Qanunvericilik › Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 5

Maddə 5. Mühasibat uçotu sahəsində dövlət nəzarəti

Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

5.1. Mühasibat uçotunun aparılmasına dövlət nəzarəti mühasibat uçotu subyektlərinin aidiyyəti üzrə bu Qanunla müəyyən edilmiş uçot qaydalarına riayət etməsinin yoxlanılmasıdır.

5.2. Mühasibat uçotu subyekti (bu Qanunun 5.3-cü maddəsində göstərilən təşkilatlar istisna olmaqla) tərəfindən bu Qanunla müəyyən edilmiş tələblərə uyğun mühasibat uçotunun aparılmasına, habelə bu Qanunun 3.2-ci və 3.4-cü maddələrinin tələblərinin təmin edilməsinə dövlət nəzarəti həmin subyektlərdə müvafiq icra hakimiyyəti orqanları tərəfindən dövlət maliyyə nəzarəti tədbirləri və vergi yoxlamaları aparılarkən həyata keçirilir.

5.2-1. Kənar dövlət maliyyə nəzarətinin obyektində mühasibat uçotunun aparılmaması, yaxud qanunvericiliyin tələblərinə uyğun təşkil edilməməsi səbəbindən zəruri məlumatları əldə etmək mümkün olmadıqda, Azərbaycan Respublikasının Hesablama Palatası “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, kənar dövlət maliyyə nəzarətinin obyektindən mühasibat uçotunun təmin edilməsini tələb edir.

5.3. Kredit təşkilatları, sığortaçılar, təkrarsığortaçılar, hüquqi şəxs olan sığorta brokerləri və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər, investisiya fondları və bu fondların idarəçiləri, habelə qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin mühasibat uçotunun aparılmasına, habelə bu Qanunun 3.2-ci və 3.4-cü maddələrinin tələblərinin təmin edilməsinə nəzarət Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilir.

Fəsil III

Mühasİbat uçotu standartları

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver