1.1. Bu Qaydalar “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Prezidentinin 02 sentyabr 2002-ci il tarixli 782 N- li Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”a əsasən hazırlanmışdır.
Yuxarıda göstərilən qanunvericilik aktlarının tələblərinə uyğun hazırlanmış “Müxtəlif yığımlar qəbzi” (forma N AMYQ-1) bundan sonra ciddi hesabat blankı adlandırılacaq.
1.2. “Müxtəlif yığımlar qəbzi”nin (forma N AMYQ-1) forma və rekvizitləri və onlardan istifadə qaydaları” sərnişin daşınması ilə məşğul olan aviasya müəssisələrində mühasibat uçotunun düzgün aparılmasını təmin etmək məqsədilə hazırlanmış və “Azərbaycan Hava Yolları” Dövlət Konserninin tabeliyində olan və sisteminə daxil edilən müəssisələrə şamil edilir.
1.3. Ciddi hesabat blankının forma və rekvizitləri Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırıldıqdan, “Azərbaycan Hava Yolları” Dövlət Konserni tərəfindən təsdiq edildikdən və Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındıqdan sonra eyni seriya və nömrə ilə çap ediləcək nüsxələrin miqdarı qanunvericilikdə nəzərdə tutulduğu kimi, yalnız Maliyyə Nazirliyinin xüsusi razılıq (lisenziya) verdiyi şəxs (mətbəə) tərəfindən sifarişçilərin vəsaiti hesabına çap edilir.
1.4. “Müxtəlif yığımlar qəbzi”nin (forma N AMYQ-1) forma və rekvizitləri və onlardan istifadə qaydaları”nın tətbiqi “Azərbaycan Hava Yolları” Dövlət Konserni tərəfindən həyata keçirilir.
2.1. Xüsusi razılıq (lisenziya) verilmiş şəxs (mətbəə) tərəfindən ciddi hesabat blanklarının üzərində aşağıdakı rekvizitlər mütləq həkk edilir:
- müəssisənin tam adı, hüquqi ünvanı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN-i) və digər lazımi göstəriciləri;
- ciddi hesabat blanklarını çap edən mətbəənin özünümüdafiə məqsədilə özünün gizli nişanları (şərti qəbul edilmiş emblem, tor və s.) və VÖEN-i;
- ciddi hesabat blanklarının adı, seriya və nömrəsi.
2.2. Hər hansı bir sifarişçi üçün eyni adda, eyni seriyada və eyni nömrədə ciddi hesabat blanklarından təkrar çap etmək qadağan edilir.
2.3. Ciddi hesabat blanklarının istifadəsinə nəzarət onun seriya və nömrələrinə əsasən həyata keçirilir.
Ciddi hesabat blanklarının üzərində həkk olunan seriyalar Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilir.
2.4. Xüsusi razılıq (lisenziya) verilmiş şəxs (mətbəə) ciddi hesabat blanklarının adını, seriyasını, nömrəsini və digər lazımi göstəricilərini, eyni zamanda onları sifariş edən şəxsin (sifarişçinin) adını, VÖEN-i, ünvanını və digər lazımi göstəricilərini özündə əks etdirən məlumatı hər ay Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Vergilər Nazirliyinə təqdim edir.
2.5. Ciddi hesabat blanklarının qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəssisənin anbarında saxlanılmaqla uçotu aparılır, müəssisə rəhbərinin icazəsi ilə anbardan təhtəlhesab şəxslərə (icraçılara) qaimə-faktura əsasında verilir və onlarla tam maddi-məsuliyyət barədə nümunəvi fərdi müqavilə bağlanılır. Verilmiş ciddi hesabat blanklarının uçotu “Ciddi hesabat blankları” adlı balansarxası hesabda, mədaxil və məxaric üzrə hərəkətinin qeydiyyatı isə əmlakın (qiymətlilərin) uçot kartı forma N -1Q-də materialların uçotu qaydasında aparılır.
2.6. Ciddi hesabat blanklarını cırmaq, pozmaq, ləkələmək və onların üzərində düzəliş aparmaq olmaz (korlanmış ciddi hesabat blanklarının əvəzinə başqası doldurulur). Korlanmış ciddi hesabat blankları müvafiq qaydada mühasibatlığa təhvil verilir. Mühasibatlıqda yoxlama (təftiş) keçirildikdən sonra həmin blanklar sənədlərin arxivə təhvil verilməsi üçün mövcud olan müvafiq qaydalar əsasında arxivə təhvil verilir.
2.7. Ciddi hesabat blankları itirildikdə bu barədə 3 nəfərin imzası ilə akt tərtib olunmaqla, qəzetə elan verilir və həmin blankları itirən təsərrüfat subyektinin qeydiyyatda olduğu vergi orqanına, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müvafiq məlumat verilir.
2.8. “Müxtəlif yığımlar qəbzi” (forma N AMYQ-1) iki nüsxədən: “Müxtəlif yığımlar qəbzinin kötüyü”ndən (forma N AMYQ-1) və “Müxtəlif yığımlar qəbzi”ndən (forma N AMYQ-1) ibarətdir.
“Müxtəlif yığımlar qəbzi”nin (forma N AMYQ-1) hər iki nüsxəsinə mətbəə tərəfindən eyni seriya və eyni nömrələr həkk edilir. Bu sənəd xüsusi surətçıxaran kağızda elə çap edilir ki, qəbzin hər iki nüçxəsini üst-üstə qoyub dolduran zaman onun surəti digər nüsxəsinə çıxa bilsin.
“Müxtəlif yığımlar qəbzinin kötüyü” (forma N AMYQ-1) hesabat vermək və nəzarət etmək üçün xidmət göstərən aviasiya müəssisəsinin mühasibatlığında (icraçıda), “Müxtəlif yığımlar qəbzi” (forma N AMYQ-1) sərnişində qalır.
3.1. “Müxtəlif yığımlar qəbzi”nin (forma N AMYQ-1) rekvizitləri aşağıdakı kimi doldurulur:
- “Sərnişinin soyadı, adı, atasının adı” rekvizitində sərnişinin soyadı, adı, atasının adı göstərilir;
- “Alınmışdır” rekvizitində sərnişinə göstərilən xidmətin növünün adı yazılmaqla ödənilən haqqın məbləği rəqəm və yazı ilə göstərilir;
- “N-li daşınma sənədinə” rekvizitində sərnişin biletinin N-si göstərilir;
- “Nağd” rekvizitində nağd ödənilən məbləğ rəqəm və yazı ilə göstərilir;
- “Sənəd üzrə” rekvizitində sənəd üzrə ödənilən məbləğ rəqəm və yazı ilə göstərilir;
- Sənədin tipi, seriyası və N-si” rekvizitində sənədin tipi, seriyası və N-si göstərilir;
- “Xəzinədar/İmza” rekvizitində xəzinədar soyadını, adını və atasının adını və tarixi göstərməklə imza edir və ştampını vurur.
- “N-li qəbzə əlavə” rekvizitində bundan əvvəl eyni adlı doldurulmuş qəbzin N-si göstərilir.
4.1. Bu Qaydaların tələblərini pozanlar Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.