Qanunvericilik › “Nəqliyyat vasitəsinin duracağa gətirilməsi və orada saxlanılması üçün ödənilmiş haqqın məbləğinin nəqliyyat vasitəsinin sahibinə qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 27.07.2026) › Tam mətn

“Nəqliyyat vasitəsinin duracağa gətirilməsi və orada saxlanılması üçün ödənilmiş haqqın məbləğinin nəqliyyat vasitəsinin sahibinə qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 27.07.2026)

“Nəqliyyat vasitəsinin duracağa gətirilməsi və orada saxlanılması üçün ödənilmiş haqqın məbləğinin nəqliyyat vasitəsinin sahibinə qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 27.07.2026) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Yol hərəkəti haqqında” və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 24 fevral tarixli 361-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 14 aprel tarixli 642 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Nəqliyyat vasitəsinin duracağa gətirilməsi və orada saxlanılması üçün ödənilmiş haqqın məbləğinin nəqliyyat vasitəsinin sahibinə qaytarılması Qaydası” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 27 iyul 2026-cı il

1.1. Bu Qayda “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 85-ci maddəsinin birinci hissəsinin 10-cu bəndinin “Qeyd”inin 2-ci bəndinin ikinci cümləsinə uyğun olaraq hazırlanmışdır və nəqliyyat vasitəsinin mühafizə olunan duracağa gətirilməsinə səbəb olan inzibati xəta haqqında iş üzrə icraata xitam verildikdə və ya xətaya görə inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət təmin edildikdə nəqliyyat vasitəsinin duracağa gətirilməsi və orada saxlanılması üçün ödənilmiş haqqın məbləğinin nəqliyyat vasitəsinin sahibinə qaytarılması qaydasını müəyyən edir.

1.2. Bu Qaydada istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.2.1. duracaq - nəqliyyat vasitələrinin müvəqqəti saxlanılması üçün ayrılmış və mühafizə olunan ərazi;

1.2.2. sahib - nəqliyyat vasitəsinin mülkiyyətçisi və ya qanuni istifadəçisi;

1.2.3. ödəniş - nəqliyyat vasitəsinin duracağa gətirilməsi və saxlanılması üçün nəqliyyat vasitəsinin duracağa gətirildiyi gündən sonrakı gün saat 00:00-dan etibarən hesablanaraq ödənilmiş haqqın məbləği.

1.3. Bu Qayda Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün mühafizə olunan duracaqlara şamil edilir.

1.4. Bu Qaydada istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi və digər normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.

2.1. Aşağıdakı hallarda ödəniş nəqliyyat vasitəsinin sahibinə qaytarılır:

2.1.1. nəqliyyat vasitəsinin mühafizə olunan duracağa gətirilməsinə səbəb olan inzibati xəta haqqında iş üzrə icraata xitam verildikdə;

2.1.2. inzibati xətaya görə inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət təmin edildikdə.

2.2. Bu Qaydanın 2.1.1-ci və 2.1.2-ci yarımbəndlərinə əsasən qəbul edilən qərar barədə nəqliyyat vasitəsinin sahibinə məlumatın rəsmi çatdırıldığı gündən sonra nəqliyyat vasitəsinin duracaqda qaldığı müddət üçün hesablanan ödəniş geri qaytarılmır.

3.1. Ödənişin qaytarılması üçün sahib inzibati xəta haqqında iş üzrə icraata xitam verildikdə və ya xətaya görə inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət təmin edildikdə nəqliyyat vasitəsinin mühafizə olunan duracağa gətirilməsinə səbəb olan inzibati xəta haqqında protokol (elektron protokol) və (və ya) inzibati tənbeh tətbiq etmə barədə qərar (elektron qərar) qəbul etmiş orqana (vəzifəli şəxsə) bu Qaydanın əlavəsində göstərilmiş formada ərizə ilə müraciət etməlidir.

3.2. Ərizədə aşağıdakı məlumatlar göstərilməlidir:

3.2.1. sahib haqqında məlumat (fiziki və ya vəzifəli şəxslərin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşadığı və olduğu yerin ünvanı, əcnəbilərə münasibətdə doğum tarixi və vətəndaşlığı, hüquqi şəxsin adı, VÖEN-i, hüquqi və faktiki ünvanları);

3.2.2. ərizə təqdim edilən orqanın (vəzifəli şəxsin) tam adı;

3.2.3. nəqliyyat vasitəsinin mühafizə olunan duracağa gətirilməsinə səbəb olan inzibati xəta haqqında protokolun (elektron protokolun) və ya inzibati tənbeh tətbiq etmə haqqında qərarın (elektron qərarın) tarixi və nömrəsi;

3.2.4. ödənişin məbləği;

3.2.5. ödənilmə tarixi;

3.2.6. ödənişin qaytarılmalı olduğu şəxsin bank rekvizitləri;

3.2.7. ərizənin tərtib edildiyi tarix və ərizəçinin imzası.

3.3. Ərizə təqdim edilən orqan (vəzifəli şəxs) ərizəyə daxil olduğu gündən 15 (on beş) iş günü müddətində baxmalıdır.

3.4. Ərizə təqdim edilən orqan (vəzifəli şəxs) tərəfindən bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulmuş halların olub-olmaması araşdırılmalı və olduğu təqdirdə 10 (on) iş günü müddətində ödənişin nağdsız qaydada qaytarılması təmin edilməlidir.

3.5. Bu Qaydanın 3.4-cü bəndinə əsasən araşdırma zamanı ödənişin qaytarılmalı olduğu halların mövcud olmadığı aşkar edildikdə, bu barədə ərizə təqdim edilən orqan (vəzifəli şəxs) tərəfindən müvafiq qərar qəbul edilməli və müraciət edən şəxsə 5 (beş) iş günü müddətində əsaslandırılmış yazılı məlumat təqdim edilməlidir.

3.6. Bu Qaydanın 3.5-ci bəndinə əsasən ərizə təqdim edilən orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan inzibati qaydada və ya məhkəmə qaydasında şikayət verilə bilər.

Nəqliyyat vasitəsinin duracağa gətirilməsi və orada saxlanılması üçün ödənilmiş haqqın məbləğinin nəqliyyat vasitəsinin sahibinə qaytarılması Qaydası”na əlavə

Nəqliyyat vasitəsinin duracağa gətirilməsi və orada saxlanılması üçün ödənilmiş haqqın məbləğinin nəqliyyat vasitəsinin sahibinə qaytarılması xahiş edilir:

Ödənişin qaytarılmalı olduğu şəxsin bank rekvizitləri

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver