22.1. Azərbaycan Respublikasının elm, mədəniyyət və mənəviyyat sahəsində milli təhlükəsizliyinin təmin olunması Azərbaycan xalqının mədəni irsinin, maddi və mənəvi dəyərlərinin, mədəni tələbatlarının ödənilməsi vasitələrinin və elmi-texniki potensialının daxili və xarici təhdidlərdən qorunması və inkişaf etdirilməsidir.
22.2. Azərbaycan Respublikasının elm, mədəniyyət və mənəviyyat sahəsində milli təhlükəsizliyinin təmin olunması üçün əsas tədbirlər aşağıdakılardır:
22.2.1. Azərbaycan xalqının tarixi və mədəni irsinin, dilinin, adət-ənənələrinin, milli özünüdərkinin xarici təhdidlərdən qorunması və inkişaf etdirilməsi;
22.2.2. ümumdünya mədəniyyətinin qloballaşması prosesində milli mədəniyyətimizin özünəməxsusluğunun qorunması;
22.2.3. dünyanın mədəni nailiyyətlərindən milli mədəniyyətimizin tərəqqisində istifadə üçün imkanların yaradılması;
22.2.4. beynəlxalq müqavilələrə uyğun olaraq Azərbaycan Respublikasının tarixi və mədəni abidələrinin qorunmasının təmin edilməsi;
22.2.5. elmi potensialın qorunmasına və inkişafına dair dövlət siyasətinin uzunmüddətli proqramlarının hazırlanıb həyata keçirilməsi;
22.2.6. elm və təhsilin keyfiyyət səviyyəsinin dünya standartlarına uyğunlaşdırılması məqsədilə inkişaf etmiş ölkələrlə əməkdaşlıq əlaqələrinin genişlənməsi, beynəlxalq təcrübənin öyrənilməsi;
22.2.7. ictimai mənəviyyat əleyhinə cinayətkarlığa qarşı mübarizə.