2.0. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin obyektləri aşağıdakılardır:
2.0.1. insan - onun hüquq və azadlıqları;
2.0.2. cəmiyyət - onun maddi və mənəvi dəyərləri;
2.0.3. dövlət - onun müstəqilliyi, suverenliyi, konstitusiya quruluşu və ərazi bütövlüyü.