“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 94-1.10-cu maddəsinə və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.1.17-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti
1. “Müstəqil ekspert fəaliyyətinin həyata keçirilməsinə dair minimum Tələblər” təsdiq edilsin (əlavə olunur).
2. Hüquq departamentinə tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
1.1. Bu Tələblər “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 94-1.10-cu maddəsinə uyğun olaraq hazırlanmışdır və müstəqil ekspert fəaliyyətinin həyata keçirilməsinə dair minimum tələbləri müəyyən edir.
1.2. Bu Tələblərin 2-ci, 4-cü və 6-cı hissələri “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təyin olunan müstəqil ekspertlərə tətbiq edilmir.
2.1. Müstəqil ekspert Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 925-1-ci maddəsinə uyğun olaraq təyin edilir.
2.2. Müstəqil ekspert Mülki Məcəllənin 925-1.2-ci və 925-1.4-cü maddələrinə uyğun olaraq təyin edildiyi hallarda ekspertizanın aparılmasına aşağıdakı tələblərin hamısı mövcud olduqda başlaya bilər:
2.2.1. ekspertizanın keçirilməsini tələb edən şəxsin təklif etdiyi müvafiq sahəyə uyğun gələn 3 (üç) müstəqil ekspertdən birinin təyin edilməsi ilə bağlı sığortaçıya ünvanlanmış müraciət;
2.2.2. sığortaçının bu Tələblərin 2.2.1-ci yarımbəndində qeyd olunan 3 (üç) müstəqil ekspertin sırasından seçdiyi 1 (bir) müstəqil eksperti təyin etməsi ilə bağlı həmin müstəqil ekspertə ən azı aşağıdakı məlumatlar qeyd olunmaqla ünvanladığı bildiriş:
2.2.2.1. zərər dəymiş predmetin növü, sığorta hadisəsinin baş vermə yeri və ünvanı;
2.2.2.2. sığorta hadisəsi üzrə ekspertizanın keçirilməsi nəzərdə tutulan predmetin olduğu yer və ünvan;
2.2.2.3. ekspertizanın keçirilməsi üzrə müstəqil ekspertə ekspertizanın keçirilməsi üçün təklif olunan xidmət haqqının məbləği.
2.3. Müstəqil ekspert Mülki Məcəllənin 925-1.3-cü maddəsinə və ya “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16.4-cü maddəsinə uyğun olaraq təyin edildikdə, ekspertizanın aparılmasına ekspertizanı tələb edən şəxsin ona ünvanlandığı müraciəti əsasında başlayır.
2.4. Müstəqil ekspert ekspertizanın aparılmasına razılıq verdiyi barədə məlumatı ona müraciət edildiyi tarixdən etibarən ən geci 1 (bir) iş günü ərzində onun təyin edilməsini tələb edən tərəfə və sığortaçıya təqdim etməlidir.
2.5. Müstəqil ekspert ekspertizanın aparılmasından imtina edilməsi ilə bağlı məlumatı imtinanın səbəbi göstərilməklə ona müraciət edildiyi tarixdən etibarən ən geci 1 (bir) iş günü ərzində sığortaçıya və ekspertizanın keçirilməsini tələb edən şəxsə təqdim etməlidir.
2.6. Bir sığorta hadisəsi üzrə ekspertizanın aparılması üçün iki və ya daha çox müxtəlif sahə üzrə müstəqil ekspert təyin olunduğu hallarda, bu Tələblərin 2.2-ci və 2.3-cü bəndlərinin tələbləri hər bir sahəyə münasibətdə təyin olunan müstəqil ekspertə şamil olunur.
2.7. Bu Tələblərin 2.8-ci bəndi nəzərə alınmaqla, müstəqil ekspert tərəfindən bu Tələblərin 2.4-cü bəndinə uyğun olaraq ekspertizanın aparılmasına razılıq verildiyi tarix ekspertizanın başlama tarixi hesab olunur.
2.8. Müstəqil ekspert Mülki Məcəllənin 925-1.4-cü maddəsinin tələblərinə uyğun olaraq təyin edildiyi halda, ekspertizanın həyata keçirilməsi barədə bağlanmış mülki-hüquqi müqavilədə ekspertizanın başlanması ilə bağlı razılaşdırılmış tarix ekspertizanın başlama tarixi hesab olunur.
2.9. Bu Tələblərin 2.10-cu bəndi nəzərə alınmaqla, müstəqil ekspert ekspertizanın aparılmasını başa çatdırdıqdan sonra qiymətləndirilən zərərin nəticəsinə dair ekspertiza rəyini tərtib edərək ekspertizanın həyata keçirilməsi barədə bağlanmış mülki-hüquqi müqavilədə müəyyən olunmuş müddətdə sığortaçıya və ekspertizanın keçirilməsini tələb edən şəxsə təqdim etməlidir.
2.10. Avtomobil nəqliyyatı sahəsi üzrə fəaliyyət göstərən müstəqil ekspert ekspertizanın başlama tarixindən etibarən 7 (yeddi) iş günündən gec olmayaraq ekspertizanın aparılmasını başa çatdırmalı və qiymətləndirilən zərərin nəticəsinə dair ekspertiza rəyini tərtib edərək sığortaçıya və ekspertizanın keçirilməsini tələb edən şəxsə təqdim etməlidir.
2.11. Ekspertiza müvafiq fəaliyyət sahəsinə uyğun gələn üsul və vasitələrdən (metodlardan) istifadə etməklə və yerində baxış keçirməklə müstəqil ekspert fiziki şəxs olduqda onun özü tərəfindən, hüquqi şəxs olduqda isə onun əmək müqaviləsi əsasında işləyən müvafiq sahə üzrə müstəqil ekspert sertifikatına malik olan işçisi tərəfindən aparılmalıdır.
2.12. Müstəqil ekspert razılaşdırılmış və ekspertizanın həyata keçirilməsi barədə bağlanmış mülki-hüquqi müqavilədə qeyd edilmiş xidmət haqqı məbləğindən başqa müstəqil ekspertiza üçün birbaşa və ya dolayı yolla heç bir əlavə haqq və ödəniş, habelə maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər tələb və ya qəbul edə bilməz.
2.13. Müstəqil ekspert ekspertizanın həyata keçirilməsi zamanı peşəkarlıq nümayiş etdirməli, peşəkarlığa zidd əməllərdən və kənar sövdələşmələrdən çəkinməlidir.
2.14. Müstəqil ekspert xidmət haqqı ödənişlərinin nağdsız qaydada qəbul edilməsi üçün imkan yaratmalı və müvafiq haqqın nağdsız qaydada qəbul edilməsindən imtina etməməlidir.
3.1. Müstəqil ekspert rəyi (bundan sonra - rəy) ümumi və xüsusi hissədən ibarət olmaqla bu Tələblərin 1 nömrəli Əlavəsində müəyyən edilmiş formaya uyğun tərtib olunmalıdır.
3.2. Rəyin ümumi hissəsində ən azı aşağıdakı məlumatlar əks olunur:
3.2.1. “Uçot nömrəsi” hissəsində bu Tələblərin 3.8-ci bəndinə əsasən müəyyən edilən nömrə;
3.2.2. fiziki şəxs olan müstəqil ekspert üzrə 1.1-ci bənddə soyadı, adı, atasının adı, 1.2-ci bənddə VÖEN-i, 1.3-cü bənddə qeydiyyatda olduğu ünvan, 1.4-cü bənddə mobil telefon nömrəsi, 1.5-ci bənddə mövcud olduğu halda elektron poçt ünvanı;
3.2.3. ekspertiza hüquqi şəxs olan müstəqil ekspert tərəfindən həyata keçirildikdə, 2.1-ci bənddə adı, 2.2-ci bənddə VÖEN-i, 2.3-cü bənddə olduğu yerin (daimi fəaliyyət göstərən orqanının yerləşdiyi yerin) ünvanı, 2.4-cü bənddə telefon nömrəsi, 2.5-ci bənddə mövcud olduğu halda elektron poçt ünvanı;
3.2.4. 3.1-ci bənddə müstəqil ekspert sertifikatının seriya və nömrəsi, 3.2-ci bənddə sertifikatda qeyd olunan fəaliyyət sahəsinin adı, 3.3-cü bənddə sertifikatın verilmə tarixi, 3.4-cü bənddə sertifikatın qüvvədə olma müddəti;
3.2.5. 4-cü hissədə ekspertizanın keçirilməsini tələb edən şəxs üzrə aşağıdakı məlumatlar:
3.2.5.1. fiziki şəxs olduqda 4.1-ci bənddə soyadı, adı, atasının adı, 4.2-ci bənddə mövcud olduğu halda VÖEN-i, 4-3-cü bənddə qeydiyyatda olduğu ünvan, 4.4-cü bənddə mobil telefon nömrəsi, 4.5-ci bənddə mövcud olduğu halda elektron poçt ünvanı;
3.2.5.2. hüquqi şəxs olduqda 4.1-ci bənddə adı, 4.2-ci bənddə VÖEN-i, 4.3-cü bənddə olduğu yerin (daimi fəaliyyət göstərən orqanının yerləşdiyi yerin) ünvanı, 4.4-cü bənddə telefon nömrəsi, 4.5-ci bənddə mövcud olduğu halda elektron poçt ünvanı;
3.2.6. 5-ci hissədə müstəqil eksperti təyin edən şəxs üzrə aşağıdakı məlumatlar:
3.2.6.1. fiziki şəxs olduqda 5.1-ci bənddə soyadı, adı, atasının adı, 5.2-ci bənddə mövcud olduğu halda VÖEN-i 5.3-cü bənddə qeydiyyatda olduğu ünvan, 5.4-cü bənddə mobil telefon nömrəsi, 5.5-cü bənddə mövcud olduğu halda elektron poçt ünvanı;
3.2.6.2. hüquqi şəxs olduqda 5.1-ci bənddə adı, 5.2-ci bənddə VÖEN-i, 5.3-cü bənddə olduğu yerin (daimi fəaliyyət göstərən orqanının yerləşdiyi yerin) ünvanı, 5.4-cü bənddə telefon nömrəsi, 5.5-ci bənddə mövcud olduğu halda elektron poçt ünvanı;
3.2.7. müstəqil ekspert sığortaçı olmayan şəxs tərəfindən təyin edildikdə sığorta müqaviləsində qeyd olunan sığortaçı üzrə 6.1-ci bənddə adı, 6.2-ci bənddə VÖEN-i, 6.3-cü bənddə olduğu yerin (daimi fəaliyyət göstərən orqanının yerləşdiyi yerin) ünvanı, 6.4-cü bənddə telefon nömrəsi, 6.5-ci bənddə elektron poçt ünvanı.
3.3. Rəyin xüsusi hissəsində ən azı aşağıdakı məlumatlar əks olunmalıdır:
3.3.1. 7-ci hissədə sığorta müqaviləsinin seriyası və nömrəsi;
3.3.2. 8-ci hissədə sığorta müqaviləsində qeyd olunan sığorta növünün adı;
3.3.3. 9-cu hissədə sığortalı üzrə aşağıdakı məlumatlar:
3.3.3.1. fiziki şəxs olduqda 9.1-ci bənddə soyadı, adı, atasının adı, 9.2-ci bənddə mövcud olduğu halda VÖEN-i, 9.3-cü bənddə qeydiyyatda olduğu ünvan, 9.4-cü bənddə mobil telefon nömrəsi, 9.5-ci bənddə mövcud olduğu halda elektron poçt ünvanı;
3.3.3.2. hüquqi şəxs olduqda 9.1-ci bənddə adı, 9.2-ci bənddə VÖEN-i, 9.3-cü bənddə olduğu yerin (daimi fəaliyyət göstərən orqanının yerləşdiyi yerin) ünvanı, 9.4-cü bənddə telefon nömrəsi, 9.5-ci bənddə mövcud olduğu halda elektron poçt ünvanı;
3.3.4. 10-cu hissədə hadisənin baş verdiyi ünvan (şəhər, rayon və s.);
3.3.5. 11-ci hissədə hadisənin baş vermə tarixi (gün, ay, il) və vaxtı (saat, dəqiqə);
3.3.6. 12-ci hissədə zərər dəymiş əmlakın (əmlakların) siyahısı və adları;
3.3.7. 13-cü hissədə müstəqil ekspertin hadisəyə baxış keçirdiyi yerin ünvanı (şəhər, rayon və s.);
3.3.8. 14-cü hissədə ekspertizanın başlama tarixi (gün, ay, il);
3.3.9. 15-ci hissədə ekspertizanın bitmə tarixi (gün, ay, il);
3.3.10. 16-cı hissədə zərər dəymiş əmlakın hər bir hissəsinin təmir və ya bərpasına tələb olunan xərclərin və həmin hadisə ilə bağlı digər xərclərin məbləği;
3.3.11. 17-ci hissədə dəymiş zərərin hesablanmış ümumi məbləği;
3.3.12. 18-ci hissədə ekspertizanın keçirilməsi üçün müstəqil ekspert tərəfindən əldə olunmuş sənədlərin siyahısı;
3.3.13. 19-cu hissədə zərərin qiymətləndirilməsi üçün istifadə edilən üsul və vasitələr (metodlar), habelə müstəqil ekspertin zərərin qiymətləndirilməsi və (və ya) sığorta hadisəsinin araşdırılması ilə bağlı əsaslandırmalar;
3.3.14. 20-ci hissədə zərərin qiymətləndirilməsi ilə bağlı müstəqil ekspert tərəfindən aparılan digər qeydlər.
3.4. Rəyin hər bir hissəsinə həmin hissəyə uyğun gələn və müstəqil ekspert tərəfindən zəruri hesab olunan digər məlumatlar əlavə oluna bilər.
3.5. Ekspertizanın keçirilməsi üçün müstəqil ekspert tərəfindən əldə olunmuş təsdiqedici sənədlər, habelə hadisə ilə bağlı foto və video çəkilişlər rəyə əlavə olunmalıdır.
3.6. Ekspertiza fiziki şəxs olan müstəqil ekspert tərəfindən həyata keçirildikdə, rəy onun tərəfindən tərtib olunmalı və rəyin verildiyi tarix göstərilməklə imzalanmalıdır.
3.7. Ekspertiza hüquqi şəxs olan müstəqil ekspert tərəfindən keçirildikdə, rəy hüquqi şəxsin əmək müqaviləsi əsasında işçisi olan müstəqil ekspert tərəfindən tərtib olunmalı, onun və hüquqi şəxsin icra orqanının rəhbəri tərəfindən imzalanıb, rəyin verildiyi tarix göstərilməklə hüquqi şəxsin möhürü ilə təsdiq olunmalıdır.
3.8. Rəylərin uçotu müstəqil ekspert sahələrinə münasibətdə aparılmalı, habelə artan sıra ilə ardıcıl və Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra – Mərkəzi Bank) tərəfindən hər bir sahə üzrə verilən reyestr kodu istifadə olunmaqla nömrələnməlidir.
4.1. Müstəqil ekspert Mülki Məcəllənin 925-1.2-ci və 925-1.3-cü maddələrinin tələblərinə uyğun təyin edildikdə, ekspertiza müstəqil ekspertlə ekspertizanın həyata keçirilməsi ilə bağlı onu təyin edən tərəf arasında bağlanılan mülki-hüquqi müqavilə əsasında həyata keçirilir.
4.2. Müstəqil ekspert Mülki Məcəllənin 925-1.4-cü maddəsinin tələblərinə uyğun olaraq təyin edildikdə, ekspertiza müstəqil ekspertlə ekspertizanın həyata keçirilməsi ilə bağlı onun təyin edilməsini təklif edən tərəf arasında bağlanılan mülki-hüquqi müqavilə əsasında həyata keçirilir.
4.3. Bu Tələblərin 4.1-ci və 4.2-ci bəndlərinə uyğun olaraq bağlanılan mülki-hüquqi müqavilədə ən azı aşağıdakı məlumatlar əks olunmalıdır:
4.3.1. müqavilənin nömrəsi və bağlandığı tarix;
4.3.2. müqavilə tərəfləri haqqında məlumat (fiziki şəxsin soyadı, adı, atasının adı, qeydiyyatda olduğu ünvan, hüquqi şəxsin adı, olduğu yer, VÖEN-i);
4.3.3. müstəqil ekspert sertifikatının seriya və nömrəsi;
4.3.4. müqavilənin predmeti;
4.3.5. müstəqil ekspertin ekspertiza keçiriləcəyi fəaliyyət sahələrinin siyahısı;
4.3.6. bu Tələblərin 4.1-ci bəndinə uyğun olaraq bağlanılan mülki-hüquqi müqavilədə müstəqil ekspertin fəaliyyət göstərdiyi sahə (sahələr) üzrə ekspertiza predmetinin növü və ekspertiza predmetinin yerləşdiyi yerə (şəhərə, rayona və s.) münasibətdə təyin olunduğu hər bir ekspertiza üzrə ona ödəniləcək xidmət haqqının məbləği;
4.3.7. bu Tələblərin 4.2-ci bəndinə uyğun olaraq bağlanılan mülki-hüquqi müqavilədə ödəniləcək xidmət haqqının məbləği;
4.3.8. xidmət haqqının ödənilməsi tarixi və qaydası;
4.3.9. ekspertizanın başlanma tarixi;
4.3.10. ekspert rəyinin verilməsi müddəti;
4.3.11. tərəflərin hüquq və vəzifələri.
5.1. Müstəqil ekspert tərəfindən fəaliyyəti ilə bağlı Mərkəzi Banka rüblük hesabatlar təqdim olunur.
5.2. Fiziki şəxs olan müstəqil ekspertlərin hesabatları rüb başa çatdıqdan sonra 20 (iyirmi) gün müddətində bu Tələblərin 2 nömrəli Əlavəsində müəyyən olunan formaya uyğun olaraq gücləndirilmiş elektron imza ilə təsdiq edilərək Mərkəzi Bankın elektron sistemi vasitəsilə təqdim edilir.
5.3. Hüquqi şəxs olan müstəqil ekspertlərin hesabatları rüb başa çatdıqdan sonra 20 (iyirmi) gün müddətində bu Tələblərin 3 nömrəli Əlavəsində müəyyən olunan formaya uyğun olaraq icra orqanının rəhbərinin və ya onun tərəfindən səlahiyyətləndirilmiş vəzifəli şəxsin (şəxslərin) gücləndirilmiş elektron imzası ilə təsdiq edilərək Mərkəzi Bankın elektron informasiya sistemi vasitəsilə təqdim edilir.
İcbari sığorta növləri üzrə bu Tələblərin 2-ci, 3-cü və 4-cü hissələrində müəyyən edilmiş əməliyyatlar İcbari Sığorta Bürosunun elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.
1. Fiziki şəxs olan müstəqil ekspert:
1.1. Adı:__________________________________________________________________________________
1.2. VÖEN:________________________________________________________________________________
1.3. Ünvanı:_______________________________________________________________________________
1.4. Telefon nömrəsi:________________________________________________________________________
1.5. Elektron poçt ünvanı:____________________________________________________________________
2. Hüquqi şəxs olan müstəqil ekspert:
2.1. Adı:__________________________________________________________________________________
2.2. VÖEN:________________________________________________________________________________
2.3. Ünvanı:_______________________________________________________________________________
2.4. Telefon nömrəsi:________________________________________________________________________
2.5. Elektron poçt ünvanı:____________________________________________________________________
3. Müstəqil ekspert sertifikatı:
3.1. Sertifikatın seriya və nömrəsi: ____________________________________________________________
3.2. Fəaliyyət sahəsinin adı:__________________________________________________________________
3.3. Sertifikatın verilmə tarixi:_________________________________________________________________
3.4. Sertifikatın qüvvədə olma müddəti:__________________________________________________________
4. Ekspertizanın keçirilməsini tələb edən şəxs:
4.1. Adı:_________________________________________________________________________________
4.2. VÖEN:_______________________________________________________________________________
4.3. Ünvanı:_______________________________________________________________________________
4.4. Telefon nömrəsi:_______________________________________________________________________
4.5. Elektron poçt ünvanı:____________________________________________________________________
5. Müstəqil eksperti təyin edən şəxs:
5.1. Adı:__________________________________________________________________________________
5.2. VÖEN:________________________________________________________________________________
5.3. Ünvanı:_______________________________________________________________________________
5.4. Telefon nömrəsi: ______________________________________________________________________
5.5. Elektron poçt ünvanı: ____________________________________________________________________
6.1. Adı:__________________________________________________________________________________
6.2. VÖEN:________________________________________________________________________________
6.3. Ünvanı:_______________________________________________________________________________
6.4. Telefon nömrəsi:________________________________________________________________________
6.5. Elektron poçt ünvanı:_____________________________________________________________________
7. Sığorta müqaviləsinin seriya və nömrəsi: ___________________________________________________
8. Sığorta növü: ___________________________________________________________________________
9.1. Adı:__________________________________________________________________________________
9.2. VÖEN:________________________________________________________________________________
9.3. Ünvanı:_______________________________________________________________________________
9.4. Telefon nömrəsi:________________________________________________________________________
9.5. Elektron poçt ünvanı:_____________________________________________________________________
10. Hadisənin baş verdiyi ünvan:_____________________________________________________________
11. Hadisənin baş vermə tarixi və vaxtı:_______________________________________________________
12. Zərər dəymiş əmlakın siyahısı:____________________________________________________________
13. Ekspertin baxış keçirdiyi ünvan:__________________________________________________________
14. Ekspertizanın başlama tarixi:_____________________________________________________________
15. Ekspertizanın bitmə tarixi:________________________________________________________________
16. Zərər dəymiş əmlakın hər bir hissəsinə tələb olunan xərclərin və sığorta hadisə ilə bağlı digər xərclərin məbləği:
_________________________________________________________________________________________
_________________________________________________________________________________________
_________________________________________________________________________________________
_________________________________________________________________________________________
17. Zərərin ümumi məbləği:________________________________________________________________
_________________________________________________________________________________________
18. Sənədlərin siyahısı: ____________________________________________________________________
_________________________________________________________________________________________
_________________________________________________________________________________________
_________________________________________________________________________________________
_________________________________________________________________________________________
19. Müstəqil ekspert rəyinin əsaslandırılması:
_________________________________________________________________________________________
_________________________________________________________________________________________
_________________________________________________________________________________________
_________________________________________________________________________________________
_________________________________________________________________________________________
20. Digər məlumatlar:
_________________________________________________________________________________________
FİZİKİ ŞƏXS OLAN MÜSTƏQİL EKSPERTİN FƏALİYYƏTİ HAQQINDA HESABAT
Fiziki şəxs olan müstəqil ekspertin adı ________________________________
Hesabat dövrü ______________________________________
HÜQUQİ ŞƏXS OLAN MÜSƏQİL EKSPERTİN FƏALİYYƏTİ HAQQINDA HESABAT
Hüquqi şəxs olan müstəqil ekspertin adı ________________________________
Hesabat dövrü ____________________________________