I. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi hər il iki növbəti yaz və payız sessiyalarına yığılır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 31 deputatının səlahiyyətləri təsdiq edildikdən sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk iclası həmin gündən başlayaraq bir həftədən gec olmayaraq çağırılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərdən sonra martın 10-dək onun 31 deputatının sәlahiyyәtlәri təsdiq edilməzsə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk iclasının keçirilmə vaxtını Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi müəyyən edir.
II. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyalarını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin və ya Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 16 deputatının tələbi əsasında çağırır.
III. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyasının gündəliyini müvafiq olaraq onun çağırılmasını tələb edənlər müəyyənləşdirir. Bu gündəlikdəki məsələlərə baxıldıqdan sonra növbədənkənar sessiyanın işi bitir.
IV. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyalarının iclasları açıq keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 31 deputatının tələbi ilə və ya Azərbaycan Respublikası Prezidentinin, yaxud Azərbaycan Respublikası Milli Məclisinin təklifi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasının qapalı iclası keçirilə bilər.