04-5.1. Təsərrüfat cəmiyyəti işçilərini və idarəetmə orqanının üzvlərini həvəsləndirmək məqsədilə, onlara cəmiyyətin paylarını (səhmlərini) gələcəkdə müəyyən edilmiş qiymətə (icra qiyməti) və ya ödənişsiz əsaslarla əldə etmək (almaq) hüququ verən pay (səhm) iştirakı planı haqqında müqavilələr bağlaya bilər. Müqavilə yazılı formada bağlanır və cəmiyyətin möhürü ilə təsdiqlənir və onun notariat qaydasında təsdiqi tələb olunmur.
404-5.2. Planın tərtibi tarixi, hüququn qüvvəyə minməsi şərtləri, icra qiyməti (payların (səhmlərin) güzəştli ödənişli əsaslarla əldə edilməsi nəzərdə tutulduğu hallarda) və müddəti müqavilədə aydın şəkildə göstərilməlidir. Cəmiyyət tərəfindən bağlanmış işçilərin pay (səhm) iştirakı planı müqavilələrinin daxili reyestri aparılmalıdır.
404-5.3. Bu müqavilələrin icrası üçün cəmiyyət nizamnamə kapitalının tərkibində səlahiyyət verilmiş (lakin buraxılmamış) xüsusi pay (səhm) fondu yarada bilər.