Qanunvericilik › Narkoloji xəstəliklərin Siyahısının təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 24.10.2002) › Tam mətn

Narkoloji xəstəliklərin Siyahısının təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 24.10.2002)

Narkoloji xəstəliklərin Siyahısının təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 24.10.2002) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Narkoloji xəstəliklərin Siyahısının təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

"Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 17 sentyabr tarixli, 581 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Narkoloji xəstəliklərin Siyahısı" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 24 oktyabr 2002-ci il

alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları;

opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları;

kannabinoidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları;

sedativ və ya yuxugətirici maddələrin qəbulu nəticəsində psixi və davranış pozuntuları;

kokain qəbulu nəticəsində psixi və davranış pozuntuları;

kofein daxil olmaqla digər stimulyatorların qəbulu nəticəsində psixi və davranış pozuntuları;

hallüsinogenlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları;

tütündən istifadə nəticəsində psixi və davranış pozuntuları;

uçucu həlledicilərin qəbulu nəticəsində psixi və davranış pozuntuları;

narkotiklərdən və digər psixoaktiv maddələrdən birlikdə istifadə nəticəsində psixi və davranış pozuntuları.

travma və ya digər bədən xəsarətləri ilə;

digər tibbi fəsadlarla, məsələn qanlı qusma ilə, qusma möhtəviyyatının tənəffüs yoluna düşməsi ilə;

qavramanın pozuntusu ilə;

pataloji sərxoşluq (yüngül, orta, ağır dərəcələri).

III. Psixoaktiv maddələrin zərərli nəticələrlə təkrar qəbulu

IV. Psixoaktiv maddələrdən asılılıq sindromu, o cümlədən:

başlanğıc (birinci) mərhələ;

orta (ikinci) mərhələ;

son (üçüncü) mərhələ;

mərhələsi məlum deyildir.

V. Psixoaktiv maddələrin qəbulunun dayandırılması vəziyyəti (abstinentlik hali), o cümlədən:

qıcolma tutmaları ilə;

ƏGO (əlavə göstəricisi olmayan).

VI. Psixoaktiv maddələrin qəbulunun dayandırılması vəziyyəti deliriya ilə, o cümlədən:

qıcolma tutmaları ilə;

hallüsinasiyalarsız (lüsid):

VII. Psixoaktiv maddələrin qəbulu nəticəsində psixotik pozuntular, o cümlədən:

sayıqlamanın üstünlüyü ilə;

hallüsinator üstünlüyü ilə (alkoqol hallüsinozu da daxil edilməklə);

polimorf əlamətlərin üstünlüyü ilə;

depressiv əlamətlərin üstünlüyü ilə;

maniakal əlamətlərin üstünlüyü ilə;

alkoqol qısqanclıq sayıqlaması;

ƏGO alkoqol psixozları.

VIII. Psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan amnestik sindrom, o cümlədən:

Alkoqol və ya digər psixoaktiv maddələr tərəfindən törədilən Korsakov psixozu və ya sindromu.

IX. Psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan rezidual (qalıq) psixotik və gecikmiş debütlü psixotik pozuntu, o cümlədən:

şəxsiyyət və ya davranış pozuntuları;

rezidual affektiv pozuntuları;

digər dayanıqlı koqnitiv pozuntu;

X. Psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan digər psixi və davranış pozuntuları, o cümlədən:

XI. Psixoaktiv maddələrin qəbulu nəticəsindən yaranan dəqiqləşdirilməmiş psixi və davranış pozuntuları, o cümlədən:

psixotik olmayan (qeyri-psixotik);

1. Göstərilən narkoloji xəstəliklərin Siyahısı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə tərtib edilən "Xəstəliklərin Beynəlxalq Təsnifatı"na (10-cu baxış) əsasən hazırlanmışdır.

2. Bu xəstəliklərin kodlaşdırılması həmin "Xəstəliklərin Beynəlxalq Təsnifatı"nda göstərilən kodlara uyğun həyata keçirilməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver