1. İflas haqqında ərizə məhkəmə tərəfindən baxılmaq üçün qəbul edildikdən sonra və bu Qanunun 10-1-ci maddəsində müəyyən edilmiş qaydada qərar elan edilənədək borclu öz kreditorları ilə hesablaşmaq (onların tələblərini ödəmək) niyyəti barədə müvafiq vəsatətlə məhkəməyə müraciət edə bilər. Həmin vəsatətin ödənilməsi məsələsi qanunvericilikdə nəzərdə tutulmuş məhkəmə icraatının müvafiq mərhələlərində vəsatətin baxılması qaydaları və bu baxılmanın prosessual nəticələrinə uyğun olaraq məhkəmə tərəfindən həll olunur.
2. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iddiaçının (və ya cavabdehin) razılığı və ya təşəbbüsü, habelə öz təşəbbüsü ilə iflas haqqında işdə iştirak edən tərəfləri əsl iddiaçı və ya cavabdeh ilə, onların hüquqi varisləri ilə əvəz edilməsinə, işə başqa iddiaçı və ya cavabdehin cəlb olunmasına yol verə bilər.
3. Ərizəçi tərəfindən iflas haqqında iddia ərizəsinin geri götürülməsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq prosessual nəticələrinin əmələ gəlməsinə səbəb ola bilər.