Qanunvericilik › “Miqrasiya orqanları işçilərinin fasiləsiz qulluq illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 16.11.2012) › Tam mətn

“Miqrasiya orqanları işçilərinin fasiləsiz qulluq illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 16.11.2012)

“Miqrasiya orqanları işçilərinin fasiləsiz qulluq illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 16.11.2012) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 20 aprel tarixli 344-IVQD nömrəli Qanununun tətbiqi və “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 206 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 632 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Miqrasiya orqanları işçilərinin fasiləsiz qulluq illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Bakı şəhəri, 16 noyabr 2012-ci il

1.1. Bu Qayda “Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 20 aprel tarixli 344-IVQD nömrəli Qanununun tətbiqi və “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 206 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 632 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və miqrasiya orqanlarının xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan işçilərinin (bundan sonra - işçilər) fasiləsiz qulluq illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması qaydasını müəyyən edir.

2.1. Miqrasiya orqanları işçilərinin fasiləsiz qulluq illərinə aşağıdakı dövrlər daxil edilir:

2.1.1. miqrasiya orqanlarında vəzifəyə təyin olunduğu gündən başlayaraq, sonrakı işlədiyi müddət;

2.1.2. miqrasiya orqanlarında stajorluq (olduğu halda) və sınaq müddəti;.

2.1.3. miqrasiya orqanlarında qulluq edərkən vəzifəsinin və əməkhaqqının saxlanması şərtilə, işçinin qulluqdan ayrıldığı müddət;

2.1.4. miqrasiya orqanlarının kadrlarında saxlanılmaqla, müvafiq normativ hüquqi aktların tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının ali icra və ya qanunvericilik hakimiyyəti orqanlarına, hüquq mühafizə orqanlarının təşkilati və qanunvericilik təminatı ilə bağlı işə keçmiş və bu orqanlardan işdən çıxdıqdan sonra miqrasiya orqanlarında xidmətini davam etdirən işçilərin həmin orqanlarda işlədikləri müddət;

2.1.5. məzuniyyət dövrləri;

2.1.6. əmək qabiliyyətinin müvəqqəti itirildiyi müddət;

2.1.7. miqrasiya orqanları işçilərinin sərəncamda olduqları və ya vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıldıqları müddət;

2.1.8. peşə fəaliyyəti ilə bağlı miqrasiya orqanının müvafiq göndərişinə əsasən Azərbaycan Respublikasının və xarici dövlətlərin tədris müəssisələrində təhsil aldıqları müddət;

2.1.9. miqrasiya orqanları işçilərinin ilkin hazırlıq, ixtisasartırma və yenidən hazırlıq kurslarına cəlb edildikləri müddət;

2.1.10. dövlət qulluqçusunun dövlət qulluğu vəzifəsində qulluq stajı.

2.2. Miqrasiya orqanları işçilərinin qulluq illərinə onların aşağıdakı orqanlarda işlədikləri müddətlər də daxil edilir:

2.2.2. digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növündə, həmçinin məhkəmə hakimiyyəti orqanlarında işlədikləri müddət;

2.2.3. ali icra və qanunvericilik orqanlarında, yuxarı icra hakimiyyəti orqanlarında, 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında hüquq mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrdə işlədikləri müddət;

2.2.4. Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, habelə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət müddəti, zabit, gizir, miçman və müddətdən artıq hərbi qulluqçu vəzifələrində xidmət müddəti.

2.3. Qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan miqrasiya orqanlarından xaric olunmuş, sonradan isə məhkəmənin və ya Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin qərarı əsasında miqrasiya orqanlarına bərpa edilmiş işçilərin miqrasiya orqanlarından xaric olunduqları gündən işə bərpaolunma haqqında əmrin verildiyi günədək olan miqrasiya orqanlarında qulluq keçmədikləri müddət qulluq illərinə daxil edilir.

2.4. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, cinayət prosesini həyata keçirən orqanın səhvi və ya vəzifəsindən sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malik miqrasiya orqanları işçilərinin tutulma, həbsdəolma və cəzaçəkmə müddətləri qulluq illərinə daxil edilir.

2.5. Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə qulluq illərinin güzəştli şərtlərlə hesablanması nəzərdə tutulan hallar miqrasiya orqanlarında fasiləsiz qulluq illərinin hesablanmasında nəzərə alınır.

2.6. Xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan işçilər miqrasiya orqanlarında vəzifəyə təyin olunmazdan əvvəl mülki ali təhsil müəssisələrində, habelə xüsusi təyinatlı təhsil müəssisələrində, o cümlədən qiyabi təhsilalma formasında keçirdiyi təlim vaxtı da 5 (beş) ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla fasiləsiz qulluq illərinə daxil edilir.

2.7. Dövlət qulluqçusu miqrasiya orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifəyə təyin edildikdə, əvvəlki dövlət qulluğu vəzifəsindəki qulluq illəri fasiləsiz qulluq illərinə daxil edilir.

3.1. Qulluq illərinə görə verilən əlavə haqq vəzifə maaşından və xüsusi rütbəyə görə əlavədən hesablanaraq, aşağıdakı məbləğlərdə ödənilir:

3.1.1. 1 ildən 2 ilə qədər qulluq illərinə görə - 5 faiz;

3.1.2. 2 ildən 5 ilə qədər qulluq illərinə görə - 10 faiz;

3.1.3. 5 ildən 10 ilə qədər qulluq illərinə görə - 15 faiz;

3.1.4. 10 ildən 15 ilə qədər qulluq illərinə görə - 20 faiz;

3.1.5. 15 ildən 20 ilə qədər qulluq illərinə görə - 25 faiz;

3.1.6. 20 ildən 25 ilə qədər qulluq illərinə görə - 30 faiz;

3.1.7. 25 ildən 30 ilə qədər qulluq illərinə görə - 40 faiz;

3.1.8. 30 ildən yuxarı qulluq illərinə görə - 50 faiz.

3.2. Müvəqqəti əvəzetmə üzrə iş zamanı əlavə haqq əsas işin vəzifə maaşına və rütbəsinə uyğun hesablanır.

3.3. Təqvim ayı ərzində qulluq illərinə görə əlavə haqqın məbləği artdığı təqdirdə, həmin ay üçün əlavə haqqın məbləği ayın təqvim günlərinə mütənasib şəkildə artırılaraq hesablanır.

3.4. Bu Qaydanın 3.3-cü bəndi ay ərzində miqrasiya orqanı işçisinin vəzifə maaşının və xüsusi rütbəyə görə əlavələrin dəyişməsi zamanı da tətbiq edilir.

3.5. Əlavə haqq miqrasiya orqanı işçisi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada orta aylıq əməkhaqqı hesablanarkən nəzərə alınır.

4.1. Qulluq illəri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemindən əmək müqavilələrinə dair çıxarışa, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda, eləcə də 2014-cü il iyulun 1-dək xitam verilmiş əmək müqavilələrinə münasibətdə isə əmək kitabçasına əsasən müəyyən edilir. Qeyd edilən sənədlər olmadıqda və ya onlarda lazımi qeydiyyatlar aparılmadıqda, habelə iş dövrləri düzgün əks etdirilmədikdə, qulluq illərinin müəyyən edilməsi üçün əmrlərdən çıxarışlar, şəxsi hesab vərəqələri, əməkhaqqının ödəniş cədvəlləri və iş fəaliyyətləri barədə məlumat verə biləcək digər təsdiqedici sənədlər əsas götürülür.

4.2. Miqrasiya orqanları işçilərinin qulluq illəri Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti aparatının müvafiq struktur bölməsi tərəfindən bu Qaydaya uyğun olaraq hesablanır.

4.3. Bu Qaydanın 2-ci hissəsinin tətbiqi zamanı yaranmış fikir ayrılığı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin aparatında, habelə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi (bundan sonra - Dövlət Miqrasiya Xidmətinin rəisi) tərəfindən səlahiyyət verilən struktur qurumlarda yaradılan miqrasiya orqanları işçilərinin qulluq illərinin hesablanması üzrə komissiya tərəfindən aradan qaldırılır.

4.4. Miqrasiya orqanları işçilərinin qulluq illərinin hesablanması üzrə komissiyaların tərkibi Dövlət Miqrasiya Xidmətinin rəisi və müvafiq struktur qurumların rəhbərləri tərəfindən müəyyən edilir.

4.5. Bu Qaydanın 2-ci hissəsinin tətbiqi zamanı fikir ayrılığı yarandıqda, əlavə haqq miqrasiya orqanları işçilərinin qulluq illərinin hesablanması üzrə komissiyaların qərarlarına əsasən verilir. Qulluq illərinin müəyyən edilməsi haqqında qərarlar göstərilən komissiyalar tərəfindən protokol formasında rəsmiləşdirilir. Protokolun əsli müvafiq miqrasiya orqanında saxlanılır, surəti isə işçinin şəxsi işinə əlavə edilir.

4.6. Miqrasiya orqanları işçilərinin qulluq illərinin hesablanması üzrə komissiyaların qərarından Dövlət Miqrasiya Xidmətinin rəisinə və məhkəməyə şikayət verilə bilər.

1. 10 aprel 2017-ci il tarixli 133 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 aprel 2017-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 4, maddə 620)

2. 25 noyabr 2021-ci il tarixli 368 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 noyabr 2021-ci il, № 258, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1290)

3. 18 sentyabr 2023-cü il tarixli 334 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 9, maddə 1355)

4. 3 may 2024-cü il tarixli 244 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 6 may 2024-cü il, “Xalq” qəzeti, 7 may 2024-cü il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, II kitab, maddə 582)

5. 12 may 2025-ci il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 13 may 2025-ci il, “Xalq” qəzeti, 16 may 2025-ci il, № 100, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 5, maddə 507)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver