1.1. "Mülki hava gəmilərin Dövlət qeydiyyatı və uçuşa yararlığı haqqında Şəhadətnamənin verilməsi qaydaları"nın(irəlidə-Qaydalar)bu ikinci nəşri Azərbaycan Respublikası hava məcəlləsini tələblərinə, Beynəlxalq Mülki Aviasiya Təşkilatının(İKAO)7 dekabr 1944-cü ildə imzalanan "Beynəlxalq mülki aviasiya Haqqında"-Çikaqo Konvensiyasın 7-ci Əlavədə şərh olunmuş tələblərə və Azərbaycan Respublikasının iştirakçı olduğu beynəlxalq müqavilələrin müddəaları nəzərə alınmaqla qüvvədə olan normativ aktların tələblərinə uyğun hazırlanmışdır.
Bu Qaydalar uçuşların yerinə yetirilməsi üçün nəzərdə tutulmuş mülki hava gəmilərinin qeydiyyatı, mülki hava nəqliyyatının dövlət qeydiyyatı haqqında Vəsiqənin tərtibi və verilməsi, onların rəngi, bort işlənmə nişanlarının və Azərbaycan Respublikasının dövlət simvollarının verilməsi və vurulması, mülki hava gəmisinin uçuşa yararlığı haqqında Vəsiqənin, mülki hava gəmisinin yararlığı haqqında ixracat vəsiqəsinin verməsi və həmin vəsiqələrin müddətinin uzadılması qaydalarını belə hava gəmilərinin Dövlət reyestrindən çıxarılması qaydalarını müəyyən edir.
Bu qaydalar Azərbaycan Respublikası müdafiə, daxili işlər, milli təhlükəsizlik nazirliklərinin hava gəmiləri, habelə digər nazirliklərin dövlət komitələrinin və baş idarələrin aviasiya texnikası və digər texnika sahəsində təcrübə-konstruktor, sınaq və elmi tədqiqat işləri üçün nəzərdə tutulmuş hava gəmiləri istisna edilməklə, bütün mülki hava gəmilərinə, habelə meteoroloji məqsədlə istifadə edilən balon-pilotlara və idarə edilməyən pilotsuz, faydalı yüksüz aerostatlara şamil edilir.
1.2. Mülki hava gəmilərinini dövlət qeydiyyatının məqsədi Azərbaycan Respublikasının hava məkanında və onun hüdudlarından kənarda uçuşları yerinə yetirən Azərbaycan Respublikasının bütün mülki hava gəmilərinin uçotunu aparmaqdan ibarətdir.
Azərbaycan Respublikası müdafiə, daxili işlər və milli təhlükəsizlik nazirliklərinin, hava gəmiləri, habelə digər nazirliklərin, dövlət komitələrinin və baş idarələrin aviasiya texnikası və digər texnika sahəsində təcrübə-konstruktor, sınaq və elmi tədqiqat işləri üçün nəzərdə tutulmuş hava gəmiləri mülki hava gəmilərinə aid deyildir.
1.3. Uçuş yararlığı Sertifikatı (attestatı) olan və mülki aviasiyada uçuşlara buraxılan bütün mülki hava gəmiləri hansı dövlətdə istehsal edildiyindən asılı olmayaraq dövlət qeydiyyatından keçməlidir.
1.4. Dövlət qeydiyyatını(Azərbaycan Respublikasının mülki hava gəmilərinin dövlət reyestrinə daxil edilməsini) Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət orqanı-"Azərbaycan Hava Yolları" Dövlət Konserni həyata keçirir.
1.5. Dövlət reyestrinə daxil edilmiş hər bir mülki hava gəmisinə dövlət(milli) və qeydiyyat tanınma nişanları və hava gəmisinin dövlət qeydiyyatı haqqında Şəhadətnamə verilir (əlavə 2)
Dövlət reyestrinə daxil edilmiş hava gəmisi istər Azərbaycan Respublikasının hava məkanında, istərsə də onun hüdudlarından kənarda qoyulmuş qaydada uçuşa buraxılır.
1.6. Mülki hava gəmisinin dövlət qeydiyyatı haqqında Şəhadətnamə mülki hava gəmisinin xidmətinin bütün təqvim müddətinə verilir.
Mülki hava gəmisinin dövlət qeydiyyatı haqqında; Şəhadətnamə uçuş zamanı hava gəmisinin bortunda olmalıdır.
Bu qaydaların 3-cü bölməsinin 3,4 bəndində şərh edilmiş hallar istisna olmaqla, Dövlət qeydiyyatı haqqında Şəhadətnaməsi olmayan hava gəmisinin uçuşları qadağandır.
1.7. Hava gəmisi Azərbaycan Respublikası mülki hava gəmilərinin Dövlət reyestrinə daxil edildiyi andan Azərbaycan Respublikası bu gəmi barəsində xarici dövlətlərin hava gəmiləri reyestrlərində əvvəllər aparılmış qeydlərin hamısını etibarsız sayır.
Eynilə Azərbaycan Respublikasının Mülki I gəmilərinin Dövlət reyestrimdən müəyyən edilmiş qaydada çıxarılmayan hava gəmisinin başqa dövlətin reyestrinə daxil edilməsi etibarsız sayılır.
Hava gəmisinin Azərbaycan Respublikasının mülki hava gəmilərin dövlət reyestrindən çıxarılması haqqında qeyd onun digər dövləti reyestrinə daxil edildiyi gündən etibarlı sayılır.
1.8. Mülki hava gəmilərinin dövlət qeydiyyatı üçün təqdim edilən və dövlət qeydiyyatın alınması barədə sənədlər hava gəmilərinin bütün istismar müddəti ərzində saxlanmalıdır.
1.9. Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət orqanına təqdim edilən sənədlərin dürüstlüyü üçün onları təqdim etmiş hüquqi və ya fiziki şəxslər məsuliyyət daşıyırlar.
1.10. İstismarçı və mülki hava gəmilərinin mülkiyyətçiləri hava gəmilərinin uçuş yararlılığı normalarına və Dövlət qeydiyyatı haqqında şəhadətnamənin müddəalarına ciddi əməl etməlidir. Qeyd edilən sənədlərin korlanması və ya itirilməsi məsuliyyətə səbəb olur.
1.11. Bu qaydalar Azərbaycan Respublikasının mülki hava gəmilərinin bütün sahibləri və istismarçıları tərəfindən mütləq yerinə yetirilməlidir.
2.1. Mülki hava gəmisinin dövlət qeydiyyatı yalnız onun bu tipinin uçuş yararlığı Sertifikatı(attestatı) olduqda və "həmin hava gəmisinin nümunəsi istehsalçı dövlətin səlahiyyətli orqanı tərəfindən mülki aviasiyada uçuşlara buraxıldıqda habelə hava gəmisinin həmin tipinin respublikada istismara buraxılması haqqında Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət orqanının əmri olduqda həyata keçirilir.
2.2. Hava gəmisinin Dövlət reyestrinə daxil edilməsi üçün hava gəmisinin sahibi və ya istismarçısı hava gəmisini aldıqdan və texniki baxış keçirdikdən sonra onun qeydə alınması və Dövlət qeydiyyatı haqqında Şəhadətnamə verilməsi haqqında Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət orqanına ərizə verir(Əlavə N 1).
Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:
- hava gəmisi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlər və ya onların notarial qaydada təsdiq edilmiş surətləri (alqı-satqı müqaviləsi, ödəmə tapşırıqları və s);
- hava gəmisi nümunəsinin uçuş yararlığı sertifikatı;
- hava gəmisinin təhvil-təslim aktı (Əlavə N 3);
-" hava gəmisinin texniki vəziyyətinin yoxlanılması və uçuşlara yararlığının müəyyənləşdirilməsi haqqında akt"(Əlavə N 4) və hava gəmisinin texniki sazlığı və istismara yararlığı haqqında Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət orqanının baş mühəndisinin (və ya onun vəzifələrini icra edən AMX vəzifəli şəxsinin) rəyi. Baş mühəndisin imzası Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət orqanının gerbli möhürü ilə təsdiq edilir.
Qeyd: 1. Hava gəmisinin mülkiyyətçisi müxtəlif fizika və ya hüquqi şəxslər olduqda yuxarıda göstərilən sənədlərdən savayı mülkiyyətçi ilə istismarçı arasında bağlanmış icarə (lizinq, birgə fəaliyyət, birgə istismar və s.) müqaviləsi də təqdim edilməlidir.
2. Hava gəmiləri istehsalçı zavoddan, habelə istismarda olduğu idarə və dövlətlərdən alındıqda, onların qeydiyyatı üçün istismarçı Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət orqanının qoyduğu qaydada rəsmiləşdirilmiş əlavə sənədləri təqdim etməlidir Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət orqanının hava gəmisinin texniki vəziyyətinə və üzərində mülkiyyət hüququna dair başqa sənədləri də ərizəçidən tələb etmək ixtiyarı vardır.
2.3. Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət orqanı hava gəmisi sahibinin(istismarçısının) ərizəsi əsasında hava gəmisini dövlət reyestrinə daxil edir və mülki hava gəmisinin Dövlət qeydiyyatı haqqında Şəhadətnamə verir.
Şəhadətnamə Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət orqanının gerbli möhürü ilə təsdiq edilir.
2.4. Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət orqanı hər bir hava gəmisini Dövlət reyestrinə daxil edərkən ona dövlət(milli) və qeydiyyat tanınma nişanları verir. Bu nişanlar qeydiyyat haqqında Şəhadətnaməyə daxil edilir və hava gəmisinin müvafiq hissələrinin üzərinə çəkilir(bu qaydaların 9-cu bölməsi)
2.5. Başqa idarələrdən istismar üçün daxil olan və Dövlət qeydiyyatına daxil edilməyən qəbul edilmiş konstruksiyalı hava gəmisi bu Qaydaların 7.5 bölməsinə uyğun surətdə verilmiş Hava gəmisinin uçuşlara yararlığı haqqında Müvəqqəti Vəsiqə ilə uçuşları yerinə yetirir.
2.6. Dövlət qeydiyyatı və bu qaydalarla nəzərdə tutulmuş müvafiq Şəhadətnamə və Vəsiqələrin verilməsi proseduru ödənişli qaydada həyata keçirilir.
Müvafiq Şəhadətnamə və Vəsiqənin verilməsinə görə ödəniş miqdarı qanunvericiliklə müəyyən edilir.
3.1. Hava gəmisinin qeydiyyatı haqqında Şəhadətnamə aşağıdakı hallarda dəyişdirilir, dublikat verilir və dəyişiklik aparılır:
- hava gəmisinin mülkiyyətçisi və ya istismarçısı dəyişdikdə;
- hava gəmisinin görkəmi dəyişdirildikdə;
- Şəhadətnamənin korlanması ilə nəticələnən aviasiya qəzası və ya bədbəxt hadisə baş verdikdə;
- Qeydiyyat haqqında Şəhadətnamə itdikdə.
3.1.1. Hava gəmisinin mülkiyyətçisi və ya istismarçısı dəyişdikdə hava gəmisinin qeydiyyatı haqqında Şəhadətnamənin xüsusi bölməsində qeyd aparılır və buna görə də Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət orqanına aşağıdakı sənədlər təqdim olunur:
- qeydiyyat haqqında Şəhadətnamədə səbəbi əsaslandırılmış dəyişikliklər edilməsi haqqında ərizə(Əlavə 5);
- hava gəmisinin alqı-satqı müqaviləsinin, ödəmə tapşırıqlarının, hava gəmisi üzərində fiziki və ya hüquqi şəxsin mülkiyyət hüququnu təsdiq edən (Şəhadətnaməni dəyişdirməyə mülkiyyətçinin dəyişməsi səbəb olduqda) digər sənədlərin surətləri;
- hava gəmisinin yeni istismarçıya verilməsi haqqında (Şəhadətnaməni dəyişdirməyə istismarçının dəyişməsi səbəb olduqda)təhvil-təslim aktının surəti;
- hava gəmisinin yeni sahibinin və ya istismarçısının təşkil etdiyi komissiya tərəfindən, Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət orqanının Avia-texniki mərkəzinin(ATM) nümayəndələrin zəruri iştirakı ilə hazırlanmış hava gəmisinin texniki vəziyyətinin yoxlanması və uçuşlara yararlığının müəyyənləşdirilməsi haqqında akt.
Komissiyanın sədri ATM rəisi və ya baş mühəndisi təyin edilir.
3.1.2. Yenidən avadanlaşdırıldıqdan (modifikasiya aparıldıqdan)sonra hava gəmisinin təyinatı dəyişdikdə, istismarçı qeydiyyat haqqında Şəhadətnamənin dəyişdirilməsi üçün aşağıdakı sənədləri təqdim etməlidir:
- qeydiyyat haqqında Şəhadətnamənin dəyişdirilməsi barədə ərizə;
- hava gəmisinin texniki vəziyyətinin yoxlanması və uçuşlara yararlığının müəyyənləşdirilməsi haqqında akt:
- hava gəmisini yenidən avadanlaşdırmaq hüququna dair Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edəm dövlət orqanının təsdiq etdiyi sənəd;
hava gəmisinin yenidən avadanlaşdırılması (modifikasiyası)üzrə görülmüş işlər haqqında akt.
Bu təqdirdə Mülki hava gəmilərinin sertifikasiyası qaydalarına əsasən hava gəmisinin görkəmi dəyişdikdə (modifikasiya aparıldıqda) o, hava gəmisinin tipi kimi sertifikasiyadan keçib istismara buraxılmalıdır.
Sınaqların sertifikasiya üçün zəruri həcmini istehsalçı zavod və Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət orqanı müəyyən edir.
3.1.3. Qeydiyyat haqqında Şəhadətnamə qərəzsiz korlandıqda dəyişdirilməli və bundan ötrü istismarçı Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət orqanına Şəhadətnamənin dəyişdirilməsi haqqında ərizə və hava gəmisinin texniki vəziyyətinin yoxlanması və hava gəmisinin uçuşlara yararlığının müəyyənləşdirilməsi haqqında akt təqdim etməlidir.
3.1.4. Qeydiyyat haqqında Şəhadətnamə itdikdə və ya oğurlandıqda hava gəmisinin istismarı dərhal, Şəhadətnamənin Dublikatı alınanadək dayandırılır.
Şəhadətnamənin dublikatı istismarçı bu qaydaların 3.1.3. bəndində nəzərdə tutulan sənədləri Şəhadətnamənin itməsi və ya oğurlanması faktın dair xidməti təhqiqat materialları ilə birlikdə təqdim etdikdən sonra, Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət orqanı tərəfindən verilir.
3.2. Qeydiyyat Haqqında Şəhadətnaməyə dəyişikliklər edilməsinin və ya onun dəyişdirilməsinin tələb edildiyi bütün hallarda, habelə istismar edən təşkilatda qanunvericiliklə müəyyən olunmuş qaydada istismarçı Şəhadətnaməsini (Sertifikatı) ləğv edildikdə və ya qüvvədə olma müddəti dayandırıldıqda Qeydiyyat haqqında Şəhadətnamə qüvvəsini itirir və yeni mülkiyyətçiyə yaxud da istismarçıya vermək hüququ olmadan 10 gün müddətinə Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət orqanına qaytarılmalıdır.
Qeyd: Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət orqanı tərəfindən hər hansı səbəblərdən qüvvəsini itirmiş hesab edilən Qeydiyyat haqqında Şəhadətnamələr də, 10 gün müddətinə Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət orqanına göndərilir.
2. hava gəmisinin verilməsi haqqında" bölməsi tam doldurulmuş Qeydiyyat haqqında Şəhadətnamə növbəti dəfə dəyişdirilərkən nə mülkiyyətçiyə də istismarçıya verilmir, hava gəmisinin digər qeydiyyat sənədləri ilə saxlanmaq üçün qalır.
3.3. Mülki hava gəmisinin qeydiyyat aktı əmlakın verilməsi haqqında razılaşmanın qeydiyyat aktı deyilir. Mülki hava gəmisinin qeydiyyatı haqqında Şəhadətnamə gəmi sənədidir, fiziki və ya hüquqi şəxsin hava gəmisi üzərində mülkiyyət hüququnu təsdiq edə bilməz.
3.4. Mülki hava gəmisinin qeydiyyatı haqqında Şəhadətnamə və hava gəmisinin uçuşlara yararlığı haqqında daimi vəsiqə olmadan hava gəmisinin uçuşlarına icazə verildiyi hallar.
Dövlət qeydiyyatı haqqında şəhadətnaməsi və uçuşlara yararlığı haqqında daimi vəsiqəsi olmayan hava gəmisinin uçuşlarına yalnız aşağıdakı hallarda icazə verilir:
3.4.1. hava gəmisi Dövlət reyestrinə salınmazdan əvvəl istehsalçı zavoddan gətirilərkən və istismar edilərkən, bortunda həmin hava gəmisi nümunəsi üçün istehsalçı zavodun verdiyi uçuş yararlığı Sertifikatı, istehsalçı zavodun və qəbul edən müəssisənin məsul nümayəndəsi tərəfindən imzalanan, istehsalçı zavodun möhürü ilə təsdiqlənən hava gəmisinin təhvil-təslim aktı, habelə uçuşa danır tapşırıq olmalıdır.
Hava gəmisi nümunəsi üçün uçuş yararlığı Sertifikatı hava gəmisini Sertifikatın verildiyi tarixdən iki ay ərzində istismar etmək hüququ verir.
3.4.2. İstehsalçı zavoddan istismara konteynerdə daxil olmuş hava gəmisi yığıldıqdan sonra sahibinin(istismarçısının) ekipajı tərəfindən hava gəmisinin texniki vəziyyətinin yoxlanması və uçuşlara yararlığının uçuşlara yararlığının müəyyənləşdirilməsi aktı və uçuşa dair tapşırıq əsasında ilkin uçuş sınağından keçirilir.
Həmin uçuşdan sonra Uçuş sınaqları anketi(Əlavə N 7) doldurulur, daha sonra ATM(aviaşirkətin, müəssisənin ATV) rəhbəri hava gəmisinin uçuşlara. yararlığı haqqında bir ay üçük Müvəqqəti Vəsiqə verir və Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət orqanına hava gəmisinin qeydiyyatı haqqında ərizə göndərir.
3.4.3. Hava gəmisi aviasiya təmiri zavodundan (müəssisəsindən)və ya başqa müəssisələrdən daimi baza yerinə sürüldükdə, bortunda təhvil verən və təhvil alan tərəflərin imzaladığı, üzərinə təhvil verən tərəfin təsdiq möhürü vurulduğu təhvil-təslim aktı və uçuşa dair tapşırıq olmalıdır.
Belə hava gəmisinin istismarı daimi gəmi sənədləri tərtib edilənədək hava gəmisinin bir ay ərzində uçuşlara yararlığı haqqında Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət orqanının verdiyi Müvəqqəti Vəsiqə ilə həyata keçirilir.
Hava gəmisinin uçuşlara yararlığı haqqında Müvəqqəti Vərəqənin müddətinin uzaldılması və təkrar verilməsi qadağandır.
3.4.4. Başqa dövlətə icarəyə(lizinqə)verilən və ya satılan hava gəmisi Azərbaycan Respublikasının Dövlət reyestrindən çıxarılaraq sürülərkən, bortunda Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət orqanının daimi gəmi sənədlərini alıb götürdükdən sonra bu Qaydaların 8-ci bölməsinə uyğun surətdə verdiyi hava gəmisinin uçuşa yararlığı haqqında İxracat Vəsiqəsi olmalıdır (Əlavə N13)
3.4.5. Azərbaycan Respublikasının istismarçı aviaşirkəti tərəfindən xaricdə icarəyə götürülən, icarəyə verən ölkənin reyestrindən çıxarılmaqla baza yerinə sürülərkən bortunda icarəyə verən ölkənin mülki aviasiyasının səlahiyyəti orqanının verdiyi hava gəmisinin uçuş yararlığı haqqında İxracat Vəsiqəsi(Sertifikatı) olmalıdır.
4.1. Azərbaycan Respublikasının dövlət reyestrinə daxil edilmiş mülki hava gəmisi aşağıdakı hallarda reyestrdən çıxarıla bilər:
- hava gəmisi hesabdan silindikdə və ya istismardan çıxarıldıqda;
- hava gəmisi xarici dövlətə, xarici hüquqi və ya fiziki şəxsə satıldıqda icarəyə(lizinqə) və ya başqa şəkildə verildikdə.
4.2. Hava gəmisinin hesabdan silinməsinə və ya istismardan çıxarılmasında dair materiallar hava gəmisinin resursu işlənib qurtardığı və ya uçuş yaradığının itirdiyi gündən bir ay müddətinə Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət orqanın təqdim olunmalıdır.
4.3. Hesabdan silinmiş, istismardan çıxarılmış, başqa dövlətə verilmiş hava gəmisinin qeydiyyatı haqqında Şəhadətnamə və uçuşlara yararlı olması haqında Vəsiqə qüvvəsini itirir və hesabdan silinmək üçün hava gəmisinin Dövlət reyestrindən çıxarılması haqqında ərizə ilə birlikdə Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət orqanına qaytarılmalıdır(Əlavə N II)
Qeyd: hava gəmisi nümunəsinin uçuş yararlığı Sertifikatı onu vermiş orqana hesabdan silinmək üçün qaytarılmalıdır.
4.4. Hava gəmisinin Dövlət qeydiyyatı haqqında Şəhadətnamə və uçuşlara yararlığı haqqında Daimi Vəsiqənin verilməsi üçün Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət orqanına təqdim olunmuş sənədlər beş il, Müvəqqəti Vəsiqə üçün təqdim olunanlar isə bir il Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət orqanında saxlanır.
Qeyd edilən müddət bitdikdən sonra həmin sənədlər qanunvericiliklə müəyyən olunmuş qaydada ləğv edilir.
4.5. Hava gəmisi Dövlət reyestrindən çıxarıldıqdan sonra çıxarılma üçün materialları təqdim etmiş fiziki və hüquqi şəxslərə çıxarılması barədə Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət orqanı tərəfindən imzalanmış və möhürlə təsdiqlənmiş Şəhadətnamə (Əlavə N 14) göndərilir.
5.1. Azərbaycan Respublikasında istismarçı aviaşirkətlər tərəfindən icarə(lizinq) şərtləri ilə istismar edilən və icarəyə verən ölkənin Mülki hava gəmilərinin Dövlət reyestrindən çıxarılan bütün hava gəmiləri icarə müddətindən asılı olmayaraq" hava gəmilərinin icarəsi (lizinqi), girələnməsi, birlikdə işlədilməsi və kodlardan birgə istifadə haqqında əsasnamənin 9-cu bölməsində müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının hava gəmilərinin Dövlət reyestrinə daxil edilməlidir.
5.2. Azərbaycan Respublikasında istismarçı aviaşirkətlər tərəfindən icarə (lizinq) şərtləri ilə istismar olunan, icarəyə verən ölkənin mülki hava gəmilərinin Dövlət reyestrindən çıxarılmayan bütün hava gəmiləri icarə müddətindən asılı olmayaraq, "hava gəmilərinin icarəsi (lizinqi), girələnməsi, birlikdə işlədilməsi və kodlardan birgə istifadə haqqında Əsasnamənin 10-cu bölməsində müəyyən edilmiş qaydada uçota alınmalıdır.
6.1. Hava gəmisi Azərbaycan Respublikasının ərazisində başqa istismarçıya (lizinqə) verilərkən bu qaydaların 3.1.1. bəndinə uyğun surətdə yeni istismarçının adına yenidən qeydə alınmalıdır.
6.2. Hava gəmisi Azərbaycan Respublikasının tanınma nişanları ilə uçuşlar yerinə yetirmək hüquqi ilə başqa dövlətə icarəyə (lizinqə) verildikdə, Dövlət reyestrindən çıxarılmır, istismarçı (icarəyə verən) isə icarə(lizinq)müqaviləsinin surətini və hava gəmisinin xaricdə olduğu müddətin göstərildiyi məlumatı Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət orqanına təqdim edir və bu barədə Dövlət reyestrində və Qeydiyyat haqqında Şəhadətnamədə müvafiq qeyd aparılır.
6.3. Hava gəmisi Dövlət reyestrindən çıxarılaraq Azərbaycan Respublikasından kənara icarəyə (lizinqə) verildikdə və ya satıldıqda, icarəyə verən (satıcı) hava gəmisinin Qeydiyyat Şəhadətnaməsi və uçuşlara yararlığı haqqında Daimi Vəsiqə əvəzinə, hava gəmisinin icarəyə götürənin ölkəsinə ixrac edildiyi dövr üçün Hava gəmisinin uçuş yararlığına dair İxracat Vəsiqəsi və reyestrindən çıxarılma barədə Vəsiqə almaq üçün Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət orqanına bu Qaydaların 8.4. bəndində nəzərdə tutulan sənədləri təqdim edir.
6.4 İcarəyə verən icarədə olan və ya sıradan çıxan hava gəmisini müqaviləyə (kontrakta)əsasən eyni tipli saz hava gəmisinə dəyişməli olduqda aşağıdakı qaydanı rəhbər tutmalıdır:
- hava gəmisi qeydiyyata götürülmədən hava gəmisinin texniki vəziyyəti və uçuşlara yararlığı qiymətləndirilməklə təhvil-təslim aktı üzrə 20 gün müddətində dəyişdirilir;
- hava gəmisi 20 kündən artıq müddətə dəyişdirildikdə bu Qaydaların 8.4 bəndində göstərilən qaydada yenidən qeydə alınır.
6.5. Hava gəmisinin Azərbaycan Respublikasının Dövlət reyestrindən çıxarılmaqla icarəyə (lizinqə) verildiyi bütün hallarda müqavilədə (kontraktda) hava gəmisinə kimin tanınma nişanlarının çəkiləcəyi, uçuşların təhlükəsizliyinin təmin edilməsi və hava gəmisinin uçuş yararlığının saxlanmasına nəzarət üçük tərəflərdən hansının məsuliyyət daşıması haqqında tam aydın müddəalar olmalıdır.
6.6. Hava gəmisinin icarəyə götürən dövlətdə baza yeri olmaqla icarəyə (lizinqə) verildiyi bütün hallarda icarəyə verən Azərbaycan Respublikasının və icarəyə verən ölkənin mülki aviasiyanı idarə edən dövlət orqanları arasında imzalanmış həmin hava gəmisinin uçuş yararlığının saxlanması və təhlükəsiz istismarına nəzarətin təşkili üçün məsuliyyət bölgüsü haqqında sazişi sənədlərə əlavə edir.
7.1. Azərbaycan Respublikasının Dövlət reyestrinə daxil edilmiş hər bir mülki hava gəmisinin bortunda uçuşlara yararlığı haqqında Daimi Vəsiqəsi olmalıdır.
Həmin hava gəmisi uçuşlar yararlığı haqqında qüvvədə olan daimi və ya müvəqqəti Vəsiqəsi olmadıqda,bu Qaydaların 3-cü bölməsinin 3.4. bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla uçuşlara buraxılmır.
7.2. Başqa ölkənin Dövlət reyestrinə daxil edilən və Azərbaycan Respublikasının ərazisi üzərində müntəzəm, karter və ya epizodik reysləri həyata keçirən hava gəmisinin bortunda bu dövlətin müvafiq orqanı tərəfindən verilən hava gəmisinin uçuşlara yararlığı haqqında Vəsiqəsi olmalıdır.
7.3. Uçuş yararlığı haqqında Sertifikat, hava gəmisinin dövlət qeydiyyatı haqqında Şəhadətnamə, habelə Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət orqanı rəhbərinin həmin hava gəmisinin Azərbaycan Respublikasında istismara buraxılması haqqında əmri olduqda, hava gəmisinin sahibinin (istismarçısının) ərizəsi (Əlavə N 6) və hava gəmisinin texniki vəziyyətinin yoxlanılması və uçuşlara yararlığının müəyyənləşdirilməsi haqqında AKT əsasında hava gəmisinin uçuşlara yararlı olması haqqında Vəsiqə verilir və onun qüvvədə olma müddəti uzadılır
7.4. Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət orqanı hava gəmisinin uçuşlara yararlığı haqqında Vəsiqəni verir, dəyişdirir yoxlayır və qüvvədə olma müddətini uzadır.
7.5. Azərbaycan Respublikasının hava gəmisinin yararlığı haqqında Vəsiqə aşağıdakı hallarda qüvvəsini itirir və qüvvədə olma müddəti dayandırılır və ya ləğv edilir.
- Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət orqanı hava gəmisinin uçuş yararlığı Sertifikatının qüvvəsini dayandırdıqda və ya onu ləğv etdikdə;
- Səlahiyyətli orqan həmin hava gəmisi tiplərinin bütün parkının, seriyasının və ya nümunəsinin istismarını müvəqqəti və ya həmişəlik dayandırmağı qərara aldıqda;
- hava gəmisinin uçuş yararlığının pozulması ilə nəticələnən aviasiya qəzası və ya zədələnmə baş verdikdə;
- istismar və təmir prosesində uçuş yararlığının, o cümlədən məcburi tamamlama və nəzarət yoxlama işlərinin pozulması halları aşkara çıxarıldıqda;
- hava gəmisinin qeydiyyat tanınma nişanları(nişanı) dəyişdikdə;
- hava gəmisinin yararlığı müddəti bitdikdə;
- hava gəmisinin Dövlət qeydiyyatı haqqında Şəhadətnamə itdikdə;
- hava gəmisi Azərbaycan Respublikasının Dövlət reyestrindən çıxarıldıqda.
Hava gəmisinin uçuşlara yararlığı haqqında Vəsiqənin qüvvəsinin dayandırılması ilə nəticələnmiş səbəblər aradan qaldırıldıqdan sonra Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət orqanı həmin Vəsiqənin qüvvəsini bərpa edir və ya onu dəyişdirir.
7.6. Bu Qaydaların 7.5 bəndində sadalanan bütün hallarda (8-ci yarımbəndən başqa)sahib(istismarçı) həmin hava gəmisində uçuşları dərhal dayandırmalı və yalnız hava gəmisinin uçuşlara yararlığı haqqında vəsiqənin qüvvəsinin itməsinin səbəbləri aradana qaldırıldıqdan sonra Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət orqanı qarşısında həmin Vəsiqənin qüvvəsinin bərpa edilməsi və ya dəyişdirilməsi haqqında vəsatət qaldırmalıdır.
Bu Qaydaların 7.5 bəndinin 4,6 və 7-ci yarımbəndlərinin pozulmasında təqsirkar şəxslər mövcud qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb edilir.
7.1.1. Hava gəmisinin uçuşlara yararlığı haqqında Vəsiqə 8 №-li Əlavədə göstərilən nümunə üzrə Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət orqanı tərəfindən hava gəmisinin üç ildən artıq olmayan istismar müddəti üçün birinci və ya növbəti təmirədək verilir.
Bütün hallarda hava gəmisinin uçuşlara yaralığı haqqında Vəsiqənin qüvvədə olma müddəti uçuş yararlığı Sertifikatının qüvvədə olma müddətindən artıq olmalıdır.
7.1.2. Hava gəmisinin uçuşlara yararlığı haqqında Vəsiqə Dövlət qeydiyyatı haqqında Şəhadətnamənin və Uçuş yararlığı haqqında Sertifikatının mövcudluğu şərtilə hava gəmisinin uçuş yararlığı haqqında Vəsiqənin verilməsi üçün sahibinin (istismarçısının)ərizəsi və hava gəmisinin texniki vəziyyətinin yoxlanması və uçuşlara yararlığının müəyyənləşdirilməsi aktı əsasında rəsmiləşdirilir.
7.1.3. Aşağıdakılar hava gəmisinin uçuşlara yararlığı haqqında Vəsiqə almaq üçün ərizə ilə müraciət etməyə əsas verir:
- istehsalçı zavodda - sifarişçinin nümayəndəsi tərəfindən verilən. hava gəmisinin uçuşlara yararlı olması haqqında Müvəqqəti Vəsiqə;
- hava gəmisi başqa müəssisədən və ya sahibdən daxil olduqda təhvil verən və təhvil alan müəssisələrin nümayəndələrinin imzaladığı və üzərində təhvil verən müəssisənin təsdiq möhürü olan Təhvil-təslim aktı;
- hava gəmisi təmirdə olmuşdursa, onun formulyarında aparılmış qeyd. Təmir müəssisənin qeydi texniki təmir sənədlərində nəzərdə tutulan işlərin və hava gəmisinin həmin nümunəsinin növbəti təmirədək resursu və xidmət müddəti göstərilməklə, bütün məcburi tamamlama işlərinin yerinə yetirildiyini təsdiqləyir.
Qeyd: Hava gəmisinin uçuşlara yararlığı haqqında Vəsiqənin verilməsi və qüvvədə olma müddətinin uzadılması üçün bütün hallarda ərizəyə hava gəmisinin texniki vəziyyətinin yoxlanması və uçuşlara yararlığının müəyyənləşdirilməsi aktı əlavə edilməlidir.
7.1.4. Hava gəmisinin uçuşlara yararlığı haqqında Vəsiqənin hərf literindən və sıra nömrəsindən ibarət qeydiyyat nömrəsi olmalıdır.
7.2.1. Hava gəmisinin istismarı prosesində və təmirdən sonra onun uçuşlara yararlığı haqqında Daimi Vəsiqənin qüvvədə olma müddətini Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət orqanı hava gəmisinin resurs qalığını və texniki vəziyyətini nəzərə alaraq birinci və ya növbəti təmirədək, lakin 3 təqvim ilindən artıq olmayan müddətə uzadır.
Vəsiqənin qüvvədə olma müddəti hava gəmisi sahibinin (istismarçısının)ərizəsi və ATM mühəndis-texniki həyatının iştirakı ilə hava gəmisi sahibinin (istismarçısının)tərtib etdiyi hava gəmisinin texniki vəziyyətinin yoxlanması və uçuşlara yararlığın müəyyənləşdirilməsi haqqında akt əsasında uzadılır.
Bu gəminin formulyarında texniki sənədlərdə nəzərdə tutulmuş işlər və həmin hava gəmisinin növbəti təmirədək resursu, xidmət müddəti göstərilməklə bütün məcburi tamamlama işlərinin yerinə yetirildiyi haqqında aparılmış qeyd təmirdən keçmiş hava gəmisinin yararlığı haqqında daimi Vəsiqənin qüvvədəolma müddətinin uzadılması üçün əlavə əsasdır.
Qeyd: hava gəmisinin yararlığı haqqında daimi Vəsiqənin qüvvədə olma müddəti uzadılarkən Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət orqanının hava gəmisinin texniki vəziyyətinin əlavə yoxlamasını aparmaq və ya hava gəmisinin sahibindən(istismarçısından)hava gəmisinin texniki vəziyyəti və onda məcburi tamamlama işlərinin görülməsi haqqında əlavə məlumat tələb etmək ixtiyarı vardır.
7.2.2. Hava gəmisinin uçuşlara yararlığı haqqında daimi Vəsiqənin qüvvədə olma müddətinin bitməsinə bir ay qalmış ATM(müəssisənin və ya aviaşirkətinin ATV) rəisi onu qüvvədə olma müddətinin uzadılması üçün Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət orqanına təhvil verir və əvəzində hava gəmisinin yararlığı haqqında daimi Vəsiqənin qüvvədə olma müddəti çərçivəsində bir ay müddətinə hava gəmisinin uçuşlara yararlığı haqqında Müvəqqəti Vəsiqə verilir.
7.2.3. Hava gəmisinin uçuşlara yararlığı haqqında daimi Vəsiqənin qüvvədə olma müddəti uzadıldığı anadək onun uçuşlarında üç aydan çox fasilə olduqda və ya təmir aparıldıqda Vəsiqənin qüvvədə olma müddəti uzadılmazdan əvvəl hava gəmisinin nəzarət uçuş sınağı keçirilməli və uçuş sınaqları anketi doldurulmalıdır.
Belə hava gəmisində sınaq uçuşları hava gəmisinin texniki vəziyyətinin yoxlanması və uçuşlara yararlığının müəyyənləşdirilməsi aktı, habelə uçuş tapşırığı əsasında yerinə yetirilir.
Qeyd: 7.2.3. bəndinin müddəaları hava gəmisinin uçuşlara yararlığı haqqında Vəsiqənin vaxtı keçən, uçuşlarında üç aydan çox fasilə olan bütün hava gəmilərinə şamil edilir.
7.2.4. Bərpa işlərinə görə yaranan fasilə səbəbindən qüvvədə olma müddəti keçmiş Uçuşlara yararlıq haqqında Daimi Vəsiqəsi olan və sınaq uçuşlarının aparılması lazım kələn hava gəmilərində hava gəmisinin texniki vəziyyətinin yoxlanması və uçuşlara yararlığının müəyyənləşdirilməsi aktı əsasında sınaq uçuşları yerinə yetirildikdən və sahib, yaxud da istismarçı Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət orqanına ərizə və hava gəmisinin texniki vəziyyətinin yoxlanması və uçuşlara yararlığının müəyyənləşdirilməsi aktını təqdim etdikdən sonra onların uçuşlara yararlığı haqqında daimi Vəsiqənin qüvvədə olma müddəti uzadılır.
7.2.5. Hava gəmisinin uçuşlara yararlığı haqqında daimi Vəsiqənin qüvvədə olma müddətinin uzadılması haqqında qeyd Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət orqanının gerbli möhürlü ilə təsdiq edilir.
7.3.1. Hava gəmisinin uçuşlara yararlığı haqqında yararsız hala düşmüş daimi Vəsiqə (zədələnmə, köhnəlib sıradan çıxma, itirilmə, qüvvədə olma müddəti uzadılması, üçün yer olmaması) sahibin (istismarçının) ərizəsi əsasında Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət orqanı tərəfindən yenisi ilə əvəz edilir.
Belə Vəsiqələrin əvəz edildiyi müddətdə hava gəmisi bu Qaydaların 7.2 bəndinin 7.2.2 yarım bəndinə əsasən verilən Müvəqqəti Vəsiqə ilə istismar olunur.
7.3.2. Hava gəmisinin uçuşlara yararlığı haqqında daimi Vəsiqə vaxtından əvvəl korlandıqda, korlanma səbəblərin təhqiq edilir və görülmüş tədbirlər haqqında məlumat korlanmış Vəsiqə, ərizə və hava gəmisinin texniki vəziyyətinin yoxlanması və uçuşlara yararlığının müəyyənləşdirilməsi aktı ilə birlikdə yeni Vəsiqə almaq üçün Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət orqanına göndərilir.
7.3.3. Hava gəmisinin sahib (istismarçısı) dəyişdikdə, hava gəmisinin uçuşlara yararlığı haqqında daimi Vəsiqə qüvvəsini itirir, yeni sahibə (istismarçıya) verilmir və Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət orqanı tərəfindən ləğv olunur.
Yeni sahib(istismarçı)bu Qaydaların 7.1 bölməsinə əsasən hava gəmisinin uçuşlara yararlığı haqqında daimi Vəsiqə verilməsi barədə Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət orqanına müraciət edir.
7.3.4. Hava gəmisinin uçuşlara yararlığı haqqında daimi Vəsiqə itdikdə, hava gəmisinin istismarı Vəsiqənin Dublikatı alınanadək dərhal dayandırılır.
Hava gəmisinin uçuşlara yararlığı haqqında Vəsiqənin Dublikatı bu Qaydaların 7.1.2 bəndinə uyğun surətdə rəsmiləşdirilir.
Hava gəmisinin uçuşlara yararlığı haqqında Vəsiqənin Dublikatının sənədləşdirməsi üçün materiallara vəsiqənin itirilməsi şəraitinin və səbəblərinin xidməti təhqiqatı haqqında, habelə təqsirkarla qarşı görülmüş tədbirlər və gəmi sənədlərinin itirməsinin istisna edən nöqsanların aradan qaldırılması haqqında məlumatlar əlavə olunur.
7.4.1. Daimi gəmi sənədləri (Qeydiyyat haqqında Şəhadətnamə və hava gəmisinin uçuşlara yararlığı haqqında Vəsiqə) olmayan hər bir mülki hava gəmisi uçuşlar yerinə yetirərkən, bortunda hava gəmisinin uçuşlara yararlığı haqqında Müvəqqəti Vəsiqə olmalıdır.
7.4.2. Hava gəmisinin uçuşlara yararlığı Haqqında Müvəqqəti Vəsiqəni aşağıdakılar verirlər:
-hava gəmisi istehsalçı zavoddan iki ay müddətinə buraxıldıqda Sifarişçinin baş nümayəndəsi;
-hava gəmisi Sifarişçinin nümayəndəsi olmayan istehsalçı zavoddan, başqa müəssisədən və ya başqa sahibdən iki ay müddətinə daxil olduqda Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət orqanı;
-hava gəmisinin uçuşlara yararlığı haqqında daimi Vəsiqə dəyişdirilərkən və daimi Vəsiqənin etibarlı olduğu müddət çərçivəsində qüvvədəolma müddəti uzadılarkən ATM (müəssisənin ATV) rəhbəri və ya aviaşirkət sahibi(istismarçısı).
7.4.3. Hava gəmisinin uçuşlara yararlığı haqqında Müvəqqəti Vəsiqə sahibin və ya istismarçının ərizəsi (Əlavə N 9) və hava gəmisinin texniki vəziyyətinin yoxlanması və uçuşlara yararlığının müəyyənləşdirilməsi Aktı əsasında verilir.
7.4.4. ATM (ATV) rəhbərinin verdiyi hava gəmisinin uçuşlara yararlığı haqqında Müvəqqəti Vəsiqə hava gəmisinin texniki vəziyyətinin Yoxlanması və uçuşlara yararlığının müəyyənləşdirilməsi aktı əsasında və hava gəmisinin uçuşlara yararlığı haqqında daimi Vəsiqəsi qüvvədəolma müddəti olduqda rəsmiləşdirilir.
7.4.5. Hava gəmisinin uçuşlara yararlığı haqqında Müvəqqəti Vəsiqənin qüvvədəolma müddətinin uzadılması və ya təkrar verilməsi qadağandır.
Hava gəmisinin uçuşlara yararlığı haqında Müvəqqəti Vəsiqənin qüvvədə olduğu vaxt ərzində Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət orqanı bu Qaydaların 7.1 bölməsinə əsasən hava gəmisinin uçuşlara yararlığı haqqında daimi Vəsiqəni rəsmiləşdirməlidir.
7.4.6. Hava gəmisinin uçuşlara yararlığı haqqında Müvəqqəti Vəsiqənin verilməsi xüsusi jurnalda qeyd edilir. Ona qeyd nömrəsi və hərf indeksi verilir.
7.4.7. Hava gəmisinin uçuşlara yararlığı haqqında Müvəqqəti Vəsiqənin qüvvədə olma müddəti bitdikdə və ya daimi gəmi sənədləri daxil olduqda Müvəqqəti Vəsiqə onu vermiş orqana qaytarılır və verildiyi kündən bir il keçəndən sonra müəyyən olunmuş qaydada hesabdan silinir.
7.5.1. Hava gəmisinin uçuşlara yararlığı haqqında Vəsiqənin bütün bəndləri aydın şəkildə və ixtisarsız doldurulur, düzəlişlərə yol verilmir.
7.5.2. Hava gəmisinin radiostansiyalarının çağırış siqnalları, SELQAL kodu və hava gəmisinin 24 bitalı ünvanı hava gəmisinin uçuşlara yararlığı haqqında Vəsiqəyə daxil edilir və Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət orqanının gerbli möhürü ilə təsdiq edilir.
7.5.3. Hava gəmisinin uçuşlara yararlığı haqqında Vəsiqədə boş hava gəmisinin (məmulatının) kütləsi və mərkəzə uyğunlaşması barədə qeyd olmalıdır.
Məlumatları aviamüəssisənin mühəndis-texniki xidməti təqdim edir.
Məmulatın istismarı prosesində (təmirdən yeni tərtibatdan və bülletenlərin icrasından sonra) kütləsinin və mərkəzə uyğunlaşma göstəricilərin dəyişməsi təmir zavodunun formulyarda etdiyi qeyd əsasında ATM (aviaşirkətin ATV) rəhbəri tərəfindən "İstismar dövründə baş vermiş dəyişikliklər" bölməsində əks etdirilir. ATM (ATV) rəhbərinin imzası gerbli möhürlə təsdiqlənir.
8.1. Hava gəmisi Azərbaycan Respublikasının Dövlət reyestrindən çıxarılmaqla və sonra ixracat qaydasında baza yerinə çatdırıldığı dövr üçün üzərinə icarəyə götürən ölkənin (satıcının)tanınma nişanları çəkilməklə başqa dövlətə satılarkən, icarəyə (lizinqə) verilərkən Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət orqanı hava gəmisinin uçuşlara yararlığı haqqında İxracat Vəsiqəsi (Sertifikatı) verir.
8.2. Hava gəmisinin uçuşlara yararlığı haqqında İxracat Vəsiqəsi (Sertirfikatı) dövlətlər arasında bağlanmış hər hansı sazişlərə və ya müqavilələrə uyğunluğu təsdiqləmir, başqa dövlətdə uçuşları yetirmək hüququ vermir yalnız hava gəmisinin yeni istismarçısının ölkəsinə gətirildiyi an üçün uçuşlara yararlığını təsdiq edir.
8.3. Hava gəmisinin uçuşa yararlığı haqqında İxracat Vəsiqəsi (Sertifikatı) verildikdən, hava gəmisinin qeydiyyatı haqqında Şəhadətnamə və uçuşlara yararlığı haqqında dakmi Vəsiqə geri alındıqdan sonra hava gəmisi Azərbaycan Respublikasının Dövlət reyestrindən çıxarılır və ərizəçiyə çıxarılma barədə Şəhadətnamə verilir.
8.4. Hava gəmisinin uçuşlara yararlığı haqqında İxracat Vəsiqəsini (Sertifikatını) almaq üçün ərizəçi tərəfindən aşağıdakı sənədlər təqdim edilməlidir:
- hava gəmisinin uçuşlara yararlığı haqqını İxracat Vəsiqəsinin (Sertifikatının) verilməsi barədə ərizə (əlavə N 12)
- hava gəmisinin satılmasına (icarəyə, lizinq verilməsinə) dair müqavilənin (kontraktın) surəti;
- hava gəmisi üzərində (satış və ya lizinq zamanı) mülkiyyət hüququnu təsdiq edən sənəd hava gəmisinin mülkiyyətçiləri bir nəfərdən çox olduqda. mülkiyyətçi şəriklərinin hava gəmisinin satışına (lizinqinə) razılığı haqqında sənəd əlavə edilir. Mülkiyyət (və Ya onun bir hissəsi)dövlətə məxsus olduqda, onun satışına (lizinqinə) Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi icazəsi (razılığı) təqdim olunur;
- hava gəmisinin ixrac edildiyi ölkənin dövlət mülki aviasiya orqanının onu öz Dövlət reyestrinə daxil etməyə razılığı və hava gəmisinin uçuş yararlığına nəzarət üçün məsuliyyəti qeydiyyat dövlətinin öz üzərinə götürməsinin təsdiqi;
- hava gəmisinin qeydiyyatı haqqında Şəhadətnamə və uçuşlara yararlığı haqqında Vəsiqə;
- bu qaydaların 6.6 bəndində tutulan saziş.
8.5. Hava gəmilərinin uçuş yararlığı haqqında ixracat Vəsiqələrinin (Sertifikatlarının) uçotu xüsusi Jurnalda aparılır. İxracat Vəsiqələrinin (Sertifikatlarının) qeydiyyat nömrələri Qeydiyyat jurnalındakı nömrələrinə uyğun kəlməlidir
8.6. Hava gəmisi icarə (lizinq, satış) anı üçün artıq icarəyə götürənin (alıcının) ölkəsinin ərazisində olduqda, ona uçuş yararlığı haqqında İxracat Vəsiqəsi (Sertifikatı) verilmir, bu Qaydaların 4-cü bölməsinə uyğun surətdə təqdim olunmuş sənədlər əsasında isə hava gəmisinin Dövlət reyestrindən çıxarılması haqqında şəhadətnamə verilir.
9.1. Azərbaycan Respublikasının Dövlət reyestrinə daxil edilən və uçuşlara buraxılan hər bir hava gəmisinin ona verilmiş dövlət(milli) və qeydiyyat tanınma nişanları olmalı və o, hava gəmisinin xaricdən rənglənməsinə dair Azərbaycan Respublikasının dövlət mülki aviasiya orqanın təsdiq etdiyi eskizə əsasən rənglənməlidir.
9.2. Konstruksiya elementlərinə lazımi qaydada tanınma nişanları çəkilməmiş hava gəmisinin uçuşları qadağandır.
9.3. Xarici dövlətlərin Azərbaycan Respublikasının hava məkanında müntəzəm və epizodik uçuşlar yerinə yetirən hava gəmiləri reyestrinə daxil edildikləri dövlətin milli və qeydiyyat tanınma nişanları ilə uçuşları yerinə yetirirlər.
Hava gəmisi Azərbaycan Respublikasının istismarçı avia şirkətləri tərəfindən icarəyə (lizinqə) götürüldüyü hallarda belə hava gəmisinin üzərinə Azərbaycan Respublikasının rəmzləri və icarəyə verən ölkənin atributları çəkilir.
9.1.1. Azərbaycan Respublikasının hava gəmisinin tanınma nişanları aşağıdakılardan ibarətdir:
-“4K” birləşməsi ilə dövlət (milli) tanınma nişanı;
-aşağıdakılardan ibarət qeydiyyat nişanı: a) beş ərəb rəqəmi;
B) latın əlifbası hərfləri və ərəb rəqəmləri birləşməsi;
v) latın əlifbası hərflərinin birləşməsi;
- Azərbaycan Respublikası Bayrağının təsviri.
Qeyd: 1. Artıq dərəcədə yüngül və aerostatik hava gəmilərinin qeydiyyat nişanları rəqəmlərin daha az sayından ibarət ola bilər.
2. Tanınma nişanının hərf və rəqəmlərinin forması təsdiq edilmiş nümunələrə uyğun gəlməlidir (Əlavə N 15).
9.1.2. Dövlət reyestrində qeydə alınmalı olan hava gəmilərinə qeydiyyat nişanları Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət orqanı tərəfindən verilir. Verilmiş qeydiyyat nişanı Azərbaycan Respublikasının yalnız bir hava gəmisinə çəkilə bilər.
Qeyd: 1. Tanınma nişanları hava gəmisi qeydiyyatdan keçdikdə verilir. Ayrı-ayrı hallarda Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət orqanının qərarı ilə tanınma nişanları hava gəmisini istehsalçı zavoddan buraxılma mərhələsində alıcının zavodla razılaşdırılan, zavod nömrəsi göstərilən ərizəsi əsasında verilə bilər həmin hava gəmisi iki ay ərzində qeydiyyata təqdim edilmədikdə daşınma nişanı (bort nömrəsi) ləğv edilir və „başqa hava gəmisinə verilə bilər.
2. Üzərinə beş işarəli qeydiyyat nişanı (bort nömrəsi) vurulmuş hava gəmisi başqa dövlətdən və ya müəssisədən daxil olduqda onun Azərbaycan Respublikasında qeydiyyat üçün saxlanması məsələsi mütləq Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət orqanı ilə razılaşdırılmalıdır.
9.1.3. Hava kəmlərinin dövlət (mülki) və qeydiyyat tanınma nişanları açıq fonda qara rənglə və qara fonda açıq rənglə çəkilir,
Bütün rəmzlər atmosfer şəraitinin təsirindən rəngi dəyişməyən, nəmliyə davamlı olan boya ilə çəkilir.
9.1. Tanınma nişanları çox aydın olmalı və istər yerdə, istərsə də havada görünməlidir.
Tanınma nişanları çətin seçilən və ya bu Qaydaların tələblərinə cavab verməyən hava gəmilərində uçuşların yerinə yetirilməsi qadağandır.
9.1.5. Hava gəmisinin konstruksiya elementlərinə çəkilmiş tanınma nişanları həmin gəminin qeydiyyatı haqqında Şəhadətnamədə göstərilən nişanların eyni olmalıdır.
9.1.6. Hava gəmisinə tanınma nişanı çəkilərkən onun dövlət mənsubiyyəti, dövlət (milli) nişanı qeydiyyat nişanından " tire" işarəsi ilə ayrılır.
Nişanları qanadın aşağı səthində çəkilir və qanadın aşağı səthinin sol yarısında yerləşdirilir və ya qandın bütün aşağı səthini tutur. Nişanlar qanadın ön və arxa kənarlarından eyni məsafədə yerləşir, bu zaman hərflərin (rəqəmlərin) yuxarı hissəsi qanadın ön kənarına səmtlənməlidir.
9.1.8. Dövlət (milli) və qeydiyyat tanınma nişanları təyyarə füzelyajının arxa hissəsinin hava gəmisinin konstruksiya elementlərinin tutmadığı yan səthlərinə çəkilir.
9.1.9. Vertolyotlara dövlət (milli) və qeydiyyat nişanları arxa tirin hər iki tərəfindən çəkilir.
9.1.10. Füzelyajın hər iki tərəfinə çəkilən tanınma nişanlarının hündürlüyü 250 mm-dən az və 1000 mm-dən çox olmamalı və onlar füzelyajın üfüqi tikinti istiqamətinə səmtlənməlidir, həm də hərf və rəqəmlər üfüqi xəttə düz perpendikulyar surətdə çəkilməlidir.
9.1.11. Hava gəmisinin qanadına çəkilən və eyni nişan qrupuna aid olan rəmzlərin hündürlüyü 400 mm-dən az, 1500 mm-dən çox olmamalıdır.
9.1.12. Azərbaycan Respublikasının Dövlət Bayrağının təsviri hava gəmisinin kilinə və ya füzelyajına çəkilir. Onun forması, ölçüləri və yerləşməsi Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında Qanunun tələblərinə uyğun olmalıdır.
10.1. Hüquqi və ya fiziki şəxsə məxsus olan bütün hava gəmiləri Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət orqanının təsdiq etdiyi vahid xarici rəngdə olmalıdır.
10.2. Hava gəmisinin xarici rənginin, firma nişan və yazılarının təsdiqi üçün hava gəmisinin istismarçısı olan aviaşirkət Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət orqanına sərbəst formalı ərizə və iki nüsxədə təsvir miqyasının göstərildiyi 210x297 mm ölçülü kağızda rənglənmə elementləri ilə birlikdə hava gəmisinin rəngli təsvirini təqdim etməlidir. Kağızın yuxarı küncündə Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət orqanının təsdiqləyici icması aşağı hissəsində hava gəmisinin istismarçısı olan aviaşirkət rəhbərinin imzası olmalıdır.
10.3. Əhaliyə tibbi yardım göstərilməsi və sanitariya tədbirləri keçirilməsi üçün əldə edilmiş xüsusi hava gəmiləri ağ rəngdə olmalıdır.
10.4. Müxtəlif rəngli və relyefli yer səthi fonunda hava gəmilərinin müşahidə edilməsinin, seçilməsinin və aşkar edilməsinin təmin olunması məqsədilə kotrast rənglənmə tətbiq edilir. Bu ilk növbədə respublikanın çətin gedilə bilən və əhalisi az olan rayonlarında uçuşları yerinə yetirən hava gəmilərinə aiddir.
Hava gəmisinin xarici rənglənməsi zamanı ona istehsalçı zavod tərəfindən çəkilmiş bütün istismar-texnoloji yazı və nişanlar saxlanır.
Qeyd: hava gəmisi dövlət reyestrindən çıxarılmamaqla, Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət orqanının icazəsi ilə icarəyə (lizinqə) verildikdə, HQ üzərinə icarəyə verənin icarə (lizinq) xətim edilərkən ləğv olunan rəmzləri çəkilə bilər.
10.5. Hava gəmisinin xarici rənglənmə elementlərinə aşağıdakılar aiddir:
-rəngləri birləşdirmə variantları;
-idarə mənsubiyyəti nişanı (yazısı), uçuş-istismar agentliyinə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İKAO) verdiyi şərti işarə;
-hava gəmisinin tipini göstərən yazılar, habelə dövlət (milli) və qeydiyyat tanınma nişanları;
-müəssisənin (sahibin və istismarçı aviaşirkətin) embleminin təsviri;
-Azərbaycan Respublikası Dövlət Bayrağının təsviri;
-xüsusi hava gəmilərində (1.0.3 bənd) Qızıl Ayparanın təsviri.
10.6. İKAO tərəfindən uçuş-istismar agentliyinə verilən hərf birləşməsindən ibarət üç hərfli şərti işarə füzelyajın arxa hissəsində orta xətdən yuxarıda hər iki tərəfdən çəkilir. Azərbaycan Respublikasının bütün hava gəmilərində Azərbaycan Respublikası Dövlət Bayrağının təsviri çəkilməlidir.
10.7. Bütün hava gəmilərinin kilinin orta hissəsində hər iki tərəfdən aviaşirkətin emblemi çəkilir.
10.8. Hava gəmisini istismar edən aviaşirkətin (firmanın, vi müəssisənin) adı tədiyyə haqqında Şəhadətnamədə göstərilən ada tam uyğunluqla hava gəmisinin bortuna çəkilir.
10.9. Müxtəlif dövlətlərin tanınma nişanlarının və aviaşirkətlərin adlarının hava gəmisinə eyni zamanda çəkilməsinə yol verilmir.
10.10 Hava gəmisinin xarici rəngi, firma nişan və yazıları dəyişdikdə, onun sahibi və ya istismarçısı 10.2 bəndinə əsasən materialları Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət orqanına təqdim edir.
10.11. Azərbaycan Respublikasının hava gəmilərinin təsdiq edilmiş xarici rəng formasına malik olan sahibləri (istismarçıları) istehsalçı zavoddan yeni hava gəmisini almazdan əvvəl onun xarici rənginin elementlərini qabaqcadan istehsalçı zavoda bildirməlidir.
Hava gəmilərinin sahibi (istismarçısı) istehsalçı zavoddan yeni hava gəmisi olarkən, onların xarici rənginin təsdiqlənmiş forması olmadıqda, istehsalçı zavoda məlumat verməzdən əvvəl həmin hava gəmisinin xarici rəng formasının təsdiqi məsələsini bu Qaydaların 10.2 bəndinə uyğun surətdə həll etməyə borcludur.
Müəssisənin Hava gəmilərinin dövlət qeydiyyatı və
ştampı uçuşlara yararlığı haqqında Vəsiqənin
verilməsi Qaydalarına
Xahiş edirəm ki,_______________________________________________________ __________
“00”__ 0000 il tarixli ___ №-li müqavilə (kontrakt) əsasında ________________________
__________________________________________________________________________daxil olmuş
______________________________________Azərbaycan Respublikasının mülki hava gəmilərinin
(təyyarəni, vertolyotu)
1. Tıpi_______ _______________________________________________________________
2. Tanınma nişanı 4K- ________________________________________________________
3. Zavod (seriya) № __________________________________________________________
4. Zavoddan buraxılma tarixi “00“________ 0000 il
5. Hava gəmisinin təyinatı ____________________________________________________
6. Texniki baxış və ya uçuş sınağı tarixi ” 00 “ _____________ 0000 il
7. Texniki baxış və ya uçuş sınağı kim tərəfindən aparılmışdır_____________________
___________________________________________________________________________
8. Hava gəmisinin baza yeri __________________________________________________
“00”________________0000 il ATM (və ya müəssisənin ATB) rəhbəri _____________
İstismarçı təşkilatın
(istismarçının) rəhbər _______________________________________________
9. Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət orqanın baş mühəndisinin hava gəmisinin uçuşlara yararlı olması haqqında rəyi: _____________________________
______________________________________________________________________________
Gerbi möhür Azərbaycan Respublikasının mülki
yeri aviasiyasını idarə edən dövlət
orqanın baş mühəndisi _______