Nazir müavini _________Toğrul Musayev
Bu Qaydalar yeni tikintilərə, mülki və istehsalat təyinatlı obyektlərin genişləndirilməsi, yenidən qurulması və texniki yeniləşdirilməsinə, həmçinin mövcud istehsalatlarda yeni istehsalat sahələrinin yaradılmasına (daha sonra - tikintiyə) "Memarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq müəllif nəzarətinin həyata keçirilməsi qaydalarını müəyyən edir.
Bu Qaydalar-Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarıdır (AzDTN 1.5-3) və CHuП-01.06.05-85-in əvəzinədir.
Bu Qaydaların tələbləri mülkiyyət formasından asılı olmayaraq dövlət idarəetmə və nəzarət orqanları, sifarişçilər (investorlar), layihəçilər, podratçılar və tikinti sahəsində fəaliyyət göstərən digər hüquqi və fiziki şəxslər üçün məcburidir.
1.1. Tikinti obyektinin texnoloji, tikinti-memarlıq və digər texniki həllərinin təsdiq olunmuş layihələrdəki həllərə uyğunluğunu təmin etmək, həmçinin tikilən və ya yenidən qurulan bina, qurğu, mühəndis-nəqliyyat təminatı obyekti və kommunikasiyalarda yüksək keyfiyyətin təmin olunması məqsədi ilə sifarişçinin (investorun) mülkiyyət formasından asılı olmayaraq obyektlərin tikintisinə layihə təşkilatları tərəfindən müəllif nəzarəti tikintinin bütün dövrü ərzində aparılmalıdır.
1.2. Tikinti işlərinin başlanmasına razılıq alınarkən sifarişçi, dövlət tikinti-memarlıq nəzarəti orqanlarına sifarişçi ilə bağlanmış müqavilə əsasında müəllif nəzarətinin aparılması barədə layihə təşkilatının müvafiq əmrinin surətini də təqdim edir.
1.3. Çətin şəhərsalma şəraitində inşa edilən xüsusilə mürəkkəb tikinti obyektləri üzrə (o cümlədən, şəhərin mərkəzi hissəsində) müəllif nəzarəti layihə təşkilatının məsul mütəxəssisləri tərəfindən həyata keçirilir və onların fəaliyyəti layihə təşkilatının rəhbərliyinin daimi nəzarətində saxlanılır.
1.4. Tikinti norma və qaydalarının tələblərinin yerinə yetirilməsi, tikinti-quraşdırma işlərinin aparılmasının təşkili, gizli işlərə baxış aktlarının tərtib edilməsi podratçının vəzifə borcudur. Bu işlərin yerinə yetirilməsinə nəzarət texniki nəzarət xidmətinin səlahiyyətlərinə aiddir.
1.5. Layihə təşkilatı tərəfindən tikintiyə müəllif nəzarətinin aparılması, tikinti-quraşdırma işlərinin keyfiyyətli və layihə sənədlərinə uyğun olmasında podratçını və sifarişçini məsuliyyətdən azad etmir.
2.1. Bu qaydalarda aşağıda göstərilən normativ-hüquqi sənədlərə istinad edilib:
"Memarlıq fəaliyyəti haqqında " Azərbaycan Respublikasının Qanunu
"Şəhərsalma əsasları haqqında" Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 4 sentyabr tarixli, 158 nömrəli Qərarı ilə təsdiq edilmiş "Şəhərsalma fəaliyyətinə, o cümlədən şəhərsalma sənədlərinin həyata keçirilməsində sifarişçinin, tərtibatçının və podratçının fəaliyyətinə də nəzarətin həyata keçirilməsi Qaydaları"
3.1. Müəllif nəzarəti sifarişçi ilə layihə təşkilatı arasında bağlanmış müqavilə əsasında tikintinin başlanmasından başa çatdırılmasınadək olan bütün dövr ərzində aparılmalıdır. Müəllif nəzarəti aparılan bina və qurğuların siyahısı müqaviləyə əlavə olunur.
3.2. Layihəçi, sifarişçi və ya podratçı təşkilatların dəyişildiyi və ya ləğv edildiyi hallarda müəllif nəzarətinin aparılması barədə müqaviləyə xitam verilir və sifarişçi layihə təşkilatından müəllif nəzarətinin aparılması barədə yeni müqavilənin layihəsinin hazırlanmasını tələb edir.
3.3. Tikinti obyekti konservasiya edildikdə (müvəqqəti dayandırıldıqda) müəllif nəzarətinin aparılması barədə müqavilənin müddəti dayandırılır və konservasiya müddətləri və şərtləri nəzərə alınmaqla bərpa edilir.
3.4. Sifarişçi ilə layihəçi arasında bağlanmış müqaviləyə uyğun olaraq layihə təşkilatının rəhbərinin əmri ilə layihənin müəllifləri və tərtibatçıları içərisindən tikintiyə müəllif nəzarətinin həyata keçirilməsi həvalə edilən layihəçilərin tərkibi və müəllif nəzarətini həyata keçirən qrupun rəhbəri (layihənin baş mühəndisi və ya baş memarı) təyin edilir. Müəllif nəzarətinin həyata keçirilməsində layihənin baş mühəndisinin (baş memarının) iştirakı məcburidir. Zərurət olduqda, müəllif nəzarəti üzrə konkret işlərin yerinə yetirilməsi üçün layihənin tərtibatında bilavasitə iştirak etməyən mütəxəssislər cəlb edilə bilər. Müəllif nəzarətinin aparılması barədə əmrin bir nüsxəsi sifarişçiyə göndərilir.
3.5. Müəllif nəzarəti aparmaq üçün smeta, tikintinin bütün dövrü üçün plan -qrafik, əsas işlərin (o cümlədən, sonradan üstü örtülən işlərin) siyahısı müqaviləyə əlavə edilməlidir. Əgər müəllif nəzarətinin aparılması xərcləri müqavilədə müəyyən olunmuş xərclərdən artıq olarsa, əlavə razılaşma tərtib olunmalıdır.
3.6. Müəllif nəzarətini həyata keçirən mütəxəssislərin yaşayış və xidməti otaqlarla, nəqliyyatla, rabitə xidmətləri ilə, həmçinin konstruksiya və qovşaqlara baxış keçirilməsi üçün zəruri olan alət və ləvazimatlarla təmin edilməsi sifarişçi ilə layihəçi arasında bağlanmış müqavilənin xüsusi şərtləri ilə müəyyən edilir.
3.7. Layihə təşkilatı zəruri hallarda, xüsusi işlərin layihə-smeta sənədlərini tərtib etmiş ixtisaslaşdırılmış layihə təşkilatlarına həmin işlərə müəllif nəzarətinin aparılmasını müqavilə ilə həvalə edə bilər.
3.8. Müəllif nəzarətini aparmaq üçün müqavilə, əlavə razılaşma, onlara qoşmaların, obyektə gəlib-getmə plan-qrafiklərinin, müəllif nəzarəti jurnalının tərtibatı və sifarişçiyə təqdim edilməsi layihəçinin vəzifəsidir.
3.9. Layihə təşkilatının müəllif nəzarətini həyata keçirən işçiləri tikinti obyektlərinə plan-qrafiklərdə müəyyən edilmiş müddətlərdə, həmçinin sifarişçinin xüsusi çağırışlarına əsasən gəlirlər. Plan-qrafik tərtib edilərkən tikinti obyektinin həcmindən, smeta dəyərindən və mürəkkəblik dərəcəsindən asılı olaraq, layihənin bütün bölmələri üzrə tikinti obyektinə müəllif nəzarəti mütəxəssislərinin gəlmələrinin sayı təyin edilməlidir.
3.10. Sifarişçinin müraciəti əsasında bəzi texniki məsələlər müəllif nəzarəti mütəxəssisləri tərəfindən obyektə gəlmədən həll edilə bilər. Belə məsələlərin həll edilməsinə sərf edilən vaxt, müəllif nəzarətinin aparılması üzrə ümumi xərclər təyin ediləndə nəzərə alınır.
3.11. Müəllif nəzarəti həyata keçirilərkən layihə təşkilatı ilə birgə subpodrat ixtisaslaşdırılmış layihə təşkilatları da iştirak etdiyi hallarda bu təşkilatların mütəxəssisləri müəllif nəzarəti üzrə kompleks qrupda birləşə bilərlər. Bu kompleks qrupun rəhbəri həmin qrupa daxil olan bütün mütəxəssislərin fəaliyyətinə rəhbərliyi və əlaqələndirməni həyata keçirən layihə təşkilatının nümayəndəsi təyin edilir.
3.12. Müəllif nəzarətini aparan mütəxəssislərin irad və tövsiyələrinin vaxtında və tam şəkildə yerinə yetirilməsi üzrə məsuliyyəti sifarişçi və podratçı daşıyır.
4.1. Tikintiyə müəllif nəzarətinin nəticələrinin qeydiyyatının aparılması üçün müəllif nəzarəti jurnalı (daha sonra-jurnal) açılmalıdır. Jurnal layihəçi tərəfindən iki nüsxədə tərtib olunur. Onlardan biri sifarişçi tərəfindən podratçıya verilir və tikinti işləri başa çatanadək tikintidə saxlanılır, digəri isə layihəçidə olur. Qeydlər hər iki jurnalda eyni olaraq aparılır. Jurnalın forması Əlavə 1-də verilir.
4.2. Müəllif nəzarətinin aparılması haqqında layihə təşkilatı rəhbərinin müvafiq əmri tikilməklə müəllif nəzarəti jurnalının səhifələri nömrələnməli və tikilməli, titul vərəqəsi isə layihəçinin və sifarişçinin rəhbərləri tərəfindən imzalanaraq möhürlə təsdiqlənməlidir.
4.3. Jurnal podratçı tərəfindən müəllif nəzarətini aparan mütəxəssislərin tələbi ilə verilir.
4.4. Müəllif nəzarəti nümayəndələri tikinti-quraşdırma işlərinin icrasında layihə həllərindən kənara çıxmalar, tikinti norma, qayda və standartlarının tələblərinin pozulması halları, həmçinin onların aradan qaldırılmasına verilən vaxt barədə jurnalda qeydlər edirlər.
4.5. Müəllif nəzarəti jurnalında qeyd edilmiş göstərişlərin yerinə yetirilməsi sifarişçi və podratçı üçün məcburidir.
4.1.5. bəndində adı çəkilən düzəlişlər istisna olmaqla, müəllif nəzarəti jurnalında qeydlər edilmək yolu ilə layihə sənədlərinə düzəlişlər edilməsinə yol verilmir. İradlar olmadığı hallarda da müəllif nəzarəti nümayəndəsinin tikinti obyektinə gəlib-getməsi barədə jurnalda qeydlər edilməlidir.
4.6. Podratçının və sifarişçinin nümayəndələri müəllif nəzarətini aparan mütəxəssislər tərəfindən edilmiş iradlarla tanış olma faktı, həmçinin onların göstərişlərini icra etmələri barədə müəllif nəzarəti jurnalında qeydlər etməyə borcludurlar.
4.7. Obyekt istismara verilərkən jurnal podratçı təşkilat tərəfindən işçi komissiyasına, dövlət qəbul və qəbul komissiyasına təqdim edilir. Obyekt istismara qəbul edildikdən sonra podratçı jurnalı daimi saxlanılması üçün sifarişçiyə, layihəçi isə öz nüsxəsini layihə təşkilatının arxivinə təhvil verməlidir.
5.1. Müəllif nəzarətini aparan mütəxəssislərin əsas hüquqları:
5.1.1. Tikinti işləri aparılarkən layihə həllərindən kənara çıxmalarla bağlı tövsiyələr və göstərişlər vermək, aşkar edilmiş pozuntuların aradan qaldırılması müddətlərini təyin etmək və bu barədə müəllif nəzarəti jurnalında qeydlər etmək.
5.1.2 Tikintidə istifadə olunan konstruksiya, detal, məmulat, tikinti materialı, avadanlıqların sertifikatlarının (pasportlarının) və digər texniki sənədlərin dövlət standartlarına, texniki şərtlərə və layihə-smeta sənədlərinə uyğunluğunu yoxlamaq. Layihə həllərinə uyğun olmayan konstruksiya, detal, məmulat, tikinti materialı və avadanlıqların işlədilməsinə qadağa qoymaq.
5.1.3 Aşkar edilmiş nöqsanların düzəldilməsinə aid göstərişlər podratçı tərəfindən vaxtında və keyfiyyətlə yerinə yetirilmədiyi halda, müəllif nəzarəti jurnalında bu barədə təkrarən qeydlər aparmaq və mövcud qanunvericiliyə uyğun olaraq ölçü götürülmək məqsədilə sifarişçiyə və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinə yazılı surətdə məlumat vermək.
5.1.4. Tikinti normaları və layihə həlləri pozulmaqla yerinə yetirilən ayrı-ayrı işlərin aparılmasını dayandırmaq barədə göstərişlər vermək və bu barədə yazılı surətdə sifarişçini, podratçını və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyini məlumatlandırmaq.
5.1.5. Müstəqil və ya sifarişçinin təklifi ilə, əlavə razılaşdırmalar aparılmadan, tikinti obyektinin texniki və texnoloji təkmilləşdirilməsinə, böyük bədii ifadəliyinə nail olmaq məqsədilə əvvəllər qəbul edilmiş layihə həllərini dəqiqləşdirmək, müəyyən olunmuş qaydada düzəlişlər etmək, bu şərtlə ki, dəyişikliklər layihənin ilkin göstəricilərinə, qüvvədə olan tikinti norma və qaydalara, obyektin istismar möhkəmliyinə, iqtisadi tələblərə xələl gətirməsin və təsdiq edilmiş layihə sənədlərinin texniki-iqtisadi göstəricilərini azaltmasın.
5.2. Müəllif nəzarətini aparan mütəxəssislərin əsas vəzifələri:
5.2.1. Bu Qaydalarla müəyyən edilmiş vəzifələri keyfiyyətlə və vaxtında icra etmək.
5.2.2. Tikinti prosesində görülən tikinti-quraşdırma işlərinin işçi cizgilərdə nəzərdə tutulmuş layihə həllərinə uyğunluğunu seçmə yolu ilə yoxlamaq, tikintidə konstruksiyaların, materialların, məmulatların, detalların, avadanlıqların işlədilməsində layihə əllərindən kənaraçıxmaları aşkar etmək.
5.2.3. Binaların fasad və interyerlərinin qurulması, abadlıq və yaşıllaşdırma işlərinə nəzarət etmək.
5.2.4. Tikintidə müəllif nəzarətinin irad və göstərişlərinin podratçı tərəfindən vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə nəzarət etmək və məsul konstruksiyaların (o cümlədən, sonradan üstü örtülən işlərin) mərhələli qəbul edilmə aktlarının, həmçinin texnoloji avadanlığın, mühəndis sistemləri və xətlərinin sınaq aktlarının tərtibatında iştirak etmək.
5.2.5. Tikinti obyektində olarkən təhlükəsizlik texnikası qaydalarına riayət etmək.
5.2.6. Tikinti obyektlərinin istismara qəbul edilməsi üzrə işçi, dövlət qəbul və qəbul komissiyalarının işində iştirak etmək.
5.2.7. Müəllif nəzarətini həyata keçirən mütəxəssislər və layihə təşkilatının rəhbərləri bu qaydalarla nəzərdə tutulmuş vəzifələrin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə görə məsuliyyət daşıyırlar.
Tikintinin adı ___________________________________________________________________________________
ünvanı_____________________________________________________________________________
________________________________________________________________________________________
____________________________________________________________________________________
Sifarişçi__________________________________________________________________________
Layihəçi______________________________________________________________________________
______________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________
Jurnal başlanılıb________________________________________________
Jurnal başa çatdırılıb_________________________________________
_________________ M.Y. (imza)
_________________ M.Y. (imza)
İşin icraçısı (podratçı) Ayrı-ayrı işlərin icraçıları (subpodratçılar) İşlərin adları - tikinti quraşdırma təşkilatları 1.__________________________________________________________
2.__________________________________________________________
3.__________________________________________________________
4.__________________________________________________________
5._________________________________________________________________________
6.__________________________________________________________
7.__________________________________________________________
8.__________________________________________________________
9.__________________________________________________________
10._________________________________________________________________________
Müəllif nəzarəti mütəxəssislərinin obyektə gəlmələrinin qeydiyyatı və tikintinin vəziyyəti üzrə uçot vərəqəsinin forması
1. Ümumi müddəalar............................................................................................................. səh.1
2. Bu Qaydalarda istinadlar edilmiş normativ-hüquqi aktların
siyahısı................................................................................................................................. səh.2
3. Müəllif nəzarətinin təşkili.............................................................................................. səh. 2-4
4. Müəllif nəzarəti jurnalının aparılması qaydası.............................................................. səh. 4-5
5. Müəllif nəzarətini aparan mütəxəssislərin hüquq və vəzifələri.................................... səh. 5-6
6. Əlavə 1, Müəllif nəzarəti jurnalının formaları.............................................................. səh.7-10
7. Mündəricat................................................................................................................................səh.11