Qanunvericilik › “Miqrasiya orqanları işçiləri tərəfindən Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi, ifa edilən zaman əsgəri salam verilməsi, dinlənilməsi və oxunması Qaydaları”nın təsdiq edilməsi barədə (Dövlət Miqrasiya Xidməti, 04.05.2020) › Tam mətn

“Miqrasiya orqanları işçiləri tərəfindən Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi, ifa edilən zaman əsgəri salam verilməsi, dinlənilməsi və oxunması Qaydaları”nın təsdiq edilməsi barədə (Dövlət Miqrasiya Xidməti, 04.05.2020)

“Miqrasiya orqanları işçiləri tərəfindən Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi, ifa edilən zaman əsgəri salam verilməsi, dinlənilməsi və oxunması Qaydaları”nın təsdiq edilməsi barədə (Dövlət Miqrasiya Xidməti, 04.05.2020) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə və “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1512-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 628 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”nin 18-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Kollegiyası

1. “Miqrasiya orqanları işçiləri tərəfindən Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi, ifa edilən zaman əsgəri salam verilməsi, dinlənilməsi və oxunması Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Qərar qəbul edildiyi gündən üç gün keçənədək Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunsun.

Azərbaycan Respublikası

Dövlət Miqrasiya Xidmətinin rəisi

miqrasiya xidməti müşaviri

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Kollegiyasının “04” may 2020-ci il tarixli, 03 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

1.1. Bu Qaydalar “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə və “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1512-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 628 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən hazırlanmışdır və miqrasiya orqanları işçiləri (bundan sonra – işçilər) tərəfindən Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi, ifa edilən zaman əsgəri salam verilməsi, dinlənilməsi və oxunması qaydalarını tənzimləyir.

1.2. İşçilər Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə edərkən Azərbaycan Respublikasının Konstitusiyasını, “Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununu, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununu və bu Qaydaları rəhbər tutur.

2.1. Miqrasiya orqanlarında Azərbaycan Respublikasının Dövlət Himni aşağıdakı hallarda mütləq ifa edilir:

2.1.1. Azərbaycan Respublikasının bayramlarına həsr olunmuş təntənəli yığıncaqların, iclasların açılışı və bağlanışı zamanı;

2.1.2. Azərbaycan dövləti və xalqı üçün mühüm tarixi hadisələr olduqda;

2.1.3. miqrasiya orqanları işçilərinin peşə bayramı ilə bağlı keçirilən tədbirlərdə;

2.1.4. miqrasiya orqanlarında qulluğa qəbul olunmuş şəxslərin andiçmə mərasimi zamanı;

2.1.5. digər tədbirlərdə.

3.1. Miqrasiya orqanlarında Azərbaycan Respublikasının Dövlət Himni səsyazma vasitəsindən istifadə etməklə tam səsləndirilir.

3.2. Azərbaycan Respublikasının Dövlət Himni ifa edildikdə işçilər onu ayaq üstə, farağat vəziyyətdə sona qədər dinləməli və ya mətninə uyğun oxumalıdırlar.

3.3. Azərbaycan Respublikasının Dövlət Himni ifa edildikdə sıradakı işçilər komanda verilməmiş farağat vəziyyətini alır, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin aparatının struktur bölmələrinin və onun strukturuna daxil olan qurumların rəisləri əsgəri salam verir.

3.4. Sırada olmayan işçilər Azərbaycan Respublikasının Dövlət Himni ifa edildikdə farağat vəziyyətini alır və əsgəri salam verir.

3.5. İşçilər tərəfindən Azərbaycan Respublikasının Dövlət Himninin təhrifinə və başqa dildə oxunmasına yol verilmir.

3.6. Azərbaycan Respublikasının Dövlət Himni qapalı və ya açıq məkanda səsləndirilərkən səsin təzyiqi (səviyyəsi) Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 8 iyul tarixli 796 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri Normaları”na uyğun tənzimlənir.

4.1. Bu Qaydaların tələblərinə riayət olunmasına nəzarət Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisinin daxili nizam-intizam üzrə kurator müavini tərəfindən müvafiq qaydada həyata keçirilir.

4.2. İşçilər bu Qaydaların tələblərini pozmasına görə qanunla nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

1. 2 oktyabr 2023-cü il tarixli 07 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202310020007, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4 oktyabr 2023-cü il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver