748-4.1. Lizinq verən lizinq müqaviləsi üzrə öz hüquqlarını üçüncü şəxsə tam və ya qismən güzəşt edə bilər.
748-4.2. Lizinq verən pul vəsaitinin cəlb edilməsi məqsədilə girov kimi lizinq müqaviləsinin şərtləri üzrə alınacaq lizinqin obyektini istifadə edə bilər.