Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı aşağıdakı kimi müəyyən edilsin:
1. Döyüş təyinatlı hərbi texnika və hərbi silah (satışı, idxalı və ixracı istisna olmaqla).
1-1. Döyüş sursatı (satışı, idxalı və ixracı istisna olmaqla).
2. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmayan və qanunla dövriyyəsi qadağan edilən silahlar, onların sursatları.
3. Dövlət hakimiyyəti orqanlarının rabitə şəbəkəsi, müdafiə, təhlükəsizlik və asayişi mühafizə ehtiyacları üçün nəzərdə tutulan rabitə şəbəkələri.
4. Müdafiə, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat, hərbi əks-kəşfiyyat orqanlarının, müvafiq icra hakimiyyəti orqanının təhlükəsizliyini təmin edən orqanın, xüsusi rabitə və informasiya təhlükəsizliyi, strateji obyektlərin mühafizəsi orqanlarının şəxsi heyətinin xüsusi ləvazimatı və onların istehsalına və işlədilməsinə dair normativ-texniki sənədlər.
5. Hərbi səfərbərlik təyinatlı əmlak.
7. Dövlət kəmiyyət vahidləri etalonları.
8. Dövlət, peşə, qulluq, bank, istintaq və məhkəmə sirləri, şəxslərin şəxsi və ailə həyatına dair məlumatları əks etdirən sənədlər.
9. Azərbaycan Respublikasının qızıl ehtiyatı və əyar damğası.
10. Pulların və poçt ödənişi nişanlarının buraxılması üçün avadanlıq.
11. Qanunla Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr, psixotrop maddələr.
12. İnsan orqanı və (və ya) toxumaları (alqı-satqısına münasibətdə).
13. Tətbiqi müəyyən edilmiş qaydada qadağan edilmiş dərman vasitələri, dərman maddələri və tibb vasitələri.
14. Rəsmi sənədlər, şəxsiyyəti təsdiq edən sənədlər, Azərbaycan Respublikasının dövlət təltifləri.
15. Dövlət arxiv fondunun sənədləri.
16. Hazırlanmasının və ya uyğunlaşdırılmasının əsas məqsədi kibercinayətlər törətmək olan qurğular və ya kompyuter proqramları.
17. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 13.1-ci maddəsində nəzərdə tutulmuş genetik modifikasiya olunmuş orqanizmlər və yem məhsulları istisna olmaqla, elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan genetik modifikasiya olunmuş bitkilər, həmçinin müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materialları.
18. Elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan, genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan qida məhsulları.
19. Diametri 0,5 mm-dən az olan sintetik təkqat saplardan toxunmuş və dəliklərin konstruktiv ölçüləri 120 mm-dən kiçik ilgəkli balıqtutan torlar.
20. Keçirici naqillərlə birləşdirilmiş elektrik siqnal generatoru və akkumulyatordan (batareya) ibarət, balıq və digər su bioresurslarını elektrik cərəyanı vasitəsilə ovlamaq üçün istifadə edilən balıqtutan cihazlar.
21. Asbest və tərkibində asbest olan materiallar.
22. Elektron siqaretlər və onların komponentləri.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 dekabr 2003-cü il
1. 30 dekabr 2005-ci il tarixli 48-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 73)
2. 17 aprel 2007-ci il tarixli 320-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 562)
3. 29 iyun 2012-ci il tarixli 409-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 iyul 2012-ci il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 07, maddə 670)
4. 29 oktyabr 2013-cü il tarixli 801-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 noyabr 2013-cü il, № 261; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1315)
5. 2 may 2014-cü il tarixli 950-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 iyun 2014-cü il, № 117, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 06, maddə 601)
6. 7 aprel 2017-ci il tarixli 561-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 may 2017-ci il, № 107, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 692)
7. 25 aprel 2017-ci il tarixli 654-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 iyun 2017-ci il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1039)
8. 31 oktyabr 2017-ci il tarixli 849-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 10 dekabr 2017-ci il, № 273, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab maddə 2216)
9. 22 iyun 2022-ci il tarixli 555-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 1 avqust 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 823)
10. 2 dekabr 2022-ci il tarixli 668-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 14 yanvar 2023-cü il, “Azərbaycan” qəzeti, 15 yanvar 2023-cü il, № 9, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 1, maddə 21)
11. 30 dekabr 2022-ci il tarixli 789-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 20 fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 21 fevral 2023-cü il, № 39, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 2, maddə 210)
12. 23 aprel 2024-cü il tarixli 1142-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 3 iyun 2024-cü il, “Azərbaycan” qəzeti, 4 iyun 2024-cü il, № 116, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 6, I kitab, maddə 631)
13. 28 iyun 2024-cü il tarixli 1192-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 17 avqust 2024-cü il, “Azərbaycan” qəzeti, 18 avqust 2024-cü il, № 176, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 8, maddə 933)
14. 10 fevral 2026-cı il tarixli 352-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 20 fevral 2026-cı il, “Azərbaycan” qəzeti, 21 fevral 2026-cı il, № 34, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 2, maddə 109)
15. 14 iyul 2026-cı il tarixli 470-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 3 avqust 2026-cı il, “Azərbaycan” qəzeti, 4 avqust 2026-cı il № 137)