Qanunvericilik › “Neft məhsullarının qiymətlərinin respublika daxilində tənzimlənməsi barədə” Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 2007-ci il 06 yanvar tarixli 1 nömrəli qərarına əlavə və dəyişikliklər edilməsi barədə (Tarif Şurasının qərarı, 30.12.2009) › Tam mətn

“Neft məhsullarının qiymətlərinin respublika daxilində tənzimlənməsi barədə” Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 2007-ci il 06 yanvar tarixli 1 nömrəli qərarına əlavə və dəyişikliklər edilməsi barədə (Tarif Şurasının qərarı, 30.12.2009)

“Neft məhsullarının qiymətlərinin respublika daxilində tənzimlənməsi barədə” Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 2007-ci il 06 yanvar tarixli 1 nömrəli qərarına əlavə və dəyişikliklər edilməsi barədə (Tarif Şurasının qərarı, 30.12.2009) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi” Qaydaları”na, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin müraciətinə və Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2009-cu il 30 dekabr tarixli iclasının protokoluna əsasən qərara alır:

1. “Neft məhsullarının qiymətlərinin respublika daxilində tənzimlənməsi barədə” Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 2007-ci il 06 yanvar tarixli 1 nömrəli qərarının 1-ci bəndinin cədvəl hissəsinin 19, 20 və 22-ci bəndlərinin “məhsulların adı” sütunu müvafiq olaraq aşağıdakı redaksiyada verilsin:

“19. Koks KT-A”, “20. Koks KT-T” və “22. Koks KT-Q”.

2. Həmin qərarın 1-ci bəndinin cədvəl hissəsinin 21-ci bəndi çıxarılsın və növbəti bəndlər yeni sıra nömrəsinə uyğunlaşdırılsın.

3. Bu qərar 2010-cu il 01 yanvar tarixindən qüvvəyə minir.

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının sədri

Bakı şəhəri, 30 dekabr 2009-cu il

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver