Qanunvericilik › Azərbaycan Respublikasının Mülki Məcəlləsi › Maddə 1086

Maddə 1086. Lotereyalar üzrə tələb

Azərbaycan Respublikasının Mülki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Lotereyanın qanunvericiliklə nəzərdə tutulmuş hallarda dayandırılması və ya onun keçirilməsinə xitam verilməsi lotereya biletinin sahibinin lotereya təşkilatçısına qarşı uduşların verilməsi (ödənilməsi) tələbini istisna etmir.

1086-1. Lisenziya əsasında təşkil edilən kazino oyunlarından irəli gələn tələb

Kazino oyunlarının təşkili üçün lisenziyanın qanunla nəzərdə tutulmuş hallarda dayandırılması və ya ləğvi lisenziya əsasında təşkil edilən kazino oyunlarında uduş qazanmış şəxsin həmin uduşun kazino təşkilatçısından tələb edilməsinə dair hüququnu istisna etmir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver