Qanunvericilik › “Müqəddəs kitabları öyrənmə kurslarının (qruplarının) fəaliyyətinə nəzarət Qaydaları”nın yeni redaksiyada təsdiq edilməsi barədə (Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, 26.12.2011) › Tam mətn

“Müqəddəs kitabları öyrənmə kurslarının (qruplarının) fəaliyyətinə nəzarət Qaydaları”nın yeni redaksiyada təsdiq edilməsi barədə (Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, 26.12.2011)

“Müqəddəs kitabları öyrənmə kurslarının (qruplarının) fəaliyyətinə nəzarət Qaydaları”nın yeni redaksiyada təsdiq edilməsi barədə (Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, 26.12.2011) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. “Müqəddəs kitabları öyrənmə kurslarının fəaliyyətinə nəzarət Qaydaları”nın yeni redaksiyası “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2011-ci il 10 iyun tarixli 162-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 465 nömrəli Fərmanının 1.3-cü bəndinin icrası məqsədi ilə hazırlanmışdır.

Azərbaycan Respublikası Prezidentinin 20 iyul 2001-ci il tarixli 544 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin 7.13-cü bəndinə əsasən, müqəddəs kitabları öyrənmə kurslarının fəaliyyətinə nəzarətin həyata keçirilməsi Komitənin vəzifələrindən biridir.

Qeyd edilənləri, o cümlədən 01.11.2011-ci ildən fəaliyyət göstərən Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində bu sənədin olmadığını nəzərə alaraq, qərara alıram:

1. “Müqəddəs kitabları öyrənmə kurslarının (qruplarının) fəaliyyətinə nəzarət Qaydaları” yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).

2. Hüquq və qeydiyyat şöbəsinə tapşırılsın ki, bu Qərarın 1-ci bəndi ilə təsdiq edilmiş Qaydaların üç (3) gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

3. Qaydaların qəbul edilməsi ilə əlaqədar “Müqəddəs kitabları öyrənmə kurslarının fəaliyyətinə nəzarət Qaydaları”nın təsdiq edilməsi ilə bağlı Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 06 nömrəli, 15.04.2010-cu il tarixli əmri ləğv edilsin.

1.1. Bu Qaydalar “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 6.4-cü maddəsinə əsasən, dini qurumlar tərəfindən nizamnamələrinə uyğun olaraq, tabe olduqları dini mərkəzlərin (idarələrin) razılığı ilə yaradılan müqəddəs kitabları öyrənmə kurslarının (qrupların) (bundan sonra - kurslar) fəaliyyətinə nəzarət qaydalarını müəyyən edir.

1.2. Azərbaycan Respublikası Prezidentinin 20 iyul 2001-ci il tarixli 544 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin 7.13-cü bəndinə əsasən, müqəddəs kitabları öyrənmə kurslarının fəaliyyətinə nəzarətin həyata keçirilməsi Komitənin vəzifələrindən biridir və bu əsasla həmin kursların fəaliyyətinə nəzarəti Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (Komitə) həyata keçirir.

1.3. Dini qurumlar kursların yaradılması barədə Komitəyə məlumat verirlər.

1.4. Məlumatda aşağıdakılar göstərilir:

Kursu yaradan dini qurumun adı; hüquqi ünvanı; dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin nömrəsi və verilmə tarixi; kursların dinləyicilərinin siyahısı və onların şəxsiyyətini təsdiq edən sənədlərin nömrəsi və verilmə tarixi (şəxsiyyət vəsiqəsinin surəti əlavə olunur); kurslarda tədrisi həyata keçirən müəllimlərin siyahısı; müəllimlərin dini təhsili haqqında sənədin nömrəsi və verilmə tarixi (sənədin surəti əlavə olunur); kursun yaradılmasına dair müvafiq dini mərkəzin (idarənin) razılıq məktubunun nömrəsi və tarixi.

1.5. İslam təmayüllü dini icmalar tərəfindən təşkil olunmuş kurslarda tədris Azərbaycan Respublikasında təhsil alan ali və ya orta dini təhsili olan Azərbaycan Respublikası vətəndaşı tərəfindən (Qurani-Kərimin öyrənilməsi kursları yalnız Azərbaycan dilində) aparılır. Qeyri-islam təmayüllü dini icmalar tərəfindən təşkil olunmuş kurslarda tədris Azərbaycan Respublikasında və ya xaricdə təhsil almış ali və ya orta dini təhsili olan Azərbaycan Respublikası vətəndaşı tərəfindən aparılır.

1.6. Kursların tədris proqramları barədə Komitəyə məlumat verilir.

1.7. Kurslarda yalnız müqəddəs kitablar (Qurani-Kərim, İncil, Tövrat və s.) öyrənilir.

1.8. Kurslarda gün ərzində təlim müddəti 2 saatdan çox ola bilməz.

1.9. Kursların müddəti bir ildən çox olmamalıdır.

1.10. Vətəndaşların Kurslara yazılması onların dünyəvi təhsil almasına mane olmamalıdır.

1.11. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Kurslarda tədris prosesini həyata keçirməsinə icazə verilmir.

1.12. Komitənin yayılmasına razılıq vermədiyi dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının əyani vəsait kimi istifadə edilməsinə icazə verilmir.

1.13. Kursu başa vuran şəxslərə kursu bitirməsi haqqında müvafiq sənəd (şəhadətnamə, vəsiqə və s.) verilir.

1.14. Kurslar onu yaradan dini qurumların nizamnamələrinə uyğun maliyyələşdirilir.

1.15. Kursların fəaliyyəti haqqında Komitəyə ildə bir dəfə məlumat verilir.

2.1. Komitə tərəfindən kursların fəaliyyətinin yoxlanılması ildə bir dəfə planlı yoxlamalar əsasında keçirilir.

2.2. Komitə planlı yoxlamaların aparılması üçün təqvim planı müəyyən edir. Planda yoxlamanın müddəti, onun aparılması üçün kursların siyahısı əks olunur. Yoxlamanın müddəti 3 gündən artıq olmamalıdır.

2.3. Kursların fəaliyyəti ilə bağlı normativ hüquqi aktların tələb və şərtlərinin pozulması barədə müvafiq dövlət orqanlarının, həmçinin, hüquqi və fiziki şəxslərin müraciətləri daxil olduqda növbədənkənar yoxlamalar keçirilir.

2.4. Yoxlama tədbirləri Komitə sədrinin rəsmi qərarı (əmri, sərəncamı) əsasında həyata keçirilir. Həmin qərarda (əmrdə, sərəncamda) yoxlamanı keçirməyə müvəkkil edilmiş şəxsə (şəxslərə) və barəsində həmin tədbirlərin keçirilməsi nəzərdə tutulan kurslara dair məlumatlar, yoxlama tədbirlərinin həyata keçirilməsinin hüquqi əsasları, başlanma və sona çatma tarixləri göstərilməklə müddəti və s. qeyd olunur.

2.5. Komitə tərəfindən aparılan yoxlamalar aşağıdakıları əhatə edir:

- kursu təşkil etmiş dini qurumun Komitədə dövlət qeydiyyatından keçməsini;

- kursun yaradılması barədə müvafiq dini mərkəzin (idarənin) razılığının mövcudluğu;

- kursun dini qurumun hüquqi ünvanında təşkilini;

- kursun təşkili haqqında Komitəyə məlumatın verilməsini;

- kursun dinləyicilərinin yaş həddini, eləcə də tədris prosesinin hansı formada və məzmunda həyata keçirilməsini;

- kursda tədrisin kimlər tərəfindən və hansı qaydada aparılmasını;

- kursun tədris proqramının yoxlanılmasını və onlara riayət edilməsini;

- tədris prosesinin dünyəvi təhsilə mane olmamasını.

2.6. Kursların rəhbərləri nəzarəti həyata keçirmək üçün Komitənin əməkdaşlarına müvafiq şərait yaratmalıdırlar.

3. Müqəddəs kitabları öyrənməsi üçün yaradılan kurslarda normativ hüquqi aktların tələblərinə riayət olunmaması aşkar olunduqda, onların aradan qaldırılması haqqında müddəti göstərilməklə (14 gün) kurslara yazılı xəbərdarlıq təqdim edilir. Əgər xəbərdarlıqda müəyyən edilmiş müddət ərzində pozuntular aradan qaldırılmazsa, həmin kursların fəaliyyəti dayandırılır.

Kursların fəaliyyətinin dayandırılması Komitə sədrinin müvafiq sərəncamı ilə təsdiq edilir.

Həmin sərəncamın surəti kursların fəaliyyətinin dayandırılması əks olunmuş məktubla birlikdə kursu yaradan dini qurumun tabe olduğu dini mərkəzə (idarəyə) göndərilir.

1. 13 iyul 2012-ci il tarixli 23 nömrəli Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201207130023, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 23 iyul 2012-ci il)

2. 26 oktyabr 2021-ci il tarixli 03 nömrəli Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202110260003, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 2 noyabr 2021-ci il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver