AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİNİN KOLLEGİYASININ QƏRARI
“Nəqliyyat vasitələrində reklamın yayılmasına razılığın verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə
Rəsmi dərc edildiyi mənbə
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix
“Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsinin icrasının təmin edilməsi məqsədilə,
1. “Nəqliyyat vasitələrində reklamın yayılmasına razılığın verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” təsdiq edilsin (əlavə olunur).
2. Qərar qəbul edildiyi gündən 3 gün müddətində “Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestri”nə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə göndərilsin.
3. Qərar respublika daxili işlər orqanlarında elan edilsin.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 30 noyabr 2012-ci il tarixli Q75-001-12 nömrəli qərarı ilə təsdiq edilmişdir.
1.1. Elektron xidmətin adı:
Nəqliyyat vasitələrində reklamın yayılmasına razılığın verilməsi üçün müraciətin və sənədlərin qəbulu.
1.2. Elektron xidmətin məzmunu:
Bu xidmət nəqliyyat vasitələrində reklamın yayılmasına razılığın verilməsi üçün müraciətin və sənədlərin qəbulu qaydalarını müəyyən edir.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:
1.3.1. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsi.
1.3.2. “Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununun tətbiqi və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli Fərmanının ləğvi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 554 nömrəli Fərmanının 2.7-ci bəndi.
1.3.3. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 noyabr tarixli 596 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Reklam yayımına icazə (razılıq) verilməsi qaydaları”nın 4-cü hissəsi.
1.3.4. “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-ci hissəsi.
1.3.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı”nın 2.11-ci bəndi.
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı:
Daxili İşlər Nazirliyi.
1.5. Elektron xidmətin digər icraçıları:
1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi:
1.7. Elektron xidmətin icra müddəti:
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi:
Nəqliyyat vasitələrində reklamın yayılması üçün icazə (razılıq) vərəqi verilir.
2.1. Elektron xidmətin növü: İnteraktiv
2.2. Elektron xidmət üzrə ödəniş: ödənişsizdir.
2.3. Elektron xidmətin istifadəçiləri:
Hüquqi və fiziki şəxslər.
2.4. Elektron xidmətin təqdim olunma yeri:
http://mia.gov.az/?/az/content/29788/
2.5. Elektron xidmət barədə məlumatlandırma:
- http://mia.gov.az/?/az/content/29788/
- e-poçt: info@mia.gov.az, info@dyp.gov.az
- telefon: +994 12 590-81-25, +994 12 590-81-35
2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:
2.6.1. Elektron xidmətin göstərilməsi üçün istifadəçi tərəfindən ərizəyə (Əlavə №1) aşağıdakılar əlavə olunur:
1) reklam yayıcısı ilə nəqliyyat vasitəsinin mülkiyyətçisi arasında bağlanmış və mövcud qanunvericiliyə uyğun sənədləşdirilmiş müqavilənin (reklam sifarişçisi reklam yayıcısı kimi çıxış etdikdə və reklam yayılan nəqliyyat vasitəsinin mülkiyyətçisi olduqda müqavilə tələb olunmur) və
2) Nəqliyyat vasitəsinin texniki cəhətdən sazlığı və xarici görkəminin reklam yerləşdirilməsi üçün yararlı olması barədə DYP-nin müayinə aktının (Əlavə №2) skan edilmiş surətləri;
3) Nəqliyyat vasitəsinin yan hissələrində və ya salonunda yerləşdiriləcək reklamın məzmunu, cizgi təsviri və sxemi;
4) Reklam yerləşdirilməsi planlaşdırılan nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanları göstərilməklə siyahısı, habelə onların qeydiyyat şəhadətnaməsinin nömrəsi və verilmə tarixi.
3.1. Elektron xidmət üçün sorğu:
3.1.1. sorğunun formalaşdırılması: İstifadəçi tərəfindən ərizə forması elektron xidmətin təqdim edildiyi DİN BDYPİ-nın internet ünvanından yüklənərək doldurulur və bu reqlamentin 2.6.1-ci yarımbəndində göstərilənlərlə birlikdə həmin elektron ünvana təqdim edilir.
3.1.2. sorğunun qəbulu: sorğu internet səhifəsinə daxil olduğu gün qeydiyyata alınır və sorğunun qəbul edilməsi ilə bağlı istifadəçinin elektron poçtuna dərhal bildiriş göndərilir.
3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:
3.2.1. sorğunun yerinə yetirilməsindən imtina halları: İstifadəçi tərəfindən təqdim olunmuş sənədlərdə çatışmazlıqlar (ərizə formasının tam doldurulmaması, bu reqlamentin 2.6.1-ci yarımbəndində göstərilənlərdən birinin və ya bir neçəsinin ərizəyə əlavə olunmaması) aşkar edildikdə, sorğunun yerinə yetirilməsindən imtina edilir və imtinanın səbəbləri barədə ərizəçinin elektron poçtuna dərhal məlumat göndərilir.
Elektron xidmətin göstərilməsindən imtina istifadəçinin nəqliyyat vasitələrində reklamın yayılmasına razılığın verilməsi ilə bağlı Daxili İşlər Nazirliyinin elektron xidmətlər bölməsinə yenidən müraciət etməsinə mane olmur.
3.2.2. sorğunun qəbulu: istifadəçi tərəfindən təqdim edilmiş sənədlər bu reqlamentin 2.6-cı bəndində göstərilənlərə uyğun olduqda sorğu qəbul olunur.
3.3. Sorğunun icrası:
3.3.1. ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:
sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq dərhal qeydiyyata alınır və baxılması üçün DİN BDYPİ-nin Avtotexniki müfəttişlik şöbəsinə (bundan sonra ATMŞ) elektron formada (internet vasitəsi ilə ) ünvanlanır.
Sorğunun icrası üzrə DİN BDYPİ-nin ATMŞ-nin rəhbəri bilavasitə məsuliyyət daşıyır.
3.3.2. hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti
sənədlər DİN BDYPİ-nin ATMŞ-də baxıldığı zaman aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə, onların 5 gün müddətində aradan qaldırılması barədə istifadəçiyə elektron poçtla dərhal bildiriş göndərilir.
İstifadəçi tərəfindən göndərilən sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə və ya aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sorğuya baxılması davam edir və imtina üçün əsaslar olmadıqda, sorğu qeydiyyata alındığı tarixdən 20 gün ərzində nəqliyyat vasitələrində reklamın yayılmasına razılıq verilir.
3.3.3. inzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat
3.3.4. inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası
İstifadəçi tərəfindən göndərilən sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə və ya aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqda və ya imtina üçün əsaslar olmadıqda nəqliyyat vasitələrində reklamın yayılmasına razılığın verilməsi barədə qərar qəbul edilir və forması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 2 mart tarixli 99 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrində yerləşdirilən reklama dair texniki şərtlər pasportu”nun alınmasının tarixi, vaxtı və yeri barədə istifadəçinin elektron poçtuna bildiriş göndərilir.
3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:
3.4.1. Nəzarət forması: kargüzarlıq;
Daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə mütəmadi monitorinqi.
3.4.2. Nəzarət qaydası: Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada.
3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:
3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Yaranan mübahisələrlə bağlı istifadəçi ona elektron xidməti göstərmiş DİN BDYPİ-nin Avtotexniki müfəttişlik şöbəsinin rəhbərinin tabe olduğu yuxarı orqana inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
3.5.2. şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya:
Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.
3.5.3. Şikayətə baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.
Azərbaycan Respublikası
Hüquqi və ya fiziki şəxsin ünvanı
Qeydiyyatda olduğu şəhər (rayon)
Şəxsiyyət vəsiqəsinin seriyası
Telefon, faks, e-poçt ünvanı
reklam yerləşdirilməsinə icazə verəsiniz.
Nəqliyyat vasitəsinin tipi
Dövlət qeydiyyat nömrəsi
Nəqliyyat vasitəsinin dayanacağının (qarajın) ünvanı
Ərizəyə aşağıda qeyd edilən sənədlər əlavə edilir.
Hüquqi şəxsin rəhbərinin və ya fiziki şəxsin imzası
Dövlət avtomobil müfəttişi
Nəqliyyat vasitəsinin markası, modeli və rəngi
Qeydiyyat şəhadətnaməsi
İşlətdiyi yanacaq növü
Nəqliyyat vasitələrinin məxsusluğu
Hüquqi və ya fiziki şəxsin ünvanı
Aşkar olunmuş texniki nasazlıq
Şinlərin sayı, ölçüləri, vəziyyəti
Texniki vəziyyəti haqda rəy
Nəqliyyat vasitəsinin sahibi
1. 07 dekabr 2015-ci il tarixli Q69-001-15 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201512070069, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 dekabr 2015-ci il)
2. 18 may 2016-cı il tarixli Q26-001-16 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201605180026, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 may 2016-cı il)
3. 12 sentyabr 2017-ci il tarixli Q37-001-17 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201709120037, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 26 sentyabr 2017-ci il)
4. 10 noyabr 2017-ci il tarixli Q44-001-17 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201711100044, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 noyabr 2017-ci il)
5. 21 avqust 2018-ci il tarixli Q45-001-18 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201808210045, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 avqust 2018-ci il)