Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 19-cu bəndini rəhbər tutaraq Kollegiya
1. “Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəzanın icrası Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi təmin olunsun (A. Əliyev).
3. Qərar aidiyyəti ədliyyə orqanlarına göndərilsin (E.Qasımov).
Azərbaycan Respublikasının
I dərəcəli dövlət ədliyyə müşaviri
1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrinə və qüvvədə olan digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəzanın icrası qaydalarını tənzimləyir.
1.2. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə (bundan sonra-cəza) əsas və ya əlavə cəza kimi tətbiq edilir, dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir.
1.3. Cəzanın vaxtında və düzgün icra edilməsinə nəzarət hökmü (qərarı) çıxarmış məhkəmə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya xidməti (bundan sonra – Probasiya xidməti) və Cəzaların icrasına nəzarət baş idarəsi tərəfindən həyata keçirilir.
1.4. Barəsində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəza tətbiq edilmiş məhkumların (bundan sonra - məhkum) Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual, Cəzaların İcrası məcəllələri və digər qanunvericilik aktları ilə müəyyən edilmiş məhdudiyyətlər və istisnalar nəzərə alınmaqla Azərbaycan Respublikası vətəndaşlarına mənsub olan hüquq və azadlıqlarına təminat verilir.
1.5. Cəzanın icrası zamanı qanunazidd hərəkətlərə yol vermiş icra məmurları (probasiya üzrə) (bundan sonra – icra məmuru) barədə inzibati qaydada yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər.
2.1. Cəzanı məhkumun (cəzaçəkmə müəssisəsində cəza çəkən şəxslər istisna olmaqla) yaşayış yeri üzrə icra məmuru icra edir.
2.2. İcra məmurlarının vəzifələri Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi, “Dövlət icra məmurları haqqında” Qanunu və digər normativ hüquqi aktlarla müəyyən edilir.
2.3. Cəzanı icra edən icra məmuru aşağıdakı əsas vəzifələri yerinə yetirir:
2.3.1. məhkumun qeydiyyatını aparmaqla ona şəxsi iş açır (Əlavə 1);
2.3.2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının 2017-ci il 16 fevral tarixli Q9-001-17 nömrəli qərarı ilə təsdiq edilmiş “Cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən, məhkum olunmuş, inzibati qaydada həbs edilmiş, habelə dövlət daktiloskopik qeydiyyatından keçən şəxslərin mərkəzləşdirilmiş fərdi uçotlarının təşkili və aparılmasına dair Təlimat”a uyğun olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəzaya məhkum edilmiş şəxs barəsində tərtib edilmiş uçot sənədlərini üç iş günü ərzində həmin nazirliyin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə göndərir;
2.3.3. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq hərbi vəzifəlilərə və ya çağırışçılara müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəzanın təyin olunması ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün (qərarının) surətini aldıqdan yeddi gün müddətində həmin hökm (qərar) barədə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və ya bölməsinə məlumat verir;
2.3.4. məhkuma cəzanın icrasının qayda və şərtlərini izah edir;
2.3.5. məhkumun Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi və bu Qaydalarda müəyyən edilmiş cəzanın icrası qaydalarına və şərtlərinə riayət etməsinə nəzarət edir;
2.3.6. məhkəmənin hökmündə (qərarında) nəzərdə tutulan tələblərin işəgötürən tərəfindən yerinə yetirilməsini yoxlayır;
2.3.7. məhkum, habelə cəzanın müddəti barədə məlumatın Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə yerləşdirilməsini təmin edir;
2.3.8. məhkum, habelə cəzanın müddəti barədə “Lisenziyalar və icazələr” portalının operatoruna – Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə məlumat verir;
2.3.9. olduğu yer məlum olmayan məhkumun axtarışını təşkil edir;
2.3.10. hər rübdən sonra gələn ayın 5-dən gec olmayaraq cəzanın icrası sahəsində görülmüş işlərin yekunu barədə Probasiya xidmətinə öz rəhbəri vasitəsi ilə məlumat verir;
2.3.11. cəzanın icrasından irəli gələn digər vəzifələri yerinə yetirir.
2.4. “Dövlət icra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra məmurlarının qanuni tələbləri Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir və bu tələbləri yerinə yetirməyən, habelə icra məmuruna həvalə olunmuş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
3.1. Cəzanın icrası bu cəzanın təyin olunması ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş hökmü (qərarı) və onun icrası barədə hakimin göstərişi əsasında həyata keçirilir.
3.2. İcra məmuru məhkum barədə məhkəmə hökmünün (qərarının) surətini və göstərişi aldıqda, həmin məhkəməyə bu barədə dərhal məlumat verir (Əlavə 2).
3.3. İcra məmuru məhkəmə hökmünün (qərarının) surətini və göstərişi aldığı gün “Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxslərin qeydiyyatı kitabı”nda (bundan sonra- Kitab) məhkumu qeydiyyata alır (Əlavə 3). Kitab nömrələnərək tikilir və probasiya qurumunun möhürü ilə təsdiq edilir.
3.4. Cəzanın icrası ilə əlaqədar məhkəmə sənədlərində icraya mane olan şübhə və anlaşılmazlıqlar olduqda, icra məmuru həmin halların aradan qaldırılması məqsədilə məhkəmə sənədlərini aldığı vaxtdan 3 (üç) gün ərzində onların həll edilməsi üçün hökmü (qərarı) çıxarmış məhkəməyə təqdimat verir.
3.5. İcra məmuru qeydiyyata alınmış məhkuma məhkəmə hökmünün (qərarının) tələblərinə riayət edilməsi ilə bağlı xəbərdarlıq edir və ondan bu barədə yazılı iltizam alır (Əlavə 4).
3.6. İcra məmuru cəzanın icrası üçün əsas olan məhkəmənin hökmünü (qərarını) və onun icrası barədə hakimin göstərişini, müvafiq qurumlara və şəxslərə göndərilən məktubları, habelə cəzanın icrası ilə əlaqədar olan digər sənədləri məhkum üçün açılmış şəxsi işdə saxlayır.
3.7. Şəxsi işdə saxlanılan sənədlər ardıcıllıqla nömrələnərək tikilməli, sənədlərin adı və hansı nömrədə olması göstərilməklə siyahıya alınmalıdır.
3.8. Məhkum yaşayış yerini dəyişdikdə icra məmuru onun şəxsi işini yeni yaşayış yeri üzrə probasiya qurumuna göndərir və şəxsi işin alınması barədə qurumdan daxil olmuş yazılı bildirişə əsasən məhkumu qeydiyyatdan çıxarır.
4.1. Məhkumlar məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün (qərarının) surətini və onun icrası haqqında hakimin göstərişinin icra məmuru tərəfindən alındığı gündən bu cəza növünün çəkilməsinə cəlb olunurlar.
4.2. Məhkum hərbi xidmətə qəbul edilərsə, icra məmuru hökmün (qərarın) surətini məhkumun xidmət yerinə göndərir.
5.1. Cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə (qərarda) bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur.
5.2. Cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün (qərarın) qanuni qüvvəyə mindiyi andan hesablanır.
6.1. Cəzanın icrası zamanı işəgötürən:
6.1.1. məhkəmə hökmünün (qərarının) surətini aldığı gündən sonra 3 (üç) gün ərzində məhkumla əmək müqaviləsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xitam verir;
6.1.2. məhkəmənin hökmünə (qərarına) uyğun olaraq məhkumun əmək kitabçasına onun hansı əsasla, hansı müddətə və hansı vəzifəni tutma hüququndan məhrum edilməsi və ya hansı fəaliyyət növü ilə məşğul olma hüququndan məhrum edilməsi barədə qeyd edir və hökmü (qərarı) çıxarmış məhkəməyə bu barədə dərhal məlumat verir;
6.1.3. məhkəmənin hökmünə (qərarına) zidd olmadıqda məhkumun razılığı ilə ona başqa vəzifə və ya başqa fəaliyyət növü ilə məşğul olmaq imkanı yarada bilər;
6.1.4. məhkum əmək müqaviləsi bağlayarkən onun əmək kitabçasında müvafiq qeyd olmadıqda bu cəzanın icrasına nəzarət edən icra məmurunun təqdimatı ilə məhkəmənin hökmünə (qərarına) uyğun olaraq həmin əmək kitabçasında onun hansı əsasla, hansı müddətə və hansı vəzifəni tutma hüququndan məhrum edilməsi və ya hansı fəaliyyət növü ilə məşğul olma hüququndan məhrum edilməsi barədə qeyd edir;
6.1.5. cəza çəkmiş, yaxud qanunla müəyyən edilmiş qaydada bu cəzadan azad edilmiş şəxsə onun xahişi ilə əmək kitabçası əvəzinə bu kitabçanın cəza haqqında qeyd yazılmış dublikatını verir;
6.1.6. cəzanın icrası qaydasına riayət etməyən şəxslər barədə dərhal icra məmuruna məlumat verir;
6.1.7. cəzanın icrası vəziyyəti barədə icra məmurunun sorğularına cavab verir.
6.2. Məhkumlar əsas cəzanı çəkərkən, işəgötürən bu şəxsləri hökmdə (qərarda) qadağan olunmuş işlərə cəlb edə bilməz.
7.1. Məhkumlar məhkəmə hökmünün (qərarının) tələblərini yerinə yetirirlər.
7.2. Məhkumlar məhkəmənin hökmü (qərarı) ilə müəyyən olunmuş müddət ərzində onlara hökmlə (qərarla) qadağan olunmamış fəaliyyət növləri üzrə işlərdə və ya vəzifələrdə işləyə bilərlər.
7.3. Məhkumlar yaşayış yerini dəyişdikdə bu barədə icra məmuruna məlumat verməlidirlər.
7.4. Məhkumlar hökmdə (qərarda) görülməsi ona qadağan edilmiş işə girdikdə, yaxud ona qadağan edilmiş fəaliyyətlə məşğul olduqda cəzanı icra edən icra məmuru:
7.4.1. işəgötürənə məlumat verərək, məhkumun hökmlə (qərarla) qadağan edilmiş fəaliyyətinə xitam verilməsi üçün üç gün müddətində tədbir görülməsini təklif edir və onu hökmün (qərarın) icra edilməməsinin məsuliyyətə səbəb olması barədə xəbərdar edir (Əlavə 5);
7.4.2. məhkuma məsuliyyət daşıyacağı barədə rəsmi xəbərdarlıq edir (Əlavə 6). Rəsmi xəbərdarlıq məhkumun şəxsi işinə əlavə edilir.
7.5. Məhkumlar cəzanın çəkilməsindən qərəzli boyun qaçırdıqda, icra məmuru Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq məhkumun cəzasının digər cəza növü ilə əvəz edilməsi barədə məhkəməyə təqdimat verir.
8.1. Məhkumun olduğu yer müəyyən edilmədikdə icra məmuru tərəfindən on günədək müddətə aşağıdakı ilkin axtarış tədbirləri həyata keçirilir:
8.1.1. şəxsin qohumları, tanışları və digər yaxın şəxslərlə onun yerinin müəyyən edilməsi üçün söhbətlər aparır və ya bu barədə sorğu edir;
8.1.2. şəxsin qeydiyyatda olduğu ərazinin yerli icra hakimiyyəti orqanı nümayəndəsinə, Mənzil Məcəlləsinin 141.2-ci maddəsinə uyğun olaraq çoxmənzilli binanın idarəedicisinə, polis orqanının qeydiyyat və şəxsiyyət vəsiqəsi qurumuna sorğu edir;
8.1.3. şəxsin həbs yerlərində, o cümlədən inzibati həbs yerlərində saxlanılıb-saxlanılmaması barədə sorğu edir;
8.1.4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli qurumlarına sorğu edir;
8.1.5. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və ya bölməsinə şəxsin həqiqi hərbi xidmətə və ya toplanış keçməyə göndərilib-göndərilməməsi barədə sorğu edir;
8.1.6. şəxsin yaşayış yeri üzrə xəstəxana və digər müalicə müəssisələrinə sorğu edir;
8.1.7. elektron imzanın, habelə “ASAN imza”nın alınıb-alınmamasının öyrənilməsi məqsədi ilə müvafiq olaraq Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə sorğu edir;
8.1.8. fərdi sahibkar kimi vergi uçotuna alınıb-alınmamasının öyrənilməsi məqsədi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə sorğu edir;
8.1.9. şəxsin olduğu yerin müəyyən edilməsi üçün əhəmiyyət kəsb edə biləcək digər tədbirləri görür.
8.2. Məhkumun olduğu yer on gündən artıq müddətdə müəyyən edilmədikdə, icra məmuru onun barəsində axtarış elan edilməsi haqqında qərar qəbul edir, həmçinin məhkumun tutulması barədə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada aidiyyəti prokurorluğa vəsatət verir (Əlavə 7).
Həmin vəsatət və prokurorun təqdimatı əsasında məhkumun tutulması barədə məhkəmənin qəbul etdiyi qərar, axtarış elan edilməsi haqqında qərarla və məhkumun şəxsiyyətini təsdiq edən sənədlərlə birlikdə axtarış işinin açılması və məhkumun tutulması üçün aidiyyəti polis orqanına göndərilir.
9.1. İcra məmuru aşağıdakı əsaslar olduqda məhkumu qeydiyyatdan çıxarır:
9.1.1. təyin edilmiş cəzanın müddəti başa çatdıqda;
9.1.2. məhkum barəsində amnistiya aktı tətbiq edildikdə;
9.1.3. məhkum əfv edildikdə;
9.1.4. məhkəmənin hökmü (qərarı) ləğv edildikdə;
9.1.5. məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdə;
9.1.6. məhkum xəstəliyə görə cəzadan azad edildikdə;
9.1.6-1. məhkum zərərçəkmiş şəxslə barışmaqla, cinayət nəticəsində vurulmuş ziyanı və ya əldə edilmiş gəliri tamamilə ödəməklə bağlı cəza çəkməkdən azad edildikdə;
9.1.7. məhkum yaşayış yerini dəyişdikdə;
9.1.8. cəza digər cəza növü ilə əvəz edildikdə;
9.1.9. məhkum yeni cinayət törətdiyinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edildikdə;
9.1.10. məhkum bəraət aldıqda;
9.1.11. məhkum öldükdə və ya məhkəmə tərəfindən ölmüş elan edildikdə.
9.2. Aşağıdakı sənədlər məhkumu qeydiyyatdan çıxarmağa əsas verir:
9.2.1. amnistiya aktının tətbiq edilməsi barədə qərar;
9.2.2. əfvetmə haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı;
9.2.3. məhkəmə hökmünün (qərarının) ləğv edilməsi barədə məhkəmənin yeni qərarının surəti;
9.2.4. məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə məhkəmənin qərarının surəti;
9.2.5. məhkumun xəstəliyə görə cəzadan azad edilməsi barədə məhkəmə qərarının surəti;
9.2.5-1. məhkumun zərərçəkmiş şəxslə barışmaqla, cinayət nəticəsində vurulmuş ziyanı və ya əldə edilmiş gəliri tamamilə ödəməklə bağlı cəza çəkməkdən azad edilməsi barədə məhkəmə qərarının surəti;
9.2.6. məhkum yaşayış yerini dəyişdikdə şəxsi işin alınması barədə yeni yaşayış yeri üzrə probasiya qurumundan daxil olmuş yazılı bildiriş;
9.2.7. cəzanın digər cəza növü ilə əvəz olunması barədə məhkəmə qərarının surəti;
9.2.8. məhkum yeni cinayət törətdiyinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edildikdə, məhkəmə hökmünün və göstərişin surəti;
9.2.9. məhkəmənin bəraət hökmünün surəti;
9.2.10. məhkum öldükdə və ya məhkəmə tərəfindən ölmüş elan edildikdə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın ölüm haqqında şəhadətnaməsinin surəti.
9.3. Məhkum qeydiyyatdan çıxarıldıqda kitabda müvafiq qeyd aparılır və bu barədə aidiyyəti məhkəməyə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə məlumat verilir (Əlavə 8).
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin _____________________maddəsi ilə təqsirli bilinərək ________ müddətinə _____________________________________ növündə cəzaya məhkum olunmuºdur.
Başlandı: “ _____” ____________________20____ -c il.
Qurtardı: “ _____” ____________________20____ -c il.
Hökmün (qərarın) surətinin alınması barədə “ ____” _______________20___-c il tarixdə məhkəməyə məlumat verilmişdir
Hökmün (qərarın) icra edilib qurtarması barədə “ ____” _____________20___-c il tarixdə məhkəməyə məlumat verilmişdir
“_____”____________20___-c il _____________________________________
(probasiya qurumunun adı)
Kimə _____________________________________________________________
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ____________ maddəsi ilə təqsirli bilinərək ______________________ tarixdə___________________ müddətə
____________________________________cəzasına məhkum olunmuş
_____________________________________________________________________________
barədə hökmün (qərarın) surəti və onun icrası barədə göstəriş tərəfimdən icraya qəbul edildi.
İmza _______________________________________________________________
Başlandı: “___” _______________ 20__ -c il
Qurtardı: “___” _______________ 20__ -c il
_____________________________________________________________________________
Siz ______________________________________________________________________
“____” ___________ 20_______ il tarixli hökmü (qərarı) ilə _________ müddətinə ________________________________ növündə cəzaya məhkum edilmisiniz. Nəzərinizə çatdırılır ki, cəzanın icrası müddətində məhkəmənin hökmü (qərarı) ilə Sizə müvafiq vəzifə tutmaq ilə bağlı işə girmək və ya fəaliyyətlə məşğul olmaq qadağan edilmişdir. Məhkəmənin hökmündə (qərarında) göstərilmiş qadağalara riayət etmədikdə, yaxud cəzanın çəkilməsindən qərəzli boyun qaçırdıqda, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 33.2-ci maddəsinə əsasən məsuliyyət daşıyacağınız nəzərinizə çatdırılır.
İmza ___________________________________________________________________
(icra məmurunun (probasiya üzrə) soyadı, adı, atasının adı
“___” ________________ 20___ -c il
İltizam mənə elan edildi və imzamla təsdiq edirəm.
_____________________________________
(məhkumun imzası, soyadı, adı)
“_____” __________________ 20__-c il
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin _______________ maddəsi ilə təqsirli bilinərək ___________________ tarixdə _______________ müddətə _____________________________________________________________________________
cəzasına məhkum olunmuş _____________________________________________________
(məhkumun soyadı, adı, atasının adı)
Sizin rəhbəri olduğunuz müəssisədə (təşkilatda) hökmdə (qərarda) görülməsi ona qadağan edilmiş işə girmiş, yaxud hökmlə (qərarla) ona qadağan edilmiş fəaliyyətlə məşğul olur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 33.1-ci maddəsinə əsasən Sizdən məhkumun qadağan edilmiş fəaliyyətinə xitam verilməsi üçün üç gün müddətində tədbir görməyinizi və bu barədə bizə məlumat verməyinizi xahiş edirik.
Eyni zamanda, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 33.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəza barədə məhkəmə hökmünün (qərarının) tələblərini qərəzli icra etmədikdə, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacağınız nəzərinizə çatdırılır.
İmza___________________________________________________________________
(icra məmurunun (probasiya üzrə) soyadı, adı, atasının adı)
“ ”____________ 20____-c il.
Kimə____________________________________________________________________
Siz, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ________________ maddəsi ilə təqsirli bilinərək _________ tarixdə ___________ müddətə _________________________ cəzasına məhkum olunmuşsunuz.
Cəzanın icrası zamanı tərəfimizdən Sizin hökmdə (qərarda) görülməsi qadağan edilmiş vəzifədə işə girməyiniz, yaxud hökmlə (qərarla) qadağan edilmiş fəaliyyətlə məşğul olmağınız müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 33.1-ci maddəsinə əsasən Sizə məhkəmə hökmü (qərarı) ilə qadağan edilmiş vəzifədə fəaliyyətinizi və ya qadağan edilmiş fəaliyyətlə məşğul olmağınızı dərhal dayandırmağınızı, hökmün (qərarın) tələblərinə riayət olunmasını təklif edirik.
Eyni zamanda, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 33.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəza barədə məhkəmə hökmünün (qərarının) tələblərini qərəzli icra etmədiyiniz təqdirdə, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunacağınız barədə Sizi xəbərdar edirik.
İmza__________________________________________________________________
(icra məmurunun (probasiya üzrə) soyadı, adı, atasının adı)
“ ”__________________ 20 _____ - ci il.
Xəbərdarlıq mənə elan edildi və imzamla təsdiq edirəm.
___________________________________________
(məhkumun imzası, soyadı, adı)
“_____” __________________ 20__-ci il
_____________________________________________________________________________
_____________________________________________________________________________
____________________________________ “___” ________________ 20 ______ - ci il
tarixli hökmü (qərarı) ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin _________ maddəsi ilə təqsirli bilinərək _______________ müddətinə ________________ növündə cəzaya məhkum olunmuşdur.
Məhkum ____________________________________________________________________
(məhkumun adı, atasının adı, soyadı)
cəzanın icrasından yayındığına görə onun olduğu yeri müəyyən etmək məqsədilə Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.4.2-ci maddəsinə uyğun olaraq on gün müddətində həyata keçirilmiş ilkin tədbirlər nəticə verməmişdir. Belə ki, _____________________________________________________________________________
_____________________________________________________________________________
_____________________________________________________________________________
Ona görə də Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.4.3-cü maddəsinə əsasən, məhkum __________________________________________ barədə
(məhkumun soyadı, adı, atasının adı)
____________________________ icra məmuru tərəfindən axtarış elan edilməsi haqqında
(probasiya qurumunun adı)
tarixli qərar qəbul edilmişdir. Məhkum ___________________________________ barədə
(məhkumun soyadı, adı, atasının adı)
qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsinin təmin edilməsi məqsədilə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 152.1-ci maddəsinə əsasən onun tutulması üçün məhkəməyə təqdimat verilməsi məsələsinə baxmağınızı xahiş edirəm.
Qoşma: (məhkumun cəzanın çəkilməsindən yayınmasını təsdiq edən sənədlərin surəti).
İmza___________________________________________________________________
(icra məmurunun (probasiya üzrə) xüsusi rütbəsi, adı, soyadı)
İmza___________________________________________________________________
(probasiya qurumunun rəisinin xüsusi rütbəsi, adı, soyadı)
“_____”_____________20___ il.
(probasiya qurumunun adı)
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ____________________ maddəsi ilə təqsirli bilinərək ___________________ tarixdə ___________ müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəzaya məhkum edilmiş _______________________________________________________
(məhkumun soyadı, adı, atasının adı)
_____________________________________________ qeydiyyatdan çıxarılmışdır.
(qeydiyyatdan çıxarılmanın səbəbi və əsası)
İmza ____________________________________________________________________
(icra məmurunun (probasiya üzrə) soyadı, adı, atasının adı)
1. 2 avqust 2019-cu il tarixli 20-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201908020020, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 2 avqust 2019-cu il)
2. 5 oktyabr 2020-ci il tarixli 12-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202010050012, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 oktyabr 2020-ci il)
3. 21 noyabr 2020-ci il tarixli 18-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202011210018, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 21 noyabr 2020-ci il)
4. 30 dekabr 2021-ci il tarixli 14-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202112300014, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 30 dekabr 2021-ci il).
5. 10 avqust 2022-ci il tarixli 8-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202208100008, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 10 avqust 2022-ci il)
6. 2 aprel 2025-ci il tarixli 4-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202504020004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 2 aprel 2025-ci il)
7. 22 iyul 2026-cı il tarixli 3-16/1-KQ/12/2026 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202607220012, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 22 iyul 2026-cı il)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI