Nəşriyyat və nəşriyyat işinin subyektləri:
müəlliflik hüququ ilə qorunan əsərlərin müəlliflik müqaviləsi olmadan istehsalına;
naşirlik fəaliyyətinin dayandırılması haqqında qərar qəbul olunduqdan sonra işin davam etdirilməsinə;
dövlət standartlarını pozmaqla məhsul istehsal edilməsinə görə inzibati və maddi məsuliyyət daşıyır.
Nəşr olunmuş, müəlliflik hüququ ilə qorunan obyektlərin hüquq sahibinin icazəsi olmadan həmin obyektlərin tam, yaxud qismən surətinin çıxarıldığı (çap edildiyi) hallarda zərər çəkən hüquq sahibinin hüquqlarının bərpası Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təmin edilir.
Nəşriyyat hüququ olmayan təşkilatlardan qəbul edilmiş nəşrlərin poliqrafiya müəssisələri tərəfindən çapına, kitab ticarəti müəssisələri tərəfindən yayımına, həmçinin dövlət standartlarını pozaraq buraxılış məlumatları olmadan nəşrinə yol vermiş fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.
Uşaqlar arasında dövriyyəsi qadağan edilən və ya məhdudlaşdırılan informasiyanın istehsalçısı və yayıcısı “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə riayət etməyə borcludur.