Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə 2005-ci il 26 dekabr tarixli, 341 nömrəli Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli, 247 nömrəli qərarı ilə təsdiq edilmiş «Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təşkil edilməsi Qaydaları»na, «Neft məhsullarının qüvvədə olan aksiz dərəcələrinin səviyyəsinin dəyişdirilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 06 yanvar tarixli, 1 nömrəli qərarına və Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2007-ci il 06 yanvar tarixli iclasının protokoluna əsasən qərara alır:
1. 2007-ci il 08 yanvar tarixindən neft məhsullarının topdansatış və pərakəndə satış qiymətləri Azərbaycan Respublikası ərazisində aşağıda göstərilən səviyyədə təsdiq edilsin:
Avtomobil benzini Aİ-95
Avtomobil benzini Aİ-92
Avtomobil benzini Aİ-80
Reaktiv mühərrik yanacağı
Nafta (ilkin emal benzini)
Maye qaz (Butan-butilen və Propan-propilen fraksiyası)
Mühərrik yanacağı DT-36
Mühərrik yanacağı DT-20
Motor yağı M-12VB, M-14V2
Sənaye yağları İ-12A, İ-20V, İ-40A, İ-8B1, İ-30V
Turbin yağları T-22, T-30, T-46
Transformator yağı T-1500
Digər yağlar AK-15, S-11, XM-6, K-12, K-19, VM-4
Bitum BN-60/90, BNB-60/70
Bitum BNV, rubraks A-30, BNB-70/30, BNB-85/25
Kimya sənayesi üçün ilkin benzin fraksiyası
2. Neft məhsullarının yeni qiymətləri aşağıdakı şərtlər daxilində tətbiq edilsin:
qiymətlər respublikada istehsal olunan və satılan neft məhsullarının şirkətdaxili, topdan və pərakəndə satış qiymətləri, aksiz vergiləri, eləcə də təchizat xərcləri ilə verilmişdir;
şirkətdaxili qiymətlərdə vaqonların yüklənməyə verilməsi, onların təmizlənməsi, yüklənməsi və Dövlət Dəmir Yolunun Bakı şəhərində yüklərin yola salınması dayanacaqlarına çatdırılması xərcləri nəzərə alınmışdır;
neft məhsullarının topdansatış qiymətlərinə aksiz və əlavə dəyər vergisi, eləcə də təchizat xərcləri daxil edilmişdir;
Dövlət Neft Şirkəti istehsal olunmuş neft məhsullarını topdansatış qiymətlərindən təchizat xərclərini çıxmaqla satır;
təchizat təşkilatları neft məhsullarını topdansatış qiymətlərlə satırlar;
pərakəndə satış qiymətlərinə neft məhsullarının respublika ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması və satılması ilə bağlı olan bütün xərclər daxildir;
mülkiyyət formasından asılı olmayaraq, bütün hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər neft məhsullarının topdan və pərakəndə satışını bu qərarda göstərilən qiymətlərlə həyata keçirirlər;
ölkəyə idxal olunan neft məhsullarının satışı qanunvericiliklə müəyyən edilmiş və topdansatış qiymətlərində nəzərə alınmış vergilər ödənilməklə, bu qərarda göstərilən qiymətlər əsasında həyata keçirilir;
neft məhsullarının tondan litrə ən yüksək keçid əmsalları yeni əmsallar təsdiq edilənədək mövcud normalar səviyyəsində qəbul edilmişdir;
qiymətlər respublikada tətbiq olunan müvafiq standartların tələblərinə cavab verən neft məhsulları üçün nəzərdə tutulmuşdur.
3. Azərbaycan Respublikası Vergilər Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 2007-ci il 08 yanvar tarixinə neft emalı müəssisələrinin qalığında olan qiymətləri dəyişdirilmiş neft məhsullarının miqdarını müəyyənləşdirib, yenidən qiymətləndirsinlər.
Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti qiymətləri dəyişdirilmiş neft məhsullarının yenidən qiymətləndirilməsi nəticəsində yaranan qiymət fərqini mövcud qanunvericiliyə müvafiq olaraq dövlət büdcəsinə köçürülməsini təmin etsin.
4. Yuxarıda göstərilən neft məhsulları üzrə əvvəllər qəbul edilmiş qiymətlər qüvvədən düşmüş hesab edilsin.
5. Bu qərar 2007-ci il 08 yanvar tarixindən qüvvəyə minir.
Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının sədri
Bakı şəhəri, 6 yanvar 2007-ci il