Qanunvericilik › “Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotunun aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında (Maliyyə Nazirliyi, 29.10.2013) › Tam mətn

“Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotunun aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında (Maliyyə Nazirliyi, 29.10.2013)

“Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotunun aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında (Maliyyə Nazirliyi, 29.10.2013) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

AZƏRBAYCAN RESPUBLİKASI MALİYYƏ NAZİRLİYİ KOLLEGİYASININ QƏRARI

“Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotunun aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında

Rəsmi dərc edildiyi mənbə

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

"Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli 192 nömrəli Fərmanının 2.1-ci bəndini və Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.50-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 aprel 2002-ci il tarixli 69 nömrəli qərarı ilə təsdiq edilmiş "Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi və satışı barədə Əsasnamə"yə uyğun olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyası

1. “Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotunun aparılması Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 23 dekabr 2002-ci il tarixli İ-198 nömrəli əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 27 dekabr 2002-ci il tarixdə (şəhadətnamə № 2950) dövlət qeydiyyatına alınmış “Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotunun aparılması Qaydaları” və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 11 iyul 2003-cü il tarixli İ-110 nömrəli əmri ləğv edilsin.

3. Nazirliyin aparatının Uçot siyasəti şöbəsinə tapşırılsın:

3.1. bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin;

3.2. bu Qərar Azərbaycan Respublikası Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən sonra onun surətinin Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rayon (şəhər) üzrə maliyyə idarələrinə (şöbələrinə) göndərilməsini, habelə müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotunun həmin qurumlar tərəfindən bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydalara uyğun aparılmasına nəzarəti təmin etsin;

3.3. bu Qərardan irəli gələn digər məsələləri həll etsin.

4. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

Azərbaycan Respublikası

Maliyyə Nazirliyinin Kollegiyasının

Q-24 nömrəli 29 oktyabr 2013-cü il

tarixli Qərarı ilə təsdiq edilmişdir.

1.1. Bu Qaydalar, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununa və həmin Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli 192 nömrəli Fərmanına, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 aprel 2002-ci il tarixli, 69 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi və satışı barədə Əsasnamə”yə və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır.

1.2. Bu Qaydalar, müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotunun aparılması qaydasını müəyyən edir.

1.3. Bu Qaydalar, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hallar nəzərdə tutulmamışdırsa “Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi və satışı barədə Əsasnamə”nin 1.1-ci bəndində qeyd olunan əmlak növlərinə şamil edilir.

2.1. Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu aşağıdakı kimi aparılır:

2.1.1. Müsadirə edilmiş əmlakın dövlət mülkiyyətinə keçməsi barədə hökmü və ya digər qərarı qəbul etmiş məhkəmə, hökm və ya digər qərar qanuni qüvvəyə mindiyi gündən 5 gün ərzində həmin hökmün və ya digər qərarın surətini əmlakın olduğu yer üzrə icra məmuruna göndərir və bu barədə məhkəmə müvafiq maliyyə orqanlarına məlumat verir;

2.1.2. İcra məmuru məhkəmə hökmünün və ya digər qərarının surətini aldıqdan sonra hökmdə və ya digər qərarda göstərilən əmlakın mövcudluğunu yoxlayaraq, onun qorunması üçün tədbirlər görür, o cümlədən əmlakın plomblanmasını, yaxud möhürlənməsini, bu barədə aktın tərtib edilməsini təmin edir;

2.1.3. Məhkəmənin hökmünə və ya digər qərarına əsasən müsadirə edilməli olan əmlak fiziki və ya hüquqi şəxslərdə olarsa, onlar bu barədə məhkəməyə və ya müvafiq maliyyə orqanına məlumat verməlidirlər;

2.1.4. Fiziki və ya hüquqi şəxslər onlara saxlanmaq üçün icra məmuru tərəfindən rəsmi təhvil verilən müsadirə edilən əmlakın qorunub saxlanmasını təmin etməlidirlər;

2.1.5. Azərbaycan Respublikası Maliyyə Nazirliyi (bundan sonra Maliyyə Nazirliyi) müsadirə edilmiş dövlət mülkiyyətinə keçən əmlakın verilməsi ilə bağlı məlumatları icmallaşdırır və onların əsasında həmin əmlakın operativ uçotunun aparılmasını təşkil edir;

2.1.6. Akt əsasında əmlakın qəbul-təhvil edilməsinin uçotu “Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin qəbul-təhvil verilməsinin uçotu kitabı”nda (bundan sonra “Uçot kitabı”, 1 nömrəli əlavə) aparılır. “Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin qəbul-təhvil verilməsi aktı” (bundan sonra “Qəbul-təhvil aktı”, 2 nömrəli əlavə) daxil olduqca, ardıcıllıqla həmin kitabda qeydə alınır. “Uçot kitabı”nda əmlakın adı və xüsusiyyətləri, ölçü vahidi, miqdarı və məbləği, “Qəbul-təhvil aktı”nın və “Qaimə-faktura”nın nömrəsi və tarixi göstərilir. “Uçot kitabı” sənədli və dəqiq aparılmalıdır. “Uçot kitabı”nda düzəlişə yol verilmir. “Uçot kitabı”nın hər hansı bir vərəqəsinin doldurulması zamanı sətir üzrə səhvə yol verildikdə, həmin sətrin üzərinə məsul şəxsin imzası ilə təsdiq edilməklə “sətir ləğv edilib” qeyd edilir;

2.1.7. Dövlət mülkiyyətinə keçən əmlakın qiymətləndirilməsi və saxlanılmasının uçotu “Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq mühasibat uçotunun təşkili və aparılmasına dair Təlimat”la müəyyən edilmiş maliyyə hesabatları üzrə Əhəmiyyətli uçot siyasətləri və izahlı qeydlərdə sair açıqlamalar bəndinin “Məsuliyyətli mühafizəyə qəbul edilmiş aktivlər” adlı yarımbəndində əks etdirilir:

2.1.7.1. Məsuliyyətli mühafizəyə qəbul edilmiş mal-material qiymətliləri müəyyən olunmuş saxlanma yerlərində qiymətləndirilmiş əmlak növlərinin hərəkəti üzrə analitik uçotu “Əmlakın (qiymətlərin) uçot kartı”nda (Forma № 1Q) aparılır;

2.1.7.2. Əmlakın növlərinin məhkəmənin hökmündən və ya digər qərarından sonra müəyyən edilmiş dəyəri ilə onların məhkəmə qərarınadək müəyyən edilmiş qiymətləri əsasında qiymət fərqi (müsbət və ya mənfi) aşkar edildikdə, bu fərq məbləği “Əmlakın (qiymətlilərin) uçot kartı”nın (Forma № 1Q) mədaxil hissəsində əks etdirməklə uçota alınır;

2.1.7.3. Əmlak növlərinin təyinatı üzrə verilməsinin uçotu “Əmlakın (qiymətlilərin) uçot kartı”nın (Forma № 1Q) məxaric hissəsində əks etdirilir.

2.1.8. Müsadirə edilmiş dövlət mülkiyyətinə keçən əmlak barəsində irəli sürülən bütün tələblər qanunvericilikdə müəyyən edilmiş qaydada təmin edildikdən sonra bu əmlak icra məmuru tərəfindən maliyyə orqanına verilir;

2.2. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və ya digər qərarı əsasında müsadirə edilmiş əmlakın icra məmurundan alındığı zaman Maliyyə Nazirliyi tərəfindən aidiyyəti təşkilatlara təyinatı üzrə verilməsi dərhal “Qəbul-təhvil aktı” və “Qaimə-faktura” əsasında həyata keçirilir.

2.3. Müəyyən olunmuş qaydada qəbul edilmiş dəfinələrin təyinatı üzrə verilməsi Maliyyə Nazirliyi tərəfindən dərhal “Qəbul-təhvil aktı” və “Qaimə-faktura” əsasında həyata keçirilir;

2.4. Sahibsiz hesab edilən əmlakın və vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın təyinatları üzrə verilməsi Maliyyə Nazirliyinin iştirakı ilə həyata keçirilir. Bu zaman Maliyyə Nazirliyinin nümayəndəsinə “Qəbul-təhvil aktı”nın surəti təqdim olunur.

2.5. Satış məqsədi ilə dövlət mülkiyyətinə verilən əmlakı təyinatı üzrə təhvil almış aidiyyəti təşkilatlar, həmin əmlakın satışı nəticəsində büdcəyə daxilolmalar üzrə məlumatları Maliyyə Nazirliyinə təqdim edirlər.

2.6. Dövlət mülkiyyətinə əvəzsiz olaraq verilən əmlakı təyinatı üzrə təhvil almış aidiyyəti təşkilatlar, həmin əmlakı balansa almaqla mühasibat uçotunda əks etdirilir və bu barədə Maliyyə Nazirliyinə müvafiq məlumat verirlər.

2.7. Sahibsiz qalmış əmlakın dövlət mülkiyyətinə keçməsi barədə qərarı (hökmü) qəbul etmiş məhkəmə, hökm və ya digər qərar qanuni qüvvəyə mindiyi gündən 5 gün ərzində həmin hökmün və ya digər qərarın surətini əmlakın olduğu yer üzrə icra məmuruna göndərir və bu barədə müvafiq maliyyə orqanlarına məlumat verir.

2.8. Vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlak barədə notariat orqanları həmin əmlakın müvafiq qaydada saxlanılmasını və onun uçotunun aparılmasını təmin etməklə qəbul edilmiş qərar haqqında Maliyyə Nazirliyinə 5 gün müddətində məlumat verirlər.

2.9. Vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən daşınmaz əmlakın qeyri-yaşayış sahələri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə verilir, yaşayış sahələri isə sosial təyinatlı mənzil fonduna daxil edilir.

2.10. Dəfinə tapıb dövlətə təhvil verən şəxslərə çatası bəxşiş məbləğləri Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə uyğun olaraq 45 gün müddətində dəfinəni qəbul edən maliyyə orqanı tərəfindən ödənilir.

2.11. Maliyyə Nazirliyinin rayon (şəhər) üzrə maliyyə idarələri (şöbələri) və Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin operativ uçotunun “Uçot Kitabı”nda aparılmasını təmin etməklə, ildə iki dəfə icmallaşdırılmış yarımillik və illik məlumatları, hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim edir.

2.12. Maliyyə Nazirliyi əmlak növləri üzrə məlumatları “Uçot kitabı”nda əks etdirməklə icmallaşdırır və onların əsasında həmin əmlakın operativ uçotunun aparılmasını təşkil edir.

“Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotunun aparılması Qaydaları”na 1 nömrəli əlavə

“Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotunun aparılması Qaydaları”na 2 nömrəli əlavə

__________________rayon (şəhər)

___________________20____ il

Biz aşağıda imza edənlər:

“Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüquqi əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotunun aparılması Qaydaları”na müvafiq

məxsus və ………………............…….............................……………………………………………

_________№-li____ ______________20____ il tarixli hökmünə (qərarına, icra qeydinə) əsasən dövlət mülkiyyətinə keçən əmlakın siyahısını tərtib etdik.

1) Yekun (sözlə) …………...............................................................………………….………………

2) Əmlakın saxlanılması, qiymətləndirilməsi, satışa verilməsi ilə əlaqədar və qanunvericilikdə nəzərdə tutulmuş digər zəruri xərclərin məbləği

……….....................................................................................................………………….……………

……….....................................................................................................………………….……………

Əmlakı……........…..№-li……………........……qaimə-faktura əsasında təhvil verdim

………....................................................................................................……………….……………

İcra məmuru..........................................…….........................………………………………………

Aktda qeyd olunan əmlakı təhvil aldım. Əmlakın itirilməsi və korlanmasına görə tam məsuliyyət daşıyacağım haqqında xəbərdar olunmuşam.

……….....................................................................................................………………….……………

Əmlakın qəbul-təhvilində iştirak etdim

………................................................................................................………………….……………

Akt 2 nüsxədən ibarət tərtib olunmuşdur. Aktın 1 nüsxəsi təhvil verən orqana, 1 nüsxəsi isə təhvil alan orqana verilir. İcra məmuruna və əmlakın qəbul-təhvilində iştirak edən maliyyə orqanının nümayəndəsinə aktın surəti təhvil verilir.

1. 12 iyun 2020-ci il tarixli Q-12 nömrəli Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202006120012, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 24 iyun 2020-ci il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver