AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT MİQRASİYA XİDMƏTİ KOLLEGİYASININ QƏRARI
“Miqrasiya orqanlarında qulluğa qəbul olunmaq üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə
Rəsmi dərc edildiyi mənbə
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix
“Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsinin icrası məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”nin 18-ci bəndinə əsasən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Kollegiyası
1. “Miqrasiya orqanlarında qulluğa qəbul olunmaq üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” təsdiq edilsin (əlavə olunur).
2. Qərar qəbul edildiyi gündən üç gün keçənədək Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunsun.
Azərbaycan Respublikası
Dövlət Miqrasiya Xidmətinin rəisi
miqrasiya xidməti müşaviri
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Kollegiyasının 2016-cı il 30 iyun tarixli 6 nömrəli Qərarı ilə təsdiq edilmişdir
1.1. Elektron xidmətin adı: Miqrasiya orqanlarında qulluğa qəbul olunmaq üçün müraciətin və sənədlərin qəbulu.
1.2. Elektron xidmətin məzmunu: Bu xidmət miqrasiya orqanlarında qulluğa qəbul olunmaq üçün müraciətin qəbulunu əhatə edir.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:
1.3.1. Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin 10-cu maddəsi;
1.3.2. “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi;
1.3.3. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”;
1.3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı”nın 33.9-cu bəndi;
1.3.5. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin 2011-ci il 10 oktyabr tarixli 01 nömrəli qərarı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi Qaydaları”nın 3.1-ci bəndi;
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti (bundan sonra – Xidmət).
1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.
1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Elektron xidmət qismən avtomatlaşdırılmışdır.
1.7. Elektron xidmətin icra müddəti: müsabiqə haqqında elanda göstərilən müddət ərzində.
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Azərbaycan Respublikası vətəndaşının miqrasiya orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin test imtahanı mərhələsində iştirakına icazə verilməsi.
2.1. Elektron xidmətin növü: interaktiv.
2.2. Elektron xidmət üzrə ödəniş: ödənişsiz.
2.3. Elektron xidmətin istifadəçiləri: Azərbaycan Respublikasının vətəndaşları.
2.4. Elektron xidmətin təqdim olunma yeri:
http://az.e.migration.gov.az/Miqrasiya+orqanlar%C4%B1na+qullu%C4%9Fa+q%C9%99bul/s/477
2.5. Elektron xidmət barədə məlumatlandırma:
2.5.1. İnternet ünvanı: http://az.e.migration.gov.az/;
2.5.2. Elektron poçt: info@migration.gov.az;
2.5.3. Telefon: (+99412) 919.
2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:
2.6.1. Elektron xidmətin göstərilməsi üçün Azərbaycan Respublikası vətəndaşının miqrasiya orqanlarına qulluğa qəbulla bağlı müsabiqədə iştirak etməsi üçün müraciətinin forması (1 nömrəli əlavə) tələb olunur.
3.1. İnteraktiv elektron xidmətlər üçün sorğu:
3.1.1. Sorğunun formalaşdırılması: İstifadəçi bu reqlamentin 2.5.1-ci yarımbəndində göstərilən internet ünvanına daxil olaraq “İş masası” sətrindən “Qeydiyyat” düyməsini sıxır. Açılmış pəncərədə qeydiyyat formasına müvafiq məlumatları daxil edir və pəncərənin sonunda “Qeydiyyat” düyməsini sıxmaqla istifadəçinin elektron poçt ünvanına məlumatların doğruluğunun təsdiq edilməsi üçün keçid göndərilir. İstifadəçi həmin keçidə daxil olur və “Müraciətlər” sətrindən “Miqrasiya orqanlarına qəbul” bölməsinə daxil olaraq “Onlayn Müraciət” düyməsini sıxır. Açılmış pəncərədə müraciətin forması elektron xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurur 2.5-ci bənddə göstərilən elektron poçt ünvanına göndərir.
3.1.2. Sorğunun qəbulu: Sorğu elektron poçt ünvanına daxil olduğu gün qeydiyyata alınır və sorğunun qəbul edilməsi ilə bağlı istifadəçinin elektron poçtuna dərhal bildiriş göndərilir.
3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:
3.2.1. Sorğunun yerinə yetirilməsindən imtina halları:
3.2.1.1. İstifadəçi tərəfindən müraciət formasının tam və ya düzgün doldurulmaması aşkar edildikdə sorğunun yerinə yetirilməsindən imtina edilir və imtinanın səbəbi barədə istifadəçinin elektron poçt ünvanına dərhal bildiriş göndərilir;
3.2.1.2. Elektron xidmətin göstərilməsindən imtina istifadəçinin miqrasiya orqanlarında qulluğa qəbul olunmaq üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin elektron xidmətlər bölməsinə yenidən müraciət etməsinə mane olmur;
3.2.2. İstifadəçi tərəfindən müraciət formasının tam və ya düzgün doldurulduqda sorğu qəbul olunur.
3.3. Sorğunun icrası:
3.1.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:
3.3.1.1. Sorğunun qeydiyyata alınması;
3.3.1.2. Sorğuya baxılması;
3.3.1.3. Qəbul edilmiş qərar barədə şəxsin məlumatlandırılması;
3.3.1.4. İnzibati əməliyyatların həyata keçirilməsinə Xidmətinin Kadrlar və kadr hazırlığı idarəsi (bundan- sonra İdarə) məsuldur.
3.3.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və ya maksimal yerinə yetirilmə müddəti:
3.3.2.1. Sorğu qəbul edildikdən sonra Xidmətin Katibliyində Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq dərhal qeydiyyata alınır və baxılması üçün İdarəyə təqdim edilir;
3.3.2.2. Müraciətə İdarədə baxıldığı zaman aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə, onların 5 gün müddətində aradan qaldırılması barədə istifadəçinin elektron poçtuna dərhal bildiriş göndərilir;
3.3.2.3. İstifadəçi tərəfindən göndərilən müraciətdə çatışmazlıqlar aşkar edilmədikdə və ya aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sorğuya baxılması davam edir;
3.3.2.4. İstifadəçi tərəfindən göndərilən müraciət formasında göstərilən məlumatların həqiqiliyi Xidmət tərəfindən yoxlanılır.
3.3.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat: Yoxdur.
3.3.4. İnzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda vətəndaşın müsabiqənin test imtahanı mərhələsində iştirak etməsi üçün namizədliyi qeydə alınır və bu barədə onun elektron poçtuna məlumat göndərilir.
3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət: Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti Xidmət həyata keçirir.
3.4.1. Nəzarətin forması:
3.4.1.1. Daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə təşkil olunmuş mütəmadi monitorinqi;
3.4.1.2. Kargüzarlıq.
3.4.2. Nəzarətin qaydası:
3.4.2.1. Monitorinq nəticəsində müraciətlərin qəbulu, cavablandırılmasının müddəti və prosesin tamlığı izlənilir, baş verən nöqsanlar barədə hesabatlar tərtib olunur. Həmin hesabatlar sistemin fəaliyyətinə məsul olan şəxslər tərəfindən daim izlənilir.
3.4.2.2. Kargüzarlıq nəzarəti Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada həyata keçirilir.
3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: Elektron xidmətlərin göstərilməsinə görə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsi məsuliyyət daşıyır.
3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati qaydada verilən şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. İnzibati aktlardan məhkəmə qaydasında verilən şikayət Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45-ci və 46-cı maddələrinə uyğun olmalıdır.
3.5.3. Şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır. İnzibati aktlardan məhkəmə qaydasında verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.
“Miqrasiya orqanlarında qulluğa qəbul olunmaq üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”ə 1 nömrəli əlavə
________________________________________________________________________________
1. Vətəndaş haqqında məlumat:
1.1. Adı________________
1.2. Soyadı _______________
Atasının adı ________________
1.5. Doğulduğu tarix (gün, ay, il) ________________________
1.6. Doğulduğu yer (ölkə, şəhər (rayon), kənd) ____________
2. Vətəndaşın şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumat:
2.1. Şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi _________________
2.2. Şəxsiyyət vəsiqəsinin verildiyi tarix (gün, ay, il) ___________
2.3. Şəxsiyyət vəsiqəsini verən orqanın adı ___________________
2.4. FİN (fərdi identifikasiya nömrəsi) _________________________
3. Vətəndaşla əlaqə vasitələri haqqında məlumat:
3.1. Qeydiyyatda olduğu ünvan (şəhər, rayon, kənd və küçə göstərilməklə)________________________
3.2. Faktiki yaşadığı ünvan (vətəndaş qeydiyyatda olduğu ünvanda yaşamırsa)_____________________
__________________________________________________________________________________________
3.3. Elektron poçt ünvanı ____________________________________________________________________
3.4. Mobil telefonu (operatorun kodu göstərilməklə) ____________________________________________
3.5. Ev telefonu (şəhər (rayon) kodu göstərilməklə) ______________________________________________
3.6. İş telefonu (şəhər (rayon) kodu göstərilməklə) ______________________________________________
4. Vətəndaşın miqrasiya orqanlarına qulluğa qəbulla bağlı müsabiqədə iştirakının mümkün olub-olmaması haqqında məlumat:
4.1. Ali təhsilə maliksinizmi?
4.2. İkili vətəndaşlığınız varmı?
4.3. Digər dövlətlər qarşısında öhdəliyiniz varmı?
4.4. Din xadimisinizmi?
4.5. Barənizdə fəaliyyət qabiliyyətinə malik olmamağınız və ya məhdud fəaliyyət qabiliyyətinə malik olmağınıza dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı varmı?
4.6. Barənizdə cinayət işi olmuşdurmu?
4.7. Cinayət törətməyə görə əvvəllər məhkum olunmusunuzmu?
4.8. Cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilmişdirmi?
4.9 Barənizdə tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı varmı?
4.10. Barənizdə digər hüquq mühafizə və ya başqa dövlət orqanlarında əvvəllər yol verilmiş kobud nöqsanlara görə bu orqanlardan xaric edilmə haqqında qərar varmı?
4.11. Hərbi xidmət keçmisinizmi?
4-1. Vətəndaşın iddia etdiyi vakant vəzifənin adı: __________________________________________________
Məndə olan tibbi sənədlərə görə fiziki və əqli cəhətdən miqrasiya orqanlarında işləməyə yararlıyam
5. Vətəndaşın əmək fəaliyyəti haqqında məlumat:
5.1. Əmək fəaliyyəti:
İndiyədək işləməmişəm
5.2. İşləyirsinizsə, hazırkı iş yeriniz və vəzifəniz ________________________________________________
__________________________________________________________________________________________
5.3. Ümumi iş stajınız (müraciətin doldurulduğu tarixə) ______il ______ay ______gün
6. Vətəndaşın təhsili haqqında məlumat:
6.1. Ali təhsilin səviyyəsi:
6.1.1. Bitirdiyiniz təhsil müəssisəsinin adı və daxil olduğunuz il _________________________________
__________________________________________________________________________________________
6.1.2. Diplom üzrə ixtisasın adı (məlum olduğu halda ixtisasın şifrini qeyd edin) ___________________
__________________________________________________________________________________________
6.1.3. Diplomun seriyası və nömrəsi __________________
6.1.4. Diplomun verildiyi tarix (gün, ay, il) ______________
Diplom xarici dövlətin təhsil müəssisəsi tərəfindən verildiyi və nostrifikasiyası tələb edildiyi halda
6.1.5. Nostrifikasiya şəhadətnaməsinin nömrəsi_____________
6.1.6. Verildiyi tarix (gün, ay, il)________________
6.2. Ali təhsilin səviyyəsi:
6.2.1. Bitirdiyiniz təhsil müəssisəsinin adı və daxil olduğunuz il _________________________________
__________________________________________________________________________________________
6.2.2. Diplom üzrə ixtisasın adı (məlum olduğu halda ixtisasın şifrini qeyd edin) ___________________
__________________________________________________________________________________________
6.2.3. Diplomun seriyası və nömrəsi __________________
6.2.4. Diplomun verildiyi tarix (gün, ay, il) ______________
Diplom xarici dövlətin təhsil müəssisəsi tərəfindən verildiyi və nostrifikasiyası tələb edildiyi halda
6.2.5. Nostrifikasiya şəhadətnaməsinin nömrəsi_______
6.2.6. Verildiyi tarix (gün, ay, il)__________________________
6.3. Ali təhsilin səviyyəsi:
6.3.1. Bitirdiyiniz təhsil müəssisəsinin adı və daxil olduğunuz il _________________________________
__________________________________________________________________________________________
6.3.2. Diplom üzrə ixtisasın adı (məlum olduğu halda ixtisasın şifrini qeyd edin) ___________________
__________________________________________________________________________________________
6.3.3. Diplomun seriyası və nömrəsi __________________
6.3.4. Diplomun verildiyi tarix (gün, ay, il) ______________
Diplom xarici dövlətin təhsil müəssisəsi tərəfindən verildiyi və nostrifikasiyası tələb edildiyi halda
6.3.5. Nostrifikasiya şəhadətnaməsinin nömrəsi_______
6.3.6. Verildiyi tarix (gün, ay, il)__________________________
Digər kadr sənədlərimin imtahandan sonra qanunvericiliyə müvafiq olaraq toplanılacağı və yoxlanılacağı, bu zaman qulluğa qəbul olunmağımı istisna edən hallar aşkar edilərsə müsabiqədən kənarlaşdırılacağım, həmçinin müraciətdə bilərəkdən təhrif olunmuş məlumatların qeyd edilməsinin qulluğa qəbul olunmamağım və ya qulluq keçməyimə xitam verilməsi üçün əsas olması barədə məlumatlıyam.
Müraciətdə göstərilən məlumatların doğruluğunu təsdiq edirəm İmza ____________
Müraciətin doldurulduğu tarix (gün, ay, il) _____________ İmza ____________
Müraciəti qəbul edən şəxsin vəzifəsi, adı və soyadı ____________________________________
Müraciətin təqdim edildiyi tarix __________________________________ İmza ____________
Müraciətin doldurulması ilə bağlı qeydlər:
1. Bu Formanın aidiyyəti hissə, bənd və ya yarımbəndləri mütləq doldurulmalıdır. Əks təqdirdə müraciətiniz qəbul olunmayacaqdır.
2. 6-cı hissə doldurularkən bakalavriat, magistratura və doktorantura təhsil səviyyələrinin ardıcıllığı gözlənilməlidir. Digər ali təhsil səviyyəsini bitirmişlər və s. “Digər” qrafasını seçməlidir. “Digər” qrafası seçildiyi halda “Diplom üzrə ixtisasın şifri və adı” yarımbəndi doldurularkən vətəndaşın təhsil səviyyəsi də qeyd edilməlidir. Misal üçün: HS130100-hüquqşünaslıq, ali təhsil.
Qeyd: Elektron daşıyıcı vasitəsilə göndərilən müraciətin “Müraciətdə göstərilən məlumatların doğruluğunu təsdiq edirəm” bölməsində yalnız göstərilən məlumatların doğruluğunun təsdiqi üçün müvafiq düymə və müraciətin doldurulduğu tarix əks olunur və müraciəti qeydə alan vəzifəli şəxs tərəfindən doldurulan hissə nəzərdə tutulmur.
1. 26 sentyabr 2017-ci il tarixli 23 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201709260023, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 oktyabr 2017-ci il)
2. 06 dekabr 2017-ci il tarixli 24 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201712060024, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 dekabr 2017-ci il)