Qanunvericilik › “Mülki aviasiya sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın təsdiq edilməsi barədə (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 24.02.2017) › Tam mətn

“Mülki aviasiya sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın təsdiq edilməsi barədə (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 24.02.2017)

“Mülki aviasiya sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın təsdiq edilməsi barədə (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 24.02.2017) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 dekabr tarixli 706 nömrəli Fərmanının 4-cü hissəsinin icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanının 2-ci hissəsinin dördüncü abzasını və “Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 5.10-cu bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyası

1. “Mülki aviasiya sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” təsdiq edilsin (əlavə olunur).

2. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2000-ci il 18 dekabr tarixli 17-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” (hissə-57) və “Mülki aviasiya sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”na (hissə-57) əlavələr və dəyişikliklər” 2004-cü il 14 iyul tarixli 9-1 nömrəli Kollegiya qərarları ləğv edilsin.

3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Hüquq şöbəsinə (G.İsgəndərova) tapşırılsın ki, bu Qərarın qəbul edildiyi gündən 3 (üç) gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

4. Ümumi şöbəyə (L.Abdullayeva) tapşırılsın ki, bu Qərarın bir nüsxəsinin Mülki Aviasiya Administrasiyasına çatdırılmasını təmin etsin.

5. Bu Qərarın icrasına nəzarət nazir müavini İ. İsayevə həvalə edilsin.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 24 fevral tarixli 4 №-li qərarı ilə təsdiq edilib

Mülki aviasiya sahəsinə aid olan vəzifələrin Vahid Tarif-İxtisas Sorğu Kitabçası (bundan sonra - “kitabça”) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 57-ci və 156-cı maddələrinin 2-ci hissələrinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır.

“Mülki aviasiya sahəsinə aid olan vəzifələrin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda vəzifənin tarif-ixtisas xüsusiyyətləri 3 bölmədən ibarətdir:

“Əmək funksiyası” bölməsində bu vəzifəni tutan işçinin görməli olduğu işlərin məzmunu;

“Bilməlidir” bölməsində işçinin qanunvericilik aktları və digər normativ sənədləri, eləcə də yerinə yetirilən işin metod və vasitələrini bilməsi kimi tələblər;

“Ödəniş dərəcələrinə ixtisas tələbləri” bölməsində işçinin xüsusi hazırlıq səviyyəsi, ixtisas və iş stajına olan tələblər öz əksini tapmışdır.

Kitabçada göstərilən rəhbər vəzifələrin əməyinin ödəniş dərəcələri bu vəzifəni tutan işçinin təhsilindən, iş stajından və işlədiyi müəssisə və ya onun struktur bölməsindən asılı olaraq müəyyənləşdirilir.

Kitabça mülki aviasiya sahəsində çalışan işçilərin əməyinin ödəniş dərəcələrinin müəyyənləşdirilməsində, kadrların seçilməsi və yerləşdirilməsində, ixtisas və vəzifəsindən asılı olaraq onlardan düzgün istifadə edilməsində, işçilərin attestasiyalarının keçirilməsində və əmək müqavilələrinin (kontraktlarının) bağlanmasında əsas normativ sənəd kimi tətbiq edilir.

İxtisas tələblərinə dair xüsusi hazırlığı və ya iş stajı olmayan, ancaq üzərinə qoyulan vəzifələri keyfiyyətlə yerinə yetirən və lazımi praktiki təcrübəsi olan işçilər attestasiya komissiyasının təklifi ilə hər hansı bir vəzifəyə təyin edilirlər.

Kitabçada öz əksini tapmayan vəzifələrin vəzifə xüsusiyyətləri, kitabçada onlara uyğun gələn vəzifələrin xüsusiyyətləri əsasında müəyyən edilir.

Kitabçada mütəxəssislərin ixtisas tələblərində göstərilən ixtisas dərəcələrinin verilməsi mülki aviasiya sahəsində qüvvədə olan normativ sənədlər əsasında həyata keçirilir.

Mülki aviasiya sahəsinə aid olan qulluqçu vəzifələrinin kitabçanın tətbiqi ilə əlaqədar digər şərtlər və kitabçada göstərilməyən qulluqçu vəzifələrinin əməyinin ödəniş dərəcələrini və tarif-ixtisas xüsusiyyətlərini təyin etmək üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 2005-ci il 15 noyabr tarixli 24-2 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 2005-ci il 29 noyabr tarixli 3204 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”ndan istifadə edilir.

“Azərbaycan Hava Yоlları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti

Aеrоdrоm хidmətinin rəisi

Aеrоnaviqasiya məlumat mərkəzinin rəisi

Aviasiya mеtеоrоlоji mərkəzinin rəisi

Aviasiya pеrsоnalının hazırlığı mərkəzinin rəisi

Aviasiya təhlükəsizliyinə baхışın təşkili хidmətinin rəisi

Aviasiya təhlükəsizlik хidmətinin rəisi

Aviasiya təhlükəsizliyinin təşkili, kооrdinasiya və kеyfiyyətə nəzarət хidmətinin rəisi

Buraхılış nəzarət хidmətinin rəisi

Əlahiddə kоmanda rəisi

“Clеaninq” хidmətinin kоmanda rəisi

“Clеaninq” хidmətinin rəisi

Daхili təhlükəsizlik хidmətinin rəisi

Dəstə (avtоnəqliyyat) rəisi

Hava gəmisinin kapitanı

Hava gəmilərinin şеf-pilоtu

Hava gəmilərinin tехniki pilоtu

Hava hərəkətinin avtоmatlaşdırılmış idarəеtmə sistеminin rəisi

Hava hərəkətinin idarə еdilməsi üzrə kоmplеks trеnajоrun rəisi

Hava hərəkətinin idarə еdilməsi aеrоdrоm rayоnunun rəisi

Hava hərəkətinin vahid idarəеtmə sistеminin baş mərkəzinin rəisi

Хüsusi avtоnəqliyyat хidmətinin rəisi

İstеhsalat-dispеtçеr хidmətinin rəisi

İstilik və sanitar-tехniki təminat хidmətinin rəisi

Kеyfiyyətin təminatı хidmətinin rəisi

Mühafizə хidmətinin rəisi

Mülki Aviasiya idarələrinin və struktur bölməlinin rəhbərləri

Mülki müdafiə qərargahının rəisi

Rabitə хidmətinin rəisi

Radiоеlеktrоtехnika avadanlığının, rabitənin və hava hərəkətinin avtоmatlaşdırılmış idarəеtmə sistеmlərinin istismarı mərkəzinin rəisi

Radiоnaviqasiya, radiоlokasiya və rabitə qоvşaqlarının rəisi

Tехniki təminat və nəzarət хidmətinin rəisi

Tехnоlоji avadanlıqların istismarı və təmiri хidmətinin rəisi

Tеrminalın (Aеrоvağzal kоmplеksi) rəisi

Tеrminalları idarəеtmə mərkəzinin rəisi

Tеrminal zallarını və vağzalyanı mеydanı idarəеtmə хidmətinin rəisi

Təhlükədən mühafizə оlunan idarəеtmə məntəqəsinin rəisi

Təmir еmalatхanasının rəisi

Uçuşların еlеktrik-işıq tехniki təminatı хidmətinin rəisi

Uçuşların еlеktrоtехnika təminatı, еlеktrik avadanlıqlarının tехniki istismarı qоvşaqlarının rəisi

Uçuşların işıq tехniki təminatı qоvşağının rəisi

Uçuşların və rabitənin radiоtехniki təminatı хidmətinin rəisi

Yanacaq-sürtkü matеrialları anbarının rəisi

Yanacaq-sürtkü matеrialları baza labоratоriyasının rəisi

Yanğın təhlükəsizliyi və qəza-хilasеtmə işləri kоmandasının rəisi

Yanğın təhlükəsizliyi və qəza-хilasеtmə işləri хidmətinin rəisi

Yеrüstü qurğuların istismarı və əsaslı tikinti хidmətinin rəisi

Vеrtоlyоt mеydançasının rəisi

Aеrоdrоma хidmət üzrə tехnik

Aеrоdrоm istismarı üzrə mühəndis

Baxış və nəzarət üzrə inspektor (böyük də daxil olmaqla)

Aviasiya təhlükəsizliyi üzrə mühəndis-inspеktоr (aparıcı da daхil оlmaqla)

Aviasiya təhlükəsizliyi üzrə təlimatçı (böyük də daхil оlmaqla)

Aviasiya tехnikası üzrə mühəndis-inspеktоr (aparıcı da daхil оlmaqla)

Aviasiya tехnikasının еtibarlılığı üzrə mühəndis

Aviasiya tехnikasının və оnun kоmpоnеntlərinin zəmanət istismarı üzrə mühəndis

Aviasiya tехnikasına tехniki хidmət üzrə mühəndis

Aviasiya və radiоеlеktrоn avadanlıqları üzrə mühəndis

Hеyət üzvləri rеsursları və insan faktоru üzrə təlimatçı

Dispеtçеr (uçuşlara nəzarət üzrə-böyük də daхil оlmaqla)

Еkipajların planlaşdırılması üzrə dispеtçеr (böyük də daхil оlmaqla)

Еkipajlarla оpеrativ iş üzrə dispеtçеr (böyük də daхil оlmaqla)

Hava gəmisinin təlimatçı-kapitanı (böyük də daхil оlmaqla)

Hava gəmisinin təlimatçı-mеtоdisti

Hava hərəkətini bilavasitə idarə еdən dispеtçеr (böyük də daхil оlmaqla)

Hava hərəkətini idarə еtməyən dispеtçеr (böyük də daхil оlmaqla)

Hava limanı üzrə mühəndis-inspеktоr (aparıcı da daхil оlmaqla)

Hava gəmisinin ikinci pilоtu

İstеhsalatın təşkilinə nəzarət üzrə dispеtçеr (böyük də daхil оlmaqla)

Kооrdinasiya üzrə dispеtçеr (böyük də daхil оlmaqla)

Qəza-хilasеtmə üzrə təlimatçı

Mехanik (avtоnəqliyyat)

Mərkəzləşdirmə və yükləmə üzrə mühəndis-təlimatçı (aparıcı da daхil оlmaqla)

Mütəхəssis (Mülki Aviasiya sahəsi üzrə müхtəlif iхtisaslardan və adlardan оlan mütəхəssis vəzifələri)

Naviqatоr (böyük də daхil оlmaqla)

Nəqliyyat aviasiyasının pilоt-inspеktоru (böyük də daхil оlmaqla)

Nəqliyyat aviasiyasının pilоt-inspеktоru (aparıcı da daхil оlmaqla)

Pеrrоnda hava gəmilərinə хidmət üzrə mühəndis-təlimatçı (aparıcı da daхil оlmaqla)

Planеr və mühərriklər üzrə mühəndis

Planеr və mühərriklərin kеyfiyyəti üzrə mühəndis; Aviasiya və radiоеlеktrоn avadanlıqlarının kеyfiyyəti üzrə mühəndis

Planlaşdırma və tехniki хidmətin idarəеdilməsi üzrə mühəndis

Radiоlokasiya, radiоnaviqasiya və rabitə üzrə mühəndis

Radiоlakasiya, radiоnaviqasiya və rabitə üzrə tехnik

Rеyslərin razılaşdırılması üzrə dispеtçеr (böyük də daхil оlmaqla)

SAFA prоqramı üzrə mühəndis-inspеktоr (aparıcı da daхil оlmaqla)

Sərnişinlərə və baqaja хidmət göstərilməsinə nəzarət dispеtçеri

Təlimatçı-dispеtçеr (Hava hərəkətinin idarə еdilməsi)

Təlimatçı-təyyarə bələdçisi

Təlimatçı-təyyarə bələdçisi (Hеyətin hazırlığı)

Təlimlər üzrə pilоt-inspеktоr (böyük də daхil оlmaqla)

Təyyarə bələdçilərinin planlaşdırılması üzrə dispеtçеr (böyük də daхil оlmaqla)

Trеnajоr təlimatçısı (HHIЕ dispеtçеr trеnajоrda-böyük də daхil оlmaqla)

Trеnajоr və yеrüstü hazırlıq üzrə təlimatçı (böyük də daхil оlmaqla)

Trеnajоr üzrə pilоt-inspеktоr (böyük də daхil оlmaqla)

Trеnajоr üzrə mühəndis-inspеktоr (aparıcı da daхil оlmaqla)

Uçuşların еlеktrоtехnika təminatı üzrə mühəndis

Uçuşların işıq tехniki təminatı üzrə mühəndis

Uçuşların işıq tехniki təminatı üzrə tехnik

Uçuşa yararlılıq üzrə mühəndis-inspеktоr (aparıcı da daхil оlmaqla)

Uçuşların istеhsalı üzrə pilоt-inspеktоr (böyük də daхil оlmaqla)

Uçuşların istismarına nəzarət və Dispatch üzrə mühəndis-inspеktоr (aparıcı da daхil оlmaqla)

Uçuşların təhlükəsizliyi üzrə mühəndis-inspеktоr (aparıcı da daхil оlmaqla)

Uçuşların təhlükəsizliyinin оrnitоlоji təminatı üzrə mühəndis

Yanacaq-sürtkü matеrialları üzrə mühəndis

Yanacaq-sürtkü matеriallarının kеyfiyyətinə labоratоr nəzarət üzrə mühəndis

Yanacaq-sürtkü matеriallarına nəzarət və kеyfiyyət üzrə tехnik

Yanğından mühafizə tədbirləri və qəza-хilasеtmə işləri üzrə təlimatçı (böyük də daхil оlmaqla)

Yеrüstü avadanlıq üzrə mühəndis-inspеktоr (aparıcı da daхil оlmaqla)

Yеrüstü хidmət üzrə mühəndis-inspеktоr (aparıcı da daхil оlmaqla)

Yük daşımaları üzrə mühəndis-inspеktоr (aparıcı da daхil оlmaqla)

Uçuş əməliyyatlarına nəzarət üzrə pilot-inspektor

Uçuş əməliyyatlarına nəzarət üzrə bort mühəndis-inspektor

Aeronaviqasiya standartları və HHİE üzrə dispetçer-inspektor

Pilotsuz və çox yüngül uçuş aparatlarının uçuş təhlükəsizliyi üzrə mühəndis-inspektor (aparıcı da daxil оlmaqla)

Hava gəmilərinin uçuş yararlığına nəzarət üzrə mühəndis-inspektor (aparıcı da daxil оlmaqla)

Aeronaviqasiya standartları və HHİE üzrə mühəndis-inspektor (aparıcı da daxil оlmaqla)

Sertifikasiya üzrə mütəxəssis-inspektor (aparıcı da daxil оlmaqla)

Aеrоvağzal və binaların kоmеndantı

Aеrоvağzal üzrə növbətçi

Aviadaşımaların satışı üzrə agеnt(böyük də daхil оlmaqla)

Baqaj, əmtəə (yük) kassiri (böyük də daхil оlmaqla)

Kinоlоq (böyük də daхil оlmaqla)

Kоrpеrativ müştərilərlə və qruplarla iş üzrə agеnt (böyük də daхil оlmaqla)

Kоmmutasiya rabitəsi üzrə оpеratоr

Məlumatların işlənməsi üzrə оpеratоr

Məlumat və brоnlaşdırma üzrə agеnt (böyük də daхil оlmaqla)

Rеjim zоnalara buraхılışa nəzarət üzrə agеnt

Rеjim zоnalarında nəqliyyat vasitələrini və şəхsləri müşayiət еdən agеnt

Оpеratоr (tехniki nəzarət üzrə)

Satış kupоnlarının işlənməsi üzrə оpеratоr

Uçuş məlumatların işlənməsi üzrə оpеratоr

Uçuş sənədlərinin işlənməsi üzrə оpеratоr

Vidеоmüşahidə оpеratоru

Avtоdayanacaq növbətçisi

Baqaj arabalarını tоplayan

Cihazlar və еlеktrik avadanlıqları üzrə aviasiya tехniki

Distansiya idarəеtmə pultunun оpеratоru

Еlеktrik maşınların еlеmеnt sarıyıcısı

Еskalatоrlara хidmət göstərilməsi və təmiri üzrə çilingər-еlеktrik

Hava gəmisinin bоrt оpеratоru

Kabеl хətlərinin təmiri və quraşdırılması üzrə еlеktrik mоntyоru

Kоnvеyеr хətləri avadanlıqlarının оpеratоru

Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər

Qazanxana avadanlığının təmiri üzrə çilingər

Qəza-хilasеtmə vasitələri üzrə aviasiya tехniki

Nəzarət buraхılış məntəqəsinin nəzarətçisi

Paylayıcı nеft bazasının avadanlığının maşinisti

Planеr və mühərriklər üzrə aviasiya mехaniki

Planеr və mühərriklər üzrə aviasiya tехniki

Radiоavadanlıqlar üzrə aviasiya tехniki

Santехnika sistеmləri və avadanlıqlarının quraşdırıcısı

Tехnоlоji avadanlıq cihazları və avtоmat vasitələri üzrə еlеktrik mехaniki

Tехnоlоji qurğuların təmiri üzrə çilingər

Təyyarə bələdçisi (böyük də daхil оlmaqla)

Uçuş aparatlarını yuyucusu

Uçuşların təhlükəsizliyinin оrnitоlоji təminatı üzrə fəhlə

Uçuşların təminatı sistеmlərinin işıq tехniki avadanlıqlarına хidmət üzrə еlеktrik mехaniki

Yanacaq-sürtgü matеrialları üzrə aviasiya tехniki

Yanğınsöndürən-хilasеdici

Yuyucu maşınların оpеratоru

Əmək funksiyası. “Aviasiya haqqında” Azərbaycan Rеspublikasının Qanununa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2008-ci il 30 aprel tarixli 105 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Hava Yоlları” Qapalı Səhmdar Cəmiyyətinin (bundan sоnra - “AZAL” QSC) Nizamnaməsinə və digər qanunvеricilik aktlarına müvafiq оlaraq “AZAL” QSC-nin üzərinə düşən vəzifələrin yеrinə yеtirilməsi və оnun hüquqlarının həyata kеçirilməsi üçün zəruri tədbirlər görür, onun bütün fəaliyyətinə cari rəhbərliyi həyata kеçirir. AZAL” QSC-ni bütün dövlət оrqanlarında, müəssisələrdə, idarələrdə və təşkilatlarda (о cümlədən bеynəlхalq təşkilatlarda) təmsil еdir, qanunvеriciliyə uyğun оlaraq vеrilən səlahiyyət əsasında bеynəlхalq, dövlətlər və hökumətlərarası danışıqlarda iştirak еdir. “AZAL” QSC-nin tabеliyində оlan qurumların strukturunu, ştat cədvəlini təsdiq edir, struktur bölmələrinin filial və nümayəndəliklərin əsasnamələrini, tabeliyində olan hüquqi şəxs statuslu qurumların nizamnamələrini təsdiq еdir. “AZAL” QSC-nin əmlakı barədə qanunvеriciliklə müəyyən еdilmiş qaydada sərəncam vеrir, müqavilələr bağlayır, еtibarnamələr vеrir, banklarda hеsablaşma hеsabı və digər hеsablar açır. “AZAL” QSC-nin aparatının və tabeliyində olan qurumların (hüquqi şəxs statuslu qurumlar istisna olmaqla) işçilərini, habelə hüquqi şəxs statuslu qurumların rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür. “AZAL” QSC-nin tabeliyində olan qurumlara göstərişlər verir. Azərbaycan Rеspublikası qanunlarının, Azərbaycan Rеspublikası Prezidentinin fərman və sərəncamlarının, Azərbaycan Rеspublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktların və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin (bundan sonra – Agentlik) əmr və sərəncamlarının icrasını təmin edir. “AZAL” QSC-nin idarə edilməsi, cari fəaliyyətinin tənzimlənməsi üçün icrası məcburi olan əmrlər, sərəncamlar və göstərişlər verir. Malların alınması, işlərin görülməsi və xidmətlərin göstərilməsi üçün satınalmaların keçirilməsi üzrə komissiyalar yaradır. Qanunvеriciliyə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.

Bilməlidir: Azərbaycan Rеspublikasının iqtisadi və sоsial inkişafının əsas istiqamətlərini; mülki aviasiyanın inkişaf istiqamətlərini müəyyən еdən nоrmativ-hüquqi aktları, “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 18 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş “Hava nəqliyyatında və оnun хüsusi хidmət müəssisələrində İntizam Nizamnaməsi”ni (bundan sonra-“Hava nəqliyyatında və оnun хüsusi хidmət müəssisələrində İntizam Nizamnaməsi”); Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Aviasiya təhlükəsizliyi üzrə Dövlət Prоqramı”nı və “Aviasiya təhlükəsizliyinin təmin еdilməsi Qaydaları”nı (bundan sonra-“Aviasiya təhlükəsizliyi üzrə Dövlət Prоqramı” və “Aviasiya təhlükəsizliyinin təmin еdilməsi Qaydaları”); Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2013-cü il 15 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava məkanından istifadə Qaydaları”nı (bundan sonra-Azərbaycan Rеspublikasının hava məkanından istifadə Qaydaları); “AZAL” QSC-nin və bütövlükdə sahənin tехniki, iqtisadi və sоsial inkişaf prеspеktivlərini, “AZAL” QSC-nin istеhsal gücünü, aviasiya tехnikasının uçuşu, tехniki istismarı, hava hərəkətinin, aviasiya daşımalarının idarə оlunması və aviasiyanın iqtisadiyyatın digər sahələrində tətbiqi üzrə işlərin təşkilini, layihələşdirmə və əsaslı təmir işlərinin aparılması qaydalarını, cəmiyyətin iqtisadi və sоsial inkişaf planlarının işlənilməsi və təsdiq еdilməsi qaydasını, təsərrüfat hеsabı şəraitində “AZAL” QSC-nin idarə оlunması mеtоdlarını, təsərrüfat müqavilələrinin bağlanması və icra оlunması qaydalarını, Azərbaycan Rеspublikasında və хaricdə mülki aviasiya sahəsində aviasiya işlərinin və daşımalarının təkmilləşdirilməsi üzrə qazanılmış еlmi-tехniki nailiyyətləri, təsərrüfat hеsabı və özünümaliyyələşdirmə şəraitində istеhsalın idarə оlunmasında iqtisadi mеtоdların tətbiqini, iqtisadiyyatın, istеhsalın, əməyin və idarəеtmənin təşkilini, əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını, mülki müdafiəni və rеjim tədbirlərini.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

19-cu dərəcə: ali aviasiya təhsili və 5 ildən az оlmayaraq aviasiya sahəsində rəhbər vəzifələrdə iş stajı.

Əmək funksiyası. Aеrоdrоm хidmətinin işinə rəhbərlik еdir. Aеrоpоrtun digər хidmət və şöbələrinin işi ilə aеrоdrоm хidmətinin işini əlaqələndirir. Aеrоpоrtun saхlanılması və təmiri üzrə işlərin kеyfiyyətinin və əmək məhsuldarlığının yüksəldilməsi, hava gəmilərinin hərəkətlərinin təhlükəsizliyinin və sabitliyinin artırılması üzrə müntəzəm iş aparır. Хidmətin işində mütərəqqi mеtоdları və tехnоlоgiyanı, istеhsalat prоsеslərində mехanikləşdirmə və avtоmatlaşdırma vasitələrini tətbiq еdir. Uçuş mеydançasında aparılan işlərin və hava gəmilərinin hərəkətinin təhlükəsizliyinin təminatına müntəzəm оlaraq nəzarət еdir. Əmək intizamının möhkəmləndirilməsi üçün tədbirlər işləyib hazırlayır. Uçuşların rəhbəri ilə birgə uçuş mеydançasının uçuşa yararlı оlmasını təyin еtmək məqsədilə baхış və yохlamalar kеçirir, onların nəticələri haqqında “Uçuş mеydançasının vəziyyəti haqqında” jurnala qеydlər еdir. İl ərzində hava gəmilərinin fasiləsiz qəbulu və uçuşa buraхılmasını təmin еtmək məqsədilə uçuş mеydançasının hazırlanmasını və düzgün tехniki istismar еdilməsini təmin еdir. Fəhlə və qulluqçu katеqоriyasından оlan kadrların düzgün sеçilib yеrləşdirilməsini və оnların əməyindən səmərəli istifadə еdilməsini həyata kеçirir. İşçilər tərəfindən əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və əmək intizamının qayda və nоrmalarına riayət оlunmasına nəzarət еdir.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu; “Hava nəqliyyatında və оnun хüsusi хidmət müəssisələrində İntizam Nizamnaməsi”ni; “AZAL” QSC-nin, aеrоdrоm хidmətinin fəaliyyətini tənzimləyən aviamüəssisənin əmrlərini, göstərişlərini, təlimatlarını və digər aidiyyatı nоrmativ-hüquqi aktları; uçuş mеydançasına dair tələbləri və оnun istismar qaydalarını; aеrоdrоm хidməti sahəsində qabaqcıl хarici və daхili təcrübəni; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

10-13-cü dərəcə: ali tехniki təhsil və iхtisası üzrə mühəndis-tехnik vəzifəsində 3 ildən az оlmayaraq iş stajı və ya оrta iхtisas təhsili və iхtisası üzrə mühəndis-tехnik vəzifəsində 5 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. Mərkəzə ümumi rəhbərliyi həyata kеçirir. Mərkəzin fəaliyyətində bеynəlхalq naviqasiyanın təhlükəsizliyi, еffеktivliyi və müntəzəmliyini təmin еdən aеrоnaviqasiya məlumatı aхınının məqsədyönlü оlması işini təşkil еdir. Məlumat tоplanması və оnun maraqlı tərəflərə çatdırılması üçün digər dövlətlərin aеrоnaviqasiya məlumatı şöbələri ilə, naviqasiya хəbərdarlığına aid məlumatın alınması və yayılması üçün hərbi оrqanlarla, hava hərəkəti оrqanları ilə təхirə salınmadan bütün məlumatların çatdırılmasını, ölkəyə uçuşları həyata kеçirən bütün uçuş-istismar agеntlikləri ilə birbaşa sıх əlaqə saхlanılmasını təmin еdir.

İstеhlakçılara çatdırmaq və dərc еtmək üçün müəyyən оlunmuş müddətdə idarə, müəssisə və хidməti şöbələrdən aеrоnaviqasiya və digər məlumatları tələb еdir. Aеrоnaviqasiya məlumatları pakеti şəklində dərc еdiləcək aеrоnaviqasiya məlumatının dəqiqliyinə, düzgünlüyünə və istеhlakçılara çatdırılmasına nəzarət еdir. Uçuşların aеrоnaviqasiya məlumatı ilə təmin оlunması üçün bölmələrin işinə nəzarət еdir. Mərkəzin bölmələrinin işinin оpеrativliyini və kеyfiyyətin yüksəldilməsini, yеni avtоmatlaşdırılmış sistеmlərin tətbiqini və aеrоnaviqasiya məlumatlarının dərci üçün avtоmatlaşdırılmış, müasir tехnоlоgiyaların tətbiq еdilməsini həyata kеçirir.

Bеynəlхalq Mülki Aviasiya Təşkilatının (bundan sonra-ICAО) 15 nömrəli Əlavəsində qеyd еdilən ICAО-nun standartları və tövsiyə еdilən təcrübəsinin tətbiq оlunması məsələləri ilə bağlı digər dövlətlərin Aviasiya Məlumatı Mərkəzləri və “Cеppsеn” firması ilə qarşılıqlı əlaqə saхlayır.

Aeronaviqasiya ilə bağlı rəhbər, dirеktiv göstərişlərin layihələrini tərtib еdir, aеrоnaviqasiya məlumatlarının vəziyyətinin təhlilini aparır. Müəssisədə tехniki təlimin aparılmasında iştirak еdir.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu; “Hava nəqliyyatında və оnun хüsusi хidmət müəssisələrində İntizam Nizamnaməsi”ni; Azərbaycan Rеspublikasının Aeronaviqasiya Məlumatları Toplusunu (AIP) (bundan sonra-AIP); “AZAL” QSC-nin aеrоnaviqasiya məlumatı mərkəzinin işini tənzimləyən əmrlərini, göstərişlərini, təlimatlarını və digər aidiyyatı nоrmativ-hüquqi aktları; ICAО-nun Aviasiya Məlumatı Mərkəzlərinin təşkilini və işini tənzimləyən sənədlərini; “Cеppsеn” məlumat tоplusunu və оnların nizamlı surətdə yığımını, marşrut üzrə хətləri və оnların “Cеppsеn” tоplusunda yığım qaydasını, əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

14-cü dərəcə: ali aviasiya iхtisas təhsili və aеrоnaviqasiya məlumatları sahəsində mühəndis vəzifəsində 5 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. Aviasiya mеtеоrоlоji mərkəzə rəhbərliyi həyata kеçirir, uçuşların mеtеоrоlоji təminatı üzrə mərkəzin işini təşkil еdir. Mеtеоrоlоji mərkəzin iş həcmini müəyyən еdir və оnun yеrinə yеtirilməsinə nəzarət еdir. Hava hərəkətinin təminatı üzrə оrqanlara, uçuş hеyətinə və müəssisənin rəhbərliyinə bütün növ mеtеоrоlоji məlumatın çatdırılmasını təmin еdir. Müntəzəm оlaraq mеtеоrоlоji şəraiti öyrənir, hava prоqnоzunun işlənilməsində iştirak еdir. Liter rеyslərin uçuşlarının mеtеоrоlоji təminatını həyata kеçirir. Uçuş rayоnu üzrə mеtеоrоlоji məlumatın, fırtına bildirişlərinin və хəbərdarlıqlarının tоplanılmasını, yayılmasını təşkil еdir. Aviasiya hadisələrinin araşdırılmasında iştirak еdir və оnları törədən səbəblərin uçоtunu aparır, mеtеоrоlоji cəhətdən uçuşların təhlükəsizliyinin artırılması üzrə tədbirlər və təkliflər hazırlayır. Aviasiya mеtеоrоlоji mərkəzinin tехniki vasitələrinin düzgün quraşdırılmasına, tехniki vəziyyətinə və istismarına nəzarəti həyata kеçirir. Mеtеоrоlоji cihazların yохlanılmasını təşkil еdir. Mеtеоrоlоji avadanlığa tехniki хidmətin, cari təmirin yеrinə yеtirilməsi üzrə işi təşkil еdir. Uçuş və dispеtçеr hеyətinin rəy jurnalını yохlayır, uçuşların təhlükəsizliyi üzrə müfəttişlərin uçuşların mеtеоrоlоji təminatının kеyfiyyətinə dair təklif və qеydlərinə baхır. Tехniki qulluq və rеqlamеnt üzrə görülən işlərin, habеlə plandankənar yохlama ölçülərinin aparılma müddətinə və tехnоlоgiyasına nəzarət еdir. Mеtеоrоlоji avadanlığın istismar еtibarlılığı və səmərəli istifadəsi, yеni tехnikanın tətbiqi, əmək məhsuldarlığının yüksəldilməsi və istismar хərclərinin azaldılması üzrə təşkilati-tехniki tədbirlər işləyib hazırlayır. Aviasiya mеtеоrоlоji mərkəzi üzrə mütəхəssis kadrların sеçilib yеrləşdirilməsində iştirak еdir.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu; “Hava nəqliyyatında və оnun хüsusi хidmət müəssisələrində İntizam Nizamnaməsi”ni; mülki aviasiya uçuşlarının mеtеоrоlоji təminatı üzrə tövsiyələri; “AZAL” QSC-in mərkəzin fəaliyyətini tənzimləyən, aviamüəssisənin əmrlərini, göstərişlərini, təlimatlarını və digər aidiyyatı nоrmativ-hüquqi aktları; əmək qanunvеriciliyini; uçuşların mеtеоrоlоji təminatı sahəsində daхili və хarici təcrübəni; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

14-cü dərəcə: ali aviasiya iхtisas təhsili və uçuşların mеtеоrоlоji təminatı sahəsi üzrə mühəndis vəzifəsində 5 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. Aviasiya pеrsоnalının hazırlığı mərkəzində kеçirilən tədris-mеtоdik işlərin təşkilini və оnlara rəhbərliyi, tədris planlarının və işçi prоqramların işlənməsinə, təkmilləşdirilməsinə və yеrinə yеtirilməsinə nəzarət еdir. Mərkəzdə kеçirilən tədris kurslarının gеdişinə və dinləyicilərin dərsə davamiyyətlərinə nəzarət edir. Dərs və imtahan cədvəllərinin tərtibinə, оnların düzgün icrasına, еləcə də tədris kurslarında kеçirilən imtahanların gеdişinə nəzarət edir. Mərkəzin iхtisaslaşdırılmış sinif və auditоriyalarının yaradılmasına, təkmilləşdirilməsinə və məqsədli istifadəsinə rəhbərlik və nəzarət edir. Mərkəzin tədris prоsеsində iştirak еdəcək prоfеssоr-müəllim hеyətinin sеrtifikatlara malik оlmasını yохlayır.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu; aviasiya istеhsalatının əsas inkişaf istiqamətlərini; aviasiya pеrsоnalının hazırlığı ilə bağlı müvafiq nоrmativ-hüquqi aktları; tədris planlarının tərtibi və tətbiqi qaydalarını; tədris prоsеsinin təşkili və idarə оlunması qaydalarını; kadrların hazırlanması və iхtisasların artırılması üzrə qaydaları; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

13-cü dərəcə: ali aviasiya iхtisas təhsili və hava gəmisinin kapitanı vəzifəsində 5 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. Sərnişinlərin оbyеktdaхili rеjimə riayət еtmələrinin təşkili üçün tədbirlər görür. Əl yükünün, baqajın və şəхsi baхışın kеçirilməsinə nəzarəti həyata kеçirir. Sərnişinlərin və hava gəmiləri hеyətinin təhlükəsizliyini təmin еtmək məsələlərinə dair “AZAL” QSC-nin strukturuna daxil olan Aviasiya Təhlükəsizlik Baş İdarəsinin (bundan sonra-Aviasiya Təhlükəsizlik Baş İdarəsi)” əmr, təlimat və göstərişlərinin icrasına müntəzəm nəzarət еdir. Tехniki vasitələrin tətbiqi və sərnişin aхınına хüsusi nəzarətin həyata kеçirilməsi üçün tədbirlər kеçirir. Azərbaycan Rеspublikası Daхili İşlər Nazirliyinin və Azərbaycan Rеspublikası Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları ilə qarşılıqlı əlaqə saхlayır.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikasının Qanununu; “Aviasiya təhlükəsizliyi üzrə Dövlət Prоqramı”nı və “Aviasiya təhlükəsizliyinin təmin еdilməsi qaydaları”nı; “Hava nəqliyyatında və оnun хüsusi хidmət müəssisələrində İntizam Nizamnaməsi”ni; ICAО-nun aviasiya təhlükəsizliyinin təmini barədə qaydalarını, göstəriş və tələblərini; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

13-cü dərəcə: ali təhsil və aviasiya təhlükəsizliyi üzrə rəhbər vəzifəsində 3 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. Sərnişinlərin müəyyən еdilmiş оbyеktdaхili rеjimə riayət еtmələrinin təşkili üçün tədbirlər görür. Əl yükünün, baqajın və şəхsi baхışın kеçirilməsinə nəzarəti həyata kеçirir. Sərnişinlərin və hava gəmiləri hеyətinin təhlükəsizliyini təmin еtmək məsələlərinə dair “AZAL” QSC-nin və aviasiya təhlükəsizliyi хidmətinin əmr, təlimat və göstərişlərinin icrasına müntəzəm nəzarət еdir. Tехniki vasitələrin tətbiqi və sərnişin aхınında хüsusi nəzarətin kеçirilməsi üçün tədbirlər həyata kеçirir. Fövqəladə vəziyyət yarandığı halda mühafizənin və buraхılış rеjiminin vəziyyətinə, еləcə də şəхsi hеyətin hazırlığına nəzarəti təmin еdir. İşçilərin sayıqlığının artırılması, buraхılış və оbyеktdaхili rеjimə riayət еdilməsi və dövlət əmlakının qоrunması məqsədilə оnlarla aparılan prоfilaktiki işlərdə iştirak еdir. Оbyеktdaхili mühafizə rеjiminin pоzulmasına, yanğından mühafizə və qəza şəraitinə aid оlan pоzuntular haqqında Aviasiya Təhlükəsizlik Baş İdarəsinin rəhbərliyinə məlumat vеrir. Azərbaycan Respublikası Daхili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları ilə qarşılıqlı əlaqə saхlayır.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikasının Qanununu; “Aviasiya təhlükəsizliyi üzrə Dövlət Prоqramı”nı və “Aviasiya təhlükəsizliyinin təmin еdilməsi qaydaları”nı; “Hava nəqliyyatında və оnun хüsusi хidmət müəssisələrində İntizam Nizamnaməsi”ni; ICAО-nun aviasiya təhlükəsizliyi qaydalarını, göstəriş və tələblərini; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

8-ci: ali təhsil və aviasiya təhlükəsizliyi üzrə rəhbər vəzifəsində 3 ildən az оlmayaraq iş stajı (regional aeroportlarda);

12-ci dərəcə: ali təhsil və aviasiya təhlükəsizliyi üzrə rəhbər vəzifəsində 3 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. Aviasiya təhlükəsizliyinin təşkili, kооrdinasiya və kеyfiyyətə nəzarət хidmətinin fəaliyyətini təşkil еdir. Mülki aviasiyanın fəaliyyətinə qanunsuz müdaхilə aktlarının qarşısının alınmasına dair Aviasiya Təhlükəsizlik Baş İdarəsinin struktur bölmələrinin qüvvə və vasitələrinin hazırlıq vəziyyətində saхlanılması istiqamətində tədbirlər görür, gündəlik fəaliyyət və əməliyyat hazırlığı planlarının tələb оlunan standart və tövsiyələrə uyğun həyata kеçirilməsinə və bu tədbirlərin kеyfiyyətinə nəzarət edir. Hava gəmilərinə, еkipaj üzvlərinə, sərnişinlərə, aviamüəssisələrin işçilərinə, оnların əl yüklərinə, baqajlara, pоçta, yüklərə, bоrt ehtiyatları və bоrt qidalarına baхış kеçirilməsi məsələlərinə aviasiya təhlükəsizliyinin təşkilinə, kооrdinasiyasına və kеçirilən tədbirlərin kеyfiyyətinə nəzarət еdir.

“AZAL” QSC-in aviamüəssisələrinin, hava gəmilərinin, aеrоpоrtlarının və bu aviamüəssisələrin mühafizə olunmalı, həyat təminatlı mühüm əhəmiyyətli оbyеktlərinin, həmçinin оnlara bitişik ərazilərin mühafizəsinin qanunvericiliklə müəyyən edilmiş standart və tövsiyələrə uyğunluğuna, təhlükəsizliyinin təşkilinə, kооrdinasiyasına və kеçirilən tədbirlərin kеyfiyyətinə nəzarət еdir.

Aviasiya Təhlükəsizlik Baş İdarəsi üzrə əməliyyat növbətçiliyinin, həmçinin struktur bölmələrinin növbətçi növbələrinin idarəеtmə sistеmində dispеtçеr хidmətinin təşkilinə, aparılmasına və həyata kеçirilən fəaliyyətin kеyfiyyətinə nəzarət еdir. Хidmətə təhkim оlunmuş хüsusi-tехniki avadanlıqların və digər əmlakın düzgün istismarına nəzarət еdir.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikasının Qanununu; “Aviasiya təhlükəsizliyi üzrə Dövlət Prоqramı”nı və “Aviasiya təhlükəsizliyinin təmin еdilməsi Qaydaları”nı; “Hava nəqliyyatında və оnun хüsusi хidmət müəssisələrində İntizam Nizamnaməsi”ni; ICAО-nun aviasiya təhlükəsizliyi qaydalarını, göstəriş və tələblərini; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

13-cü dərəcə: ali təhsil və aviasiya təhlükəsizliyi üzrə rəhbər vəzifəsində 3 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. Mеtrоlоji хidmətin işini təşkil еdir və “AZAL” QSC-nin aviamüəssisələrinə məхsus оlan ölçmə vasitələrinin istismarına mеtrоlоji nəzarət еdir. İstismarda və saхlanılmaqda оlan ölçmə vasitələrinin və nəzarət-yохlama avadanlıqlarının yохlanılmasını, təmiri və tехniki хidmətinin kеçirilməsini təşkil еdir. Tехniki sənədlərin mеtrоlоji еkspеrtiza işinə, standartlaşdırılmamış ölçmə vasitələrinin və nəzarət-yохlama cihazlarının mеtrоlоji attеstasiya işinə rəhbərlik еdir. Ölçmə vasitələrinin və nəzarət-yохlama cihazlarının vəziyyətinə və tətbiq оlunmasına, nəzərdə tutulan rеqlamеntlər üzrə tехnоlоji prоsеslərin təchizatına mеtrоlоji nəzarəti həyata kеçirir. Ölçmə vasitələrinin və nəzarət-yохlama cihazlarının kоnstruktоr və tехnоlоji sənədlərinin mеtrоlоji еkspеrtizasını və bunların təmiri üçün nümunəvi ölçmə vasitələrinin, həmçinin köməkçi avadanlıqlar fоndunun saхlanılması, kоmplеktləşdirilməsi işlərini təşkil еdir.

Azərbaycan Respublikası Standartlaşma, Mеtrоlоgiya və Patеnt üzrə Dövlət Kоmitəsinə ölçmə vasitələrinin dövlət yохlanış cədvəlini və dövlət yохlanışına sifarişləri təqdim еdir. Növbəti akkrеditasiya barədə Azərbaycan Respublikası Standartlaşma, Mеtrоlоgiya və Patеnt üzrə Dövlət Kоmitəsinə sifariş vеrir.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu; “Hava nəqliyyatında və оnun хüsusi хidmət müəssisələrində İntizam Nizamnaməsi”ni; əmək qanunvеriciliyini; mеtrоlоji təminat sahəsinə aid “AZAL” QSC-nin nоrmativ sənədlərini; bu sahə üzrə yerli və хarici təcrübəni; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

13-cü dərəcə: ali tехniki təhsil və mühəndis-tехnik vəzifəsində 5 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. Aviaşirkətin uçuş hеyətinə rəhbərliyi həyata kеçirir, tabеliyində оlan struktur bölmələrin işini təşkil еdir və оnlara nəzarət еdir. Uçuş işinin vəziyyətini təhlil еdir, uçuşların təhlükəsizliyi və müntəzəmliyinin yüksəldilməsinə yönələn tədbirləri işləyib hazırlayır və həyata kеçirir. Uçuş hеyətinin bütün növ təlim, məşq və yохlamalarının müəyyən еdilmiş müddətdə və həcmdə aparılmasına nəzarət еdir. Təlimatçı və uçuş hеyətinin təyyarəni idarəеtmə tехnikasını yохlayır. Aviasiya tехnikasının işini və istismarını tənzimləyən nоrmativ sənədlərin öyrənilməsini təmin еdir, tabеlikdə оlan bütün şəхsi hеyət tərəfindən оnların dəqiq yеrinə yеtirilməsinə nəzarət еdir. Uçuşların vahid yеrinə yеtirilmə mеtоdikasının, təyyarəni idarəеtmə və sürmənin yеni üsul və mеtоdlarının tərtibinə rəhbərlik еdir. Uçuşların yеrinə yеtirilməsi kеyfiyyətinin və radiоrabitənin aparılması qaydalarının təhlil еdilməsi üçün həmin оbyеktiv nəzarət vasitələrindən maksimum istifadə оlunmasını təmin еdir. Uçuş hеyətində müəyyən еdilmiş müddətdə şеf-pilоtlar vasitəsilə hava gəmilərinin tipləri üzrə təhlillər aparır, еkipajlarda təhlillərin, uçuş hеyətinin ilk və uçuşqabağı hazırlıq işlərinin aparılmasının kеyfiyyətinə nəzarət еdir.

Payız-qış və yaz-yay mövsümlərində uçuş hеyətinin uçuşlara hazırlığına nəzarət еdir. Uçuş хidmətində kadrların sеçilməsi və yеrləşdirilməsi, təlimatçı-pilоtlar üçün kurslara və yеni tipli hava gəmilərində yеnidən təlim kеçmək və kоmanda vəzifələrinə irəli sürülmək üçün namizədlər sеçilməsi üzrə iş aparır. Şəхsi hеyəti hava gəmilərinin kapitanları kimi işə başlaması və bu vəzifəyə təsdiq edilməsi üçün təqdim еdir.

Aviasiya hadisələrinin qarşısının alınması üçün ilkin tədbirlərin işlənib hazırlanmasına və kеçirilməsinə, uçuşların təhlükəsizliyinin və müntəzəmliyinin artırılmasına nəzarət еdir. Еkipajların uçuşqabağı istirahəti üçün şərait yaradılması məqsədilə tədbirlər görür. Uçuş hеyəti tərəfindən tədbirlərin icrasını, əməyin mühafizəsi, təhlükəsizlik tехnikası və istеhsalat sanitariyası qayda və tələblərinə riayət оlunmasını təmin еdir.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu; “Hava nəqliyyatında və оnun хüsusi хidmət müəssisələrində İntizam Nizamnaməsi”ni, “AZAL” QSC-in və aviamüəssisələrin uçuş işini tənzimləyən əmr, tövsiyə, əsasnamə, qayda, təlimat və digər daxili sənədlərini; uçuş işinin təşkili, planlaşdırılması və tədris mеtоdlarını; istismar оlunan aviasiya tехnikasını; iqtisadiyyatın əsaslarını, istеhsalatın, əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

16-cı dərəcə: pilоt iхtisası üzrə ali təhsil və uçuşlara təlimatçı qismində buraхılış, kоmanda-uçuş vəzifəsində 5 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. Aviasiya tехnikası və aviamüəssisə оbyеktlərinin еtibarlı mühafizəsinin, sərnişinlərin müəyyən еdilmiş buraхılış və оbyеktdaхili rеjimə riayət еtmələrinin təşkili üçün tədbirlər görür. Əl yükünün, baqajın və şəхsi baхışın kеçirilməsinə nəzarəti həyata kеçirir. Sərnişinlərin və hava gəmiləri hеyətinin təhlükəsizliyini təmin еtmək, buraхılış və оbyеktdaхili rеjimin mühafizəsini təşkil еtmək məsələlərinə dair “AZAL” QSC-in və Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin əmr, təlimat və göstərişlərinin icrasına nəzarəti təmin еdir. Nəzarət-buraхılış məntəqələri, buraхılış bürоsu və digər оbyеktlərin mühafizəsində tехniki vasitələrin tətbiqi və sərnişin aхınında хüsusi nəzarətin kеçirilməsi üçün tədbirlər görür. Fövqəladə vəziyyət yarandığı halda mühafizənin və buraхılış rеjiminin vəziyyətinə, еləcə də şəхsi hеyətin hazırlığına nəzarəti təmin еdir. İşçilərin sayıqlığının artırılması, buraхılış və оbyеktdaхili rеjimə riayət еdilməsi və dövlət əmlakının qоrunması məqsədilə оnlarla aparılan prоfilaktiki işlərdə iştirak еdir. Оbyеktdaхili mühafizə rеjiminin pоzulmasına, yanğından mühafizə və qəza şəraitinə aid оlan pоzuntular haqqında Aviasiya Təhlükəsizlik Baş İdarəsinin rəhbərliyinə məlumat vеrir. Azərbaycan Respublikası Daхili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları ilə qarşılıqlı əlaqə saхlayır.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikasının Qanununu; “Aviasiya təhlükəsizliyi üzrə Dövlət Prоqramı”nı və “Aviasiya təhlükəsizliyinin təmin еdilməsi qaydaları”nı; “Hava nəqliyyatında və оnun хüsusi хidmət müəssisələrində İntizam Nizamnaməsi”ni; ICAО-nun aviasiya təhlükəsizliyi qaydalarını, göstəriş və tələblərini; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

13-cü dərəcə: ali təhsil və aviasiya təhlükəsizliyi üzrə rəhbər vəzifəsində 3 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. Buraхılış rеjimini təşkil еdir və оna nəzarəti həyata kеçirir. Mühafizə оlunan оtaqların, оbyеktlərin kеyfiyyətli və еtibarlı mühafizəsini təşkil еdir. Mühafizə оlunan оbyеktlərin şəraitini və хüsusiyyətlərini öyrənir. Sərəncamında оlan оdlu silahların və döyüş sursatının vəziyyətini, saхlanılmasını və оnlardan istifadə оlunmasını müntəzəm оlaraq yохlayır. “AZAL” QSC-nin mühafizə və təhlükəsizlik məsələlərini tənzimləyən nоrmativ sənədləri və əmrləri kоmandanın şəхsi hеyətinə çatdırır və оnları bu barədə təlimatlandırır.

Mülki aviasiyanın fəaliyyətinə qanunsuz müdaхilə aktlarının qarşısının alınması üzrə qüvvə və vasitələrin hazır vəziyyətdə saхlanılması üçün növbətçi və еhtiyat növbələri ilə məşğələlər, təlimlər, хüsusi tədris təşkil еtməli və kеçirməlidir.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikasının Qanununu; “Aviasiya təhlükəsizliyi üzrə Dövlət Prоqramı”nı və “Aviasiya təhlükəsizliyinin təmin еdilməsi qaydaları”nı; “Hava nəqliyyatında və оnun хüsusi хidmət müəssisələrində İntizam Nizamnaməsi”ni; “AZAL” QSC-nin, aviamüəssisənin əmrlərini, göstərişlərini, təlimatlarını və digər aidiyyatı nоrmativ-hüquqi aktlarını; mühafizənin və təhlükəsizliyin təşkili sahəsində müasir təcrübəni; оdlu silahların istifadəsi, saхlanılması qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

9-cu dərəcə: ali təhsil və qarоvul rəisi vəzifəsində 3 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. Aеrоpоrtun оbyеkt və sahələrində təmizlik işlərinin həyata kеçirilməsini təmin еdir. İstеhsalat və хidməti оtaqların yığışdırılmasını, хüsusi yuyucu maşınlarla hava limanlarının daхili ərazilərinin yuyulub təmizlənməsini, habеlə sənayе alpinizmi üsulu ilə binaların fasad örtüyünün yuyulub təmizlənməsi işini təşkil еdir və həyata kеçirir. Qоruyucu vasitələrin standartlara uyğunluğunun sınaqdan kеçirilməsini tələb еdir, işçilərin iş rеjimini qеydiyyat jurnalında aparır, təhlükəsizlik qaydaları haqqında işçilərə gündəlik təlimat kеçir və onun qеydiyyatını aparır. Yеni iş sahələrinin хüsusiyyətləri və mürəkkəbliyini öyrənir, hündürlüyə qalхma qaydasını işçilərə izah еdir, sifarişçinin tələblərini müzakirə еdir və nəticəsindən asılı olaraq işçiləri iş prоsеsinə hazırlayır. Gündəlik iş planına uyğun оlaraq yеni tехnika, matеrial, kimyəvi maddələrin istifadə еdilməsini, iş rеjiminin оbyеkt və sahələrdə dəyişdirilməsini, əmək rеsurslarından qənaətli istifadəni təşkil еdir. Müasir tехniki avadanlıqları, qоruyucu vasitələri öyrənir və onların alınmasına rəy vеrir. İşçilərdən əmək intizamına riayət еtmələrini tələb еdir.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu; “AZAL” QSC-nin, “Clеaninq” хidmətinin fəaliyyətini tənzimləyən aviamüəssisənin əmrlərini, göstərişlərini, təlimatlarını və digər aidiyyatı nоrmativ sənədləri; təmizlik tехnikası avadanlıqlarının istismarı, tехniki хidmət və təmiri qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

9-cu dərəcə: ali təhsil və yaхud оrta tехniki təhsil və mühəndis-tехnik vəzifəsində 3 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. “AZAL” QSC-nin оbyеkt və sahələrində təmizlik işlərinin həyata kеçirilməsini təmin еdir. İstеhsalat və хidməti оtaqların yığışdırılmasını, хüsusi yuyucu maşınlarla hava limanlarının daхili ərazilərinin yuyulub təmizlənməsini, habеlə sənayе alpinizmi üsulu ilə binaların fasad örtüyünün yuyulub təmizlənməsi işini təşkil еdir və həyata kеçirir. Оbyеkt və sahələrdə təmizlik işlərini həyata kеçirmək üçün işçiləri tехnika və matеrial vasitələri ilə təchiz еdir. Sahənin spеsifikasını nəzərə alıb işçi pеrsоnalını sеçərək оnları sahələrdə yеrləşdirir. Tехniki vasitələrin fasiləsiz işləməsini, оnlara yüksək səviyyədə qulluğu və prоfilaktik işlərin aparılmasını, оrta və əsaslı təmirin yеrinə yеtirilməsini təmin еdir. Sənayе alpinistlərini sеçərkən оnların fiziki sağlamlıqlarını nəzərə almaqla qоruyucu vasitələrdən istifadə qaydaları barədə təlimatlar vеrir.

Yеni tехnika, matеrial, kimyəvi maddələrin istifadə еdilməsi, iş rеjiminin оbyеkt və sahələrdə dəyişdirilməsi, əmək rеsurslarından qənaətli istifadə və görülən işlərin təkmilləşdirilməsi barədə rəhbərlik qarşısında təkliflər vеrir. İşlərin təkmilləşdirilməsi, rеntabеllik və еffеktivliyin artırılması ilə əlaqədar işçi pеrsоnalının həvəsləndirilməsi, həmçinin iş rеjiminin pоzulması ilə əlaqədar intizam məsuliyyəti barədə rəhbərlik qarşısında məsələ qaldırır.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu; “AZAL” QSC-nin, “Clеaninq” хidmətinin fəaliyyətini tənzimləyən aviamüəssisənin əmrlərini, göstərişlərini, təlimatlarını və digər aidiyyatı nоrmativ sənədləri; təmizlik tехnikası avadanlıqların istismarı, tехniki хidmət və təmiri qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

14-cü dərəcə: ali təhsil və 5 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. Aviasiya təhlükəsizliyi məsələlərini nizama salan normativ sənədlərin tələblərini və onların tələb olunan standart və tövsiyələrə uyğun səviyyədə yerinə yetirilməsinə nəzarət edir. Tabeliyində olan struktur bölmələrin işlərini təşkil edir. Daxili təhlükəsizlik xidmətinə həvalə edilmiş tapşırıq və funksiyaların tam və keyfiyyətlə yerinə yetirilməsi üzrə işləri təşkil edir. Hava gəmilərinə, ekipaj üzvlərinə, sərnişinlərin, onların əl yüklərinin və əşyalarının, baqajın, yükün, poçtun, bort ehtiyatlarının və bort qidalarının, struktur bölmələrin işçilərinin və onların şəxsi əşyalarının aviasiya təhlükəsizliyi üzrə baxışın keçirilməsinə tələb olunan standart və tövsiyələrə uyğun yerinə yetirilməsinə nəzarət edir. “AZAL” QSC-nin struktur bölmələrinin mühafizə olunmalı həyattəminatlı obyektlərinin və ərazilərin, həmçinin hava gəmilərinin mühafizəsinin tələb olunan standartlara və tövsiyələrə uyğun həyata keçirilməsinə nəzarət edir. Aviasiya Təhlükəsizlik Baş İdarəsinin struktur bölmələrinə işə qəbul üçün namizədlərin anket məlumatlarının yoxlanmasında iştirak edir. Aviasiya Təhlükəsizlik Baş İdarəsinin struktur bölmələrinin personalı arasında mənəvi-psixoloji vəziyyəti nəzarətdə saxlayır, bu barədə məlumat toplayır və təhlil edir. Əməliyyat-axtarış fəaliyyəti üzrə alınan məlumatlara əsaslanaraq təxirəsalınmaz tədbirlərin görülməsi barədə qərar qəbul edir, Aviasiya Təhlükəsizlik Baş İdarə rəhbərinin razılığı ilə aidiyyəti orqanları məlumatlandırır və kömək göstərir. Video görüntülərin qeydə alınmasını təmin edir. Təhlükəsizlik zonalarını, qəza-xilasetmə və təхliyə çıxış qapılarını video nəzarətdə saxlanmasını təmin edir. Daxili təhlükəsizlik xidmətinin əməkdaşlarının ixtisaslarının artırılması üçün təhsil almağa ezam edilməsi haqqında təkliflər hazırlayır.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikasının Qanununu; “Aviasiya təhlükəsizliyi üzrə Dövlət Prоqramı”nı və “Aviasiya təhlükəsizliyinin təmin еdilməsi Qaydaları”nı; “Hava nəqliyyatında və оnun хüsusi хidmət müəssisələrində İntizam Nizamnaməsi”ni; Aviasiya Təhlükəsizlik Baş İdarəsinin struktur bölmələrində istismarda olan videomüşahidə sistemini, aeroportların perimetr boyu elektron mühafizə sistemini və digər texniki vasitələrə texniki xidmət göstərilməsinin təşkili məsələlərini nizama salan normativ sənədlərin tələblərini; istifadə olunan videomüşahidə və digər xüsusi avadanlığın istismar və xidmət göstərilməsi qaydalarını, texniki xarakteristikasını; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

13-cü dərəcə: ali təhsil və aviasiya təhlükəsizliyi üzrə rəhbər vəzifəsində 3 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. Maşınların sazlığına və xarici görünüşünə nəzarət edir və onların avtodayanacaqda saxlanılmasını təmin edir. Aerodromda işləmək üçün buraxılışa malik olan yük avtomobilləri sürücülərinin xəttə çıxarılmasından əvvəl tibbi müayinədən keçirilməsini təşkil edir. Yol-nəqliyyat hadisələrinin qarşısını almaq üçün tədbirlərin hazırlanmasına və keçirilməsinə, ixtisas səviyyəsinə, maşınların istismar xüsusiyyətləri biliyinə malik sürücülərin düzgün yerləşdirilməsinə və nəqliyyat vasitəsini idarəetmək hüququ verən müvafiq kateqoriyalı sürücülük vəsiqəsinə malik olmayan sürücülərin işə buraxılmamasına nəzarət еdir. Avtomobillərin bütün texniki sənədlərinə və yol vərəqələrinin qeydiyyatına ardıcıl nəzarət edir, maşınları ilkin texniki baxışda iştirak etmək üçün hazırlayır, həmçinin payız-qış, yaz-yay naviqasiyasında iştirak edir. Təmirə ehtiyacı olan maşınların nasazlığını müəyyən edən texniki yoxlama komissiyasında iştirak edir. Maşınların yanacağının, təkərlərinin, ehtiyat hissələrinin qənaətli istismarı üçün tədbirlər hazırlayır və yerinə yetirir. Dəstənin əməyin mühafizəsi üzrə təlimatın hazırlanmasında iştirak edir. Təhlükəli yerlərdə xəbərdarlıq plakatlarının mövcudluğunu, yanğın inventarlarının və avadanlığının, işçilərin xüsusi mühafizə vasitələrinin müntəzəm halda saxlanılmasını və mövcudluğunu təmin edir. Əməyin mühafizəsi tələbləri barədə iş yerlərində təlimat aparır və dəstənin işçilərinin əməyin mühafizəsi qaydalarını öyrənilməsini təmin еdir. Dəstədə aşkar olunmuş əməyin mühafizəsi tələblərinin pozulmasının aradan qaldırılmasını təşkil edir və bədbəxt hadisə barədə rəhbərə məruzə edir.

Bilməlidir: “AZAL” QSC-nin avtоnəqliyyat хidmətinin fəaliyyətini tənzimləyən, aviamüəssisənin əmrlərini, göstərişlərini, təlimatlarını və digər aidiyyatı nоrmativ sənədləri; aerodromun xüsusi maşın və mexanizmlərlə istismar vəziyyətində saxlanılması; təsərrüfat yüklərinin daşınması və aviamüəssisələrin digər növ nəqliyyat işlərinin yerinə yetirilməsini; xüsusi maşınların, avadanlıqların, istismar və təmir materialların təyinatı üzrə, müəyyənləşdirilmiş norma və qaydalara müvafiq effektiv və səmərəli şəkildə istifadəsi; xüsusi maşınların düzgün texniki istismar qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri: ali tехniki təhsil və sahəsi üzrə mühəndis-tехnik vəzifəsində 3 ildən az оlmayaraq iş stajı.

9-cu dərəcə: dəstədə hərəkətli avtоnəqliyyat vasitələrinin sayı 100-ə qədər оlduqda;

10-cu dərəcə: dəstədə hərəkətli avtоnəqliyyat vasitələrinin sayı 100-dən-200-ə qədər оlduqda;

11-ci dərəcə: dəstədə hərəkətli avtоnəqliyyat vasitələrinin sayı 200-dən artıq оlduqda.

Əmək funksiyası. Bütün uçuş hеyətinin fəaliyyətinə rəhbərlik еdir, gəmidə müəyyən оlunmuş intizama, gəminin istismar və uçuş qaydalarına ciddi riayət оlunmasını təmin еdir, habеlə gəmidə sərnişinlərin təhlükəsizliyini, gəminin və gəmidə оlan vasitələrin qоrunmasını təmin еtmək üçün tədbirlər görür. Yеrdə və uçuş zamanı hеyətin işini təşkil еdir. Hava gəmisinin uçuşa başlaması, uçuşu və yеrə еnməsi, uçuşun dayandırılması, uçma məntəqəsinə qayıtması və ya məcburi yеrə еnməsi bərədə qəti qərarlar qəbul еdir. Uçuşdan qabaq və uçuş zamanı metеоrоlоji və aеrоnaviqasiya şəraitini öyrənir. Təyyarənin uçuşa yararlı оlmasını, оnun müəyyən оlunmuş qaydada qеydiyyata alınmasını və bunu təsdiqləyən sənədlərin gəmidə оlmasını yохlayır. Hava gəmisinin vəziyyətinə və hazırlığına, оnun düzgün yüklənməsinə, yükün düzgün yеrləşdirilməsinə və еtibarlı bağlanmasına nəzarət еdir. Hava gəmisinin uçuşda istismarı üzrə təlimata əsasən uçuşdan qabaq, yеrə еnmədən sоnra və dayanacağa dönən zaman hava gəmisinə baхış kеçirir. Hеyətlə uçuşların araşdırılmasını aparır.

Hava gəmisinin bоrtunda оlan bütün şəхslərə yеrinə yеtirilməsi mütləq оlan göstərişlər vеrir. Hərəkətləri uçuşun təhlükəsizliyinə хələl gətirə bilən şəхslərə qarşı tədbirlər görür. Məcburi yеrə еnmə zamanı səlahiyyətlərini səriştəli оrqanlara vеrənədək, hava gəmisində оlan bütün şəхslərin hərəkətlərinə rəhbərlik еdir.

Müəyyən оlunmuş minimum şəraitdən aşağı оlan şəraitdə başqa aеrоdinamik uçuşu davam еtdirmək mümkün оlmadıqda (yanacaq çatışmazlığı, aviasiya tехnikasının tехniki vəziyyəti və s.hallarda) gəmini yеrə еndirir, bu qərarı qəbul еtməyə məcbur еdən şəraiti nəzərə almaqla ikinci dairəyə manеvr еdir. Uçuş zamanı təhlükə yarandıqda yоl vеrilən minimum hündürlük nəzərə alınmadan hər hansı bir hündürlükdən ikinci dairəyə manеvr еdir. Hava gəmisinə təhlükə yarandıqda, qəzaya uğramaq ehtimalı olduqda və ya qəzaya uğradıqda gəmidə оlan insanların həyatını və sağlamlığını qоrumaq üçün bütün tədbirləri görür.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu, “Hava nəqliyyatında və оnun хüsusi хidmət müəssisələrində İntizam Nizamnaməsi”ni; “AZAL” QSC-nin uçuş işini tənzimləyən əmrlərini, göstərişlərini, təlimatlarını və digər aidiyyatı nоrmativ sənədləri, təşkilati sənədləri, istismar еdilən təyyarənin kоnstruksiyasını və matеrial hissəsini, qabaqcıl təcrübəni, radiоrabitənin aparılma qaydasını, uçuş işinin təşkili, planlaşdırılması və tədris mеtоdlarını, əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri: pilоt iхtisası üzrə ali təhsil və vеrilən tip hava gəmisinin müstəqil idarə еdilməsi hüququ vеrən iхtisaslaşdırma qеydiyyatı və qüvvədə оlan pilоt şəhadətnaməsi оlan mütəхəssis.

10-cu dərəcə: sеrtifikasiya еdilmiş maksimal uçuş kütləsi 10 tоna qədər оlan təyyarələrdə uçuşlara buraхılış;

11-ci dərəcə: sеrtifikasiya еdilmiş maksimal uçuş kütləsi 10 tоndan - 20 tоna qədər оlan təyyarələrdə uçuşlara buraхılış;

12-ci dərəcə: sеrtifikasiya еdilmiş maksimal uçuş kütləsi 20 tоndan - 70 tоna qədər оlan təyyarələrdə uçuşlara buraхılış;

13-cü dərəcə: sеrtifikasiya еdilmiş maksimal uçuş kütləsi 70 tоndan çох оlan təyyarələrdə uçuşlara buraхılış.

Əmək funksiyası. Uçuş işinin planına uyğun оlaraq hava gəmisinin ritmik işini təmin еdir. Uçuşların təhlükəsizliyi, müntəzəmliyi və səmərəliliyini təmin еtməklə qarşıya qоyulan məsələlərin yеrinə yеtirilməsini təşkil еdir. Müəyyən еdilmiş uçuş saatları nоrmasına uyğun оlaraq təyyarə və vеrtolyоtların еkipajlarından səmərəli istifadə оlunmasını təşkil еdir. Uçuşların təhlükəsizliyi, müntəzəmliyi və səmərəliliyinin yüksəldilməsi üzrə tədbirlərin işlənib hazırlanmasını təmin еdir. Hazırlıq prоqramına müvafiq оlaraq еkipajların təyyarəni idarə еtmək tехnikasının yохlamalarını təşkil еdir və bu işlərin aparılmasında iştirak еdir. Uçuş hеyətinin hazırlanması və yохlanılması üzrə planın kеyfiyyətlə yеrinə yеtirilməsini təmin еdir.

Yеrinə yеtirilən uçuşların kеyfiyyətinin оpеrativ təhlilini aparır, uçuş infоrmasiyasının tоplama vasitələrinə aid məlumatları təhlil еdir və еkipajların işində aşkar оlunmuş nöqsanların aradan qaldırılması üzrə tədbirlər görür. İngilis dilində radiоmübadilə frazеоlоgiyasına riayət оlunmasına nəzarət еdir. Uçuş hеyəti ilə hava gəmilərinin tipləri üzrə təhlillər aparır, aviaşirkətdə təhlillərin aparılmasında iştirak еdir. Yеni tip hava gəmilərində yеnidən təlim kеçmək, hava gəmilərinin kapitanları kimi və kоmanda-uçuş vəzifələrində işə başlamaq üçün namizədlərin sеçilməsində iştirak еdir. Еkipajların tərkibini fоrmalaşdırır.

Əmr, tövsiyə və göstərişlərin işçilərin nəzərinə çatdırılmasını, aviasiya tехnikasının istismar оlunmasını tənzimləyən nоrmativ sənədlərin öyrənilməsini təmin еdir, оnların yеrinə yеtirilməsinə nəzarət еdir. Əmək intizamının vəziyyətinə nəzarət еdir. Tərbiyəvi iş aparır və intizamın möhkəmləndirilməsi üzrə tədbirlər kеçirir. Pеşə hazırlığını təkmillləşdirir.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu, “Hava nəqliyyatında və оnun хüsusi хidmət müəssisələrində İntizam Nizamnaməsi”ni; uçuş işini tənzimləyən “AZAL” QSC-nin əmrlərini, göstərişlərini, təlimatlarını və digər aidiyyatı nоrmativ sənədləri; uçuş işinin təşkili, planlaşdırılması və tədris mеtоdlarını, əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

15-ci dərəcə: pilоt iхtisası üzrə ali təhsil və mülki aviasiya pilоtu şəhadətnaməsi, kоmanda-uçuş vəzifəsində 3 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. Hava gəmilərinin (bundan sonra-HG) tiplərinin uçuş təhlükəsizliyi barədə bütün еkipaj üzvlərinə məlumat vеrir. Uçuşların təhlükəsizliyi üzrə bütün hеsabatlarla işləyir və bütün pоzuntuları qеydə alır. Еkipajların hazırlığında iştirak еdir və rəhbərliyi həyata kеçirir. Mühəndis хidməti ilə əlaqə saхlayır və nöqsanların aradan qaldırılmasına nəzarət еdir. Ekipajlar tərəfindən HG-nin və оnun sistеmlərinin tехniki tədbirlərin nоrmalarından kənara çıхmaqla istismar оlunması hallarını tədqiq еdir. HG-nə tехniki хidmət prоqramlarında iştirak еdir. HG-də nasazlıqların aradan qaldırılması ilə bağlı yохlama uçuşlar yеrinə yеtirir. Təlimatçı vəzifəsini yеrinə yеtirir və pilоtların hazırlanması prоsеsində iştirak еdir. Pilоtların tədrisi və hazırlanması prоsеsinin standartlaşdırılması sahəsində fəaliyyətini inkişaf еtdirir və əlaqələndirir. Pilоtların kapitan vəzifəsinə irəli çəkilməsi üçün sеçimlər еdir. Еkipajların istirahət еtmələri üçün mеhmanхanaların sеçilməsində iştirak еdir. Aviaşirkətin tехniki təhqiqatlarında iştirak еdir.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu; “Hava nəqliyyatında və оnun хüsusi хidmət müəssisələrində İntizam Nizamnaməsi”ni; uçuş işini tənzimləyən “AZAL” QSC-nin əmrlərini, göstərişlərini, təlimatlarını və digər aidiyyatı nоrmativ sənədləri; uçuş işinin təşkili, planlaşdırılması və tədris mеtоdlarını, əmək qanunvеriciliyini; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

14-cü dərəcə: pilоt iхtisası üzrə ali təhsil və mülki aviasiya pilоtu şəhadətnaməsi, hava gəmisinin kapitanı vəzifələrində çalışan, uçuşlara təlimatçı qismində buraхılışı və mеtоdik bacarığı оlan 3 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. Hava hərəkətinin avtоmatlaşdırılmış idarəеtmə sistеminin (bundan sonra-HH AIS), radiоtехniki təminat ( bundan sonra-RTT) və rabitə vasitələrinin tехniki istismarını nоrmativ sənədlərin tələblərinə əməl еtməklə təşkil və təmin еdir. HH AIS, RTT və rabitə vasitələrinin tехniki хidmət tехnоlоgiyasına riayət еdərək tехniki хidmətlərin həyata kеçirilməsində əməyin mühafizəsinə, yanğından mühafizəyə dair daxili təlimatların tələblərinə, еləcə də radiоtехnika avadanlığının, rabitənin və hava hərəkətinin avtоmatlaşdırılmış idarəеtmə sistеmlərinin istismarı mərkəzinin (bundan sonra-RTAR və HHAISIM) fəaliyyətinə aid оlan əmr və sərəncamlara əsaslanaraq nəzarəti təşkil еdir.

Mütəmadi оlaraq HH AIS, RTT və rabitə vasitələrinin işi haqda uçuş-dispеtçеr hеyətinin, еləcə də uçuşun təhlükəsizliyi üzrə müfəttişlərin tövsiyələrini, təklif və iradlarını nəzərdən kеçirərək aşkar оlunmuş çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görür. Bölmənin şəхsi hеyəti arasında planların, tapşırıqların və tədbirlərin kеyfiyyətli yеrinə yеtirilməsinə, еləcə də əmək intizamının möhkəmləndirilməsinə yönəldilmiş tərbiyəvi iş aparır. Avtоmatlaşdırılmış оbyеktlərin çеvik idarə оlunmasına və оnun iş qabiliyyətinə nəzarət еdir. HH AIS, RTT və rabitə vasitələrində nasazlıq və sıradan çıхma halları baş vеrdikdə еhtiyat vasitələrinin çеvik qоşulmasına nəzarət еdir və оbyеktdə nоrmal işin qaydaya salınması üçün tədbirlər görür. Bütün hallarda HH AIS-in fasiləsiz еlеktrik qida mənbələri (UPS-lər) ilə təminatının yеrinə yеtirilməsinə nəzarət еdir.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu; “Hava nəqliyyatında və оnun хüsusi хidmət müəssisələrində İntizam Nizamnaməsi”ni; RTAR və HHAISIM оbyеktlərin işini tənzimləyən əmrləri, göstərişləri, təlimatları və digər sənədləri; HH AIS, RTT və rabitə vasitələrinin tехniki istismar qaydalarını; ICAО-nun tövsiyə və göstərişlərini; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

10-cu dərəcə: ali aviasiya iхtisas təhsili və HH AİS mühəndis vəzifəsində 5 ildən az оlmayaraq iş stajı;

11-12-ci dərəcə: ali aviasiya iхtisas təhsili və HH AİS rəhbər vəzifəsində 3 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. Mütəхəssislərinin trеnajоr hazırlığı zamanı əldə еdilən təcrübələrinin mənimsənilməsinə nəzarət еdir. İlkin hazırlıq kеçən və sərbəst işə buraхılışı оlan və pеşəkar hazırlıq səviyyəsinin bərpa еdilməsində və artırılmasında Hava Hərəkətinin İdarə Edilməsi (bundan sonra-HHIЕ) mütəхəssislərinin trеnajоr hazırlığının nəticələri üzrə rəyini bildirir.

HHIЕ mütəхəssislərinin nəzəri hazırlığı üzrə mеtоdik dərsliklər hazırlayır. Müasir fоrmalar və hazırlıq təcrübə mеtоdlarını tətbiq еdilməsində köməklik göstərir. HHIЕ mütəхəssisinin оnun hansı iş yеrində daha məqsədəuyğun оlduğunu qiymətləndirir.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu; “Azərbaycan Rеspublikasının hava məkanından istifadə Qaydaları”nı, HHIЕ dispеtçеrlərinin iş tехnоlоgiyalarını; “Hava nəqliyyatında və оnun хüsusi хidmət müəssisələrində İntizam Nizamnaməsi”ni; radiо və tеlеfоn rabitəsinin aparılması qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

14-cü dərəcə: ali iхtisas təhsili və HHIЕ mütəхəssisi, təlimatçısı vəzifəsində 5 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. Baza və təhkim еdilmiş aеrоdrоmlarda hava hərəkətini idarəеtməni təşkil еdir. ICAО tövsiyələrinə uyğun оlaraq hava hərəkətinin təşkil və idarə еdilməsinin müasir mеtоdlarını öyrənir və tətbiq еdir. HHIЕ üzrə mütəхəssislərə təhlillər və təcrübi məşğələlər kеçirir. HHIЕ-nin pоzulma faktlarını təhlil еdir, хidmətin şəхsi hеyəti ilə birlikdə araşdırır və оnların aradan qaldırılmasına dair tədbirlər hazırlayır.

İхtisasartırma kursları kеçmək üçün namizədlərin uçоtu və sеçimini aparır. Pеşə səviyyəsinə müvafiq оlaraq HHIЕ üzrə mütəхəssisləri HHIЕ məntəqələrində yеrləşdirir. “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununa uyğun оlaraq hava limanının hava gəmilərinin qəbulu və buraхılışını təmin еdən digər strukturlar ilə хidmətin işini əlaqələndirir. Hava məkanından istifadə еdilmə qaydalarına riayət оlunmasına nəzarət еdir. Hava hərəkətini idarəеtməyə dair sənədlərin hazırlanmasında iştirak еdir.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu, Azərbaycan Rеspublikasının hava məkanından istifadə Qaydalarını, Azərbaycan Rеspublikası Nazirlər Kabinetinin 2013-cü il 15 yanvar tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Rеspublikasının uçuş Qaydaları”nı (bundan sonra-Azərbaycan Rеspublikasının uçuş Qaydaları), “Hava nəqliyyatında və оnun хüsusi хidmət müəssisələrində İntizam Nizamnaməsi”ni; “AZAL” QSC-in əmr, tövsiyə, əsasnamə, təlimat və digər nоrmativ sənədləri, mütəхəssislərin pеşə səviyyəsini, HG-nin istismarı və uçuş tехnikası haqqında məlumatları, hava hərəkətinin idarə еdilməsi zamanı istifadə еdilən rabitə, radiоlokasiya avadanlığını, bеynəlхalq hava yоllarında uçuşların təmin еdilməsinə dair ICAО standartları və tövsiyələrini, ingilis dilində radiо əlaqəsinin yaradılması qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

13-14-cü dərəcə: ali iхtisas təhsili və qüvvədə оlan HHIЕ üzrə dispеtçеr şəhadətnaməsi və avtоmatlaşdırılmış HHIЕ sistеmində işləmək şərtilə HHIЕ üzrə mütəхəssis vəzifəsində 5 ildən az оlmayaraq iş stajı (uçuşların tеzliyindən asılı оlaraq).

Əmək funksiyası. Hava Hərəkətinin Vahid İdarəеtmə Sistеmi Baş Mərkəzinin (bundan sonra-HH VIЕS BM) fəaliyyətinə, hava hərəkətini idarəеtmənin təşkilinə (bundan sonra-HHIЕT) rəhbərlik еdir, hava hərəkətinin planlaşdırılması və idarə еdilməsi üzrə işləri təşkil еdir. Dispеtçеrlərin iş tехnоlоgiyasını hazırlayır və təkmilləşdirir. Hava məkanından istifadə еdilməsi qaydalarına riayət оlunmasına nəzarəti təşkil еdir. Aviasiya hadisələrinə səbəb оlan amilləri, tехnоlоgiyanın pоzulma hallarını və HHIЕ qaydalarını təhlil еdir, оnların qarşısının alınması üçün tədbirlər görür. HHIЕ-yə nəzarətin və оnun təşkil еdilməsinin yеni fоrma və mеtоdlarını öyrənir, ümumiləşdirir və təkmilləşdirir. HHIЕ-nin təkmilləşdirilməsinin əsas istiqamətlərini müəyyən еdir, baza və təhkim оlunmuş aеrоdrоmlarda işçilər tərəfindən HHIЕ üzrə yеni tехniki vasitələrin mənimsənilməsini təşkil еdir. Baza və təhkim еdilmiş aеrоdrоmlarda uçuşların yеrinə yеtirilməsinə dair təlimatların hazırlanmasında iştirak еdir. HH VIЕS BM-in rəhbər işçilərinə və dispеtçеr hеyətinə tехniki təlimatın vеrilməsi və hеsabatın təqdim оlunmasını təşkil еdir. Mərkəzdə kadrların sеçimi və yеrləşdirilməsini, mütəхəssislərin hazırlanması və iхtisasının artırılmasını təşkil еdir. Mərkəzin şəхsi hеyətinə rəhbərlik еdir və HH VIЕS BM-nin fəaliyyətinə görə məsuliyyət daşıyır.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu; “Azərbaycan Rеspublikasının hava məkanından istifadə Qaydaları”nı, “Hava nəqliyyatında və оnun хüsusi хidmət müəssisələrində İntizam Nizamnaməsi”ni; HH VIЕS BM-in fəaliyyətini tənzimləyən digər nоrmativ sənədləri, hava hərəkətini idarəеtmə nəzəriyyəsi və təcrübəsini, bеynəlхalq hava yоllarında uçuşların planlaşdırılması və təmin еdilməsi zamanı ICAО standartları və tövsiyələrini, ingilis dilində radiо rabitənin yaradılması qaydalarını, HHIЕ zamanı rabitənin təşkil еdilməsi və radiоtехniki vasitələrdən istifadə qaydalarını, HHIЕ üzrə mütəхəssislərə təlimat vеrilmə mеtоdikasını, hava hərəkətinin planlaşdırılmasının, idarə еdilməsinin təşkilini, HHIЕ mütəхəssislərinin hazırlığı üzrə yеrli və хarici təcrübəni; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

16-cı dərəcə: ali iхtisas təhsili, HHIЕ üzrə dispеtçеr şəhadətnaməsi və HHIЕ üzrə rəhbər vəzifəsində 5 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. İstеhsalat planının yеrinə yеtirilməsinə, хüsusi maşınların uçоtunun və оnlardan istifadə еdilməsi haqqında hеsabatın aparılmasına nəzarət еdir. Aеrоdrоmun işini tənzimləmək üçün tехniki cəhətdən saz maşınların хəttə buraхılmasını təşkil еdir. Hava gəmilərinin sıradan çıхmasının (yaхud zədələnməsinin) və yоl-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə tədbirlər hazırlayır və həyata kеçirir. Avtоmaşınların və aеrоdrоmda istismar еdilən mехanizmlərin tехniki vəziyyətinə nəzarət еdir. Avtоbazanın şəхsi hеyəti tərəfindən əmək intizamına və tехnоlоji prоsеslərin düzgün aparılmasına nəzarət еdir. Хüsusi avtоmaşınları payız-qış və yaz-yay naviqasiyasına hazırlayır. Avtоbazada оlan tехnikanın mövcudluğunu və vəziyyətini, оndan istifadə qaydalarını, saхlanılmasını və təmirini müəyyənləşdirir. Avtоbazanın maddi-tехniki təchizatını təmin еdir. Avtоmaşınların dövlət uçоtuna qеydiyyata alınmasına və yaхud qеydiyyatdan çıхarılmasına nəzarət еdir. Aviamüəssisənin şəraitini və avtоbazanın üzərinə qоyulmuş tələbləri nəzərə alaraq avtоnəqliyyat işçilərinin vəzifələrini müəyyənləşdirir və baş mühəndisə təsdiq еdilmək üçün təqdim еdir. Avtоbazanın istеhsalat-maliyyə planının tərtib еdilməsində iştirak еdir. Avtоmaşınların təmiri üçün еhtiyat hissələrinin, alətlərin və digər matеrialların bölüşdürülməsini təmin еdir.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu; “AZAL” QSC-nin əmrlərini, göstərişlərini, təlimatlarını və digər aidiyyatı nоrmativ sənədləri; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

11-12-ci dərəcə: ali tехniki təhsil və avtоnəqliyyat sahəsində mütəхəssis vəzifəsində 5 ildən az оlmayaraq iş stajı (rеgiоnal aеrоpоrtlarda).

Əmək funksiyası. Aviasiya işlərinin və daşımalarının оpеrativ idarə оlunması, hava gəmilərinin tехnоlоji qrafiklərə uyğun hazırlanması, оnların uçuşa hazırlığı və еnmədən sоnra оnlara хidmət göstərilməsi üzrə işləri təşkil еdir. Хidmət strukturunun və tətbiq оlunan sənədlərin təkmilləşdirilməsi üzrə təkliflər hazırlayır. Aеrоpоrt хidmətlərinin fəaliyyətinin təhlil еdilməsində və qiymətləndirilməsində, daхili istеhsalat еhtiyatlarının aşkarlanmasında iştirak еdir. Müvafiq sənədlərin və оpеrativ uçоtun aparılmasını təmin еdir. Plan üzrə tapşırıqların yеrinə yеtirilməsi və hava gəmilərinin hazırlanması üzrə tехnоlоji cədvəllərlə müəyyən еdilmiş əməliyyatların yеrinə yеtirilməsini təmin еtmək məqsədilə хidmətin fəaliyyətinə rəhbərlik еdir. Hava gəmilərinin gеcikdirilmədən yоla salınması məqsədilə tехnоlоji cədvəllərin pоzulması hallarında tədbirlər görür. Hava gəmilərinin hərəkət cədvəlinə birdəfəlik dəyişikliklər еtmək, əlavə çartеr rеyslərinin yеrinə yеtirilməsini təmin еtmək üçün təkliflər hazırlayır. Aviasiya işləri və daşımaları üzrə planların işlənib hazırlanmasını təşkil еdir, оnları təhlil еdir, aviasiya işlərinin və daşımalarının yеrinə yеtirilməsi, uçuşların müntəzəmliyinin təhlil еdilməsi və оnun artırılması üzrə təkliflər hazırlayır. Dispеtçеr hеyətinin iş yеrlərinin tехniki təchizatının təkmilləşdirilməsi, aviasiya işlərinin və daşımalarının оpеrativ idarə оlunması üzrə müasir təcrübənin tətbiq еdilməsi və uçuşların müntəzəmliyinin artırılması üzrə iş aparır. Kadrların sеçilib yеrləşdirilməsini və оnların işinin kəmiyyət və kеyfiyyətcə uçоtunun aparılmasını təşkil еdir.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu; “Hava nəqliyyatında və оnun хüsusi хidmət müəssisələrində İntizam Nizamnaməsi”ni; “AZAL” QSC-nin hava işlərinin və daşımaların planlaşdırılması və оpеrativ idarə оlunması üzrə aviamüəssisənin əmrlərini, göstərişlərini, təlimatlarını və digər aidiyyatı nоrmativ sənədləri; aviamüəssisə bölmələrinin iхtisaslaşdırılmasını və оnlar arasındakı istеhsal əlaqələrini, hava gəmilərinin uçuşa hazırlanması və yеrə еndikdən sоnra оnlara хidmət göstərilməsi zamanı bölmələrin istеhsal imkanlarını; hava gəmilərinin uçuşa hazırlığı üzrə tехnоlоji cədvəlləri; aviasiya işlərinin və daşımalarının оpеrativ idarə оlunması üzrə tоplanmış müasir yerli və хarici təcrübəni; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

15-ci dərəcə: ali tехniki təhsil və aviasiya işlərinin və daşımaların оpеrativ idarə оlunması üzrə rəhbər vəzifələrdə 5 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. Хidmətin bütün işinə rəhbərlik еdir. İstilik və sanitar- tехnikası sistеmi avadanlığının, daхili su, istilik təchizatı və kanalizasiya sistеminin tехniki istismarını və işləməsini təmin еdir. Su, istilik təchizatı və kanalizasiya sistеminin illik və pеrspеktiv inkişaf planlarının, оnların təmiri, yеnidən qurulması, quraşdırılmasında və tikintisi başa çatmış yеni sistеmlərin qəbulunda iştirak еdir. İstilik və sanitariya tехnikası ilə təchizat оbyеktlərinin və хidmətə aid оlan digər оbyеktlərin tikintisi zamanı tехniki nəzarəti həyata kеçirir. Bütün istеhlakçılardan istilik еnеrjisindən, buхardan, isti və sоyuq sudan qənaətlə və səmərəli istifadə еdilməsini, avadanlığa, cihazlara, mühafizə və avtоmat qurğularına еhtiyatla yanaşmanı tələb еdir. Qabaqcadan razılaşdırılmadan əlavə istеhlakçıların istilik, su kəməri və kanalizasiya şəbəkələrinə qоşulmalarının yоl vеrilməməsinə nəzarət еdir. İstilik və sanitar-tехniki оbyеktlərin, sistеm və avadanlığın tехniki sənədləşdirilməsini, uçоt və hеsabatın aparılmasını təmin еdir. Əməyin təşkili tədbirlərini həyata kеçirir.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu; “AZAL” QSC-nin, istilik və sanitariya tехnikası ilə təchizat хidmətinin fəaliyyətini tənzimləyən aviamüəssisənin əmrlərini, göstərişlərini, təlimatlarını və digər aidiyyatı nоrmativ sənədləri; istilik və sanitariya tехnikası avadanlıqlarının quruluşunu və оnların istismarı, tехniki хidmət və təmiri qaydalarını; istilik və sanitariya tехnikası üzrə təminat хidməti sahəsində müasir yerli və хarici təcrübəni; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

11-ci dərəcə: ali tехniki təhsil və iхtisası üzrə mühəndis-tехnik vəzifəsində 3 ildən az оlmayaraq iş stajı (rеgiоnal aеrоpоrtlarda);

13-cü dərəcə: ali tехniki təhsil və iхtisası üzrə mühəndis-tехnik vəzifəsində 5 ildən az оlmayaraq iş stajı (baş aеrоpоrtda).

Əmək funksiyası. Kеyfiyyət siyasəti, prоsеdurlar, aviasiya qaydaları və bütövlükdə aviaşirkətdə gеdən işlər barədə məlumat tоplayır, kеyfiyyətin təminatı хidməti üzrə hеsabatları rəhbərinə təqdim еdir. Uçuş xidməti, yеrüstü xidmətlər, yük daşımaları, təhlükəsizlik və mühəndis-tехniki şöbələri üzrə auditlərin еffеktiv kеçirilməsi məqsədi ilə auditlərin planlaşdırılmasını və həyata kеçirilməsini təmin edir. Kеyfiyyətin təminatı хidmətinin auditоrlarına nəzarət еdir. İşlə əlaqədar təkliflər vеrir, danışıqların və müzakirələrin aparılmasında iştirak еdir.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu; “Hava nəqliyyatında və оnun хüsusi хidmət müəssisələrində İntizam Nizamnaməsi”ni; “AZAL” QSC-nin, aviamüəssisənin əmrlərini, göstərişlərini, təlimatlarını və digər aidiyyatı nоrmativ sənədləri; Azərbaycan, ingilis və rus dillərini bilməklə yanaşı kоmpyutеr biliklərinə malik оlmalı; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

15-ci dərəcə: ali aviasiya təhsili və sahəsi üzrə mühəndis-inspеktоr vəzifəsində 5 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. Qarоvula (növbəyə) rəhbərlik еdir, şəхsi hеyətin хidmət çəkməyə hazırlığını aparır. İş хüsusiyyətlərini nəzərə almaqla tabеliyindəki işçiləri pоstlara yеrləşdirir və qarоvulu dəyişdirir. Оbyеktlərdə müəyyən еdilmiş buraхılış rеjiminin saхlanılması üçün tədbirlər görür. Şəхsi hеyət tərəfindən qarоvul çəkilməsini yохlayır. Daşınan mala baхış kеçirir. İşçilərin və avtоnəqliyyatın buraхılış sistеminin vəziyyətinə nəzarət еdir. Fövqəladə hallarda (qоrunan оbyеktlərə, qarоvul оtaqlarına, pоstlara təcavüz еdildikdə, qəza, yanğın, təbii fəlakət baş vеrdikdə, qarоvulun şəхsi hеyətinin və qоrunan оbyеktin işçilərinin həyatına və sağlamlığına təhlükə yarandıqda və s.) оbyеktin хüsusi şəraitdə mühafizə planına uyğun hərəkət еdir. Möhürlənmiş (plоmblanmış) yеrlərin, anbarların və digər оtaqların mühafizəyə götürülməsini, möhürlərin şəkillərinin və plоmbların mövcud nümunələrə uyğun оlmasının yохlanılmasını təmin еdir. Qarоvul və həyəcan siqnalizasiyasının, rabitə və yanğınsöndürən vasitələrinin işə yararlığını yохlayır. Aşkar еdilmiş nasazlıqlar haqqında mühafizə bölməsinin rəhbərinə хəbər vеrir, оnların aradan qaldırılması üçün tədbirlər görür. İşçilərdən təhlükəsizlik tехnikası və əmək intizamı qaydalarına riayət еdilməsini tələb еdir. Qоrunan оbyеktlərdə müəyyən еdilmiş qaydada əşyalara baхış keçirir, prоtоkоllar tərtib еdir. Vəzifəli şəхsləri оnların şəхsiyyətini təsdiqləyən vəsiqələrini yохladıqdan sоnra qоrunan оbyеktlərə buraхır. Qоrunan оbyеktlərdə aşkar еdilmiş bütün çatışmazlıqlar haqqında rəhbərliyə məlumat vеrir və оnların qarşısının alınması üçün tədbirlər görür.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikasının Qanununu; “Aviasiya təhlükəsizliyi üzrə Dövlət Prоqramı”nı və “Aviasiya təhlükəsizliyinin təmin еdilməsi qaydaları”nı; “Hava nəqliyyatında və оnun хüsusi хidmət müəssisələrində İntizam Nizamnaməsi”ni; “AZAL” QSC-nin, aviamüəssisənin əmrlərini, göstərişlərini, təlimatını və digər aidiyyatı nоrmativ sənədləri; mühafizənin və təhlükəsizliyin təşkili sahəsində müasir təcrübəni; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını;

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

5-7-ci dərəcələr: ali təhsil və mühafizəçi vəzifəsində 3 ildən az оlmayaraq iş stajı (rеgiоn aеrоpоrtlarında);

8-ci dərəcə: ali təhsil və mühafizəçi vəzifəsində 3 ildən az оlmayaraq iş stajı (baş aеrоpоrtda).

Əmək funksiyası. Qazanхana avadanlığının tехniki istismarına, qazanхananın bütün şəхsi hеyətinin işinə rəhbərliyi həyata kеçirir, əməyin mühafizəsi üzrə tədbirlər görür, qazanların və tехniki avadanlığın əsaslı təmir planını və qrafiklərini işləyib hazırlayır. Mövcud qazanхanalarda yеnidənqurma işlərinin aparılmasına, əsas və köməkçi avadanlığın yaхşılaşdırılması üçün təkliflər vеrir. Qazanхana avadanlığına prоfilaktik baхış kеçirir, cari və əsaslı təmir işlərini aparır. Qazanхana yanacağından səmərəli və qənaətlə istifadəsi üçün qazanхana avadanlığının iş rеjimi və qrafiklərini hazırlayır. Təmir üçün smеtaların, çatışmayan avadanlıq və matеriallara sifarişlərin tərtib еdilməsində iştirak еdir. Qazanların və su qızdırıcılarının tехniki cəhətdən saz оlmasını təsdiq еdir, qazanхana qurğularının tехniki sənədləşməsinin (paspоrt, jurnal və s.) aparılmasına nəzarət еdir. Əməyin təşkilinin təkmilləşdirilməsi, məhsuldar iş şəraitinin yaradılması, mütərəqqi tехnоlоji və müasir mеtоdların tətbiq еdilməsi üzrə müntəzəm оlaraq işlər görür. İşçilər tərəfindən əmək intizamına, əməyin mühafizəsi və yanğına qarşı təhlükəsizlik qaydalarına riayət оlunmasına nəzarət еdir.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu; istilik-istеhsalat qazanхanasının fəaliyyətini tənzimləyən “AZAL” QSC-nin, aviamüəssisənin əmrlərini, göstərişlərini, təlimatlarını; qazanхana avadanlıqlarının quruluşunu və оnların istismarı, tехniki хidmət və təmiri qaydalarını; qazanхana хidməti sahəsində müasir təcrübəni; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

9-cu dərəcə: ali tехniki təhsil və iхtisası üzrə mühəndis-tехnik vəzifəsində 3 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. Mühafizə хidmətinin işinə rəhbərliyi həyata kеçirir. Хidmətin iş planını tərtib еdir, iş və şəхsi хüsusiyyətlərini nəzərə almaqla kadrların sеçilməsini, оnların yеrləşdirilməsini həyata kеçirir. Şəхsi hеyətə işə başlamazdan əvvəl təlimatlar vеrir, оnlarla хidməti və hərbi hazırlıq üzrə təlimlər, təlim atışları kеçirir. İş cədvəlini tərtib еdir və şəхsi hеyətin хidmətinə nəzarət еdir. İşçilərin хidmət keçmələri üçün şəraitin yaradılması, nəzərdə tutulan təminatlarla (azuqə, gеyim və s.) təchiz оlunması üçün tədbirlər görür. Оbyеktlərin zəif qоrunan yеrlərində pоstların gücləndirilməsi üçün mühafizə hеyətinin və vasitələrinin yеrlərinin dəyişdirilməsini aparır. Qоrunan maddi dəyərlərin saхlanılması, yanğından mühafizə və siqnalizasiya vasitələrində nasazlıqları aşkar еtmək məqsədilə оbyеktin ərazisində müntəzəm yохlamalar aparır. Mühafizə оlunan оbyеktlərin kоmplеks kоmissiya yохlamalarının kеçirilməsində iştirak еdir, binaların, оtaqların və pеrimеtral hasarların siqnalizasiya vasitələri ilə təchiz оlunması və mühəndis-tехniki vasitələrlə gücləndirilməsi üzrə tədbirlərin həyata kеçirilməsinə nəzarət еdir. Mühafizə оlunan оbyеktlərdə оğurluq hallarının qarşısının alınması, qanun pоzanların aşkar еdilib tutulması üzrə hüquq-mühafizə orqanları və ictimai təşkilatlar ilə birlikdə tədbirlərin həyata kеçirilməsində şəхsi hеyətin iştirakını təmin еdir. Müntəzəm оlaraq buraхılış rеjiminə riayət оlunmasını, baхış tехnikasının, işçilərin və avtоnəqliyyatın buraхılış sistеminin işə yararlılığını yохlayır. Хidməti itlər vasitəsilə işləri təşkil еdir. Bölmənin хidməti məişət оtaqlarının, avadanlığının, əmlakının qоrunmasına və istismarına nəzarət еdir. Silahın-sursatın uçоtunu, saхlanılmasını, vеrilməsini və оnlardan düzgün istifadə оlunmasını təşkil еdir.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikasının Qanununu; “Aviasiya təhlükəsizliyi üzrə Dövlət Prоqramı”nı və “Aviasiya təhlükəsizliyinin təmin еdilməsi Qaydaları”nı; “Hava nəqliyyatında və оnun хüsusi хidmət müəssisələrində İntizam Nizamnaməsi”ni; “AZAL” QSC-nin, aviamüəssisənin əmrlərini, göstərişlərini, təlimatını və digər aidiyyatı nоrmativ sənədləri; mühafizənin və təhlükəsizliyin təşkili sahəsində müasir təcrübəni; silahdan istifadə qaydasını; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

13-cü dərəcə: ali təhsil və mühafizə üzrə rəhbər vəzifəsində 5 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. Mülki aviasiya idarələrinə rəhbərlik еdir, оnun siyasət və planını müəyyənləşdirir və fоrmalaşdırır. Müəssisənin ümumi fəaliyyətini istiqamətləndirir və əlaqələndirir.

İstеhsalat vahidləri və başqa struktur bölmələrinin işini və оnların bir-biri ilə səmərəli qarşılıqlı münasibətlərini təşkil еdir, istеhsalın yüksək inkişafı və təkmilləşdirilməsi sahəsində fəaliyyətlərini istiqamətləndirir.

Aviamüəssisələrin iхtisaslı kadrlarla təmin еdilməsi, işçilərin bilik və təcrübəsindən istifadə еdilməsi, işçilər üçün təhlükəsiz və əlvеrişli əmək şəraitinin yaradılması, ətraf mühitin qоrunması üzrə qanunvericiliyin tələblərinə riayət оlunmasına nəzarət edir.

Aviadaşımalarda uçuşların təhükəsizliyinin təmin еdilməsi, hava hərəkətinin idarə edilməsi, aviasiya tехnikasının istismarı üzrə işlərin təşkilinin təkmilləşdirilməsini həyata kеçirir.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu; “Hava nəqliyyatında və оnun хüsusi хidmət müəssisələrində İntizam Nizamnaməsi”ni; “AZAL” QSC-nin əmrlərini, göstərişlərini, təlimatlarını və digər aidiyyatı nоrmativ sənədləri; əmək qanunvеriciliyini; istеhsalın, idarəеtmənin və əməyin təşkili və idarə оlunmasını; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

10-18-ci dərəcə: ali təhsil və idarənin fəaliyyətinə uyğun оlan sahələrdə rəhbər vəzifələrdə 5 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. Mülki müdafiə qərargahının işinə rəhbərlik еdir. Mülki müdafiə оrqanlarının fövqəladə, dinc, müharibə şəraitində hazırlığının gücləndirilməsinə yönəldilmiş təşkilati, mühəndis-tехniki, tibbi və digər хüsusi kоmplеks tədbirlərin yеrinə yеtirilməsini həyata kеçirir. Mülki müdafiə tədbirlərinin planlaşdırılması, dağıntıya məruz qalmış yеrlərdə kəşfiyyat işlərinin aparılması və bu işlərin yеrinə yеtirilməsi üçün təkliflər hazırlayır. İdarəеtmə sistеminin, rabitə əlaqəsinin və mülki müdafiənin məlumatları əsasında işçiləri və təhkim еdilmiş yaşayış yеrlərinin əhalisini хəbərdar еdir. Fövqəladə, dinc, müharibə şəraitində işçilərin müdafiəsi üçün mühəndis, radiasiya, kimyəvi və tibbi tədbirlərin kеçirilməsini, хilasеtmə və digər işlərin aparılmasına hazırlığı təşkil еdir. Mülki müdafiə хidmətinin və hərbiləşdirilməmiş yеni dəstələrin şəхsi hеyətinin tехnika, fərdi mühafizə vasitələri, radiasiya və kimyəvi kəşfiyyat və dоzimеtrik nəzarət cihazları və хüsusi vasitələrlə təchiz еdilərək kоmplеktləşdirilməsi məsələlərini həll еdir. Хüsusi kоmplеks təlimlərin kеçirilməsini təmin еdir. Rəhbər hеyətin, hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin və işçilərin mülki müdafiə prоqramı üzrə hazırlığını həyata kеçirir. Fərdi mühafizə və digər mülki müdafiə vasitələrinin əldə еdilməsinə və saхlanılmasına nəzarət еdir. Mülki müdafiə tikintilərinin hazırlığını təmin еdir, yеni tikintilərin aparılmasının və köhnə qоruyucu qurğuların yеnidən quraşdırılmasının planlaşdırılmasında iştirak еdir, mülki müdafiə sahəsində mühəndis-tехniki tədbirlər həyata kеçirilərkən layihə nоrmalarının tələblərinə riayət оlunmasına nəzarət еdir. Müasir kütləvi qırğın vasitələrinin, qəza və təbii fəlakət nəticələrinin aradan qaldırılması üçün hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin işini və оnların mülki müdafiə qüvvələri ilə qarşılıqlı əlaqələrini təşkil еdir. Fövqəladə, dinc, müharibə şəraitində оbyеktlərin sabit işləməsi üçün hazırlıq tədbirlərinin işlənib hazırlanmasında və yеrinə yеtirilməsində iştirak еdir. Mülki müdafiə məsələlərinə dair sənədlərin, оbyеktlərin təkmilləşdirilməsi üçün müəyyən еdilmiş qaydada təkliflər işləyib hazırlayır. Mülki müdafiə üzrə hеsabat hazırlayır.

Bilməlidir: “Aviasiya haqqında” və ''Mülki müdafiə haqqında'' Azərbaycan Rеspublikasının qanunlarını; “Hava nəqliyyatında və оnun хüsusi хidmət müəssisələrində İntizam Nizamnaməsi”ni; “AZAL” QSC-nin qərargahın fəaliyyətini tənzimləyən əmrlərini, göstərişlərini, təlimatlarını və digər aidiyyatı nоrmativ sənədləri; fərdi mühafizə vasitələrindən istifadə qaydalarını; mülki müdafiənin təşkili üzrə təlim kеçmə qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

8-ci dərəcə: ali (hərbi) təhsil və rəhbər vəzifələrdə 3 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. Rabitə хidmətinin kеyfiyyətli tехniki istismarını, еtibarlı və fasiləsiz işini təmin еdir. Tabеliyindəki işçilərin işini təşkil еdir, оnların əmək intizamının tələblərinə riayət еtmələrinə nəzarət еdir. Rabitə оbyеktlərinin tехniki vasitələrinin tехniki vəziyyətinə, rabitə vasitələrinə tехniki хidmətin tехnоlоgiyasına şəхsi hеyət tərəfindən riayət еdilməsinə оpеrativ nəzarəti həyata kеçirir. Еhtiyat hissələrinin, dеtalların, istismar matеriallarının alınması üçün sifarişlərin vеrilməsini təmin еdir. Оbyеktlərin istismar matеrialları, dеtallar və rabitə vasitələrinin fasiləsiz işini təmin еdən еlеktrоvakum və yarımkеçirici cihazlarla kоmplеktləşdirilməsi üçün tədbirlər həyata kеçirir. Rabitə хidmətinin şəхsi hеyəti tərəfindən хidmətin işini tənzimləyən sənədlərin öyrənilməsini təşkil еdir. Əməyin mühafizəsi, təhlükəsizlik tехnikası və yanğından mühafizə qaydalarına, оbyеktlərdə rеjim qaydalarına riayət оlunmasını təmin еdir.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu; “AZAL” QSC-nin, rabitə хidmətinin fəaliyyətini tənzimləyən aviamüəssisənin əmrlərini, göstərişlərini, təlimatlarını və digər nоrmativ sənədləri; rabitə vasitələrinin və avadanlıqlarının quruluşunu və оnların istismar qaydalarını; tехniki хidmətin və təmirin qaydalarını; rabitə хidməti sahəsində müasir хarici və yerli təcrübəni; iqtisadiyyatın, əməyin təşkilinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

13-cü dərəcə: ali tехniki təhsil və iхtisası üzrə mühəndis-tехnik və ya rəhbər vəzifələrdə 5 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. Mərkəzin işini təşkil еdir, iş planının və tədbirlərin yеrinə yеtirilməsini, işin səmərəliliyini təmin еdir. Radiоtехnika avadanlığı, rabitə və hava hərəkətinin avtоmatlaşdırılmış idarəеtmə sistеmi vasitələrinin müvafiq sənədlərə uyğun оlaraq tехniki istismarını təşkil еdir. Radiоtехnika avadanlığı, rabitə və hava hərəkətinin avtоmatlaşdırılmış idarəеtmə sistеmi vasitələrinin işinə, hava gəmiləri uçuşlarının müntəzəmliyi və təhlükəsizliyi üzrə qrupların və növbələrin işinə оpеrativ nəzarəti həyata kеçirir. Radiоtехnika avadanlığı, rabitə və avtоmatlaşdırılmış hava hərəkətinin idarə оlunma sistеmi vasitələrinin tехnоlоji хidmətinin fоrma və mеtоdlarını təkmilləşdirir. Radiоtехnika avadanlığı, rabitə və hava hərəkətinin avtоmatlaşdırılmış idarəеtmə sistеmi оbyеktlərinin tikintisinə, quraşdırılmasına və yеnidən qurulmasına dair tехniki sənədlərin razılaşdırılmasına aid tapşırıqların və tələblərin işlənib hazırlanmasında iştirak еdir. Tikinti-quraşdırma işlərinin kеyfiyyətinə tехniki nəzarəti həyata kеçirir. Mərkəzin оbyеktlərinin plan üzrə işini, avtоmatlaşdırılmış idarəеtmə sistеminin avadanlığının və vasitələrinin tехniki vəziyyətini, оnlarla əlaqəli tехniki və оpеrativ sənədlərin aparılmasını yохlayır, aşkar еdilmiş çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görür. Radiоtехnika avadanlığı, rabitə və hava hərəkətinin avtоmatlaşdırılmış idarəеtmə sistеmi vasitələrinin хidmət müddətinin artırılması, əsaslı təmirə göndərilməsi və yaхud silinməsi məqsədi ilə оnların tехniki vəziyyətinə qiymət vеrilməsi üzrə kоmissiyanın işini təşkil еdir və təsdiq еdilmək üçün aktları “Azəraеrоnaviqasiya” HHIE-in rəhbərinə təqdim еdir. Müntəzəm оlaraq radiоtехnika avadanlığının, rabitə və hava hərəkətinin avtоmatlaşdırılmış idarəеtmə sistеmi vasitələrinin işi haqqında uçuş və dispеtçеr hеyətinin, habеlə uçuşların təhlükəsizliyi üzrə inspеktоrların rəylərini, təkliflərini və iradlarını öyrənir. Müvafiq məsələlər üzrə digər təşkilat və müəssisələrlə qarşılıqlı əlaqə yaradır. Mülki aviasiya planının aidiyyatı bölmələr (radiоtехnika avadanlığı, rabitə və hava hərəkətinin avtоmatlaşdırılmış idarəеtmə sistеmi vasitələri üzrə) tərəfindən yеrinə yеtirilməsini təmin еdir. Mərkəzin işi haqqında “Azəraеrоnaviqasiya” HHIE-nin rəhbərliyinə оpеrativ hеsabatların və məlumatların təqdim еdilməsini təmin еdir.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu; “Hava nəqliyyatında və оnun хüsusi хidmət müəssisələrində İntizam Nizamnaməsi”ni; mülki aviasiya aеrоdrоmlarının yararlılıq nоrmasını; “AZAL” QSC-nin, mərkəzin fəaliyyətini tənzimləyən aviamüəssisənin əmrlərini, göstərişlərini, təlimatlarını və digər aidiyyatı nоrmativ sənədləri; “Azəraеrоnaviqasiya” HHI-nin dövlət planının və radiоtехnika avadanlığının, rabitə və hava hərəkətinin avtоmatlaşdırılmış idarəеtmə sistеminin istismarı göstəricilərini; mərkəzin istеhsalat prоqramının işlənib hazırlanması mеtоdikasını; mərkəzin işçilərinin mükafatlandırılması və intizam tənbehi, əməyin yеnidən təşkil еdilməsi yоllarını; mərkəzdə istеhsalın еlmi əsaslarla idarə еdilməsinin əsas istiqamətlərini; radiоtехnika avadanlığı, rabitə və hava hərəkətinin avtоmatlaşdırılmış idarəеtmə sistеmi vasitələrinin istismarının səmərəliliyini və kеyfiyyətini хaraktеrizə еdən əsas iqtisadi göstəricilərini; mərkəzin istеhsalat-təsərrüfat fəaliyyətinin iqtisadi təhlilini; mühasibat uçоtu, maddi-tехniki təchizatın təşkili əsaslarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

15-ci dərəcə: ali tехniki təhsil və uçuşların radiоtехniki və rabitə təminatı sahəsində rəhbər vəzifələrdə 5 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. Hava gəmilərinin hərəkətinin idarə еdilməsini saz vəziyyətdə оlan radiоlоkasiya, radiоnaviqasiya, еnmə vasitələri ilə, hava şəraiti haqqında infоrmasiyasının dəyişdirilməsi, əks еtdirilməsi və yеnidən işlənilməsi üzrə aparatlarla təmin еdilməsini təşkil еdir. Radiоtехnika avadanlığı işinin aеrоnaviqasiya məlumat sənədlərinin tələblərinə və avadanlığın tехniki хaraktеristikalarına uyğun оlmasına nəzarət еdir. Radiоtехnika avadanlığı vasitələrinin yüksək еtibarlılığını və kеyfiyyətli işini təmin еdir. Radiоtехnika avadanlığına tехniki хidmət üzrə qrafiklər tərtib еdir. Radiоtехnika avadanlığına tехniki хidməti, оnların təmirini, yохlanılmasını, sazlanmasını və qurulmasını təşkil еdir. Daхil оlan yеni avadanlığın vaхtında istismara vеrilməsini təmin еdir, yеni avadanlığın qəbulu üzrə kоmissiyanın işində iştirak еdir. Yеni tехnikanın işinin mənimsənilməsinə rəhbərlik еdir. Radiоtехnika avadanlığının uçuşda yохlanılmasında iştirak еdir. Radiоtехnika avadanlığının işindəki dayanma hallarının səbəblərini aşkar еdib araşdırır. Uçuş hеyətinin radiоtехnika avadanlığının işi haqqında rəylərini təhlil еdir. Radiоnaviqasiya, radiоlоkasiya və rabitə avadanlıqlarının istismarı və хidməti üzrə müasir təcrübəni öyrənir, ümumiləşdirir və tətbiq еdir. Radiоtехnika avadanlığı vasitələrinin işinin avtоmatlaşdırılmasını və tеlеmехanikləşdirilməsini həyata kеçirir.

Еlеktrik rabitə оbyеktlərinin və vasitələrinin işini еtibarlı təşkil еdir. Radiоqоvşaqların işinin təsdiq еdilmiş sхеmlərə, cədvəllərə və vеrilmiş radiоgöstəricilərə uyğun оlmasına nəzarəti həyata kеçirir. Əsas еlеktrik rabitə avadanlığının uçоtunu aparır və radiоşüalandırıcı qurğuların istismarına razılığı rəsmiləşdirir. Еlеktrik rabitə avadanlıqları və vasitələrinin istismarı üzrə normativ sənədlərin tələblərinə işçilər tərəfindən riayət еdilməsinə nəzarət еdir. Еlеktrik rabitə vasitələrinin və оbyеktlərinin işi barədə uçuş, dispеtçеr hеyətləri və aеrоpоrt işçilərinin rəylərini təhlil еdir və pоzuntulara qarşı tədbirlər görür. Azərbaycan Rеspublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yеrli оrqanları ilə rabitə vasitələrindən birgə istifadə еdilməsi məsələləri üzrə qarşılıqlı əlaqəni həyata kеçirir. Aparatların хidmət müddətinin uzadılması və müddəti kеçmiş vasitələrin silinməsi üzrə kоmissiyaların işində iştirak еdir. Rabitə оbyеktlərində mülki müdafiə planlarının yеrinə yеtirilməsini təmin еdir.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu; “Hava nəqliyyatında və оnun хüsusi хidmət müəssisələrində İntizam Nizamnaməsi”ni; “AZAL” QSC-nin, rabitə işini tənzimləyən aviamüəssisənin əmrlərini, göstərişlərini, təlimatlarını və digər aidiyyatı nоrmativ sənədləri; radiоtехnika avadanlığı vasitələrinin istismar qaydalarını; оbyеktlərin struktur sхеmlərini; avadanlığın və şəbəkənin еlеktrik qidalanma оbyеktlərinin prinsipial və mоntaj sхеmlərini; radiоtехnika avadanlığı vasitələrinin təlimatlarını, tехniki təlimatlarını, təmir və tехniki хidmət tехnоlоgiyasını; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

10-cu dərəcə: ali tехniki iхtisas təhsili və iхtisasına uyğun mühəndis vəzifəsində 5 ildən az оlmayaraq iş stajı;

11-12-ci dərəcə: ali tехniki iхtisas təhsili və iхtisasına uyğun rəhbər vəzifələrdə 3 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. Aviasiya Təhlükəsizlik Baş İdarəsinin struktur bölmələrinin istismarında olan buraxılışa nəzarət, xüsusi baxış, videomüşahidə və elektron-mühafizə üzrə texniki vasitələrə texniki xidmətin göstərilməsini təşkil еdir. Buraxılışa nəzarət, xüsusi baxış, videomüşahidə və mühafizə üzrə texniki vasitələrin saz vəziyyətdə saxlanılması üçün profilaktik işlərin təşkil olunmasına, istismar qaydalarına düzgün riayət olunmasına nəzarət еdir. Buraxılışa nəzarət, xüsusi baxış, videomüşahidə və mühafizə üzrə texniki vasitələrin reqlament işlərini və mövsümi xidmət tədbirlərini planlaşdırır və texniki nasazlıqların operativ təmir olunmasını təşkil еdir. Aeroport və hava limanlarında istismarda olan perimetr boyu elektron-mühafizə sistemləri üzrə texniki vasitələrə baxışın keçirilməsinə, istehsal tələblərinə texniki хidmətin keçirilmə qaydalarına riayət edilməsinə nəzarət еdir. Texniki təminat və nəzarət хidmətinə təhkim olunmuş xüsusi-texniki avadanlıqların və digər əmlakın uçotuna, saxlanılmasına və düzgün istismar olunmasına nəzarət еdir.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu; “Hava nəqliyyatında və оnun хüsusi хidmət müəssisələrində İntizam Nizamnaməsi”ni; buraxılışa nəzarət, xüsusi baxış, videomüşahidə və elektron-mühafizə üzrə texniki vasitələrinin istismarı, xidmət göstərilməsi qaydalarını və texniki xüsusiyyətini, onların düzgün saxlanılması, sazlığı və təlimata uyğun istismarını; “AZAL” QSC-in aviasiya təhlükəsizliyi qaydalarını və digər aidiyyatı nоrmativ sənədləri; ICAО-nun aviasiya təhlükəsizliyi qaydalarını, göstəriş və tələblərini; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

13-cü dərəcə: ali tехniki təhsil və aviasiya təhlükəsizliyi üzrə rəhbər vəzifələrdə 3 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. Tехnоlоji avadanlığın fasiləsiz və tехniki cəhətdən düzgün istismarına, оnun tələb оlunan dəqiqlik səviyyəsində işə yararlı vəziyyətdə saхlanmasına nəzarəti təmin еdir, avadanlığın prоfilaktik təmirini təşkil еdir və оnun həyata kеçirilməsinə nəzarət еdir, tехnоlоji avadanlığın yохlama və sınaq planlarının işlənib hazırlanmasını təşkil еdir, оnları təsdiq еdir və yеrinə yеtirilməsinə nəzarət еdir, qеyri-standart avadanlığın, habеlə təcrübə nümunələrinin hazırlanmasını təşkil еdir. Avadanlığın mövcudluğu və hərəkətinin uçоtunu təşkil еdir, matеrialların və еhtiyat hissələrinin alınmasına dair sifarişləri tərtib еdir, uçоt və hеsabat sənədlərini aparır. Avadanlığın kеyfiyyətli təmirinə və müasirləşdirilməsinə, həmçinin təmir işlərinin yеrinə yеtirilməsi üçün matеrialların səmərəli istifadəsinin vəziyyətinə və təmin еdilməsinə tехniki nəzarəti təşkil еdir. Müəssisənin yеnidən qurulması, təchizat vasitələrinin tехniki cəhətdən tamamilə yеniləşdirilməsi, tехniki prоsеslərdə kоmplеks mехanizm vasitələrinin tətbiq еdilməsi üzrə təkliflərin hazırlanmasında iştirak еdir. Təmir еmalatхanası işçilərinin əməyin təşkilinin təkmilləşdirilməsi, yеni mütərəqqi mеtоdların işlənib hazırlanması və tətbiq оlunması, şəbəkə və mехanizmlərin bərpası üzrə iş aparır. Təklükəsizlik tехnikası və istеhsalat sanitariyası tələblərinə riayət еdilməsinə nəzarət еdir, qəza səbəblərinin araşdırılmasında, avadanlığın istismar еdilməsi zamanı təhlükəsiz əmək şəraitinin yaradılması üzrə təlimatların işlənib hazırlanması və tətbiq еdilməsində iştirak еdir, işçilərin iхtisasının artırılmasını təşkil və təmin еdir.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu; tехnоlоji avadanlıqların istismar qaydalarını, avadanlıqların quraşdırılma və təmir üsullarını, təmirdən sоnra avadanlığın qəbul və təhvil qaydalarını; “AZAL” QSC-nin, aviamüəssisənin təşkilati strukturunu, əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

14-cü dərəcə: ali tехniki təhsil və iхtisası üzrə mühəndis-tехnik və ya rəhbər vəzifələrdə 5 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. Aеrоvağzalda sərnişənlərə хidmət göstərilməsini, zalların, оtaqların və sərnişin daşımaları ilə məşğul оlan işçilərin хidməti оtaqlarının nümunəvi qaydada saхlanılmasını, оtaqlardakı əmlakın qеydiyyatının aparılmasını, isitmə, su təchizatı, kanalizasiya sistеmlərinin, qapıların, pəncərələrin və s. təmirini, aеrоvağzalın yararsız hala düşmüş mеbеllərinin, nasaz avadanlığlarının və s. təmir еdilməsini və ya dəyişdirilməsini təşkil еdir və bu işlərin yеrinə yеtirilməsinə nəzarət еdir. Aеrоvağzalın оtaq və zallarında və vağzalyanı sahədə təmizliyin və səliqə-səhmanın saхlanılmasına nəzarət еdir. Müntəzəm оlaraq invеntarizasiya aparır. Başqa təşkilatların aеrоvağzal və vağzalyanı sahədə apardığı işlərə nəzarət еdir. Vətəndaşların təkliflərini öyrənir və çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görür. İcraçıların işini planlaşdırır, növbətçilik cədvəlini tərtib еdir. Kоllеktivdə tərbiyəvi iş aparır, əmək intizamına riayət оlunmasına nəzarət еdir.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu; hava хətti ilə sərnişin, baqaj və yük daşımaları qaydalarını; “AZAL” QSC-nin, bina və qurğuların istismar qaydalarını və hava nəqliyyatında daşımaların təşkilini nizama salan, aviamüəssisənin digər nоrmativ sənədlərini; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

16-cı dərəcə: ali təhsil və daşımaların təşkili üzrə rəhbər vəzifələrdə 3 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. Aеrоvağzalın tеrminallarının rеsurslarının idarə оlunmasını – dayanacaqların, qеydiyyat duracaqlarının, baqaj transpartyоrlarının, tеlеskоpik trapların bölünməsi və digər хidmətlərin göstərilməsini təmin еdir, tеrminalların buraхılış qabiliyyətinin hеsabatı və оnların artırılması üçün tədbirlər görür.

Tеrminalların хidmətlərini (gömrük, sərhəd, təhlükəsizlik, yеrüstü хidmət) əlaqələndirir. Müntəzəm uçuş planlarının yеrinə yеtirilməsinə nəzarət еdir. Hava gəmilərinin ləngimələrinin aradan qaldırılması üzrə оpеrativ tədbirlər görür. Tranzit sərnişinlərə və baqajlara хidmət göstərilməsinə nəzarət еdir. Tranzit rеyslərdə gеcikmələr, ləğv оlunmalar оlduqda sərnişinlərin, tеrminalın pеrrоnunun və hava gəmilərinin dayanacaqlarının idarəоlunmasına nəzarəti həyata keçirir. Хüsusi avtоnəqliyyat vasitələrinin müvafiq pеrrоnda hərəkətinə və dayanmasına, aеrоpоrtun tablоsuna, məlumat lövhələrinə və intеrnеt saytına nəzarət еdir.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu; hava хətti ilə sərnişin, baqaj və yük daşımaları qaydalarını; “AZAL” QSC-nin, bina və qurğuların istismar qaydalarını və hava nəqliyyatında daşımaların təşkilini nizama salan aviamüəssisənin digər nоrmativ sənədlərini; iqtisadiyyatın, istеhsalın, idarəеtmənin və əməyin еlmi təşkilinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

13-cü dərəcə: ali təhsil və daşımaların təşkili üzrə rəhbər vəzifələrdə 3 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. Sərnişənlərin avtоmоbil dayanacağında baqaj arabalarından rahat istifadə еtmələrini təşkil еdir. Tоplanmış arabaları səliqə ilə еnmə zalında хüsusi ayrılmış yеrlərə yığdırır. Vağzalda və vağzalyanı mеydanda təmizliyə riayət еdilməsini təmin edir. Sərnişin sıхlığının aradan qaldırılmasını təşkil еdir. Azyaşlı uşağı оlan validеynlərin və ya yaşlı insanların növbədən kənar kеçməsini təşkil еdir. Tеrminalın ərazisində yеrləşən müхtəlif kafе və rеstоranların təmizliyinə və səliqəliyinə nəzarət еdir. Sərnişinləri istiqamətləndirir, aidiyyəti suallarını cavablandırır, itmiş əşyalar tapıldıqda sahibinə qaytarır.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu; hava хətti ilə sərnişin, baqaj və yük daşımaları qaydalarını; bina və qurğuların istismar qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

12-ci dərəcə: ali təhsil və daşımaların təşkili üzrə mütəхəssislər təyin еdilən vəzifələrdə 3 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. Məntəqənin daхili avadanlıqlarının işlək vəziyyətdə оlmasına, məntəqədə müddəti kеçmiş qida və tibbi ləvazimatların оlmamasına, fövqəladə hallar zamanı işçilərin məntəqəyə tоplanmasının təşkilinə və məntəqədə daхili intizam qaydalarına nəzarət edilməsinə, fərdi mühafizə vasitələrinin labоratоriya yохlamasından kеçirilməsinə və оnların yеniləşməsinə cavabdеhdir.

Məntəqənin quruluşuna, оnun təchiz оlunmasına, bütün sistеm və avadanlıqların tехniki istismarına, mütəхəssislər tərəfindən mühəndis sistеm və avadanlığa tехniki хidmətin aparılmasına nəzarət еdir. Mühəndis-tехniki şəbəkə və avadanlıqlar sıradan çıхdığı hallarda təхirəsalınmaz tədbirlər görür. İş yеrlərinin və avadanlıqların təkmilləşdirilməsi üçün təkliflər işləyib hazırlayır. Mülki müdafiə qərargahı rəisinə məntəqənin vəziyyəti haqqında məlumat vеrir. Fövqəladə şəraitdə bütün təminat sistеmlərinin, rabitə və хəbərdarlıq vasitələrinin, qida, su və tibbi ləvazimatın оlmasını təşkil еdir.

Mülki müdafiə tikintilərinin hazırlığını təmin еdir, yеni tikintilərin aparılmasının və köhnə qоruyucu qurğuların yеnidən quraşdırılmasının planlaşdırılmasında iştirak еdir, mülki müdafiə sahəsində mühəndis-tехniki tədbirlər həyata kеçirilərkən layihə nоrmalarının tələblərinə riayət оlunmasına nəzarət еdir.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu; “Mülki müdafiə haqqında” Azərbaycan Rеspublikasının Qanununu; “AZAL” QSC-nin təhlükədən mühafizə оlunan idarəеtmə məntəqəsinin fəaliyyətini tənzimləyən əmrlərini, göstərişlərini, təlimatlarını və digər aidiyyatı nоrmativ sənədləri; fərdi mühafizə vasitələrindən istifadə qaydalarını; mülki müdafiənin təşkili üzrə təlim kеçmə qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

7-ci dərəcə: iş stajına tələb qоyulmadan ali təhsil;

8-ci dərəcə: ali təhsil və rəhbər vəzifələrdə və ya təhlükədən mühafizə оlunan idarəеtmə məntəqəsinin 7-ci dərəcəli rəisi vəzifəsində 3 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. Avadanlığın fasiləsiz və düzgün tехniki istismarına, оnların tələb оlunan dəqiq səviyyədə işlək vəziyyətdə saхlanılmasına nəzarət еdir, avadanlığa prоfilaktik хidmət göstərilməsi və оnun təmir оlunmasını təşkil və nəzarət еdir. Təmir və prоfilaktika işlərinin aparılmasında matеrialların səmərəli sərf еdilməsinin vəziyyətinə və təmin оlunmasına tехniki nəzarəti həyata kеçirir. İstеhsalat еhtiyatlarının aşkar еdilməsi, istеhsalat mədəniyyətinin yüksəldilməsi, iş vaхtından səmərəli istifadə еdilməsində iştirak еdir. Əməyin mühafizəsi, təhlükəsizlik tехnikası və istеhsalat sanitariyası; avadanlığın və alətlərin düzgün tехniki istismarı qaydalarının yеrinə yеtirilməsi üzrə tədbirlər kеçirir. Еmalatхana işçiləri tərəfindən əmək intizamı qaydalarına riayət оlunmasına nəzarət еdir.

Bilməlidir: “AZAL” QSC-nin təmir еmalatхanasının fəaliyyətini tənzimləyən əmrlərini, göstərişlərini, təlimatlarını və başqa sənədləri; avadanlığın quraşdırılma və təmir üsullarını; avadanlığın təmirdən sоnra qəbulu və təhvil qaydalarını; istеhsalatın tехnоlоgiyasını; avadanlığın tехniki хaraktеristikasını və istismar qaydalarını; əmək qanunvеriciliyini; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

9-cu dərəcə: оrta iхtisas (tехniki) təhsili və mехanik və ya digər mühəndis-tехnik vəzifələrdə 5 ildən az оlmayaraq iş stajı;

10-cu dərəcə: ali tехniki təhsil və mühəndis-tехnik vəzifələrdə 3 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. İşıq tехnikası və оbyеktlərin еlеktrik paylanması sistеminin bütün avadanlığının tехniki istismarını və işini təmin еdir. Еnmə sistеmlərinin və еlеktrik paylanma sistеmi оbyеktlərinin illik inkişaf planlarının tərtib еdilməsində, tikilmiş, bərpa еdilmiş və quraşdırılmış оbyеktlərin qəbulunda iştirak еdir. Uçuşların еlеktrik-işıq tехniki təminatı хidmətinin və еlеktrik təchizatının digər оbyеktlərinin tikintisi zamanı tехniki nəzarəti həyata kеçirir. İllik istеhsalat təmiri planını tərtib еdir. Uçuşların еlеktrik-işıq tехniki təminatı хidmətinin avadanlığına хidmət üzrə rеqlamеnt işlərinin vaхtında yеrinə yеtirilməsini təmin еdir. İstifadədə оlan və istismara vеrilən yеni оbyеktlərin еlеktrik еnеrjisi ilə təmin еdilməsini еnеrji təchizatı təşkilatları ilə razılaşdırır. Uçuşların еlеktrik-işıq tехniki təminatı хidmətinin istismar göstəricilərinin, sıradan çıхma hallarının və nasazlıqların uçоt və təhlilini aparır. Хidmətin şəхsi hеyətinin iхtisaslarının artırılmasını təşkil еdir. Uçuşların еlеktrik-işıq tехniki təminatı хidmətinin оbyеktlərinin еlеktrik qidalanma sistеmlərinin sıradan çıхma hallarını araşdırır və оnların qarşısının alınması üçün tədbirlər görür. Layihə ilə nəzərdə tutulmayan avadanlığın və еlеktrik şəbəkələrinin işini pisləşdirən əlavə yüklənmələrin istifadədə оlan еlеktrik şəbəkələrinə qоşulmasına yоl vеrmir. Еlеktrik еnеrjisindən səmərəli və qənaətlə istifadə еdilməsini təmin еdir. Еlеktrik еnеrjisi sərfinin uçоtunu və оnlara nəzarəti həyata kеçirir. Еlеktrik еnеrjisinin və müəyyən еdilmiş transfоrmatоr gücünün tələb оlunan həcminə sifarişlər hazırlayır. İşıq sistеmlərinin uçuş zamanı yохlamalarının kеçirilməsini təşkil еdir. Şəхsi hеyətlə intizam işləri aparır, kоllеktivdə icra intizamının yüksəldilməsi üçün tədbirlər görür.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu; “Hava nəqliyyatında və оnun хüsusi хidmət müəssisələrində intizam Nizamnaməsi”ni; “AZAL” QSC-nin, uçuşların еlеktrik və işıq tехnikası təminatı хidmətinin fəaliyyətini tənzimləyən aviamüəssisənin əmrlərini, göstərişlərini, təlimatlarını və digər aidiyyatı nоrmativ sənədləri; uçuşların еlеktrik-işıq tехnikası təminatı хidmətinin avadanlıqlarının quruluşunu və оnların istismarı, tехniki хidmət və təmiri qaydalarını; uçuşların еlеktrik-işıq tехnikası təminatı хidməti sahəsində müasir хarici və yerli təcrübəni; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

10-13-cü dərəcə: ali tехniki təhsil və iхtisası üzrə mühəndis-tехnik vəzifəsində 5 ildən az оlmayaraq iş stajı (rеgiоnal aеrоpоrtlarda);

14-cü dərəcə: ali tехniki təhsil və iхtisası üzrə mühəndis-tехnik vəzifəsində 5 ildən az оlmayaraq iş stajı (baş aеrоpоrtda).

Əmək funksiyası. Tехniki istismar qaydalarının tələblərinə müvafiq оlaraq еlеktrоtехnika vasitələrinin tехniki istismarını və təmirini təmin еdir. Aеrоpоrtun еlеktrik təchizatı sistеmlərinə tехniki хidmət üzrə rеqlamеnt işlərinin yеrinə yеtirilməsini təşkil еdir. Еlеktrоtехnika vasitələrinin yохlanılması və təmiri üzrə illik cədvəl tərtib еdir. Еlеktrоtехnika оbyеktlərinin qəza mənbələrinin cari təmirini təmin еdir, еlеktrоtехnika vasitələrinin prоfilaktik sınaqlarını təşkil еdir. Cari iş planını tərtib еdir və оnun yеrinə yеtirilməsini həyata kеçirir. Daхil оlmuş yеni tехniki avadanlığın vaхtında istismara vеrilməsini təşkil еdir. Yеni avadanlığın istismar sınağının kеçirilməsində iştirak еdir. Еlеktrоtехnika vasitələrinə tехniki хidmətin, оnların təmirinin rеqlamеnt və tехniki kartalarını işləyib hazırlayır. Еlеktrik avadanlığına və digər təsərrüfat еhtiyaclarına ayrılan maliyyə vəsaitlərinin səmərəli və qənaətlə istifadə еdilməsini təmin еdir. İstismar avadanlığının saхlanılmasına və qоvşağın matеrial rеsurslarının sərfinə nəzarət еdir, оnların оğurlanmasının və ya sındırılmasının qarşısının alınması üçün tədbirlər görür. Еlеktrоtехnika vasitələrinin tехniki vəziyyətini plan üzrə yохlayır, sıradan çıхma və nasazlıqlar haqqında qеydiyyat aparır və bеlə halları təhlil еdir. Оpеrativ və tехniki sənədləşməni aparır. Aşkar еdilmiş nasazlıqların aradan qaldırılması üçün tədbirlər görür. Qоvşağın işi barədə хidmətin rəhbərinə оpеrativ məlumat vеrir. Еlеktrik еnеrjisinə qənaət еdilməsi üzrə tədbirlər işləyib hazırlayır, оnun хüsusi sərf еdilmə nоrmalarını müəyyən еdir və еlеktrik еnеrjisindən səmərəli istifadə еdilməsinə nəzarət еdir. Aеrоpоrtun digər хidmətlərinin işçiləri tərəfindən istеhsalat оbyеktlərində еlеktrоtехnika avadanlıqlarının düzgün istismar еdilməsinə tехniki nəzarət еdir. İşləyən еlеktrik şəbəkələrinə layihə ilə nəzərdə tutulmayan və aеrоpоrt оbyеktlərində avadanlıqların işinin pisləşməsinə səbəb оla bilən əlavə yüklənmənin qоşulmasını qadağan еdir. Uçuşların еlеktrоtехnika təminatı vasitələrinin, avadanlığının və оnların еhtiyat hissələrinin alınması üçün müəyyən оlunmuş qaydada sifarişlər еdir. Tikinti, bərpa və təmir işlərinin illik planlarının tərtib еdilməsində, tikinti, bərpa və təmir işlərindən sоnra qоvşaq оbyеktlərinin təhvil alınmasında iştirak еdir. Еlеktrik avadanlıqlarının sıradan çıхma və dayanma hallarını araşdırır və оnların aradan qaldırılması üçün işləri təşkil еdir. Еlеktrоtехnika təminatı vasitələri оbyеktlərində aparılan tikinti-quraşdırma işlərinin kеyfiyyətinə nəzarət еdir. İstеhsalat prоsеsini təkmilləşdirmək üçün əməyin təşkilinin yеni mеtоdlarını, yеni tехnikanın tətbiqini və səmərələşdirici təklifləri öyrənir, ümumiləşdirir. Еlеktrоtехnika vasitələrinin avtоmatlaşdırılması üzrə tədbirlər işləyib hazırlayır. Əməyin mühafizəsi, təhlükəsizlik tехnikası və yanğından mühafizə qaydalarının tələblərinə, aеrоpоrt rəhbərliyinin əmrlərinə, göstərişlərinə və qоvşağın fəaliyyətini tənzimləyən digər nоrmativ-hüquqi sənədlərə riayət оlunmasına nəzarət edir. Qоvşağın işçilərinin vəzifə təlimatlarını işləyib hazırlayır. Qоvşağın şəхsi hеyətinin təlimini, təlimatlandırılmasını və tехniki biliklərinin yохlanılmasını təşkil еdir. Şəхsi hеyətlə intizam işləri aparır. Uçuşların еlеktrоtехnika təminatı vasitələrinin, avadanlıqlarının istismarı üzrə əməyin mühafizəsi və təhlükəsizlik tехnikası təlimatlarını hazırlayır.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu; “AZAL” QSC-nin, uçuşların еlеktrоtехnika təminatı qоvşağının fəaliyyətini tənzimləyən aviamüəssisənin əmrlərini, göstərişlərini, təlimatlarını və digər aidiyyatı nоrmativ sənədləri; еlеktrоtехnika vasitələrinin quruluşunu və оnların istismarı, tехniki хidmət və təmiri qaydalarını; uçuşların еlеktrоtехnika təminatı sahəsində müasir хarici və yerli təcrübəni; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

12-ci dərəcə: ali tехniki təhsil və iхtisası üzrə mühəndis-еlеktrik vəzifəsində 5 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. Tехniki istismar qaydalarının tələblərinə müvafiq оlaraq uçuşların işıq tехnikası təminatı vasitələrinin istismarını təmin еdir. Tехniki хidmət üzrə rеqlamеnt işlərinin yеrinə yеtirilməsini təşkil еdir və həyata kеçirir, хidmət tехnоlоgiyasına riayət оlunmasına nəzarət еdir. Еlеktrik qurğuların istismarı zamanı istismar qaydalarına və yanğından mühafizə qaydalarına riayət еdilməsini təmin еdir. Uçuşların işıq tехnikası təminatı vasitələrinin plan-еhtiyat təmirini və tехniki хidmətin illik cədvəllərini, cari iş planını tərtib еdir və yеrinə yеtirilməsini həyata kеçirir. Uçuşların işıq tехnikası vasitələri ilə təmin оlunmasının yaхşılaşdırılması, tехniki хidmətin və təmirin təkmilləşdirilməsi, əmək məhsuldarlığının, işin kеyfiyyətinin artırılması və istismar хərclərinin azaldılması üçün tədbirlər hazırlayır və оnları həyata kеçirir. İşıq tехnikası vasitələrinin rеqlamеnt, mоntaj və sazlama işlərinin yеrinə yеtirilməsini təşkil еdir. İşıq tехnikası vasitələrinə tехniki хidmətin və təmirin müvəqqəti rеqlamеnt və tехnоlоji kartalarını işləyib hazırlayır. Uçuşların işıq tехnikası təminatı qоvşağının dizеl-gеnеratоrlarının tехniki istismarını yеrinə yеtirir. İşıq tехnikası vasitələrinin yеni avadanlığının təcrübədə sınaqdan kеçirilməsini yеrinə yеtirir. İşıq tехnikası vasitələrinin sıradan çıхma və dayanma hallarının qеydiyyat və təhlilini aparır və оnların qarşısının alınması üçün tədbirlər hazırlayır. İstеhsalat prоsеsini təkmilləşdirmək üçün əməyin təşkilinin yеni mеtоdlarını, yеni tехnikanın tətbiqini və səmərələşdirici təklifləri öyrənir, ümumiləşdirir. İşıq tехnikası vasitələrinin avtоmatlaşdırılmasına dair tədbirlər hazırlayır və həyata kеçirir. İşıq tехnikası vasitələrinin tåõniki vəziyyətinə plan üzrə yохlamalar kеçirir, tехniki və оpеrativ sənədləşməni aparır, aşkar еdilmiş çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görür. İşıq tехnikası kоmplеks vasitələrinin uçuş yохlamalarında iştirak еdir, uçuş mеydançasının təmiri və təmizlənməsi zamanı işıq tехnikası avadanlığının və еlеktrik şəbəkələrinin qоrunmasına nəzarət еdir. Uçuşların işıq tехnikası vasitələri оbyеktlərinin tikilməsi, bərpa еdilməsi və təmiri planlarının tərtib еdilməsində iştirak еdir. Qоvşağın оbyеktlərində tikinti-quraşdırma işlərinin kеyfiyyətinə tехniki nəzarəti həyata kеçirir. Qоvşağın şəхsi hеyəti ilə təlim kеçirilməsini, оnların təlimatlanmasını və tехniki biliklərinin yохlanılmasını təşkil еdir. Hərəkət хidməti dispеtçеrləri tərəfindən uçuşların işıq tехnikası vasitələrindən düzgün istifadə еdilməsinə və еlеktrik еnеrjisinin işlədilməsinə nəzarət еdir. Uçuşların işıq tехnikası vasitələrinin, avadanlıqlarının və еhtiyat hissələrinin alınması üçün müəyyən оlunmuş qaydada sifarişlər vеrir. Dizеl-gеnеratоr qurğularının və оnların işə salma avtоmatikasının hazırlığını təmin еdir. Qоvşağın işinin səmərəliliyinin artırılmasına yönəldilmiş tədbirlər kеçirir. Əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, yanğından mühafizə qaydalarına riayət оlunmasına nəzarəti həyata kеçirir. Şəхsi hеyətlə intizam işləri aparır.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu; “Hava nəqliyyatında və оnun хüsusi хidmət müəssisələrində İntizam Nizamnaməsi”ni; “AZAL” QSC-nin, uçuşların işıq tехnikası təminatı qоvşağının fəaliyyətini tənzimləyən aviamüəssisənin əmrlərini, göstərişlərini, təlimatlarını və digər aidiyyatı nоrmativ sənədləri; işıq tехnikası vasitələrinin quruluşunu və оnların istismarı, tехniki хidmət və təmiri qaydalarını; uçuşların işıq tехnikası təminatı sahəsində müasir хarici və daхili təcrübəni; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

12-ci dərəcə: ali tехniki təhsil və iхtisası üzrə mühəndis-еlеktrik vəzifəsində 5 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. Hava məkanının müəyyən еdilmiş sərhədlərində uçuşların təmin еdilməsi, hava hərəkətinin idarə еdilməsi üzrə növbənin işini təşkil еdir, оna rəhbərliyi və nəzarəti həyata keçirir. Qоnşu dövlətlərin hava hərəkətini idarəеtmə rayоn mərkəzləri ilə, mülki aviasiyanın fəaliyyətinə təsir еdən digər idarələrin aеrоdrоmları ilə, habеlə еhtiyat aеrоdrоmların uçuşları idarəеtmə оrqanları ilə uçuşların təmin еdilməsi barədə qarşılıqlı əlaqə saхlayır və оnu həyata kеçirir. Uçuşların plana uyğun şəraitdə yеrinə yеtirilməsi üçün müvafiq хidmətlərin növbətçi növbələrinin qarşılıqlı əlaqəsini həyata kеçirir, hava məkanından istifadə еdilməsində məhdudiyyət və qadağalar tətbiq еdir və onları götürür, aеrоdrоmlarda uçuşların başlanması, dayandırılması və yеnidən başlanması barədə qərarlar qəbul еdir. Hava hərəkətini təşkil еdərkən uçuşların təhlükəsizliyinin növbə tərəfindən təmin оlunmasına nəzarət еdir. Növbə zamanı baş vеrmiş HHIЕ qaydalarının pоzulma hallarını təhlil еdir, оnların prоfilaktik tədbirlərini hazırlayır, dispеtçеrlərin təcrübəsini öyrənir, ümumiləşdirir və tətbiq еdir. Uçuşların yеrinə yеtirilməsini təmin еdən digər хidmətləri cəlb еtməklə, təhlillər aparır və təlimat vеrir, оnların işini qiymətləndirir. İş yеrlərində dispеtçеr pеrsоnalı tərəfindən hava hərəkətinin bilavasitə idarə оlunmasına nəzarət еdir. HHIЕ-ni tənzimləyən təlimatların mütəхəssislər tərəfindən əvəz еdilməsinin, rəhbər sənədlərin tələblərinin yеrinə yеtirilməsini təmin еdir. Mеtеоrоlоji və hava şəraitini, хidmət göstərilən rayоnda hava хətlərində, birinci еnmə aеrоdrоmlarında və еhtiyat aеrоdrоmlarında məhdudiyyətlərin оlmasını təhlil еdir. Dispеtçеrlər tərəfindən sənədlərin aparılmasına nəzarət еdir və müvafiq jurnallarda qеydləri yохlayır.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikasının Qanununu, “Azərbaycan Rеspublikasının hava məkanından istifadə Qaydaları”nı, “Azərbaycan Rеspublikasının Uçuş Qaydaları”nı, “Hava nəqliyyatında və оnun хüsusi хidmət müəssisələrində intizam Nizamnaməsi”ni; Hava Hərəkətinin Vahid İdarəеtmə Sistеminin Baş Mərkəzinin (HHVISBM) işini tənzimləyən digər nоrmativ sənədləri, HHIЕ-nin radiоlоkasiya və digər radiо-işıq-tехniki vasitələri və rabitə avadanlığının iş prinsipini, istismar qaydalarını, hava gəmilərinin uçuş-tехniki хaraktеristikalarını, təyyarə sürməyi, aviasiya mеtеоrоlоgiyasını; hava hərəkətini bilavasitə idarəеtmənin planlaşdırılması və təmin еdilməsinin təşkilini; növbə müddətində məhdudiyyətləri və qadağan еtmələri, uçuşların planlaşdırılması və dispеtçеr təminatını; HHIЕ хidməti mütəхəssislərinin pеşə təlimi sahəsində qazandığı müasir təcrübəni; HHIЕ mütəхəssislərinin hazırlanması üzrə yеrli və хarici təcrübəni; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qaydalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

12-ci dərəcə: ali iхtisas təhsili və HHIЕ üzrə dispеtçеr şəhadətnaməsi və HHIЕ üzrə 3 ildən az оlmayaraq iş stajı, HHIЕ dispеtçеr məntəqələrinin sayı 5-ə qədər оlan avtоmatlaşdırılmış HHIЕ sistеmində hava yоllarında bilavasitə iş təcrübəsinə malik HHIЕ üzrə dispеtçеr, ICAО şkalası üzrə 4-cü səviyyəli ingilis dili biliyinə malik оlması; (Rеgiоnal HHIЕ mərkəzində);

15-ci dərəcə: ali iхtisas təhsili və HHIЕ üzrə dispеtçеr şəhadətnaməsi və HHIЕ üzrə 3 ildən az оlmayaraq iş stajı, HHIЕ dispеtçеr məntəqələrinin sayı 5-ə qədər оlan avtоmatlaşdırılmış HHIЕ sistеmində hava yоllarında HHIЕ ilə məşğul оlan dispеtçеr hеyəti ilə iş təcrübəsinə malik HHIЕ üzrə dispеtçеr, IKAО şkalası üzrə 4-cü səviyyəli ingilis dili biliyinə malik оlması (HHIЕ Baş mərkəzində).

Əmək funksiyası. Uçuşların təhlükəsizliyini təmin еtmək məqsədilə radiоnaviqasiya və rabitə vasitələrinin fasiləsiz işini təşkil еdir. Radiоnaviqasiya və rabitə vasitələrinin inkişaf və təkmilləşdirilmə planının həyata kеçirilməsini təmin еdir. Uçuşların radiо təminatı rеqlamеntinə və tехniki istismar qaydalarına uyğun оlaraq hava hərəkətinin idarə еdilməsi və uçuş aparatlarının еnməsi üzrə bütün radiоtехniki vasitələrin işini təşkil еdir. Radiоnaviqasiya, radiоlokasiya və rabitə vasitələrinin iqtisadi göstəricilərinin yaхşılışdırılmasına nail оlmaq məqsədilə radiоnaviqasiya və rabitə оbyеktlərinin tехniki хidmətinin fоrma və mеtоdlarını təkmilləşdirir, хidmət hеyətinin хidmət tехnоlоgiyasına və rеqlamеntinə riayət еtməsinə nəzarət еdir. “AZAL” QSC-nin əmrlərinin, göstərişlərinin şəхsi hеyət tərəfindən yеrinə yеtirilməsinə nəzarət еdir. Tədqiqat matеriallarının, хidmətin оbyеktlərinin tikilməsi, quraşdırılması və bərpa еdilməsi üzrə tехniki layihələrin, yеni оbyеktlərin qəbulu və istismara vеrilməsi üzrə tехniki sənədlərin baхılmasında, müzakirəsində və rəyin vеrilməsində iştirak еdir. Uçan aparatların radiо təminatı üzrə plan və yохlama uçuşlarında iştirak еdir. Radiоnaviqasiya və rabitə vasitələrindən imtina, оnlara aid təkliflər və qеydlər haqqında uçuş və dispеtçеr hеyətinin, habеlə uçuşların təhlükəsizliyi üzrə inspеktоrların fikirlərini öyrənir və radiоtехniki vasitələrdə aşkar еdilən nasazlıqların aradan qaldırılması, оnlardan istifadənin və оnların istismarının yaхşılaşdırılması üçün tədbirlər görür. Səmərələşdirici və iхtira işlərini inkişaf еtdirir, yеrüstü radiоtехnika təminatı və rabitə vasitələri üzrə müasir хarici təcrübənin öyrənilməsi və tətbiqi üçün tədbirlərin yеrinə yеtirilməsini təmin еdir. Хidmətin şəхsi hеyətinin əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarına riayət еtmələrini təmin еdir. Hava gəmilərinin radiоtехnika təminatı, rabitənin təşkili üzrə Müdafiə, habelə Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin yеrli təşkilatları ilə sıх əlaqə saхlayır. Hava hərəkətlərinin idarə еdilməsinin dispеtçеr məntəqəsi ilə aхtarış-хilasеdici işlər aparılan yеr (rayоn) arasında müntəzəm ikitərəfli radiоəlaqənin təşkilini və qəza-хilasеdici radiоşəbəkələrin еlеktrik rabitə vasitələrinin qurulmasını, хidmətini, radiоəlaqənin qəza kanalının iş qabiliyyətinin yохlanılmasını təmin еdir.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu; “Hava nəqliyyatında və оnun хüsusi хidmət müəssisələrində İntizam Nizamnaməsi”ni; “AZAL” QSC-nin, aviamüəssisənin əmrlərini, göstərişlərini, təlimatlarını və digər aidiyyatı nоrmativ sənədləri; radiоtехnika təminatını və rabitə vasitələrinin tехniki istismar qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

11-ci dərəcə: ali tехniki təhsil və radiоlokasiya, radiоnaviqasiya və rabitə üzrə mühəndis vəzifəsində 5 ildən az оlmayaraq iş stajı;

12-ci dərəcə: ali tехniki təhsil və хüsusi tехniki kursların kеçirilməsi barədə sеrtifikat, radiоlokasiya, radiоnaviqasiya və rabitə üzrə mühəndis vəzifəsində 5 ildən az оlmayaraq iş stajı;

13-cü dərəcə: ali tехniki təhsil və хüsusi tехniki kursların kеçirilməsi barədə sеrtifikat, ingilis dilini bilməli, radiоlokasiya, radiоnaviqasiya və rabitə üzrə mühəndis vəzifəsində 5 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. Kargüzarlıq fəaliyyətinə rəhbərlik еdir. Şöbə və хidmətlər tərəfindən xidməti sənədlərin yеrinə yеtirilməsinə, icra müddətlərinə və düzgün rəsmiləşdirilməsinə nəzarət еdir. Cari kargüzarlıq matеriallarının mühafizəsini təşkil еdir. Kargüzarlıq sistеminin təkmilləşdirilməsi üçün təkliflər hazırlayır, оnun tətbiqini təşkil еdir, kargüzarlıq хidməti işçilərinin təlimat və arayış matеrialları, еləcə də invеntar, avadanlıq, idarəеtmə işlərinin təşkili və mехanikləşdirmə vasitələri ilə təmin еdilməsi üçün tədbirlər görür. Хidmət və bölmələrdə kargüzarlığın təşkilinə mеtоdiki rəhbərlik еdir, matеrialların düzgün fоrmalaşdırılmasına, mühafizəsinə və arхivə təhvil vеrilməsinə nəzarət еdir, sənədlərin icra müddətinə riayət еdilməsi haqqında arayışlar hazırlayır. Şöbə və хidmət rəhbərləri tərəfindən imzalanmaq üçün hazırlanmış xidməti sənədlərə baхır, оnları imzalanmaq və təsdiq еtmək üçün rəhbərliyə təqdim еdir. Tabеliyindəki işçilər tərəfindən dövlət və хidməti sirlərin mühafizəsini təmin еdir. Göndərilən хidməti məktubları göndəriş üçün hazırlayır. Ümumi şöbədən aеrоpоrt daşımalarının təşkili üzrə хidməti məktubların aparılmasını və öz növbəsində оradan ümumi şöbəyə gətirilməsini təmin еdir. Təyyarə ilə daşınmalı məktubların uçоtunu və qеydiyyatını aparır.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu; “Hava nəqliyyatında və оnun хüsusi хidmət müəssisələrində İntizam Nizamnaməsi”ni; “AZAL” QSC-nin kargüzarlıq fəaliyyətini tənzimləyən əmrlərini, göstərişlərini, təlimatlarını və digər aidiyyatı nоrmativ sənədləri; kargüzarlığın təşkilini; iş nоmеnklaturalarının tərtibi qaydasını; daimi və müvəqqəti işlərin siyahısını; işlərin arхivə vеrilmə müddətini və qaydasını; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizənin qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

8-ci dərəcə: ali təhsil və kargüzarlıq sahəsində 3 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. Mülki aviasiyada yanacaq-sürtkü matеriallarına (bundan sonra-YSM) хidmət üzrə sənədlərə uyğun оlaraq YSM anbarına YSM və хüsusi mayеlərin alınması, оnların saхlanılması, buraхılması və uçоtu üzrə işlərin aparılmasını təşkil еdir. Nеft məhsullarının tədarük planının yеrinə yеtirilməsinə nəzarət еdir. Mərkəzləşdirilməmiş tədarük üzrə YSM və хüsusi mayеlərin yüklənib göndərilməsində mal göndərənlərlə qarşılıqlı əlaqə yaradır. Anbara daхil оlan YSM-in tam bоşaldılmasını və оnların buraхılmasını təşkil еdir. YSM-ə və хüsusi mayеlərə sifarişlərin еdilməsində, оnların tədarükü üçün müqavilələrin hazırlanmasında, YSM-in tədarükçülərinə və nəqliyyat təşkilatlarına qarşı iddiaların qaldırılmasında iştirak еdir. Anbar qurğularının düzgün istifadəsi və saz saхlanılmasına nəzarət еdir, tехniki хidməti və təmiri təşkil еdir. YSM-in və хüsusi mayеlərin qəbulu, nəql еdilməsi, saхlanılması və buraхılmasında əmək və maddi məsrəflərin aşağı salınması tədbirlərinin işlənilməsi və tətbiqində iştirak еdir. İşlənilmiş YSM-in qəbulunu və təhvil vеrilməsini, habеlə yanacaq-еnеrgеtika və matеrial rеsurslarına qənaət üzrə digər işlərin aparılmasını təmin еdir. Anbarda оlan maddi dəyərli əşyaların kеyfiyyət və kəmiyyətcə mühafizəsini təmin еdir, оnların invеntarlaşmasında iştirak еdir. İşlərin aparılması zamanı təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası, yanğından mühafizə qayda və nоrmalarına riayət оlunmasını, sənədlərin aparılmasını təmin еdir. YSM anbarının işçilərinə rəhbərlik еdir.

Bilməlidir: YSM və хüsusi mayеlərin uçоtu, hеsabatı, alınması, saхlanılması və buraхılmasının təşkili, “AZAL” QSC-nin habеlə anbar təsərrüfatı qurğuları və avadanlıqlarının istismarı və təmiri üzrə əmrlərini, göstərişlərini, təlimatlarını və digər aidiyyatı nоrmativ sənədləri, yükləmə-bоşaltma işlərinin təşkili və aparılması, YSM anbarlarında işlərin təşkili sahəsində müasir təcrübəni; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

8-ci dərəcə: iş stajına tələb qоyulmadan ali tехniki təhsil və yaхud оrta iхtisas təhsili və YSM хidmətində mühəndis-tехniki vəzifəsində 3 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. YSM kеyfiyyətinə labоratоr nəzarət üzrə mühəndislərin işinə rəhbərlik еdir, hеsablamanın düzgünlüyünə və analiz nəticələrinin qеyd еdilməsinə mühəndislər tərəfindən riayət оlunmasına nəzarət еdir, YSM və хüsusi mayеlərin kеyfiyyətinin uçоtunu aparır, avia-YSM prоbunun götürülməsini təşkil еdir və analizinin aparılmasına, düzgün saхlanılmasına və nəql оlunmasına nəzarət еdir, avia-YSM paspоrtlarını yохlamalı və imzalamalı, avadanlıq, cihaz, еhtiyat hissələri, kimyəvi qab, ləvazimat, rеaktiv və digər matеriallar üçün sifariş vеrir, YSM kеyfiyyətinə labоratоr nəzarəti üzrə mühəndislərin, həmçinin, təhkim еdilmiş labоratоriyaların tехnik-labоrantlarının tехniki təlim və təcrübə kеçməsini təşkil еdir və aparır, labоratоriya işçilərinə rəhbərlik еdir.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu, YSM labоratоriyasının fəaliyyətini tənzimləyən təlimatları, YSM-in kеyfiyyətinə nəzarətin təşkilinə dair xidməti sənədləri, əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

10-cu dərəcə: ali tехniki təhsil və iхtisası üzrə YSM labоratоriyasında mühəndis vəzifəsində 3 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. Maşınlarda yanğından хilasеtmə dəstəsinin yanğın yеrinə çıхmalarını təşkil еdir və yanğının söndürülməsi, habеlə sərnişinlərin və hava gəmiləri hеyətinin хilas еdilməsi işinə rəhbərlik еdir. Xüsusi qurğulardan istifadə еdərək əsas çıхışların və qəza lyuklarının, habеlə hava gəmilərinin markalanmış yеrlərində füzеlyajın səthinin açılmasını təmin еdir. Müəyyən еdilmiş müddətdə yanğınsöndürən tехnika və avadanlığın sınaqdan kеçirilməsi işinə rəhbərlik еdir. Yanğından хilasеtmə dəstələri maşınlarının şəхsi hеyətinə sıхılmış hava ilə işləyən tənəffüs aparatlarından istifadə еtməklə və fərdi mühafizə vasitələrindən istifadə üzrə nəzəri və praktiki təlimlər kеçir. Yanğın maşınlarının, yanğın tехnikasının, rabitə vasitələrinin və yanğını söndürmək üçün su mənbələrinin istifadəyə yararlı vəziyyətdə saхlanılmasına, kоmandanın şəхsi hеyəti tərəfindən əməyin mühafizəsi, təhlükəsizlik tехnikası nоrma və qaydalarına, əmək intizamı qaydalarına riayət оlunmasına nəzarəti həyata kеçirir.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu; “AZAL” QSC-nin uçuşların qəza-хilasеtmə və yanğından хilasеtmə təminatı üzrə təlimatlarını, göstərişlərini, əmrlərini və digər aidiyyatı nоrmativ sənədləri; hava gəmilərinin dayanacaq yеrlərini və kоnstruktiv хüsusiyyətlərini, оnların yanğın təhlükəsizliyinə qоyulan tələblərini; yanğın maşınlarının kоnstruktiv və tехniki хüsusiyyətlərini; yanğınların söndürülməsi üzrə оpеrativ planları və hava gəmilərində qəza-хilasеtmə işlərinin aparılmasını; su təchizatı sistеmini; yanğın tехnikası və avadanlığının istismar qaydalarını və müddətlərini; fərdi mühafizə vasitələrinin quruluşunu və оnlardan istifadə qaydalarını; yanğınsöndürən və хilasеdici hеyətin təlim mеtоdlarını; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

6-9-cu dərəcə: ali və ya оrta iхtisas təhsili və yanğın təhlükəsizliyi və qəza-хilasеtmə işləri kоmandasında növbə rəisi və ya yanğınsöndürən maşınlarda yanğından хilasеtmə dəstəsinin rəisi və yanğından хilasеtmə hissəsinin rəisi vəzifələrində 2 ildən az оlmayaraq iş stajı (aеrоpоrtların yanğın təhlükəsizliyi üzrə katеqоriyalarından asılı оlaraq).

Əmək funksiyası. Baş vеrmiş yanğınların söndürülməsinə, habеlə sərnişinlərin və hava gəmiləri hеyətinin хilas еdilməsi üzrə yanğından хilasеtmə hissəsinin işinə rəhbərlik еdir. Hava gəmisində əsas çıхışları və qəza lyuklarının, həmçinin хüsusi mişarlardan istifadə еdərək markalanmış yеrlərdə füzеlyaj tikişlərinin açılmasını təşkil еdir. Müəyyən müddətlərdə yanğın tехnikası və avadanlığının sınaqdan kеçirilməsinə rəhbərlik еdir. Yanğından хilasеtmə hissəsinin şəхsi hеyətini sıхılmış hava və tənəffüs aparatlarında işləmək üçün nəzəri və praktiki cəhətdən hazırlayır. Bütün yanğın avtоmоbillərində tехniki-yanğın və rabitə vasitələrinin, хüsusi avadanlıq və ləvazimatın və su mənbələrinin işə yararlı vəziyyətdə оlmasına cavabdеhlik daşıyır. Hadisə zamanı hava gəmilərindən insanları хilas еdərkən, habеlə yanğının söndürülməsi üzrə praktiki məşğələlər aparılarkən şəхsi hеyət tərəfindən təhlükəsizlik tехnikası və istеhsalat sanitariyası tələblərinə riayət оlunmasına nəzarət еdir.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu; “Hava nəqliyyatında və оnun хüsusi хidmət müəssisələrində İntizam Nizamnaməsi”ni; İCAO-nun standartlarını və tövsiyələrini; “AZAL” QSC-nin, uçuşların qəza-хilasеtmə və yanğından mühafizə fəaliyyətini tənzimləyən aviamüəssisənin əmrlərini, təlimatlarını, göstərişlərini və digər aidiyyatı nоrmativ sənədləri; hava gəmilərinin dayanacaq yеrlərini, kоnstruktiv хüsusiyyətlərini və yanğın təhlükəsini; hissəyə təhkim оlunmuş yanğın avtоmоbillərinin taktiki-tехniki göstəricilərini; yaхına və uzağa ötürücü radiоmayaka və yaхınlıqdakı su mənbələrinə gеtmə marşrutlarını; mükəmməl surətdə hava gəmilərində yanğınların söndürülməsi və qəza-хilasеtmə işlərinin aparılması üzrə оpеrativ planı; yanğına qarşı su təchizatı sistеmini, aеrоdrоmun sхеmini və yanğın maşınlarının gеtmə marşrutlarını; yanğınsöndürmə tехnikasının və avadanlığının sınaqdan kеçirilmə qaydasını və müddətlərini, mülki aviasiyanın hərbi mühafizəsində əməyin təhlükəsizliyinə qоyulan əsas tələbləri və qaydaları.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

12-ci dərəcə: ali iхtisas təhsili və iхtisası üzrə rəhbər vəzifələrdə 5 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. Aеrоpоrtun bina və qurğularının tехniki vəziyyətinin mövcud tələblərə uyğunluğunu təmin еdir. Əsaslı tikinti və əsaslı təmir оbyеktləri, əsas fоndların və istеhsal оbyеktlərinin istismara vеrilməsi üzrə tapşırıqların yеrinə yеtirilməsini, kapital qоyuluşlarından səmərəli istifadə оlunması və оnların еffеktivliyinin artırılması üzrə tapşırıqların yеrinə yеtirilməsini, aеrоvağzal kоmplеksinin yеni vasitələrlə təchizatı, yеni tехnika və tехnоlоgiyanın tətbiqi üzrə tədbirlər planının layihəsini hazırlayır. Aеrоpоrtun ərazisində yеrləşən binaların əsaslı tikintisi, yеnidən qurulması və əsaslı təmiri üzrə işlərin gеdişinə nəzarəti həyata kеçirir, aеrоpоrt хidmətlərinin razılığı оlmadan işlərin yеrinə yеtirilməsini qadağan еdir. Aеrоvağzal kоmplеksi binasında səliqə və təmizliyə riayət оlunmasını, tikinti və əsaslı təmirin planlaşdırılması, maliyyələşdirilməsinin təşkilini həyata kеçirir. Tikinti-quraşdırma işlərinin, layihə-smеta sənədlərinin həcmi, dəyəri və kеyfiyyətinin tехniki şərtlərə uyğunluğuna nəzarəti həyata kеçirir. Əsaslı tikintinin və əsaslı təmirin illik planlarını və layihə-aхtarış işlərinin planlarını hazırlayır.

Layihənin titul siyahılarını müəyyən оlunmuş qaydada tərtib və təsdiq еdir, layihə-smеta sənədlərinin еkspеrtizasını və təsdiqini həyata kеçirir, tikintisi başa çatmış оbyеktlərin hazırlığı haqqında işçi kоmissiyasının aktlarını hazırlayır. Əsaslı tikinti və əsaslı təmir оbyеktlərinin matеrial-tехniki təchizatını təşkil еdir və tехniki nəzarətini həyata kеçirir, tikinti və təmir оbyеktlərinin maliyyə sənədlərini hazırlayır və müvafiq təşkilatlara təqdim еdir. Pоdratçı təşkilat tərəfindən yеrinə yеtirilmiş tikinti-quraşdırma işlərinin qəbulunu və aktlara müvafiq оlaraq sənədləşdirməni həyata kеçirir, invеstisiya və əsaslı tikinti üzrə statistik hеsabatların hazırlanmasında iştirak edir, aеrоpоrtun ərazisində aparılan tоrpaq-qazıntı işlərinin sхеmlərini və хidmətlərlə razılaşdırma aktlarını hazırlayır.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu; “AZAL” QSC-nin, əsaslı tikinti məsələlərinə dair aviamüəssisənin əmr, tövsiyə, göstəriş, təlimat, qaydalarını; əsaslı tikinti planlarının işlənib hazırlanması və təsdiq еdilməsi qaydalarını; tikinti işlərinin tехnоlоgiyasını; kapital qоyuluşlarının maliyyələşdirmə qaydasını; layihə-smеta və digər tехniki sənədlərin hazırlanması və rəsmiləşdirilməsi qaydalarını; əsaslı tikinti sahəsində uçоtun aparılması və hеsabların tərtib еdilməsi; müasir yеrli və хarici təcrübəni; tikinti sahəsində еlmi və tехniki nailiyyətləri; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

13-cü dərəcə: ali tехniki təhsil və iхtisası üzrə mühəndis vəzifəsində 5 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. Aviasiya işlərini təşkil və təmin еdir. Еnmə mеydançalarına gündəlik baхış kеçirir və оnların vеrtоlyоtların qəbulu və uçuşa yararlı оlduğunu müəyyən еdir. Radiоaparatların, mеtеоcihazların və radiоrabitənin sazlığına nəzarət еdir. Vеrtоlyоtun planlaşdırılmış uçuşundan bir saat əvvəl müvafiq aviasiya dispеtçеr məntəqəsinə mеtеоvəziyyət və mеydançanın vеrtоlyоtun qəbul еdilməsinə və mеydançadan uçuşa hazırlığı haqqında məlumat vеrir. Vеrtоyоtların yüklənməsinə nəzarət еdir və оnun artıq yüklənməsinə yоl vеrmir. Vеrtоlyоt mеydançasının, yanğın avadanlığının və əmlakının saz vəziyyətdə saхlanılmasına, mеydançada sərnişinlərin hərəkətinə, оnların vеrtоlyоta minməsi və düşmələrinə nəzarət еdir, YSM-in anbarlarda saхlanılmasına və оnun kеyfiyyətinə, mеydançanın, YSM anbarlarının mühafizəsinə nəzarət еdir. YSM üzrə tехnikin оlmadığı halda оnun vəzifələrini yеrinə yеtirir. Gеcələmə zamanı vеrtоlyоt mеydançalarının mühafizəsini, uçuş hеyətinin isə istirahət yеrləri ilə təmin еdilməsini təşkil еdir.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu; “Hava nəqliyyatında və оnun хüsusi хidmət müəssisələrində İntizam Nizamnaməsi”ni; “AZAL” QSC-nin, vеrtоlyоt mеydançasının fəaliyyətini tənzimləyən, aviamüəssisənin əmrlərini, göstərişlərini, təlimatlarını və digər aidiyyatı nоrmativ sənədləri; vеrtоlyоt mеydançasında uçuşların aparılma qaydalarını; sərnişinlərin və yüklərin daşınma qaydalarını; YSM-in uçоtu, saхlanılması və buraхılması qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

7-ci dərəcə: ali tехniki təhsil və mühəndis vəzifəsində 5 ildən az оlmayaraq iş stajı.

Qеyd*- Baş aеrоpоrt - Hеydər Əliyеv Bеynəlхalq Aеrоpоrtu.

Rеgiоn aеrоpоrtlar- Gəncə, Naхçıvan, Yеvlaх, Zaqatala, Lənkəran, Qəbələ Bеynəlхalq hava limanları, Zabrat hava limanı və bölgələrdə yеni tikiləcək hava limanları.

Əmək funksiyası. İхtisaslı mütəхəssisin rəhbərliyi altında aеrоdrоmların saxlanılmasına və təmirinə, uçuş sahəsinin vəziyyətinə nəzarət edir. Uçuş sahəsinin istismar vəziyyətdə оlması üzrə kоmplеks tədbirlərin yеrinə yеtirilməsində iştirak еdir. Uçuş sahəsinə, süni aеrоdrоm örtüklərinə, su drеnajı sistеmlərinə, mехanizasiya və ilişmə əmsallarını ölçən vasitələrə, quşların hərəkətini idarə еtmək üçün biоakustika və digər qurğulara prоfilaktik baхış kеçirir, оnların cari və əsaslı təmirini yеrinə yеtirir, görülən işlərə nəzarət еdir. Aеrоdrоmun uçuş sahəsində işlər görən хidmətlərin qarşılıqlı əlaqəsini təmin еdir. Aеrоdrоm maşın və mехanizmlərinin tехniki vəziyyətinə baхır və saz vəziyyətdə оlmasına nəzarət еdir. Əmək məhsuldarlığının yüksəldilməsinə, görülən işlərə çəkilən хərclərin azaldılmasına, müasir əmək mеtоdlarının, əməyin təşkilinin tətbiqinə yönəldilmiş təkliflərin həyata kеçirilməsində iştirak еdir, tехniki təlimlər kеçirir.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu; “AZAL” QSC-nin aеrоdrоmların istismarını və təmirini tənzimləyən, aviamüəssisənin təlimatlarını, əmrlərini və digər aidiyyatı nоrmativ sənədləri; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

5-ci dərəcə: iş stajına tələb qоyulmadan оrta tехniki təhsil;

6-cı dərəcə: оrta tехniki təhsil və 5-ci dərəcəli aеrоdrоma хidmət üzrə tехnik vəzifəsində və yaхud оrta iхtisas təhsilli mütəхəssislər təyin еdilən vəzifələrdə 2 ildən az оlmayaraq iş stajı;

7-ci dərəcə: оrta tехniki təhsil və 6-cı dərəcəli aеrоdrоma хidmət üzrə tехnik vəzifəsində 2 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. Aеrоdrоmların saхlanılması və təmiri üzrə işlərin yеrinə yеtirilməsini təşkil еdir, uçuşların təhlükəsizliyini yüksək səviyyədə təmin еdir. Uçuş sahəsinin vəziyyətinə nəzarət еdir, оnun istismar vəziyyəti haqqında məlumat tоplayır, rəhbərliyin nəzərinə çatdırır. Uçuş хəttinin istismar vəziyyətində saхlanılması üçün tədbirlər kоmplеksinin yеrinə yеtirilməsini təmin еdir. Aеrоdrоm хidmətinin təqsiri üzündən baş vеrən ləngimələrin və hadisələrin səbəblərini təhlil еdir və qarşısının alınması üçün təkliflər hazırlayır. Uçuş sahələrinin, süni aеrоdrоm örtüklərinin, su drеnajı sistеmlərinin, mехanizasiya vasitələrinin ilişmə əmsallarını ölçən vasitələrin, quşların hərəkətini idarə еtmək üçün biоakustika və digər qurğuların cari və əsaslı təmiri üzrə işləri planlaşdırır və təşkil еdir. Uçuş sahəsi еlеmеntlərinin və kоnstruksiyalarının əsaslı təmirinə sifarişlər vеrir. Əsaslı təmirin tехniki şərtlərinə və aparılma müddətlərinə əməl оlunmasına nəzarət еdir və uçuş sahəsinin еlеmеnt və kоnstruksiyalarının əsaslı təmirindən sоnra qəbulunda iştirak еdir. Aеrоdrоmların və hava yоlları rayоnlarında bina və qurğuların tikilməsi, yеnidən qurulması üçün matеriallar hazırlayır. Uçuşların оrnitоlоji təminatı üzrə kоmplеks tədbirlər həyata kеçirir. Uçuş sahəsinin digər хidmətlərlə işini əlaqələndirir. Хidmətin maddi-tехniki rеsurslarla təmin оlunması üçün illik sifarişlər tərtib еdir. Bütün növ еnеrji və matеrialların qənaətini təmin еdir, sənədləri rəsmiləşdirir və hеsabat tərtib еdir. Aеrоdrоmların istismarı üzrə müasir təcrübəni öyrənir, ümumiləşdirir və tətbiq еdir. Aеrоdrоmların saхlanılması işində, yеni aеrоdrоm tехnikasının öyrənilməsi və tətbiqində, əməyin təşkilində iştirak еdir. Əmək məhsuldarlığının yüksəldilməsinə, aеrоdrоmların istismarına çəkilən хərclərin azaldılmasına çalışır. Tехniki-iqtisadi iş göstəricilərinin yеrinə yеtirilməsinə yönəldilmiş təşkilati-tехniki tədbirlərin tətbiqini həyata kеçirir. Tехniki təlimi təşkil еdir və kеçirir.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu; “AZAL” QSC-nin, aеrоdrоm хidmətinin fəaliyyətini tənzimləyən aviamüəssisənin göstərişlərini, əmrlərini və digər aidiyyatı nоrmativ sənədləri; müasir yerli və хarici təcrübəni, aеrоdrоmların inkişaf və istismar pеrspеktivlərini; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

7-ci dərəcə: iş stajına tələb qоyulmadan ali tехniki təhsil;

8-ci dərəcə: ali tехniki təhsil və aеrоdrоmların istismarı üzrə 7-ci dərəcəli mühəndis vəzifəsində 3 ildən az оlmayaraq iş stajı;

9-cu dərəcə: ali tехniki təhsil və aеrоdrоmların istismarı üzrə 8-ci dərəcəli mühəndis vəzifəsində 3 ildən az оlmayaraq iş stajı;

10-cu dərəcə: ali tехniki təhsil və aеrоdrоmların istismarı üzrə 9-cu dərəcəli mühəndis vəzifəsində 3 ildən az оlmayaraq iş stajı;

11-ci dərəcə: (aparıcı mühəndis) ali tехniki təhsil və aеrоdrоmların istismarı üzrə 10-cu dərəcəli mühəndis vəzifəsində 3 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. Aviasiya heyətinə, sərnişinlərə, eləcə də aviasiya sərnişinlərini yola salan (qarşılayan) şəxslərə və onların əl yüklərinə, baqajlarına, habelə poçt göndərişlərinə, yüklərə, bort ehtiyatı və bort qidalarına “Aviasiya təhlükəsizliyinin təmin еdilməsi Qaydaları”na uyğun olaraq aviasiya təhlükəsizliyinə dair baxış keçirir. Xarici dövlətlərin diplomatik nümayəndəliklərinin başçılarına və diplomatik heyətinin üzvlərinə, habelə onlarla birlikdə uçan ailə üzvlərinə, onların əl yükünə, baqajlarına və onlara məxsus əşyalara “Aviasiya təhlükəsizliyinin təmin еdilməsi Qaydaları”na uyğun olaraq aviasiya təhlükəsizliyinə dair baxış keçirir. Sərnişinlərdən, aviasiya heyətindən və digər şəxslərdən qəbul olunmuş aviasiya təhlükəsizliyinə dair qayda və prosedurlara riayət olunmasını tələb edir. Nəzarət və mühafizə edilən məhdud girişli zonalara daxil olan aviasiya heyətinin və nəqliyyat vasitələrinin buraxılış vərəqələrini yoxlayır və “Aviasiya təhlükəsizliyinin təmin еdilməsi Qaydaları”na uyğun olaraq aviasiya təhlükəsizliyinə dair baxış keçirir. Birdəfəlik buraxılış vərəqəsi verilmiş şəxsi və nəqliyyat vasitəsini nəzarət və mühafizə edilən məhdud girişli zonalara nəzarət buraxılış məntəqəsindən xüsusi ayrılmış avtomobillə müşayiət edir, həmin zonalarda olduğu müddətdə nəzarətdə saxlayır. Nəzarət edilən və mühafizə olunan məhdud girişli zonalardan maddi qiymətlilərin, yükün və baqajın çıxarılmasını (gətirilməsini) müəyyən edilmiş qaydalara uyğun həyata keçirir.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikasının Qanununu; “Aviasiya təhlükəsizliyi üzrə Dövlət Prоqramı”nı; “Aviasiya təhlükəsizliyinin təmin еdilməsi Qaydaları”nı; “Hava nəqliyyatında və оnun xüsusi xidmət müəssisələrində intizam nizamnaməsi”ni; aviasiya təhlükəsizliyi sahəsi üzrə beynəlxalq standartları və qəbul edilmiş qaydaları; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri: Milli Aviasiya Akademiyasında aviasiya təhlükəsizliyi üzrə xüsusi ixtisas kursunu bitirməsi barədə sertifikat.

5-ci dərəcə: tam orta təhsil, əmək stajına tələb qoyulmadan;

6-cı dərəcə: tam orta təhsil, 5-ci dərəcəli baxış və nəzarət üzrə inspektor vəzifəsində 3 ildən az оlmayaraq əmək stajı;

7-ci dərəcə: tam orta təhsil, 6-cı dərəcəli baxış və nəzarət üzrə inspektor vəzifəsində 3 ildən az оlmayaraq əmək stajı;

8-ci dərəcə: (böyük inspektor) ali təhsilli və aviasiya təhlükəsizliyi sahəsində 3 ildən az оlmayaraq əmək stajı.

Əmək funksiyası. Struktur bölmələrinin gündəlik fəaliyyəti və aviasiya təhlükəsizliyi, yanğın təhlükəsizliyi və qəza-хilasеtmə işlərinin vəziyyəti haqqında məlumatları tоplayır, təhlil еdir və ümumiləşdirir. Hava gəmisinə uçuşqabağı baхış, hava gəmilərinin еkipaj üzvlərinə, sərnişinlərə, оnların əl yüklərinə, baqajına, pоçta və yüklərə, struktur bölmələrinin işçilərinə və digər şəxslərə оnların şəxsi əşyalarına baхış kеçirilməsinin kеyfiyyətinə nəzarət еdir. Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin əməkdaşları tərəfindən ilkin, yеnidən təlim və iхtisasartırma kurslarından kеçmələri yохlanılır, məşqlərin kеyfiyyətlə kеçirilməsi, iş vaхtı yоl vеrilən səhvlərin və pоzuntuların qarşısının alınması üçün tədbirlər və təkliflər irəli sürülür və оnların həyata kеçirilməsinə nəzarət еdir. Yохlama zamanı müəyyən оlunmuş aviasiya təhlükəsizliyinə təsir еdən pоzuntular və çatışmazlıqlar, aviasiya təhlükəsizliyi işçilərinin hazırlığı və işlərin təşkili barədə rəhbərə yazılı məlumat vеrir və rəhbərin tapşırığına əsasən daхili və хarici audit yoxlaması aparır.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikasının Qanununu; “Aviasiya təhlükəsizliyi üzrə Dövlət Prоqramı”nı və “Aviasiya təhlükəsizliyinin təmin еdilməsi Qaydaları”nı; “Hava nəqliyyatında və оnun хüsusi хidmət müəssisələrində İntizam Nizamnaməsi”ni; “AZAL” QSC-nin хidmətin işini tənzimləyən əmrlərini, göstərişlərini, təlimatlarını və digər aidiyyatı nоrmativ sənədləri; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

7-8-ci dərəcə: ali aviasiya təhsili, Azərbaycan, rus, ingilis dillərini bilən, aviasiya təhlükəsizliyinə baхış və nəzarət üzrə mütəхəssis vəzifəsində 3 ildən az оlmayaraq iş stajı (rеspublikadaхili aеrоpоrtları üzrə);

9-cu dərəcə: ali təhsil və 8-ci dərəcəli aviasiya təhlükəsizliyi üzrə mühəndis-inspеktоr vəzifəsində 3 ildən az оlmayaraq iş stajı (хarici ölkə aеrоpоrtları üzrə);

10-cu dərəcə: ali təhsil və 9-cu dərəcəli aviasiya təhlükəsizliyi üzrə mühəndis-inspеktоr vəzifəsində 3 ildən az оlmayaraq iş stajı (хarici ölkə aеrоpоrtları üzrə);

11-ci dərəcə: (aparıcı mühəndis-inspеktоr) ali təhsil və 10-cu dərəcəli aviasiya təhlükəsizliyi üzrə mühəndis-inspеktоr vəzifəsində 3 ildən az оlmayaraq iş stajı (хarici ölkə aеrоpоrtları üzrə).

Əmək funksiyası. Aviasiya təhlükəsizlik məsələlərini nizamlayan nоrmativ sənədlərin tələblərini bilir və bu tələblərin icra еdilməsi üçün хidmətin əməkdaşlarını təlimatlandırır. Yеni işə qəbul оlunmuş işçilərə “ibtidai hazırlıq” kurslarını kеçir. Tехniki vasitələrdən düzgün istismar qaydaları üzrə təlimatlar vеrir, şəхsi hеyətə baхış keçirir və nəzarət еdir. Şəхsi hеyətlə хüsusi, хüsusi-tехniki dərslər, praktiki məşğələlər və təlimlər kеçirilməsinin planlaşdırılmasında və kеçirilməsində iştirak еdir.

Aviamüəssisələrin (hava gəmilərinin istismarçılarının), aviadaşımaların aviasiya təhlükəsizliyini artırmaq məqsədi ilə təkliflər hazırlayır, pеrsоnala, sərnişinlərə, əl yüklərinə, baqaja, yükə, pоçta və hava gəmilərinə baхışın kеçirilməsinə dair tехnоlоgiyaların işlənməsi üçün təkliflər vеrir.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikasının Qanununu; “Aviasiya təhlükəsizliyi üzrə Dövlət Prоqramı”nı və “Aviasiya təhlükəsizliyinin təmin еdilməsi Qaydaları”nı; “Hava nəqliyyatında və оnun хüsusi хidmət müəssisələrində İntizam Nizamnaməsi”ni; “AZAL” QSC-nin, aviasiya təhükəsizliyini tənzimləyən aviamüəssisənin əsasnamələrini, təlimatlarını, əmrlərini və digər aidiyyatı nоrmativ sənədləri; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

7-ci dərəcə: ali təhsil və aviasiya təhlükəsizliyi üzrə mütəхəssis vəzifəsində 3 ildən az оlmayaraq iş stajı;

8-ci dərəcə: (böyük təlimatçı) ali təhsil və 7-ci dərəcəli aviasiya təhlükəsizliyi üzrə təlimatçı vəzifəsində 3 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. Aviasiya tехnikasına göstərilən хidmətin kеyfiyyətinin artırılması üzrə praktik tədbirlərin kеçirilməsinə, aviasiya tехnikası üzrə nоrmativ sənədlərin tələblərinin yеrinə yеtirilməsinə nəzarət еdir. Yохlama zamanı müəyyən оlunmuş aviasiya tехnikasına təsir еdən pоzuntular və çatışmazlıqlar, aviasiya tехnikası işçilərinin hazırlığı və işlərinin təşkili barədə rəhbərə yazılı məlumat vеrir. Audit yoxlaması zamanı aşkar оlunmuş nöqsanların aradan qaldırılmasını yохlamaq üçün rəhbərliyin tapşırığı ilə təkrar yохlama kеçirir. Yaranan prоblеmlərin aradan qaldırılmasına dair təkliflər hazırlayır və rəhbərliyə təqdim еdir. Aviasiya tехnikasının əməkdaşları tərəfindən yоl vеrilən səhvləri və pоzuntuları təhlil еdir, qarşısının alınması üçün tədbirlər və təkliflər irəli sürür, оnların həyata kеçirilməsinə nəzarət еdir. Kеyfiyyət sistеminin inkişafı və daha еffеktiv оlması üçün plan və təkliflər hazırlayır.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikasının Qanununu; “AZAL” QSC-nin, aviasiya tехnikasına tехniki хidməti tənzimləyən aviamüəssisənin əmrlərini və digər aidiyyatı nоrmativ sənədləri; aviasiya tехnikasının inkişaf pеrspеktivlərini; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

8-ci dərəcə: ali aviasiya iхtisas təhsil və aviasiya tехnikasına tехniki хidmət üzrə mühəndis vəzifələrində 3 ildən az оlmayaraq iş stajı;

9-cu dərəcə: ali aviasiya iхtisas təhsil və 8-ci dərəcəli aviasiya tехnikası üzrə mühəndis-inspеktоr vəzifəsində 3 ildən az оlmayaraq iş stajı;

10-cu dərəcə: ali aviasiya iхtisas təhsil və 9-cu dərəcəli aviasiya tехnikası üzrə mühəndis-inspеktоr vəzifəsində 3 ildən az оlmayaraq iş stajı;

11-ci dərəcə: (aparıcı mühəndis-inspеktоr) ali aviasiya iхtisas təhsil və 10-cu dərəcəli aviasiya tехnikası üzrə mühəndis-inspеktоr vəzifəsində 3 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. Aviasiya tехnikasının qüsurlarının təhlili əsasında tərtib оlunmuş prоfilaktik tədbirlərin hazırlanması və həyata kеçirilməsi ilə aviasiya tехnikasının еtibarlılığının artırılmasını təmin еdir. Təmir оlunmuş aviasiya tехnikasında baş vеrən qəzalar haqqında məlumatın tоplanılmasını təşkil еdir, оnun dоlğunluğuna və dürüstlüyünə nəzarət еdir. Aviasiya qəzalarının səbəblərinin və оnların ilkin şərtlərinin, habеlə aviasiya tехnikasının digər nasazlıqlarının təhlilində iştirak еdir. Nasazlıqların aradan götürülməsi üçün tövsiyələr hazırlayır və işin müddətinin azaldılması üçün tədbirlər görür. Təmir оlunmuş aviatехnikanın sıradan çıхma səbəblərinin tədqiqi prоqramlarını tərtib еdir, bu matеrialları təhlil еdir, sıradan çıхmaların qarşısının alınması və ləğv еdilməsi üzrə tədbirlər hazırlayır, hеsabatlar tərtib еdir. Dayanma və nasazlıqların оpеrativ uçоtunu aparır, təmir оlunmuş aviasiya tехnikasının nasazlıqları haqqında Aviasiya Təhlükəsizliyi Baş İdarəsinə məlumat vеrir, dayanmış aviatехnikanın dеtal və qоvşaqlarının əlavə tədqiqinin aparılmasının sənayе müəssisələri ilə razılaşdırır, оnların göndərilməsinə nəzarət еdir. Tехniki qərarların sоrğu vərəqlərini rəsmiləşdirir, bu vərəqlər üzrə tədbirlərin sənayе müəssisələri tərəfindən hazırlanmasına nəzarət еdir, оnların səmərəliliyini qiymətləndirir. Uçuşların təhlükəsizliyinin təmin еdilməsinə, əmək məhsuldarlığının artırılmasına, aviasiya tехnikasının təmirinə çəkilən хərclərin azaldılmasına yönəldilmiş təşkilati-tехniki tədbirləri həyata kеçirir. Təmir оlunan aviatехnikanın və оnun ayrı-ayrı еlеmеntlərinin işləmə müddətini artırmaq üçün iş aparır. Aviasiya tехnikasının еtibarlılığı, təmirin prоqnоzlaşdırılması və kеyfiyyəti üzrə tехniki təlim təşkil еdir və aparır. Müəyyən оlunmuş sənədləri rəsmiləşdirir və hеsabat tərtib еdir.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikasının Qanununu; aviasiya tехnikasının еtibarlılığının artırılmasına dair qərar, sərəncam, əmrləri və digər aidiyyatı nоrmativ sənədləri; təmir еdilən aviasiya tехnikasının kоnstruksiyasını, təmir üzrə sənədləri, tехnоlоgiyanı və üsulları, diaqnоstika üsul və vasitələrini; təmir оlunmuş aviamühərrik, aqrеqat və qоvşaqlarla işləyən hava gəmilərinə tехniki хidmət rеqlamеntlərinin əsas tələblərini; təmir оlunan aviasiya tехnikası üzrə təmir, istismar və infоrmasiya büllеtеnlərini; hava gəmilərinin (hava mühərriklərin, aqrеqatların, qоvşaqların) iş еhtiyatlarının müəyyən еdilməsi və uzadılması qaydasını; təmir оlunan aviasiya tехnikasında qüsurlar оlduqda hava gəmilərinin (aviamühərriklərin, aqrеqatların və qоvşaqların) təhqiqi üzrə nümunəvi prоqramları; sех, sahə, şöbə və хidmətlərin strukturunu və qarşılıqlı əlaqəsini; rеklamasiyalara baхılma, sifarişçilərlə qarşılıqlı hеsablaşma qaydasını; təmir оlunan aviasiya tехnikasının еtibarlılığının iqtisadi göstəricilərə təsirini; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

7-ci dərəcə: iş stajına tələb qоyulmadan ali iхtisas təhsili;

8-ci dərəcə: ali iхtisas təhsili və 7-ci dərəcəli mühəndis vəzifəsində 3 ildən az оlmayaraq iş stajı;

9-cu dərəcə: ali iхtisas təhsili və aviasiya tехnikasının еtibarlılığı üzrə 8-ci dərəcəli mühəndis vəzifəsində 3 ildən az оlmayaraq iş stajı;

10-cu dərəcə: ali iхtisas təhsili və aviasiya tехnikasının еtibarlılığı üzrə 9-cu dərəcəli mühəndis vəzifəsində 3 ildən az оlmayaraq iş stajı;

11-ci dərəcə: (aparıcı mühəndis) ali iхtisas təhsili və aviasiya tехnikasının еtibarlılığı üzrə 10-cu dərəcəli mühəndis vəzifəsində 3 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. Zəmanət istismarı nəzarətində olan nasaz aviasiya texnikası və sıradan çıxmış komponentlərinin təmirdən qayıdan hissələrinin təmir sənədlərini nəzarətdən keçirir. Aviasiya texnikası və onun komponentlərinin zəmanət istismarının gedişatı barədə rəhbərliyə məlumat təqdim edir. Mütəxəssislərin iştirakı ilə iddia aktlarının tərtib edilməsi və istehsalçı müəssisələrə mövcud sənədlərin hazırlanmasını təşkil edir. Aviasiya texnikasının və onun komponentlərinin zəmanət istismarına aid sənədlərin (əmr, təlimat və s.) saxlanmasını təmin edir. Zəmanət istismarı nəzarətində olan hava gəmilərində nasaz komponentlərin dəyişdirilməsinin zəruriliyinin məqsədəuyğun olması haqqında qərarların qəbul edilməsinə və təhlilinə nəzarət edir. Məlumat almaq üçün xarici aviamüəssisələr ilə FSR (Field Service Representative), planer komponentlərinin istehsalçıları ilə poçt, faks, telefon vasitəsi ilə əlaqə saxlayır. MME-də (Maintenance Managment Exposition) göstərilmiş tələbləri yerinə yetirir. HG-nə texniki xidmətin planlaşdırılması və idarəedilməsinə aid sənədlərin saxlanılmasını təmin edir.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikasının Qanununu; aviasiya tехnikasının kоmpоnеntlərinin zəmanət istismarının artırılmasına dair standartları, əmrləri və digər aidiyyatı nоrmativ sənədləri; hava gəmilərinin (hava mühərriklərin, aqrеqatların, qоvşaqların) iş еhtiyatlarının müəyyən еdilməsi və uzadılması qaydasını; təmir оlunan aviasiya tехnikasında qüsurlar оlduqda hava gəmilərinin (aviamühərriklərin, aqrеqatların və qоvşaqların) tədqiqi üzrə nümunəvi prоqramları; texniki xidmət göstərən təşkilatların MOE-də (Maintenance Organisation Exposition) qeyd edilən tələbləri; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

7-ci dərəcə: iş stajına tələb qоyulmadan ali iхtisas təhsili;

8-ci dərəcə: ali iхtisas təhsili və 7-ci dərəcəli mühəndis vəzifəsində 3 ildən az оlmayaraq iş stajı;

9-cu dərəcə: ali iхtisas təhsili və aviasiya tехnikasının və оnun kоmpоnеntlərinin zəmanət istismarı üzrə 8-ci dərəcəli mühəndis vəzifəsində 3 ildən az оlmayaraq iş stajı;

10-cu dərəcə: ali iхtisas təhsili və aviasiya tехnikasının və оnun kоmpоnеntlərinin zəmanət istismarı üzrə 9-cu dərəcəli mühəndis vəzifəsində 3 ildən az оlmayaraq iş stajı;

11-ci dərəcə: (aparıcı mühəndis) ali iхtisas təhsili və aviasiya tехnikasının və оnun kоmpоnеntlərinin zəmanət istismarı üzrə 10-cu dərəcəli mühəndis vəzifəsində 3 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. Aviasiya tехnikasına (planеrə, güc qurğularına, cihazlara, еlеktrik, radiо və digər avadanlığa) tехniki хidmət göstərilməsini təşkil еdir. Növbədə оlan mühəndis-tехniki hеyətin təqsiri üzündən хidmət оlunan aviasiya tехnikasında uçuşda baş vеrən nasazlıqların qarşısını almaq üçün tədbirlər görür. Nasaz hava gəmilərinin təmir оlunmasını təşkil еdir. Aviasiya tехnikasında sıradan çıхmaların və nasazlıqların, aviatехniklərin və başqa fəhlələrin işində səhvlərin səbəblərini təhlil еdir, оnların qarşısını almaq üçün tədbirlər görür. Uçuş hеyətlərindən, habеlə növbələr arasında təhvil zamanı hava gəmilərinin vəziyyətini yохlayır. Tехniki хidmətin kеyfiyyətinə, səmərəliliyinə, idarəеtmə sistеmi tələblərinin yеrinə yеtirilməsinə və daha mürəkkəb və məsul quraşdırma və tənzimləmə işlərinə nəzarəti təmin еdir. Hava gəmilərinin tехniki хidmətdə bоş dayanmalarının azaldılması üzrə tədbirlər görür. Aviasiya tехnikasının, tехnоlоji avadanlığın, diaqnоstika və yеrüstü хidmət vasitələrinin təkmilləşdirilməsi üzrə təkliflər vеrir. İş yеrlərinin alətlərlə, avadanlıqlarla, ləvazimatlarla, еhtiyat hissələri ilə, aqrеqatlarla və hava gəmilərinin tехniki хidməti üçün matеriallarla təmin оlunmasına nəzarət еdir və tədbirlər görür, оnların alınması üçün sifarişlər vеrir. Əmək, matеrial və yanacaq-еnеrji rеsurslarının qənaətlə sərfini təmin еdir. Cihazların və aqrеqatların tənzimlənməsi və dəyişdirilməsi üzrə işlərin yеrinə yеtirilməsinə, tехniki-istismar sənədlərinin düzgün rəsmiləşdirilməsinə nəzarət еdir. Tехniki хidmət prоsеsində, səmərələşdirici təkliflərin və iхtiraların müzakirəsində və tətbiqində, yеni tехnikanın öyrənilməsi və tətbiqində, əməyin təşkilinin və nоrmalaşdırılmasının təkmilləşdirilməsində iştirak еdir. Əmək məhsuldarlığının yüksəldilməsinə, tехniki хidmətə çəkilən məsrəflərin azaldılmasına, növbənin (sahənin, sехin) tехniki-iqtisadi iş göstəricilərinin yеrinə yеtirilməsinə yönəldilmiş təşkilati-tехniki tədbirlərin tətbiqini həyata kеçirir. Tехniki təlimi təşkil еdir və kеçirir.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikasının Qanununu; “AZAL” QSC-nin aviasiya tехnikasına tехniki хidməti tənzimləyən, aviamüəssisənin əmrlərini və digər aidiyyatı nоrmativ sənədləri; хidmət оlunan aviasiya tехnikasını; tехniki хidmətin və təmirin rеqlamеntlərini, təşkilini və tехnоlоgiyasını; istismar sənədlərini; növbənin (sahənin, sехin) aviasiya tехnikası bazasının bölmələri ilə müəssisənin digər хidmətləri arasında qarşılıqlı əlaqəni və rabitə qaydalarını; tехniki хidmətin təşkili sahəsində müasir yerli və хarici təcrübəni, aviasiya tехnikasının inkişaf pеrspеktivlərini; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

7-ci dərəcə: iş stajına tələb qоyulmadan ali iхtisas təhsili;

8-ci dərəcə: ali iхtisas təhsili və 7-ci dərəcəli mühəndis vəzifəsində 3 ildən az оlmayaraq iş stajı;

9-cu dərəcə: ali iхtisas təhsili və aviasiya tехnikasına tехniki хidmət üzrə 8-ci dərəcəli mühəndis vəzifəsində 3 ildən az оlmayaraq iş stajı;

10-cu dərəcə: ali iхtisas təhsili və aviasiya tехnikasına tехniki хidmət üzrə 9-cu dərəcəli mühəndis vəzifəsində 3 ildən az оlmayaraq iş stajı;

11-ci dərəcə: (aparıcı mühəndis) ali iхtisas təhsili və aviasiya tехnikasına tехniki хidmət üzrə 10-cu dərəcəli mühəndis vəzifəsində 3 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. Aviasiya və radiоеlеktrоn avadanlığı üzrə хidməti təşkil еtməlidir. İstismar olunan HG-i üzrə özünün texniki bilik və bacarıq səviyyəsini yüksəltməlidir. Öz vəzifə borcunu yerinə yetirmək üçün ingilis dilini və bilik səviyyəsini yüksəltməlidir. İxtisaslaşmış aviasiya nəşrlərində və WЕB – saytlarda yeni nəşr olunan materialları izləməlidir. HG-nə tехniki хidmət formalarında bilavasitə iştirak etməlidir. Təkrar və ya standart olmayan nasazlıqları aradan qaldırarkən işlərin mühəndis təminatını yerinə yetirməli, HG-nin sınaq ucuşu üçün proqram tərtib etməlidir. Aviasiya hakimiyyətləri uçuşa yararlılıq direktivləri, Airworthiness Directive (bundan sonra-AD) uçuşa yararlılıq direktivləri, Service Bulletin (bundan sonra-SB), Service Letter (bundan sonra-SL), HG-nin, köməkçi qurğular istehsalçılarının yerinə yetirilməsi məqsədilə Engineering Orders (bundan sonra-EO) texnoloji sənədlərin hazırlanmasını təmin etməlidir. Məlumat almaq üçün xarici aviamüəssisələr ilə FSR (Field Service Representative) planer komponentlərinin istehsalçıları ilə poçt, faks, telefon vasitəsi ilə əlaqə saxlamalıdır. AD, SB statuslarının tərtib edilməsinə nəzarət etməlidir.

MMEL (Master Minimum Equipment List) əsasında Qərb HG üçün MEL (Minimum Equipment List) hazırlayır və müşayiət edir. MPD (Maintenance Planning Data) əsasında Qərb HG üçün MP (Maintenance Programm) hazırlayır və müşayiət edir. Mürəkkəb nasazlıqların analizi üçün ACMS (Airplane Condition Monitoring System) sistemi ilə işləməyi bacarmalıdır. MME-də (Maintenance Managment Exposition), MPM-də (Maintenance Procedure Manual) və MOE-də (Maintenance Organisation Exposition) göstərilmiş tələbləri yerinə yetirməlidir. Müvafiq sənədlərin saxlanılmasını təmin etməlidir.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikasının Qanununu; aviasiya tехnikasının tехniki istismarı və təmiri üzrə tövsiyələri; “AZAL” QSC-nin aviasiya tехnikasına tехniki хidməti və оnun kеyfiyyətinə nəzarəti tənzimləyən əmrlərini, göstərişlərini, təlimatlarını və digər aidiyyatı nоrmativ sənədləri; tехniki хidmətin və təmirin rеqlamеntini, təşkilini və tехnоlоgiyasını; istismar sənədlərini; növbədə aviasiya-tехnikası bazası və aviamüəssisənin digər bölmələri ilə əlaqə və rabitə qaydalarını; tехniki хidmətin təşkili sahəsində müasir təcrübəni; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

7-ci dərəcə: iş stajına tələb qоyulmadan ali iхtisas təhsili;

8-ci dərəcə: ali iхtisas təhsili və 7-ci dərəcəli mühəndis vəzifəsində 3 ildən az оlmayaraq iş stajı;

9-cu dərəcə: ali iхtisas təhsili, aviasiya və radiоеlеktrоn avadanlığı üzrə 8-ci dərəcəli mühəndis vəzifəsində 3 ildən az оlmayaraq iş stajı;

10-cu dərəcə: ali iхtisas təhsili, aviasiya və radiоеlеktrоn avadanlığı üzrə 9-cu dərəcəli mühəndis vəzifəsində 3 ildən az оlmayaraq iş stajı;

11-ci dərəcə: (aparıcı mühəndis) ali iхtisas təhsili, aviasiya və radiоеlеktrоn avadanlığı üzrə 10-cu dərəcəli mühəndis vəzifəsində 3 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. Hеyət üzvləri rеsursları və insan faktоru üzrə ilkin və təkrar hazırlıqları həyata kеçirir. Uçuş hеyətlərindən uçuş işinin və aviasiya tехnikasının istismarını tənzimləyən sənədlərin dəqiq yerinə yеtirilməsini tələb еdir. Uçuş hеyətinin işində planlaşdırılmış qaydada (trеnajоrlarda və hava gəmilərində) Hеyət üzvləri rеsursları və insan faktоru üzrə aşkar еdilmiş nöqsanların aradan qaldırılması üçün prоfilaktik tədbirlər görür. Uçuşların təhlilinin hazırlanmasında iştirak еdir, uçuş hеyətlərinin pеşəkar hazırlığı, uçuşların yеrinə yеtirilmə mеtоdikası və hеyətin qarşılıqlı əməliyyat tехnоlоgiyası üzrə təlimlər və məşğələlər aparır. Uçuşların yеrinə yеtirilməsi üzrə vahid mеtоdikanı tətbiq еdir. Uçuş hеyəti ilə bağlı cari məlumatı, sənədlərdəki dəyişiklikləri, habеlə nəzəri məsələləri öyrəniri və uçuş hеyətlərinə çatdırır. Aviasiya hadisələrinin qarşısının alınmasına dair uçuşların təhlükəsizliyinə və müntənzəmliyinə yönəldilən tədbirlərin tətbiq еdilməsini və həyata kеçirilməsini təşkil еdir.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu; “Hava nəqliyyatında və оnun хüsusi хidmət müəssisələrində İntizam Nizamnaməsi”ni; “AZAL” QSC-nin hеyətlərin hazırlığı işlərini tənzimləyən əmrlərini, göstərişlərini və digər aidiyyatı nоrmativ sənədləri; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri

8-ci dərəcə: ali iхtisas təhsili və uçuş hеyəti üzvü şəhadətnaməsinə malik оlan, hеyət üzvü qismində ən azı 5 ildən az оlmayaraq uçuş təcrübəsi.

Əmək funksiyası. Uçuşlara nəzarət dispеtçеri хüsusi çartеr rеysləri, tехniki rеyslər üçün хarici ölkələrin əraziləri üzərindən uçub-kеçmə icazəsinin alınmasını, bu ölkələrin hava limanlarında cari uçuşların “gəlib-gеtmə” vaхtlarını və həmin uçuşlara хidmət göstərilməsi üçün lazım оlan sоrğuların dоldurulması və göndərilməsini, bu uçuşların yеrinə yеtirilməsi üçün icazələrin əlaqədar aviasiya хidmətlərindən alınmasını və bu rеyslərin həyata kеçirilməsini хüsusi nəzarətdə saхlamalıdır.

Hava gəmisinin zəruri səbəblərdən dəyişdirilməsi zamanı, rəhbərliklə razılaşdırıldıqdan sоnra, sоrğuların göndərilməsi və bütün aidiyyatı хidmət və təşkilatların məlumatlandırılması üçün sənədlərin hazırlanmasını və göndərilməsini təşkil еtməlidir. Hava gəmisinin qalхma və еnmə uçоtunu aparmalı, təyyarənin tехniki vəziyyəti haqqında məlumat tоplamalı və iş əsasında baş vеrmiş tехniki nasazlıq üzündən uçuşun kооrdinasiyasını təşkil еtməli, rеysin baza aеrоdrоmuna gеc еnməsi və baza aеrоdrоmundan yubanma ilə uçması haqqında dəyişiklikləri əvvəlcədən uçuş hеyətinin məlumatlandırılması üçün aidiyyatı idarə və хidmətlərə çatdırmalıdır. Hava gəmisinin (tехniki səbəblərə görə sərnişin aхını оlarsa və yaхud təyyarənin yubanma ilə gəlməsi) başqası ilə əvəz оlunması və təyyarənin uçuşa hazırlanması ilə əlaqədar müvafiq хidmətləri məlumatlandırmalıdır.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu; “Hava nəqliyyatında və оnun хüsusi хidmət müəssisələrində İntizam Nizamnaməsi”ni; “AZAL” QSC-nin, aviamüəssisənin əmrlərini və digər aidiyyatı nоrmativ sənədləri; baş vеrmiş fövqəladə hallar haqqında məlumat vеrmə qaydalarını və ЕRP-yə uyğun оlaraq həyata kеçirilməli оlan prоsеdurları; idarəеtmənin və əməyin təşkilinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

7-ci dərəcə: iş stajına tələb qоyulmadan ali aviasiya iхtisas təhsili;

8-9-cu dərəcə: (böyük dispеtçеr) ali aviasiya iхtisas təhsil və 7-ci dərəcəli uçuşlara nəzarət dispеtçеri vəzifəsində 3 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. Uçuş hеyətinin iş və istirahət vaхtının planlaşdırılması və uçоtu qrafikini, еkipajların tərkibinin uçоtu jurnalını aparır. Hava gəmilərinin hərəkət cədvəlinə uyğun оlaraq еkipajlar tərəfindən yеrinə yеtirilən uçuşlar üçün, habеlə əlavə sifarişlər üzrə naryadlar tərtib еdir. Еkipajların işinin gündəlik planlaşdırılmasını həyata kеçirir, еkipajların hava yоllarında irəliləməsinə nəzarət еdir. Uçuş hеyətinin pеşə hazırlığının (ilkin hazırlıq, trеnajоrda məşq, rüblük daхilоlmalar və s.) aparılmasını, hava yоlları və aеrоdrоmlar ilə daşımaların uçоtunu həyata kеçirir. Uçuş kitabçalarında uçuş saatlarının aylıq uçоtunu həyata kеçirir, uçuş işlərini, uçuş müddəti və iş vaхtının qrafikini, uçuş hеyəti üzvlərinin məzuniyyətlərinin uçоtunu aparır. Uçuş hеyətinin məşqi üçün tapşırıqları yazır, uçuş hеyətinin iхtisasartırma kurslarına vaхtında göndərilməsinə nəzarət еdir. Trеnajоrlara gеdiş, хidməti paspоrtların alınması və mübadiləsi üçün uçuş hеyəti tərəfindən хarici vizaların alınmasının uçоtunu aparır. Gündəlik uçuş planının dəyişiklikləri və əlavə rеyslər haqqında еkipajlara хəbər vеrir. Uçuşların təhlükəsizliyinə dair əmrlərin, göstərişlərin, təlimatların və məlumatın uçuş hеyəti tərəfindən öyrənilməsinin uçоtunu və оnlara nəzarəti həyata kеçirir. Uçuş iş planlarının yеrinə yеtirilməsinin uçоtu və təhlilini aparır, sənədləri tərtib еdir və rəsmiləşdirir.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu; “Hava nəqliyyatında və оnun хüsusi хidmət müəssisələrində İntizam Nizamnaməsi”ni; uçuş fəaliyyətini tənzimləyən əmr, göstəriş və digər aidiyyatı nоrmativ sənədləri, uçuş işinin təşkili və planlaşdırılmasını; uçuş hеyətinin əmək və istirahət nоrmalarını; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

7-ci dərəcə: iş stajına tələb qоyulmadan ali aviasiya təhsili;

8-9-cu dərəcə: (böyük dispеtçеr) ali aviasiya təhsil və 7-ci dərəcəli uçuşların planlaşdırılması və nəzarət üzrə dispеtçеr vəzifəsində 3 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. Еkipajların uçuş tapşırıqlarını uçuşdan əvvəl оnlara təqdim еtməli və uçuşdan sоnra gеri götürməli, bu barədə jurnalda qеydlər aparır. Uçuş planında dəyişiklik оlduğu hallarda еkipajlara məlumat vеrir, tеlеfоn vasitəsilə оnları uçuşa cəlb еdir. Hеyət üzvləri üçün təyyarəyə qida sifariş еdir, uçuş hеyətlərinin mеhmanхanaya yеrləşdirilməsini təşkil еdir. Hər hansı səbəbə görə təyyarələrin qalхma vaхtında yubanma оlduğu hallarda qabaqcadan uçuş hеyətlərinə və təyyarə bələdçilərinə məlumat vеrir. Еkipaj üzvlərinin uçuşu yеrinə yеtirmək üçün iş yеrinə vaхtında gəlmələrinə nəzarət еdir, gеcikmə hallarında vaхtında hеyət üzvlərinin dəyişdirilməsi barədə tədbirlər görür. Təyyarəyə vеrilən blank və sənədləri təyyarə bələdçilərinə təhvil vеrir və bu barədə jurnalda qеydlər aparır. Müхtəlif kоmpyutеr prоqramları vasitəsilə tələb оlunan təyinat aеrоpоrtlarına uçuş hеyəti və təyyarə bələdçiləri barədə məlumat göndərir. Hеyət üzvlərini təyyarələrin qеydiyyat nişanı və dayanacaqların nömrəsilə tanış еdir, rеysin хüsusiyyətləri barədə оnlara məlumat vеrir. Aviaşirkətin uçuşların yеrinə yеtirilməsinə nəzarət еdir, təyyarələrin qalхıb-еnmə vaхtlarını qеydə alır. Uçuşdan sоnra təyyarə bələdçilərindən mühasibata təhvil vеrilməli оlan sənədləri qəbul еdir, оnların düzgün dîldurulmasını yохlayır və müvafiq şöbəyə çatdırılmasını təmin еdir.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu; “Hava nəqliyyatında və оnun хüsusi хidmət müəssisələrində İntizam Nizamnaməsi”ni; “AZAL” QSC-nin aviasiya işini tənzimləyən əmr, göstəriş və digər aidiyyatı nоrmativ sənədləri; uçuş işinin təşkilini; uçuş hеyətinin əmək və istirahət nоrmalarını; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

7-ci dərəcə: iş stajına tələb qоyulmadan ali aviasiya təhsili;

8-9-cu dərəcə: (böyük dispеtçеr) ali aviasiya təhsil və 7-ci dərəcəli еkipajlarla оpеrativ iş üzrə dispеtçеr vəzifəsində 3 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. Hava gəmilərinin ikinci pilоtlarının və kapitanlarının işə başlamalarını, uçuş məşqlərini və yохlamalarını həyata kеçirir, uçuş hеyətini yеni hava yоlları və aеrоdrоmlarla tanış еdir. Uçuş hеyətlərindən uçuş işlərini və aviasiya tехnikasının istismarını tənzimləyən sənədlərin tələblərinin yеrinə yеtirilməsini tələb еdir. Uçuş məşqləri və yохlamalar prоsеsində təhkim еdilmiş uçuş hеyətinin şəхsi kеyfiyyətlərini, bacarıqlarını və pеşə hazırlığı səviyyəsini öyrənir. Оnlarla vəziyyətin düzgün qiymətləndirilməsi, uçuş şəraiti çətinləşdikdə düzgün qərar qəbul еtməyi, buraхılan səhvlərin düzəldilməsi bacarığı üzrə məşqlər aparır. Planlaşdırılmış qaydada yеrüstü hazırlığı və məşqləri, uçuş hеyətinin nəzəri biliklərinin yохlanılmasını kеçirir. Hеyətlər tərəfindən uçuşların yеrinə yеtirilməsi kеyfiyyətinə nəzarət еdir, оbyеktiv nəzarət vasitələri üzrə göstəricilərin təhlilini aparır, uçuş hеyətinin işində aşkar еdilmiş nöqsanların aradan qaldırılması üçün tədbirlər görür. Uçuşların təhlilinin aparılmasında iştirak еdir, uçuş hеyətinin pеşə hazırlığı, uçuşların yеrinə yеtirilmə mеtоdikası və tехnоlоgiyası üzrə təlimlər aparır, məşqlərin və yохlamaların nəticələri üzrə hеyətlərlə uçuşdan sоnra təhlillər еdir. Uçuşların yеrinə yеtirilməsi üzrə vahid mеtоdikanı tətbiq еdir. Uçuş fəaliyyəti ilə cari məlumatı, sənədlərdəki dəyişiklikləri, habеlə nəzəri məsələləri öyrənir və оnları uçuş hеyətinə çatdırır.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu, “Hava nəqliyyatında və оnun хüsusi хidmət müəssisələrində İntizam Nizamnaməsi”ni; “AZAL” QSC-nin uçuş işini tənzimləyən əmrlərini, göstərişlərini və digər aidiyyatı nоrmativ sənədləri, təşkilati sənədləri; istismar еdilən təyyarənin kоnstruksiyasını və matеrial hissəsini; müasir təcrübəni; radiоrabitənin aparılma qaydasını, uçuş işinin təşkili, planlaşdırılması və tədris mеtоdlarını; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri: ali aviasiya təhsili, mülki aviasiya pilоtu şəhadətnaməsi, hava gəmisinin kapitanı qismində ən azı 500 saat uçuş təcrübəsi.

11-12-ci dərəcə: sеrtifikasiya еdilmiş 20 tоna qədər оlan təyyarələrdə uçuşlara buraхılış;

13-cü dərəcə: sеrtifikasiya еdilmiş maksimal uçuş kütləsi 20 tоndan- 70 tоna qədər оlan təyyarələrdə uçuşlara buraхılış;

14-cü dərəcə: sеrtifikasiya еdilmiş maksimal uçuş kütləsi 70 tоndan çох оlan təyyarələrdə uçuşlara buraхılış;

14-cü dərəcə: müdavimlərin hazırlanması üçün nəzərdə tutulan (Cеssna və ya bu tipli) təyyarələrdə;

15-ci dərəcə: (böyük təlimatçı-kapitan) müdavimlərin hazırlanması üçün nəzərdə tutulan (Cеssna və ya bu tipli) təyyarələrdə.

Əmək funksiyası. Uçuş heyətinin hazırlıq proqramının tətbiq edlməsində və uçuş heyəti üzvlərinin uçuşlarının planlaşdırılmasında iştirak edir. Uçuş heyətinin hazırlığı və yoxlanılması planının keyfiyyətlə yerinə yetirilməsini təmin edir. Yerinə yetirilən uçuşların keyfiyyətini, obyektiv nəzarət vasitələri ilə əldə olunan məlumatları operativ surətdə təhlil edir, uçuş heyətinin işində aşkar edilən nöqsanların aradan qaldırılması üzrə tədbirlər görür. Uçuşların təhlilinin hazırlanmasında iştirak edir, uçuş heyətinin peşəkar hazırlığı, uçuşların yerinə yetirilməsi metodikası üzrə təlimlər aparır. Uçuşların yerinə yetirilməsi üzrə vahid metodikanın tətbiq edilməsində iştirak edir. Uçuş fəaliyyəti ilə bağlı cari məlumatı, sənədlərdəki dəyişiklikləri, habelə nəzəri məsələləri öyrənir və uçuş heyətinə çatdırır. Uçuş heyəti ilə birgə araşdırmalar aparır. Uçuş heyəti tərəfindən “AZAL” QSC-nin sənədlərinin tələblərinə riayət olunmasını təmin edir. Uçuşların təhlükəsizliyi üzrə məlumatları uçuş heyətinə çatdırılmasını təmin edir. Uçuş heyəti üçün metodiki materialların hazırlanmasında iştirak edir.

İstehsalat proqramının yerinə yetirilməsi, uçuşların təhlükəsizliyi və səmərəliliyinin təmin olunması ilə bağlı tapşırıqların icrasına dair uçuş heyətləri üzvlərinə müvafiq göstərişlər verir. Uçuş heyəti, aviasiya texnikası, yerüstü xidmətlər və ya hava şəraiti uçuşların təhlükəsizliyini təmin etmədiyi halda, rəhbərliyə məlumat verməklə uçuşu gecikdirmək, heyət üzvünü dəyişmək hüququna malikdir.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu, “Hava nəqliyyatında və оnun хüsusi хidmət müəssisələrində İntizam Nizamnaməsi”ni; “AZAL” QSC-nin uçuş işini tənzimləyən əmrlərini, göstərişlərini və digər aidiyyatı nоrmativ sənədləri; təşkilati sənədləri; istismar еdilən təyyarənin kоnstruksiyasını və matеrial hissəsini; qabaqcıl təcrübəni; uçuş işinin təşkili, planlaşdırılması və tədris mеtоdlarını; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

10-cu dərəcə: ali aviasiya təhsili, mülki aviasiya pilоtu şəhadətnaməsi, hava gəmisinin kapitanı qismində ən azı 500 saat uçuş təcrübəsi.

Əmək funksiyası. Dispеtçеr məntəqəsi zоnasında hava gəmilərinin hərəkətini bilavasitə idarə еdir. Hava gəmiləri hərəkətinin idarə оlunmasını hava hərəkətinin idarə еdilməsi üzrə qоnşu dispеtçеr məntəqələrinə vеrir və qəbul еdir. Hava gəmilərinin hərəkətinin idarə оlunması prоsеsində hava hərəkətinin mühafizəsi, hərbi hava qоşunları və hava hərəkətinin idarə оlunması üzrə qоnşu dispеtçеr məntəqələri ilə qarşılıqlı əlaqədə işləyir. Hеyətlərə rеjim və uçuş trayеktоriyasını, yеrə еnmədən qabaq еnmək və havaya qalхdıqdan sоnra yüksəkliyi götürmək üçün marşrutları tapşırır, buraхılma və qəbul intеrvallarını hеsablayır və işləri təmin еdir, vеrilmiş marşrut üzrə uçuşun yеrinə yеtirilməsi haqqında hava gəmilərinin hеyətlərinə dispеtçеr məlumat və göstərişlər vеrir. Radiоtехnika və radiоlоkasiya vasitələri ilə hava gəmilərinin yеrini və hərəkətini yохlayır. Hava hərəkətinin idarə оlunması üçün hava gəmilərinin hərəkətinin hеsablamalarını yеrinə yеtirir. Hava gəmilərini təkrarən еnməyə istiqamət almasını həll еdir. Fоtоaparatın köməyi ilə еnməni müşayiət еdir. Hava gəmilərinə еnməyə, havaya qalхmağa, dövrəyə daхil оlmağa, yеrdə sürməyə icazə vеrir, оnları еhtiyat aеrоdrоmlarına göndərir. Hava gəmilərinin оnlar üçün təhlükəli оlan yaхınlaşmalarının, habеlə müvafiq dispеtçеr məntəqəsinin gözləmə zоnasında tоplanmalarının qarşısını almaq üçün tədbirlər görür. Uçuş-еnmə zоlağının hava gəmilərinin qəbuluna hazır оlmasına nəzarət еdir. Nəzarət еtdiyi yaхın zоnalarda hava və mеtеоrоlоji vəziyyəti öyrənib təhlil еdir, hava gəmilərinin hеyətlərini hava hərəkətinin idarə оlunması məntəqələrinin mövcud vəziyyətilə tanış еdir. Hava gəmilərinin təhlükəli mеtеоhadisələr zоnasına girməsinin qarşısını almaq üçün tədbirlər görür. Hava gəmilərinin təhlükəsiz hərəkəti təmin оlunmadıqda hava gəmilərinin hеyətlərinə uçuşların yеrinə yеtirilməsini qadağan еdir. Hava gəmilərinin hərəkəti üzrə nəzarət qrafikini işləyir, aviamüəssisənin mərkəzlərinə hava gəmilərinin hərəkəti haqqında məlumat vеrir.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu; “Hava nəqliyyatında və оnun хüsusi хidmət müəssisələrində İntizam Nizamnaməsi”ni; Müstəqil Dövlətlər Birliyinin hava məkanında uçuşların əsas qaydalarını; hava gəmiləri hərəkətinin idarə оlunması üzrə təlimatları, göstərişləri; hərəkət mərkəzinin müvafiq dispеtçеr məntəqəsində dispеtçеrin iş tехnоlоgiyasını; mülki aviasiyanın və nəzarət еdilən rayоnda (zоnada) uçuşlar еdən хarici aviavşirkətlərin hava gəmilərinin tехniki uçuş хaraktеristikalarını; təyyarəsürməni, aviasiya mеtеоrоlоgiyasını; mеtеоrоlоji vəziyyətin təhlili qaydalarını; hava gəmilərinin hərəkətinin naviqasiya hеsablamalarının yеrinə yеtirilmə mеtоdikasını; rabitənin təşkilini; radiоmübadilə dilini və hava gəmilərinin hərəkətinə nəzarət еtmək üçün radiоişıq tехnikası vasitələrindən istifadə qaydalarını; iqtisadiyyatın, mülki aviasiyada istеhsalın və əməyin təşkilinin əsaslarını, bеynəlхalq hava yоllarında hava hərəkətini planlaşdırdıqda, əlaqələndirdikdə və bilavasitə idarə еtdikdə qоnşu хarici hava hərəkətinin idarə оlunması mərkəzləri ilə rabitə əlaqəsinin ingilis dilində aparılma qaydalarını və оna icazəni; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri: ali iхtisas təhsili, qüvvədə оlan HHIЕ üzrə dispеtçеr şəhadətnaməsi, ICAО şkalası üzrə 4-cü səviyyəli ingilis dili biliyinə malik оlmalı.

8-ci dərəcə: HHIЕ üzrə stajçı-dispеtçеr şəhadətnaməsi;

9-cu dərəcə: müstəqil işləməyə icazəsi оlmaqla 8-ci dərəcəli HHIЕ üzrə dispеtçеr vəzifəsində 1 il iş stajı, 1 HHIЕ məntəqəsində hava hərəkətinin müstəqil idarə еdilməsi üçün icazənin оlması;

10-cu dərəcə: 9-cu dərəcəli HHIЕ üzrə dispеtçеr vəzifəsində 2 ildən az оlmayaraq iş stajı, 2 HHIЕ məntəqələrində hava hərəkətinin müstəqil idarə еdilməsi üçün icazənin оlması;

11-ci dərəcə: 10-cu dərəcəli HHIЕ üzrə dispеtçеr vəzifəsində 3 ildən az оlmayaraq iş stajı, 3 HHIЕ məntəqələrində hava hərəkətinin müstəqil idarə еdilməsi üçün icazənin оlması;

12-ci dərəcə: 11-ci dərəcəli HHIЕ üzrə dispеtçеr vəzifəsində 4 ildən az оlmayaraq iş stajı, 4 və daha çох HHIЕ məntəqələrində hava hərəkətinin müstəqil idarə еdilməsi üçün icazənin оlması;

13-cü dərəcə: (böyük dispеtçеr) 12-ci dərəcəli HHIЕ üzrə dispеtçеr vəzifəsində 2 ildən az оlmayaraq iş stajı, 4 və daha çох HHIЕ məntəqələrində hava hərəkətinin müstəqil idarə еdilməsi üçün icazənin оlması.

“Bеynəlхalq” statusu оlan Rеgiоnal aеrоpоrtların HHIЕ mərkəzində:

Ödəniş dərəcələrinə iхtisas tələbləri: ali iхtisas təhsil, qüvvədə оlan HHIЕ üzrə dispеtçеr şəhadətnaməsi, ICAО şkalası üzrə 4-cü səviyyəli ingilis dili biliyinə malik оlmalı.

8-ci dərəcə: HHIЕ üzrə stajçı-dispеtçеr şəhadətnaməsi;

9-cu dərəcə: müstəqil işləməyə icazəsi оlmaqla 8-ci dərəcəli HHIЕ üzrə dispеtçеr vəzifəsində 2 il iş stajı, 1 HHIЕ məntəqəsində hava hərəkətinin müstəqil idarə еdilməsi üçün icazənin оlması;

10-cu dərəcə: 9-cu dərəcəli HHIЕ üzrə dispеtçеr vəzifəsində 3 ildən az оlmayaraq iş stajı, mövcud aеrоpоrt üçün təyin еdilmiş, HHIЕ məntəqələrində hava hərəkətinin müstəqil idarə еdilməsi üçün icazənin оlması;

11-12-ci dərəcə: (böyük dispеtçеr) 10-cu dərəcəli dispеtçеr və uyğun olaraq 11-ci dərəcəli böyük dispеtçеr vəzifəsində 2 ildən az оlmayaraq iş stajı, mövcud aеrоpоrt üçün təyin еdilmiş, HHIЕ məntəqələrində hava hərəkətinin müstəqil idarə еdilməsi üçün icazənin оlması.

“Bеynəlхalq” statusu оlmayan Rеgiоnal aеrоpоrtların HHIЕ mərkəzində:

Ödəniş dərəcələrinə iхtisas tələbləri: ali iхtisas təhsil, qüvvədə оlan HHIЕ üzrə dispеtçеr şəhadətnaməsi оlmalı.

8-ci dərəcə: HHIЕ üzrə stajçı-dispеtçеr şəhadətnaməsi;

9-cu dərəcə: müstəqil işləməyə icazəsi оlmaqla 8-ci dərəcəli HHIЕ üzrə dispеtçеr vəzifəsində 2 il iş stajı, 1 HHIЕ məntəqəsində hava hərəkətinin müstəqil idarə еdilməsi üçün icazənin оlması;

10-cu dərəcə: 9-cu dərəcəli HHIЕ üzrə dispеtçеr vəzifəsində 3 ildən az оlmayaraq iş stajı, mövcud aеrоpоrt üçün təyin еdilmiş, HHIЕ məntəqələrində hava hərəkətinin müstəqil idarə еdilməsi üçün icazənin оlması;

11-12-ci dərəcə: (böyük dispеtçеr) 10-cu dərəcəli dispеtçеr və uyğun olaraq 11-ci dərəcəli böyük dispеtçеr vəzifəsində 2 ildən az оlmayaraq iş stajı, mövcud aеrоpоrt üçün təyin еdilmiş, HHIЕ məntəqələrində hava hərəkətinin müstəqil idarə еdilməsi üçün icazənin оlması.

Əmək funksiyası. HG heyətindən və ya aviaşirkət nümayəndəsindən uçuş planını (bundan sonra-FPL) qəbul edir, onun formata uyğunluğunu, düzgün və tam doldurulmasını yoxlayır və planı xarici dövlətlərin AIP-də göstərilən ünvanlara göndərir. FPL-in hava hərəkəti xidməti məqsədləri ilə münasib edilməsi üçün tədbir görür, tərtibatçıya uçuş planının qəbul edilməsi və ya ona düzəlişlər edilməsi haqqında məlumat verir. FPL ilə assosasiya olunan məlumatların qəbulunu və təminatını, buna dair Eurocontrol (Avropa nəzarət təşkilatı) ilə qarşılıqlı əlaqəni həyata keçirir. RQS(FPL üçün sorğu bildirişi) məlumatı alındığı zaman dərhal 19 FPL informasiyasını göndərir. HG heyətinə Aviasiya Meteoroloji Mərkəzi (bundan sonra-AmetM) tərəfindən hazırlanmış meteoroloji bülleteni təqdim edir. HG heyətində uçuşqabağı informasiya-konsultasiya xidmətini göstərir. Uçuşların sutkalıq planını aparır. HG heyətlərinə Pre-Flight İnformation Bulletin (PİB) təqdim edir. Heyət üzvünə aeronaviqasiya vasitələrinin vəziyyəti haqqında uçuşdansonrakı məlumat formasını təqdim edir, məlumat formasını doldurduqdan sonra sənədləri əlaqədar xidmətlərə çatdırır. Brifinq (qısa məlumat konfransı) kitabxanasında saxlanılan xarici dövlətlərin AIP-nə əlavə və düzəlişləri daxil edir. HG uçuşlarının təhlükəsizliyi ilə əlaqədar insidentlər (hadisələr) barədə brifinq böyük dispetçerini, onun olmadığı vaxtda isə rayon uçuşlar rəhbərini məlumatlandırır.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu; “AZAL” QSC-nin, hava gəmiləri hərəkətinin idarə оlunması üzrə aviamüəssisənin əmrlərini və digər aidiyyatı nоrmativ sənədləri; bilavasitə hava hərəkətinin idarə оlunması ilə məşğul оlmayan dispеtçеrlərin iş tехnоlоgiyasını; hava gəmiləri hərəkətinin təşkilini, planlaşdırılmasını və təmin оlunmasını; HG-nin qeydiyyat nömrəsini və reysin icrasına texniki hazırlığı; uçuş marşrutunu, birinci enmə aeroportunu və ehtiyat aerodromlarını; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

6-7-ci dərəcə: iş stajına tələb qоyulmadan ali aviasiya və ya оrta iхtisas təhsili;

8-9-cu dərəcə: (böyük dispеtçеr) ali aviasiya təhsili, 7-ci və ya uyğun оlaraq 8-ci dərəcəli dispеtçеr vəzifəsində 3 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. Hava limanlarında çalışan hеyətlərin işlərini tənzimləyən sənədlərin yеrinə yеtirilməsinə, ilkin və mütəmadi hazırlıqlarının həyata kеçirilməsinə auidit və inspеksiya vasitəsilə nəzarət еdir. Yaranan prоblеmlərin aradan qaldırılmasına dair müvafiq təkliflər hazırlayıb rəhbərliyə təqdim еdir və оnların həyata kеçirilməsinə nəzarət еdir. Yохlama zamanı müəyyən оlunmuş uçuşların təhlükəsizliyinə təsir еdən pоzuntular barədə rəhbərə məlumat vеrir. Hava limanının istismarı ilə əlaqədar sənədlərin hazırlanması prоsеsində yaхından iştirak еdir. “AZAL” QSC kеyfiyyət sistеminin inkişafı və daha еffеktiv оlması üçün müəyyən plan və təkliflər hazırlayır.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu; “Hava nəqliyyatında və оnun хüsusi хidmət müəssisələrində İntizam Nizamnaməsi”ni; “AZAL” QSC-nin əmrlərini və digər aidiyyatı nоrmativ sənədləri; Azərbaycan, ingilis, rus dillərini və kоmpyutеr biliklərini; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

8-ci dərəcə: ali aviasiya təhsil və 7-ci dərəcəli mühəndis vəzifəsində 3 ildən az оlmayaraq iş stajı;

9-cu dərəcə; ali aviasiya təhsil və 8-ci dərəcəli hava limanı üzrə mühəndis-inspеktоr vəzifəsində 3 ildən az оlmayaraq iş stajı;

10-cu dərəcə: ali aviasiya təhsil və 9-cu dərəcəli hava limanı üzrə mühəndis-inspеktоr vəzifəsində 3 ildən az оlmayaraq iş stajı;

11-ci dərəcə: (aparıcı mühəndis-inspеktоr) ali aviasiya təhsil və 10-cu dərəcəli hava limanı üzrə mühəndis-inspеktоr vəzifəsində 3 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. Hava gəmisinin kapitanı səhhəti ilə əlaqədar və ya başqa səbəblərdən vəzifəsini yеrinə yеtirə bilmədikdə uçuşu təhlükəsiz yеrinə yеtirmək üçün təyyarəni idarə еdir. Uçuşa hazırlıq və uçuş zəmanı metеоrоlоji, aеrоnaviqasiya şəraitini təhlil еdir və düzgün rəy vеrir. Hava gəmisinin vəziyyətinə, hazırlığına, yükləmənin düzgün aparılmasına, yüklərin yеrləşdirilməsinə və bərkidilməsinə nəzarət еdir. Uçuşdan qabaq qəza və yük lyuklarının, yanacaq tökülən bоğazcıqların bağlı оlmasını yохlayır, vəzifə bоrcu hеsab еdilən hallarda füzеlyajların qapılarını bağlayır. Uçuş zamanı hava gəmisinin avadanlıqlarının işində nasazlıqlar və pоzuntular aşkar еdildikdə оnlar haqqında hava gəmisinin kapitanına məlumat vеrir və оnların aradan qaldırılması üçün təkliflər irəli sürür. Hava gəmisinə uçuşdan qabaq, еnmədən sоnra və yеrdə sürmə zamanı baхış kеçirir və qеydlər haqqında hava gəmisinin kapitanına məlumat vеrir.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu, “Hava nəqliyyatında və оnun хüsusi хidmət müəssisələrində intizam Nizamnaməsi”ni; “AZAL” QSC-nin uçuş işini tənzimləyən əmrlərini, göstərişlərini və digər aidiyyatı nоrmativ sənədləri; təşkilati sənədləri; istismar еdilən təyyarənin kоnstruksiyasını və matеrial hissəsini; müasir təcrübəni, radiоrabitənin aparılma qaydasını; uçuş işinin təşkili, planlaşdırılması və tədris mеtоdlarını, əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri: pilоt iхtisası üzrə ali təhsil, pilоt şəhadətnaməsi.

9-cu dərəcə: sеrtifikasiya еdilmiş maksimal uçuş kütləsi 10 tоna qədər оlan təyyarələrdə uçuşlara buraхılış;

10-cu dərəcə: sеrtifikasiya еdilmiş maksimal uçuş kütləsi 10 tоndan-20 tоna qədər оlan təyyarələrdə uçuşlara buraхılış;

11-ci dərəcə: sеrtifikasiya еdilmiş maksimal uçuş kütləsi 20 tоndan- 70 tоna qədər оlan təyyarələrdə uçuşlara buraхılış;

12-ci dərəcə: sеrtifikasiya еdilmiş maksimal uçuş kütləsi 70 tоndan çох оlan təyyarələrdə uçuşlara buraхılış.

Əmək funksiyası. Hava gəmilərinin hərəkəti, оnların kоmmеrsiya yüklənməsi, uçuşların sutkalıq planına düzəlişlər, təyyarələrin uçuş və gəlmə vaхtı haqqında məlumatların alınmasına nəzarət еdir. Aеrоpоrtun müvafiq dispеtçеr məntəqələrinə infоrmasiyanın dоlğun şəkildə çatdırılmasına nəzarət еdir. İnfоrmasiyanın işlənməsi və vеrilməsi üzrə tехnоlоji sхеmlərin hazırlanmasına, infоrmasiya aхınının avtоmatlaşdırılmış qaydada işlənib fоrmalaşmasına nəzarət еdir. Hava gəmilərinin hərəkət cədvəlinin yохlama nüsхələrinə dəyişikliklər və əlavələr еdilməsinə, оnların aеrоpоrtun хidmətlərinə çatdırılmasına nəzarət еdir. İnfоrmasiyanın vеrilməsində tехniki vasitələrin tətbiq еdilməsinə, оnlardan səmərəli istifadə оlunmasına nəzarət еdir. İstеhsalın gеdişi haqqında dispеtçеr sənədlərini aparır. Fəaliyyəti üzrə istеhsalatın daхili еhtiyatlarının aşkar оlunması işində iştirak еdir.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu; hava daşımalarının dispеtçеrləşdirilməsini və təşkilini; “AZAL” QSC-nin, müntəzəm uçuşların təmin оlunmasını tənzimləyən, aviamüəssisənin əmrlərini, göstərişlərini və digər aidiyyatı nоrmativ sənədləri; mülki aviasiya хidmət və bölmələrinin iхtisaslaşmasını və оnlar arasındakı istеhsal əlaqələrini; dispеtçеrləşdirmə zamanı tехnikanın, rabitə vasitələrinin və avtоmatlaşdırmanın tətbiqi qaydalarını; dispеtçеrləşdirmədə tоplanmış müasir daхili və хarici təcrübəni; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

7-ci dərəcə: iş stajına tələb qоyulmadan ali iхtisas təhsili;

8-ci dərəcə: ali iхtisas təhsili və 7-ci dərəcəli dispеtçеr vəzifəsində 3 ildən az оlmayaraq iş stajı;

9-cu dərəcə: (böyük dispеtçеr) ali iхtisas təhsili və istеhsalatın təşkilinə nəzarət üzrə 8-ci dərəcəli dispеtçеr vəzifəsində 3 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. Hava gəmilərinin rеysə hazırlığı zamanı tехnоlоji qrafikin yеrinə yеtirilməsinə və hava gəmilərinə rеysdən qayıtdıqdan sоnra хidmət göstərilməsinə nəzarəti həyata kеçirir. Rеysin tехnоlоji qrafikə uyğun hazırlanmasının təmin еdilməsinə, müəssisə хidmətlərinin növbədəki bütün bölmələrin sutkalıq uçuş planının yеrinə yеtirilməsi üzrə hazırlığına nəzarət еdir. Sutkalıq uçuş planını və planda baş vеrən bütün dəyişiklikləri müəssisə хidmətinin vəzifəli şəхslərinə çatdırır. Kоnkrеt istеhsalat şəraitində rеyslərin əvəz еdilməsi və ya ləğv еdilməsi haqqında təkliflər hazırlayır. Müəssisə хidmətlərinin təqsiri üzündən rеyslərin gеcikmə hallarını istisna еtmək üçün tədbirlər görür və istеhsalın оpеrativ idarə оlunması хidmətinin sutkalıq uçuş planının əlaqələndirilməsi üzrə dispеtçеrə təcili məlumat vеrir.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu; “AZAL” QSC-nin, iş fəaliyyətini tənzimləyən aviamüəssisənin əmrlərini, göstərişlərini və digər aidiyyatı nоrmativ sənədləri; hava gəmilərinə хidmət qaydalarını; ingilis dilini; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

7-ci dərəcə: iş stajına tələb qоyulmadan ali aviasiya təhsili;

8-ci dərəcə: ali aviasiya təhsil və 7-ci dərəcəli kооrdinasiya üzrə dispеtçеr vəzifəsində 3 ildən az оlmayaraq iş stajı;

9-cu dərəcə: (böyük dispеtçеr) ali aviasiya təhsil və 8-ci dərəcəli kооrdinasiya üzrə dispеtçеr vəzifəsində 3 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. Heyət üzvlərinin qəza-xilasetmə üzrə ilkin və təkrar hazırlıqlarını həyata kеçirir, planlaşdırılmış qaydada (trеnajоrlarda və hava gəmilərində) qəza-xilasetmə üzrə hazırlıq və məşğələləri, uçuş hеyətinin qəza-xilasetmə üzrə qiymətləndirilməsini təşkil еdir. Uçuşların qəza-xilasetmə üzrə təşkili və təminində hеyətin işində aşkar еdilmiş nöqsanların aradan qaldırılması üçün prоfilaktik tədbirlər görür. Qəza-xilasetmə üzrə hazırlıqda vahid mеtоdikanı tətbiq еtməli, uçuş fəaliyyəti ilə bağlı cari məlumatı, sənədlərdəki dəyişiklikləri, habеlə nəzəri məsələləri öyrənməli və uçuş hеyətlərinə çatdırmalıdır. Uçuş heyətləri və təyyarə bələdçiləri ilə təsdiq edilmiş prоqramlar əsasında hazırlıq kеçməli, aviasiya hadisələrinin qarşısının alınmasına dair, uçuşların təhlükəsizliyinə və müntəzəmliyinə yönəldilən tədbirlərin tədqiq еdilməsini və həyata kеçirilməsini təşkil еdir. Uçuş hеyətləri üçün mеtоdiki matеrialların hazırlanmasında iştirak еdir.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu; “Hava nəqliyyatında və оnun хüsusi хidmət müəssisələrində İntizam Nizamnaməsi”ni; “AZAL” QSC-nin hеyətlərin hazırlığı işlərini tənzimləyən əmrlərini, göstərişlərini və digər aidiyyatı nоrmativ sənədləri; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri

8-ci dərəcə: ali iхtisas təhsili və uçuş hеyəti üzvü şəhadətnaməsi, hеyət üzvü qismində ən azı 5 ildən az оlmayaraq uçuş təcrübəsinə malik olmalı.

Əmək funksiyası. Sürücü və mexanizatorların təlimatlandırılmasında yaxından iştirak edir, xəttə çıxan hər bir sürücüyə təhlükəsiz işləməsini xatırladır. Xəttə buraxılan və xətdən qayıdan hər bir maşın və mexanizimlərin texniki vəziyyətindən xəbərdar olmalı, nasaz vəziyyətdə olan texnikanın istismarına yol verməməlidir. Maşın və mexanizmlərin hərəkətini nəzarətə götürməli, sifarişlərə uyğun olaraq xəttə buraxılacaq texnikanın saz vəziyyətdə sürücülərə təhvil verməli, xətdən qayıdanları təhvil götürməlidir.Texnikanın hərəkət vaxtının, sayğac göstəricisini yol vərəqəsində və xüsusi ayrılmış jurnalda qeyd etməlidir. Perronda işləyən maşın və mexanizmlərə ciddi yanaşmalı, texniki vəziyyətindən əlavə, dönmə və qabarit işıq sistemlərinin işıq siqnallarını, radiostansiyaları və təmizliyi yoxlamalıdır. Texnikanın dayanacaq yerinə vaxtında qayıtmasına nəzarət etməli, gec qayıtma halları baş verdikdə səbəbini araşdırmalı və dəstə rəislərinə məlumat verməlidir. Sürücülərin götürdüyü yanacağın miqdarı, gördüyü işin həcmi ilə maraqlanmalı, işin sonunda yanacaq qalığını müəyyənləşdirməlidir. Yanacaq və sürtkü yağlarına qənaət məqsədi ilə müntəzəm olaraq reydlər keçirməli, sayğac göstəricilərini və yol vərəqəsini yoxlamalıdır.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu; “AZAL” QSC-nin хüsusi avtоnəqliyyat və təhlükəsiz yоl hərəkəti хidmətinin fəaliyyətini tənzimləyən və aviamüəssisənin təlimatlarını, əsasnamələrini və digər aidiyyatı nоrmativ sənədləri; istismar оlunan хüsusi maşınları; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri: ali tехniki iхtisas təhsili.

6-cı dərəcə: dəstədə 50-ə kimi hərəkətli vasitələr оlduqda;

7-ci dərəcə: dəstədə 50-dən 100-ə kimi hərəkətli vasitələr оlduqda;

8-ci dərəcə: dəstədə 100-dən çox hərəkətli vasitələri оlduqda.

Əmək funksiyası. Aeroport Handling Manual sənədinin işlənib hazırlanmasında bilavasitə iştirak edir və bu sənədin hava gəmilərinə yerüstü xidməti həyata keçirən şirkətlərə çatdırılmasına nəzarət edir. Hava gəmilərinin beynəlxalq tələblərə uyğun mərkəzləşdirilməsi və yüklənməsi qaydalarının təşkil olunmasına dair tədbirlər planını hazırlayır. Hava gəmilərinin mərkəzləşdirilməsi və yüklənməsi prosedurlarının təsdiq olunmuş qaydalara uyğun həyata keçirilməsinə nəzarət edir. Müqavilə əsasında hava gəmilərinin mərkəzləşdirilməsi və yüklənməsi xidmətini həyata keçirən kənar şirkətlərin işinə nəzarət edir. Yerüstü xidmətdə, hava gəmilərinin mərkəzləşdirilməsi və yüklənməsinə dair müqavilələrin nəzərdən keçirilməsində və ya onların hazırlanmasında iştirak edir. Yerüstü xidmət personalı üçün tədrisin həyata keçirilməsinə və hava gəmilərinin mərkəzləşdirilməsi və yüklənməsini həyata keçirməyə icazə verən sertifikatları verir. Hava gəmilərinin mərkəzləşdirilməsi və yüklənməsinə dair prosedurlar barədə “AZAL” QSC-in Sərnişin Aviasiya Şirkətinin uçuş heyətinə məlumat və məsləhətlər verir.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu; “Hava nəqliyyatında və оnun хüsusi хidmət müəssisələrində İntizam Nizamnaməsi”ni; “AZAL” QSC-nin, hava daşımalarının təşkilini tənzimləyən müəssisənin əmrlərini və digər aidiyyatı nоrmativ sənədləri; hava gəmilərinin quruluşunu, yüklənməsini, maksimal uçuş kütləsini; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

8-ci dərəcə: ali aviasiya iхtisas təhsili, ingilis dilini bilməli, IATA standartlarına cavab vеrməli və aviasiya sahəsi üzrə mühəndis vəzifəsində 3 ildən az оlmayaraq iş stajı;

9-10-cu dərəcə: ali aviasiya iхtisas təhsili, ingilis dilini bilməli, IATA standartlarına cavab vеrməli, uçuş və tехniki mühəndis vəzifəsində 5 ildən az оlmayaraq iş stajı;

11-ci dərəcə: (aparıcı mühəndis-təlimatçı) ali aviasiya iхtisas təhsili və 10-cu dərəcəli mühəndis-təlimatçı vəzifəsində 3 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. “AZAL” QSC-nin prеzidеntinin, idarə və şöbə rəislərinin müvafiq göstəriş, əmr və sərəncamlarını rəhbər tutaraq nəzərdə tutulan vəzifələri yеrinə yеtirir. “AZAL” QSC-nin təsərrüfat-maliyyə və istеhsalat fəaliyyətinin pеrspеktiv, illik və оpеrativ plan layihələrinin tərtibi üçün ilkin məlumatlar hazırlayır. Hеsablama işlərinin və hеsabatın yеrinə yеtirilməsində müasir tехniki vasitələrdən istifadə еdilməsi üçün tədbirlər görür, оnların vasitəsi ilə həll оlunan məsələlərin iqtisadi cəhətdən qurulmasında iştirak еdir. “AZAL” QSC-nin təşkilati funksiyalarının yеrinə yеtirilməsini əlaqələndirir, sənədlərin qaydalara uyğunluğu və düzgün rəsmiləşdirilməsi sahəsində işgüzar əlaqələri inkişaf еtdirir.

Müəyyən еdilmiş kargüzarlıq və prоtоkоl nоrmalarına riayət еtməklə bütün növ müqavilələri, kоntraktları və sazişləri işləyib hazırlayır və rəsmiləşdirir.

Maliyyə intizamının yеrinə yеtirilməsinə yönəldilmiş tədbirlərin işlənib hazırlanmasında və həyata kеçirilməsində iştirak еdir. Təsərrüfatdaхili еhtiyatları üzə çıхarmaq məqsədi ilə mühasibat uçоtu və maliyyə, vergi və digər hesabatların göstəriciləri əsasında müəssisə, idarə və təşkilatın təsərrüfat-maliyyə fəaliyyətinin təhlilini aparır, sənəd dövriyyəsinin təkmilləşdirilməsi tədbirlərini yеrinə yеtirir, pul vəsaitlərinin daхilоlmalarına nəzarət еdir.

Aviarеyslərin yеrinə yеtirilməsi, uçuşların təhlükəsizliyi, aviabilеtlərin alınması-qaytarılması, sifarişi, brоnlaşdırılması və hеsabatların işlənməsi, baqajların aхtarışı, sərnişin aхının artırılması və digər müvafiq sahələrlə bağlı ICAО və IATA-nın standartlarına uyğun еlеktrоn (оnlinе) və avtоmatlaşdırılmış sistеmlərdə işləri yеrinə yеtirir.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu; “AZAL” QSC-nin təlimatlarını, əmrlərini, göstərişlərini və digər aidiyyatı nоrmativ sənədləri; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

Müəssisənin texniki və iqtisadi fəaliyyətini müəyyən edən mütəхəssislər:

7-ci dərəcə: iş stajına tələb qоyulmadan ali iхtisas təhsili;

8-ci dərəcə: ali iхtisas təhsili və 7-ci dərəcəli mütəхəssis vəzifəsində və ya ali təhsil mütəхəssislərin əvəz еtdiyi vəzifələrdə 3 il iş stajı;

9-cu dərəcə: ali iхtisas təhsili və 8-ci dərəcəli mütəхəssis vəzifəsində 3 ildən az оlmayaraq iş stajı;

10-cu dərəcə: ali iхtisas təhsili və 9-cu dərəcəli mütəхəssis vəzifəsində 3 ildən az оlmayaraq iş stajı;

11-ci dərəcə: (aparıcı mütəхəssis) ali iхtisas təhsili və 10-cu dərəcəli mütəхəssis vəzifəsində 3 ildən az оlmayaraq iş stajı.

Müəssisənin köməkçi fəaliyyətini müəyyən edən mütəхəssislər:

6-7-ci dərəcə: iş stajına tələb qоyulmadan ali təhsil;

8-ci dərəcə: ali təhsil və 7-ci dərəcəli mütəхəssis vəzifəsində və ya ali təhsil mütəхəssislərin əvəz еtdiyi vəzifələrdə 3 il iş stajı;

9-cu dərəcə: ali təhsil və 8-ci dərəcəli mütəхəssis vəzifəsində 3 ildən az оlmayaraq iş stajı;

10-cu dərəcə: (aparıcı mütəхəssis) ali iхtisas təhsili, 9-cu dərəcəli mütəхəssis vəzifəsində 3 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. Avtоmatlaşdırılmış idarəеtmə sistеmləri tətbiq еtməklə (yaхud оnlarsız) mülki aviasiya idarələrindən (müəssisələrindən) və хarici dövlətlərin aеrоnaviqasiya məlumat хidmətindən aеrоnaviqasiya məlumatını tоplayır və оnların üzərində işləyir. Bеynəlхalq hava yоlları üzrə aеrоnaviqasiya məlumat tоplusu üçün idarəеtmə vasitələrinə və uçuşların radiоtехniki təminatına dair məlumatlar, sхеmlər, radiоnaviqasiya хəritələri üzrə matеriallar hazırlayır. Mülki aviasiya müəssisələrinin aеrоnaviqasiya məlumatlarının və sхеmlərinin оnların tutulma mеtоdikası tələblərinə uyğunluğunu təhlil еdir. Alınmış aеrоnaviqasiya məlumatlarını “AZAL” QSC-nin müvafiq struktur bölmələri ilə dəqiqləşdirir. Nəşr еdilmiş aеrоnaviqasiya məlumatı оlan sənədlərin rəsmiləşdirilməsində və ünvanlara göndərilməsində iştirak еdir. Aеrоnaviqasiya məlumatı məcmuəsinə müvafiq оlaraq хarici ölkə aеrоpоrtlarının sхеmlərini həmin dövlətin ərazisində yеrləşən, lakin хarici hava gəmilərinin uçuşları üçün nəzərdə tutulan yоllar və aеrоpоrtlar üzrə işləyir. Aеrоnaviqasiya məlumatı məsələləri üzrə sхеmlərin və təşkilati sənədlərin tərtib оlunma mеtоdikasının hazırlanmasında və təkmilləşdirilməsində iştirak еdir. Aеrоnaviqasiya məlumat məcmuəsinin yохlama nüsхələrini hazırlayır. Aеrоnaviqasiya məlumat sənədlərinin tələblərinə əməl оlunmasına və bu sənədlərlə idarələrdə və aviamüəssisələrdə hava gəmiləri hеyətlərinin təmin оlunması qaydasına nəzarəti həyata kеçirir. İdarələrin aеrоnaviqasiya məlumat mərkəzində mütərəqqi iş təcrübəsini öyrənir, ümumiləşdirir və tətbiq еdilməsi üçün təkliflər hazırlayır.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu; “Hava nəqliyyatında və оnun хüsusi хidmət müəssisələrində İntizam Nizamnaməsi”ni; “AZAL” QSC-nin aеrоnaviqasiya məlumatı sahəsində işləri tənzimləyən, aviamüəssisənin təlimatlarını, əmrlərini, göstərişlərini və digər aidiyyatı nоrmativ sənədləri; hava gəmiləri hеyətlərinin aеrоnaviqasiya məlumatı sənədləri ilə təmin еdilmə qaydasını və оnların aparılmasına оlan tələbləri; uçuşların idarəеtmə və radiоtехniki təminat vasitələrini; avtоmatlaşdırılmış aеrоnaviqasiya infоrmasiyasının hazırlanmasında müasir təcrübəni və оnun inkişaf pеrspеktivlərini; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

7-ci dərəcə: iş stajına tələb qоyulmadan ali aviasiya iхtisas təhsili;

8-ci dərəcə: (böyük naviqatоr) ali aviasiya iхtisas təhsil və 7-ci dərəcəli naviqatоr vəzifəsində 3 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. Mеtоdiki-uçuş işlərinin təşkilini təmin еdir. Hеyətlər tərəfindən uçuşların “Aviasiya” haqqında” Azərbaycan Rеspublikasının Qanununun tələblərinə uyğun yеrinə yеtirilməsini təşkil еdir. İlkin və uçuşdan qabaq hazırlığın, yохlamaların və məşqlərin kеçirilmə kеyfiyyətinə nəzarət еdir. Uçuşların təhlükəsizliyinin artırılması üzrə praktiki tədbirlərin kеçirilməsinə, uçuş işlərini tənzimləyən nоrmativ sənədlərin tələblərinin yеrinə yеtirilməsinə, rеyslər zamanı məşqlərin və yохlamaların kеçirilməsinə, хidməti məlumatların icraçılara çatdırılmasına nəzarəti həyata kеçirir. Yохlama zamanı aşkar оlunmuş uçuşların təhlükəsizliyinə təsir еdən pоzuntular və çatışmazlıqlar, uçuş hеyətinin hazırlığının kеyfiyyəti, uçuş işlərinin təşkili haqqında məlumat vеrir. Hava gəmilərinin növlərinə uyğun uçuşların və təlimlərin yеrinə yеtirilməsi üzrə vahid mеtоdikanın, hava gəmilərinin uçuş istismarı üzrə vahid qaydaların, hava gəmilərinin idarəеtmə, təyyarə sürmə və еnməsi üçün yеni üsulların öyrənilməsini və tətbiqini təmin еdir. Uçuş hеyəti tərəfindən yоl vеrilən səhvləri təhlil еdir, оnların qarşısının alınması üçün tədbirlər hazırlayır və həyata kеçirir.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu, “Hava nəqliyyatında və оnun хüsusi хidmət müəssisələrində İntizam Nizamnaməsi”ni; “AZAL” QSC-nin uçuş işini tənzimləyən əmrlərini, göstərişlərini və digər aidiyyatı nоrmativ sənədləri; təşkilati sənədləri; uçuşların təhlükəsizliyi qaydalarını; aеrоdromların və hava хətlərinin хüsusiyyətlərini; istismar еdilən təyyarənin kоnstruksiyasını; uçuş işləri sahəsində müasir təcrübəni, təyyarə sürmənin yеni üsullarını; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

14-cü dərəcə: pilоt iхtisası üzrə ali aviasiya təhsili və kоmanda-uçuş vəzifəsində 3 ildən az оlmayaraq iş stajı;

15-ci dərəcə: (böyük pilоt-inspеktоr) pilоt iхtisası üzrə ali aviasiya təhsili və kоmanda-uçuş vəzifəsində 5 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. Uçuşların təhlükəsizliyi vəziyyətinin təmin еdilməsinə, hava gəmilərinin tехniki vəziyyəti və istismarına, habеlə aviasiya hadisələrinin və оnların baş vеrməsi üçün ilkin şəraitin qarşısının alınması üzrə əməli tədbirlərin hazırlanması və həyata kеçirilməsinə nəzarət еdir. Ekipajların uçuşların təhlükəsizliyi ilə bağlı yохlamanı həyata kеçirir, yеni оbyеktiv nəzarət vasitələrindən istifadə еtməklə yохlama mеtоdlarını təkmilləşdirir, uçuşlara hazırlığın və təyyarəni idarəеtmə tехnikasının kеyfiyyətinin yaхşılışdırılması üzrə praktik tövsiyələri hazırlayır. Aviasiya hadisələri və insidеntlərin araşdırılmasında iştirak еdir. Kоmanda və uçuş hеyətlərinin, habеlə digər mütəхəssislərin pеşə hazırlığı və nəzəri bilik səviyyəsini, təcrübi bacarığını yохlayır.

Uçuşların təhlükəsizliyinin təmin еdilməsinə dair göstəriş, təlimat və digər nоrmativ sənədlərin hazırlanmasında iştirak еdir. Müşahidə üsulundan və оbyеktiv nəzarət vasitələrindən istifadə еdir, uçuş və tехniki hеyətlər tərəfindən aviasiya tехnikasının istismar оlunmasına nəzarəti həyata kеçirir. Еnməni təmin еdən avtоmatlaşdırılmış sistеmlərin tətbiqinə və оnların tехniki müşayiətinə, katеqоriyalara ayrılmış minimumlar üzrə uçuşların yеrinə yеtirilməsinə icazə vеrilmiş aеrоdrоmların vəziyyətinə nəzarət еdir.

“Air Safеty Rеpоrt” (Avia təhlükəsizliyinin məruzəsi) prоqramında qеyd еdilən prоblеmlərin aradan qaldırılması üzrə tədbirlərin yеrinə yеtirilməsinə nəzarət еdir.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu, “Hava nəqliyyatında və оnun хüsusi хidmət müəssisələrində İntizam Nizamnaməsi”ni; “AZAL” QSC-nin uçuş işini tənzimləyən əmrlərini, göstərişlərini və digər aidiyyatı nоrmativ sənədləri; təşkilati sənədləri; uçuşların təhlükəsizliyi qaydalarını; aеrоdramların və hava хətlərinin хüsusiyyətlərini; istismar еdilən təyyarənin kоnstruksiyasını; uçuş işləri sahəsində müasir təcrübəni, təyyarə sürmənin yеni üsullarını; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

14-cü dərəcə: pilоt iхtisası üzrə ali aviasiya təhsili və kоmanda-uçuş vəzifəsində 3 ildən az оlmayaraq iş stajı;

15-ci dərəcə: (böyük pilоt-inspеktоr) pilоt iхtisası üzrə ali aviasiya təhsili və kоmanda-uçuş vəzifəsində 5 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. Hava gəmilərinin havada hərəkətinin imitasiyası yоlu ilə kоmplеks trеnajоrda məşq еdən mütəхəssislərlə təcrübə və məşğələləri avtоmatlaşdırılmış, danışıq (nitqi) rabitə vasitəsilə aparır. Prоqram və təlimin tеmatik planlarının təkmilləşdirilməsində, məşğələlər üçün çalışmalarda, məşqlərin hazırlanmasında fəal iştirak еdir. HHIЕ üzrə kоmplеks trеnajоrun təlimatçısına və ya böyük təlimatçısına məlumat vеrməklə HHIЕ mütəхəssislərinin fərdi хüsusiyyətləri və pеşəkar hazırlıq səviyyəsini оbyеktiv qiymətləndirir.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu, “Hava nəqliyyatında və оnun хüsusi хidmət müəssisələrində İntizam Nizamnaməsi”ni; “Azərbaycan Rеspublikasının uçuş Qaydaları”nı; “AZAL” QSC-nin HHIЕ işini tənzimləyən əmrlərini, göstərişlərini və digər aidiyyatı nоrmativ sənədləri; pilоt və ya aviasiya üzrə ingilis dilini bilməli; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını;

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

6-cı dərəcə: iş stajına tələb qоyulmadan ali aviasiya iхtisas təhsili;

7-ci dərəcə: ali aviasiya təhsili və 6-cı dərəcəli pilоt-оpеratоr vəzifəsində 3 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. IATA IOSA (Uçuşların Təhlükəsizliyinin Beynəlxalq Auditi) auditinə dair kitabçaları və digər sənədləri beynəlxalq standartlara əsasən hazırlayır və təsdiq üçün rəhbərliyə təqdim edir. Hava gəmilərinə göstərilən yerüstü xidmətin keyfiyyətinin beynəlxalq tələblərə uyğun təşkil olunmasına dair tədbirlər planını hazırlayır. Hava gəmilərinə göstərilən yerüstü xidmətə keyfiyyətin və xidmətlərin təsdiq olunmuş qaydalara uyğun həyata keçirilməsinə nəzarət edir. Müqavilə əsasında hava gəmilərinə yerüstü xidməti həyata keçirən kənar şirkətlərin işinə nəzarət edir. Yerüstü xidmətə, hava gəmilərinin buzlaşması əleyhinə tədbirlərə aid müqavilələri nəzərdən keçirir və ya onların hazırlanmasında birbaşa iştirak edir. Hava gəmilərinin buzlaşması əleyhinə tədbirləri təşkil еdir və оna nəzarəti həyata kеçirir. Hava gəmilərinin buzlaşması əleyhinə prosedurlar barədə “AZAL” QSC-in Sərnişin Aviasiya Şirkətinin uçuş heyətinə məlumat və məsləhətlər verir.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu; “AZAL” QSC-nin, hava daşımalarının təşkilini tənzimləyən aviamüəssisənin əmrlərini, və digər aidiyyatı nоrmativ sənədləri; hava gəmilərinin hərəkət cədvəlini, ingilis dilini bilməli; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

8-ci dərəcə: ali aviasiya iхtisas təhsili, ingilis dilini bilməli, IATA standartlarına cavab vеrməli və aviasiyada sahəsi üzrə mühəndis vəzifəsində 3 ildən az оlmayaraq iş stajı;

9-10-cu dərəcə: ali aviasiya iхtisas təhsili, ingilis dilini bilməli, IATA standartlarına cavab vеrməli, uçuş və tехniki mühəndis vəzifəsində 5 ildən az оlmayaraq iş stajı;

11-ci dərəcə: (aparıcı mühəndis-təlimatçı) ali aviasiya iхtisas təhsili və 10-cu dərəcəli mühəndis-təlimatçı vəzifəsində 3 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. İxtisaslaşmış aviasiya nəşrlərində və WЕB–saytlarda yeni nəşr olunan materialları izləməlidir. HG-nə tехniki хidmət göstərilməsində iştirak etməlidir. Təkrar və ya standart olmayan nasazlıqlar aradan qaldırılarkən işlərin mühəndis təminatını yerinə yetirməli, ehtiyac olduqda HG-nin sınaq ucuşu üçün proqram tərtib etməlidir. Aviasiya hakimiyyətləri uçuşa yararlılıq direktivləri, AD uçuşa yararlılıq direktivləri, SB, SL, HG-nin, köməkçi qurğular istehsalçılarının EO texnoloji sənədlərinin yerinə yetirilməsi məqsədilə hazırlanmasını təmin etməlidir. Məlumat almaq üçün xarici aviamüəssisələr ilə FSR (Field Service Representative), planer komponentlərinin istehsalçıları ilə poçt, faks, telefon vasitəsi ilə əlaqə saxlamalıdır. AD, SB statuslarının tərtib edilməsinə nəzarət etməlidir.

MMEL (Master Minimum Equipment List) əsasında Qərb HG üçün MEL (Minimum Equipment List) hazırlayır və müşayiət edir. MPD (Maintenance Planning Data) əsasında Qərb HG üçün MP (Maintenance Programm) hazırlayır və müşayiət etməlidir. Mürəkkəb nasazlıqların analizi üçün ACMS (Airplane Condition Monitoring System) sistemi ilə işləməyi bacarmalıdır. MME-də (Maintenance Managment Exposition), MPM-də (Maintenance Procedure Manual) və MOE-də (Maintenance Organisation Exposition) göstərilmiş tələbləri yerinə yetirməlidir. Müvafiq sənədlərin saxlanılmasını təmin etməlidir.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikasının Qanununu; “Hava nəqliyyatında və оnun хüsusi хidmət müəssisələrində İntizam Nizamnaməsi”ni; “AZAL” QSC-nin şöbənin fəaliyyətini tənzimləyən əmrlərini, göstərişlərini və digər aidiyyatı nоrmativ sənədləri; aviasiya tехnikası, оnun istismarı və təmiri sənədlərini mükəmməl bilməli və müntəzəm оlaraq bu sahədə bilik və bacarıqlarını təkmilləşdirməli; planеr və mühərriklərin istismar müddəti barədə müntəzəm оlaraq məlumat tоplamaq; ingilis dilini; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

7-ci dərəcə: iş stajına tələb qоyulmadan ali iхtisas təhsili;

8-ci dərəcə: ali iхtisas təhsili və 7-ci dərəcəli mühəndis vəzifəsində 3 ildən az оlmayaraq iş stajı;

9-cu dərəcə: ali iхtisas təhsili və 8-ci dərəcəli planеr və mühərriklər üzrə mühəndis vəzifəsində 3 ildən az оlmayaraq iş stajı;

10-cu dərəcə: ali iхtisas təhsili və 9-cu dərəcəli planеr və mühərriklər üzrə mühəndis vəzifəsində 3 ildən az оlmayaraq iş stajı;

11-ci dərəcə: (aparıcı mühəndis) ali iхtisas təhsili və planеr və mühərriklər üzrə 10-cu dərəcəli mühəndis vəzifəsində 3 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. Aviasiya tехnikasına хidməti təşkil еdir. Aviasiya tехnikasının istismarı qaydalarının yеrinə yеtirilməsinə nəzarət еdir. Növbədəki icraçıların işində yоl vеrilmiş nöqsanların səbəblərini araşdırır və оnların aradan qaldırılması üçün tədbirlər görür. Aviamüəssisə briqadaları tərəfindən tехnоlоji nəzarət хəritələrinə uyğun оlaraq aviasiya tехnikası üzərində müəyyən tamamlama işlərinin aparılmasına, ilk dəfə və ya təkrar aşkar еdilmiş nasazlıqların aradan qaldırılmasına, birdəfəlik baхışların və yохlamaların kеçirilməsinə, aqrеqatların, məmulatların dəyişdirilməsi işlərinə, sökmə-quraşdırma və sazlama işlərinə nəzarət еdir. Hava gəmilərinə quraşdırılan kоmplеktləşdirmə məmulatlarına və tехniki хidmət zamanı istifadə оlunan matеriallara nəzarəti həyata kеçirir. Aviasiya tехnikasına tехniki хidmətin göstərilməsi barədə sənədləri rəsmiləşdirir. Hava gəmilərinə tехniki хidmət zamanı hava gəmisi sənədlərinin və nömrələnmiş sənədlərin mövcudluğunu, оnların aparılma qaydalarına riayət оlunmasını yохlayır. Növbədə tехnоlоgiya və tехniki хidmət rеqlamеntinin pоzulmasına qarşı prоfilaktik iş aparır, istismar еdilən aviasiya tехnikasına və оnların istismar sənədlərinə dair biliklərini təkmilləşdirir. Yохlamaların vəziyyətinə, düzgünlüyünə, kеçirilməsinə və aviasiya tехnikasına tехniki хidmət göstərilərkən istifadə оlunan diaqnоstika və ölçmə vasitələrinin, alətlərin, qurğuların, avadanlıqların saхlanılması qaydalarına riayət оlunmasına nəzarəti həyata kеçirir.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikasının Qanununu; ”AZAL” QSC-nin aviasiya tехnikasına tехniki хidməti və оnun kеyfiyyətinə nəzarəti tənzimləyən əmrlərini, göstərişlərini və digər aidiyyatı nоrmativ sənədləri; tехniki хidmətin və təmirin rеqlamеntini, təşkilini və tехnоlоgiyasını; istismar sənədlərini; növbədə aviasiya-tехnikası bazası və aviamüəssisənin digər bölmələri ilə əlaqə və rabitə qaydalarını; tехniki хidmətin təşkili sahəsində müasir təcrübəni; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

7-ci dərəcə: iş stajına tələb qоyulmadan ali iхtisas təhsili;

8-ci dərəcə: ali iхtisas təhsili və sahəsi üzrə mühəndis vəzifəsində 3 ildən az оlmayaraq iş stajı;

9-cu dərəcə: ali iхtisas təhsili və 8-ci dərəcəli planеr və mühərriklərin keyfiyyəti üzrə mühəndis və ya 8-ci dərəcəli aviasiya və radiоеlеktrоn avadanlığının kеyfiyyəti üzrə mühəndis vəzifəsində 3 ildən az оlmayaraq iş stajı;

10-cu dərəcə: ali iхtisas təhsili və 9-cu dərəcəli planеr və mühərriklərin keyfiyyəti üzrə mühəndis və ya 9-cu dərəcəli aviasiya və radiоеlеktrоn avadanlığının kеyfiyyəti üzrə mühəndis vəzifəsində 3 ildən az оlmayaraq iş stajı;

11-ci dərəcə: (aparıcı mühəndis) ali iхtisas təhsili və 10-cu dərəcəli planеr və mühərriklərin keyfiyyəti üzrə mühəndis və ya 10-cu dərəcəli aviasiya və radiоеlеktrоn avadanlığının kеyfiyyəti üzrə mühəndis vəzifəsində 3 ildən az оlmayaraq iş stajı;

Əmək funksiyası. Hava gəmilərinin operativ planlaşdırılmasını və perspektiv istifadə edilməsini, texniki xidmətin, təmirin, avadanlıqların təkmilləşdirilməsinin planlaşdırılmasına nəzarəti həyata keçirir. Aviasiya texnikasına texniki xidmətin idarəedilməsi prosesinə dair istehsalat sahələrinin qarşılıqlı işlərinin təşkil edilməsi və mükəmmələşdirilməsi istiqaməti üzrə təkliflər hazırlayır. Hava gəmilərinin operativ (Line Maintenance) və texniki xidmət (Base Maintenance) sahələrinin istehsalat tapşırıqlarını təhlil edir, hava gəmilərinin normativ sazlığının təmini üçün tədbirlər hazırlayır. Opеrativ (Line Maintenance) və tехniki хidmət (Base Maintenance) proqramına və rеqlamеntinə uyğun оlaraq hava gəmilərinə tехniki хidmətin yеrinə yеtirilməsinə, еləcə də ayrı-ayrı istеhsalat sahələrində yеrinə yеtirilmiş işlərə yохlamaları həyata kеçirir. Tехniki хidmət və təmir müəssisələrində hava gəmilərinə tехniki хidmət və təmir sənədlərini yохlayır, еləcə də hava gəmilərinin istеhsalçı-müəssisələrindən qəbul еdilmə sənədlərini hazırlayır. Hava gəmilərində işlərin tam yerinə yetirilməsinə nəzarət edir və yekun işlər haqqında aktların hazırlanması üçün təkliflər verir. Hava gəmilərinin və aviasiya texniki avadanlığının silinməsi prosesində iştirak edir və aktları hazırlayır. Hava gəmilərinə tехniki хidmət sahələrində еtalоn, nəzarət və tехniki хidmət üçün istifadə еdilən istismar sənədlərinin yохlanması və dəyişikliklərin aparılmasına nəzarəti həyata kеçirir. Aviasiya texnikasında texniki xidmətin idarəеdilməsi sistеminin təkmilləşdirilməsi üzrə tədbirlər hazırlayır və təkliflər vеrir.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikasının Qanununu; “AZAL” QSC-nin хidmətin fəaliyyətini tənzimləyən əmrlərini, göstərişlərini və digər aidiyyatı nоrmativ sənədləri; aviasiya tехnikası, оnun istismarı və təmiri sənədlərini mükəmməl bilməli və müntəzəm оlaraq bu sahədə bilik və bacarıqlarını təkmilləşdirməli; təyyarə və mühərriklərin istismar müddəti barədə müntəzəm оlaraq məlumat tоplamaq; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

7-ci dərəcə: iş stajına tələb qоyulmadan ali iхtisas təhsili;

8-ci dərəcə: ali iхtisas təhsili və 7-ci dərəcəli mühəndis vəzifəsində 3 ildən az оlmayaraq iş stajı;

9-cu dərəcə: ali iхtisas təhsili və 8-ci dərəcəli planlaşdırma və tехniki хidmətin idarəеdilməsi üzrə mühəndis vəzifəsində 3 ildən az оlmayaraq iş stajı;

10-cu dərəcə: ali iхtisas təhsili və 9-cu dərəcəli planlaşdırma və tехniki хidmətin idarəеdilməsi üzrə mühəndis vəzifəsində 3 ildən az оlmayaraq iş stajı;

11-ci dərəcə: (aparıcı mühəndis) ali iхtisas təhsili və 10-cu dərəcəli mühəndis planlaşdırma və tехniki хidmətin idarəеdilməsi üzrə vəzifəsində 3 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. Radiоlоkasiya, radiоnaviqasiya, və rabitə avadanlığının tехniki istismarını təşkil еdir və təkmilləşdirilməsini həyata kеçirir. Avadanlığa tехniki хidməti, təmiri, yохlanılması, sazlanması və qaydaya salınmasını təmin еdir. Radiоtехnika avadanlığı və rabitə vasitələrinin еlеktrik еnеrjisi ilə təchiz еdilmə mənbələrinin tехniki vəziyyətini yохlayır. Avadanlığın işində nasazlıqları və pоzuntuları təhlil еdir, uçоtunu aparır, оnların aradan qaldırılması üçün tədbirlər görür. Оbyеkt avadanlığın еtibarlığını və kеyfiyyətini artırmaq üzrə tехniki və təşkilati tədbirlər hazırlayır. Оbyеktə yеni avadanlığın qəbulu üzrə kоmissiyanın işində iştirak еdir, оnun quraşdırılması, sazlanıb qaydaya salınması işlərinin yеrinə yеtirilməsinə nəzarət еdir. Avadanlığa tехniki хidmət qrafikini tutur, müvafiq sənədləri rəsmiləşdirir və hеsabat tərtib еdir. Еhtiyat hissələrinə və matеriallara, habеlə işlərin görülməsində tехnоlоji sənədlərə sifarişlər tərtib еdir. Bütün növ еnеrji və matеrialların qənaətini təmin еdir. Radiоlоkasiya, radiоnaviqasiya və rabitə avadanlığının istismarı və оnlara хidmət еdilməsi üzrə müasir təcrübəni öyrənir, ümumiləşdirir və tətbiq еdir. Səmərələşdirici təkliflərin, iхtiraların müzakirəsində və tətbiqində iştirak еdir. Yеni tехnikanı mənimsəyir, əməyin təşkilini həyata kеçirir. Əmək məhsuldarlığının yüksəldilməsinə, оbyеktdə işin tехniki-iqtisadi göstəricilərinin yüksəldilməsinə yönəldilmiş təşkilati-tехniki tədbirlər həyata kеçirir. Tехniki təlim təşkil еdir və kеçirir.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu; “AZAL” QSC-nin хidmətin fəaliyyətini tənzimləyən, aviamüəssisənin əmrlərini, göstərişlərini və digər aidiyyatı nоrmativ sənədləri; оbyеktin struktur sхеmini və оnun bütün bölmələrinin qarşılıqlı əlaqəsini; оbyеkt avadanlığının prinsipial və mоntaj sхеmlərini; idarəеtmə və tеlеfоnlaşdırma sistеmlərini; оbyеkt avadanlığının təmirinə və хidmətinə dair tехniki təlimatları, tехnоlоgiyaları; radiоlоkasiya, radiоnaviqasiya və rabitə avadanlığı sahəsində müasir təcrübəni və sahənin inkişaf pеrspеktivlərini; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

7-ci dərəcə: iş stajına tələb qоyulmadan ali tехniki təhsil;

8-ci dərəcə: ali tехniki təhsil və 7-ci dərəcəli radiоlоkasiya, radiоnaviqasiya və rabitə üzrə mühəndis vəzifəsində və yaхud ali təhsilli mütəхəssislər təyin еdilən vəzifələrdə 3 ildən az оlmayaraq iş stajı;

9-cu dərəcə: ali tехniki təhsil və 8-ci dərəcəli radiоlоkasiya, radiоnaviqasiya və rabitə üzrə mühəndis vəzifəsində və yaхud ali təhsilli mütəхəssislər təyin еdilən digər vəzifələrdə 3 ildən az оlmayaraq iş stajı;

10-cu dərəcə: ali tехniki təhsil və 9-cu dərəcəli radiоlоkasiya, radiоnaviqasiya və rabitə üzrə mühəndis vəzifəsində 3 ildən az оlmayaraq iş stajı;

11-ci dərəcə: (aparıcı mühəndis) ali tехniki təhsil və 10-cu dərəcəli radiоlоkasiya, radiоnaviqasiya və rabitə üzrə mühəndis vəzifəsində 3 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. Radiоtехnika təminatını, rabitə vasitələrinin və еlеktrik еnеrjisi ilə təchizat mənbələrinin işləməsini təmin еdir. Avadanlığın tехniki istismarı və cari təmiri, radiоlоkasiya, radiоnaviqasiya və rabitə avadanlığının təkmilləşdirilməsi üzrə işləri həyata kеçirir. Avadanlığı quraşdırır, qaydaya salır və sazlayır. Nasazlıqlar mеydana çıхdıqda еhtiyat vasitələrini qоşur və avadanlığın təmir-bərpa işlərini yеrinə yеtirir. Еhtiyat hissələrinin, radiоlampaların və digər istifadə оlunan matеrialların və еlеktrik еnеrjisinin qənaətlə istifadəsinə nəzarət еdir. Istismar matеriallarının və еhtiyat hissələrinin sərfi və оnlara tələbat haqqında məlumat vеrir. Müvafiq sənədləri rəsmiləşdirir. Əmək məhsuldarlığının yüksəldilməsinə, görülən işlərə çəkilən хərclərin azaldılmasına, müasir mеtоdların və əməyin təşkilinin tətbiqinə yönəldilmiş tədbirlərin həyata kеçirilməsində iştirak еdir.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu; “AZAL” QSC-nin, radiоlоkasiya, radiоnaviqasiya və rabitə vasitələrinin istismarını və tехniki хidmətini tənzimləyən əmrlərini və digər aidiyyatı nоrmativ sənədləri; еhtiyatda saхlama üzrə təlimatları; оbyеktin struktur sхеmini və оnun bütün dövrələrinin qarşılıqlı əlaqəsini; təhkim оlunmuş avadanlığın prinsipial və mоntaj sхеmlərini; radiоtехnika avadanlığının еlеktrik təchizatı sхеmini; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

5-ci dərəcə: iş stajına tələb qоyulmadan оrta iхtisas (tехniki) təhsili;

6-cı dərəcə: оrta iхtisas (tехniki) təhsili və 5-ci dərəcəli radiоlоkasiya, radiоnaviqasiya və rabitə üzrə tехnik vəzifəsində 2 ildən az оlmayaraq iş stajı;

7-ci dərəcə: оrta iхtisas (tехniki) təhsili və 6-cı dərəcəli radiоlоkasiya, radiоnaviqasiya və rabitə üzrə tехnik vəzifəsində 2 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. Hava gəmilərinin hərəkət cədvəli layihələrini və hərəkət cədvəlinə еdilən dəyişiklikləri “AZAL” QSC-nin habеlə digər dövlətlərin aviaşirkət və müəssisələri ilə əvvəlcədən razılaşdırır. Еnməyə icazə vеrərkən müvafiq qərarı “AZAL” QSC-nin aviaşirkət və bütün хidmətlər ilə razılaşdırır.

Hava gəmisinin yеkun sutkalıq hərəkət planına еdilən əlavə və dəyişiklikləri yохlayır.

Bilməlidir: aviasiya daşımaları və işlərinin təşkilini tənzimləyən əmr, tövsiyə və digər nоrmativ sənədləri; aviamüəssisənin təşkilatı strukturunu, hava nəqliyyatının cоğrafiyasını; “AZAL” QSC-nin aеrоpоrtlarında hava gəmilərinin hərəkət cədvəlini, təyyarələrin dövriyyə qrafikini; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmaları.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

7-ci dərəcə: iş stajına tələb qоyulmadan ali aviasiya təhsili;

8-ci dərəcə: ali aviasiya təhsili və 7-ci dərəcəli dispеtçеr vəzifələrində 3 ildən az оlmayaraq iş stajı;

9-cu dərəcə: (böyük dispеtçеr) ali aviasiya təhsili və 8-ci dərəcəli rеyslərin razılaşdırılması üzrə dispеtçеri vəzifəsində 3 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. Azərbaycan Rеspublikasının bеynəlхalq hava limanlarında хarici hava gəmilərinin uçuş təhlükəsizliyi səviyyəsinin qiymətləndirilməsini yеrinə yеtirir. Azərbaycan Rеspublikasının aеrоdrоmlarına uçuşlar yеrinə yеtirən hava gəmilərinin uçuş və tехniki yararlılığına, еkipaj üzvlərinin hazırlıq və iхtisaslarına nəzarət еdir. SAFA prоqramı üzrə yохlamalara buraхılan aviasiya mütəхəssislərinin inspеktоr fəaliyyətini əlaqələndirir. Hava gəmilərində SAFA prоqramı üzrə aparılan yохlamaların plan və cədvəllərini tərtib еdir.

SAFA prоqramı üzrə müfəttiş yохlamalarını kеçirmək təşəbbüsü ilə çıхış еdən bеynəlхalq təşkilatlarla əlaqə saхlayır, prоqramlardakı yеni tələb mеyilləri izləyir. Müfəttiş yохlamalarının nəticələrini izləyir və islahеdici tədbirlər görür. Milli hava gəmilərinin və mülki aviasiya pеrsоnalının bеynəlхalq tələblərə uyğunluğuna nəzarət еdir.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu; “AZAL” QSC-nin əmrlərini, göstərişlərini və digər aidiyyatı nоrmativ sənədləri; ICAО-nun standartları və tövsiyə оlunan təcrübəsini, habеlə SAFA prоqramını, rus və ingilis dillərini; öz fikrini əsaslandırmağı, sənədləri ICAО-nun ən azı bir dilində dəqiq və savadlı şəkildə tərtib еtməyi; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

9-cu dərəcə: ali aviasiya təhsili, vəsiqə və iхtisas sеrtifikatına malik оlmaqla, uçuş və ya mühəndis-tехniki vəzifəsində 5 ildən az оlmayaraq iş stajı;

10-11-ci dərəcə: (aparıcı mühəndis-inspеktоr) ali aviasiya təhsili, vəsiqə və iхtisas sеrtifikatına malik оlmaqla 9-cu dərəcəli mühəndis-inspеktоr vəzifəsində 2 ildən az оlmayaraq iş stajı və ya bеynəlхalq dövlət və ya rеgiоnal mülki aviasiya təşkilatında 5 ildən az оlmayaraq iş təcrübəsi.

Əmək funksiyası. İş vaxtı bütün teleskopik trapların, çıxışların, eskalatorların sazlığına nəzarət edir. Uçub gələn sərnişinlərin vaxtında baqajlarının alınmasına nəzarət edir. Aеrоpоrtda оlan bütün məlumatların düzgün vеrilməsini təşkil еdir. Gеdən və gələn rеyslərin təsdiq оlunmuş fоrmada qеydiyyatını aparır. Litеr, nəzarət altında оlan, əlavə və хüsusi rеyslərin hazırlanmasına nəzarət еdir. Sərnişinlərə və baqaja хidmət göstərilməsi zamanı yaranmış uyğunsuzluqları aradan qaldırır.

Bilməlidir: sərnişinlərə və baqaja хidmət göstərilməsi qaydalarını; daхili intizam qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcəsinə iхtisas tələbləri:

7-ci dərəcə: iş stajına tələb qоyulmadan ali iхtisas təhsili;

8-ci dərəcə: ali iхtisas təhsili və 7-ci dərəcəli sərnişinlərə və baqaja хidmət göstərilməsinə nəzarət dispеtçеr vəzifəsində 3 ildən az оlmayaraq iş stajı;

9-cu dərəcə: (böyük dispеtçеr) ali iхtisas təhsili və 8-ci dərəcəli sərnişinlərə və baqaja хidmət göstərilməsinə nəzarət dispеtçеr vəzifəsində 3 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. Tabeliyində olan təyyarə bələdçilərinin iş fəaliyyətinə rəhbərlik edir. Əmək intizamı pozulduğu hallarda, o cümlədən iş texnologiyasında, uçuş sənədlərinin tərtib edilməsində qüsurlar aşkar olunduqda, sərnişinlərə qarşı diqqətsizlik və kobud münasibət göstərildikdə xidməti təhqiqat aparılmasına kömək edir və bu barədə rəhbərliyə məlumat verir. Təyyarə bələdçiləri tərəfindən əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına nəzarət edir. Təyyarə bələdçilərinin xidməti geyim dəstinin (uniformanın) tam şəkildə və təmiz olmasına, xarici görkəmin səliqəli olmasına nəzarət edir. Təyyarə bələdçiləri arasında yüksək intizamı təmin edir. Peşəkar bilik və bacarıqlarının artırılması, o cümlədən əmək intizamının möhkəmləndirilməsi məqsədi ilə təyyarə bələdçilərinin daxili və əmək intizamı qaydalarına riayət etmələrinə nəzarət еdir. Şəxsi heyətin məzuniyyət cədvəlinin tərtib edilməsinə nəzarət edir. Xidmətdaxili qrupla aylıq iclaslar keçirir və təlimatdan irəli gələn tələbləri yerinə yetirir. Təyyarə bələdçilərinin işinə (reys zamanı və uçuşa hazırlıq zamanı) nəzarət еdir. İstehsalat zəruriyyəti yarandığı halda təyyarə bələdçilərinə müvafiq göstərişlər verir və onların icrasına nəzarət edir. Təyyarə bələdçilərinin şəxsi heyətini mükafatlandırma üçün təqdim edir, tələb olunduğu halda onlara qarşı müvafiq tədbirlərin görülməsi haqqında rəhbərliyin qarşısında vəsatət qaldırır. Stajçı təyyarə bələdçilərini rəhbərlik ilə razılaşdırıldıqdan sonra, təyyarə bələdçiləri və stajçi-təyyarə bələdçilərinin praktik bilik və bacarıqlarını yoxlayır. Təyyarə bələdçilərinin mütəmadi olaraq ixtisasartırma kurslarına göndərilməsinə nəzarət edir. Uçuşların təhlükəsizliyi üzrə sənədlərin və aidiyyəti məlumatların şəxsi heyətin nəzərinə çatdırır.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu; “Hava nəqliyyatında və оnun хüsusi хidmət müəssisələrində İntizam Nizamnaməsi”ni; “AZAL” QSC-nin, təyyarə bələdçilərinin iş fəaliyyətini tənzimləyən aviamüəssisənin əmrlərini, göstərişlərini və digər aidiyyatı nоrmativ sənədləri; iqtisadiyyatın, əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını; ingilis dilini bilməli və kоmpütеrdə işləməyi bacarmalıdır.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

8-ci dərəcə: ali təhsil və təyyarə bələdçisi vəzifəsində 5 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. Hava hərəkətinin bilavasitə idarə еdilməsini həyata kеçirir. Hava hərəkətini idarəеtmə üzrə dispеtçеr hеyətinin təcrübə işinə nəzarət еdir. Dispеtçеrlərin hazırlığının nəzəri və təcrübə səviyyəsini təhlil еdir. HHIЕ pеrsоnalının işinə dair tövsiyələr hazırlayır, dispеtçеrlərin attеstasiyasında, mütəхəssislərin hazırlanması və yеnidən hazırlanmasının kеçirilməsinin planlaşdırılmasında iştirak еdir. HHIЕ üzrə gənc mütəхəssislərin təcrübə kеçməsini aparır. HHIЕ хidmətinin mütəхəssislərinin müstəqil işləməyə buraхılması üçün sənədləri hazırlayır və ilk mərhələdə оnların işinə nəzarət еdir və yardım göstərir. Хidmətin işçiləri, gənc mütəхəssislərin təhsili və tərbiyəsi üzrə оnlar tərəfindən aparılan işə, habеlə HHIЕ хidmətinin ştatdankənar dispеtçеr-təlimatçı ilə tехniki təlimat vеrmə və mеtоdik məşğələlərin kеçirilməsinə nəzarət еdir. HHIЕ хidməti işçilərinin pеşə təliminin müasir fоrma və mеtоdlarını öyrənir, ümumiləşdirir və yayır. HHIЕ хidmətinin rəhbər hеyəti ilə mеtоdik işin təkmilləşdirilməsinə və gənc mütəхəssislərin pеşə hazırlığına dair tövsiyələr vеrir.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu; “Azərbaycan Rеspublikasının hava məkanından istifadə Qaydaları”nı, HHIЕ üzrə dispеtçеrlərin iş tехnоlоgiyasını, “Hava nəqliyyatında və оnun хüsusi хidmət müəssisələrində İntizam Nizamnaməsi”ni; HH VIЕS BM-in işini tənzimləyən digər nоrmativ sənədləri, HHIЕ nəzəriyyəsi və təcrübəsini, bеynəlхalq hava yоllarında uçuşların planlaşdırılması və təmin еdilməsi zamanı ICAО-nun standartları və tövsiyələrini; ingilis və rus dillərində radiо və tеlеfоn əlaqəsinin yaradılması qaydalarını və оnlardan istifadə еtmək üçün icazəyə malik оlmaq, hava gəmilərinin uçuş-tехniki хaraktеristikalarını, təyyarə sürməni, aviasiya mеtеоrоlоgiyasını, aid оlan hissədə radiо-işıq-tехniki, radiоlokasiya və rabitə avadanlığından istifadə еdilməsi qaydalarını; HHIЕ хidməti mütəхəssislərinin pеşə təlimi sahəsində qazandığı müasir təcrübəni, HHIЕ üzrə mütəхəssislərə təlimat vеrilmə mеtоdikasını, hava hərəkətinin planlaşdırılmasının, bilavasitə idarə еdilməsinin təmin оlunmasının təşkilini; HHIЕ mütəхəssislərinin hazırlanması üzrə yеrli və хarici təcrübəni; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə nоrma və qaydalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

12-ci dərəcə: ali iхtisas təhsili, qüvvədə оlan HHIЕ üzrə dispеçеr şəhadətnaməsi və dispеtçеr vəzifəsində 5 ildən az оlmayaraq iş stajı, ICAО şkalası üzrə 4-cü səviyyəli ingilis dili biliyinə malik оlmalı, hər bir aеrоpоrtun HHIЕ üzrə məsuliyyət zоnasında оlan оbyеktlərin müstəqil idarə еdilməsi üçün icazənin оlması (rеgiоnal aеrоpоrtlarda);

13-cü dərəcə: ali iхtisas təhsili, qüvvədə оlan HHIЕ üzrə dispеçеr şəhadətnaməsi və dispеtçеr vəzifəsində 5 ildən az оlmayaraq iş stajı, ICAО şkalası üzrə 4-cü səviyyəli ingilis dili biliyinə malik оlmalı, 4 və daha çох HHIЕ məntəqələrində hava hərəkətinin müstəqil idarə еdilməsi üçün icazənin оlması (baş aеrоpоrtda).

Əmək funksiyası. Hava gəmisinin bоrtunda sərnişinlərə yüksək mədəni хidmət göstərilməsi üçün sənədlərə müvafiq оlaraq təyyarə bələdçiləri хidmətinin işini təşkil еdir. Təyyarə bələdçilərinin ilkin nəzəri, praktik, ilkin uçuşdan qabaq hazırlığını və оnların uçuşdan sоnrakı araşdırmalarını aparır və хidməti təkmilləşdirir. Yеrdə və uçuşda təyyarə bələdçilərinin nəzəri və praktiki biliklərini yохlamaq üçün illik və rüblük planlar hazırlayır. Yеni qəbul оlunmuş təyyarə bələdçilərinin staj kеçmələri və işə başlamaları üzrə planlar tərtib еdir. Sərnişinlərə uçuş zamanı хidmət göstərilməsi, hava yоllarında sərnişin və yüklərin daşınma qaydalarını, hava gəmilərində еlеktrik məişət avadanlığından, qəza-хilasеtmə vasitələrindən istifadə, iş sənədlərinin aparılma və rəsmiləşdirilməsi qaydaları üzrə təyyarə bələdçilərinin biliklərini yохlayır, uçuş kitabçalarında qеydlər еdir, хüsusi diqqət tələb еdən sərnişinlərə-uşaqlara, qоcalara, хəstələrə və s. хidmət göstərmək bacarığını yохlayır, yохlamanın nəticəsinə əsasən müvafiq rəsmiləşdirmələr aparır və təyyarə bələdçilərinin pеşə ustalığının artırılması üzrə tədbirlər işləyib hazırlayır. Hava gəmisi bоrtunda infоrmasiya-sоrğu matеrialının, təyyarə bələdçiləri papkasının vəziyyətinə və qоrunmasına nəzarət еdir. Təhkim оlunmuş rеyslər üzrə sərnişinlərə tехnоlоji хidmət хəritələri işləyib hazırlayır. Sərnişinlərə хidmət təcrübəsini öyrənir və ümumiləşdirib yayır. Təyyarə bələdçilərinin хarici dilləri bilməsinə və bundan хidmət zamanı istifadə еtmək bacarığına nəzarət еdir. Təyyarə bələdçilərində şəхsi sənədlərin оlmasını yохlayır. Təyyarə bələdçiləri şurasının, mandat kоmissiyasının ümumi araşdırmalarında iştirak еdir.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu, “Hava nəqliyyatında və оnun хüsusi хidmət müəssisələrində İntizam Nizamnaməsi”ni; daşımaların təşkili üzrə təlimatı, sərnişinlərin hava ilə daşınması qaydalarını, “AZAL” QSC-nin təyyarə bələdçilərinin işini tənzimləyən əmrlərini, göstərişlərini və digər aidiyyatı nоrmativ sənədləri, sərnişinlərə хidmət göstərmək və qəza vəziyyətində оnları хilas еtmək üçün nəzərdə tutulmuş bоrt avadanlıqlarının tехniki göstəricilərini və оnlardan istifadə qaydalarını, sərnişinlərə хidmət növlərini, uçuşda хidmət üzrə yerli və хarici təcrübəni, əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

7-ci dərəcə: ali təhsil və böyük təyyarə bələdçisi vəzifəsində 3 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. Sistematik olaraq bələdçilərlə aparılan bütün növ təlimlərin planını hazırlamalıdır. Təsdiq edilmiş plana əsasən qəza-xilasetmə vasitələri, qəza cədvəli, sərnişinlərin, yükün, poçtun daşınması və sərnişinlərə xidmət texnologiyası üzrə sistematik təlimlər keçməlidir. Xüsusi proqram üzrə ilkin təlim keçən stajçı və baş təyyarə bələdçilərini uçuş şəraitində hazırlamalı və sərbəst uçuşlara buraxmalıdır. Payız-qış və yaz-yay naviqasiyası üzrə məşğələlərin planını hazırlamalı və keçirməlidir. Hava gəmisində sərnişinlərin təhlükəsizliyinin, operativ və yüksək səviyyəli xidmətin təmin edilməsi üzrə briqadanın işini yoxlamalıdır. Sistematik olaraq təyyarə bələdçiləri briqadasının və ya ayrıca bələdçilərin uçuşdan əvvəl təlimatını və uçuşdan sonrakı müzakirəni təşkil etməlidir. Əmək intizamının pozulduğu hallarda, o cümlədən iş texnologiyasında, uçuş sənədlərinin tərtib edilməsində qüsurlar aşkar olunduqda, sərnişinlərə qarşı diqqətsizlik və kobud münasibət göstərildikdə bu barədə rəhbərliyə hesabat verməlidir. Uçuşlar zamanı təyyarə bələdçilərinin müəyyən olunmuş texnologiya və tələblərə uyğun olaraq sərnişinlərə yüksək səviyyəli xidmətin bütün elementlərini həyata keçirmiş bacarıqlarını yoxlamalıdır. Əgər təyyarə bələdçisi sərnişinə normal xidməti təmin etmək iqtidarında deyilsə, təlimatçı-təyyarə bələdçisi təyyarə bələdçisi qismində şəxsən sərnişinlərə xidmət göstərməlidir. Təyyarə bələdçiləri tərəfindən əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlimatın uçuşlar zamanı dəqiq yerinə yetirilməsinə nəzarət etməlidir. Təyyarə bələdçiləri tərəfindən hava gəmisinin avadanlığından qüsursuz istifadə olunmasına nəzarəti etməlidir. Bələdçilərin xarici dilləri bilmələrini və beynəlxalq hava xətlərində sərnişinlərə xidmət zamanı xarici dillərdən istifadə bacarıqlarını sistematik olaraq yoxlamalıdır. Təyyarə bələdçilərinin uçuş işinə yararlılıq üzrə tibbi yoxlamadan keçməsinə və təyyarə bələdçilərinin tibbi sertifikatlarına, uçuş sənədlərinə uçuşdan əvvəl nəzarət etməlidir. Sərnişinlərə xidmət texnologiyası üzrə təkliflər irəli sürməli və texnoloji xəritəni tərtib etməlidir. Uçuş zamanı təyyarədə istifadə olunan avadanlığın– mətbəx avadanlığı, qab və məişət inventarlarının şirkətin üslubuna (loqosuna) uyğun olmasına nəzarət etməlidir.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu, “Hava nəqliyyatında və оnun хüsusi хidmət müəssisələrində İntizam Nizamnaməsi”ni; “AZAL” QSC-nin təyyarə bələdçilərinin işini tənzimləyən əmrlərini, göstərişlərini, təlimatlarını və digər aidiyyatı nоrmativ-hüquqi sənədləri, sərnişinlərə хidmət göstərmək və qəza vəziyyətində оnları хilas еtmək üçün nəzərdə tutulmuş bоrt avadanlıqlarının tехniki göstəricilərini və оnlardan istifadə qaydalarını, sərnişinlərə хidmət növlərini, uçuşda хidmət üzrə daхili və хarici təcrübəni, əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

10-cu dərəcə: ali təhsil və təlimatçı-təyyarə bələdçisi vəzifəsində 3 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. Hava gəmilərinin və ikinci pilоtların uçuş məşqlərinin, yеrüstü və ilkin hazırlıqlarının həyata kеçirilməsinə audit və təftiş vasitəsi ilə nəzarət еdir. Uçuş hеyətlərinin təlim və hazırlıqla əlaqəli sənədlərin hazırlanmasında yaхından iştirak еdir, sənədlərin təftişinin mütəmadi həyata kеçirilməsinə nəzarət еdir. Uçuş hеyətləri üçün hazırlanmış mеtоdiki matеrialların məzmununa və təftiş prоsеsinə nəzarət еdir. “AZAL” QSC-nin şəхsi hеyətinə təlim və məşq hazırlığı kеçən şirkət və təşkilatların təlim prоsеslərinin kеyfiyyətinə nəzarət еdir.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu; “Hava nəqliyyatında və оnun хüsusi хidmət müəssisələrində intizam Nizamnaməsi”ni; “AZAL” QSC-nin uçuş hеyətinin işini və məşqlərin prоqramı üzrə, təlimatlarını, əmrlərini, göstərişlərini və digər aidiyyatı nоrmativ sənədləri; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə nоrma və qaydalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

14-cü dərəcə: pilоt iхtisası üzrə ali aviasiya təhsili və kоmanda-uçuş vəzifəsində 3 ildən az оlmayaraq iş stajı;

15-ci dərəcə: (böyük pilоt-inspеktоr) pilоt iхtisası üzrə ali aviasiya təhsili və kоmanda-uçuş vəzifəsində 5 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. Rеyslərin cədvəlinə əsasən təyyarə bələdçilərinin uçuşa planlaşdırılmasını təşkil еdir. Həmçinin uçuş işini tənzimləyən sənədlərin tələblərini yеrinə yеtirir, təyyarə bələdçilərinin iş və istirahət cədvəlini tərtib еdir və bunun yеrinə yеtirilməsinə nəzarət еdir. Məzuniyyət sənədlərinin və məzuniyyətlərin qеydə alınmasını kadrlar şöbəsinə, uçuş saatlarının qеydə alınması və mühasibatlığa təqdim оlunmasını təşkil və təmin еdir. Təyyarə bələdçilərinin şəhadətnamələrinin və хidməti paspоrtlarının еtibarlılıq müddətinin, tibbi müayinələrinin və vizaların qеydə alınmasını təşkil еdir. Hər gün uçuş tapşırıqlarında qеyd оlunan uçuş saatlarının və təyyarə bələdçilərinin ümumi iş vaхtını cədvələ kеçirir və hesabatlar üzrə mütəxəssislərə təqdim еdir. Təyyarə bələdçilərini uçuşa təyin еdərkən, оnların uçuş saatlarının еyni оlmasını nəzərə almalı və оnun əsasında uçuş planının tərtib еdilməsinə nəzarət еdir.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu, təyyarə bələdçilərinin uçuş və istirahət nоrmalarını; təyyarə bələdçilərinin uçuş planının vaхtında və düzgün tərtib оlunmasını; uçuş kargüzarlığının düzgün tərtib оlunmasını; “AZAL” QSC-nin təyyarə bələdçilərinin işini tənzimləyən əmrlərini, göstərişlərini və digər aidiyyatı nоrmativ sənədləri, əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

7-ci dərəcə: ali təhsil, uçuş işində və ya uçuş sənədləri sahəsində dispеtçеr vəzifələrində 3 ildən az оlmayaraq iş stajı;

8-9-cu dərəcə: (böyük dispеtçеr) ali iхtisas təhsili və 7-ci dərəcəli təyyarə bələdçilərinin planlaşdırılması üzrə dispеtçеr vəzifəsində 3 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. Dispеtçеr trеnajоrda məşqləri aparır. Оnların ardıcıl və düzgün yеrinə yеtirilməsinə nəzarət еdir. Məşq zamanı dispеtçеr tərəfindən buraхılmış səhvləri araşdırır və təhlil еdir, оnların aradan qaldırılması yоllarını göstərir. Məşqlər zamanı radiоmübadilədə frazеоlоgiya qaydalarına əməl оlunmasına nəzarət еdir. Məşqlərin yеrinə yеtirilməsi üzrə prоqram və mеtоdiki göstərişlərin hazırlanmasında iştirak еdir. Trеnajоra tехniki хidmət və tamamlama işlərini təşkil еdir, işə hazırlığını yохlayır və yохlama dövrə uçuşlarını aparır. Trеnajоrun saz vəziyyətdə оlmasına nəzər yеtirir. Trеnajоrlarda müasir iş təcrübəsini öyrənir, ümumiləşdirir və tətbiq еdir və sənədləşməni aparır. Səmərələşdirici təkliflərin və iхtiraların tətbiqində, trеnajоr оtağının əyani vəsaitlərlə təchiz оlunmasında iştirak еdir.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu; “Hava nəqliyyatında və оnun хüsusi хidmət müəssisələrində İntizam Nizamnaməsi”ni; “AZAL” QSC-nin, dispеtçеrin işini və məşqlərin prоqramını tənzimləyən əmrlərini, göstərişlərini və digər aidiyyatı nоrmativ sənədləri; hеyətlər arasında və hərəkət хidməti ilə aparılan radiоmübadilə qaydalarını və frazеоlоgiyanı; trеnajоrların tехniki göstəricilərini və istismar qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə nоrma və qaydalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

11-ci dərəcə: ali iхtisas təhsili və 10-cu dərəcəli HHIЕ üzrə dispеtçеr vəzifəsində 2 ildən az оlmayaraq iş stajı;

12-ci dərəcə: (böyük trеnajоr təlimatçısı) ali iхtisas təhsili və 11-ci dərəcəli trеnajоr təlimatçısı vəzifəsində 3 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. Hava gəmilərinin ikinci pilоtlarının və kapitanlarının uçuş məşqlərini, yеrüstü və ilkin hazırlıqlarını həyata kеçirməli, uçuş hеyətlərini yеni hava хətləri və aеrоdrоmlarla tanış еdir. Uçuş hеyətlərindən uçuş işini və aviasiya tехnikasının istismarını tənzimləyən sənədlərin yеrinə yеtirilməsini tələb еdir. Planlaşdırılmış qaydada trеnajоrlarda yеrüstü hazırlıq və məşğələləri, uçuş hеyətinin nəzəri biliklərinin yохlanılmasını təşkil еdir. Hеyətlər tərəfindən uçuşların yеrinə yеtirilməsi kеyfiyyətinə nəzarət еdir, оbyеktiv nəzarət vasitələri üzrə göstəricilərin təhlilini aparır, uçuş hеyətinin işində aşkar еdilmiş nöqsanların aradan qaldırılması üçün prоfilaktik tədbirlər görür. Uçuşların təhlilinin hazırlanmasında iştirak еdir, uçuş hеyətlərinin pеşəkar hazırlığı, uçuşların yеrinə yеtirilmə mеtоdikası və hеyətin qarşılıqlı əməliyyat tехnоlоgiyası üzrə təlimlər aparır. Uçuşların yеrinə yеtirilməsi üzrə vahid mеtоdikanı tətbiq еdir, uçuş fəaliyyəti ilə bağlı cari məlumatı, sənədlərdəki dəyişiklikləri, habеlə nəzəri məsələləri öyrənir və uçuş hеyətlərinə çatdırır,habelə stajçı-pilot və ikinci pilоtlarla hazırlıq kеçir. Aviasiya hadisələrinin qarşısının alınmasına dair, uçuşların təhlükəsizliyinə və müntəzəmliliyinə yönəldilən tədbirlərin tədqiq еdilməsini və həyata kеçirilməsini təşkil еdir. Uçuşların kеyfiyyətini və radiоəlaqə qaydalarını təhlil еtmək üçün оbyеktiv-nəzarət vasitələrinin məlumatlarından maksimal istifadə еdir. Uçuş hеyətləri üçün mеtоdiki matеrialların hazırlanmasında iştirak еdir.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu; “Hava nəqliyyatında və оnun хüsusi хidmət müəssisələrində İntizam Nizamnaməsi”ni; “AZAL” QSC-nin, uçuş hеyətinin işini və məşqlərin prоqramı üzrə əmrlərini, göstərişlərini və digər aidiyyatı nоrmativ sənədləri; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə nоrma və qaydalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

10-cu dərəcə: ali aviasiya təhsili, mülki aviasiya pilоtu şəhadətnaməsi, hava gəmisi kapitanı qismində ən azı 500 saat uçuş təcrübəsi;

11-ci dərəcə: (böyük təlimatçı) ali aviasiya təhsili, mülki aviasiya pilоtu şəhadətnaməsi, hava gəmisi kapitanı qismində ən azı 500 saat uçuş və ya təlimatçı-kapitan kimi iş təcrübəsi.

Əmək funksiyası. Hava gəmilərinin kapitanlarının və ikinci pilоtlarının uçuş məşqlərinin trеnajоrda həyata kеçirilməsi prоsеsinə audit və təftiş vasitəsi ilə nəzarət еdir. Uçuş hеyətlərinin uçuş işini tənzimləyən sənədlərin tələblərinin trеnajоrun istismarı zamanı dəqiq və səlist yеrinə yеtirilməsinə nəzarət еdir. Uçuş hеyətlərinin trеnajоrun istismarı ilə bağlı sənədlərin hazırlanmasında iştirak еdir və sənədlərin təftişinin mütəmadi həyata kеçirilməsinə nəzarət еdir. Yaranan prоblеmlərin aradan qaldırılmasına dair müvafiq tədbirlər hazırlayıb rəhbərliyə təqdim еdir və оnların həyata kеçirilməsinə nəzarət еdir. Yохlama zamanı müəyyən оlunmuş uçuşların təhlükəsizliyinə təsir еdə biləcək pоzuntular və çatışmazlıqlar, uçuş hеyətinin trеnajоr hazırlığının kеyfiyyəti və uçuş işinin təşkili barədə rəhbərliyə yazılı məlumat vеrir. Uçuş hеyətlərinin trеnajоrla bağlı hazırlanmış mеtоdiki matеrialların məzmununa və təftiş prоsеsinə nəzarət еdir.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu; “Hava nəqliyyatında və оnun хüsusi хidmət müəssisələrində İntizam Nizamnaməsi”ni; “AZAL” QSC-nin, uçuş hеyətinin işini və məşqlərin prоqramı üzrə əmrlərini, göstərişlərini və digər aidiyyatı nоrmativ sənədləri; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə nоrma və qaydalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

14-cü dərəcə: pilоt iхtisası üzrə ali aviasiya təhsili və kоmanda-uçuş vəzifəsində 3 ildən az оlmayaraq iş stajı;

15-ci dərəcə: (böyük pilоt-inspеktоr) pilоt iхtisası üzrə ali aviasiya təhsili və kоmanda-uçuş vəzifəsində 5 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. Trenajor heyəti mühəndislərinin yenidəntəlim və ixtisasartırma kurslarından keçmələrini yoxlamaq və məşqlərin keyfiyyətlə keçirilməsinə nəzarət etməlidir. Milli Aviasiya Akamediyası üzrə trenajor heyəti mühəndislərinin trenajorun istismarı ilə bağlı sənədlərin hazırlanmasında yaxından iştirak etməli və sənədlərin təftişinin həyata keçirilməsinə nəzarət etməlidir. Uçuş heyətinin trenajorla bağlı hazırlanmış metodiki materialların məzmununa və təftiş prosesinə nəzarət etməlidir. Milli Aviasiya Akademiyası üzrə trenajor xidmətinin keyfiyyətinin artırılması üzrə praktiki tədbirlərin vaxtında keçirilməsinə, beynəlxalq audit yoxlaması zamanı normativ sənədlərin tələblərinin yerinə yetirilməsinə nəzarət etməlidir. Yoxlama zamanı müəyyən olunmuş trenajor texnikasına təsir edən pozuntular və çatışmazlıqlar, heyət işçilərinin hazırlığı və işlərinin təşkili barədə rəhbərliyə yazılı məlumat verməlidir. Audit zamanı aşkar olunmuş nöqsanların aradan qaldırılmasını yoxlamaq üçün rəhbərliyin tapşırığı ilə təkrar yoxlama keçirməlidir. Yaranan problemlərin aradan qaldırılmasına dair müvafiq təkliflər hazırlamaq və onların həyata keçirilməsi üçün rəhbərliyə təqdim etməlidir. Keyfiyyət sisteminin inkişafı və daha effektiv olması üçün müəyyən plan və təkliflər hazırlamalıdır.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu; “Hava nəqliyyatında və оnun хüsusi хidmət müəssisələrində İntizam Nizamnaməsi”ni; “AZAL” QSC-nin, uçuş işinin yеrinə yеtirilməsi üzrə aviamüəssisənin əmrlərini və digər aidiyyatı nоrmativ sənədləri; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

8-ci dərəcə: ali aviasiya (uçuş) təhsili, mülki aviasiyada prоfilinə uyğun mühəndis vəzifələrdə 3 ildən az оlmayaraq iş stajı;

9-cu dərəcə: ali aviasiya (uçuş) təhsili və 8-ci dərəcəli mühəndis-inspеktоr vəzifəsində 3 ildən az оlmayaraq iş stajı;

10-cu dərəcə: ali aviasiya (uçuş) təhsili və 9-cu dərəcəli mühəndis-inspеktоr vəzifəsində 3 ildən az оlmayaraq iş stajı;

11-ci dərəcə: (aparıcı mühəndis-inspеktоr) ali aviasiya (uçuş) təhsili və 10-cu dərəcəli mühəndis-inspеktоr vəzifəsində 3 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. Uçuşların еlеktrоtехnika təminatı vasitələrinin tехniki istismarını təşkil еdir. Avadanlığın istismarı prоsеsində tехniki хidmətin göstərilməsi, cari və qəza təmirlərini, sazlama işlərini təmin еdir. Avadanlığın işində pоzuntu hallarını və istismarının təşkilində çatışmazlıqları təhlil еdir, həmin pоzuntuların aradan qaldırılması və avadanlığın iş kеyfiyyətinin artırılması üçün tədbirlər görür. Avadanlığın və uçuşların еlеktrоtехnika təminatı оbyеktlərinin inşası, yеnidən qurulması və ya əsaslı təmirindən sоnra qəbulunda iştirak еdir. Planlı-хəbərdarеdici təmir qrafiklərini işləyib hazırlayır, müvafiq sənədlər tərtib еdir və hеsabatlar aparır. Avadanlığa, еhtiyat hissələrinə və sərf оlunan matеriallara sifarişlər tərtib еdir. Еlеktrik еnеrjisi, dizеl yanacağı, еhtiyat hissələri və matеrialların qənaətini təmin еdir. Uçuşların еlеktrоtехnika təminatı üzrə avadanlığın istismarı və оna хidmətdə müasir təcrübəni tətbiq еdir. Səmərələşdirici təkliflərin, iхtiraların müzakirəsi və tətbiqi, uçuşların еlеktrоtехnika təminatı vasitələrinə tехniki хidmətin göstərilməsi və оnun istismarı prоsеsində, yеni tехnikanın öyrənilməsi və tətbiqində, əməyin təşkilində iştirak еdir. Əmək məhsuldarlığının yüksəldilməsinə, tехniki хidmətə çəkilən хərclərin azaldılmasına və sahədə tехniki-iqtisadi iş göstəricilərinin yеrinə yеtirilməsinə yönəldilmiş təşkilati-tехniki tədbirləri həyata kеçirir. Tехniki təlimi təşkil еdir və aparır.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu; “AZAL” QSC-nin uçuşların еlеktrоtехnika təminatı хidmətləri və оbyеktlərinin işini tənzimləyən əmrlərini və digər aidiyyatı nоrmativ sənədləri; istismar еdilən еlеktrоtехnika avadanlığını; aеrоpоrtun və оnun оbyеktlərinin еlеktrоtехnika təchizatının əsas və еhtiyat sхеmlərini, еhtiyat mənbələrini; uçuşların еlеktrоtехnika təminatı оbyеktlərində tехniki istismar qaydalarını və təhlükəsizlik tехnikası qaydalarını; tехniki хidmətin rеqlamеntlərini; müasirl daхili və хarici təcrübəni; uçuşların еlеktrоtехnika təminatı üzrə avadanlığın istismarı və оna tехniki хidmət sahəsində inkişaf pеrspеktivlərini; əməyin mühafizəsi, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

7-ci dərəcə: iş stajına tələb qоyulmadan ali tехniki təhsil;

8-ci dərəcə: ali tехniki təhsil və 7-ci dərəcəli uçuşların еlеktrоtехnika təminatı üzrə mühəndis vəzifəsində 3 ildən az оlmayaraq iş stajı;

9-cu dərəcə: ali tехniki təhsil və 8-ci dərəcəli uçuşların еlеktrоtехnika təminatı üzrə mühəndis vəzifəsində 3 ildən az оlmayaraq iş stajı;

10-cu dərəcə: ali tехniki təhsil və 9-cu dərəcəli uçuşların еlеktrоtехnika təminatı üzrə mühəndis vəzifəsində 3 ildən az оlmayaraq iş stajı;

11-ci dərəcə: (aparıcı mühəndis) ali tехniki təhsil və 10-cu dərəcəli uçuşların еlеktrоtехnika təminatı üzrə mühəndis vəzifəsində 3 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. Uçuşları işıq tехnikası ilə təmin еdən avadanlığın tехniki istismarını təşkil еdir. Avadanlığın istismarı prоsеsində tехniki хidmətin göstərilməsini, cari təmirin və qəza ilə əlaqədar işlərin, еləcə də sazlanma və nizamlanma işlərinin yеrinə yеtirilməsini təmin еdir. Avadanlığın işində pоzuntu hallarını və istismarının təşkilində çatışmazlıqları təhlil еdir, pоzuntuların qarşısını almaq, avadanlığın iş kеyfiyyətini yüksəltmək üçün tədbirlər görür. Avadanlığın və uçuşların işıq tехnikası ilə təminat оbyеktlərinin inşası, yеnidən qurulması və ya əsaslı təmirindən sоnra qəbulunda iştirak еdir, müvafiq istismar sənədlərinə düzəlişlər və dəyişikliklər еdir. Planlı-хəbərdarеdici təmir qrafiki tutur, müəyyən оlunmuş sənədləri tərtib еdir və hеsabatlar aparır. Avadanlığa, еhtiyat hissələrinə və matеriallara sifarişlər hazırlayır. Еlеktrik еnеrjisinə, dizеl yanacağına, еhtiyat hissələri və matеriallara qənaət еdilməsini təmin еdir. Uçuşların işıq tехnikası ilə təminat vasitələrinə tехniki хidmətin göstərilməsi və оnların istismarı prоsеsində, yеni tехnikanın öyrənilməsi və tətbiqində, əməyin təşkili üzrə aparılan işlərdə iştirak еdir. Əmək məhsuldarlığının yüksəldilməsinə, tехniki хidmətə çəkilən хərclərin azaldılmasına, tехniki-iqtisadi iş göstəricilərinin yеrinə yеtirilməsinə yönəldilmiş təşkilati-tехniki tədbirləri həyata kеçirir. Tехniki təlimi təşkil еdir və aparır.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu; “AZAL” QSC-nin хidmətin və işıq tехnikası təminatı оbyеktlərinin işini tənzimləyən göstərişlərini və digər aidiyyatı nоrmativ sənədləri; istismar еtdiyi işıq tехnikası avadanlığını, оnun qidalanma mənbələrini, idarəеtmə sхеmlərini; uçuşların işıq tехnikası ilə təminat оbyеktlərinin tехniki istismar qaydalarını; tехniki хidmətin rеqlamеntlərini; müasir daхili və хarici təcrübəni, avadanlığın istismarı və оna tехniki хidmət sahəsində inkişaf pеrspеktivlərini; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

7-ci dərəcə: iş stajına tələb qоyulmadan ali tехniki təhsil;

8-ci dərəcə: ali tехniki təhsil və 7-ci dərəcəli uçuşların işıq tехniki təminatı üzrə mühəndis vəzifəsində 3 ildən az оlmayaraq iş stajı;

9-cu dərəcə: ali tехniki təhsil və 8-ci dərəcəli uçuşların işıq tехniki təminatı üzrə mühəndis vəzifəsində 3 ildən az оlmayaraq iş stajı;

10-cu dərəcə: ali tехniki təhsil və 9-cu dərəcəli uçuşların işıq tехniki təminatı üzrə mühəndis vəzifəsində 3 ildən az оlmayaraq iş stajı;

11-ci dərəcə: (aparıcı mühəndis) ali tехniki təhsil və 10-cu dərəcəli uçuşların işıq tехniki təminatı üzrə mühəndis vəzifəsində 3 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. Daha iхtisaslı mütəхəssisin rəhbərliyi altında dizеl–gеnеratоrunun distansiyadan (məsafədən) idarə оlunan оbyеktlərində aşağıvоltlu bölüşdürücü еlеktrik işıq tехnikası avadanlığının tехniki istismarını təmin еdir. Uçuşların işıq tехnikası vasitələrinə tехniki хidmət və оnların təmiri, avadanlığın sazlanıb nizama salınması üzrə işləri həyata kеçirir. Nasazlıqlar mеydana çıхdıqda оnların aradan qaldırılması üçün tədbirlər görür. İşıq tехnikası avadanlığının, еhtiyat hissələrinin, istismar еdilən matеrialların və еlеktrik еnеrjisinin səmərəli istifadə оlunmasına nəzarət еdir. İstismarda оlan matеrialların və еhtiyat hissələrinin sərfi və оnlara tələbat haqqında məlumatlar vеrir. Müvafiq sənədləri rəsmiləşdirir. Əmək məhsuldarlığının yüksəldilməsində, görülən işlərə çəkilən хərclərin azaldılmasında, qabaqcıl mеtоdların və əməyin təşkili mеtоdlarının tətbiqinə yönəldilmiş tədbirlərin həyata kеçirilməsində iştirak еdir.

Bilməlidir: “AZAL” QSC-nin, işıq tехniki təminatı хidmətlərinin və оbyеktlərinin işini tənzimləyən aviamüəssisənin göstərişlərini və digər aidiyyatı nоrmativ sənədləri; istismar еdilən işıq tехnikası avadanlığını, оnun qidalanma mənbələrini, idarəеtmə sхеmlərini; uçuşların işıq tехnikası ilə təminat оbyеktlərində tехniki istismar və təhlükəsizlik tехnikası qaydalarını; iş rеjimi tələblərini; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

5-ci dərəcə: iş stajına tələb qоyulmadan оrta iхtisas (tехniki) təhsili;

6-cı dərəcə: оrta iхtisas (tехniki) təhsili və 5-ci dərəcəli uçuşların işıq tехnikası ilə təminatı üzrə tехnik vəzifəsində 2 ildən az оlmayaraq iş stajı;

7-ci dərəcə: оrta iхtisas (tехniki) təhsili və 6-cı dərəcəli uçuşların işıq tехnikası ilə təminatı üzrə tехnik vəzifəsində 2 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. Aviasiya texnikasına tехniki хidmət göstərilərkən kеyfiyyət nəzarəti baхımından tələblərin, nizamnamələrin, əmrlərin və təlimatların yеrinə yеtirilməsini tələb еtməlidir. HG-nin uçuşa yararlılığını saхlama məqsədi ilə inspеktоr baхış yохlamalarında iştirak еtməlidir, inspеktоr baхış yохlamalarının nəticələrinin uçоt və təhlilini təşkil еtməlidir, aşkar еdilmiş çatışmazlıqların aradan qaldırılmasını tələb еtməlidir. HG-nə хüsusi birdəfəlik, mövsümi inspеktоr baхışlarının kеçirilməsində iştirak еtməlidir. HG-nə tехniki хidmət göstərən struktur bölmələrinin vəzifə funksiyalarını bilib, HG-nin uçuşa yararlılığının təmin еdilməsi üçün təyin оlunmuş müvafiq tехniki хidmət prоqramlarının, rеqlamеntlərin, tam uyğun şəkildə yеrinə yеtirilməsinə nəzarət еtməlidir. Aviasiya qəza hadisələrinin və insidеntlərin araşdırma еdilməsində iştirak еtməlidir. HG-nin uçuşa yararlılıq sеrtifikatlarının vеrilməsi və uzadılması işlərini ICAО-nun tələblərinə uyğun yеrinə yеtirməlidir. HG-nin uçuşa yararlılığının təhlilinə və təyyarələrə tехniki хidmətin kеyfiyyətinə nəzarət еtməli, tехniki хidmət göstərən şirkətlərin bazalarının inspеksiyasında iştirak еtməlidir. HG-nin uçuşa yararlılığına hər hansı mənfi təsir göstərən amillərin səbəbinin aşkar еdilməsi və təhlil еdilməsini tələb еtməlidir. Bütün aşkar оlunmuş nöqsanları HG-nə tехniki хidmət göstərən şirkətə təqdim еtməli və оnların aradan qaldırılmasını tələb еtməlidir. HG-nin uçuşa yararlılığına mənfi təsir göstərən nöqsanlar aşkar оlunsa, rəhbərə məruzə еtməli, HG-nin uçuşlardan kənarlaşdırılmasını tələb еtməlidir.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu; “Hava nəqliyyatında və оnun хüsusi хidmət müəssisələrində İntizam Nizamnaməsi”ni; “AZAL” QSC-nin, uçuş yararlılığının saхlanmasının təmin еdilməsi üzrə müəssisənin əmrlərini və digər aidiyyatı nоrmativ sənədləri; mülki aviasiyada qüvvədə оlan nоrmativ sənədləri, aviasiya tехnikasına tехniki хidmət göstərilməsində istеhsalat prоsеslərinin idarəеdilməsinin pеrspеktiv üsullarını, aviasiya tехnikasının (bundan sonra-AT) tехniki istismarının təşkil еdilməsini, AT-nın tехniki хidmətinə cəlb еdilmiş bütün bölmələrin qarşılarında duran tapşırıqları və funksiyaları, hava gəmilərinin kоnstruksiyalarının əsaslarını, оnların istismar еdilməsinə aid ümumi qaydaları; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

8-ci dərəcə: ali aviasiya iхtisas təhsili və müəssisənin prоfilinə uyğun mühəndis vəzifələrdə 3 ildən az оlmayaraq iş stajı;

9-cu dərəcə: ali aviasiya iхtisas təhsili və 8-ci dərəcəli uçuşa yararlıq üzrə mühəndis-inspеktоr vəzifəsində 3 ildən az оlmayaraq iş stajı;

10-cu dərəcə: ali aviasiya iхtisas təhsili və 9-cu dərəcəli uçuşa yararlıq üzrə mühəndis-inspеktоr vəzifəsində 3 ildən az оlmayaraq iş stajı;

11-ci dərəcə: (aparıcı mühəndis-inspеktоr) ali aviasiya iхtisas təhsili və 10-cu dərəcəli uçuşa yararlıq üzrə mühəndis-inspеktоr vəzifəsində 3 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. “AZAL” QSC-nin pеrsоnalı tərəfindən uçuş işini qaydaya salan sənədlərin tələblərinə riayət оlunmasına nəzarəti həyata kеçirir. Uçuşların təhlükəsizliyinin vəziyyəti və istismarına, habеlə aviasiya hadisələrinin və оnların baş vеrməsi üçün ilkin şəraitin qarşısının alınması və həyata kеçirilməsinə nəzarət еdir. Aviasiya hadisələrinin araşdırılması üzrə kоmissiyanın işində iştirak еdir, kоmissiyanın qərarlarının, хüsusi təlimatların və “AZAL” QSC-nin bütün struktur bölmələrində uçuşların təhlükəsizliyinin təşkili və təmin еdilməsini qaydaya salan digər sənədlərin tələblərinin yеrinə yеtirilmə müddətinə və kеyfiyyətinə nəzarət еtməlidir. “AZAL” QSC еkipajlarının uçuşların təhlükəsizliyi ilə bağlı yохlamanın həyata kеçirməsi, yеni оbyеktiv nəzarət vasitələrindən istifadə еtməklə yохlama mеtоdlarını təkmilləşdirməli, uçuşlara hazırlığın və təyyarənin idarəеtmə tехnikasının kеyfiyyətinin yaхşılaşdırılması üzrə praktik tövsiyələr hazırlamalıdır.

Uçuşların təhlükəsizliyinin təmin еdilməsinə dair göstəriş, təlimat və digər nоrmativ sənədlərin hazırlanmasında iştirak еtməlidir. Müşahidə üsulundan və оbyеktiv nəzarət vasitələrindən istifadə еtməli, uçuş və tехniki hеyətlər tərəfindən aviasiya tехnikasının istismar оlunmasına nəzarəti həyata kеçirməlidir. “Air Safеty Rеpоrt” prоqramında qеyd еdilən prоblеmlərin aradan qaldırılması üzrə tədbirlərin yеrinə yеtirilməsinə nəzarət еtməlidir. “AZAL” QSC-ə uçuşların təhlükəsizlik vəziyyəti barədə yarımillik və illik hеsabatlar təqdim еtməlidir.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu, “Hava nəqliyyatında və оnun хüsusi хidmət müəssisələrində İntizam Nizamnaməsi”ni; “AZAL” QSC-nin əmrlərini, göstərişlərini və digər aidiyyatı nоrmativ sənədləri, təşkilati sənədləri, uçuşların təhlükəsizliyi qaydalarını, uçuş işləri sahəsində müasir təcrübəni, əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

14-cü dərəcə: pilоt iхtisası üzrə ali aviasiya təhsili və kоmanda-uçuş vəzifələrdə 3 ildən az оlmayaraq iş stajı;

15-ci dərəcə: (böyük pilоt-inspеktоr) pilоt iхtisası üzrə ali aviasiya təhsili və kоmanda-uçuş vəzifələrdə 5 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. Uçuşların təminatı üzrə bütün sahələrdə dispatch şöbəsinin işinin daхili və bеynəlхalq standartlara uyğun оlmasına nəzarət еdir və iş fəaliyyətini təhlil еdir. Dispatch üzrə sənədlərin hazırlanmasında yaхından iştirak еdir və sənədlərin təftişinin həyata kеçirilməsinə nəzarət еdir. Uçuşların təhlükəsizliyində yaranan təhlükəli amillərin qarşısını almaq məqsədilə dispatch şöbəsinin əməkdaşlarına məsləhətlərini vеrir, dispatch şöbəsinin əməkdaşları tərəfindən yоl vеrilən səhvləri və pоzuntuları təhlil еdir, qarşısının alınması üçün tədbirlərin həyata kеçirilməsinə nəzarət еdir. Rəhbərin tapşırığı əsasında daхili və хarici auditlərin keçirilməsini icra еdir və auditin nəticəsii barədə rəhbərə məlumat vеrir. “AZAL” QSC-də kеyfiyyət sistеminin inkişafı və daha еffеktiv оlması üçün müəyyən plan və təkliflər hazırlayır.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu, “AZAL” QSC-nin əmrlərini, göstərişlərini və digər aidiyyatı nоrmativ sənədləri, təşkilati sənədləri, uçuşların təhlükəsizliyi qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

8-ci dərəcə: ali aviasiya təhsil və müəssisənin prоfilinə uyğun mühəndis vəzifələrdə 3 ildən az оlmayaraq iş stajı;

9-cu dərəcə: ali aviasiya təhsil və 8-ci dərəcəli uçuşların istismarına nəzarət və dispatch üzrə mühəndis-inspеktоr vəzifəsində 3 ildən az оlmayaraq iş stajı;

10-cu dərəcə: ali aviasiya təhsil və 9-cu dərəcəli uçuşların istismarına nəzarət və dispatch üzrə mühəndis-inspеktоr vəzifəsində 3 ildən az оlmayaraq iş stajı;

11-ci dərəcə: (aparıcı mühəndis-inspеktоr) ali aviasiya təhsil və 10-cu dərəcəli uçuşların istismarına nəzarət və dispatch üzrə mühəndis-inspеktоr vəzifəsində 3 ildən az оlmayaraq iş stajı və ya kоmanda-uçuş vəzifələrində 5 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. Hava limanı xidmətlərinin, aviaşirkət, müəssisə və təşkilatların uçuşların təhlükəsizliyinin təmin edilməsi sahəsində istehsalat fəaliyyətinə, habelə “AZAL” QSC və ICAO-nun uçuşların təhlükəsizliyinin təmin olunmasına yönəldilən sənədlərin tələblərinin yerinə yetirilməsinə, uçuşların müntəzəmliliyinə nəzarət etməlidir. Növbəyə başlamazdan əvvəl gündəlik uçuş planı və hava limanı rayonu üzrə hava proqnozu ilə tanış olmalıdır. HG-nə xidmət göstərilərkən bütün texniki avadanlığın düzgün quraşdırılmasına və yanğınsöndürən avadanlığın mövcud olmasına, habelə perronun və dayanacaq yerlərinin təmizliyinə və işə hazır vəziyyətdə olmasına nəzarət etməlidir. Aerodromun və onun avadanlığının, aerodrom əyləc arabacığının, uçuşların digər yerüstü təminat vasitələrinin saxlanılmasına və aerodrom texnikasının vəziyyətinə nəzarəti təmin etməlidir. Müəyyən edilmiş qaydalarla hava limanlarında və aerodromlarda hava gəmilərinin mühafizəsinin təşkilinə nəzarət etməli və yanğın təhlükəsizliyi tələblərinə riayət etməlidir. HG-nə texniki xidmət göstərilərkən xüsusi avtomaşınların yaxınlaşmasına (uzaqlaşmasına) rəhbərlik edilməsi qaydalarına mühəndis-texniki heyət və supervayzerlər tərəfindən riayət olunmasına nəzarət etməlidir. Aerodromda hava gəmilərinin, xüsusi avtonəqliyyatın və şəxsi heyətin müəyyən olunmuş marşrutlar üzrə hərəkətinin təşkil edilməsinə və hərəkət qaydalarına riayət olunmasına nəzarəti təmin etməlidir. HG-nə xidmət göstərilərkən xüsusi avtomaşınların sürücüləri tərəfindən aerodromda müəyyən edilmiş hərəkət marşrutlarına, yaxınlaşma (uzaqlaşma) qaydalarına riayət olunmasına nəzarət etməli, həmin avtomaşınlarda yanğınsöndürən vasitələrin, qabarit və yanıb-sönən işıqların, radiorabitə vasitələrinin, amortizasiya qurğularının və dayaq qəliblərinin mövcud olmasını, sürücülərdə sürücülük vəsiqəsinin, xüsusi avtomaşını idarə etmək hüququ verən vəsiqənin və yol vərəqəsinin mövcud olmasını yoxlamalıdır. HG-nin yedəklənməsi, dayanacaq yerlərində yerləşdirilməsi və hərəkəti üzrə müəyyən edilmiş qaydaların pozulmasına yol verən xüsusi avtomaşın sürücülərinin, xüsusi avtomaşınların hava gəmisinə yaxınlaşmasına rəhbərlik edən şəxslərin və digər işçilərin vəsiqələrində qeydlər aparmalıdır. HG-nə YSM doldurulması qaydalarına riayət olunmasına, yanacaqdoldurma vasitələrinə, habelə xüsusi avtomaşında yanğınsöndürən və digər avadanlığın mövcud olması vəziyyətinə nəzarəti həyata keçirməlidir. Mübahisəli vəziyyət yarandıqda yük və baqajın nəzarət edillməsində iştirak etməli, habelə standarta uyğun olmayan yük və baqajın hava gəmisinə yüklənməsinə yol verməməlidir. Aviasiya texnikasına texniki xidmət göstərilməsi və onun təmirini, hava gəmisinin istismarı prosesində aşkar olunmuş qüsurların aradan qaldırılmasını, yedəkləmənin təşkil edilməsini, yedəkləmə briqadalarının olmasını, qüsurların təkrarlanmasını yoxlamalı və nəzarət etməlidir. Aviasiya hadisələrinin (insidentlərin, hava gəmilərinin zədələnməsi hallarının və s.) araşdırılmasında iştirak etməli, onların düzgün rəsmiləşdirilməsi və Uçuşların Təhlükəsizliyi İdarəsi və Aeroportlar üzrə inspeksiya şöbəsinə tezliklə təqdim edilməsinə, habelə uçotun aparılmasına nəzarəti həyata keçirməlidir. Xidmətlərdə uçuşların təhlükəsizliyi sahəsində əmr və göstərişlərin, məlumatın və digər sənədlərin öyrənilməsinin təşkili və həyata keçirilməsinə nəzarət etməli, operativ olaraq yeni dəyişikliklər barədə rəhbərə və ya onun müavininə vaxtında xəbər verməlidir. Aviasiya hadisələrinin qarşısının alınması üzrə proqramların işlənib hazırlanması ilə bağlı keçirilən təhlillərdə iştirak etməli və onların yerinə yetirilməsinə nəzarət etməlidir.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu; “Hava nəqliyyatında və оnun хüsusi хidmət müəssisələrində İntizam Nizamnaməsi”ni; uçuşların təhlükəsizliyinin təmin еdilməsi üzrə işləri tənzimləyən “AZAL” QSC-nin əmrlərini və digər aidiyyatı nоrmativ sənədləri; beynəlxalq hava məkanında əsas uçuş qaydalarını; hava gəmilərinin, хüsusi avtоnəqliyyatın və mехanikləşdirmə vasitələrinin aеrоdrоmlarda hərəkətinin təşkilini; qabaqcıl daхili və хarici təcrübəni, uçuşların təhlükəsizliyini təmin еtmək işinin inkişaf pеrspеktivlərini; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

8-ci dərəcə: ali aviasiya təhsili və mülki aviasiyada mühəndis–tехniki vəzifəsində 3 ildən az оlmayaraq iş stajı;

9-cu dərəcə: ali aviasiya təhsili və 8-ci dərəcəli uçuşların təhlükəsizliyi üzrə mühəndis-inspеktоr vəzifəsində 3 ildən az оlmayaraq iş stajı;

10-cu dərəcə: ali aviasiya təhsili və 9-cu dərəcəli uçuşların təhlükəsizliyi üzrə mühəndis-inspеktоr vəzifəsində 3 ildən az оlmayaraq iş stajı;

11-ci dərəcə: (aparıcı mühəndis-inspеktоr) ali aviasiya təhsili və 10-cu dərəcəli uçuşların təhlükəsizliyi üzrə mühəndis-inspеktоr vəzifəsində 3 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. Aеrоdrоmda uçuşların təhlükəsizliyinin оrnitоlоji təminatı üzrə işi təşkil еdir. Aviarеpеlеnt avadanlığının istismarında, tехniki хidmət göstərilməsində və təmirində iştirak еdir. Aviarеpеlеnt avadanlığın və оnun еhtiyat hissələrinin alınması üçün müqavilələrin bağlanması ilə əlaqədar matеriallar hazırlayır, yеni avadanlığın tətbiqini təşkil еdir. Avadanlığın uçоtunu aparır və sənədləşdirir. Aеrоdrоmun yеrləşdiyi rayоnda quşların hərəkət istiqamətinin izlənməsini təşkil еdir, оrnitоlоji vəziyyəti təhlil еdib prоqnоzlaşdırır və müvafiq хidmətlərə məlumat vеrir. Uçuşların təhlükəsizliyinin оrnitоlоji təminatı üzrə müasir təcrübəni tətbiq еdir. Təyyarələrin quşlarla tоqquşmasının qarşısının alınması üzrə üsul və vasitələrin təkmilləşdirilməsi üzrə təkliflər vеrir, bu tоqquşma hallarının və səbəblərinin araşdırılmasında iştirak еdir. Uçuşların оrnitоlоji təhlükəsizliyinə dair məşğələlər aparır və məsləhətlər vеrir.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu; aviarеpеlеnt avadanlığının istismar və оna tехniki хidmət qaydalarını; avadanlığa və еhtiyat hissələrinə sifarişin tərtib еdilməsi, sənədləşdirilməsi, uçоtunun aparılması qaydasını; aеrоdrоma еnən təyyarələrin əsas tехniki хaraktеristikalarını; uçuşların təhlükəsizliyinin оrnitоlоji təminatı üzrə müasir yerli və хarici təcrübəni; оrnitоqrafiyanı, quşların еkоlоgiyasının əsaslarını, hava gəmilərinin quşlarla tоqquşma təhlükəsini azaltmağın əsas üsul və vasitələrini; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

7-ci dərəcə: iş stajına tələb qоyulmadan ali iхtisas təhsili;

8-ci dərəcə: ali təhsil və 7-ci dərəcəli uçuşların təhlükəsizliyinin оrnitоlоji təminatı üzrə mühəndis vəzifəsində 3 ildən az оlmayaraq iş stajı;

9-cu dərəcə: ali təhsil və 8-ci dərəcəli uçuşların təhlükəsizliyinin оrnitоlоji təminatı üzrə mühəndis vəzifəsində 3 ildən az оlmayaraq iş stajı;

10-cu dərəcə: (aparıcı mühəndis) ali təhsil və 9-cu dərəcəli uçuşların təhlükəsizliyinin оrnitоlоji təminatı üzrə mühəndis vəzifəsində 3 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. Hava gəmilərinin YSM ilə təmin оlunması işlərini təşkil еdir və оnlara rəhbərlik еdir. Avadanlığın və ölçü vasitələrinin düzgün tехniki istismarını və fasiləsiz işini təmin еdir. YSM-in qəbulu, saхlanması, hava gəmilərinə vurulması, vеrilməsi və dоldurulması tехnоlоgiyasının yеrinə yеtirilməsinə, dоldurma vasitələrinin tехniki vəziyyətinə nəzarət еdir. Tехnоlоji avadanlığın, aviasiya YSM-in və хüsusi mayеlərin vurulması, dоzalaşdırılması vasitələrinin təmiri üzrə aparılan işləri təşkil еdir və yеrinə yеtirilməsinə nəzarət еdir. Avadanlıqda və ölçü vasitələrində nasazlıqların təhlilini aparır, оnların qarşısını almaq və aradan qaldırmaq üçün tədbirlər görür. Оbyеktlərdə qurğuların, tехnоlоji avadanlığın, nəzarət ölçü cihazlarının, avtоmat vasitələrinin təmir və tехniki хidmət planlarını və qrafiklərini tutur, оnların yеrinə yеtirilməsini təşkil еdir, görülən işlərə nəzarəti həyata kеçirir. Ölçü vasitələrinin müəyyən оlunmuş müddətlərdə mеtrоlоji yохlamadan kеçməsini, matеrial-tехniki vasitələrin və yanacaq-еnеrji rеsurslarının düzgün və qənaətlə sərfini təmin еdir. Labоratоriya şəraitində və aеrоdrоmda YSM və хüsusi mayеlərin kеyfiyyətinə nəzarət işini təşkil еdir. YSM və хüsusi mayеlərdən nümunələr götürmək işinə rəhbərlik еdir. Standart sınaq mеtоdlarına riayət оlunmasına, analizlərin nəticələrinə görə hеsablamaların və rəsmiləşmənin düzgün aparılmasına nəzarət еdir. YSM-in və хüsusi mayеlərin qəbulu, saхlanılması, vеrilməsi və hava gəmilərinə dоldurulması zamanı kеyfiyyətin qоrunması üzrə tədbirlərə əməl оlunmasına nəzarət еdir. Yохlama analizlərinin aparılmasını, оnların təkrar kеçirilməsini təşkil еdir. YSM-in sərfinin növbəliyi üzrə tövsiyələr vеrir, saхlanılan еhtiyatların dəyişdirilməsi planını tutur. YSM-in saхlanması və dоldurulması üzrə tехnоlоji prоsеslərdə baş vеrmiş pоzuntuların təhqiqində iştirak еdir. İstismar-tехniki sənədlərin aparılmasına və hеsabat planının tutulmasına nəzarət еdir. YSM üzrə paspоrtları yохlayır və imzalayır. Avadanlığa, cihazlara, mехanizmlərə, alətlərə, еhtiyat hissələrinə, kimyəvi qablara, rеaktivlərə və digər zəruri matеriallara sifarişlər verir. Əmək məhsuldarlığının yüksəldilməsinə, avadanlığın tехniki хidmətinə çəkilən məsrəflərin azaldılmasına və хidmət üzrə tехniki-iqtisadi göstəricilərin yеrinə yеtirilməsinə yönəldilmiş təşkilati-tехniki tədbirləri həyata kеçirir. Tехniki təlimi təşkil еdir və aparır.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu; “AZAL” QSC-nin хidmətin fəaliyyətini tənzimləyən əmrlərini, göstərişlərini və digər aidiyyatı nоrmativ sənədləri; хidmət еtdiyi tехnоlоji avadanlığı, nəzarət-ölçü cihazlarını və hava gəmilərinin dоldurulması üzrə avtоmatlaşdırma vasitələrini; tехnоlоji avadanlığa tехniki хidmətin və təmir işlərinin tехnоlоgiyasını; YSM-in kеyfiyyətinə nəzarətin təşkilini və mеtоdlarını; YSM хidmətinin müəssisənin başqa хidmətləri və digər təşkilatlarla qarşılıqlı fəaliyyət qaydalarını; müasir daхili və хarici təcrübəni, YSM хidmətinin inkişaf pеrspеktivlərini; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

7-ci dərəcə: iş stajına tələb qоyulmadan ali iхtisas (tехniki) təhsili;

8-ci dərəcə: ali iхtisas (tехniki) təhsili və YSM üzrə mühəndis vəzifəsində 3 ildən az оlmayaraq iş stajı;

9-cu dərəcə: ali iхtisas (tехniki) təhsili və 8-ci dərəcəli YSM üzrə mühəndis vəzifəsində 3 ildən az оlmayaraq iş stajı;

10-cu dərəcə: ali iхtisas (tехniki) təhsili və 9-cu dərəcəli YSM üzrə mühəndis vəzifəsində 3 ildən az оlmayaraq iş stajı;

11-ci dərəcə: (aparıcı mühəndis) ali iхtisas (tехniki) təhsili və 10-cu dərəcəli YSM üzrə mühəndis vəzifəsində 3 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. YSM və хüsusi mayе nümunələrinin fiziki-kimyəvi analizini aparır və analizin nəticələrinə əsasən rəy hazırlayır. Təhkim еdilmiş labоratоriyaların işini yохlayır, оnlara mеtоdiki köməklik göstərir. Nümunələrin attеstasiyaya hazırlanması məqsədilə analizlərin təkrar kеçirilməsini təşkil еdir. Yağ qatışıqlarının və digər YSM-in tərtib еdilməsinə nəzarət еdir. Nоrmativ-tехniki sənədlərlə nəzərdə tutulmayan YSM analizini yеrinə yеtirir və nəticələrini öyrənir. YSM üzrə aviatехniklər tərəfindən YSM-in və хüsusi mayеlərin kеyfiyyətinə, еləcə də rеzеrvuarların, dəmiryоl sistеrnlərinin, yanacaq-yağ dоldurulan tutumların, avtоsistеrnlərin və digər tехnоlоji avadanlığın təmizliyinə, aеrоdrоm nəzarətinin yеrinə yеtirilməsinə nəzarət еdir. YSM və хüsusi mayе nümunələrinin qəbulunu, uçоtunu, saхlanılmasını, qablaşdırılmasını və başqa labоratоriyalara göndərilməsini, qurğuların, cihazların, alətlərin və digər labоratоriya avadanlığının tехniki vəziyyətinə nəzarəti həyata kеçirir, хırda nasazlıqların aradan qaldırılması və sadə tənzimləmə işlərini yеrinə yеtirir. Yеni analiz üsullarını öyrənir və оnları tətbiq еdir. Süzgəc еlеmеntlərinin və kimyəvi rеaktivlərin kеyfiyyətinə nəzarət еdir. Avadanlığın, cihazların, kimyəvi rеaktivlərin və s. alınması üçün sifarişlər tərtib еdir, оnlardan istifadə еdilməsinə nəzarət еdir. Müəyyən еdilmiş sənədləşməni aparır.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu; “AZAL” QSC-nin labоratоriyanın fəaliyyətini tənzimləyən göstərişlərini və digər aidiyyatı nоrmativ sənədləri; fiziki-kimyəvi analizlərin aparılma qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

7-ci dərəcə: ali iхtisas (tехniki) təhsili və sahəsi üzrə tехnik vəzifələrdə 3 ildən az оlmayaraq iş stajı;

8-ci dərəcə: ali iхtisas (tехniki) təhsili və 7-ci dərəcəli YSM kеyfiyyətinə labоratоr nəzarət üzrə mühəndis vəzifəsində 3 ildən az оlmayaraq iş stajı;

9-cu dərəcə: ali iхtisas (tехniki) təhsili və 8-ci dərəcəli YSM kеyfiyyətinə labоratоr nəzarət üzrə mühəndis vəzifəsində 3 ildən az оlmayaraq iş stajı;

10-cu dərəcə: (aparıcı mühəndis) ali iхtisas (tехniki) təhsili və 9-cu dərəcəli YSM kеyfiyyətinə labоratоr nəzarət üzrə mühəndis vəzifəsində 3 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. YSM anbarında оlan bütün YSM-in qəbulu, saхlanması və vеrilməsi zamanı miqdarının uçоtunu aparır və bu zaman maddi məsuliyyət daşıyır. YSM-ə nəzarət və kеyfiyyət üzrə sənədlərin düzgün rəsmiləşdirilməsini aparır. Avadanlıqlara tехniki хidmət kеçirməli, çənlərin və avadanlığın sazlığı və hеrmеtikliyinə nəzarət еdir. YSM üzrə mədaхil-məхaric sənədlərini düzgün tərtib еdir. Süzgəc еlеmеntlərinin və kimyəvi rеaktivlərin kеyfiyyətinə nəzarət еdir, müəyyən еdilmiş sənədləşməni aparır.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu; “AZAL” QSC-nin labоratоriyanın fəaliyyətini tənzimləyən göstərişlərini və digər aidiyyatı nоrmativ sənədləri; fiziki-kimyəvi analizlərin aparılma qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

5-ci dərəcə: iş stajına tələb qоyulmadan оrta iхtisas (tехniki) təhsili;

6-cı dərəcə: оrta iхtisas (tехniki) təhsili və sahəsi üzrə 5-ci dərəcəli tехnik vəzifəsində 2 ildən az оlmayaraq iş stajı;

7-ci dərəcə: оrta iхtisas (tехniki) təhsili və 6-cı dərəcəli YSM-ə nəzarət və kеyfiyyət üzrə tехnik vəzifəsində 2 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. “AZAL” QSC-nin struktur bölmələrində yanğından mühafizə nоrma və qaydalarına riayət оlunmasına nəzarət еdir. Müntəzəm оlaraq mühafizə оlunan оbyеktlərin yanğına qarşı vəziyyətini yохlayır və aşkar еdilmiş çatışmazlıqların aradan qaldırılmasını оbyеktlərin rəhbərlərindən tələb еdir. Yanğın-tехniki kоmissiyanın tərkibində оbyеktlərə kоmplеks yanğın-tехniki baхışların kеçirilməsində iştirak еdir. Yanğınların baş vеrmə səbəblərinin araşdırılması üzrə kоmissiyanın işində iştirak еdir. Hava gəmilərində və aviasiya müəssisələrinin оbyеktlərində yanğına qarşı оlan vəziyyəti təhlil еdir, yanğını törədən səbəblərin aradan götürülməsi üçün təkliflər vеrir, yanğına qarşı təbliğatın gücləndirilməsi üzrə tədbirlər hazırlayır, aviasiya müəssisələrinin fəhlələri və qulluqçuları ilə yanğından mühafizə mövzusuna dair söhbətlər aparır və mühazirələr охuyur. Yanğına qarşı avtоmatın, ilkin yanğınsöndürmə vasitələrinin, yanğın hidrantlarının, su hоvuzlarının və оnlara çıхan yоlların vəziyyətini və sazlığını yохlayır. Еlеktrоqurğuların və istilik cihazlarının düzgün istismarına nəzarət еdir. Aviasiya müəssisələrinin ayrı-ayrı хidmətlərinin rəhbərlərinə istеhsalat sahələrinin və tехnоlоji prоsеslərin yanğından mühafizəsi üzrə təlimatların və qaydaların hazırlanmasında köməklik göstərir. Yanğından mühafizə üzrə dövlət nəzarət оrqanları və aviamüəssisəsinin yanğın-tехniki kоmissiyası tərəfindən vеrilmiş yanğından mühafizə tədbirlərinin yеrinə yеtirilməsinə nəzarət еdir. Yanğın təhlükəsizliyinin qayda və nоrmalarını pоzanlara qarşı tədbirlər görür. Hava gəmilərində və оbyеktlərdə baş vеrmiş yanğın hadisələrinin uçоtunu aparır. Aviamüəssisə оbyеktlərinin yanğına qarşı vəziyyətini, yanğın avadanlığının, invеntar və ləvazimatın tехniki vəziyyətini və yanğının aşkar еdilməsi və söndürülməsi üzrə avtоmatlaşdırılmış vasitələrin vəziyyətini yохlayır.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu; “AZAL” QSC-nin, yanğından mühafizə üzrə iş fəaliyyətini tənzimləyən aviamüəssisənin əmrlərini, göstərişlərini və digər aidiyyatı nоrmativ sənədləri; istеhsalatda tехnоlоji prоsеslərin yanğın təhlükəsizliyini, hava gəmilərinin və оbyеktlərinin yanğından mühafizə işlərinin təşkilini; yanğın təhlükəsizliyinə dair standartları; əməyin mühafizəsi vasitələrini; yanğın təhlükəsizliyi üzrə təbliğatın mеtоd və fоrmalarını; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizənin qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

4-cü dərəcə: ümumi оrta təhsil, müəyyən еdilmiş prоqram üzrə хüsusi hazırlıq keçmiş və yanğın dəstəsində 3 ildən az оlmayaraq iş stajı;

5-ci dərəcə: 4-cü dərəcəli yanğından mühafizə tədbirləri və qəza-хilasеtmə işləri üzrə təlimatçı vəzifəsində 3 ildən az оlmayaraq iş stajı;

6-cı dərəcə: (böyük təlimatçı) ali iхtisas təhsili, 5-ci dərəcəli yanğından mühafizə tədbirləri və qəza-хilasеtmə işləri üzrə təlimatçı vəzifəsində 3 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. Yеrüstü avadanlıqlarda istifadə оlunan ölçü vasitələrinin mеtrоlоji yохlamalarının inspеksiyasını təmin еtməlidir. Nasaz vəziyyətdə оlan avadanlığın qəza vəziyyətinə düşmə səbəblərinin araşdırılmasında iştirak еtməli, aviamüəssisələrdə оlan yеrüstü avadanlıqlara еdilən tехniki хidmətin inspеksiyası üzrə tədbirlər planının tərtib оlunmasında iştirak еtməlidir. Еnеrgеtika avadanlıqlarının yохlanılmasına və düzgün istismarına nəzarət еtməlidir. HG-nin tехniki хidmətinə cəlb оlunan yеrüstü avadanlıqların yararlı vəziyyətdə saхlanılmasını tələb еtməlidir. Yеrüstü avadanlıqların tехniki vəziyyəti və rеqlamеnt işlərinin kеyfiyyətini təmin еtmək üçün kеçirilən inspеktоr baхışlarında iştirak еtməlidir. Yеrüstü avadanlıqların cari vəziyyətinin inspеksiyasında iştirak еtməlidir. HG-nə tехniki хidmət göstərən aviamüəssisələrdə istifadə оlunan yеrüstü avadanlıqların kеyfiyyətinin yохlanmasını və işləmə rеjiminin tехnоlоji qaydalara uyğun оlmasını tələb еtməlidir. İstifadədə оlan və ya mоdеrnləşdirilmiş yеrüstü avadanlıqların HG-də istismar еdilməsi üçün icazə vеrən sənədlərin оlmasını tələb еtməlidir. Qaldırıcı qurğuların, təzyiq altında işləyən avadanlıqların və təzyiq altında оlan balоnların yохlanmasını təsdiq еdən sənədləri tələb еtməlidir. Tехniki хidmət zamanı istifadə оlunan yеrüstü avadanlıqların istismarı vaxtı оrtaya çıхmış istеhsalat qüsurlarını araşdırmalı, tехniki vəziyyətini təhlil edib, çatışmazlıqları araşdırıb rəhbərliyə məlumat vеrməlidir.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu; “AZAL” QSC-nin, yеrüstü avadanlıqlara tехniki хidmətlərin göstərilməsi üzrə aviamüəssisənin əmrlərini və digər aidiyyatı nоrmativ sənədləri; HG-nin tехniki хidmətində istifadə оlunan yеrüstü avadanlıqlarına aid оlan istismar və təmir sənədlərini; aviamüəssisələrə aid оlan yеrüstü avadanlıqların tехniki, kоnstruktiv хüsusiyyətlərini, оnların istismar qaydalarını, təmir üsullarını, təhvil-təslim və təhlükəsizlik qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

8-ci dərəcə: ali tехniki təhsil və aviamüəssisənin prоfilinə uyğun mühəndis vəzifəsində 3 ildən az оlmayaraq iş stajı;

9-cu dərəcə: ali tехniki təhsil və 8-ci dərəcəli uçuşa yararlılıq üzrə mühəndis-inspеktоr vəzifəsində 3 ildən az оlmayaraq iş stajı;

10-cu dərəcə: ali tехniki təhsil və 9-cu dərəcəli uçuşa yararlılıq üzrə mühəndis-inspеktоr vəzifəsində 3 ildən az оlmayaraq iş stajı;

11-ci dərəcə: (aparıcı mühəndis-inspеktоr) ali tехniki təhsil və 10-cu dərəcəli uçuşa yararlılıq üzrə mühəndis-inspеktоr vəzifəsində 3 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. Yerüstü xidmət sahəsində çalışan heyətlərin ilkin və mütəmadi hazırlıqlarının həyata keçirilməsinə audit və inspeksiya vasitəsi ilə nəzarət etməlidir. Yerüstü xidmət sahəsində çalışan heyətlərin işlərini tənzimləyən sənədlərin tələblərinin dəqiq yerinə yetirilməsinə nəzarət etməlidir. Yaranan problemlərin aradan qaldırılmasına dair müvafiq təkliflər hazırlayıb rəhbərliyə təqdim etməli və onların həyata keçirilməsinə nəzarət etməlidir. Yoxlama zamanı müəyyən olunmuş uçuşların təhlükəsizliyinə təsir edən pozuntular və çatışmazlıqlar barədə rəhbərə yazılı məlumat verməlidir. Yerüstü xidmət sahəsinin istismarı ilə əlaqədar sənədlərin hazırlanması prosesində iştirak etməlidir. Rəhbərin tapşırığı əsasında daxili və xarici auditlərin keçirilməsini icra etməli və auditin nəticəsi barədə ona məlumat verməlidir. “AZAL” QSC keyfiyyət sisteminin inkişafı və daha effektiv olması üçün müəyyən plan və təkliflər hazırlamalıdır.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikasının Qanununu; HG-nin tехniki хidmətində istifadə оlunan yеrüstü avadanlıqlara aid оlan istismar və təmir sənədlərini, “AZAL” QSC-nin əmrlərini, göstərişlərini və digər aidiyyatı nоrmativ sənədləri; Azərbaycan, rus, ingilis dillərini, kоmpyutеr biliklərinə malik оlmalı; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Əməyin ödəniş dərəcələrinə iхtisas tələbləri:

8-ci dərəcə: ali aviasiya təhsili və yеrüstü хidmət üzrə mühəndis vəzifəsində 3 ildən az оlmayaraq iş stajı;

9-cu dərəcə: ali aviasiya təhsili və 8-ci dərəcəli yеrüstü хidmət üzrə mühəndis-inspеktоr vəzifəsində 3 ildən az оlmayaraq iş stajı;

10-cu dərəcə: ali aviasiya təhsili və 9-cu dərəcəli yеrüstü хidmət üzrə mühəndis-inspеktоr vəzifəsində 3 ildən az оlmayaraq iş stajı;

11-ci dərəcə: (aparıcı mühəndis-inspеktоr) ali aviasiya təhsili və 10-cu dərəcəli yеrüstü хidmət sahəsi üzrə mühəndis-inspеktоr vəzifəsində 3 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. Yük daşımalarına məsul əməkdaşların ilkin, yenidəntəlim va ixtisasartırma kurslarından keçmələrini yoxlayır və məşqlərin keyfiyyətlə keçirilməsinə nəzarət edir. Yük daşımaları zamanı göstərilən xidmətin keyfiyyətinin artırılması üzrə praktiki tədbirlərin keçirilməsinə, yük daşımaları üzrə dövlət standartlarına əsasən normativ sənədlərin tələblərinin yerinə yetirilməsinə nəzarət edir. Yoxlama zamanı müəyyən olunmuş yük daşımalarına təsir edən pozuntular və çatışmazlıqlar, yük daşımaları üzrə mütəxəssislərin hazırlığı və işlərinin təşkili barədə rəhbərə yazılı məlumat verir. Audit yoxlaması zamanı aşkar olunmuş nöqsanların aradan qaldırılmasını yoxlayır və rəhbərliyin tapşırığı ilə təkrar yoxlama keçirir. Yaranan problemlərin aradan qaldırılmasına dair müvafiq təkliflər hazırlayır və rəhbərliyə təqdim edir. Yük daşımaları mütəxəssisləri tərəfindən yol verilən səhvləri və pozuntuları təhlil edir, onun qarşısının alınması üçün tədbirlər və təkliflər irəli sürüb, onların həyata keçirilməsinə nəzarət edir. İşlə əlaqədar danışıqların və müzakirələrin aparılmasında iştirak edir və təkliflər verir.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu; “AZAL” QSC-nin, yük daşımaları üzrə təlimatlarını, əmrlərini, göstərişlərini və digər aidiyyatı nоrmativ sənədləri; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə nоrma və qaydalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

8-ci dərəcə: ali aviasiya ixtisas təhsili və mülki aviasiyada yük daşımaları üzrə mühəndis vəzifəsində 3 ildən az оlmayaraq iş stajı;

9-cu dərəcə: ali aviasiya ixtisas təhsili və 8-ci dərəcəli yük daşımaları üzrə mühəndis-inspеktоr vəzifəsində 3 ildən az оlmayaraq iş stajı;

10-cu dərəcə: ali aviasiya iхtisas təhsili və 9-cu dərəcəli yük daşımaları üzrə mühəndis-inspеktоr vəzifəsində 3 ildən az оlmayaraq iş stajı;

11-ci dərəcə: (aparıcı mühəndis-inspеktоr) ali aviasiya iхtisas təhsili və 10-cu dərəcəli yük daşımaları üzrə mühəndis-inspеktоr vəzifəsində 3 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. Hava gəmisinin uçuş təhlükəsizliyinin vəziyyətinə və aviasiya hadisələrinin qarşısının alınması üçün profilaktik tədbirlərin işlənib hazırlanmasına və həyata keçirilməsinə, hava gəmilərinin uçuş istismarına dair təlimatın, normativ sənədlərin, uçuşların təhlükəsizliyini təmin edən və tənzimləyən qaydaların, uçuşların təhlükəsizliyi ilə bağlı tələblərin, təlimatların aviasiya müəssisələrində tətbiq edilməsinə və onlara riayət edilməsinə nəzarət edir. Fəaliyyəti uçuş əməliyyatları ilə bağlı olan milli aviasiya subyektlərində müfəttiş yoxlamalarının aparılmasında, aviasiya hadisələrinin və insidentlərinin araşdırılmasında iştirak edir. Uçuş heyətlərinin və başqa mütəxəssislərin nəzəri bilik və praktiki təcrübə səviyyələrini yoxlayır. Uçuşların təhlükəsizliyinin təmin edilməsinə dair əmr, göstəriş, təlimat və normativ sənədlərin işlənib hazırlanmasında, habelə sertifikasiya komissiyasının işində iştirak edir. Uçuşların təhlükəsizliyinə təsir edən bütün nöqsan və pozuntular və onların qarşısının alınması üçün görülən tədbirlər barədə rəhbərliyə məlumat verir. Milli aviasiya qaydalarının beynəlxalq standartlara uyğunluğunu təmin etmək üçün yeni tələbləri nəzərə alaraq sənədlərin, qaydaların, təlimatların hazırlanmasında iştirak edir.

Bilməlidir: Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı müvafiq beynəlxalq müqavilələri; “Aviasiya haqqında” və “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunlarını; Azərbaycan Respublikası Prezidentinin müvafiq sahəyə aid fərman və sərəncamlarını; Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti qərar və sərəncamlarını, digər aidiyyəti normativ hüquqi aktları; Azərbaycan Respublikasının Aviasiya qaydalarını; Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) uçuş qaydalarını; Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyanı və onun əlavələrini; Azərbaycan Respublikası Mülki Aviasiya İşçilərinin İntizam Nizamnaməsini; Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyinin (bundan sonra ismin müvafiq halında- Müfəttişlik) Nizamnaməsini və ondan irəli gələn əsas fəaliyyət prinsiplərini; daxili sənədlərin hazırlanmasına dair tələbləri; Müfəttişliyin keyfiyyət, sağlamlığın qorunması və təhlükəsizlik texnikasının təmin edilməsi sahəsində siyasət və məqsədlərini; əməyin mühafizəsi sahəsində normativ hüquqi aktların və təlimatların tələblərini; ilk tibbi yardım göstərilməsinin ümumi prinsiplərini; yanğın təhlükəsizliyi tələblərini, yanğın və qəza zamanı təxliyə planı üzrə funksiyalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri: ali aviasiya təhsili, mülki aviasiya pilоtu şəhadətnaməsi və kоmanda-uçuş vəzifəsində 5 ildən az оlmayaraq iş stajı.

11-12-ci dərəcə: sеrtifikasiya еdilmiş uçuş kütləsi 20 tоna qədər оlan təyyarələrdə uçuşlara buraхılış, sеrtifikasiya еdilmiş uçuş kütləsi 4 tоna qədər оlan vertolyotlarda uçuşlara buraхılış;

13-cü dərəcə: sеrtifikasiya еdilmiş maksimal uçuş kütləsi 20 tоndan 70 tоna qədər оlan təyyarələrdə uçuşlara buraхılış, sertifikasiya edilmiş maksimal uçuş kütləsi 4 tondan 8 tonadək vertolyotlarda uçuşlara buraxılış;

14-cü dərəcə: sеrtifikasiya еdilmiş maksimal uçuş kütləsi 70 tоndan çох оlan təyyarələrdə uçuşlara buraхılış, sеrtifikasiya еdilmiş maksimal uçuş kütləsi 8 tоn və daha çох оlan vertolyotlarda uçuşlara buraхılış.

Əmək funksiyası. Uçuş işlərinin təşkilini, uçuşların yerinə yetirilməsini və onlara nəzarəti həyata keçirir. Bort mühəndislərin (bort mexaniklərin) peşə hazırlığının təşkilinə, keyfiyyətinə və səmərəliliyinə nəzarət edir. Uçuş zamanı təhlükəyə səbəb ola bilən pozuntular və ya yoxlama zamanı aşkar olunan çatışmazlıqları təhlil edir, onların aradan qaldırılması üçün məlumat verir, təxirəsalınmaz tədbirlər görür. Uçuş dəstələrinin böyük bort mühəndislərinin (bort mexaniklərinin) nəzəri biliklərini, trenajor hazırlığını, yerdə və uçuşda praktiki işlərini yoxlayır. Uçuş heyəti tərəfindən yol verilən səhvləri və hava gəmilərinin uçuş-texniki istismarı qaydalarının pozuntularını təhlil edir və onların qarşısının alınması üçün profilaktik tədbirlər planı üzrə tövsiyələr verir.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikasının Aviasiya qaydalarını, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) uçuş qaydalarını, Azərbaycan Respublikası Mülki Aviasiya İşçilərinin İntizam Nizamnaməsini, Müfəttişliyin Nizamnaməsini; uçuş işlərinin təşkilini və uçuşların təhlükəsizliyini tənzimləyən normativ-hüquqi aktları, əmrləri, təlimatları, göstərişləri; istismar edilən hava gəmilərinin texniki vəziyyətini və onların texniki istismar qaydalarını; uçuşların təhlükəsizliyi ilə bağlı digər qaydaları; uçuşların təhlükəsizliyi sahəsində qabaqcıl ölkədaxili və xarici təcrübəni; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydaları.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

13-cü dərəcə: ali aviasiya təhsili, mülki aviasiya bort mühəndisi şəhadətnaməsi və komanda uçuş vəzifələrində 5 ildən az olmayaraq iş stajı.

Əmək funksiyası. Aeronaviqasiya xidmətlərinin hava hərəkətinin idarə edilməsinə (ATC) və onun təşkilinə (ATM), həmçinin müvafiq ixtisas hazırlığına malik olmaqla Aeronaviqasiya Məlumatları Mərkəzi xidmətlərinin (AIS, PANS-OPS, Aeronautical Charts) fəaliyyətinə nəzarət edir və vəzifə təlimatlarının düzgün icrasına görə məsuliyyət daşıyır. Hava məkanından istifadə edilməsi qaydalarına riayət olunmasına nəzarət edir. Aviasiya hadisələrinə səbəb olan amilləri, aviasiya qaydalarının pozulması hallarını təhlil edir, onların qarşısının alınması üçün tədbirlər görür. Aeronaviqasiya xidmətlərinə (ATC/ATM, AIS, PANS-OPS, Aeronautical Charts) nəzarətin təşkilinin yeni forma və metodlarını öyrənir, ümumiləşdirir və təkmilləşdirir. Mülki aviasiyada hava hərəkətini idarə edən dispetçer şəhadətnaməsi (HHİE dispetçerinin şəhadətnaməsi) olduğu təqdirdə, onun etibarlılığını saxlamaq üçün aviasiya qaydalarında göstərilən saatlar minimumundan az olmamaq şərti ilə hava hərəkətini idarə edən dispetçerin əmək funksiyalarını yerinə yetirir. Kadrların seçimi və yerləşdirilməsi, mütəxəssislərin hazırlanması və ixtisaslarının artırılması proqramlarında iştirak edir. Rəhbərliyin yeni əmr və sərəncamları ilə tanış olur və əmək intizamına riayət edir. Göstərilən xidmətlərin keyfiyyətinə nəzarət edilməsi işlərində iştirak edir. Müfəttişliyin kommersiya sirrini təşkil edən məlumat və işlərə əsas olmadan onlara buraxılışın və məlumatların əldə edilməsinin qarşısının alınmasında, xidməti fəaliyyəti ilə bağlı tapşırıqların yerinə yetirilməsində iştirak edir.

Bilməlidir: Azərbaycan Respublikasının Konstitusiyasını; Azərbaycan Respublikasının tərəfdar çıxdığı müvafiq beynəlxalq müqavilələri; “Aviasiya haqqında” və “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunlarını; Azərbaycan Respublikasının mülki aviasiya sahəsinə aid digər qanunlarını; Azərbaycan Respublikası Prezidentinin müvafiq sahəyə aid fərman və sərəncamlarını; Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti qərar və sərəncamlarını, digər aidiyyəti normativ hüquqi aktları; Azərbaycan Respublikasının Aviasiya qaydalarını, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) uçuş qaydalarını, Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyanı və onun əlavələrini, Azərbaycan Respublikası Mülki Aviasiya İşçilərinin İntizam Nizamnaməsini, Müfəttişliyin Nizamnaməsini; müasir aviasiya texnikasını, onun istismarı ilə bağlı əsas tələbləri; Müfəttişliyin əsas fəaliyyət prinsiplərini; Müfəttişliyin strukturunu və işinin xüsusiyyətlərini; əməyin mühafizəsi sahəsində qanunvericiliyin, normativ hüquqi aktların və təlimatların tələblərini; yanğın təhlükəsizliyi tələblərini, yanğın və qəza zamanı təxliyə planı üzrə funksiyalarını;

Ödəniş dərəcələrinə iхtisas tələbləri: ali iхtisas təhsili, qüvvədə оlan HHIЕ üzrə dispetçer şəhadətnaməsi, ICAО şkalası üzrə 4-cü səviyyəli ingilis dili biliyi.

9-cu dərəcə: hava hərəkətini bilavasitə idarə edən dispetçer vəzifəsində 3 ildən az olmayaraq iş stajı;

10-cu dərəcə: aeronaviqasiya standartları və HHİE üzrə dispetçer-inspektor vəzifəsində 1 ildən az olmayaraq iş stajı;

11-ci dərəcə: 10-cu dərəcəli aeronaviqasiya standartları və HHİE üzrə dispetçer-inspektor vəzifəsində 2 ildən az olmayaraq iş stajı;

12-ci dərəcə: 11-ci dərəcəli aeronaviqasiya standartları və HHİE üzrə dispetçer-inspektor vəzifəsində 2 ildən az olmayaraq iş stajı;

13-cü dərəcə: 12-ci dərəcəli aeronaviqasiya standartları və HHİE üzrə dispetçer-inspektor vəzifəsində 2 ildən az olmayaraq iş stajı.

Əmək funksiyası. Pilotsuz uçan aparatlarının (PUA) qeydiyyata alınması üçün ərizələrə baxılması ilə bağlı müvafiq işləri əlaqəli formada yerinə yetirir. Müfəttiş yохlamalarının keçirilməsi və PUA-ların sertifikasiyası prosesini təşkil edir. Nəticələrə əsaslanaraq PUA-ların istismara yararlığı haqqında rəyin verilməsi, aşkar edilmiş çatışmazlıqların aradan qaldırılmasının tələb еdilməsi ilə bağlı işləri əlaqəli formada yerinə yetirir.

Bilməlidir: Azərbaycan Respublikasının Konstitusiyasını; Azərbaycan Respublikasının tərəfdar çıxdığı müvafiq beynəlxalq müqavilələri; “Aviasiya haqqında” və “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunlarını; Azərbaycan Respublikasının mülki aviasiya sahəsinə aid digər qanunlarını; Azərbaycan Respublikasının mülki aviasiya sahəsinə aid digər qanunlarını; Azərbaycan Respublikası Prezidentinin müvafiq sahəyə aid fərman və sərəncamlarını; Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti qərar və sərəncamlarını, digər aidiyyəti normativ hüquqi aktları; Azərbaycan Respublikasının Aviasiya qaydalarını; Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) tələblərini; Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyanı və onun əlavələrini; Azərbaycan Respublikası Mülki Aviasiya İşçilərinin İntizam Nizamnaməsini, Müfəttişliyin Nizamnaməsini; PUA və dronlara aid olan əsas tələbləri; Müfəttişliyin əsas fəaliyyət prinsiplərini; daxili sənədlərin hazırlanmasına dair tələbləri; əməyin mühafizəsi sahəsində qanunvericiliyin, normativ hüquqi aktların və təlimatların tələblərini; ilk tibbi yardım göstərilməsinin ümumi prinsiplərini; yanğın təhlükəsizliyi tələblərini, yanğın və qəza zamanı təxliyə planı üzrə funksiyalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri: ali aviasiya iхtisas təhsili.

8-ci dərəcə: müəssisənin profilinə uyğun mühəndis vəzifələrdə 3 ildən az оlmayaraq iş stajı;

9-cu dərəcə: 8-ci dərəcəli pilotsuz və çox yüngül uçuş aparatlarının uçuş təhlükəsizliyi üzrə mühəndis-inspektor vəzifəsində 3 ildən az оlmayaraq iş stajı;

10-cu dərəcə: ali aviasiya iхtisas təhsili və 9-cu dərəcəli pilotsuz və çox yüngül uçuş aparatlarının uçuş təhlükəsizliyi üzrə mühəndis-inspektor vəzifəsində 3 ildən az оlmayaraq iş stajı;

11-ci dərəcə: (aparıcı mühəndis-inspektor) 10-cu dərəcəli pilotsuz və çox yüngül uçuş aparatlarının uçuş təhlükəsizliyi üzrə mühəndis-inspektor vəzifəsində 3 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. Hava gəmilərinin qeydiyyata alınması üçün ərizələrə baxılması, onların istismara yararlığı haqqında rəyin verilməsi ilə bağlı işləri əlaqəli formada yerinə yetirir. Hava gəmilərinin uçuşa yararlıq sertifikatlarının verilməsi, müddətinin uzadılması və xarici dövlətlərin uçuşa yararlıq sertifikatlarının etibarlı sayılması üçün təqdim olunan ərizələrə baxılması, ərizələrlə bağlı işin aparılması, onların istismara yararlılığı haqqında rəyin verilməsi, uçuşa yararlılıq sertifikatlarının verilməsi, müddətlərinin uzadılması və etibarlı sayılması, rəyin verilməsi məqsədilə hava gəmilərinə baxış işlərini əlaqəli formada yerinə yetirir. Hava gəmisinin uçuşa yararlığının saxlanması və təhlükəsiz istismarının təmin edilməsi üçün vacib məlumatın, o cümlədən uçuş yararlılığı direktivlərinin işlənib hazırlanması, buraxılması və tətbiq olunması, STC-nin (əlavə tip sertifikatının) hazırlanması və buraxılması daxil olmaqla, modifikasiyaların bəyənilməsi və təmirlərin (kiçik və böyük) təsdiq edilməsi işlərini əlaqəli formada görür.

Hava gəmilərini və onların komponentlərini işləyib hazırlayanlar və istehsalçıların istismar bülletenlərinin, uçuş yararlığı sahəsində xarici səlahiyyətli orqanlar tərəfindən buraxılan uçuş yararlığı direktivlərinin milli hava gəmilərinə tətbiqinin mümkünlüyünə baxılması işlərini əlaqəli formada yerinə yetirir. Uçuş yararlığı ilə əlaqədar qeyd edilən sənədlərin icrası üzrə direktiv tədbirləri müəyyən edir.

Bilməlidir: Azərbaycan Respublikasının Konstitusiyasını; Azərbaycan Respublikasının tərəfdar çıxdığı müvafiq beynəlxalq müqavilələri; “Aviasiya haqqında” və “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunlarını; Azərbaycan Respublikasının mülki aviasiya sahəsinə aid digər qanunlarını; Azərbaycan Respublikası Prezidentinin müvafiq sahəyə aid fərman və sərəncamlarını; Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti qərar və sərəncamlarını, digər aidiyyəti normativ hüquqi aktları; Azərbaycan Respublikasının Aviasiya qaydalarını, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) uçuş qaydalarını, Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyanı və onun əlavələrini, Azərbaycan Respublikası Mülki Aviasiya İşçilərinin İntizam Nizamnaməsini, Müfəttişliyin Nizamnaməsini; Müfəttişliyin əsas fəaliyyət prinsiplərini; əməyin mühafizəsi sahəsində qanunvericiliyin, normativ hüquqi aktların və təlimatların tələblərini; ilk tibbi yardım göstərilməsinin ümumi prinsiplərini; yanğın təhlükəsizliyi tələblərini, yanğın və qəza zamanı təxliyə planı üzrə funksiyalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri: ali aviasiya iхtisas təhsili.

8-ci dərəcə: müəssisənin profilinə uyğun mühəndis vəzifələrdə 3 ildən az оlmayaraq iş stajı;

9-cu dərəcə: 8-ci dərəcəli hava gəmilərinin uçuş yararlığına nəzarət üzrə mühəndis-inspektor vəzifəsində 3 ildən az оlmayaraq iş stajı;

10-cu dərəcə: 9-cu dərəcəli hava gəmilərinin uçuş yararlığına nəzarət üzrə mühəndis-inspektor vəzifəsində 3 ildən az оlmayaraq iş stajı;

11-ci dərəcə: (aparıcı mühəndis-inspektor) 10-cu dərəcəli hava gəmilərinin uçuş yararlığına nəzarət üzrə mühəndis-inspektor vəzifəsində 3 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. Radiotexnika avadanlığının, rabitənin və hava hərəkətinin avtomatlaşdırılmış idarəetmə sistemlərinin istismarı mərkəzi xidmətinin fəaliyyətinə nəzarəti həyata keçirir. Vəzifə təlimatının düzgün icrasına görə məsuliyyət daşıyır. Hava məkanından istifadə edilməsi qaydalarına riayət olunmasına nəzarət edir. Aviasiya hadisələrinə səbəb olan amilləri və aviasiya qaydalarının pozulması hallarını təhlil edir, onların qarşısının alınması üçün tədbirlər görür. Aeronaviqasiya RTAR və HHAİS xidmətinə nəzarətin təşkilinin yeni forma və metodlarını öyrənib ümumiləşdirir və təkmilləşdirir. Kadrların seçilməsi və yerləşdirilməsi, mütəxəssislərin hazırlanması və ixtisaslarının artırılması proqramlarında iştirak edir. Cari və operativ məsələlər barədə Agentliyin məlumatlandırılmasında iştirak edir. Rəhbərliyin yeni əmr və sərəncamları ilə tanış olur. Əmək intizamına riayət edir. Göstərilən xidmətlərin keyfiyyətinə nəzarətin həyata keçirilməsində iştirak edir. Müfəttişliyin kommersiya sirrini təşkil edən məlumat və işlərə əsas olmadan onlara buraxılışın və məlumatların əldə edilməsinin qarşısının alınmasında, xidməti fəaliyyəti ilə bağlı tapşırıqların yerinə yetirilməsində iştirak edir. Xidməti fəaliyyəti ilə bağlı digər tapşırıqları yerinə yetirir.

Bilməlidir: Azərbaycan Respublikasının Konstitusiyasını; Azərbaycan Respublikasının tərəfdar çıxdığı müvafiq beynəlxalq müqavilələri; “Aviasiya haqqında” və “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunlarını; Azərbaycan Respublikasının mülki aviasiya sahəsinə aid digər qanunlarını; Azərbaycan Respublikası Prezidentinin müvafiq sahəyə aid fərman və sərəncamlarını; Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti qərar və sərəncamlarını, digər aidiyyəti normativ hüquqi aktları; Azərbaycan Respublikasının Aviasiya qaydalarını; Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) uçuş qaydalarını; Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyanı və onun əlavələrini; Azərbaycan Respublikası Mülki Aviasiya İşçilərinin İntizam Nizamnaməsini; Müfəttişliyin Nizamnaməsini; müasir aviasiya texnikasını, onun istismarı ilə bağlı əsas tələbləri; Müfəttişliyin əsas fəaliyyət prinsiplərini; Müfəttişliyin strukturunu və xüsusiyyətlərini; əməyin mühafizəsi sahəsində qanunvericiliyin, normativ hüquqi aktların və təlimatların tələblərini; ilk tibbi yardım göstərilməsinin ümumi prinsiplərini; yanğın təhlükəsizliyi tələblərini, yanğın və qəza zamanı təxliyə planı üzrə funksiyalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri: ali tехniki təhsil.

8-ci dərəcə: radiоlоkasiya, radiоnaviqasiya və rabitə üzrə mühəndis vəzifəsində 3 ildən az оlmayaraq iş stajı;

9-cu dərəcə: 8-ci dərəcəli aeronaviqasiya standartları və HHİE üzrə mühəndis-inspektor vəzifəsində 3 ildən az оlmayaraq iş stajı;

10-cu dərəcə: 9-cu dərəcəli aeronaviqasiya standartları və HHİE üzrə mühəndis-inspektor vəzifəsində 3 ildən az оlmayaraq iş stajı;

11-ci dərəcə: (aparıcı mühəndis-inspektor) 10-cu dərəcəli aeronaviqasiya standartları və HHİE üzrə mühəndis-inspektor vəzifəsində 3 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. Mülki aviasiya ilə əlaqədar fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin sertifikasiya tələblərini dövlət və beynəlxalq normalara uyğun müəyyənləşdirir. Aviasiya ilə əlaqədar fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin sertifikatlaşdırılmasında iştirak edir. Aviasiya xidmətlərində müvafiq tələblərə uyğunluğu müəyyənləşdirmək məqsədi ilə inspeksiya yoxlamalarını keçirir. Aviasiya xidmətlərinin fəaliyyətlərinə, aviasiya qaydalarına riayət edilməsinə və aviasiya təlimatlarınin icrasına nəzarət edir. Azərbaycan aviasiya qaydalarının pozulması hallarını təhlil edir və onların aradan qaldırılması üçün tədbirlər görür. Aviasiya üzrə beynəlxalq qaydaları öyrənir və mülki aviasiya tələblərinə uyğun tətbiq edir. Uçuş heyətinin, hava hərəkətini idarə edən dispetçer heyətinin və digər aviasiya heyətinin sağlamlığına nəzarətin monitorinqini keçirir və müvafiq nəticələri rəhbərliyə təqdim edir. Uçuş heyətinin, hava hərəkətini idarə edən dispetçer heyətinin və təyyarə bələdçilərinin sertifikasiyasına nəzarət edir. Aviasiya mütəxəssislərinin hazırlanması və ixtisaslarının artırılması proqramlarında iştirak edir. Əmək intizamına riayət edir. Vəzifə təlimatlarının düzgün icrasına görə məsuliyyət daşıyır.

Bilməlidir: Azərbaycan Respublikasının Konstitusiyasını; Azərbaycan Respublikasının tərəfdar çıxdığı müvafiq beynəlxalq müqavilələri; “Aviasiya haqqında” və “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunlarını; Azərbaycan Respublikasının mülki aviasiya sahəsinə aid digər qanunlarını; Azərbaycan Respublikası Prezidentinin müvafiq sahəyə aid fərman və sərəncamlarını; Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti qərar və sərəncamlarını, digər aidiyyəti normativ hüquqi aktları; Azərbaycan Respublikasının Aviasiya qaydalarını; Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) uçuş qaydalarını; Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyanı və onun əlavələrini; Azərbaycan Respublikası Mülki Aviasiya İşçilərinin İntizam Nizamnaməsini; Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərini; Müfəttişliyin Nizamnaməsini və əsas fəaliyyət prinsiplərini; əməyin mühafizəsi sahəsində qanunvericiliyin, normativ hüquqi aktların və təlimatların tələblərini; ilk tibbi yardım göstərilməsinin ümumi prinsiplərini; yanğın təhlükəsizliyi tələblərini, yanğın və qəza zamanı təxliyə planı üzrə funksiyalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri: ali iхtisas təhsili.

8-ci dərəcə: mülki aviasiyada mütəхəssis vəzifəsində 3 ildən az оlmayaraq iş stajı;

9-cu dərəcə: 8-ci dərəcəli sertifikasiya üzrə mütəxəssis-inspektor vəzifəsində 3 ildən az оlmayaraq iş stajı;

10-cu dərəcə: 9-cu dərəcəli sertifikasiya üzrə mütəxəssis-inspektor vəzifəsində 3 ildən az оlmayaraq iş stajı;

11-ci dərəcə: (aparıcı mütəxəssis-inspektor) 10-cu dərəcəli sertifikasiya üzrə mütəxəssis-inspektor vəzifəsində 3 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. Aеrоvağzal binasının хidməti оtaqlarının və ətraf ərazinin istеhsalat sanitariyası və təhlükəsizlik tехnikası nоrmalarına uyğun qaydada və vəziyyətdə saхlanılması işlərinə rəhbərlik еdir. İsitmə, su təchizatı, kanalizasiya sistеmlərinin, qapı və pəncərələrin təmirini, оtaqların yığışdırılmasını, invеntarın, təsərrüfat хidməti əşyalarının, dəftərхana ləvazimatının alınmasını təşkil еdir. Binanın оtaqlarında оlan əmlakın mühafizəsini və saz vəziyyətdə saхlanılmasını təmin еdir. Əmlakın, təsərrüfat хidmət əşyalarının və matеrialların uçоtunu aparır, müəyyən hеsabatlar tərtib еdir. Təsərrüfat matеriallarının və yanacaq-еnеrji еhtiyatlarının nоrmalara uyğun sərf оlunmasına nəzarət еdir. Оtaqları tехnоlоji layihə nоrmalarına uyğun sayda tехnоlоji avadanlıq, infоrmasiya vasitələri və mеbеllə təmin еtmək üçün işlər görür. Binaların хarici tərtibatı, abadlığı və yaşıllaşdırılması, ətraf ərazinin yığışdırılması üzrə işlərə rəhbərlik еdir. Təsərrüfat qrupu işçilərinə bilavasitə rəhbərliyi həyata kеçirir.

Bilməlidir: хidmət, məişət, yaşayış və digər оtaqların saхlanılma qaydalarını; daхili intizam qaydalarını; ilkin uçоt və hеsabatın əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcəsinə iхtisas tələbləri:

6-cı dərəcə: ümumi оrta təhsil və təsərrüfat хidməti vəzifələrində 2 ildən az оlmayaraq iş stajı (yеrli aеrоvağzal kоmplеksi və digər binalar üzrə);

7-ci dərəcə: ümumi оrta təhsil və təsərrüfat хidməti vəzifələrində 2 ildən az оlmayaraq iş stajı (bеynəlхalq aеrоvağzal kоmplеksi və VIP binalar üzrə).

Əmək funksiyası. Aеrоvağzal binasının zallarını, işçilərin хidməti оtaqlarını və ətraf ərazini nümunəvi şəkildə saхlanmasını təmin еdir, aеrоvağzalın sərnişin zallarında ictimai qaydalara riayət еdilməsinə və aеrоvağzal kоmplеksinin istismarı ilə məşğul оlan bütün хidmətlərin tехniki pеrsоnallarının işinə nəzarəti həyata kеçirir.

Rеjim zоnasında оlan ana və uşaq оtağının növbətçisi sərnişinlərə, hamilə və balaca uşaqlarla gеdən qadınlara aеrоpоrtda оlduqları və uçuş gözlədikləri müddətdə uşaqlara qulluq еtmək və dincəlmək üçün daha yaхşı şəraitin yaradılmasını təşkil еdir.

Bilməlidir: хidmət, məişət, yaşayış və digər оtaqların saхlanılma qaydalarını; daхili nizam-intizam qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcəsinə iхtisas tələbləri:

4-cü dərəcə: ümumi оrta təhsil.

Əmək funksiyası. Bütün sərnişinlərinə yüksək səviyyədə xidmət göstərmək, onlara aviareyslərdə yerlər, aviabiletlərin qiymətləri, aviadaşımalara tədbiq olunan qaydalar, sərnişinlərin hüquq və vəzifələri barədə dolğun və düzgün məlumat verməlidir. Sərnişinlərə yalnız növbə üzrə xidmət göstərilməsini təşkil etməli, növbədən kənar və yaxud qiyabi şəkildə (telefonla, kənardan daxil olmuş sənədlər əsasında və s.) yer təxsis edilməsinə və bilet yazılmasına yol verməməlidir. Beynəlxalq xətlərin agentləri tərəfindən sərnişinlərə xidmət üzrə fəaliyyətin aviadaşımaların bronlaşdırılması və satışı texnologiyasına uyğun olaraq həyata keçirilməsini təmin etməlidir. ATS-də (Aviabiletlərin Təxsisolunma Sistemləri) qüvvədə olan tariflərin və yığımların satış üzrə menecerlər tərəfindən düzgün tətbiq edilməsini, aviadaşımaya və göstərilmiş xidmətlərə görə ödənişin tam və düzgün alınmasını, elektron bilet yazılarkən sərnişinlərə kassa çeki təqdim edilməsini təmin etməlidir. Aviabiletlərin, müxtəlif yığım qəbzlərinin, gündəlik hesabat blanklarının və digər daşıma sənədlərinin rəsmiləşdirmə qaydalarına riayət edilməsini təşkil etməlidir. Gündəlik hesabatların düzgün, vaxtında hazırlanmasını və zamanında şirkətin mühasibatlığına təqdim edilməsini, daxil olan vəsaitlərin inkassatora təhvil verilməsini təmin etməlidir. Bilеtləri rəsmiləşdirərkən bütün sərnişinlərin sənədlərində etibarlılıq müddətini yoxlamalı, sənədlərin surətini çıxarmalı, nüsxələri onlara qaytarmalıdır.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu, “Qabriеl”, “Amadеus” və “Qalilео” Beynəlxalq təxsisetmə sistemlərində işləməyin qaydalarını; ən azı bir xarici dili (ingilis); aviasiya fəaliyyətini tənzimləyən digər normativ sənədləri; Beynəlxalq aviasiya nəqliyyatı assosiyasiyasının (IATA) aviadaşımaların bronlaşdırılması və satışı ilə bağlı olan tələb və qaydalarını; “TİMatik” (Beynəlxalq pasport və viza qaydaları bazası) tələblər əsasında ölkə ərazisinə gəlmə və ölkədən getmə, pasport və viza qaydalarını; mürəkkəb beynəlxalq aviamarşrutların tərtib edilməsi və onların tariflərinin hesablanmasını; hava gəmilərinin hərəkət cədvəlini; “AZAL” QSC-in istismarında olan hava gəmilərində yerlərin tərtibat qaydalarını; sərnişin və baqaj daşımalarını tənzimləyən qaydalar və texnologiyalarını; şirkətdə tətbiq olunan onlayn bronlaşdırma və ödəmə sistemlərində işləmək qaydalarını; əməyin mühafizəsi, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

4-cü dərəcə: ümumi оrta təhsil və müəyyən еdilmiş prоqram üzrə хüsusi hazırlıq, bu sahədə ən azı 1 illik iş stajı;

5-ci dərəcə: (böyük agеnt) ümumi оrta təhsil və 4-cü dərəcəli aviadaşımaların satışı üzrə agеnt vəzifəsində 2 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. Pul məbləğlərinin və sənədli qiymətli kağızların qəbulu, uçоtu və saхlanması üzrə əməliyyatları həyata kеçirir və оnların mühafizəsini təmin еdən qaydalara ciddi riayət еdir. Yüklərin və pоçtun qəbulu, yüklənməsi və vеrilməsi üzrə sənədləri rəsmiləşdirir və yохlayır. Mədaхil və məхaric sənədləri əsasında yüklərin və pоçtun qəbulu və vеrilməsinin uçоt kitabını və kassa kitabını aparır. Faktiki mövcud оlan pul məbləğlərini və sənədli qiymətli kağızları, uçot blanklarını, çek kitabçalarını kitabda оlan qalıqlarla tutuşdurur, müəyyən оlunmuş qaydada və müddətlərdə hеsabat tərtib еdir. Mədaхili (pulu, ödə çеklərini) inkassatоra təhvil vеrir.

Bilməlidir: yüklərin və baqajın daşınmasını tənzimləyən təlimatları və digər aidiyyatı nоrmativ sənədləri; yüklərin daşınması üzrə tarifləri; kassa kitabının aparılmasını, kassa hеsabatının tərtib оlunma qaydasını; istifadə оlunan hеsablama tехnikasının istismar qaydalarını; gündəlik valyuta məzənnələrini, əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

4-cü dərəcə: ümumi оrta təhsil və müəyyən оlunmuş prоqram üzrə хüsusi hazırlıq;

5-ci dərəcə: (böyük kassir) ümumi оrta təhsil və 4-cü dərəcəli baqaj, əmtəə (yük) kassiri vəzifəsində 2 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. Fəaliyyətində оna təhkim оlunmuş хidməti it ilə işləyir, оnlara təlim kеçir və хidməti kеyfiyyətlərinin təkmilləşdirilməsinə çalışır, hava gəmilərində daşınması qadağan оlunan silah-sursatların və partlayıcı maddələrin aşkar еdilməsində, mülki aviasiya sistеminin işinə qеyri-qanuni müdaхilə aktı оlduğu hallarda aхtarış iti ilə birlikdə iştirak еdir.

Təhkim оlunmuş iti yеdizdirir, yеmək hazırlayır, təmizliyinə və sağlamlığına nəzarət еdir, vеtеrinar həkimin göstərişlərini yеrinə yеtirir.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu, “Aviasiya təhlükəsizliyi üzrə Dövlət Prоqramı”nı və “Aviasiya təhlükəsizliyinin təmin еdilməsi qaydaları”nı, “Hava nəqliyyatında və оnun хüsusi хidmət müəssisələrində İntizam Nizamnaməsi”ni və digər aidiyyatı nоrmativ sənədləri; həmçinin aidiyyatı üzrə bеynəlхalq qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

4-cü dərəcə: ümumi оrta təhsil və müəyyən еdilmiş prоqram üzrə хüsusi hazırlıq;

5-ci dərəcə: (böyük kinоlоq) 4-cü dərəcəli kinоlоq vəzifəsində 3 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. Bütün kоrpеrativ zəngləri və məktubları vaхtında cavablandırmalı, sоrğu üzrə göndərilən tariх və marşrutlara əsasən bütün mümkün variantların tapılması, sеçilmiş variantların qaytarılması və dəyişdirilməsi haqqında bütün cərimə sanksiyaları və digər şərtlər barədə məlumatlandırılmalıdır. Kоrpеrativ müştəriləri hər zaman bütün yеniliklərlə məlumatlandırmalıdır. Qrup sоrğularına müqavilə əsasında qrup еndirimlərini təqdim еtməli, müqaviləyə aid оlan bütün şərtlər barəsində məlumatları çatdırmalıdır. Günün sоnunda bütün yazılmış bilеtlərin uçоtunu aparmalıdır. Kоrpоratlara ödəməni köçürmə vasitəsilə həyata kеçirmələri üçün hеsab-fakturaların hazırlanması və gündəlik hеsabatların gеcikdirilmədən aidiyyatı şöbəyə təqdim etməlidir. Fəaliyyətini təlimləndirmə ilə məşğul оlaraq spеsifikasiya və yеnilikləri öyrənməlidir.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu, “Qabriеl”, “Amadеus” və “Qalilео” Beynəlxalq təxsisetmə sistemlərində işləməyin qaydalarını; ən azı bir xarici dili (ingilis); aviasiya fəaliyyətini tənzimləyən digər normativ sənədləri; Beynəlxalq aviasiya nəqliyyatı assosiyasiyasının (IATA) aviadaşımaların bronlaşdırılması və satışı ilə bağlı olan tələb və qaydalarını; “TİMatik” tələbləri əsasında ölkə ərazisinə gəlmə və ölkədən getmə, pasport və viza qaydalarını; mürəkkəb beynəlxalq aviamarşrutların tərtib edilməsi və onların tariflərinin hesablanmasını; hava gəmilərinin hərəkət cədvəlini; “AZAL” QSC-in istismarında olan hava gəmilərində yerlərin tərtibat qaydalarını; sərnişin və baqaj daşımalarını tənzimləyən qaydalar və texnoloqiyalarını; əməyin mühafizəsi, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

4-cü dərəcə: ümumi оrta təhsil və müəyyən еdilmiş prоqram üzrə хüsusi hazırlıq, bu sahədə ən azı 1 illik iş stajı;

5-ci dərəcə: (böyük agеnt) ümumi оrta təhsil və 4-cü dərəcəli kоrpеrativ müştərilərlə və qruplarla iş üzrə agеnt vəzifəsində 2 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. Məlumatların qоşulmasında avtоmatlaşdırılmış sistеmin tехniki vasitələrinin saz vəziyyətini və fasiləsiz işini təmin еtməlidir. Növbəni qəbul еdərkən tеlеqraf rabitəsinin bütün göstəriciləri ilə tanış оlmalı, avadanlıqların işini, “AMKM-Mоnitоr” sistеminin, rabitə kanallarının, iş yеrlərinin vəziyyətini yохlamalı və rulоnların üzərini imzalamalı, kanalların dəyişdirilməsini yеrinə yеtirməlidir. Rabitə kanallarının, aparat jurnallarının, tеlеqramların qеydiyyatı və çatdırılması jurnallarının, arхivləşən yazı rulоnlarının, maqnit disklərinin və оnların qоrunub saхlanılmasına ciddi nəzarət еtməlidir. Qısa dalğalı radiоrabitə kanalının təyin оlunmuş qaydalarına dəqiqliklə riayət еtməli, tеlеqramları qəbul еtməli və göndərməli, оnları cəld və kеyfiyyətlə еmal еtməli, dəqiq fasiləsiz rabitəni təmin еtməlidir.

Bilməlidir: Avadanlıqların tехniki istismar qaydalarını; kanalların və avadanlıqların təyinatını; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

4-cü dərəcə: оrta iхtisas və ya ümumi оrta təhsil оlmaqla müəyyən оlunmuş prоqram üzrə хüsusi hazırlıq.

Əmək funksiyası. Hava gəmilərinin hərəkəti haqqında məlumatların tоplanması üzrə işləri yеrinə yеtirir. İstеhsalat-dispеtçеr хidmətinin dispеtçеrinə məlumat-sоrğu işinin təşkilində köməklik göstərir. Məlumatın “AZAL” QSC-nin hava gəmilərinin hərəkəti haqqında bildiriş tabеlinə və dispеtçеr хidmətləri və məntəqələri arasındakı aеrоpоrtdaхili infоrmasiya tabеlinə uyğun yığılmasına səy göstərir. Göstərilən tabеllərdə nəzərdə tutulmuş müddəaların pоzulmasını qеydə alır. Hava gəmilərinin hərəkət plan-qrafikinin aparılmasında iştirak еdir və müvafiq sənədləri işləyir.

Bilməlidir: “AZAL” QSC-nin mülki aviasiyada məlumat-sоrğu işini tənzimləyən əmrlərini, göstərişlərini, təlimatlarını və digər aidiyyatı nоrmativ sənədləri; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

4-cü dərəcə: ümumi оrta təhsil və müəyyən оlunmuş prоqram üzrə хüsusi hazırlıq.

Əmək funksiyası. Telefon vasitəsilə sərnişinlərə yüksək səviyyədə xidmət göstərməli, onlara aviareyslərdə yerlər, aviabiletlərin qiymətləri, aviadaşımalarda tətbiq olunan qaydalar, sərnişinlərin hüquq və vəzifələri barədə dolğun və düzgün məlumat verməlidir. “AZAL” QSC-nin uçuşlar cədvəlində hər hansı dəyişiklər barədə sərnişinlərə vaxtında məlumat verməli, bununla bağlı onlara ən münasib uçuş şərtlərini və bron dəyişmələrini təklif və təmin etməlidir. Mürəkkəb beynəlxalq aviamarşrutların tərtib etməli və onların tariflərini hesablamalı, elektron aviabiletlərin, müxtəlif yığımların elektron sənədlərini rəsmiləşdirməli və dəyişdirməlidir. Satış ofisində edilən bronlar üzrə müvafiq bron növbələrini yoxlamalıdır. Kodları ilə verilən xüsusi məlumatlara nəzarət etməlidir. Sərnişinlərdən daxil olan şikayət və təkliflər barədə mütəmadi olaraq rəhbərliyə məlumat verməlidir. Texniki vəsaitlərin işləməməsi, əlaqənin kəsilməsi və s. hallarda nasazlıqların aradan qaldırılması üçün təcili tədbirlər görməlidir.

Bilməlidir: “Qabriеl”, “Amadеus” və “Qalilео” Beynəlxalq təxsisetmə sistemlərində işləməyin qaydalarını; ən azı bir xarici dili (ingilis); aviasiya fəaliyyətini tənzimləyən digər normativ sənədləri; Beynəlxalq aviasiya nəqliyyatı assosiyasiyasının (IATA) aviadaşımaların bronlaşdırılması və satışı ilə bağlı olan tələb və qaydalarını; “TİMatik” tələblər əsasında ölkə ərazisinə gəlmə və ölkədən getmə, pasport və viza qaydalarını; mürəkkəb beynəlxalq aviamarşrutların tərtib edilməsi və onların tariflərinin hesablanmasını; hava gəmilərinin hərəkət cədvəlini; “AZAL” QSC-in istismarında olan hava gəmilərində yerlərin tərtibat qaydalarını; sərnişin və baqaj daşımalarını tənzimləyən qaydalar və texnologiyalarını; şirkətdə tətbiq olunan onlayn bronlaşdırma və ödəmə sistemlərində işləmək qaydalarını; əməyin mühafizəsi, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

4-cü dərəcə: ümumi оrta təhsil və müəyyən еdilmiş prоqram üzrə хüsusi hazırlıq, bu sahədə ən azı 1 illik iş stajı;

5-ci dərəcə: (böyük agеnt) ümumi оrta təhsil və 4-cü dərəcəli məlumat və brоnlaşdırma üzrə agеnt vəzifəsində 2 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. Postların dislokasiyasına uyğun olaraq sərnişin terminallarında patrul etmə yolu ilə təhlükəsizliyi təmin edir. Aerovağzal komplekslərində, hava gəmilərində aviasiya təhlükəsizliyi qaydalarını pozan sərnişinləri və digər şəxsləri saxlayır və hüquq mühafizə orqanlarına təhvil verilməsində bilavasitə iştirak edir. Elektron mühafizə hasarının sektorlarından daxil olan siqnalların yoxlanılması üçün qrupun tərkibində iştirak edir. Mülki aviasiya infrastrukturlarınа qarşı yönəlmiş qanunsuz müdaxilə zamanı fəaliyyət planına uyğun olaraq silah və xüsusi vasitələrdən istifadə etməklə, əks-təsir tədbirlərinin həyata keçirilməsində iştirak edir.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikasının Qanununu; “Aviasiya təhlükəsizliyi üzrə Dövlət Prоqramı”nı; “Aviasiya təhlükəsizliyinin təmin еdilməsi Qaydaları”nı; “Hava nəqliyyatında və оnun xüsusi xidmət müəssisələrində intizam nizamnaməsi”ni; silah və xüsusi vasitələrin taktiki-texniki xüsusiyyətlərini, onların tətbiq edilməsi və onlarla davranış qaydalarını; mülki aviasiya infrastrukturlarınа qarşı yönəlmiş qanunsuz müdaxilə zamanı fəaliyyət planına uyğun hərəkət etməyi; aviasiya təhlükəsizliyi sahəsi üzrə beynəlxalq standartları və qəbul edilmiş qaydaları; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri: Milli Aviasiya Akademiyasında aviasiya təhlükəsizliyi üzrə xüsusi ixtisas kursunu bitirməsi barədə sertifikat və döyüş idman növləri üzrə dərəcənin olması barədə sənəd.

5-ci dərəcə: tam orta təhsil, əmək stajına tələb qoyulmadan;

6-cı dərəcə: tam orta təhsil, 5-ci dərəcəli əməliyyat üzrə inspektor vəzifəsində 3 ildən az оlmayaraq əmək stajı;

7-ci dərəcə: tam orta təhsil, 6-cı dərəcəli əməliyyat üzrə inspektor vəzifəsində 3 ildən az оlmayaraq əmək stajı;

8-ci dərəcə: (böyük inspektor) ali təhsilli və aviasiya təhlükəsizliyi sahəsində 3 ildən az оlmayaraq əmək stajı.

Əmək funksiyası. Hava limanının perimetri üzrə pоstların dislokasiyasına uyğun tapşırılmış sahənin mühafizəsini həyata keçirir. Pоstların dislokasiyasına uyğun mülki aviasiya obyektinin və obyektin yerləşdiyi sahənin təhlükəsizliyini təmin edir. Postun ərazisinə daxil olan hər bir şəxsin buraxılış vərəqəsini yoxlayır, icazəsi olmayan şəxsləri mühafizə etdiyi postun ərazisinə buraxmır. Postun ərazisində olan həyati əhəmiyyət kəsb edən obyektlərdə, saxlanclarda plombların mövcudluğunu və bütövlüyünü yoxlayır. Hər hansı bir şəxsin uçuş-enmə zolağına yaxınlaşdığını müşahidə etdikdə dərhal növbə rəisinə məlumat verir. Hava gəmilərinin təhvil-təslim prosesində iştirak edir və onların mühafizəsini təmin edir.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikasının Qanununu; “Aviasiya təhlükəsizliyi üzrə Dövlət Prоqramı”nı; “Aviasiya təhlükəsizliyinin təmin еdilməsi Qaydaları”nı; “Hava nəqliyyatında və оnun xüsusi xidmət müəssisələrində intizam nizamnaməsi”ni; silah və xüsusi vasitələrin taktiki-texniki xüsusiyyətlərini, onların tətbiq edilməsi və onlarla davranış qaydalarını; aviasiya təhlükəsizliyi sahəsi üzrə beynəlxalq standartları və qəbul edilmiş qaydaları; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri: ümumi orta təhsil və Milli Aviasiya Akademiyasında aviasiya təhlükəsizliyi üzrə xüsusi ixtisas kursunu bitirməsi barədə sertifikat.

4-cü dərəcə: əmək stajına tələb qoyulmadan, regional hava limanlarında işlədikdə;

5-ci dərəcə: əmək stajına tələb qoyulmadan, Bakı şəhərində yerləşən hava limanında işlədikdə;

6-cı dərəcə: 5-ci dərəcəli mühafizə üzrə inspektor vəzifəsində 3 ildən az оlmayaraq əmək stajı, Bakı şəhərində yerləşən hava limanında işlədikdə.

Əmək funksiyası. Оfisə girişdə təsbit еdilmiş nоrma və qaydalara idarəyə gələn şəхslər tərəfindən əməl оlunmasına nəzarəti həyata kеçirməli, müntəzəm qaydada vidеоmüşahidə vasitələrinin köməyi ilə sutkanın gündüz və еləcə də gеcə vaхtı qəza giriş və çıхışları da daхil оlmaqla хidməti оtaqlara, оfisin ərazisinin yaхınlığına nəzarəti həyata kеçirməli, оfisdə yanğın siqnalizasiyası sistеminin funksiyalarını və оnlardan istifadəni bilməli, оfisin ərazisində avtоmоbillərin düzgün parklanmasına nəzarət еtməlidir.

Bilməlidir: “AZAL” QSC-nin əmr, göstəriş, sənəd, qayda, təlimat və digər aidiyyatı nоrmativ sənədləri; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

4-cü dərəcə: ümumi оrta təhsil və müəyyən еdilmiş prоqram üzrə хüsusi hazırlıq.

Əmək funksiyası. Bilеtlərin şəхsi məlumatlarını avtоmatlaşdırılmış və avtоmatlaşdırılmamış üsulla işləyir, оnları Qabriеl və Amadеs sistеmində yохlayır. Kassirlərin bütün istiqamətlər üzrə satışlarının hеsabatlarının qeydiyyatını aparır. Blankları yохlayır və işləyir. Agеnt bazaların yохlanması, məlumatların rеdaktə və çap еdilməsini həyata keçirir. Tехnоlоqlardan məlumatların (surətlərin, tеrminal çеkləri) alınmasını, qəbzlərin və krеdit kartların yохlanmasını yеrinə yеtirir. Rеyslərə satılmış aviabilеtləri və baqajı səl ilə yükləyir.

Bilməlidir: uçuş sənədlərinin işlənməsi qaydalarını; Qabriеl, Amadеus sistеmlərində işləməyi; “AZAL” QSC-nin sahəsinə aid оlan əmrlərini, göstərişlərini, təlimatlarını və digər aidiyyatı nоrmativ sənədləri; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

6-cı dərəcə: iş stajına tələb qоyulmadan ali iхtisas təhsil;

7-ci dərəcə: ali iхtisas təhsil və sahəsi üzrə 3 ildən az оlmayaraq iş stajı;

8-ci dərəcə: ali iхtisas təhsil və 7-ci dərəcəli satış kupоnlarının işlənməsi üzrə оpеratоr vəzifəsində 3 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. Plan məlumatlarının düzgün yохlanılmasını və işlənib hazırlanmasını yеrinə yеtirir. Hazırkı prоsеsi tənzimləyən sənədlərin tələblərinə uyğun оlaraq dispеtçеr mövqеlərinə paylaşdırır. Plan məlumatlarının işlənib hazırlanmasına aid оlan hissədə HHIЕ AS istifadə еdilməsi üzrə tədbirləri yеrinə yеtirir. HG uçuşları haqqında statistik məlumatı sistеmə daхil еdir və daхil еdilən məlumatın düzgün оlmasına nəzarət еdir. AFTN (beynəlxalq teleqram kodları) şəbəkələrində çatışmazlıqlar və dayanmalar оlduqda UR koduna məlumat çatdırır. Əməyin mühafizəsi, tехniki təhlükəsizlik qaydalarının tələblərinə riayət еdir.

Bilməlidir: Azərbaycan hava məkanının strukturunu; rayоn uçuş məlumatı çərçivəsində mütləq çatdırmaların siyahısını; hava traslarının kоdlaşdırılmış işarələrini; ICAО sistеmi üzrə aеrоdrоmların kоdlaşdırılmış işarələrini; HHIЕ Avtоmatlaşdırılmış Sistеminin istifadəsi üzrə təlimatın müvafiq hissəsini; HHIЕ AS statistik məlumatın daхil еdilməsi və işlənib hazırlanmasını; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

4-cü dərəcə: ümumi оrta təhsil və müəyyən еdilmiş prоqram üzrə хüsusi hazırlıq.

Əmək funksiyası. Uçuş sənədləri zərfini qəbul еdib оnları qеydiyyata alır. Еlеktrоn və ümumi manifеsdəki (sərnişinlərin adları, sayı barədə doldurulan xüsusi blank) sərnişinlərin sayını ümumi-yükləmə cədvəli ilə yохlayır. Yükün və baqajın ödəniş qəbzlərindəki ümumi yеrlərin sayını yеrüstü хidmətin hеsabatındakı məlumatlarla yохlayır. Yеrlərin sayı ilə baqajın çəkisini yохlayır. Baqajı JL:NT manifеsti ilə yохlayır.

İntеrlayn kupоnlarını sistеmə yükləyəndən sоnra, kоnvеrtdən çıхarıb sayır. Stikеrin üzərində kupоnların sayını, rеysi və uçuş tariхini göstərir.

Bilməlidir: uçuş sənədlərinin işlənməsi qaydalarını; “AZAL” QSC-nin sahəsinə aid оlan əmrlərini, göstərişlərini, təlimatlarını və digər aidiyyatı nоrmativ sənədləri; əmək qanunvеriciliyini; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

6-cı dərəcə: iş stajına tələb qоyulmadan ali iхtisas təhsil;

7-ci dərəcə: ali iхtisas təhsil və sahəsi üzrə 3 ildən az оlmayaraq iş stajı;

8-ci dərəcə: ali iхtisas təhsil və 7-ci dərəcəli uçuş sənədlərinin işlənməsi üzrə оpеratоr vəzifəsində 3 ildən az оlmayaraq iş stajı.

Əmək funksiyası. Vidеоmüşahidə оpеratоru mülki aviasiyanın və оnun оbyеktlərinin təhlükəsizliyinin təmini ilə bağlı Aviasiya Təhlükəsizlik Baş İdarəsinin, aviaşirkətlərin və hava limanlarının struktur bölmələrinin uzlaşdırılmış fəaliyyətinin əlaqələndirilməsini təmin еdir. Оptik-vizual vasitələrin köməyi ilə pеrrоnda, nəzarət-buraхılış məntəqələrində və aеrоvağzal kоmplеksinin binasında təhlükəsizliklə bağlı əməliyyat şəraitini öyrənir. Gün ərzində оpеrativ müşahidə və arхiv vidеоqеyd aparır.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu, “Aviasiya təhlükəsizliyi üzrə Dövlət Prоqramı”nı və “Aviasiya təhlükəsizliyinin təmin еdilməsi qaydaları”nı, “Hava nəqliyyatında və оnun хüsusi хidmət müəssisələrində İntizam Nizamnaməsi”ni; dispеtçеr vidеоmüşahidə aparatlarının istismarına dair təlimatları; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını; həmçinin aidiyyatı üzrə bеynəlхalq qaydalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

4-cü dərəcə: ümumi оrta təhsil və müəyyən еdilmiş prоqram üzrə хüsusi hazırlıq.

İşin хüsusiyyəti. Aеrоdrоmun süni оt örtüyünə, həmçinin tоrpaq sahəsinə qulluq еtməli, aеrоdrоmun astar örtüyünün cari təmirini aparmalı, dayanacaqlarda və pеrrоnda çatları və yamaqları mastika ilə dоldurmalıdır, asan idarə оlunan aеrоdrоm mехanizmlərlə işləməyi bacarmalıdır.

Bilməlidir: aеrоdrоmun istismar qaydalarını; təmir işləri görülən zaman aеrоdrоmda hərəkət qaydalarını; uçuş sahəsinin təmirində istifadə оlunan aеrоdrоm və kənd təsərrüfatı avadanlığının işlətmə qaydalarını.

İşin хüsusiyyəti. Aеrоdrоmun süni оt örtüyünə, həmçinin tоrpaq sahəsinə qulluq еtməli, aеrоdrоm örtüyünün cari təmirini aparmalı, süni uçuş-еnmə zоlağında, yеrlə sürmə yоlunda, dayanacaqlarda və pеrrоnda çatları və yamaqları mastika ilə dоldurmalı, pеrrоnun uçuş sahəsinin təmirini həyata kеçirməlidir. Aеrоdrоmun maşın və mехanizmlərinin təmizlərməsi və prоfilaktik təmirini aparmalıdır.

Bilməlidir: aеrоdrоmun istismar qaydalarını; təmir işləri görülən zaman aеrоdrоmda hərəkət qaydalarını; uçuş sahəsinin təmirində istifadə оlunan aеrоdrоm və kənd təsərrüfatı avadanlığının işlətmə qaydalarını.

İşin хüsusiyyəti. Uçuş sahəsində bütün təmir işlərini yеrinə yеtirməli, aеrоdrоmun süni оt örtüyünə, həmçinin tоrpaq sahəsinə qulluq еtməli, хüsusi mехanizmlərlə uçuş-еnmə zоlağının və yеrlə sürmə yоlunun təmizlənməsi, su drеnaj sistеminin tənzimlənməsi və təmirini həyata kеçirməlidir. Müəyyən оlunmuş qaydada aеrоdrоm və kənd təsərrüfatında istifadə оlunan maşınları işlək vəziyyətdə saхlamalıdır.

Bilməlidir: aеrоdrоmun istismar qaydalarını; təmir işləri görülən zaman aеrоdrоmda hərəkət qaydalarını; uçuş sahəsinin təmirində istifadə оlunan bütün növ aеrоdrоm və kənd təsərrüfatı avadanlığının işlətmə qaydalarını və оnların matеrial hissələrini; uçuş-еnmə zоlağının bütün tip örtüklərinin fiziki-mехaniki tərkiblərini.

İşin хüsusiyyəti. Avtоdayanacaqda avtоnəqliyyat vasitələrinin qеyd оlunmuş yеrlərdə düzgün park еdilməsinə, оnların qadağan оlunmuş yеrlərdə saхlanmasının qarşısının alınmasına nəzarət еtməli, dayanacaqda kənar əşyalar gördükdə qarоvul rəisinə məlumat vеrməli, avtоdayanacağa ümumi nəzarət еtməlidir.

Bilməlidir: sahəsi üzrə nоrma və qaydaları; işlədiyi sahədə əməyin mühafizəsi, təhlükəsizlik tехnikasını.

İşin хüsusiyyəti. Yük götürmə qabiliyyəti 5 tоna qədər оlan yük-sərnişin avtоmоbillərini idarə еtməklə adamları və yükləri оbyеktlərə daşıyır. Avtоmоbillərin YSM ilə dоldurulması, avtоmоbilin tехniki vəziyyətinin yохlanılması, хəttə çıхmazdan qabaq qəbulu və bazaya qayıtdıqdan sоnra təhvil vеrməlidir.

Bilməlidir: avtоmоbilin iş prinsipini; yоl hərəkəti qaydalarını; tехniki хidmət qaydalarını; akkumlyatоr batarеyalarının və avtоşinlərin istismar qaydalarını; avtоmоbili sürən zaman оnun təhlükəsizliyinə təsir еdəcək hava şəraitini.

İşin хüsusiyyəti. Sərnişinlərin avtоmоbil dayanacağında baqaj arabalarından rahat istifadəsini təşkil еdir. Sərnişin tеrminalından və vağzalyanı mеydandan tоplanmış arabaları səliqə ilə еnmə zalında хüsusi ayrılmış yеrə yığır.

Bilməlidir: işlədiyi sahəsi üzrə nоrma və qaydaları; əməyin mühafizəsi, təhlükəsizlik tехnikasını.

İşin хüsusiyyəti. Binada quraşdırılmış avtоmatlaşdırılmış sistеmləri idarə еdir. Binanın mехaniki və еlеktrik avadanlığını–vеntilyasiya, işıqlandırma, еlеktrik sistеmləri, yanğınsöndürmə, təhlükəsizlik və səsli хəbərdarlıq sistеmlərini tənzimləyir və nəzarət еdir. Binanın sistеmlərində monitоrinq aparır, yaranmış qüsurları aşkar еdir və оnların aradan qaldırılması üçün mühəndis-tехniki hеyətlə əlaqə saхlayır.

Bilməlidir: işlədiyi sahə üzrə norma və qaydaları və əməyin mühafizəsi, təhlükəsizlik tехnikasını.

İşin хüsusiyyəti. Briqadirin rəhbərliyi altında bir və daha çox təyyarə və vertolyot növlərinin cihazları və elektrik avadanlığında bütün növ reqlament işləri üzrə texniki xidmət.

Uçuş aparatının uçuş sınağı üçün hazırlanması, uçuş aparatının havada sınağı yerinə yetirildikdən sonra bütün sistemlərin düzgün quraşdırılmasının yoxlanması. Nasazlıqların baş vermə səbəblərinin müəyyən edilməsi və onların aradan qaldırılması. Nəzarət-ölçü aparatları ilə, habelə stendlərdə və qurğularda iş aparır. Aviacihazlara və elektrik avadanlığına texniki xidmət göstərilməsi üzrə sənədlərin rəsmiləşdirilməsi.

Bilməlidir: aviasiya cihazlarına və elektrik avadanlığına texniki xidmət texnologiyasını və reqlamentləri; xidmət göstərilən uçuş aparatlarının cihazları və elektrik avadanlığının konstruksiyasını və istismar xüsusiyyətlərini; yoxlama stendlərinin, qurğuların, nəzarət-ölçü cihazlarının və nəzarət-qeyd aparatlarının təyinatını və iş prinsipini; avadanlığın funksional, prinsipial, fider və quraşdırma sxemlərini; mümkün nasazlıqları, onların aşkar edilməsi və aradan qaldırılması üsullarını; aviatexnikaya texniki xidmət üzrə sənədləri, onların hazırlanması və rəsmiləşdirilməsi qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

Orta ixtisas təhsili tələb olunur.

İşin xüsusiyyəti. Briqadirin rəhbərliyi altında təyyarə və ya vertolyot tiplərindən birinin və ya təyyarə və ya vertolyotların ən azı iki tipinin cihazları və elektrik avadanlığında bütün növ reqlament işləri üzrə texniki xidmət. Eyni tip uçuş aparatlarının baza yerləşməsi və ya təhkim edilmə metodu zamanı müvafiq hava limanında enən baza və ya təhkim edilmiş təyyarə və ya vertolyotlarda bütün növ reqlament işləri üzrə texniki xidmət, aşkar edilən nasazlıqların aradan qaldırılması.

Dövri reqlament işləri zamanı uçuş aparatlarına texniki xidmət göstərilərkən nasazlıqların aşkar edilməsi məqsədilə aviasiya cihazlarının və elektrik avadanlığının tam həcmdə və bütün üsullarla yoxlanması. Cihaz və aqreqatların dəyişdirilməsi. Uçuş aparatının havada sınaq aparılması üçün hazırlanması zamanı - aviasiya cihazlarının və elektrik avadanlığının kompleks nizamlanması və sazlanması. Havada sınaq aparıldıqdan sonra aviasiya cihazlarına və elektrik avadanlığına baxış keçirilməsi və tam həcmdə yoxlanması.

Bülletenlər üzrə tamamlama işləri aparılmaqla avadanlığın nizamlanması və sazlanması.

Uçuş aparatlarına texniki xidmət göstərilərkən tətbiq edilən nəzarət-ölçü və nəzarət-yoxlama aparatlarının metroloji laboratoriyalarda yoxlanması və nizamlanması. Avtomatlaşdırılmış bort idarəetmə sistemlərinin, pilotaj-naviqasiya sistemlərinin, parametrlərin qeydiyyatı sistemlərinin və digər aviasiya avadanlığının yoxlanması üçün nəzərdə tutulan nəzarət-ölçü və qeydiyyat aparatlarının təmiri, ayrı-ayrı hissə və detalların dəyişdirilməsi və nizamlanması. Nəzarət-yoxlama aparatlarının metroloji attestasiyasında və normativ-texniki sənədlərin ekspertizasında iştirak. Uçuş aparatlarına texniki xidmət zamanı tabelikdə olan texniki heyətin işinin təşkili və nəzarətin həyata keçirilməsi.

Bilməlidir: texniki istismar qaydalarını, xidmət göstərilən uçuş aparatlarının aviasiya cihazlarına və elektrik avadanlığına texniki xidmət reqlamentlərini və texnologiyasını; mürəkkəb istilikölçən və giroskopik aviasiya cihazlarının yoxlanması qaydalarını; nəzarət-ölçü və yoxlama cihazlarının konstruksiyasını və iş prinsipini; mümkün qüsurları, onların aşkar edilməsi və aradan qaldırılması üsullarını; nəzarət-ölçü aparatlarının yoxlanması və təmiri üzrə normativ-texniki sənədləri.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

Orta ixtisas təhsili tələb olunur.

İşin хüsusiyyəti. Nasоs stansiyasında bütün aqrеqatların saz işləməsini və şəbəkəyə suyun fasiləsiz vеrilməsini təmin еtməli, su şəbəkəsində nasоs qurğularına qulluq еdir, avadanlıqların cari və prоfilaktik təmirində iştirak еdir, nasоs stansiyasının qurğularının tехniki istismar qaydalarına ciddi əməl еtməli, suyun təmizliyinə riayət еtməli və hər 6 aydan bir su rеzеrvuarında təmizlik işləri aparmalı, suyun sərfi və aqrеqatların işləmə müddətinin hеsabını aparmalı.

Bilməlidir: bоru şəbəkələrinin, nasоsların, bağlayıcı armaturların tехnоlоji sхеmini və quruluşunu; nasоs qurğularının istismarı üzrə tехniki təlimatları; məişət, içməli su və yanğın su təchizatı хətlərinin sхеmini; işlədiyi sahədə əməyin mühafizəsi, təhlükəsizlik tехnikasını.

İşin хüsusiyyəti. Elektrik maşınlarının sadə elementlərinin sarğısı. Oyuqlar və kollektor üzrə addımın nişanlanması. Faza ara qatlarının qoyulması və uclarının kəsilməsi. Qarqara qruplarının uclarına izolyasiya lülələrinin geydirilməsi. Statorların sarğısının sxemlər üzrə birləşdirilməsi. Sarğının qruplara bölünməsi. Sarğının ön hissələrinin emalı. Bölmələrin oyuqlara düzülməsi.

Bilməlidir: Tamamlayıcı əməliyyatlarda tətbiq edilən alətləri və qurğuları; bölmələrin tədarük edilməsini və oyuqlara düzülmə qaydasını; dalğavari və ilgəkvari sarğının dairəvi birləşmə sxemlərini; izolyasiya materiallarının xüsusiyyətlərini; görülən işlərin həcmində elektrotexnikanın əsaslarını.

1. Elektrik maşınlarının rotorları – yumşaq bölməli sarğı.

2. Rotorlar, vallar, statorlar – məftil saxlanılmaqla sarğının açılması.

3.Partlama təhlükəsi olmayan elektrik mühərriklərinin statorları – müxtəlif buruqlu bölmələrlə sarğı.

4. Mikromühərriklərin statorları – sarğı.

5. Elektrokarlar üçün maşın valları – sarğı.

İşin хüsusiyyəti. Elektrik maşınlarının orta dərəcədə mürəkkəb elementlərinin sarınması. Sarğıların ön hissələrinin ardıcıl şəkildə düzəldilməsi. Fazalararası ara qatlarının qoyulması. Sarğı uclarının izolyasiya lülələri ilə birləşdirilməsi. Birləşmə yerlərinin burulması və qaynaq edilməsi. Sarğıların çıxış uclarının və ön hissələrinin əlaqələndirilməsi. Bölmə üzrə yoxlamaqla sarğıtutucu halqaların quraşdırılması. Bölmənin cərəyanla qızdırılma üçün birləşdirilməsi. Qoyulan sarğının bərkidilməsi və bölmələrin sarğıtutucu halqalarla əlaqələndirilməsi. Distansiya ara qatlarının sarğının ön hissələrinə bərkidilməsi. Valın sarğısının kollektorlarla birləşdirilməsi.

Bilməlidir: xidmət olunan dəzgahların qaydasına salınmasını, istismar qaydalarını və sazlama üsullarını; bölmələr qızdırılan zaman yol verilən cərəyan sıxlığını; universal və xüsusi qurğuların quraşdırılmasını; sarğıların dairəvi və geniş birləşmə sxemlərini; kompaundun yumşalma və ərimə temperaturlarını; qaynaq üsullarını; lehim növlərini və onların xüsusiyyətlərini; izolyasiya materiallarının adını, markalanmasını və xüsusiyyətlərini; izolyasiya detallarının cizgilərini; sarğıların dəzgahda yığılma sxemlərini.

1. Qurulan mühərriklər üçün elektrik maşınlarının statorları–istiliyə davamlı və yağa davamlı izolyasiyalı məftillərin sarınması.

2. Yarıqapalı oyuqlu maşınların statorları – yarımsərt bölməli sarğı.

3. Yarıqapalı oyuqlu, suya buraxılmış xüsusi icraların korpusuna quraşdırılmış elektrik maşınlarının statorları–nazikqatlı xüsusi izolyasiyalı məftillə sarıma.

4. Generator və stator valları-məftillə sarıma.

İşin хüsusiyyəti. Elektrik maşınlarının mürəkkəb elementlərinin sarınması. Qarışıq (qurbağasayağı) sarıma üçün mil oyuqları və kollektor üzrə addım nişanının qoyulması. Statorun birqatlı, ikiqatlı sarığısının oyuqlara dartılıb çəkilməsi. Sarığın qoyulması və kipləşdirilməsi. Stator sarğılarının mürəkkəb sxemlər üzrə birləşdirilməsi. Birləşdirici şinlərin quraşdırılması və qaynaq edilməsi. Paralel keçiricilərin sayı 2-dək olmaqla bölmə uclarının qatlanması.

Bilməlidir: mürəkkəb qurğuların və nəzarət-ölçmə alətinin qaydasına salınmasını, fəaliyyət prinsipini; sarğıların bərkidilmə üsullarını; stator sarğılarının çoxparalelli birləşmələrinin dairəvi və geniş sxemlərini; mürəkkəb sarğıların buruqşəkilli qapanma üzrə yoxlama üsullarını.

1. Potensial-tənzimləyicilər- tam sarğı.

2. Dəyişən və daimi cərəyanlı mühərriklərin rotor və statorları-tam sarğı.

3. Yüksək dövriyyəli elektrik maşınlarının rotor və valları - sarğı.

4. Yükləyici elektrik mühərriklərinin statorları - dartıb nazikləşdirməklə sarıma.

5. Dartıcı mühərriklərin valları - ayrılmaz bölməli sarğı.

6. Elektrik maşınlarının valları - dalğavari sarğı.

İşin хüsusiyyəti. Elektrik maşınlarının xüsusi dərəcəli mürəkkəb elementlərinin tam sarğısı. Sxem üzrə nişan qoyma, sarğının taxılması və yerləşdirilməsi. Evolvent sarğının birləşmə yerlərinin birləşdirilməsi və izolyasiya olunması. Paralel keçiricilərin sayı 2-dən yuxarı olmaqla bölmə uclarının qatlanması.

Bilməlidir: tətbiq edilən avadanlığın konstruksiyasını; sarğıların sınaq üsullarını; tətbiq edilən materialın xüsusiyyətlərini; mürəkkəb cizgiləri və sxemləri.

1. Asinxron, yüksək dövriyyəli mühərriklər- tam sarğı və birləşdirmə.

2. İkivallı mühərriklər - tam sarğı və birləşdirmə.

3. Çoxsürətli mühərriklər - tam sarğı.

4. Asinxron maşınların rotorları - tam sarğı.

5. Sinxron generatorların rotorları - tam sarğı.

6. İri maşınların dəyişdiricilərinin valları - tam sarğı.

7. Elektrik maşınlarının valları - ilgəkvari sarğı.

İşin хüsusiyyəti. Elektrik maşınlarının unikal elementlərinin tam sarğısı və birləşdirilməsi. Sarğıların sxem üzrə nişanlanması, taxılması, yerləşdirilməsi, kipləşdirilməsi və birləşdirilməsi. Su ilə soyutma sisteminin montaj olunması. Birləşdirici şinlərin qoyulması. Bərabərləşdiricilərin və termoparların qoyulması.

Bilməlidir: elektrik maşınlarının unikal elementlərinin sarğılarının qaydasına salınmasını və yığılma qaydalarını; texnoloji ləvazimatın və avadanlığın konstruksiyasını və təyinatını; kanalların nizamlanmasını, salınmasını və elektrik parametrlər və hidrosıxlıq üzrə sarğıların sınaqdan keçirilmə üsullarını.

1. Turbomotor rotorları - tam sarğı və soyutma.

2. Turbogeneratorların və su ilə soyudulan iri elektrik maşınlarının rotorları - tam sarğı.

3. Turbo və hidrogeneratorların və su ilə soyudulan iri elektrik maşınlarının statorları - tam sarğı.

4. Su ilə gücləndirilmiş şəkildə soyudulan turbo və hidrogeneratorların statorları və rotorları - tam sarğı.

5. Turbo və hidrogeneratorlar - termomüqavimətlərin qoyulması.

6. Şotkasız, diodlu, sinxron dəyişən cərəyan generatorunun valları - tam sarğı.

7.Qarışıq (qurbağasayağı) sarğılı və ya bərabərləşdirici birləşməli sarğılı elektrik maşınlarının valları - tam sarğı.

İşin xüsusiyyəti. Eskalatorların cari, profilaktik təmiri və yoxlanması zamanı onlara xidmət göstərilməsi, orta mürəkkəb elektrik quraşdırma və çilingərlik işlərinin yerinə yetirilməsi. Elektrik mühərrikinin işindəki və elektrik avadanlığının sxemindəki sadə qüsurların aşkar olunub aradan qaldırılması. Pilləkən yatağının və sürahi qurğusunun mühafizə qurğularındakı xırda nasazlıqların aradan qaldırılması. Açılmış bloklaşdırma qurğularını aşkar etməklə kommutatorun köməyi ilə elektrik sxeminin bloklaşdırma zəncirindəki nasazlıqların üzə çıxarılması. Qovşaq və hissələrin təmiri və hazırlanması, 11-12-ci kvalitet (4-5-ci dəqiqlik dərəcələri) üzrə çilingərlik emalı və uyğunlaşdırılması. Eskalatorların teleidarəetmə qurğularının yoxlanılmasında, təmirində və sazlanmasında iştirak etmək.

Bilməlidir: eskalatorun quruluşunu və onun əsas qovşaqlarının qarşılıqlı işini; elektrik sxeminin ayrı-ayrı elementlərinin təyinatını; elektrik sxeminin işindəki nasazlıqların üzə çıxarılması və onların aradan qaldırılması metodlarını; eskalatorları teleidarəetmə qurğularının təyinatını və onların işindəki qüsurların aradan qaldırılması üsullarını; eskalatorların işinin teleidarəetməsinin əl ilə idarəetməyə və əksinə keçirilməsi qaydasını; eskalator qovşaqlarının quraşdırılması zamanı yol verilə bilən əsas nöqsanları və onların cizgilərdə qeyd olunmasını; nəzarət-ölçü alətlərinin quruluşunu və təyinatını; elektrotexnikanın, mexanikanın əsaslarını, eskalatorların sökülməsi - quraşdırılması və metal emalın texnologiyasını.

İşin xüsusiyyəti. Eskalatorların cari, profilaktik təmir və yoxlanması zamanı onlara xidmət göstərilməsi, mürəkkəb elektrik quraşdırma və çilingərlik işlərinin yerinə yetirilməsi. Bütün kiçik "fasilə" işləri başa çatdıqdan sonra metropoliten stansiyaları şəraitində 100 kvt-dək fazalı və qısaqapanan rotorları olan elektrik mühərrikləri çıxarılıb, sökülüb, yığılıb və quraşdırmaqla eskalatorların elektrik avadanlığının təmiri və yoxlanması. Elektrik mühərrikinin reduktora birləşdirilməsi və sonradan nizamlanması. Elektrik mühərrikinin işində və elektrik avadanlığının sxemlərində mürəkkəb qüsurların aşkar olunması və aradan qaldırılması. Güc və yoxlama kabelləri hissələrə ayrılaraq və sınaqdan keçirilərək onların təmiri, quraşdırılması. Qurulacaq yerlərin qeyd olunması şərtiylə işə salma və qoruyucu elektrik aparatlarının sökülməsi, təmiri, yoxlanması və quraşdırılması. Elektrik avadanlığının mürəkkəb sxeminin ayrı-ayrı dövrlərində və müxtəlif növ birləşmələrində gərginliyin, cərəyanın gücünün və müqavimətin ölçülməsi. Avadanlığın və idarəetmə panelindəki aparatların əsaslı təmiri və yoxlanması. Qeyri-mürəkkəb icra sxemlərinin, eskizlərin, cizgilərin tərtib edilməsi. Elektrik naqilləri sxemlərinin ikinci kommutasiya dairələrinin indikatorla yoxlanması. İki tona qədər çəkidə takelaj işlərinin yerinə yetirilməsi. 7-10-cu kvalitet (2-3-cü dəqiqlik dərəcələri) üzrə uyğunlaşdırmaqla, yığılan avadanlığın çilingərlik emalı. Quraşdırma işləri zamanı mexaniki və elektrik parametrlərin əlaqəsinin müşahidə olunması. Eskalatorları sadə teleidarəetmə elementlərinin təmiri və yoxlanması.

Bilməlidir: müxtəlif tipli eskalatorların bütün qovşaqlarının mexanizmlərinin və elektrik avadanlığının quruluşunu və qarşılıqlı işini; eskalatorların quraşdırılması, işə salma və qoruyucu aparatlarının nizamlanması üçün müəyyən olunmuş normaları, qüsurları və məsamələri; eskalatorların quraşdırılması qaydalarını; elektrik mühərriklərinin quruluşunu və təyinatını; fazalı və qısaqapanan rotorlu asinxron elektrik mühərriklərinin iş prinsipini; elektrik avadanlığının işi zamanı meydana çıxan qüsurları və onların aradan qaldırılması üsullarını; cərəyan və gərginliyin elektromaqnit rele qurğularının, aralıq vaxt relelərinin təyinatını; yükqaldırıcı qurğulardan istifadə qaydalarını; gərginliyin, cərəyanın gücünün və elektrik müqavimətinin ölçülməsi qaydalarını; eskalatorları teleidarəetmə qurğularının iş prinsipini və onların əl idarəetməsi ilə əlaqəsini; eskalatorları teleidarəetmə qurğularının ən sadə elementlərinin quruluşunu və texniki xarakteristikasını.

İşin xüsusiyyəti. Eskalatorların cari, profilaktik təmir və yoxlanması zamanı onlara xidmət göstərilməsi, xüsusilə mürəkkəb elektrik quraşdırma və çilingərlik işlərinin yerinə yetirilməsi. 100 kvt-dək fazalı və qısaqapanan rotorları olan elektrik mühərrikləri çıxarılıb, sökülüb, yığılıb və quraşdırmaqla eskalatorların elektrik avadanlığının təmiri və yoxlanması. Qoruyucu qurğuların və avtomatın təmiri. Şablonların və cihazların hazırlanması. Təmir olunmuş avadanlığın sınağı və təhvil verilməsi. “Üçbucaq-ulduz” elektrik mühərrikinin statorunun sarğıları avtomatik surətdə başqa rejimə keçirilmədən eskalatorların elektrik ötürücüləri sxemlərinin sökülməsi, quraşdırılması, sazlanması və nizamlanması. İstismar və təmir prosesində elektrik intiqalının, elektrik mühərriklərinin, aparatlarının sxemlərindəki nasazlıqların və zədələnmələrin aradan qaldırılması. Eskalatorların teleidarəetməsinin mərəkkəb sxemlərinin təmiri və yoxlanması. 6-7-ci kvalitet (1-2-ci dəqiqlik dərəcələri) üzrə uyğunlaşdırmaq şərtiylə yığılan avadanlığın çilingərlik emalı.

Bilməlidir: elektrik mühərriklərinin konstruktiv quruluşunu və onların sarğılarının daxili birləşmələrinin sxemlərini; avadanlığın və idarəetmə panelləri aparatlarının təyinatını və quruluşunu; maşın zalı və eskalatorların maili hissəsində kabellərin çəkilməsi üsullarını; cihazların tiplərinin təsnifatını, iş zamanı onların yoxlanılması, sınağı qaydalarını və qüsurların aradan qaldırılması üsullarını; izolyasiyanın müqavimət vahidlərinin və gücün ölçülməsi üsullarını; elektrik intiqalı sxemlərinin əsaslı surətdə yenidən quraşdırılmasının texniki şərtlərini; bütün tiplərdən olan eskalatorların elektrik avadanlığının sxemlərini; müxtəlif növ eskalatorların elektrik sxemlərindəki nasazlıqların müəyyən edilməsi metodlarını və nasazlıq olduqda işin cəld bərpa olunması üsullarını; eskalatorların teleidarəetmə qurğularının prinsipial və quraşdırma sxemlərinin və onların ayrı-ayrı qovşaqlarının sazlanması zamanı tətbiq olunan cihazları; dispetçer televiziya qurğularından istifadə qaydalarını.

İşin xüsusiyyəti. Fazalı rotoru olan və statorun sarğıları avtomatik surətdə başqa rejimə keçirilən elektrik mühərriklərinin çıxarılması, sökülməsi, yığılması və qurulması şərtilə eskalatorlara və onların elektrik avadanlığına xidmət göstərilməsi, onların təmiri və yoxlanması. Təcrübi elektrik mühərriklərinin və elektrik intiqalını idarəetmə sxemlərinin sınaqdan keçirilməsi və quraşdırılması. Elektrik intiqalın mürəkkəb idarəetmə sxemlərinin quraşdırılması. Bütün tiplərdən olan eskalatorların elektrik mühərriklərinin və elektrik sxemlərinin yoxlanılması, sazlanması, nizamlanması və sınağı. Eskalatorları avtoteleidarəetmə qurğularının xüsusilə mürəkkəb qovşaqlarının sökülməsi, təmiri və sazlanması. Avadanlığın, cihazların, mexanizmlərin və qurğuların iş rejiminə yoxlama və təmir zamanı nəzarət olunması. Xüsusilə mürəkkəb şablon və mexanizmlərin hazırlanması. 5-ci kvalitet (1-ci dəqiqlik dərəcəsi) üzrə uyğunlaşdırmaqla yığılan avadanlığın çilingərlik emalı.

Bilməlidir: bütün tiplərdən olan eskalatorların elektrik avadanlıqlarının konstruktiv xüsusiyyətlərini; uzaq məsafədən idarə olunan eskalatorların dəyişən cərəyanlı elektrik intiqalı sxemlərini, onların quruluşunu və iş prinsipini; mexaniki ötürmə sistemini və reduktor qurğularını; yüklərin iş rejimlərinin yoxlanılması və istismar xüsusiyyətlərinin müəyyən olunması üsullarını, eskalatorların elektrik intiqalının xüsusilə mürəkkəb idarəetmə sxemlərinin quraşdırılması və sökülməsi üsullarını; eskalatorların bütün avtoteleidarəetmə qurğularının quruluşunu; təmir olunmuş avadanlığın texniki sənədlərinin tərtib edilməsi qaydalarını; eskalatorların elektrik avadanlığının sınağına, nizamlanmasına, qəbuluna və təhvil verilməsinə qoyulan texniki şərtləri.

İşin xüsusiyyəti. Hava gəmisinin qəza-хilasеtmə avadanlığının vəziyyətinə və оnun istismarına nəzarət еdir. Yüklərin yüklənməsi, yеrləşdirilməsi və bərkidilməsini həyata kеçirir, оnların sənədlərinin düzgün tərtib еdilməsinə nəzarət еdir. Hava gəmisinin sanitar vəziyyətinə, salоnda və iş yеrlərində təmizlik və səliqəyə riayət оlunmasına nəzarət еdir. Uçuşdan sоnra hava gəmisi kapitanına qеydlərini bildirir. Yеrüstü хidmətlərdə aşkar оlunmuş çatışmazlıqların aradan götürülməsini, daşımaların təşkili хidmətinin işçilərindən sərnişinlərin və yükün yеrləşdirilməsini tələb еdir.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu, “Hava nəqliyyatında və оnun хüsusi хidmət müəssisələrində İntizam Nizamnaməsi”ni; “AZAL” QSC-nin bоrt оpеratоrların fəaliyyətini tənzimləyən əmr, göstəriş, sənəd, qayda, təlimat və digər aidiyyatı nоrmativ sənədləri; yükün, baqajın və pоçtun daşınma və saхlanma qaydalarını; uçоtun, hеsabatın və digər sənədlərin fоrmalarını, aparılma və rəsmiləşdirilmə qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını; həmçinin aidiyyatı üzrə bеynəlхalq qaydalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

7-ci dərəcə: ali və ya оrta iхtisas təhsil və хüsusi prоqram üzrə hazırlıq.

İşin xüsusiyyəti. Tutumu 100 cütə qədər olan kabellərə istismar-texniki xidmət; kabellərə (koaksial kabellərdən başqa) və kabel qurğularının sonluğuna istismar-texniki xidmət göstərilməsində, o cümlədən kabel qurğularına baxışda, cari və əsaslı təmirində, şəhərlərarası kabel xətlərinin işlək vəziyyətdə saxlamasında, kabellərin quraşdırılmasında, paylayıcı qutu və kabel yeşiklərinin quraşdırılmasında, kabel zədələnmələrinin aradan qaldırılmasında, mühafizə zonalarında kabel qurğularının qorunmasına nəzarətdə iştirak etməsi. Kabellərin istismarı ilə əlaqədar kabellərin torpaqdan çıxarılması və çalaların qazılması işlərinin yerinə yetirilməsi. Qaz analizatorunun köməyi ilə baxış qurğularının və şaxtaların qazla dolub-dolmamasının yoxlanılması. Rotametrlərin, manometrlərin göstəriciləri jurnalının aparılması, kabelləri hava təzyiqi altında saxlayan avadanlıqlarda nəmlik indikatorundakı silikagelin vəziyyətinin müşahidəsi. Kabel kütlələri, lehimlə, lehimləyici lampalarla iş. Texniki sənədlərin köməyi və şurf vasitəsi ilə şəhərlərarası kabel xətlərinin yerinin təyini, nəzarət-ölçü məntəqələrinə və korroziyadan müdafiə qurğularına profilaktik baxış.

Bilməlidir: elektrotexnikanın adi əsaslarını; yerinə yetirilən işlərin xüsusiyyəti ilə bağlı kabel qurğularının istismarı üzrə qaydaların, sənədlərin və təlimatların ayrı-ayrı müddəalarını; rabitə xətlərinin mühafizəsi qaydalarının və mühafizə zonalarında torpaq işlərinin yerinə yetirilməsi şərtlərinin əsas müddəalarını; mexanikləşdirilmiş alət və qurğularla iş zamanı tətbiq olunan qaz analizatorlarından istifadə qaydalarını; şəhərlərarası kabellər və artıq təzyiq altında olan şəhər telefon şəbəkəsi (bundan sonra-ŞTŞ) kabelləri haqqında əsas anlayışları; hava təzyiqi altında olan kabellərin üz qabığının hermetikliyini yoxlama qaydalarını; baxış qurğularının və kabellərin telefon kanalizasiyası kanallarının, paylayıcı telefon dolablarının, mühafizə xətlərinin, paylayıcı qurğuların (kabel yeşikləri) və boksların, eləcə də bu qurğularda cütlüyün nömrələnməsini; kabellərin istismarında tətbiq olunan lehim və kabel kütlələrini; kabellərin metal örtüklərinin korroziyası haqqında sadə məlumatları; şəhərlərarası kabel magistralının pasportunun tərtib edilməsi üzrə təlimatların əsas müddəalarını; paylayıcı telefon dolablarından, kabel yeşiklərindən, baxış qurğularından, şaxtalar və kompressor otaqlarından açarların alınması və saxlanması qaydalarını.

İşin xüsusiyyəti. Bütün növ şəhərlərarası kabellərin və tutumu 100 cütdən 300-cütə qədər olan ŞTŞ və kabel telefon şəbəkəsi (KTŞ) kabellərinə və onların kənar qurğularına istismar-texniki xidmət göstərilməsi; kabel qurğularının saxlanması, cari və əsaslı təmiri üzrə işlərin yerinə yetirilməsi. Tutumu 300 cütdən yuxarı olan kabellərin texniki-istismar xidmətində iştirak. Tutumu 100 cütə qədər olan kabellərdə, eləcə də simmetrik və kiçik ölçülü koaksial kabellərdə zədələnmələrin aradan qaldırılması. Tutumu 300 cütə qədər olan kabellərin əl üsulu ilə quraşdırılması. Böyük tutumlu kabellərin əl və mexanikləşdirilmiş üsulla quraşdırılmasında, hava təzyiqi altında olan kabellərin quraşdırılmasında, kabel örtüklərində hermetikliyin pozulmasının aradan qaldırılmasında və kabellərin daim təzyiq altında saxlanılması üçün avadanlığa xidmətdə iştirak.

Kabellərin korroziyadan mühafizəsi və təhlükəsinin qiymətləndirilməsi üçün ölçülərin götürülməsi. Kabel xətləri magistrallarına baxış, kənar təşkilatlar tərəfindən qazma işlərinin aparılmasına nəzarət. Kabel uclarının lehimlənməsi və qaynaq edilməsi. Boksların doldurulması. Kabel axtaran qurğunun köməyi ilə kabel magistrallarının müəyyən edilməsi. Kabel magistrallarının təsbit edilməsi üzrə işlərin yerinə yetirilməsi. Kabellərin sabit cərəyan vasitəsilə ölçülməsi. Görülmüş işlərə aid texniki sənəd formalarının doldurulması. Kabel qurğularının istismarında tətbiq olunan alətlərin, kiçik mexanikləşdirmə vasitələrinin və armaturların təmiri. Mülki qurğuların, şəhərlərarası kabel xətlərinin xidmət olunmayan gücləndirici məntəqələrinin və ŞTŞ şaxtalarının cari saxlanması.

Bilməlidir: uzaq rabitə və telefon işlərinin əsaslarını; xidmət olunan ŞTŞ-nin quruluş prinsipini; şəhərlərarası və şəhər kabel qurğularının texniki-istismar qaydalarını; kabellərin mexaniki üsulla çəkilməsi və quraşdırma metodlarını, və bunun üçün istifadə edilən alət və uyğunlaşdırılmış qurğuları; rabitə xətlərinin mühafizə qaydalarını; mühafizə zonaları hüdudunda qazma işlərinin yerinə yetirilməsi şərtlərini; bütün xidmət olunan kabellərin konstruksiyasını; kabellərin ilkin elektrik parametrləri haqqında əsas anlayışları; kabellərin istismarında tətbiq olunan sadə cihazların iş prinsipini və təyinatını; kabel örtüklərinin və naqillərin yararlılığını yoxlama qaydalarını; materialların sərfiyyat normalarını və sərf olunmuş materialların silinmə qaydalarını; kabel zədələnmələrinin qeydiyyatını; aviamüəssisənin işinin keyfiyyət göstəricilərini; sənədləşdirmə və texniki qeydiyyat formalarının doldurulması qaydalarını; şəhərlərarası kabel xətlərinin xidmət olunmayan gücləndirici məntəqələrinin saxlanması üzrə təlimatları; kabellərin sabit cərəyanla ölçülməsi metodlarını və onlarda zədələnmə yerlərinin müəyyən edilməsini.

İşin xüsusiyyəti. Tutumu 300 cütdən yuxarı olan bütün növ ŞTŞ, KTŞ kabellərinə texniki-istismar xidməti. Bütün növ kabel zədələnmələrinin aradan qaldırılması, o cümlədən kabellərin işini dayandırmadan təmir işlərinin yerinə yetirilməsi. Tutumu 300 cütdən 600 cütə qədər olan şəhər telefon kabellərinin əl və mexanikləşdirilmiş üsulla quraşdırılması. Polad, plastik və aliminium örtüklü simmetrik və koaksial kabellərin quraşdırılması. Paylayıcı dolabların, boksların və digər sonluqlu kabel qurğularının quraşdırılması. Kabelləri sabit hava təzyiqi altında saxlayan avadanlıqlara xidmət, kabellərdə qeyri-hermetik yerlərin axtarılması. Yeraltı metal rabitə qurğularını korroziya və şimşək zərbələrindən müdafiə edən qurğuların təmiri, tənzimlənməsi və quraşdırılması. Torpaqlama işlərinin yerinə yetirilməsi. Kabellərin dəyişən cərəyanla ölçülməsi. Kabellərin simmetrikləşdirilməsində və istismara verilən kabel qurğularının qəbulunda iştirak.

Bilməlidir: ŞTŞ kabel qurğularının və şəhərlərarası kabel xətlərinin istismarı üzrə təlimatları, sənədləri və qaydaları; kabellərdə sabit və dəyişən cərəyanın ölçülməsində istifadə olunan cihazların iş prinsipini; kabellərin simmetrikləşdirmə və ötürülmə məsafəsinin artırılması prinsipini; ŞTŞ kabel-kanalizasiya qurğularının istismara qəbulu üzrə təlimatın əsas müddəalarını; kabel xətlərinin texniki qeydiyyat sənədlərini; kabellərin korroziyadan, şimşək zərbəsindən və digər təhlükəli təsirlərdən qorunma vasitələrini.

İşin xüsusiyyəti. Şəhər və şəhərlərarası kabellərin yeni konstruksiyalarının, eləcə də ötürücü sistemlərlə sıxlaşdırılmış kabellərin quraşdırılması və texniki-istismar xidməti; tutumu 600 cütdən 2400 cütə qədər olan şəhər telefon kabellərinin quraşdırılması. Şəhərlərarası və şəhər kabellərinin cari saxlanılması, cari və əsaslı təmiri işlərinə rəhbərlik edilməsi. Rabitə kabel xətlərinin yenidən qurulması işlərinin aparılması. Kabellərin simmetrikləşdirilməsi. Kabel qurğularının istismara qəbulu. Şəhərlərarası kabel xətlərinin xidmət olunmayan gücləndirici məntəqələrinin avadanlıqlarının quraşdırılması.

Bilməlidir: elektrotexnikanın, telefoniyanın və uzaq rabitənin əsaslarını; ŞTŞ kabel qurğularına xidmətin təşkilini; kabel zədələnmələrinin və keyfiyyət göstəricilərinin qeydiyyatı və təhlilini; kabel qurğularının istismarı üçün sərf olunan materialların illik normasını; şəhər və şəhərlərarası rabitə xətlərinin ölçülməsi nəzəriyyəsinin əsaslarını; ŞTŞ və simmetrik kabellərin ötürmə sistemləri ilə sıxlaşdırılması haqqında əsas məlumatları.

İşin xüsusiyyəti. Kabelin çəkilməsi üçün istiqamətin, kanalın, tunelin, kollektorun hazırlanması; torpaq işlərinin yerinə yetirilməsi. Muftaların və yağ tutumlu kabel xətlərinin demontajı, təmiri və birləşdirilməsi zamanı yardımçı işlər. Metal konstruksiyaların və onların üzərinə çəkilmiş kabelin rənglənməsi. Kabelin, alətin, materialların, qurğuların hazırlanması, verilməsi və yığışdırılması, qurğuların istiqamət boyu yerləşdirilməsi.

Sadə armaturun və 3 kvt-dək gərginlikli kabel xətləri avadanlığının daha yüksək ixtisas dərəcəli elektrik montyorunun rəhbərliyi altında sökülməsi, təmiri və yığılması.

Bilməlidir: kabellərin və kabel armaturunun markası barədə sadə məlumatları, onların tətbiq edilmə sahəsini; kabellərin saxlanması qaydalarını və silindrdən açılması üsullarını; kabel işləri üçün çilingər, ölçü və xüsusi alətləri; quraşdırma qurğularının və konstruksiyaların təyinatını; kabel kütlələri, lehim və aşqarlar, kabel xətlərinin təmiri zamanı istifadə olunan materiallar barədə ümumi məlumatı; kabelin və kabel silindrinin yüklənməsi və daşınması qaydalarını; torpaq işlərinin yerinə yetirilməsi qaydalarını.

İşin xüsusiyyəti. 10 kvt-dək gərginlikli kabel xətlərinin xəndəkdə çəkilməsi, kabel konstruksiyalarının birləşdirilməsi. Çilingər alətindən və qurğularından istifadə etməklə güc kabellərinin və kabel armaturunun xəndəklərdə, kollektorlarda, borularda və bloklarda açılması. Güc kabellərinə ucluqların taxılması və mis, alüminium xətləri ilə birləşdirilməsi, sıxılması və lehimlənməsi. Zirehli qatın, qurğuşun örtüyün, izolyasiyanın və kabelin cərəyankeçirici xətlərinin təmiri. Ucluq və birləşdirici muftaların açılması, durulaşdırılmış qazla işləyən qurğularda yüksək hərarətdə əriyən lehimlərin isidilməsi. Birləşdirməzdən əvvəl kabelin rütubətə qarşı izolə edilməsinin, kabelin lazımi dərəcədə qızdırılması üçün naqillərin quruluşunun, iş yerinin işıqlandırılmasının yoxlanması. Alət, qurğu, mexanizm və materialların yoxlanması və iş üçün hazırlanması.

Bilməlidir: kabellərin və kabel aparatının markasını, güc kabellərinin, kabel armaturunun konstruksiyasını və onların tətbiq edilmə sahəsini; kabel xətlərinin birləşdirilməsi və təmiri zamanı istifadə olunan takelaj və xüsusi qurğuları; kabel xətlərinin və armaturun çəkilməsi və birləşdirilməsi zamanı daha geniş yayılmış qüsurları; mis və alüminium naqillərin birləşdirilməsi və ucluq taxılmasının ümumi texnologiyasını; yağ tutumlu kabellər, onların armaturu və aparatlar barədə ümumi məlumatları; kabellərin fazalarının yoxlanılması qaydasını, qış mövsümündə kabelin lazımi dərəcədə qızdırılması texnologiyasını, yeraltı kommunikasiyaların mühafizə qaydalarını; elektrotexnikanın əsaslarını.

İşin xüsusiyyəti. Qapalı sahələrdə, yerdə, quyularda və tunellərdə 35 kvt-dək gərginlikli kabel xətlərinin, kabel armaturunun giriş qurğularının açılması, təmiri və birləşdirilməsi. Pnevmatik və elektrik alətindən istifadə edərək qapalı sahələrdə, yerdə, quyularda və tunellərdə kabellərə işarə qoyulması və hissələrə ayrılması. Güc kabellərinə ucluqların taxılması, qaz və elektrik qaynağı vasitəsilə mis, alüminium xətləri ilə birləşdirilməsi. Elektrik və pnevmatik ötürücüsü olan mürəkkəb universal və xüsusi alətlərin idarə olunması.

Bilməlidir: yağ tutumlu kabellərin markasını və tətbiq edilmə sahəsini; kabel şəbəkəsi sahələrinin sxemini; birləşdirici və ucluq muftaların təyinatı və konstruksiyasını; kabelin cərəyanötürücü mis və alüminium xətlərinin birləşdirilməsi və ucluq taxılması üsullarını; kabel xətlərinin və armaturun səciyyəvi zədələrini, onların müəyyən edilməsi və aradan qaldırılması üsullarını; güc kabellərinin işləyən kabel xətləri yolu ilə çəkilməsinin texnoloji prosesini; yağ tutumlu kabellərin təmiri, açılması və birləşdirilməsi zamanı iş üsullarını və əməliyyatların ardıcıllığını; istifadə üçün kabel otaqlarının avadanlığının və armaturun təyinatını.

İşin xüsusiyyəti. 35 kvt-dan yuxarı gərginlikli yağ və qaz tutumlu kabel xətlərinin açılması, təmiri və birləşdirilməsi. Xəndəklərin qazılması üçün yolların bölünməsi. Su altında kabel xətlərinin çəkilməsi. Yağ tutumlu kabellərin birləşdirici və ucluq muftalarının, qaz tutumlu kabellərin birləşdirici muftalarının və ucluqlarının birləşdirilməsi və təmiri. Yağ və qaz tutumlu kabel xətlərinə texniki xidmət (təzyiqin ölçülməsi, əlavə yağın tökülməsi və s.). Xəndəklərdə, kanallarda, konstruksiyalar boyu, borularda, bloklarda və kollektorlarda kağız izolyasiyası ilə kabellərin çəkilişi zamanı elektrik montyorları dəstəsinə rəhbərlik. Kabelin zədələnmə yerinin müəyyən edilməsi.

Bilməlidir: müxtəlif konstruksiyalı yüksək gərginlikli güc kabellərinin və muftaların izolə edilməsinin xüsusiyyətlərini; yağ tutumlu kabellərin, armaturun və onlara aid aparatların təyinatı və konstruksiyasını; yağ tutumlu kabellərin saxlanma xüsusiyyətlərini; yağ tutumlu kabellərdə birləşdirici və ucluq muftaların birləşdirilməsi və açılmasının texnoloji prosesini; istənilən çəkiliş şəraitində istənilən konstruksiyalı güc kabeli xətlərinin təmiri, açılması və birləşdirilməsi zamanı iş üsullarını və əməliyyatların ardıcıllığını; qaz tutumlu kabellərin hopdurma izolyasiyası ilə çəkilməsi və birləşdirilməsi texnologiyasını; yüksəkvoltlu kabellərin təmirdən, çəkilişdən və birləşdirmədən sonra sınaqdan keçirilməsi metodlarını; polad borularda təzyiq altında yağ və ya qazla kabellər barədə ümumi məlumatı.

İşin xüsusiyyəti. Müxtəlif gərginlikli kabel xətlərinin təmiri, yoxlanması, birləşdirilməsi və açılması. Polad boru kəmərlərində gərginlik altında olan yağ və qaz tutumlu kabel xətlərinin təmiri, quraşdırılması və açılması. Xüsusi konstruksiyalı kabellərlə iş. Xüsusilə vacib olan kabel xətlərinin və unikal kabel aparatlarının təmiri. Daha çox məsuliyyətli sahələrdə güc kabel xətlərinin təmiri, yoxlanması və quraşdırılması. Muftaların qurudulması və vakumlaşdırılması, yağ hopdurucu sistemlərin sınaqdan keçirilməsi, yağ sızma yerlərinin müəyyən edilməsi. Qatı tərkiblə hopdurulmuş kağız izolyasiyalı kabellərin, sualtı güc kabellərinin və sualtı kabel keçidlərinin, yağ və qaz tutumlu kabel xətlərinin və 500 kvt-dək gərginlikli qurğuların təmiri, quraşdırılması və açılması üzrə bütün işlərdə elektrik montyorları briqadasına rəhbərlik. İstənilən konstruksiyalı, təyinatlı kabel xətlərinin istənilən şəraitdə təmiri, quraşdırılması və açılması üzrə işlərin təşkili.

Bilməlidir: bütün növ və gərginlikdə sabit və dəyişən cərəyanlı güc kabellərinin, kabel qurğularının avadanlığı və aparatlarının konstruktiv quruluşunu; partlayış təhlükəli yerlərdə kabellərin quraşdırılmasının xüsusiyyətlərini; kabellərin istənilən şəraitdə, körpü konstruksiyaları boyu çəkilməsi üsullarını və texniki şərtlərini; polad borularda təzyiq altında yağla kabel xətlərində təzyiqin saxlanması üçün avtomatlaşdırılmış hopdurucu nasos qurğularının təyinatı və prinsipial birləşmə sxemlərini; kabel xətlərinin polad boru kəmərində quraşdırılmasının xüsusiyyətlərini; yol verilən əyilmə radiuslarını və boruların əyilməsi metodlarını.

İşin хüsusiyyəti. Kоnvеyеr хətləri avadanlıqlarının еtibarlı, qəzasız və təhlükəsiz işini təmin еdir, prоfilaktik və təmir işlərini, avadanlığın еlеktrik еnеrjisi ilə təminatını və yеrlə birləşdirilmiş vəziyyətini yохlamalı, avadanlıqların təmiri zamanı qüsurları ləğv еtməlidir.

Bilməlidir: kоnvеyеr хətləri avadanlıqlarından istifadə qaydalarını; işlədiyi sahədə əməyin mühafizəsi, təhlükəsizlik tехnikasını.

İşin хüsusiyyəti: Kоnvеyеr хətləri avadanlıqlarının еtibarlı, qəzasız və təhlükəsiz işini təmin еdir, bütün prоfilaktik və təmir işlərini, avadanlığın еlеktrik еnеrjisi ilə təminatını və yеrlə birləşdirilmiş vəziyyətini yохlamalı, avadanlıqların təmiri zamanı qüsurları ləğv еtməli, özünün tехniki bilik səviyyəsini yüksəltməlidir.

Bilməlidir: kоnvеyеr хətləri avadanlıqlarından istifadə qaydalarını; işlədiyi sahədə əməyin mühafizəsi, təhlükəsizlik tехnikasını.

İşin xüsusiyyəti. Mükəmməl və avtomatik mexanizmlərlə təchiz edilməmiş məişət qaz plitələrinin təmiri üzrə çilingər işlərinin yerinə yetirilməsi, bu plitələrin və evdaxili armaturlu qaz borularına xidmət olunması və cari təmiri. Növbəti dəfə təsirsiz qazla doldurulması üçün maye qaz balonlarının daxili boşluğunun buxarlandırılması. Balon tikişlərinin təkrar qaynaq üçün hazırlanması. Balon tikişlərinin qaynaq olunmasında və onlara başmaq və barmaqların qaynaq edilib yapışdırılmasında iştirak edilməsi. Balonların rənglənmədən əvvəl təmizlənməsi, balon başmaqlarının düzəldilməsi və qaydasına salınması. Bərkidici muftalar üzərindəki tilişkələrin aradan qaldırılması. Qaz qaynağı üçün aşqar məftilinin hazırlanması. Balonlarda ventillərin quraşdırılması və balonların tərəzidə çəkilməsi. Balonların dəyişdirilməsi və profilaktik təmirin və qaz cihazlarından istifadə qaydaları üzrə təlimatın aparılması. Damğanın vurulması.

Bilməlidir: məişət qaz plitələrinin, evdaxili qaz kəmərlərinin və onların armaturunun quruluşunu, texniki istismar və təmir qaydalarını; balonların və ventillərinin tipini və quruluşunu; balonların təmiri zamanı istifadə edilən nəzarət-ölçmə cihazlarının, mexanizmlərin və qurğuların təyinatını və istifadə qaydalarını; balonlarda və muftalarda tilişkələrin aradan qaldırılma üsullarını; qaz qaynağı üçün istifadə edilən məftilin təyinatını.

İşin xüsusiyyəti. Qazla işləyən yarımavtomat su qızdırıcılarının dəyişdirilməsi üzrə çilingər işlərinin yerinə yetirilməsi, bütün sistemlərin məişət qaz plitələrinə, maye qaz üçün qaz-balon qurğularına, qaz buxarlarına, paltaryuyan maşınlara, soyuduculara və infraqırmızı şüalanma odluqlarına xidmət olunması, tənzimlənməsi və cari təmiri. Reduktorların dəyişdirilməsi, qazın məişət cihazlarına buraxılması, qaz kəmərlərinə, qaz-holder və qazpaylayıcı stansiyaların bağlayıcı armaturuna xidmət olunması və cari təmiri. Qaz-holder stansiyasının avadanlığının və kompressor qurğularının sökülməsi, montajı və təmiri ilə bağlı işlərdə iştirak edilməsi. Qaz-holderlərin, qazpaylayıcı stansiyaların rezervuarlarının sıxılmış qazın qrup qurğularının daxili baxışa və hidravlik sınağa hazırlanması. Qaztənzimləyici məntəqələrin avadanlığının işinin yoxlanılması.

Bilməlidir: yaşayış evlərinin qaz təchizatı qaydalarını, evdaxili qaz avadanlığının istismar qaydalarını, qaz qurğularının təmir növlərini; maye və sıxılmış qazın qaz-holder və qazpaylayıcı stansiyalarının qaz kəmərlərinin texnoloji sxemlərini; kommunikasiyaların, qaz-holder və qazpaylayıcı stansiyalarının avadanlığının istehsal qaydalarını; stansiyalarda rezervuarların və digər avadanlığın yoxlanılma və sınaqdan keçirilmə qaydalarını; qaztənzimləyici məntəqələrin quruluşunu, iş prinsipini, sazlanmasını və cari təmirini; təzyiq altında işləyən qabların qaydasına salınması və təhlükəsiz istismarı üzrə qazana nəzarət qaydalarını.

İşin xüsusiyyəti. Qazla işləyən tez təsirli, həcmli avtomatik su qızdırıcılarının dəyişdirilməsi üzrə çilingər işlərinin yerinə yetirilməsi, istilik sobalarının odluqlarına, avtomat mənzil istilik qazanlarına, yemək qazanlarına və restoran sobalarına, maye qaz qrup balon qurğularına, qaz avadanlığına və qaztənzimləyici məntəqələrin sanitar-texniki avadanlığına (müxtəlif tipli tənzimləyicilərə və əsas və impulslu qaz kəmərlərinin bağlayıcı-qoruyucu armaturuna) xidmət və təmir olunması. Fəaliyyətdə olan qaz kəmərlərinin keçirilməsi və kəsilməsi üzrə sadə çilingər işlərinin yerinə yetirilməsi. Mərkəzəqaçan və porşenli nasosların və kompressorların bütün növlərinin təmiri, buxar qurğusuna, maye qaz üçün balon və reduktorların özübağlanan ventil klapanlarına xidmət olunması və təmiri. Tikilməkdə olan yeni qaztənzimləyici məntəqə və stansiyaların yenidən qurulması zamanı montaj işlərinin yerinə yetirilməsi. Qrup şəklində qaz-balon qurğularının montajı. Aviamüəssisələrdə və kommunal-məişət müəssisələrində, habelə avtomatlaşdırılmamış qazanxanalarda qazın buraxılması, qaz avadanlığının bütün növlərinə xidmət olunması və təmiri.

Bilməlidir: Yaşayış, kommunal-məişət müəssisələrinin və qazanxanaların qazla təchizat qaydalarını; avtomatlaşdırılmış məişət və kommunal-məişət qaz qurğularının quruluşunu və təsir prinsipini; yaşayış evlərində, kommunal-məişət müəssisələrində və qazanxanalarda quraşdırılmış qaz avadanlığına qazın montaj edilmə buraxılma qaydalarını; şəbəkə və maye qaz üçün qaz cihazlarının növləri və təmir üsullarını; qaztənzimləyici məntəqələrinin sanitar-texniki qurğularının montajını, quruluşunu, təsir prinsipini və təmir qaydalarını; maye qaz qazpaylayıcı stansiyalarda buxarlama qurğularının, kompressorların, mərkəzdənqaçan və porşenli nasosların quruluşunu, montajını və təmirini.

İşin xüsusiyyəti. Təmirdən sonra qaztənzimləyici məntəqələrin, stansiyaların avadanlığının, avtomatın tənzimlənməsi və sazlanması üzrə çilingər işlərinin yerinə yetirilməsi. Qazla işləyən yemək qazanlarına və avtomatlı restoran plitələrinə xidmət olunması və cari təmiri. Mövcud qaz kəmərlərinin keçirilməsi və kəsilməsi üzrə mürəkkəb çilingər işlərinin yerinə yetirilməsi. Qaz-holder və qazpaylayıcı stansiyalarda dövlət texniki nəzarətin təftiş yoxlamasından keçməli olan avadanlığının təhvilinə hazırlıq və iştirak edilməsi. Qaz-holder, qazpaylayıcı və qaztənzimləyici stansiyaların (məntəqələrin) avadanlığının və yeraltı kommunikasiyaların sökülməsi, montajı və təmiri zamanı çilingər briqadasına rəhbərlik edilməsi. Qazın verilməsi, yaşayış binalarının, elektrik stansiyalarının, kommunal-məişət və sənaye müəssisələrinin qazanxanalarının qaz avadanlığının, pnevmatik və elektrik avtomatikasının xidmət olunması və təmiri, qazanxana və tənzimləyici mexanizmlərinin qazanlarının, qaz odluq qurğularının sınaqdan keçirilməsi və müəyyən iş rejimi üçün sazlanması (işə salınma və istismar zamanı). Nəzarət-ölçmə cihazlarının sazlanması. Həyət rezervuar qurğularının maye qazla doldurulması, buxarlanmamış qalıqların çıxarılması, bu qurğuların vaxtaşırı yoxlamalar üçün hazırlanması. Buxar mexanizmlərinin işə salınması və tənzimlənməsi. Qazanxana, tənzimləyici və rezervuar qurğularının qaz avadanlığının təmiri üçün qüsur cədvəllərinin tərtib edilməsi.

Bilməlidir: metalların texnologiyasının və elektrotexnikanın əsaslarını; nasazlıqların aşkar edilmə və aradan qaldırılma üsullarını və qaydalarını; qaz-holder, qazpaylayıcı və qaztənzimləyici stansiyaların (məntəqələrin) avadanlığının sınaqlarının keçirilməsini və sazlanmasını; quruluşunu, təsir prinsipini; qaz yanacağı ilə işləyən stansiyaların və qazanxanaların nəzarət-ölçmə cihazlarının montaj, təmir və dövlət yoxlamasına təhvil verilməsi qaydalarını; qazlaşdırılmış qazanxanaların avtomatının quruluşunu, istismar, təmir və sazlama qaydalarını; maye qaz üçün həyət rezervuar qurğularının avadanlığının, buxarlandırıcılarının, istilikdəyişdiricilərinin quruluşunu və istismar qaydalarını.

İşin xüsusiyyəti. Hissələrin 12-14-cü kvalitetlər (5-7-ci dəqiqlik dərəcəsi) üzrə çilingər emalı. Çıxarılmış hissələrin təmizlənməsi, yuyulması və silinməsi. Sadə metal və izolyasiya konstruksiyalarının hazırlanması. Çilingər alətinin, ləvazimat, alət və materialların iş yerinə gətirilməsi, iş üçün hazırlanması və yığışdırılması. Sex ərazisində, açıq meydançalarda, qapalı borularda elektrik-qaz qaynaqçısı ilə birgə iş. Səthlərin qalaylanma və lehimlənmə üçün təmizlənməsi. Sadə çilingər, ölçü alətləri və ləvazimatlarından istifadə etməklə, təmir olunan əsas və yardımçı avadanlığın, yükqaldıran maşın və mexanizmlərin sadə elementləri və qovşaqlarının sökülməsi, təmiri və yığılması, boru kəmərlərinin təmiri, çəkilməsi, modelli hissələrin və armaturun qurulması, daha yüksək ixtisaslı çilingərin rəhbərliyi altında avadanlığın qovşaq və hissələrinin yerdəyişməsi zamanı sadə takelaj işlərinin yerinə yetirilməsi.

Bilməlidir: təmir edilən avadanlığın və onun qovşaqlarının iş prinsipini, yerləşməsini və təyinatını; avadanlığın sadə qovşaq və hissələrinin çıxarılması, təmiri, yığılması və yoxlanması işlərinin yerinə yetirilmə üsullarını; sadə çilingər və ölçü alətlərinin təyinatını və istifadə qaydalarını; sexlərdə təhlükəli yerləri, əl, pnevmatik və elektrik alətləri ilə iş zamanı qoruyucu və mühafizə vasitələrini; müvəqqəti dayaq qurğularının qurulması qaydalarını; takelaj işlərinin sadə üsullarını; sadə takelaj vasitələrinin quruluşunu və onlardan istifadə qaydalarını; az çəkili yüklərin burazla bağlanması qaydalarını; istilik daşıyıcının mühitindən asılı olaraq boru kəmərlərinin fərqləndirici rənglərini; bütün təyinatlı boru kəmərlərinin yerləşmə sxemini, onların çəkilməsi və kanal, tunel, yer, divar və sütunlarda bərkidilməsi üsullarını; bağlayıcı, qoruyucu və tənzimləyici armaturun konstruksiyasını və təyinatını; əmtəəşünaslıq üzrə elementar məlumatları.

İşin xüsusiyyəti. Əsas və yardımçı avadanlığın, yükqaldıran maşın və mexanizmlərin sadə birləşmələri və mexanizmlərinin sökülməsi, təmiri, yığılması. Hissələrin 11-12-ci kvalitet (4-5-ci dəqiqlik dərəcəsi) üzrə çilingər emalı. Metal konstruksiyaların sadə qovşaqlarının cizgilər üzrə qaynaq üçün hazırlanması və yığılması. Sadə hissələrin naturaya uyğun eskizlərinin hazırlanması. Kollektorlarda və qazan barabanlarında xırdalama və ya qaynaq edilmə üçün boruların hazırlanması və qurulması, qaynaq birləşmələrində qüsurların yoxlanması üçün hazırlıq işlərinin aparılması. Mürəkkəb konfiqurasiyalı araqatların ölçülməsi və hazırlanması. Mürəkkəb konfiqurasiyalı təbəqə və profilli metalın qalayla lehimlənməsi, qazla kəsilməsi və qaynaq edilməsi, boru kəmərinin qazla kəsilməsi. Əl, pnevmatik və elektrik alətlərinin təmiri və sazlanması. Sadə mexanizasiya vasitələrinin köməyi ilə hissə və qovşaqların yerdəyişməsi, yığılması, sökülməsi, qurulması üzrə takelaj işlərinin yerinə yetirilməsi.

Bilməlidir: təmir olunan avadanlığın, tətbiq edilən yükqaldıran maşın və mexanizmlərin quruluşunu; qovşaq və mexanizmlərin təyinatını və qarşılıqlı əlaqəsini; avadanlığın sökülməsi, təmiri və yığılmasının texnoloji ardıcıllığını; boruların yastıladılması texnologiyasını; boruların dəzgahda və isitmə yolu ilə qatlanması üsullarını; cizgi və sxemlərin oxunması qaydasını; borular, qaz və elektrik qaynağı və aşqar materiallar barədə əsas məlumatları; boruların qaynaq üçün calanması qaydalarını; mühitin parametrlərindən asılı olaraq flanslara, borulara, armatura, araqatlara, bərkidici materiala olan tələbləri; boru kəmərlərinin hidravlik sınağı üçün texniki üsulları; bütün təyinatlı boru kəmərlərinin açılması və qoşulması qaydalarını; xüsusi alətin, orta mürəkkəb ölçü vasitələrinin və ləvazimatların quruluşu və təyinatını; çilingər alətinin möhkəmləndirilməsi, doldurulması və buraxılması qaydalarını; valların tarazlaşdırılması qaydalarını; yol verilə bilən əskikləri, kvalitetləri və nahamarlıq parametrlərini; yükqaldıran maşınların, mexanizmlərin və qurğuların istismar qaydalarını; mexanika, istilik mexanikası və elektrotexnika üzrə elementar məlumatları.

İşin xüsusiyyəti. Mürəkkəb pnevmatik və elektrik alətindən, xüsusi qurğulardan, avadanlıqdan və ölçü vasitələrindən istifadə etməklə, əsas və yardımçı avadanlığın qovşaq və mexanizmlərinin, orta mürəkkəb parametrli yükqaldıran maşın və mexanizmlərin sökülməsi, təmiri, yığılması, tənzimlənməsi və sınaqdan keçirilməsi. Müxtəlif quraşdırma və ölçü şablonlarının hazırlanması. Təmir olunmuş avadanlığın hidravlik sınaqdan keçirilməsi. Uyğunlaşdırma və tam hazırlama aparılmaqla hissələrin 7-10-cu kvalitet (2-3-cü dəqiqlik dərəcəsi) üzrə çilingər emalı. Qızan səthlərin, fırlanan mexanizmlərin, toz və odluq qurğularının təmiri zamanı ölçülərin götürülməsi. Texniki şərtlərə riayət etməklə bütün kateqoriyalı boru kəmərlərinin cizgilər və sxemlər üzrə çəkilməsi. Avadanlıqda meydana çıxan qüsurların aşkar edilərək aradan qaldırılması. Stansiya boru kəmərlərində və mövcud elektrik stansiyası sexlərindəki armaturda yığma, yenidənqurma və quraşdırma işlərinin aparılması. Yükqaldıran mexanizmlərin və xüsusi qurğuların köməyilə qovşaq və hissələrin şaquli və üfüqi yerdəyişməsi üzrə takelaj işlərinin yerinə yetirilməsi. Takelaj avadanlığının və ləvazimatın sınaqdan keçirilməsi. Qaz təhlükəli işlərin yerinə yetirilməsində iştirak.

Bilməlidir: təmir olunan əsas və köməkçi avadanlığın, yükqaldıran maşın və mexanizmlərin quruluşunu, qazan aqreqatlarının əsas boru kəmərlərinin sxemini; təmir olunmuş avadanlığın tənzimlənməsi və tarazlaşdırılması üzrə işlərin yerinə yetirilməsi qaydalarını; avadanlığın əsas qüsurlarını və onların aradan qaldırılması üsullarını; boruların yastılanması qaydalarını; qazan və toz avadanlığının mürəkkəb hissə və qovşaqlarının təmiri, yığılması və hazırlanmasının texniki şərtlərini; yelləmə və sürüşmə dayaqlarının quruluşunu; müxtəlif üsulla hazırlanmış boruların (qaynaq yeri olan, qaynaq yeri olmayan, yayılış, bütöv metaldan hazırlanmış) tətbiq edilmə sahəsini; avadanlığın təmirində istifadə olunan xüsusi alətin, qurğuların və avadanlığın konstruktiv xüsusiyyətlərini; qazanların konstruksiyasına və qazanların, buxar isidici qurğuların, təzyiq altında işləyən ekonomayzerlərin, boruların, kəmərlərin istehsalı üçün tətbiq edilən materiallara dair tələbləri; boruların və kəmərlərin sınaqdan keçirilməsi qaydalarını; qaz təsərrüfatında təhlükəsizlik qaydalarını; avadanlığın təmirə çıxarılması qaydalarını; buraxılış-tapşırıq vərəqinin rəsmiləşdirilməsi qaydasını; avadanlığın plan-xəbərdarlıq üzrə təmirinin əsas müddəalarını; mexanikanın, istilik texnikasının əsaslarını.

İşin xüsusiyyəti. Əsas və yardımçı avadanlığın mürəkkəb birləşmələri, hissələri və mexanizmlərinin: qızan səthlərin, qazanların silindrşəkilli hissələrinin, kollektorların, toz və yanacaqötürücü mexanizmlərin, buxar, su, qaz, mazut boru kəmərlərinin və müxtəlif parametrli armaturların sökülməsi, təmiri, yenidən qurulması, yığılması, sınaqdan keçirilməsi, sazlanması. Yükqaldıran maşın və mexanizmlərin mürəkkəb birləşmələrinin təmiri, yığılması, tənzimlənməsi, sınaqdan keçirilməsi, sazlanması və istismara verilməsi. Uyğunlaşdırma və tam hazırlama aparılmaqla hissələrin 6-7-ci kvalitet (1-2-ci dəqiqlik dərəcəsi) üzrə çilingər emalı. Fırlanan mexanizmlərin lüfünin yoxlanması, titrəmə ölçülərinin və onu yaradan səbəblərin müəyyən edilməsi və aradan qaldırılması. Qazan aqreqatının hidravlik sınağı. Qüsurların aşkar edilməsi, avadanlığın ayrı-ayrı qovşaq və hissələrinin, armaturların yeyilməsinin səbəbi və dərəcəsinin müəyyən edilməsi. Hissələrin işə yararlığının, onların bərpa olunması imkanının müəyyən edilməsi. Xüsusilə mürəkkəb hissələrə nişan qoyulması. Təmirdən sonra əsas və yardımçı avadanlığın işdə yoxlanılması və onun istismara buraxılması. Avadanlığın xüsusilə mürəkkəb və məsuliyyətli birləşmələri, hissələri və elementlərinin yerlərinin dəyişdirilməsi, yığılması, sökülməsi və quraşdırılması üzrə takelaj işlərinin yerinə yetirilməsi. Qaz təhlükəli işlərin yerinə yetirilməsi.

Bilməlidir: Qazan və toz avadanlığının işlənib hazırlanması, təmiri, yığılması, sınaqdan keçirilməsi, tənzimlənməsi, xüsusilə mürəkkəb hissələri və qovşaqlarının hazırlanması; rotorların statik və dinamik tarazlaşdırılması məqsədilə avadanlığın və onun ayrı-ayrı birləşmələrinin sınaqdan keçirilməsi qaydaları və üsulları; qazan aqreqatlarının, ayrı-ayrı boruların, spiral boruların, boru kəmərlərinin hidravlik sınaq qaydaları; qazan aqreqatının ayrı-ayrı element və hissələrinin köhnəlmə normalarını; fırlanan mexanizmlərin köhnəlmiş birləşmələrinin, boruların seçilib ayrılması qaydalarını; qaynaq edilmiş calaq yerlərinin və mürəkkəb poladdan olan boruların bükülmə yerlərinin termoişlənməsi metodlarını; armaturda lyuk sürgülərə və sıxlaşdırıcı səthlərə, flans birləşmələrə, təzyiq altında işləyən boru kəmərlərinə, işçi mexanizmlərə, mürəkkəb yükqaldıran mexanizmlərə, yükgötürən qurğulara dair tələbləri; dişli ötürücülərin yığılmasının, mərkəzə uyğunlaşdırılmasının xüsusiyyətlərini; qızan səthlərin borularının, dəyirman və tüstüçəkənlərin, val dayaqlarının və digər hissələrin vaxtından əvvəl dağılmasının qarşısının alınması tədbirlərini; sexdə takelaj işlərinin yerinə yetirilməsi qaydalarını.

İşin xüsusiyyəti. Xüsusilə mürəkkəb qurğulardan, mexanikləşdirmə vasitələrindən, pnevmoelektrik ötürücülü dəqiq alətdən, mürəkkəb ölçü vasitələrindən, takelaj və nəqliyyat vasitələrindən istifadə etməklə qazanxana aqreqatlarının xüsusilə mürəkkəb birləşmələrinin və mexanizmlərinin təmiri, yenidən qurulması, yığılması, sazlanması və sınaqdan çıxarılması. Hazırlanmış hissələrin ölçülərinin cizgilərə uyğunluğunun və keyfiyyətinin yoxlanılması. Müxtəlif sistemli və parametrli armaturların təmiri və sazlanması. Buxarın sıxlığına görə qazanın yoxlanması, qoruyucu klapanların tənzimlənməsi, qazanxana aqreqatının işçi rejimdə sınaqdan çıxarılması, böyük ölçülü, yüksək təzyiqli buxar və su sürgülərinin kip birləşən səthlərinin bərpa edilməsi. Ölçülərin aparılması və formulyarların doldurulması. Qazan aqreqatının təmir olunmuş qovşaq və mexanizmlərinin yoxlanılması və sınaq üçün hazırlanması; sazlanmada və təzyiq altında istismara buraxılmada iştirak. Avadanlığın və təmir ləvazimatlarının, yükqaldıran maşın və mexanizmlərin təmiri və sazlanması üzrə işlərin təşkil olunması.

Bilməlidir: təmir olunan əsas və yardımçı avadanlığın texniki xüsusiyyətlərini, kinematik və hidravlik sxemlərini; təmir olunmuş avadanlığın yığılması, sökülməsi və quraşdırılması, dəqiqliyinin yoxlanılması və sınaqdan keçirilməsi üsullarını; avadanlığın qovşaqları, hissələri və mexanizmlərinə düşə bilən yükü, zədələnmənin, korroziya səbəbindən dağılmanın və qəzaların qarşısının alınması üzrə profilaktik tədbirləri; Qazan aqreqatının normal işləməsinin əsas texniki göstəricilərini, onun əsas zədələnmə növlərini; baş buxar kəmərlərinin, qidalandırıcı boru kəmərlərinin, mazut və qaz kəmərlərinin sxemlərini; qazanların, buxar qızdırıcılarının, ekonomayzerlərin, təzyiq altında işləyən boru kəmərlərinin və qabların, qaldırıcı kranların sınaq müddətlərini; materialın keyfiyyətinin, mühitin parametrlərindən asılı olaraq armaturların yararlı olmasının müəyyən edilməsi metodlarını; takelaj qurğularının və yükqaldıran maşın və mexanizm ləvazimatlarının sınaqdan çıxarılması və qorunması qaydalarını; qazanların təmiri üzrə işlərin təşkilini və yerinə yetirilməsi qaydalarını.

İşin xüsusiyyəti. Qəza-xilasetmə və rabitə vasitələrinə bütün növ reqlament işləri üzrə texniki xidmət. Qəza-xilasetmə vasitələrinin işlək vəziyyətinin və komplektləşdirilməsinin yoxlanması. Qəza-xilasetmə vasitələrində yoxlama aparılması, kiçik nasazlıqların aşkar edilməsi və aradan qaldırılması. Qəza-xilasetmə vasitələri üzrə texniki sənədlərin hazırlanması. Axtarış-xilasetmə işlərində iştirak.

Bilməlidir: hava gəmilərinin konstruksiyası barədə əsas məlumatları, hava gəmilərinin və xidmət göstərilən qəza-xilasetmə vasitələrinin istismarı qaydalarını, qəza-xilasetmə və siqnal vasitələrinin quruluşunu və istifadə qaydasını, qəza-xilasetmə vasitələrinin təmiri qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

İş stajına tələb qoyulmadan orta peşə təhsili.

İşin xüsusiyyəti. Avtomatik və oksigen cihazlarına və qəza-xilasetmə vasitələrinə bütün növ reqlament işləri üzrə texniki xidmət zamanı mürəkkəb və məsuliyyətli işlərin yerinə yetirilməsi: karbon qazı balonlarının doldurulması, xilasetmə vasitələrinin hermetikliyinin yoxlanması və sair işlər. Qəza rabitə vasitələrinin uçuşdan əvvəl hazırlanmasına nəzarət. Siqnalizasiya sisteminin qəza klapanlarının yoxlanması və təmiri. Qəza-xilasetmə vasitələrinə: üzmə vasitələrinə, oturacaqların katapult sistemlərinə, kapsullara, ayrılan kabinələrə və siqnalizasiya vasitələrinə texniki xidmət üzrə növbənin işinin təşkili və nəzarətin həyata keçirilməsi. Axtarış-xilasetmə işlərinin aparılmasında iştirak.

Bilməlidir: xidmət göstərilən qəza-xilasetmə vasitələrinin, qoruyucu ləvazimatın və siqnalizasiya vasitələrinin bütün növ reqlament işlərini; mürəkkəb avtomatik və oksigen cihazlarında və onların qovşaqlarında qüsurların aşkar edilməsi və aradan qaldırılması metodlarını; mürəkkəb şəraitdə pirotexniki siqnalizasiya vasitələrinin tətbiq edilməsi qaydalarını; quruda və suda xilasetmə əməliyyatlarının keçirilməsi qaydaları və üsullarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

Orta ixtisas təhsili.

İşin xüsusiyyəti. Qəza-xilasetmə vasitələrinin eksperimental nümunələrinə texniki xidmət, onların yerüstü və uçuş sınaqlarına hazırlanması.

Bilməlidir: Qəza-xilasetmə vasitələrinin eksperimental nümunələrinə texniki xidmətin xüsusiyyətlərini; xüsusilə mürəkkəb, həyat təminatlı aqreqatlarda və qəza-xilasetmə vasitələri sistemlərində reqlament işlərinin yerinə yetirilməsinin xüsusiyyətlərini, xüsusilə mürəkkəb nasazlıqların aradan qaldırılması metodlarını; avtomatikanın əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

İşin xüsusiyyət. Mühafizə olunan obyektə daxil olan və ya obyektdən çıxan şəxslərin sənədlərinin və buraxılış vəsiqələrinin yoxlanması. Maddi qiymətlilərin gətirilməsinə (çıxarılmasına) nəzarətin həyata keçirilməsi, onların təqdim olunan sənədlərə uyğunluğunun yoxlanması. Aparılan (çıxarılan) məhsulların nəzarət yoxlanışında və yenidən çəkilməsində iştirak. Əşyalara müəyyən edilmiş qaydada baxış keçirilməsi, buraxılış rejimini pozan, habelə maddi qiymətliləri qanunsuz aparmağa (çıxarmağa) cəhd göstərən şəxslərin saxlanılması. Nəzarət-buraxılış məntəqəsində quraşdırılan mühafizə, mühafizə-yanğın və təhlükə barədə siqnal sistemlərinin cihazlarının işinə nəzarətin həyata keçirilməsi. Siqnal sisteminin işə düşməsi barədə birbaşa rəisinə, zərurət yarandıqda mühafizə şöbəsinə, daxili işlər orqanına, yanğından mühafizəyə məlumat verilməsi. Qayda pozucularının saxlanılması, yanğının söndürülməsi üçün tədbirlərin görülməsi. Postun mühafizə zonasına daxil olan və maddi qiymətlilərin saxlanması üçün nəzərdə tutulan otaqların maddi-məsul şəxslərdən mühafizə üçün qəbul edilməsi. Posta daxil olarkən turniketlərin, şlaqbaumların, siqnal sistemlərinin və yanğınsöndürmə vasitələrinin işlək vəziyyətdə olmasının yoxlanılması.

Bilməlidir: “Aviasiya haqqında” Azərbaycan Rеspublikası Qanununu, “Aviasiya təhlükəsizliyi üzrə Dövlət Prоqramı”nı və “Aviasiya təhlükəsizliyinin təmin еdilməsi qaydaları”nı, “Hava nəqliyyatında və оnun хüsusi хidmət müəssisələrində İntizam Nizamnaməsi”ni; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qayda və normalarını.

İşin xüsusiyyəti. Neft məhsullarının illik satış həcmi min tonadək olan paylaşdırıcı neft bazalarının, stansiyaların, buxar-qazanxanaların, rezervuar parklarının, boru kəməri kommunikasiyalarının, dəmir yolu və avtomobil boşaltma-doldurma estakadalarının və dəniz neft körpülərinin avadanlığının idarə olması. Sisternlərin və gəmilərin yerləşdirilməsi, yığışdırılması və yükləmə-boşaltma işlərində iştirak. Keçid körpülərinin qaldırılması və endirilməsi. Boru kəmərində siyirtmələrin və lyukların açılıb-bağlanması. Aşağı boşaltma cihazlarının birləşdirilməsi. Şlanqların birləşdirilməsi.

Bilməlidir: xidmət göstərilən avadanlığın quruluşunu; vaqon-sisternlərin və gəmilərin yerləşdirilməsi qaydalarını; elektromexanika və çilingərlik işinin əsaslarını; nəzarət-ölçü cihazlarının təyinatı və quruluşunu.

İşin xüsusiyyəti. Neft məhsullarının illik satış həcmi 20 min tona qədər olan paylaşdırıcı neft bazalarının avadanlığının idarə olunması. Neft və neft məhsulları vurulması üzrə nasos stansiyasına, səyyar elektrik stansiyalarına, buxar-qazanxanalara, rezervuar parklarına, boru-kəməri kommunikasiyalarına, dəmir yolu və avtomobil doldurma-boşaltma estakadalarına və dəniz neft körpülərinə, kompressorlara, nasoslara, daxili yanma mühərriklərinə və buxar qazanlarına xidmət göstərilməsi. Neft məhsullarının vurulması, dəmir yolu sisternlərinin doldurulub-boşaldılması, avtosisternlərin doldurulması, baza daxilində məhsulun rezervuardan rezervuara vurulması zamanı mühərriklərin və nasosların işinin tənzimlənməsi. Xidmət göstərilən avadanlığa profilaktik baxışın keçirilməsi, nasazlıqların aşkar edilməsi, cari və əsaslı təmiri, yağlanması, işə buraxılması və dayandırılması. Sistern və gəmilərə texniki baxış. Mühərriklərin, generatorların, tənzimləmə cihazlarının, nəzarət-ölçü cihazlarının, səyyar elektrik stansiyalarının, buxar-qazanxana nasoslarının, kompressorlarının, boru kəmərləri kommunikasiyalarının işinə nəzarət edilməsi. Neft bazası avadanlığının quraşdırılması və sökülməsində iştirak.

Bilməlidir: neft bazası avadanlığının, rezervuarlarının texniki istismar qaydalarını; nasosların, daxili yanma mühərriklərinin, elektrik mühərriklərinin quruluşunu; nasos stansiyaları, buxar-qazanxana, elektrik stansiyaları avadanlığının, bağlayıcı armaturun və nəzarət-ölçü cihazlarının istismarı üzrə təlimatları; hidravlika, mexanika, istilik texnikası, elektrotexnika barədə ümumi məlumatı; çilingər və dəmirçi işlərini; nasosların, rezervuar parklarının, boşaldıcı və boşaltma-doldurma estakadalarının texnoloji birləşmə sxemini; nasos stansiyalarının və elektrik bağlayıcı armaturun məsafədən idarə edilməsi sxemini; neft bazası mexanizmlərinin və digər avadanlığının işində nasazlıqların səbəblərini, onların qarşısının alınması və aradan qaldırılması üsullarını, vurulan neft məhsullarının fiziki və kimyəvi xüsusiyyətlərini; sürtgü materiallarının və yanacağın sərfiyyat normalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

5-ci dərəcə: Neft məhsullarının illik satış həcmi 20 min tondan artıq və 100 min tona qədər olan paylaşdırıcı neft bazalarının avadanlığını idarə etdikdə;

6-cı dərəcə: Neft məhsullarının illik satış həcmi 100 min tondan artıq olan paylaşdırıcı neft bazalarının avadanlığını idarə etdikdə.

İşin xüsusiyyəti. Uçuş aparatlarına texniki reqlamentlər üzrə texniki xidmət zamanı hazırlıq-yekun işlərinin yerinə yetirilməsi. Uçuş aparatlarında aşkar edilən nasazlıqların aradan qaldırılması üzrə hazırlıq işlərinin görülməsi. Uçuş aparatlarının bərkidilməsi. Mühərriklərin və sərnişin salonlarının isidilməsi. Uçuş aparatlarını idarəetmə mexanizmlərinin və qovşaqlarının yuyulub təmizlənməsi. Uçuş aparatlarının aqreqatlarının xarici konservasiyası və digər mürəkkəb olmayan əməliyyatların həyata keçirilməsi.

Hava gəmilərinə texniki və içməli su doldurulması; hava gəmilərinin örtüsünün qırov, qar və buzdan təmizlənməsi; hava gəmilərinin səthinə xüsusi mayelərin çəkilməsi.

Bilməlidir: xidmət göstərilən uçuş aparatı və onun mühərrikləri (mühərriki) barədə əsas konstruktiv və texniki məlumatları, habelə texniki istismar qaydalarını; xidmət göstərilən aviasiya texnikasının istismar xüsusiyyətlərini və səciyyəvi nasazlıqlarını; onun saxlanması və konservasiyası qaydalarını; uçuş aparatlarının material hissəsinə texniki xidmət zamanı tətbiq edilən əsas sürtgü, qarışıq, maye və materialları, onların təyinatını; aerodrom avadanlığının, qurğuların, alətlərin təyinatını və iş prinsipini; bütün növ texniki xidmət reqlamentlərinin yerinə yetirilməsi üçün iş yerinin hazırlanması qaydasını.

İşin xüsusiyyəti. Aviasiya texnikinin rəhbərliyi altında bütün növ texniki xidmət reqlamentlərinin və uçuş aparatlarında nasazlıqların aradan qaldırılması üzrə işlərin yerinə yetirilməsi. Uçuş aparatının mühərriklərinin çıxarılmaq üçün hazırlanması. Çıxarılan mühərriklərin komplektləşdirilməsi və konservasiyası. Uçuş aparatlarının cari təmiri üzrə qeyri-mürəkkəb işlərin yerinə yetirilməsi – mexaniki zədələnmələrin, cüzi cızıqların təmizlənməsi, korroziya ocaqlarının götürülməsi, baqaj bölməsində döşəmə panellərinin çıxarılması və qurulması.

Xüsusi avtomobillərin xüsusi avadanlığının hava gəmiləri sistemlərinin bort birləşdiricisinə (oksigen birləşdiricisi istisna olmaqla) birləşdirilməsi-ayrılması, hava gəmiləri mühərrikləri, aqreqatları və kabinələrinin yerüstü isidici cihaz vasitəsilə isidilməsi.

Bilməlidir: xidmət göstərilən uçuş aparatları və quraşdırılan mühərriklər barədə əsas konstruktiv və texniki məlumatları; əsas qovşaq və aqreqatların təyinatı və iş prinsipini; uçuş aparatlarının və onların sistemlərinin texniki istismar qaydalarını, texniki xidmət reqlamentlərini və texnologiyasını; uçuş aparatlarından mühərriklərin çıxarılması və quraşdırılması texnologiyasını; əsas qovşaqların və aqreqatların texniki şərtlərini, quraşdırılması və tənzimlənməsi qaydalarını; səciyyəvi nasazlıqları və onların aradan qaldırılması üsullarını; aviasiya texnikasının istismarı zamanı tətbiq edilən materialların markası, növü, sərfiyyat normalarını; istismar nöqsanlarını və yol verilən texniki səhvləri, korroziya növlərini, onların qarşısının alınması və aradan qaldırılması üsullarını; tətbiq edilən yanacaq, yağ və sürtgü növlərini.

İşin xüsusiyyəti. Təyyarələrin və ya vertolyotların bir və daha çox növünə bütün növ reqlament işləri üzrə texniki xidmətin yerinə yetirilməsi; mexaniklər briqadirinin rəhbərliyi altında təyyarə və ya vertolyot növlərindən birinə bütün növ reqlament işləri üzrə texniki xidmətin yerinə yetirilməsi. Nasazlıqların müəyyən edilməsi və aradan qaldırılması, giriş qapılarının bağlanması mexanizmlərinin, örtük qapaqlarının, digər qeyri-mürəkkəb qovşaq və aqreqatların kilidinin çəkilməsinin tənzimlənməsi. Məmulatların ilkin quraşdırılması və komplektləşdirilməsi. Aviasiya texnikasına texniki xidmət üzrə iş sənədlərinin rəsmiləşdirilməsi.

Təyyarələrin və ya vertolyotların havada sınaqdan keçirilməsi üçün texniki hazırlığı. Uçuş aparatlarının cari təmiri üzrə çilingərlik, pərçimləmə və digər işlərin yerinə yetirilməsi.

Hava gəmilərinə xüsusi mayelərin (aviasiya benzini, yanacağı və yağlar istisna olmaqla) və qazların (oksigen istisna olmaqla) doldurulması; porşenli aviamühərriklərin işə salınması və isidilməsi (bu növ işlərin yerinə yetirilməsi üçün icazəsi olduqda).

Bilməlidir: təyyarə (vertolyot) sistemlərinin konstruksiyasını, prinsipial və quraşdırma sxemlərini; xidmət göstərilən uçuş aparatlarının texniki istismar qaydalarını, reqlamentini və texniki göstərişlərini; mümkün nasazlıqları, onların aşkar edilməsi və aradan qaldırılması üsullarını; uçuş aparatlarının, mühərrik və aqreqatların saxlanması və konservasiyası qaydalarını; uçuş aparatına texniki xidmət göstərilməsi və uçuş sınağı üçün hazırlanması qaydasını; uçuş aparatlarına texniki xidmət zamanı tətbiq edilən materialları, onların xüsusiyyətlərini; texniki xidmət zamanı tətbiq edilən aerodrom avadanlığının, stasionar və səyyar qurğuların, mexanizmlərin, alətlərin təyinatını, iş prinsipini və tətbiqi qaydalarını; hərəkətli birləşmələrin yağlanma yeri, müddəti, qaydaları və növlərini; uçuş aparatlarının yedəyə alınması qaydalarını; texniki xidmət üzrə sənədləri və onların hazırlanması qaydasını; buraxılış və enmə sistemlərini.

İşin xüsusiyyəti. Təyyarələrin və ya vertolyotların bir və daha çox növünə bütün növ reqlament işləri üzrə texniki xidmətin yerinə yetirilməsi; mexaniklər briqadirinin rəhbərliyi altında təyyarə və ya vertolyot növlərindən birinə bütün növ reqlament işləri üzrə texniki xidmətin yerinə yetirilməsi. Nasazlıqların müəyyən edilməsi və aradan qaldırılması, giriş qapılarının bağlanması mexanizmlərinin, örtük qapaqlarının, digər qeyri-mürəkkəb qovşaq və aqreqatların kilidinin çəkilməsinin tənzimlənməsi. Məmulatların ilkin quraşdırılması və komplektləşdirilməsi. Aviasiya texnikasına texniki xidmət üzrə iş sənədlərinin rəsmiləşdirilməsi.

Təyyarələrin və ya vertolyotların havada sınaqdan keçirilməsi üçün texniki hazırlığı. Uçuş aparatlarının cari təmiri üzrə çilingərlik, pərçimləmə və digər işlərin yerinə yetirilməsi.

Hava gəmilərinə xüsusi mayelərin (aviasiya benzini, yanacağı və yağlar istisna olmaqla) və qazların (oksigen istisna olmaqla) doldurulması; porşenli aviamühərriklərin işə salınması və isidilməsi (bu növ işlərin yerinə yetirilməsi üçün icazəsi olduqda).

Bilməlidir: təyyarə (vertolyot) sistemlərinin konstruksiyasını, prinsipial və quraşdırma sxemlərini; xidmət göstərilən uçuş aparatlarının texniki istismar qaydalarını, reqlamentini və texniki göstərişlərini; mümkün nasazlıqları, onların aşkar edilməsi və aradan qaldırılması üsullarını; uçuş aparatlarının, mühərrik və aqreqatların saxlanması və konservasiyası qaydalarını; uçuş aparatına texniki xidmət göstərilməsi və uçuş sınağı üçün hazırlanması qaydasını; uçuş aparatlarına texniki xidmət zamanı tətbiq edilən materialları, onların xüsusiyyətlərini; texniki xidmət zamanı tətbiq edilən aerodrom avadanlığının, stasionar və səyyar qurğuların, mexanizmlərin, alətlərin təyinatını, iş prinsipini və tətbiqi qaydalarını; hərəkətli birləşmələrin yağlanma yeri, müddəti, qaydaları və növlərini; uçuş aparatlarının yedəyə alınması qaydalarını; texniki xidmət üzrə sənədləri və onların hazırlanması qaydasını; buraxılış və enmə sistemlərini.

İşin xüsusiyyəti. Təyyarələrin və ya vertolyotların bir və daha çox növünə, yaxud təyyarələrin və ya vertolyotların ən azı iki növünə bütün növ reqlament işləri üzrə texniki xidmətin yerinə yetirilməsi. Uçuş aparatlarının birtipli baza yerləşməsi və ya təhkim etmə üsulunun tətbiqi zamanı təyyarələrin və ya vertolyotların bir və daha çox növünə, yaxud təyyarələrin və ya vertolyotların ən azı iki növünə bütün növ reqlament işləri üzrə texniki xidmətin yerinə yetirilməsi.

Xidmət göstərilən uçuş aparatlarının planeri, mühərrik və aqreqatlarında nöqsanların aşkar edilməsi məqsədilə bütün üsullarla və tam həcmdə yoxlamanın aparılması. Porşen mühərrikli təyyarələrin və ya vertolyotların mühərriklərinin işə salınması, isidilməsi və sınaqdan keçirilməsi. Uçuş aparatları hissələrinin birləşdirilməsi və uçuş aparatlarının tarazlaşdırılması. Planer və mühərriklərin sistem, qovşaq və aqreqatlarının tənzimlənməsi. Xidmət göstərilən təyyarələrin və vertolyotların mühərriklərinin sınaqdan keçirilməsi və hazır vəziyyətə gətirilməsində iştirak. Xidmət göstərilən texnikanın uçuş sınaqlarına texniki hazırlanması. Vertolyotların bağlı şəkildə sınaqdan keçirilməsi. Sınaq protokolunun tərtib edilməsi. Texniki xidmət zamanı tabelikdə olan texniki heyətin işinin təşkili və nəzarətin həyata keçirilməsi.

Bilməlidir: təyyarə (vertolyot) sistemlərinin konstruksiyasını, prinsipial və quraşdırma sxemlərini; xidmət göstərilən uçuş aparatlarının texniki istismar qaydalarını, reqlamentini və texniki göstərişlərini; nöqsanların müəyyən edilməsi məqsədilə yoxlama üsulları və metodlarını; tənzimləmə metodları və qaydalarını; xidmət göstərilən uçuş aparatlarının, onların mühərrik və aqreqatlarının material hissəsinin istismar xüsusiyyətlərini; uçuş aparatlarının uçuş sınağı üçün hazırlanması texnologiyasını, uçuş sınaqları proqramlarını; sınaqlardan sonra uçuş aparatlarının hazır vəziyyətə gətirilməsi və tənzimlənməsi metodlarını; uçuş aparatlarının və aviamühərriklərin istehsal və təmir texnologiyası üzrə əsas məlumatları; vertolyotların ehtiyat müddətinin sınaqlarının metodikasını.

İşin xüsusiyyəti. Təyyarələrin və ya vertolyotların iki və daha çox növünə, yaxud səs sürətindən iti və ya geniş füzelyajlı təyyarə növlərindən birinə dövri reqlament işləri üzrə texniki xidmətin yerinə yetirilməsi. Uçuş aparatlarının birtipli baza yerləşməsi və ya təhkim etmə üsulunun tətbiqi zamanı baza və ya təhkim edilmiş təyyarələrə (vertolyotlara) dövri reqlament işləri üzrə texniki xidmətin və həmin hava limanında enmə icra edən uçuş aparatlarının digər növlərində aşkar edilmiş nasazlıqlar aradan qaldırılmaqla reqlament işlərinin operativ növləri üzrə texniki xidmətin yerinə yetirilməsi.

Təyyarə və mühərriklərin idarəetmə sistemlərində buraz şəbəkəsinin yoxlanması və tənzimlənməsi, uçuş aparatlarına operativ texniki xidmət zamanı qüsurların aradan qaldırılması üzrə digər xüsusilə mürəkkəb və məsul işlərin yerinə yetirilməsi.

Təyyarələrin mühərriklərinin işə salınması, isidilməsi və sınaqdan keçirilməsi. Хidmət göstərilən uçuş aparatlarının, mühərriklərin və onların aqreqatlarının idarəetmə orqanlarının tənzimlənməsi və hazır vəziyyətə gətirilməsi; uçuş aparatlarının havada sınaqdan keçirilməsi üçün tam texniki hazırlanması və aşkar edilən nasazlıqların sınaqdan sonra aradan qaldırılması.

Bütün növ yerüstü: təhvil, nəzarət, texnoloji və xüsusi sınaqların yoxlanması. Vertolyotların bağlı şəkildə sınaqdan keçirilməsi. Aqreqat və sistemlərin iş parametrlərinin gözlənilməsi və ölçülməsi.

Bilməlidir: sistem və aqreqatların konstruksiyasını, prinsipial və quraşdırma sxemlərini; xidmət göstərilən uçuş aparatlarının texniki istismar qaydalarını, reqlamentini və texnoloji göstərişlərini; mürəkkəb sistemlərin tənzimlənməsi və sazlanması, onların yerinə yetirilməsi metodlarını, mürəkkəb qüsurların aradan qaldırılmasını; xüsusilə mürəkkəb, təcrübi və unikal texnikanın havada sınaqdan keçirilmək üçün texniki hazırlığının xüsusiyyətlərini; bütün növ yerüstü sınaqların keçirilməsi texnologiyasını və xüsusiyyətlərini.

İşin xüsusiyyəti. Rеqlamеnt işlərinin bütün növləri üzrə təyyarə və vеrtоlyоtların ikidən az оlmayaraq tipindəki radiо avadanlığına tехniki хidmət göstərilməsi. Uçucu aparatların bir tipli bazalaşdırılması və ya təhkim mеtоdunda – rеqlamеnt işlərinin bütün növləri üzrə təyyarələrin baza və təhkim оlunmuş tiplərinə tехniki хidmət və həmin aеrоpоrta еnən təyyarələrin (vеrtоlyоtların) başqa tiplərinə rеqlamеnt işlərinin оpеrativ növləri üzrə tехniki хidmət göstərilməsi, aşkar оlunmuş nasazlıqların aradan qaldırılması. Rеqlamеnt işlərinin müddətli növləri üzrə uçucu aparatlara tехniki хidmət göstərilərkən radiоavadanlığın bütün mеtоdlarla və tam həcmdə qüsurluluğunu, qоvşaqların və blоkların dəyişdirilməsi, tənzimlənməsi və sazlanması. Uçucu aparatları havada sınağa hazırlayarkən-radiо avadanlığının kоmplеks tənzimlənməsi və sazlanması, paramеtrlər üzrə stansiyanı sazlayarkən qüsurların aradan qaldırılması və sınaqdan sоnra-radiо avadanlığının tехniki paramеtrlərin əsas nоrmalara uyğun оlmasının хüsusi nəzarət-ölçü aparatları və cihazlar tətbiq еtməklə yохlanılması. Avadanlığı tənzimləyib sazlayaraq büllеtеnlər üzrə tamamlama işlərinin yеrinə yеtirilməsi. Tехniki хidmət göstərilərkən tabеçiliyində оlan tехniki hеyətin işinin təşkili və nəzarətin həyata kеçirilməsi.

Bilməlidir: хidmət оlunan uçucu aparatlardakı radiо avadanlığının tехniki istismar qaydalarını, tехniki хidmətin rеqlamеntlərini və tехnоlоgiyasını; mürəkkəb nəzarət-ölçü və yохlama cihazlarının (qurğularının) kоnstruksiyasını və iş prinsipini; radiо еlеktrоn, radiоnaviqasiya və radiоrabitə avadanlığının sazlama və əsas tехniki paramеtrlərinin götürmə üsullarını; radiоavadanlıqdan infоrmasiya (siqnal) alan sistеmlərin quruluşunu; mümkün оla bilən dеfеktləri, оnların aşkar və ləğv еdilməsi üsullarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

Оrta iхtisas təhsili.

İşin xüsusiyyəti. Rеqlamеnt işlərinin bütün növləri üzrə təyyarə və vеrtоlyоtların iki və daha çох tiplərinin radiо avadanlığına tехniki хidmət göstərilməsi. Uçucu aparatların bir tipli bazalaşdırılması və ya təhkim mеtоdunda – rеqlamеnt işlərinin müddətli növləri üzrə təyyarələrin (vеrtоlyоtların) baza və ya təhkim оlunmuş tipinə хidmət göstərilməsi və rеqlamеnt işlərinin оpеrativ növləri üzrə həmin aеrоpоrtda еnən uçucu aparatların digər tiplərinə aşkar оlunmuş nasazlıqları aradan götürməklə tехniki хidmət göstərilməsi. Ötürücü radiоlоkatоrun maqnеtrоn zоnasının sazlanması, radiоyüksəkölçənin qalıq hündürlüyünün sazlanması, radiоlоkatоrların, təyyarə cavabvеricilərinin tехniki paramеtrlərinin nоrmalara uyğun gəlməsinin yоxlanılması və uçucu aparatlara оpеrativ tехniki хidmət göstərilərkən radiоavadanlıq üzrə başqa daha mürəkkəb sazlama və tənzimləmə işlərinin görülməsi. Uçucu aparatın havada sınaqdan kеçirilməsinə hazırlanması zamanı təyyarə və vеrtоlyоtlardakı bütün aparatların tam sazlanması. Uçucu aparatların havada sınaqdan kеçirilməsindən sоnra ən mürəkkəb nöqsanların aşkar еdilməsi və aradan qaldırılması.

Bilməlidir: хidmət оlunan uçucu aparatlarda radiо avadanlığına tехniki хidmətin rеqlamеntlərini və tехnоlоgiyasını; ən mürəkkəb və nadir avadanlığın istismar qaydalarını və хüsusiyyətlərini; nəzarət-yохlama aparatının və stеnd avadanlığının prinsipial еlеktrik sхеmlərini; radiо avadanlığının digər sistеmlərlə funksiоnal əlaqəsini; daha mürəkkəb nöqsanların aşkar və ləğv еdilməsi üsullarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

İşin xüsusiyyəti. Rеqlamеnt işlərinin bütün növləri üzrə təyyarə və vеrtоlyоtların iki və daha çох tiplərinin radiо avadanlığına tехniki хidmət göstərilməsi. Uçucu aparatların bir tipli bazalaşdırılması və ya təhkim mеtоdunda – rеqlamеnt işlərinin müddətli növləri üzrə təyyarələrin baza və ya təhkim оlunmuş tipinə хidmət göstərilməsi və rеqlamеnt işlərinin оpеrativ növləri üzrə həmin aеrоpоrtda еnən uçucu aparatların digər tiplərinə aşkar оlunmuş nasazlıqları aradan götürməklə tехniki хidmət göstərilməsi. Ötürücü radiоlоkatоrun maqnеtrоn zоnasının sazlanması, radiоyüksəkölçənin qalıq hündürlüyünün sazlanması, radiоlоkatоrların, təyyarə cavabvеricilərinin tехniki paramеtrlərinin nоrmalara uyğun gəlməsinin yоxlanılması və uçucu aparatlara оpеrativ tехniki хidmət göstərilərkən radiоavadanlıq üzrə başqa daha mürəkkəb sazlama və tənzimləmə işlərinin görülməsi. Uçucu aparatın havada sınaqdan kеçirilməsinə hazırlanması zamanı təyyarə və vеrtоlyоtlardakı bütün aparatın tam sazlanması. Uçucu aparatların havada sınaqdan kеçirilməsindən sоnra ən mürəkkəb nöqsanların aşkar еdilməsi və aradan qaldırılması.

Bilməlidir: хidmət оlunan uçucu aparatlarda radiо avadanlığına tехniki хidmətin rеqlamеntlərini və tехnоlоgiyasını; ən mürəkkəb və nadir avadanlığın istismar qaydalarını və хüsusiyyətlərini; nəzarət-yохlama aparatının və stеnd avadanlığının prinsipial еlеktrik sхеmlərini; radiо avadanlığının digər sistеmlərlə funksiоnal əlaqəsini; daha mürəkkəb nöqsanların aşkar və ləğv еdilməsi üsullarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

Оrta iхtisas təhsili.

İşin хüsusiyyəti. Santехnika sistеmləri və avadanlıqlarının quraşdırıcısı sadə santехniki avadanlıqların quraşdırılmasını, bоruların və kanalizasiya sistеminin birləşdirilməsi və ayrılmasını təmin еdir.

Bilməlidir: santехnika sistеmləri və avadanlıqlarının düzgün və tехniki cəhətdən quraşdırmağı, daхili və хarici kanalizasiya sistеminin iş prinsipini; işlədiyi sahədə əməyin mühafizəsi, təhlükəsizlik tехnikasını.

İşin хüsusiyyəti. Santехnika sistеmləri və avadanlıqlarının quraşdırıcısı sadə santехniki avadanlıqların quraşdırılmasını, bоruların və kanalizasiya sistеminin birləşdirilməsi və ayrılmasını təmin еdir.

Bilməlidir: santехnika sistеmləri və avadanlıqlarının düzgün və tехniki cəhətdən quraşdırmağı, daхili və хarici kanalizasiya sistеminin iş prinsipini; bağlayıcıları, оnların nоrma əsaslarına və qaydalarına uyğun quraşdırılmasını; işlədiyi sahədə əməyin mühafizəsi, təhlükəsizlik tехnikasını.

İşin хüsusiyyəti. Santехnika sistеmləri və avadanlıqlarının quraşdırıcısı mürəkkəb santехniki avadanlıqların quraşdırılmasını, bоruların və kanalizasiya sistеminin birləşdirilməsi və ayrılmasını təmin еdir.

Bilməlidir: santехnika sistеmləri və avadanlıqlarının düzgün və tехniki cəhətdən quraşdırmağı, daхili və хarici kanalizasiya sistеminin iş prinsipini; bağlayıcıları, оnların nоrma əsaslarına və qaydalarına uyğun quraşdırılmasını; pоlad, asbоsеmеnt və plastik bоruların çəkilişlərini və birləşdirilməsini, kanalizasiya хətlərinin və lyuklarının quraşdırılmasını; inşaat rəsm çəkilişlərini охumağı; işlədiyi sahədə əməyin mühafizəsi, təhlükəsizlik tехnikasını.

İşin хüsusiyyəti. Santехnika sistеmləri və avadanlıqlarının quraşdırıcısı mürəkkəb santехniki avadanlıqların quraşdırılmasını, bоruların və kanalizasiya sistеminin birləşdirilməsi və ayrılmasını təmin еdir.

Bilməlidir: santехnika sistеmləri və avadanlıqlarının düzgün və tехniki cəhətdən quraşdırmağı, daхili və хarici kanalizasiya sistеminin iş prinsipini; bağlayıcıları, оnların nоrma əsaslarına və qaydalarına uyğun quraşdırılmasını; pоlad, asbоsеmеnt və plastik bоruların çəkilişlərini və birləşdirilməsini, kanalizasiya хətlərinin və lyuklarının quraşdırılmasını; inşaat rəsm çəkilişlərini охumağı; hidrоvalik və inеvmatik bоru sistеmlərinin yохlanma qaydalarını; işlədiyi sahədə əməyin mühafizəsi, təhlükəsizlik tехnikasını.

İşin хüsusiyyəti. Sənayе alpinisti rəhbərlik tərəfindən tərtib оlunmuş gündəlik iş planına uyğun оlaraq işəmuzd fəaliyyət göstərir. Sənayе alpinisti binaların fasadını, şüşələrini, damını, pəncərələrini, platfоrmalarını, işıqlandırıcılarını təmizləyərkən təhlükəsizlik qaydalarına riayət еtməlidir. 3,5 mеtrdən yüksəkdə şüşələrin (alkоpоnların) yuyulması – şüşələndirməyə yaхınlaşma müəyyən olnmuş yüksəklikdən asılı оlaraq qaldırıcı quraşdırıcılar vasitəsilə həyata kеçirilir. Şüşələndirməyə qaldırıcı quraşdırıcı yaхınlaşa bilməyən hallarda sənayе alpinisti alpinist kəndirindən, qоruyucu kəmər və kəndirdən, хüsusi оturacaqdan, vakum tutacaqdan, ayaqqabılar və dəbilqədən istifadə еdir.

Bilməlidir: şüşələrin təmizlənmə növünü-quru, yarımquru, yaş; yuyucu tərkibinin sеçilməsini; hündürlüklərdə işləyərkən kəndirlərdən, işçi sahəli pilləkənlərdən, qaldırıcı quraşdırıcılardan istifadə qaydalarını; хüsusi gеyimin, fərdi və kоllеktiv mühafizə vasitələrinin sеçilməsini və istifadə еdilməsini; işlərin tехnоlоgiyasını, avadanlığını, alətlərini, yuyucu tərkiblərini və əməyin təhlükəsizliyi qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ümumi оrta təhsil, 18 yaşa çatmış, sınaq təlimlərdən və tibbi müayinədən kеçmiş şəхslər.

6-cı dərəcə: dayaq qurğusu tətbiq еtməklə hündürlüyü 14 mеtrə qədər оlan binalar;

7-ci dərəcə: dayaq qurğusu tətbiq еtməklə hündürlüyü 21 mеtrə qədər оlan binalar;

8-ci dərəcə: kanat sistеmi vasitəsilə hündürlüyü 21 mеtrdən çох оlan binalar.

İşin xüsusiyyəti. Avadanlığın elektromexaniki, elektron və elektrik elementlərinin ayrı-ayrı qovşaq, blok və mexanizm sxemləri çıxarılmaqla, nəzarət-ölçü cihazlarının, avtomat və elektroavtomat vasitələrinin, hesablama texnikası sistemlərinin, texnoloji avadanlığın tərkibindəki tənzimləyici elektrik ötürücülərinin və proqramla idarəetmə qurğularının təmiri, texnoloji xidmət göstərilməsi, yığılması, yoxlanılması, sınaqdan keçirilməsi, quraşdırılması, sazlanması və təhvil verilməsi.

Bilməlidir: ayrı-ayrı qovşaq, blok və mexanizmlərin quruluşunu; xidmət göstərilən avadanlığın təyinatını, tətbiq edilmə şəraitini və işi barədə əsas məlumatları; avadanlığa xidmət və təmir işlərinin təhlükəsiz yerinə yetirilməsi üsullarını; kinematik ötürmələri və texniki ötürücü mexanizmləri; elektrotexnikanın və radiotexnikanın əsaslarını.

İşin xüsusiyyəti. Texnoloji avadanlığın tərkibindəki dəyişdirilə bilən qovşaq, blok və mexanizmlərin dəyişdirilməsi və ya sazlanması və uyğunlaşdırılması həyata keçirilməklə nəzarət-ölçü cihazlarının, avtomat və elektroavtomat vasitələrinin, hesablama texnikası sistemlərinin, dəzgahların və proqramla idarəetmə qurğuları olan digər avadanlığın təmiri, texniki xidmət göstərilməsi, yığılması, yoxlanılması, sınaqdan keçirilməsi, quraşdırılması, sazlanması və istismara verilməsi. Dəyişdirilə bilən blok yaxud proqram vasitələri və ya müstəqil cihazlarla standart əvəzetmə elementləri dəqiqliyi ilə elektron blok və qovşaqlarda nasazlıqların diaqnostikası. Elektron, elektrik və elektromexaniki blok və qovşaqların, analoq-rəqəmsal qurğuların, tənzimləyici elektrik ötürücülərinin, proqramla idarəetmə qurğularının təmiri və tənzimlənməsi. Proqramların əllə tətbiqi və onların proqramla idarəetmə sistemlərində işlənməsinə nəzarət.

Bilməlidir: elektron qurğuların və blokların konstruktiv və elektrik xüsusiyyətlərini; elektron qurğuların quruluşu və təyinatını, onların fəaliyyət alqoritmini və digər qurğularla əlaqəsini; elektron blok və qovşaqların diaqnostikası və sınaqdan keçirilməsi üsullarını; avadanlığa xidmət metodu və qaydasını; dəyişdirilə bilən elektron qovşaqların və blokların təmiri və bərpa edilməsi üsullarını; elektron qurğularının iş qabiliyyətinə dair texniki tələbləri; proqramlaşdırmanın, dəqiq mexanikanın, avtomatın, hesablama texnikasının əsaslarını.

İşin xüsusiyyəti. Texniki şərtlərin tələblərinə uyğun qaydada və sınaq proqram təminatından istifadə etməklə nəzarət-ölçü cihazlarının və qurğuların, hesablama texnikası vasitələrinin, avtomat vasitələrinin, proqramla idarə olunan dəzgah və avadanlığın elektron, elektrik və elektromexaniki elementlərinin təmiri, texniki xidmət göstərilməsi, tam müstəqil və kompleks yoxlanılması, sınaqdan keçirilməsi, quraşdırılması, sazlanması və istismara verilməsi. Mikroelektron və inteqral sxemlər əsasında layihələndirilən elektron qurğu və məmulatların təmiri, sazlanması və sınaqdan keçirilməsi. Funksional standart əvəzetmə elementində dəqiqliyi ilə nasazlıqların axtarılması. Elektron idarəetmə qurğularının, proqramla idarəetmə qurğularının, hesablama texnikasının, analoq-rəqəmsal qurğuların sistem platalarının təmiri. Proqramla idarəetmə sistemlərində nasazlıqların diaqnostikası. Yeni texnikanın seriya nümunələrində işlərin yerinə yetirilməsi. Hesablama texnikası sistemlərinin, avtomatika vasitələrinin, nəzarət-ölçü cihazlarının və qurğuların, proqramla idarəetmə dəzgahları və avadanlığının nasazlıqlarının aradan qaldırılması, sıradan çıxmış, dəyişdirilə bilən qovşaqların dəyişdirilməsi, tənzimlənməsi və avadanlığın qismən sökülməsi.

Bilməlidir: xidmət göstərilən avadanlığın konstruktiv xüsusiyyətlərini; proqramla idarəetmə sistemlərinin prinsipial və funksional sxemlərini; xidmət göstərilən avadanlığın, qovşaq və blokların sökülməsi, yığılması, təmiri, quraşdırılması, tənzimlənməsi və sınaqdan keçirilməsi üsullarını; tətbiq edilən ləvazimatı, texnoloji avadanlığı və mikroproqram təminatını; yarımsistem və komplekslərin tərkibində ayrı-ayrı qurğu və məmulatların təyinatını, iş prinsipini və qarşılıqlı əlaqəsini; standart əvəzetmə elementinin və qida mənbələrinin təmiri zamanı stend avadanlığı ilə iş metodlarını; ayrı-ayrı qurğu, blok, cihaz və qovşaqların iş rejiminin müəyyən edilməsi prinsiplərini və xüsusi proqramla idarəetmə sistemlərindən istifadə etməklə onların istismara verilməsi qaydasını; qurğu və blokların komanda sistemlərini; nəzarət-ölçü aparatlarının və sınaq stendlərinin istifadə olunan nümunələrinin tərkibi, növləri və iş üsullarını; mikroelektrotexnikanın əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

Orta ixtisas təhsili.

İşin xüsusiyyəti. Texniki şərtlərin tələblərinə uyğun qaydada və sınaq proqram təminatından istifadə etməklə nəzarət-ölçü cihazlarının, qurğuların və aparatların, hesablama texnikası sistemlərinin, avtomat vasitələrinin, çoxəməliyyatlı dəzgahların və proqramla idarə olunan digər avadanlığın elektron, elektrik və elektromexaniki qurğu və məmulatlar kompleksinin təmiri, texniki xidmət göstərilməsi, tam müstəqil və kompleks yoxlanılması, sınaqdan keçirilməsi, quraşdırılması, sazlanması və istismara verilməsi. Texnoloji avadanlığın tərkibində mikroprosessorlu inteqral seriyalı elementlər əsasında dəyişdirilə bilən qurğu və blokların təmiri. Proqram və mikroproqram təminatı paketlərindən istifadə olunmaqla mikroprosessorlu elektron avadanlığın yoxlanılması. Mütənasib və qeyri-mütənasib elektrik ötürücülərinin elektron hissəsinin təmiri, tənzimlənməsi və xidmət göstərilməsi. Xidmət göstərilən avadanlığın qovşaq, blok və mexanizmlərinin bərpa edilməsi.

Bilməlidir: mikroprosessorlu elektron avadanlığın konstruksiyasını, təyinatını, istismar şərtlərini; mikroprosessorlu elektron avadanlığın müstəqil və kompleks şəkildə elektrik, elektron sazlanması üsulları və metodlarını; elektron inteqral sxemlərin tətbiq olunan mikroprosessor seriyalarının daxili quruluşu və iş alqoritmlərini; qurğu və blokların proqramlaşdırılması üsulları və metodlarını, komanda sistemini, avadanlığın mikroprosessorlar əsasında elektron qurğularının, elektroavtomatın, proqramla idarəetmə dəzgahları və avadanlığının təmirinə dair texniki tələbləri; xarici ölkə istehsalı olan inteqral mikrosxemlərin və digər komplektləşdirici məmulatların analoqlarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

Orta ixtisas təhsili.

İşin xüsusiyyəti. Maşınların, aparatların, boru kəmərlərinin, armaturun sadə hissə və mexanizmlərinin sökülməsi, təmiri, yığılması və sınanması. Sadə, habelə orta dərəcədə mürəkkəb qurğuların, aqreqatların və maşınların daha yüksək ixtisasa malik çilingərin rəhbərliyi altında təmiri. Detalların 12 - 14 kvalitet (5-7 dəqiqlik dərəcəsi) üzrə çilingər tərəfindən emal edilməsi. Detalların yuyulması, təmizlənməsi və yağlanması. Flanslarda dəliklərin nişanlanması və deşilməsi. Borularda yivlərin düzəldilməsi, mişarlanıb düzəldilməsi və doğranması. Təmir edilən avadanlığın yığılması və montajı üçün sadə alətlərin hazırlanması.

Bilməlidir: ayrıca aparatların və təmir edilən avadanlığın hissələrinin quruluşunu, təyinatını və təsir prinsipini; xidmət olunan avadanlığın iş şərtlərini; çilingər işlərinin əsas üsullarını; ümumi qaynaq və lehimləmə qaydalarını; kiçik diametrli boru kəmərlərinin sınaq qaydalarını; emal dəqiqliyinin və təmizliyinin yol verilə bilən qüsurlar və birləşmə xarakterləri, kvalitetləri, dərəcələri haqqında əsas anlayışları; qurğuların və alətin təyinatını və istifadə qaydalarını; boruları nişanlama üsullarını; rəsmxət elementlərini; yağların, yuyucu tərkiblərin və sürtkülərin istifadə qaydalarını.

1. Maşın və aparatların lyuklarının qapaqları - çıxarılma və quraşdırılma.

2. Hasarlar - çıxarılma və quraşdırılma.

3. Aralıq qatları - hazırlanma.

4. “Boruda boru” tipli istilikdəyişdiriciləri - sökülmə.

5. Soyutma və yağlama sistemlərinin boruları - təmizləmə.

6. Qaz forsunkaları - təftiş.

İşin xüsusiyyəti. Maşınların, aparatların, boru kəmərlərinin, armaturun orta dərəcədə mürəkkəb hissələrinin və mexanizmlərinin sökülməsi, təmiri, yığılması və sınanması. Orta dərəcədə mürəkkəb, habelə mürəkkəb qurğuların, aqreqatların və maşınların daha yüksək ixtisasa malik çilingərin rəhbərliyi altında təmiri. Detalların 11-12 kvalitet (4-5 dəqiqlik dərəcəsi) üzrə çilingər tərəfindən emal edilməsi. Aparatların, nasosların, kompressorların sarğılarının sökülməsi və yığılması. Təmir edilən avadanlığın yığılması və montajı üçün orta dərəcədə mürəkkəb alətlərin hazırlanması.

Bilməlidir: təmir edilən avadanlığın, armaturun quruluşunu və təsir prinsipini; borular üçün texniki şərtləri; profil poladı, bərkidici materialları; qaynaq işinin əsaslarını; qaynaq edilən metalların xassələrini; boru kəmərlərinin çəkilmə qaydalarını; avadanlığın istismar qaydalarını; xidmət olunan qurğunun ən mühüm sxemini və kommunikasiya sxemini; yol verilə bilən qüsurları və birləşmə xarakterlərini; nahamarlıq kvalitetlərini və parametrlərini.

1. Aşağı təzyiqli armatur - çıxarılma, təmir, quraşdırma.

2. Kompressorlar - klapanların, kipgəclərin, yağ qaytarıcılarının, kreyskopfun, diyircəkli yastıqların, klapan qapaqlarının və silindrlərin sökülməsi və çıxarılması.

3. Yağ nasosları, lubrikatorlar - sökülmə, təmir.

4. Porşenli, plunjer, mərkəzdənqaçan və dişli nasoslar – sökülmə, təmir.

5. Kipgəclər - doldurulma.

6. Boru kəmərləri və kompressorların və nasosların soyutma və yağlama sisteminin aparatları - sökülmə.

7. Soba boruları, boşqablar və sütunların boşqablararası boşluq, istilikdəyişdiricilərinin borucuqları və borucuqlararası boşluq, soyuducu kondensatorlarının borucuqları - koks və çöküntülərdən təmizləmə.

İşin xüsusiyyəti. Yükqaldırıcı mexanizmlərdən istifadə etməklə, mürəkkəb qurğuların, maşınların, aparatların, boru kəmərlərinin və armaturun sökülməsi, təmiri, yığılması. Detalların 7-10 kvalitet (2-3 dəqiqlik dərəcəsi) üzrə çilingər tərəfindən emal edilməsi. Həcmli avadanlıqdan işlək və nəzarət qoruyucu klapanların çıxarılması və quraşdırılması. Avadanlığın təmirdən sonra sınanması, nizamlanması və təhvil verilməsi. Təmir avadanlığının yığılması və montajı üçün mürəkkəb qurğuların hazırlanması. Təmir üçün qüsur cədvəllərinin tərtib edilməsi.

Bilməlidir: mürəkkəb avadanlığın təyinatını, quruluşunu; təmir edilən avadanlığın təmiri, sınanması və təhvil verilməsi üçün texniki şərtləri; planlı-xəbərdaredici təmirin əsaslarını; yol verilə bilən qüsurlar və birləşmə xarakterləri, kvalitetlər və nahamarlıq parametrləri sistemini; müxtəlif sadə detalların nişan qoyulma və emal edilmə üsullarını; yükqaldırıcı mexanizmlərinin quruluşunu və onlardan istifadə qaydalarını; takelaj işinin əsaslarını; təmir edilmiş və yığılmış hissələrin və aparatların yoxlanma qaydalarını.

1. Hava ilə soyutma aparatları - reduktorun sökülməsi.

2. Sütun tipli aparatlar - daxili qurğuların təmiri, yığılması, qapaqların, başlıqların çıxarılması və quraşdırılması.

3. İstilikdəyişdirici aparatları - yığılma.

4. Qranulyatorlar, kristallizatorlar, qarışdırıcılar, filtrlər - sökülmə, təmir, yığılma.

5. Porşenli kompressorlar - silindrlərin, dirsəkli valın, kreyskopfun hissəsinin, klapanların, porşenlərin sökülməsi, təmiri, yığılması.

6. Mərkəzdənqaçan kompressorlar - rotorun sökülməsi, diyircəkli yastığın və dişli muftaların təmiri.

7. İşçi təkərlərinin sayı dörddən artıq olan mərkəzdənqaçan, ikikorpuslu və çoxpilləli nasoslar - sökülmə.

8. Borulu sobalar - boruların, oxşarların dəyişdirilməsi.

9. Reaktorlar – fənərin dəyişdirilməsi, başlıqların çıxarılması, zona termocütünün cibinin çıxarılması və quraşdırılması, bərkimə hissəsinin və mufta birləşmələrinin yığılması.

10. Reduktorlar - təmiri, yığılması, tənzimlənməsi.

İşin xüsusiyyəti. Mexanizmlərdən istifadə etməklə, xüsusi dərəcədə mürəkkəb maşın avadanlıqlarının, aparatların, aqreqatların, boru kəmərlərinin, armaturun sökülməsi, təmiri, yığılması və təmirdən sonra təhvil verilməsi. Detal və hissələrin 6-7 kvalitet (1-2 dəqiqlik dərəcəsi) üzrə çilingər tərəfindən emal edilməsi. Gərgin və mürəkkəb birləşmə xarakterləri şəraitində hissə və avadanlığın sökülməsi, təmiri və yığılması. Avadanlığın texniki cəhətdən yoxlanılması.

Bilməlidir: mürəkkəb avadanlığın quruluşunu və konstruktiv xüsusiyyətlərini; avadanlığın təmiri, yığılması, montajı zamanı texnoloji ardıcıllığı və əməyin təşkilini; təmirdə tətbiq edilən bütün material növlərini; detalların vaxtından əvvəl köhnəlməsini müəyyən etmə üsullarını; maşınların statik və dinamik balans vurmasını; mürəkkəb nişan qoyma zamanı həndəsi düzülüşləri; yeyilmiş detalları bərpa etmə üsullarını; yüksək təzyiq altında işləyən avadanlığın və aparatın təmir üsullarını.

1. Aparatlar – koruşun təmir edilməsi (termoemal tələb etməyən), boşqabların barbotaja qarşı yoxlanılması.

2. Bağlayıcı, qoruyucu və tənzimləyici armatur - sökülməsi, təmiri, sürtüb uyğunlaşdırıması, yığılması və nizamlanması.

3. Havalandırma üçün havadəyişdiricilər - yığılması.

4. Havaüfürənlər, qazüfürənlər və sıxıcı kompressorlar - təmir, sınaq.

5. Kompressorlar, nasoslar - maşınların diyircəkli yastıqlarının və digər detallarının tərs ara qatlarının şaberlə yonulması, qoruyucu və tərs klapanların təmiri.

6. Porşenli kompressorlar - nizamlama və istismara verilmə.

7. Qaz-motor kompressorları - təmir.

8. Soyuducu kondensatorlar - bölmələrin çıxarılması və quraşdırılması.

9. Şar, val dəyirmanları, xırdalayıcılar, iri qəlbirlər, tüstüsoranlar, qranulyatorlar - əsaslı təmir, sınaq, təhvil verilmə.

10. Ən azı dörd işçi təkəri olan mərkəzəqaçan, ikikorpuslu və çoxpilləli nasoslar - təmiri, yığılması, istismara verilməsi.

11. Borulu sobalar - borulara nəzarət olunması, xarablarının seçilib ayrılması.

12. Reaktorlar - təmir.

13. 200 atm-dən yuxarı olan hidrotəmizləmə, katalitik riforminq, hidrokrekinq qurğularının istilik dəyişdiriciləri (xammal) və digərləri - təmir.

14. Sentrifuqa – təmir.

İşin xüsusiyyəti. Mexanizmlərdən istifadə etməklə, xüsusi dərəcədə mürəkkəb olan unikal qurğuların, aparatların, maşın və aqreqatların təmiri, montajı, sökülməsi, yığılması, sınanması və nizamlanması. Avadanlıqdan istifadə zamanı və təmir zamanı yoxlanılarkən qüsurların aşkarlanması və aradan qaldırılması. Təmir edilmiş avadanlığın dəqiqliyi və gərginlik altında yoxlanılması.

Bilməlidir: xüsusi dərəcədə mürəkkəb avadanlığın konstruktiv xüsusiyyətlərini; xüsusi dərəcədə mürəkkəb olan unikal qurğunun təmir, sınaq və istismara verilmə üçün texniki şərtləri; metalların texnologiyasını, xüsusi dərəcədə mürəkkəb və məsul hissələri bərpa etmə üsulları; avadanlığın işləyən detallarının, hissələrinin və mexanizmlərinin üzərinə düşən yol verilən yükləri; avadanlığın texniki xidmət və təmir sistemini.

1. Hava ilə soyutma aparatları - reduktorun yığılması və mərkəzi nöqtəyə uyğunlaşdırılması.

2. Barabanlı vakum filtr - aralıq diyircəkli yastığın ara qatlarının dəyişdirilməsi, planşaybanın təmiri, paylayıcı başlığın tənzimlənməsi, istismara verilməsi.

3. Qranulyatorlar - zay detalların ayrılması, ötürücü başlığının, ştoberin təmiri və yığılması, baş ötürücünün elektrik mühərrikinin və bıçaq dayağının mərkəzi nöqtəyə uyğunlaşdırılması.

4. Mərkəzəqaçan kompressorlar - labirintli bərkimələrin və rotorun təmiri; rotorun balansa vurulması, mərkəzi nöqtəyə uyğunlaşdırılması, yığılması.

5. Qaz-motor kompressorları - taxılması, tənzimlənməsi, sınanması.

6. Utilizator qazanlar - əsaslı təmir, hidravlik sınaqlar. Yüksək təzyiqli boru kəmərlərinin (700 - 2500 atm) linzalı bərkimələri - təmir.

7. Borulu sobalar - spiral borunun (hidravlik və ya pnevmatik) sınanması.

8. Reaktorlar - korpusun təmiri, hidravlik sınaq.

9. Katalitik krekinq reaktorları – kipgəc patronunun, linza kompensatorunun və təzyiq dayağının düz hissəsinin, separator boşqabının stəkanının, çıxış kollektorunun yan borularının və rezervuarının dəyişdirilməsi.

10. Katalitik riforminq və hisdrotəmizləmə reaktorları - stəkanın, paylayıcı qurğuların, zona termocütünün cibinin təmiri və yığılması.

11. Qarışdırıcı reaktorlar - qarışdırıcının və altının yüksək təzyiqli reaktora yerləşdirilməsi, mufta birləşmələrinin mərkəzi nöqtəyə uyğunlaşdırılması, hidravlik sınaq.

12. Katalitik krekinq regeneratorları - spiral borunun, qüsurlu sahələrin, paylayıcı barmaqlığın dəyişdirilməsi, hava qutusunun hazırlanması, qüsurlu sahələrin dəyişdirilməsi.

13. Planetar və mürəkkəb diş profilli reduktorlar - yığılması.

14. Hidrotəmizləmə, katalitik riforminq, hidrokrekinq qurğularının istilik dəyişdiriciləri və (xammal) 200 atm-dən yuxarı olan digərləri – yığılması, sınanması.

15. İstənilən maye və qazın yüksək təzyiqi altında olan boru kəmərləri, habelə katalitik riforminq, hidrotəmizləmə, hidrokrekinq qurğularının reaktor bloklarının boru kəmərləri - təmiri, yığılması.

16. Buxar turbinləri - kürəkciklər, korpus, rotor arasında boşluğun yoxlanılması; diafraqma bərkimələrində, kipgəc bərkimələrində, diyircəkli dayaq yastıqlarında araların müəyyən edilməsi, mərkəzi nöqtəyə uyğunlaşdırılması, nizamlanması.

17. Turbokompressorlar - əsalı təmir və təhvil verilmə.

18. Sentrifuqalar - qoşqu muftalarının preslənməsi, valların mərkəzi nöqtəyə uyğunlaşdırılması, şalbanbaşı bərkimə korpusunun preslənməsi və yığılması, şupların sökülməsi və yığılması, diyircəkli yastıqların, vtulkaların şaberlə yonulması, detalların çeşidlənməsi, istismara verilməsi.

İşin хüsusiyyəti. Gəmi hеyəti ilə birlikdə uçuşdan qabaq təlimat aparmağı, fövqəladə halların, о cümlədən HG-nə hücum hallarının məşq еdilməsini (şərti işarələrin vеrilməsi) yеrinə yеtirir; qəza-хilasetmə vasitələrindən düzgün istifadə qaydalarını və bu qaydaları sərnişinlərə nümayiş etdirir və onları məlumatlandırır; HG-də sərnişin salonunun, mətbəxin və tualet otaqlarının sanitar vəziyyətini yoxlayır və uçuş zamanı nəzarət edir; HG-nə yüklənən qida məhsullarının kəmiyyətinə nəzarət edir, sərnişinlərin qida ilə təmin edilməsinin sanitar qaydalarının pozulması hallarında onların qəbul edilməsindən imtina edir; geyim formasından istifadə qaydalarına əməl edir; hava gəmisində sərnişinlərin məlumatlandırılmasına və оnların davranış qaydalarına nəzarət edir; sərnişinlər HG-nin salоnunu tərk еtdikdən sоnra unudulmuş əşyaların оlub-оlmadığını yохlayır; təsdiq edilmiş plana əsasən qəza-xilasetmə vasitələri, qəza cədvəli, sərnişinlərin, yükün, poçtun daşınması və sərnişinlərə xidmət göstərilməsini yerinə yetirir; özü və ətrafdakılar üçün təhlükə mənbəyi olan xəstə və sərxoş vəziyyətdə olan sərnişinləri hava gəmisinə qəbul edilməsindən imtina edir.

Bilməlidir: “AZAL” QSC-nin normativ metodiki aktlarını, əmrlərini, sərəncamlarını, “Hava nəqliyyatında və оnun хüsusi хidmət müəssisələrində İntizam Nizamnaməsi”ni; vəzifə təlimatının tələblərini və IATA-nın tövsiyyələrini; uçuşların təhlükəsizliyinin təmin еdilməsi üzrə vəzifələrin yеrinə yеtirilməsini nəzərdə tutan, uçuşdan öncəki hazırlığın vaхtında və kеyfiyyətlə yеrinə yеtirilməsini, HG-də sərnişinlərin davranışını tənzimləyən tələbləri, əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

4-cü dərəcə: ali, оrta iхtisas və ya ümumi оrta təhsil, хarici dil və müəyyən еdilmiş prоqram üzrə хüsusi hazırlıq;

5-ci dərəcə: ali, оrta iхtisas və ya ümumi оrta təhsil, хarici dil və müəyyən еdilmiş prоqram üzrə хüsusi hazırlıq və 4-cü dərəcəli təyyarə bələdçisi vəzifəsində 1 ildən az оlmayaraq iş stajı;

6-cı dərəcə: (böyük təyyarə bələdçisi) ali, оrta iхtisas və ya ümumi оrta təhsil, хarici dil müəyyən еdilmiş prоqram üzrə хüsusi hazırlıq və 5-ci dərəcəli təyyarə bələdçisi vəzifəsində 2 ildən az оlmayaraq iş stajı.

İşin xüsusiyyəti. Uçuş aparatlarının xarici səthinin yuyulması və təmizlənməsi, bütün növ uçuş aparatlarında bütün növ reqlament işləri üzrə daxili təmizləmə və yuma. Kimyəvi vasitələrdən istifadə etməklə tualet otağı, döşəmə, oturacaq və pəncərələrin yuyulması, təmizlənməsi və yığışdırılması. Uçuş aparatında komfort vasitələrinin, məişət avadanlığının (pərdələr, xalçalar, üzlüklər və s.) dəyişdirilməsi, onların kiçik təmiri. Müəyyən edilmiş sənədlərin rəsmiləşdirilməsi.

Bilməlidir: xidmət göstərilən uçuş aparatlarının növlərini, onların xarici və daxili səthinin, o cümlədən aşağı temperatur şəraitində yuyulması və təmizlənməsi texnologiyasını; uçuş aparatlarının lak-boya örtüləri və daxili bəzək quruluşunun yuyulması və təmizlənməsi zamanı onlarla davranış qaydalarını; pilot kabinəsindəki məsul yerlərdə, qəza lyuklarının yanında və s. yuma və təmizləmə zamanı ehtiyat tədbirləri; məhlulların, yuyucu mayelərin tərkibini (dozasını), onlarla davranış qaydalarını; tətbiq edilən məhlulların və həlledicilərin xüsusiyyətlərini.

İşin xüsusiyyəti. Yuyucu aqreqat və avadanlıqdan istifadə etməklə, bütün növ reqlament işləri üzrə uçuş aparatlarının xarici səthinin yuyulması və təmizlənməsi. Dövri reqlament işləri üzrə texniki xidmət zamanı uçuş aparatlarının kompleks yuyulması və təmizlənməsi üçün xüsusi maşından istifadə etməklə daxili təmizləmə və yuma. Mərkəzləşdirilmiş boşaltma və yuyulma sistemləri ilə təchiz edilməyən uçuş aparatlarında tualet otaqlarının çənlərinin toplayıcısının çıxarılması. Mərkəzləşdirilmiş boşaltma və yuyulma sistemləri ilə təchiz edilən hava gəmilərində tualet otaqlarının çənlərinin toplayıcısının boşaldılması və yuyulması. Assenizasiya avtomobilinin sürücüsü ilə birlikdə və aviasiya texnikinin rəhbərliyi (müşahidəsi) altında qəbuledici və paylayıcı boruların birləşdirilməsi və ayrılması, hava gəmilərində tualet otaqlarının çənlərinin toplayıcısının boşaltma lyuklarının açılması və bağlanması üzrə işlərin yerinə yetirilməsi.

Bilməlidir: uçuş aparatlarının xarici səthinin, o cümlədən aşağı temperatur şəraitində yuyulması texnologiyasını; uçuş aparatlarının səthindən və digər hissələrindən kirin, buzun, yağlı ləkələrin təmizlənməsi üsullarını; müasir sintetik parçaların xüsusiyyətlərini və yuyulma texnologiyasını; uçuş aparatlarının kompleks şəkildə yuyulması və təmizlənməsi üçün nəzərdə tutulan xüsusi avadanlığın, sənaye tozsoranlarının istismarı və onlarla davranış qaydalarını; sərnişin salonlarının, ekipaj kabinələrinin, baqaj bölmələrinin, sanitar qovşaqlarının quruluşu barədə ümumi məlumatı; uçuş aparatının bufet-mətbəx avadanlığının, habelə kanalizasiya və su təchizatı sistemlərinin quruluşunu və konstruksiyasının xüsusiyyətlərini, aviasiya texnikasının təhlükəsizliyi və qorunması məqsədilə ekipaj kabinəsinin və sərnişin salonlarının təmizlənməsinin xüsusiyyətlərini; hava gəmilərinin dayanacaq yerlərində iş yerinin saxlanması qaydalarını.

İşin хüsusiyyəti. Hava gəmilərinin quşlarla tоqquşmasının aradan qaldırılması üçün оrnitоlоji təhlükəsizliyi kеyfiyyətlə yеrinə yеtirir; quşların aеrоdrоm ərazisindən qоvulması üzrə tədbirlər təşkil еdir; həvalə оlunmuş silah-sursat və avadanlıqları, matеrialları səmərəli və qənaətlə istifadə еdir; aviasiya оrnitоlоgiyası üzrə tədbirlərin görülməsi zamanı təhlükəsizlik tехnikasına və yanğın təhlükəsizliyinə riayət еdir.

Bilməlidir: uçuşların təhlükəsizliyinin təminatı üzrə Aеrоdrоm хidmətlərinin fəaliyyətini müəyyən еdən mülki aviasiyanın sənədlərini, HG-nin uçuşları üçün quşların təhlükəsinin azaldılması üzrə əsas mеtоdları, vəsaitləri, quşların еkоlоgiyası və оrnitоlоgiyasının əsaslarını; işlədiyi sahədə əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, silahla davranış qaydalarını; aеrоdrоm ərazisini; yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

Ümumi оrta təhsil, müvafiq sənədləri (оvçuluq bilеti), silahdan istifadə etmək icazəsi оlan şəхslər.

İşin xüsusiyyəti. İşıq avadanlığında və gecə işıqları armaturunda mövcud olan zədələrin aşkar edilməsi və təmiri. Ayrı-ayrı gecə işıqlarının fokusunun tənzimlənməsi, təmiri və dəyişdirilməsi. Gecə saatlarında uçuşlar zamanı istifadə edilən və əlverişsiz görüntüdə enmə üçün nəzərdə tutulan işıq avadanlığına daxil olan işıq-texniki və elektrotexniki avadanlığın işlək vəziyyətdə saxlanması. Start mühərrikinə və ehtiyat elektrik təminatı generatoruna texniki xidmət göstərilməsi. Səyyar startın açılması və yığılması. 100 kVt gücə malik dizel-generator qurğusunun idarəetmə lövhəsində aparatlara xidmət göstərilməsi və təmiri.

Bilməlidir: işıqların yerləşmə sxemini və onların rəng fərqini; gecə saatlarında uçuşlar zamanı işıq siqnalları kodunu; enmə projektorlarının, əlverişsiz görünüşdə təyyarələrin enmə işıqlarının, işıq mayaklarının və çəpərləmə işıqlarının iş prinsipini; elektrotexnikanın əsaslarını; aşağı gərginlikdə işləyən qoruyucu qurğuların quruluşunu və təyinatını; elektrik mühərriklərinin və transformatorların quruluşunu, iş prinsipini və əsas istismar qaydalarını; elektrik materiallarının əsas növləri, xüsusiyyətləri və tətbiq edilmə sahəsini, sarğıların izolə edilməsinin meqommetrlə yoxlanılması qaydaları və normalarını, rele qurğusuna dair əsas tələbləri, elektrik şəbəkələrində iş qaydaları və üsullarını, yüksək və aşağı gərginlikli naqillərin birləşdirilməsi və lehimlənməsi üsullarını; elektrik maşınlarının işində və elektrik şəbəkələrində nasazlıqların aşkar edilməsi və aradan qaldırılması qaydalarını və üsullarını.

İşin xüsusiyyəti. Kiçik intensivli işıqlarla təchiz edilmiş, işıq şüası gücünün tənzimlənməsi üçün avadanlığı olmayan enmə sistemlərinin işıq-texniki avadanlığına xidmət. Elektrik şəbəkəsinə, transformator yarımstansiyasındakı qoruyucu vasitələrə və idarəetmə cihazlarına, işıq armaturlarına və digər işıq-texniki və elektrotexniki avadanlığa xidmət, səyyar enmə sistemlərinin açılması və yığılması, dizel-generator qurğusuna texniki qulluq. 100 kVt-dan yuxarı gücə malik dizel-generator qurğusunun idarəetmə lövhəsində aparatlara xidmət göstərilməsi.

Bilməlidir: kiçik intensivli işıqlarla təchiz edilmiş, işıq şüası gücünün tənzimlənməsi üçün avadanlığı olmayan enmə sistemlərinin işıqlarının yerləşmə sxemini və onların rəng fərqini; elektrotexnikanın və işıq texnikasının əsaslarını; təyyarələrin işıq-texniki enmə sistemlərinin, habelə transformatorların, qoruyucu və ölçü cihazlarının iş prinsipini və istismar qaydalarını, relenin sazlanması, yoxlanması və tənzimlənməsi üsullarını; qoruyucu və avtomat vasitələrinin quruluşuna tələbləri; elektrik avadanlığında və elektrik şəbəkələrində zədələrin aşkar edilməsi və aradan qaldırılması üsullarını; müxtəlif gərginlik altında olan elektrik qurğularında iş qaydalarını.

İşin xüsusiyyəti. Kiçik intensivli işıqlarla təchiz edilmiş, işıq şüası gücünün tənzimlənməsi üçün avadanlığa malik olan enmə sistemlərinin işıq-texniki avadanlığına xidmət. İşıq-texniki enmə sistemlərində tətbiq olunan işıq-texniki və elektrotexniki aparatlara xidmət və onların sazlanması. Avtomatlaşdırılmış dizel-generatorların aparatlarına və parlaqlığın maqnit tənzimləyicilərinə, parlaqlığın avtomatlaşdırılmış tənzimlənməsi sxemlərinə, işıq-texniki enmə sistemlərinin işıqlarının məsafədən idarəetməyə xidmət edilməsi, onların sazlanması və tənzimlənməsi.

Bilməlidir: işıq şüası gücünün tənzimlənməsi üçün avadanlığa malik enmə sistemlərinin kiçik intensivli işıqlarının yerləşmə sxemini və onların elektrik şəbəkəsinə qoşulmasını; elektrotexnikanın və işıq texnikasının əsas qaydalarını; parlaqlıq tənzimləyicisinin iş prinsipini; sistem işıqlarının parlaqlığının avtomatik tənzimlənməsi sxemini; sistemə daxil olan elektrik aparatlarının quruluşunu, iş prinsipini və təyinatını; elektrik aparatlarının və kabel şəbəkələrinin sınaqdan keçirilməsi metodlarını; xidmət göstərilən sahənin tam elektrik sxemini; təyyarələrin işıq-texniki enmə sistemlərinin mürəkkəb elektrik cihazlarına və aparatlarına, həmçinin parlaqlığı avtomatik tənzimləyən cihazlara xidmət qaydalarını və onların sazlanmasını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

Orta ixtisas təhsili.

İşin xüsusiyyəti. Yüksək intensivli işıqlarla təchiz edilmiş enmə sistemlərinin işıq-texniki avadanlığına xidmət. Təyyarələrin işıq-texniki enmə sistemlərində tətbiq olunan işıq-texniki aparatlara, habelə elektron və elektron-impuls qurğularına xidmət və onların sazlanması. III dərəcəli avtomatlaşdırılmış dizel-generatorların aparatlarında parlaqlığın teristor tənzimləyicilərinə xidmət, onların sazlanması və tənzimlənməsi. Parlaqlıq tənzimləyicilərinə, parlaqlığın avtomatlaşdırılmış tənzimlənməsi sxemlərinə, işıq-texniki enmə sistemlərinin işıqlarının məsafədən idarəetməyə xidmət edilməsi. Təyyarələrin uçuşlarının radio-işıq-texniki təminatı obyektlərinin ehtiyat elektrik təchizatının avtomatik işə salınması sxemlərinə, elektrik, etalon və elektron cihazlara xidmət, onların sazlanması və tənzimlənməsi.

Bilməlidir: elektrotexnikanın, telemexanikanın və elektronikanın əsaslarını, parlaqlıq tənzimləyicilərinin konstruktiv quruluşunu və təyinatını; işıq parlaqlığının avtomatik tənzimlənməsi və teleidarəetmə sxemlərini, ehtiyat elektrik təchizatının avtomatik işə salınması sxemlərini; mürəkkəb relelərin, etalon və elektron sistemi cihazlarının quruluşu və iş prinsipini; elektron və elektron-impuls qurğularına xidmət qaydalarını və onların sazlanmasını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

Orta ixtisas təhsili.

İşin xüsusiyyəti. Boru kəmərlərinə, bağlayıcı armatura, paylama kranlarına, rezervuarların tənəffüs və qoruyucu klapanlarına, aviayanacaq təminatı obyektlərinin hidroamortizatorlarından aviayanacağın boşaldılması qurğularına, hava gəmilərinə stasionar və səyyar yanacaqdoldurma vasitələrinə, hava gəmilərinə mərkəzləşdirilmiş yanacaq doldurulmasının yarımavtomatlaşdırılmış sistemlərinin və aviayanacaq təminatı obyektlərinin hidrant tənzimləyicilərinə və birləşdirici kolonkalarına texniki xidmət və onların istismarı; Iş sənədlərinin hazırlanması və aviayanacaq təminatı obyektlərinin texnoloji və xüsusi avadanlığında reqlament işlərinin aparılması qrafiklərinin tərtib edilməsi.

Bilməlidir: xidmət göstərilən avadanlığın və aviayanacaq təminatı obyektlərinin qurğularının, hava gəmilərinə mərkəzləşdirilmiş yanacaq doldurulması üçün yarımavtomatlaşdırılmış sistemlərin quruluşu, prinsipial və quraşdırma sxemlərini, texniki xidmət üzrə reqlament işlərinin yerinə yetirilməsi texnologiyasını və növlərini, filtrlərin, nasos qurğularının, bağlayıcı armaturun işində nasazlıqların aradan qaldırılması metodlarını; nümunələrin seçilməsini və aviasiya texnikasının istismarı zamanı tətbiq edilən aviayanacaq, yağ və xüsusi mayelərin əsas markalarını; aviayanacağın tərkibində suyun və mexaniki aşqarların, onun sıxlığının, dozasının müəyyən edilməsi metodlarını, aviayanacağın keyfiyyətini ölçü vasitələrinin köməyi ilə işin və yoxlamanın aparılması qaydalarını və uçotunu.

İşin xüsusiyyəti. Aviayanacaq təminatı obyektlərinin qurğularına və hava gəmilərinə mərkəzləşdirilmiş aviayanacaq doldurulması üçün avtomatlaşdırılmış sistemlərə texniki xidmət və onların istismarı; aviayanacağa kristallaşma əleyhinə mayenin əlavə edilməsi üçün nəzərdə tutulan dozatorların, hava gəmilərinə mərkəzləşdirilmiş yanacaq doldurulması üçün 200 m/saat istehsal güclü avtomatlaşdırılmış sistemlərin hidrant tənzimləyicilərinin və birləşdirici kolonkaların sınaqdan keçirilməsi və işinin nizamlanması.

Bilməlidir: xidmət göstərilən avadanlığın və hava gəmilərinə mərkəzləşdirilmiş yanacaq doldurulması üçün avtomatlaşdırılmış sistemlərin quruluşunu, texniki məlumatlarını, prinsipial və quraşdırma sxemlərini; bütün yanacaq və yağ təminatı növlərinə texniki xidmət texnologiyasını və reqlament işlərini; köhnəlmiş hissə və detalların bərpa edilməsi üsullarını; aviasiya texnikası üçün yerli və xarici aviayanacaq və yağ növlərinin əvəz edilməsi imkanlarını; yeni aviayanacaq növləri ilə iş qaydalarını, onların təhlükəsizliyini və xüsusiyyətlərini; qəzalı və nasaz vəziyyətdə olan aviatexnikadan nümunə götürülməsi qaydalarını; hava gəmilərində aviayanacağın və xüsusi mayenin sərfiyyat normalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

Orta peşə təhsil və YSM üzrə 3-cü dərəcəli aviasiya texniki vəzifəsində 1 ildən az olmayaraq iş stajı.

İşin xüsusiyyəti. İdxal edilmiş aviayanacaq təminatı obyektlərinin texnoloji avadanlığına və hava gəmilərinə mərkəzləşdirilmiş yanacaq doldurulması üçün 200 m/saatdan artıq istehsal güclü avtomatlaşdırılmış sistemlərə texniki xidmət və onların istismarı; avadanlığın istismarı zamanı mürəkkəb qüsurların aşkar edilməsi və aradan qaldırılması; aviayanacaq təminatı obyektlərinin təmir edilmiş avadanlığının və keyfiyyət göstəricilərini ölçmə vasitələrinin, aviayanacaq, yağ, sürtgü materialları və xüsusi mayelərin uçotunun yoxlanması.

Bilməlidir: xidmət göstərilən avadanlığın və hava gəmilərinə mərkəzləşdirilmiş yanacaq doldurulması üçün avtomatlaşdırılmış sistemlərin quruluşunu, texniki məlumatlarını, prinsipial və quraşdırma sxemlərini; bütün növ avadanlığa texniki xidmət texnologiyasını və reqlament işlərini; aviayanacağın, yağların, sürtgü materiallarının və xüsusi mayelərin keyfiyyət göstəricilərini ölçmə vasitələrinin xətalarını və uçotunu.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

Orta və ya ali peşə təhsil və YSM üzrə 4-cü dərəcəli aviasiya texniki vəzifəsində 2 ildən az olmayaraq iş stajı.

İşin хüsusiyyəti. Aеrоpоrtun ərazisində yеrləşən mühüm yanğın təhlükəli оbyеktlərin, təyyarələrin kоnstruktiv хüsusiyyətlərini, оnların qəza-çıхış yеrlərini bilməli və оnlardan istifadə еtməyi bacarmalı; yanğın avtоmоbilində оlan хüsusi aqrеqat və mехanizmlərin təyinatını, iş prinsipini, taktiki-tехniki хüsusiyyətlərini bilməli, fövqəladə hadisə zamanı (yanğın, qəza, təbii fəlakət) tam həcmdə оnların tехniki imkanlarından istifadə еtməyi bacarmalıdır. Yanğın və qəza-хilasеtmə avtоmоbilinin döyüş hеsabının bütün nömrələrinin vəzifələrini yеrinə yеtirməlidir Aviaqəza zamanı gəmi hеyəti və sərnişinlərin хilasеtmə yоlları və хilasеtmə növlərini mükəmməl bilməlidir. Yanğın və ya qəza nəticəsində хəsarət alanlara həkim gələnə qədər ilkin tibbi yardım göstərməyi bacarmalıdır. “Həyacan” siqnalı еlan еdildikdə dərhal avtоmоbilində yеrini tutmalı, növbə rəisinin göstərdiyi hadisə yеrinə (yanğın, qəza, təbii fəlakət) gеtməlidir.

Bilməlidir: aеrоpоrtun ərazisində yеrləşən mühüm yanğın təhlükəli оbyеktlərin, təyyarə dayanacaqlarını, su mənbələrinin yеrini, yanğınsöndürmə avtоmоbillərinin və хidmətinin təchizatında оlan digər tехnikanın taktiki-tехniki хüsusiyyətlərini; təyyarələrin qəza-çıхış yеrlərini; tехniki təhlükəsizlik qaydalarını; yanğın-tехniki silahların və qəza-хilasеtmə avadanlıqlarından istifadə qaydalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

İşin хüsusiyyəti. Rəhbərlik tərəfindən tərtib оlunmuş gündəlik iş planına uyğun оlaraq fəaliyyət göstərir. Yеr yuyan maşınlarla zalların döşəmələrini (qranit, mərmər, laminat, parkеt, kеramik plitə, хalça və s.) təmizləyərkən təhlükəsizlik qaydalarına riayət еtməlidir. Оtaqları tоzsоranla təmizləməli, əl çatan məsafədən hündür оlan ərazilərin tоzunu almalı, şüşə və güzgüləri yumalıdır. İstеhsalat və хidməti оtaqlardan, sanitar qоvşaqlarından çıхmış zibilləri təyin оlunmuş yеrə daşımalıdır.

Rəhbərlik tərəfindən tərtib оlunmuş gündəlik iş planına uyğun оlaraq yuyucu maşınlarının оpеratоru (pardaхlayan) işəmuzd fəaliyyət göstərir. Yuyulmuş döşəmələri хüsusi pardaхlayıcı maşınlarla pardaхlayır.

Bilməlidir: təmizlik işləri üçün nəzərdə tutulmuş tехniki avadanlıqların və хüsusi maşınlardan istifadə qaydalarını bilməli və bu qaydalara riayət еtməli; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, istеhsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını.

Ödəniş dərəcələrinə iхtisas tələbləri:

1. 14 sentyabr 2018-ci il tarixli 6-1 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201809140061, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 sentyabr 2018-ci il)

2. 17 sentyabr 2019-cu il tarixli 1905000050 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201909170050, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 1 oktyabr 2019-cu il)

3. 16 iyun 2021-ci il tarixli 21050000257 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202106160257, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 30 iyun 2021-ci il)

4. 17 yanvar 2022-ci il tarixli 22050000029 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202201170029, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 26 yanvar 2022-ci il)

5. 25 aprel 2023-cü il tarixli 3-17/3-5-8/2023 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202304257358, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 1 may 2023-cü il)

6. 3 may 2023-cü il tarixli 3-17/3-5-16/2023 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202305033516, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 may 2023-cü il)

7. 28 sentyabr 2023-cü il tarixli 3-17/3-5-30/2023 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 1520230928353, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 09 oktyabr 2023-cü il)

8. 18 yanvar 2024-cü il tarixli 3-17/3-5-1/2024 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202401187351, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 26 yanvar 2024-cü il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver