16.1. Narkoloji xidmətin məqsədlərinin təmin edilməsi üçün həyata keçirilən sosial tədbirlər aşağıdakılardan ibarətdir:
16.1.1. narkoloji xəstələrin valideyn qayğısından məhrum olan uşaqlarına sosial qayğının göstərilməsi və onların hüquqlarının qorunması;
16.1.2. narkoloji xəstələrin və onların ailə üzvlərinin sosial müdafiəsi və hüquqlarının qorunması;
16.1.3. narkoloji xəstələrin cəmiyyətə qovuşması üçün zəruri olan tədbirlərin görülməsi (narkoloji xəstələrin iş yerləri və ya peşə bilikləri, habelə yaşayış yeri olmayan narkoloji xəstələrin müvəqqəti sığınacaq yerləri ilə təmin edilməsi).
16.3. Narkoloji xəstələrin könüllü müalicəsi müddətində (psixoloji reabilitasiya və psixoloji korreksiya dövrü daxil olmaqla) onlara digər xəstəliklərin müalicəsi zamanı tətbiq edilən bütün sosial təminatlar tətbiq edilir.
16.4. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallar istisna olmaqla şəxsin narkoloji xəstəlikdən könüllü müalicəsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz.
16.5. Əmək qabiliyyətini itirmiş narkoloji xəstələrə digər xəstələr üçün nəzərdə tutulmuş qaydada onların səhhətinin vəziyyəti nəzərə alınmaqla əlillik müəyyən edilir və sosial təminat təyin edilir.