Qanunvericilik › “Narkotik vasitələrin və psixotrop maddələrin sayı və vəziyyəti haqqında jurnalların aparılması və saxlanılması Qaydası”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 16.02.2006) › Tam mətn

“Narkotik vasitələrin və psixotrop maddələrin sayı və vəziyyəti haqqında jurnalların aparılması və saxlanılması Qaydası”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 16.02.2006)

“Narkotik vasitələrin və psixotrop maddələrin sayı və vəziyyəti haqqında jurnalların aparılması və saxlanılması Qaydası”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 16.02.2006) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Narkotik vasitələrin və psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixi 280 nömrəli Fərmanının 1-ci bəndinin 1.15-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Narkotik vasitələrin və psixotrop maddələrin sayı və vəziyyəti haqqında jurnalların aparılması və saxlanılması Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 16 fevral 2006-cı il

1. Narkotik vasitələrin və psixotrop maddələrin sayı və vəziyyəti haqqında bütün dəyişikliklər operativ şəkildə xüsusi jurnallarda qeyd olunur (bu Qaydaya əlavədə verilmiş formalar).

2. Narkotik vasitələrin və psixotrop maddələrin sayı və vəziyyəti haqqında jurnalların aparılması və saxlanılması narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə bağlı fəaliyyət növünə icazə almış şəxslər tərəfindən həyata keçirilir.

3. Nömrələnmiş, tikilmiş, surğuclanmış jurnallar Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən möhürlənir və təsdiq edilir.

4. Jurnallar narkotik vasitələr və psixotrop maddələr üçün ayrılmış bağlı şkaflarda (seyflərdə) saxlanılır.

5. Narkotik vasitələrin sayı və vəziyyəti haqqında jurnal 5 (beş) il, psixotrop maddələrin sayı və vəziyyəti haqqında jurnal isə 1 (bir) il müddətində məsul şəxs tərəfindən saxlanılır.

6. Göstərilən müddətdən sonra həmin jurnallar Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müvafiq akt tərtib edilərək məhv edilir.

“Narkotik vasitələrin və psixotrop maddələrin sayı və vəziyyəti haqqında

jurnalların aparılması və saxlanılması Qaydası”na

Aparatın rəhbəri A. HACIYEV

1. 13 dekabr 2007-ci il tarixli 200 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 12, maddə 1336)

2. 30 noyabr 2020-ci il tarixli 471 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 dekabr 2020-ci il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №11, maddə 1414)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver