Arxivlər mülkiyyət formasından asılı olaraq dövlət büdcəsi, yerli büdcə və mülkiyyətçinin vəsaitləri hesabına maliyyələşdirilir.
Dövlət arxiv xidməti təşkilatları bu Qanunun 17-ci maddəsinin birinci hissəsində göstərilən mənbələrlə yanaşı, bu Qanuna uyğun olaraq göstərilən ödənişli arxiv xidmətlərindən daxil olan vəsait və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.