Qanunvericilik › Nəşriyyat işi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 18

Maddə 18. Buraxılış məlumatı

Nəşriyyat işi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Hazır məhsulun hər nüsxəsində aşağıdakı məlumatlar olmalıdır:

nəşriyyatın və çap məhsulunu hazırlayanın adı, ünvanı,;

buraxılış yeri və ili;

əlyazmanın yığıma verdiyi və çapa imzalandığı tarix;

hesab-nəşriyyat həcmi;

fiziki həcmi;

formatı;

səhifələrin sayı;

kağızın tipi;

şriftin növü (qarnituru);

çap üsulu;

tiraj;

qiyməti, yaxud “müqavilə qiyməti ilə” və ya “pulsuz” qeydi.

Nəşriyyat məhsullarında beynəlxalq kitab kodu, müəlliflik hüququnu göstərən nişan (işarə), standarta uyğun annotasiya, kitab təsnifatı göstəriciləri də qeyd olunmalıdır.

Buraxılış məlumatı olmayan nəşrlərin çap olunmasına yol verilmir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver