Qanunvericilik › Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 9

Maddə 9. Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə məsləhət və informasiya dəstəyi

Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

9.1. Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə məsləhət və informasiya dəstəyi aşağıdakı formalarda göstərilir:

9.1.1. mikro, kiçik və orta sahibkarlığın inkişafı üzrə təlimlərin, tədris seminarlarının və elmi-praktiki konfransların təşkili;

9.1.2. xarici ölkələrdə təcrübə keçirilməsinin təşkili;

9.1.3. mikro, kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətinin həyata keçirilməsi təcrübəsi, yeni texnologiyalar bazarı haqqında metodiki vəsaitlərin, informasiya bülletenlərinin yayılması;

9.1.4. məsləhət, informasiya, hüquq, marketinq və digər sahələrdə xidmətlərin göstərilməsi, habelə regionlarda informasiya və məsləhət mərkəzləri şəbəkəsinin yaradılması;

9.1.5. qabaqcıl xarici və yerli texnologiyalara əlçatanlığa yardım göstərilməsi;

9.1.6. yerli malların (işlərin, xidmətlərin) ixracına yardım məqsədilə informasiya dəstəyinin göstərilməsi.

9.2. Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə informasiya dəstəyinin göstərilməsi məqsədilə səlahiyyətli qurum öz rəsmi internet səhifəsində aşağıdakı məlumatları yerləşdirir:

9.2.1. mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsinə yönəlmiş dövlət proqramları və digər proqramlar və onların həyata keçirilməsi barədə məlumatları;

9.2.2. iqtisadi fəaliyyət növləri üzrə bölünməklə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin sayı barədə məlumat;

9.2.3. mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək infrastrukturunu təşkil edən qurumlar və onlar tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstəyin göstərilməsi şərtləri və qaydası barədə məlumat;

9.2.4. mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən dəstək tədbirləri barədə məlumat;

9.2.5. sahibkarlıq, investisiya mühitinin və mikro, kiçik və orta sahibkarlığa dəstək infrastrukturunun təhlilinin nəticələri barədə məlumatlar;

9.2.6. mikro, kiçik və orta sahibkarlıq subyektlərinin inkişafı üçün tələb olunan digər məlumatlar (iqtisadi, hüquqi, statistik, marketinq və s.), o cümlədən səlahiyyətli qurumun fəaliyyət sahəsinə aid olan məlumatları.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver