Qanunvericilik › Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi › Maddə 73

Maddə 73. İş icazəsinin ləğv edilməsi üçün əsaslar

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

73.0. Aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanı iş icazəsini ləğv edir:

73.0.1. əcnəbidən və vətəndaşlığı olmayan şəxsdən, yaxud işəgötürəndən müvafiq ərizə daxil olduqda;

73.0.3. iş icazəsi alınması üçün təqdim edilən sənədlərdə düzgün olmayan məlumatlar aşkar edildikdə;

73.0.4. bu Məcəllənin 67.13-cü, 68.2-ci, 69.6-cı və 71.1-ci maddələrində nəzərdə tutulan hallarda;

73.0.5. hüquqi şəxs olan işəgötürən ləğv edildikdə;

73.0.6. məhkəmənin müvafiq qərarı olduqda.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver