“Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanununun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
1.1. qüvvədə olan qanunvericilik aktlarının “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. öz səlahiyyətləri daxilində “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki:
2.1. Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin 13-cü maddəsinin dördüncü cümləsində, 55-ci maddəsinin birinci cümləsində, 62-ci maddəsinin ikinci cümləsində, 67-ci maddəsinin birinci və ikinci cümlələrində, 77-1-ci maddəsinin ikinci cümləsində, 92-ci maddəsində (birinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
2.1-4. həmin Əsasnamənin 67-ci maddəsinin birinci və ikinci cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;
2.2. həmin Əsasnamənin 29-1-ci maddəsinin ikinci cümləsində, 53-cü maddəsinin üçüncü cümləsində, 77-ci maddəsində, 77-2-ci maddəsinin ikinci cümləsində, 80-1-ci, 80-2-ci, 87-ci, 88-1-ci maddələrində və 90-1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
2.3. həmin Əsasnamənin 1-ci, 5-ci, 10-cu, 11-ci, 14-cü, 23-cü maddələrində, 24-cü maddəsinin ikinci cümləsində, 26-cı maddəsinin birinci və üçüncü cümlələrində, 30.2-ci maddəsində, 40-cı maddəsinin ikinci cümləsində, 43-cü maddəsinin üçüncü cümləsində, 55-ci maddəsinin ikinci cümləsində, 63-cü, 64-cü, 85-ci, 89-cu maddələrində, 90-1-ci maddəsinin birinci cümləsində (hər iki halda), 90-2-ci, 93-cü, 95.7-ci, 101-ci maddələrində, 103-cü maddəsinin üçüncü cümləsində, 113-cü, 114-cü, 115-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir;
2.4-1. həmin Əsasnamənin 63-1-ci maddəsində, 92-ci maddəsində ikinci halda “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti nəzərdə tutulur;
2.5. həmin Əsasnamənin 11-ci maddəsində nəzərdə tutulmuş miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün müraciət etmiş şəxslərin sənədlərinin yoxlanılması Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 568 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanında dövlət qulluğuna qəbul edilmək üçün müraciət etmiş şəxsin dövlət qulluğuna qəbul edilməsinin mümkün olub-olmamasının qabaqcadan yoxlanılması Qaydaları”na uyğun olaraq həyata keçirilir..
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 dekabr 2009-cu il
15 iyun 2010-cu il tarixli 306 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 iyun 2010-cu il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 7, maddə 625)
20 aprel 2011-ci il tarixli 425 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti 21 aprel 2011-ci il, № 81, “Azərbaycan” qəzeti 22 aprel 2011-ci il, № 85, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 04, maddə 294)
8 may 2012-ci il tarixli 632 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 11 may 2012-ci il, № 102, “Azərbaycan” qəzeti 12 may 2012-ci il, № 103, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 05, maddə 425)
18 mart 2013-cü il tarixli 851 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 20 mart 2013-cü il, № 61; “Azərbaycan” qəzeti, 28 mart 2013-cü il, № 63, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 03, maddə 253)
7 may 2013-cü il tarixli 894 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti 9 may 2013-cü il, № 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 05, maddə 515)
24 iyun 2013-cü il tarixli 917 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 25 iyun 2013-cü il, № 136; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə 645)
18 dekabr 2013-cü il tarixli 51 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 20 dekabr 2013-cü il, № 280, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1518)
5 may 2014-cü il tarixli 158 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 05, maddə 471)
1 may 2017-ci il tarixli 1355 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 759)
12 iyul 2017-ci il tarixli 1518 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 23 iyul 2017-ci il, № 153, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1328)
22 may 2020-ci il tarixli 1036 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 1 iyun 2020-ci il, № 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №5, maddə 561)
18 dekabr 2021-ci il tarixli 1490 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 dekabr 2021-ci il, № 276, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1355)
25 dekabr 2023-cü il tarixli 2422 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 dekabr 2023-cü il, “Azərbaycan” qəzeti, 26 dekabr 2023-cü il, № 283, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 12, I kitab, maddə 1683)
19 mart 2026-cı il tarixli 624 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 19 mart 2026-cı il, “Azərbaycan” qəzeti, 20 mart 2026-cı il, № 52, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 3, maddə 228)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI