Qanunvericilik › “Müvəqqəti fəaliyyət göstərən xüsusi icra məmurlarının xidmət haqqının ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 12.01.2026) › Tam mətn

“Müvəqqəti fəaliyyət göstərən xüsusi icra məmurlarının xidmət haqqının ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 12.01.2026)

“Müvəqqəti fəaliyyət göstərən xüsusi icra məmurlarının xidmət haqqının ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 12.01.2026) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının 2025-ci il 14 iyul tarixli 248-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 13 avqust tarixli 478 nömrəli Fərmanının 2.2.2.4-cü abzasının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Müvəqqəti fəaliyyət göstərən xüsusi icra məmurlarının xidmət haqqının ödənilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 12 yanvar 2026-cı il

1. Bu Qayda “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 36.5-ci maddəsinə əsasən hazırlanmışdır və Qanunun 34–36-cı maddələrində nəzərdə tutulmuş hallarda müvəqqəti fəaliyyət göstərən xüsusi icra məmurlarının xidmət haqqının ödənilməsi qaydasını tənzimləyir.

2. Müvəqqəti fəaliyyət göstərən xüsusi icra məmurlarının xidmət haqqı aşağıdakı məbləğlərlə müəyyən olunur:

2.1. Qanunun 34.2-ci maddəsində nəzərdə tutulan hallarda əvəzetmə müddəti ərzində tutulmuş standart haqların sabit hissəsinin 10 faizi və ödənilmiş əlavə icra haqlarının 20 faizi (əvəzetmə müddəti ərzində icraatına başlanılmış və həmin müddətdə icrası tam təmin edilmiş icra sənədləri üzrə əlavə icra haqlarının 80 faizi) miqdarında;

2.2. Qanunun 35.1-ci və 35.2-ci maddələrində nəzərdə tutulan hallarda əvəzetmə müddəti ərzində tutulmuş standart haqların sabit hissəsinin 15 faizi və ödənilmiş əlavə icra haqlarının 30 faizi (əvəzetmə müddəti ərzində icraatına başlanılmış və həmin müddətdə icrası tam təmin edilmiş icra sənədləri üzrə əlavə icra haqlarının tamamı) miqdarında;

2.3. Qanunun 36.1-ci maddəsində nəzərdə tutulan hallarda fəaliyyətin hər tam ayı üçün 2,500 manat miqdarında, lakin 3 aydan çox olmamaqla.

3. Bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulan xidmət haqqı Xüsusi İcra Məmurlarının Palatasının (bundan sonra – Palata) üzvlük haqları hesabına ödənilir.

4. Bu Qaydanın 2.1–2.3-cü bəndlərində nəzərdə tutulan xidmət haqqları üzrə hesablaşmalar müvəqqəti fəaliyyət müddəti 30 gün və daha az olduqda həmin müddətin sonunda, 30 gündən çox olduqda isə (bu Qaydanın 2.1-ci bəndi istisna olmaqla) hər 30 gündən bir, habelə müddətin sonunda aparılır.

5. Bu Qaydanın 2.1-ci və 2.2-ci bəndlərində nəzərdə tutulan hallarda xidmət haqlarının ödənilməsi Palata tərəfindən təşkil edilir, 2.3-cü bəndində nəzərdə tutulan halda isə xidmət haqqının ödənilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məlumatı əsasında Palata tərəfindən icra edilir.

6. İcra sənədləri üzrə avans ödənişləri müvəqqəti fəaliyyət göstərən xüsusi icra məmurlarının xidmət haqqının ödənilməsi üçün istifadə edilə bilməz.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver