Qanunvericilik › Müflisləşmə və iflas haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 40

Maddə 40. Sağlamlaşdırma prosesi

Müflisləşmə və iflas haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Sağlamlaşdırma prosesi elə tədbirlərdən ibarətdir ki, onun nəticəsində borclunun bütün öhdəlikləri yerinə yetirilir.

2. Ehtimal olunan hər hansı sağlamlaşdırmanı məhkəmə təsdiq etməlidir.

3. Borclu və ya kreditor (kreditorlar) sağlamlaşdırma məsələsinə baxılması məqsədi ilə iflas prosesinin dayandırılması barədə istənilən vaxt məhkəməyə müraciət edə bilər. Məhkəmə iki həftə müddətində vəsatətə baxır və onun təmin edilməsi, yaxud rədd edilməsi barədə qərar qəbul edir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver