq konstruksiyaların, avadanlığın qurulacağı, xətlərin nişanlanması qaydalarını.
21. Yeraltı — dağ-mədən qazma avadanlığının quraşdırıcı elektrik çilingəri
İŞİN XÜSUSİYYƏTİ: Mexanikləşdirilmiş qazma kompleksinin və digər çox mürəkkəb dağ-mədən qazma avadanlıqlarının mexaniki və elektrik hissələrinin quraşdırılması, sökülməsi, təmiri, sazlanması və sınaqdan çıxarılması. Elektrik və radiorele cihazlarının avtomatik sistemlərinin, ötürücülərinin, dağ-mədən qazma avadanlığının tənzimlənən asinxron-sinxron elektrik ötürücüsünün quraşdırılması, sökülməsi, təmiri, sazlanması.
Yüksək təzyiqli hidravlika şəbəkəsinin boru kəmərlərinin və armaturunun quraşdırılması və sökülməsi. Gərginliyi 10 kv-dən çox olan kabellərdə ucluq bəndəmlərinin və birləşdirici muftaların quraşdırılması. Kütləsi 100 kq-dan çox olan güc elektrik avadanlığının quraşdırılması təftişi (yoxlanılması). və qurudulması. Kütləsi 500 kq-dan çox olan elektrik maşınların və aqreqatlarının bütün birləşmə növlərində elektrik qoşqu sxemlərinin quraşdırılması, təftişi (yoxlanılması) mərkəzlənməsi və yoxlanılması. Qazma kompleksi mexanizmlərinin (skiplərin, tubinq və blokdüzənlərin), ventilyatorların və uzaq məsafədən idarəetmə qurğularının, elektrik ötürücüsünün sınaq buraxılışı və yoxlanılması.
BİLMƏLİDİR; Çox mürəkkəb dağ-mədən qazma avadanlıqlarının quruluşunu, təyinatını, quraşdırılması və sökülməsi qaydalarını, sazlanması üsullarını; yüksək gərginlikli və yoxlama kabellərinin hazırlanması. və quraşdırılması; bölüşdürücü sipərlərin, pultların, idarəetmə və mühafizə sipərlərinin konstruksiyalarını, elektrik avadanlığının və sistemlərinin yoxlanılması və tənzimlənməsi üsullarını.
22. Süxurların dondurulması üzrə soyuducu qurğuların maşinisti. 4-cü dərəcə
İŞİN XÜSUSİYYƏTİ: Ümumi məhsuldarlığı 2.1 milyon ç/s (500 min kkal/s) qədər olan kompressorlarla; müvafiq aparatlarla, duzlama şəbəkəsi ilə və dondurucu kalonkalarla təchiz edilmiş qruntların dondurulması üzrə soyuducu qurğulara xidmət göstərilməsi. Aqreqatların işə salınması və dayandırılması, onların fasiləsiz işinin təmin edilməsi. Nəzarət ölçü cihazlarının və işarə vermə qurğularının göstəricilərinin müşahidə edilməsi Qruntun dondurulmasının vəziyyətindən asılı olaraq qurğunun işinin temperatur rejiminin tənzimlənməsi. Qurğunun işindəki nasazlıqların aşkar edilməsi, onların qarşısının alınması və aradan qaldırılması. Təmir işlərinin bütün növlərində iştirak etmək.
BİLMƏLİDİR: Xidmət göstərilən soyuducu qurunun avadanlıqlarının, aparatların və dondurucu kalonkaların quruluşunu; qruntun doldurulması. prosesinin texnologiyasını və tənzimlənməsi üsullarını, soyuducu sistemin doldurulması qaydalarını; qurğunun işindəki nasazlıqların əlamətlərini və onların qaldırılması üsullarını; dondurulan qruntların geoloji xarakteristikasının; qurğunun quraşdırılması qaydalarını, dondurucu kalonkaların və duzlama şəbəkəsinin yerləşən sxemini; termodinamikanın, elektrotexnikanın əsaslarını; çilingərlik işini.
Kompressorların ümumi Məhsuldarlığı 2,1 milyon ç/s (500 min kkal/s) qədər soyuducu. qurğuya daha yüksək ixtisaslı maşinistin rəhbərliyi altında xidmət göstərilən zamanı - 2-ci dərəcə
Kompressorların ümumi məhsuldarlığı 2.1-milyon ç/s (500 min kkal/s) olan soyuducu qurğuya daha yüksək ixtisaslı maşinistin rəhbərliyi altında xidmət göstərilməsi zamanı - 3-cü dərəcə
23. Süxurların dondurulması üzrə soyuducu qurğuların maşinisti.
İŞİN XÜSUSİYYƏTİ: Ümumi məhsuldarlığı 13 milyon c/s qədər (500 mindən 3000 min kkal/s qədər) kompressorlarla, müvariq aparatlarla, duzlama şəbəkəsi ilə və dondurucu kalonkalarla təchiz edilmiş qruntların dondurulması üzrə soyuducu qurğulara xidmət göstərilməsi. Soyuducu qurğunun işə salınması və dayandırılması, onun fasiləsiz işinin təmin edilməsi. Avadanlığın təmiri.
BİLMƏLİDİR: Soyuducu qurğuların müxtəlif sistemlərin quruluşunu (qurulmasını); mürəkkəb quraşdırıcı çilingərlik işlərinin yerinə yetirilməsi üsullarını.
24. Süxurların dondurulması üzrə soyuducu qurğuların maşinisti.
İŞİN XÜSUSİYYƏTİ: Ümumi, məhsuldarlığı 13 milyon c/s çox (3000 min kkal/s çox) kompresorlarla, müvafiq aparatlarla, duzlama şəbəkəsi ilə və dondurucu kolonkalarla təchiz edilmiş qruntların dondurulması üzrə soyuducu. qurğulara xidmət göstərilməsi. Müxtəlir sistemli soyuducuların quraşdırılması və sökülməsi zamanı quraşdırıcı çilingərlik işlərinin bütün növlərinin yerinə yetirilməsi.
BİLMƏLİDİR: Müxtəlir sistemli soyuducu qurğuların konstruktiv xüsusiyyətlərini. Bölməyə daxil olan fəhlə peşələrinin indiyə qədər qüvvədə olan fəhlə peşələri ilə müqayisəli adları və dərəcələr diapazonu
Qazmada elektrik çilingəri
Qaldırıcı—səyyar körpülərin maşinisti
Dağ-mədən avadanlığının quraşdırıcısı
Yerüstü işlərdə qazmaçı
Yeraltı dağ-mədən qazma avadanlığının quraşdırıcı elektrik çilingəri
Süxurların dondurulması üzrə soyuducu qurğuların maşinisti
Электрослесаръ на пороходке
Машинист подтъемно-передвижных подмостей
Монтажник горного оборудования
Проходчик на поверностны.х работах
Электрослесаръ-монтаж-ник подземного горнопро-ходческого оборудования
Машинист холодилъной установки по замораживанию грунтов
Qazmada elektrik çilingəri
Qaldırıcı səyyar körpülərin maşinisti Dağ-mədən avadanlığının quraşdırıcısı İzolyasiyaçı
Yerüstü işlərdə qazmaçı
Yeraltı dağ-mədən qazma avadanlığının quraşdırıcı-elektrik çilingəri
Süxurların dondurulması üzrə soyuducu qurğuların maşinisti