Qanunvericilik › Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 19

Maddə 19. Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və onların prekursorlarının qanunsuz idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə əlaqədar mübarizə tədbirləri

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

19.1. Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə və onların prekursorlarının qanunsuz idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi zamanı narkomanlığın əleyhinə təbliğata və narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və onların prekursorlarının qanunsuz idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə bağlı hüquq pozuntularının profilaktikasına yönəlmiş fəaliyyətə üstünlük verilir.

19.2. Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinin və onların prekursorlarının qanunsuz idxalının, ixracının, tranzit nəql edilməsinin və istehsalının qarşısının alınması məqsədilə:

19.2.1. narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və onların prekursorlarının qanunsuz idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı yolları və üsulları aşkar edilir və onların qarşısı alınır;

19.2.2. narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsində və onların prekursorlarının qanunsuz idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslər aşkar edilir və məsuliyyətə cəlb olunur;

19.2.4. narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz hazırlanması, təchiz edilməsi və saxlanılması faktları aşkar edilir və bununla əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş tədbirlər həyata keçirilir;

19.2.5. tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz əkinləri aşkar və məhv edilir;

19.2.6. narkomanlığın profilaktikası, narkomanlıq xəstəliyinə düçar olan şəxslərin müalicəsi və onların reabilitasiyası, narkomanlığın yayılmasına təkan verən səbəblərin aradan qaldırılması üçün zəruri olan tədbirlər həyata keçirilir;

19.2.7. narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və onların prekursorlarının qanunsuz idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə mübarizə sahəsində görülən tədbirlər və onların nəticəsi barədə məlumatlar dərc edilməsi üçün media subyektlərinə verilir;

19.2.8. narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və onların prekursorlarının qanunsuz idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə mübarizə sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinə dair tədbirlər həyata keçirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver