1270.1. Mirasdan imtina hüququ vərəsəlik üzrə keçir.
1270.2. Əgər vərəsə mirasın qəbulundan imtina üçün müəyyənləşdirilmiş müddət bitənədək ölmüşdürsə, bu müddət vərəsənin ölümündən sonra qalmış vaxt bitənədək qurtarmır. Ölmüş vərəsənin vərəsəsinin mirasın qəbulundan imtina üçün müəyyənləşdirilmiş müddəti üç aydan az olarsa, həmin müddət üç ayadək uzadılır.
1270.3. Ölmüş vərəsənin bir neçə vərəsəsinin hər biri yalnız öz miras payından imtina edə bilər.