1202.1. Məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir.
1202.2. Məcburi paydan imtina olunması mirasdan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir.