Qanunvericilik › Narkoloji xidmət və nəzarət haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 7

Maddə 7. Narkoloji xəstələr barəsində məlumatların verilməsi

Narkoloji xidmət və nəzarət haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

7.1. Şəxsin narkoloji xəstə olub-olmaması, narkoloji xəstələrin səhhətinin vəziyyəti, onun proqnozları, göstərilmiş xidmətlər haqqında məlumatlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada verilir.

7.2. Narkoloji xidməti və nəzarəti həyata keçirən, habelə xidməti vəzifələri həyata keçirərkən qulluq mövqeyinə görə narkoloji xəstələr barəsində məlumatları əldə edən digər şəxslər həmin məlumatların yayılmasına yol verməməlidirlər.

7.3. Narkoloji xidməti və nəzarəti həyata keçirən şəxslər yetkinlik yaşına çatmayan uşaqlarına qayğı göstərməyən, onlara qarşı zor tətbiq edən, ətrafdakı insanların hüquqlarını pozan narkoloji xəstələr barəsində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına məlumat verməyə borcludurlar.

7.4. Barəsində məcburi müalicə tədbirləri tətbiq edilmiş narkoloji xəstələr haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına məlumat (məcburi müalicənin tətbiq edilməsi, cəzanın müddəti və onun icra olunduğu yer, narkoloji xəstənin cəzanı icra edən müəssisədən azad olunması) verilməlidir.

7.5. Əvəzedici müalicə proqramlarına qəbul olunmuş hər bir xəstə barəsində 3 gün müddətində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına məlumat verilməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver