Müharibə vəziyyəti Azərbaycan Respublikası silahlı hücuma və ya təcavüzə məruz qaldıqda elan olunur və müharibə edən tərəflər arasında sülh müqaviləsi bağlandıqda ləğv olunur.
Müharibə vəziyyətinin elan olunduğu və ya hərbi əməliyyatların başlandığı gün və saat müharibə dövrü başlanır və hərbi əməliyyatların qurtardığı gündə və saatda qurtarır.
Azərbaycan Respublikasına qəflətən silahlı hücum və ya təcavüz edildikdə hərbi komandanlıq, dövlət qanunvericilik və icra orqanları müharibənin elan olunmasını gözləmədən silahlı hücumu və ya təcavüzü dəf etmək üçün bütün tədbirləri görməyə borcludurlar.