95.1. Məhdud məsuliyyətli cəmiyyətin (məhdud məsuliyyətli cəmiyyət formasında yaradılan vençur kapitalı fondu istisna olmaqla) iştirakçısı onun digər iştirakçılarının razılığından asılı olmayaraq istənilən vaxt cəmiyyətdən çıxa bilər.
95.2. “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda, iştirakçının cəmiyyətdən çıxmaq hüququnun həyata keçirilməsi müddəti, hesablaşma vaxtı, şərtləri və qaydası cəmiyyətin nizamnaməsi ilə müəyyən edilə və məhdudlaşdırıla bilər.