Aşağıdakı hallarda əmlak inzibatçısı borclunun bağladığı əqdlərin mübahisələndirilməsi üçün məhkəməyə müraciət edə bilər:
a) əmlak üzərində hüquqların verilməsi və ya girov və ya ipoteka hüququnun yaradılması borclunun ödəmə qabiliyyətsizliyi dövründə həyata keçirildikdə;
b) borclunun iflas prosesinə başlanması məqamından əvvəlki 6 ay ərzində bir kreditoru digər kreditorlara münasibətdə ödənişlərin növbəliliyində üstün vəziyyətə gətirəcək əqdlər bağlandıqda;
c) kreditor və ya təminatçı bu cür verilmə məqamında bu Qanunun 54-cü maddəsinə müvafiq surətdə borcluya aidiyyəti olan şəxs olmuşdursa, hüquqların bu cür verilməsi və ya girov və ya ipoteka hüququnun yaradılması iflas prosesinə başlanması məqamından əvvəlki 1 il ərzində həyata keçirildikdə;
ç) borclunun ödəmə qabiliyyətsizliyinə səbəb olan aşağı qiymətləndirilmiş (digər şəxslər arasında eyni şəraitdə təşəkkül tapan qiymətlərin aşağı həddindən az qiymətlə) əqdlər bağlandıqda.