Qanunvericilik › “Nəqliyyat vasitələrinin utilizasiyası fondunun vəsaitinin formalaşdırılması və istifadə Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 31.01.2024) › Tam mətn

“Nəqliyyat vasitələrinin utilizasiyası fondunun vəsaitinin formalaşdırılması və istifadə Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 31.01.2024)

“Nəqliyyat vasitələrinin utilizasiyası fondunun vəsaitinin formalaşdırılması və istifadə Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 31.01.2024) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 iyun tarixli 928-VIQD nömrəli Qanununun tətbiqi və “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 26 oktyabr tarixli 3 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 27 iyul tarixli 2253 nömrəli Fərmanının 2.1.3-cü yarımbəndinin 2-ci abzasının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Nəqliyyat vasitələrinin utilizasiyası fondunun vəsaitinin formalaşdırılması və istifadə Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.

3. Bu Qərar 2024-cü il fevralın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 31 yanvar 2024-cü il

1.1. Bu Qayda “Tullantılar haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 14-3-cü maddəsinin üçüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və “Nəqliyyat vasitələrinin utilizasiyası fondu”nun (bundan sonra - Fond) vəsaitinin formalaşdırılması və istifadəsi ilə bağlı məsələləri tənzimləyir.

1.2. Fond məqsədli büdcə fondu olmaqla dövlət büdcəsinin tərkibində yaradılır və onun vəsaitinin idarə olunması “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa və digər normativ hüquqi aktların tələblərinə uyğun olaraq həyata keçirilir.

1.3. Fondun vəsaitinin idarə olunması Qanunun 14-2-ci maddəsinin birinci hissəsinə uyğun olaraq “Təmiz şəhər” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - operator) tərəfindən həyata keçirilir.

2.1. Fondun vəsaiti Qanunun 14-3-cü maddəsinin ikinci hissəsinə uyğun olaraq aşağıdakı müstəqil mədaxil mənbələri hesabına formalaşır:

2.1.1. utilizasiya haqqı;

2.1.2. kreditlər və qrantlar;

2.1.3. hüquqi və fiziki şəxslərin könüllü ianələri;

2.1.4. beynəlxalq təşkilatların və digər donorların ayırmaları;

2.1.5. qanunla qadağan olunmayan digər mənbələr.

2.2. Bu Qaydanın 2.1.1-ci yarımbəndində qeyd olunan utilizasiya haqlarının Fonda ödənilməsini fəaliyyət istiqamətlərinə uyğun olaraq gömrük orqanları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 40 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında nümunəvi Əsasnamə”nin 1.1-ci bəndində göstərilən orqanlar təmin edirlər.

3.1. Fondun vəsaiti aşağıdakı istiqamətlər üzrə istifadə edilir:

3.1.1. yeni istehsal olunmuş yerli nəqliyyat vasitələri utilizasiyaya verilmə barədə təsdiqedici sənəd təhvil verilməklə satın alınan zaman tətbiq edilən güzəşt məbləğlərinin nəqliyyat vasitələrinin satıcılarına geri ödənilməsi;

3.1.2. utilizasiyaya verilmiş nəqliyyat vasitələri üçün birdəfəlik ödənişlərin ödənilməsi;

3.1.3. operatorun nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı funksiyalarının icrasının təşkili və təmin edilməsi üçün vəsaitin ödənilməsi.

3.2. Bu Qaydanın 3.1.1-ci və 3.1.2-ci yarımbəndlərində qeyd olunan istiqamət üzrə köçürmələr Qanunun 14-8-ci maddəsi ilə müəyyən edilən sənədlər əsasında və müddətlər nəzərə alınmaqla həyata keçirilir.

3.3. Fonda daxil olan aylıq vəsaitin 3 (üç) faiz həcmində hissəsi bu Qaydanın 3.1.3-cü yarımbəndi ilə müəyyən edilmiş istiqamət üzrə hər növbəti ayın 10-dək operatorun cari hesabına köçürülür.

3.4. Bu Qaydanın 3.3-cü bəndinə uyğun olaraq operatorun cari hesabına köçürülmüş vəsait onun gəlirlərinə aid edilməklə nəqliyyat vasitələrinin utilizasiyası üzrə tədbirlərin stimullaşdırılması və təşviqi, operatorun göstərdiyi xidmətlərin elektronlaşdırılması və qanunla qadağan edilməyən digər istiqamətlərdə istifadə olunur.

3.5. Fondun hesabında ilin sonuna qalan istifadə olunmamış vəsait vahid xəzinə hesabının sərbəst qalığına köçürülür.

4.1. Fondun vəsaitindən səmərəli istifadə olunmasına Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nəzarət edir.

4.2. Fondun vəsaitindən istifadə olunması haqqında illik hesabat operator tərəfindən növbəti ilin yanvar ayının 31-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilir.

1. 17 aprel 2026-cı il tarixli 107 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 17 aprel 2026-cı il, “Xalq” qəzeti, 24 aprel 2026-cı il, № 70, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 4, maddə 371)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver