Azərbaycan Respublikasının yeni Cinayət-Prosessual Məcəlləsinin qüvvəyə minməsi və cinayət-prosessual qanuna daha sonra edilmiş dəyişikliklər “Müttəhimin müdafiə hüququnu təmin edən qanunların məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 1994-cü il 2 dekabr tarixli 6 nömrəli və “Cinayət mühakimə icraatında zərərçəkmiş şəxsin iştirakını tənzimləyən qanunların tətbiqi haqqında” 1996-cı il 27 dekabr tarixli 5 nömrəli qərarlarında əvvəlki qanunvericiliyə uyğun olaraq izah edilmiş hüquqi məsələlərə yenidən baxılmasını, eləcə də təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin hüquq və vəzifələrinin həyata keçirilməsi ilə bağlı məhkəmə təcrübəsində meydana gələn digər hüquqi məsələlərə dair izahların verilməsini və bu məqsədlə yeni Plenum qərarlarının hazırlanmasını zəruri etmişdir.
Qeyd olunanlara əsasən və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79 və 80-ci maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu
1. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun aşağıdakı qərarları qüvvədən düşmüş hesab edilsin:
1.1. “Müttəhimin müdafiə hüququnu təmin edən qanunların məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 1994-cü il 2 dekabr tarixli 6 nömrəli;
1.2. “Cinayət mühakimə icraatında zərərçəkmiş şəxsin iştirakını tənzimləyən qanunların tətbiqi haqqında” 1996-cı il 27 dekabr tarixli 5 nömrəli.
2. Cinayət prosesində təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməsi, habelə zərərçəkmiş şəxsin hüquq və vəzifələrinin həyata keçirilməsi ilə bağlı Ali Məhkəmənin Plenum qərarlarının hazırlanmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Aparatı tərəfindən müvafiq tədbirlər görülsün.
Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri
Bakı şəhəri, 4 iyul 2025-ci il