Qanunvericilik › Müflisləşmə və iflas haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 38

Maddə 38. Təminatlı kreditorlar, bir növbənin kreditorları və sazişin əleyhinə səs vermiş kreditorlar arasında qarşılıqlı münasibətlər

Müflisləşmə və iflas haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Kreditorlar ilə saziş təminatlı kreditorların, habelə bu Qanunun XII fəslində müəyyən edilmiş birinci, ikinci və ya üçüncü növbənin kreditorlarının hüquqlarını, buna onlar razılıq verdikləri hallar istisna olmaqla, pozmamalıdır.

2. Qarşılıqlı razılaşmalar əldə edilmədikdə kreditorlar ilə saziş eyni növbənin kreditorlarının növbəsini dəyişdirə bilməz.

3. Təklif olunan sazişin əleyhinə səs vermiş, yaxud səsvermədə iştirak etməmiş kreditorların hüquqları təklif olunan sazişin lehinə səs vermiş kreditorların hüquqları ilə bərabər, növbəlik çərçivəsində (borclunun iflas prosesinin başa çatacağı halda əldə edəcəklərindən az olmamaqla) təmin edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver